Surə 31 · 34 ayə

surah031

Loğman (Loğman)

Məkkə·34 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

الٓمٓ١

Əlif, ləm, mim.

Əlif, Lam, Mim. (Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Eyni zamanda bir möcüzədir. Bu kitab Əlif (Allah) tərəfindən Lamın (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd (s)) nazil olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)

2Ayə 2

تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْحَكِيمِ٢

Tilkə ayatul kitabil həkim

Bu (surənin) ayələr(i) hikmətamiz kitabın ayələridir (Quranın, yaxud Lövhi-Məhfuzun ayələridir. O, elmlərə, şəriət hökmlərinə və müstəqil əqli məfhumlara şamildir).

3Ayə 3

هُدًى وَرَحْمَةً لِّلْمُحْسِنِينَ٣

Hudən vərəhmətən llilmuhsinin

O yaxşı əməl sahibləri üçün düz yol göstərən və rəhmətdir.

4Ayə 4

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٲةَ وَيُؤْتُونَ ٱلزَّكَوٲةَ وَهُم بِٱلْأَخِرَةِ هُمْ يُوقِنُونَ٤

Əlləzinə yuqimunəs salatə vəyu`tunəz zəkatə vəhum bilaxirəti hum yuqinun

O kəslər ki, namaz qılır, zəkatı ödəyir və axirətə də yəqinlikləri vardır.

5Ayə 5

أُوْلَـٰٓئِكَ عَلَىٰ هُدًى مِّن رَّبِّهِمْ‌ۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ٥

Ula`ikə əla hudən min rrəbbihim, və`ula`ikə humul muflihun

Onlar öz Rəbbi tərəfindən (din mərifətləri və insani kamallara doğru gedən) doğru bir yol üzərindədirlər və nicat tapanlar da onlardır.

6Ayə 6

وَمِنَ ٱلنَّاسِ مَن يَشْتَرِى لَهْوَ ٱلْحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّخِذَهَا هُزُوًا‌ۚ أُوْلَـٰٓئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ٦

Vəminən nasi mən yəştəri ləhvəl hədisi liyuzillə ən səbili-llahi biğəyri ilmin vəyəttəxizəha huzuvə, ula`ikə ləhum əzabun mmuhin

İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şeirlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar.Onların rüsvayedici bir əzabı olacaqdır.

7Ayə 7

وَإِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا وَلَّىٰ مُسْتَكْبِرًا كَأَن لَّمْ يَسْمَعْهَا كَأَنَّ فِىٓ أُذُنَيْهِ وَقْرًا‌ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ٧

Və`iza tutla ələyhi ayatuna vəlla mustəkbirən kə`ən lləm yəsmə'ha kə`ənnə fi uzunəyhi vəqrə, fəbəşşirhu bi'əzabin əlim

Bizim ayələrimiz (kitabımızın ayələri) ona oxunduğu zaman təkəbbürlə üz çevirir, elə bil onu eşitmir, elə bil hər iki qulağında ağırlıq vardır! Belə isə (ya Peyğəmbər!) sən də ona ağrılı bir əzabla müjdə ver!

8Ayə 8

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ جَنَّـٰتُ ٱلنَّعِيمِ٨

Innə əlləzinə amənu və'əmilus salihati ləhum cənnatun nə'im

Əlbəttə iman gətirib yaxşı işlər görənlər üçün bol nemətli Cənnətlər və bağlar vardır.

9Ayə 9

خَـٰلِدِينَ فِيهَا‌ۖ وَعْدَ ٱللَّهِ حَقًّا‌ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ٩

Xalidinə fiha, və'də əllah həqqə, və huvəl əzizul həkim

(Onlar) Orada həmişəlik qalacaqlar; (bu) Allahın haqq və sabit vədidir. (O,) yenilməz qüdrət və (dünyada dini qanunlar çıxarmaq və axirətdə cəzanı tətbiq etməkdə) hikmət sahibidir.

10Ayə 10

خَلَقَ ٱلسَّمَـٰوَٲتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا‌ۖ وَأَلْقَىٰ فِى ٱلْأَرْضِ رَوَٲسِىَ أَن تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٍ‌ۚ وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ١٠

Xələqəs səmavati biğəyri əmədin tərəvnəha, və`əlqa fil ərzi rəvasiyə ən təmidə bikum vəbəssə fiha min kulli dabbəh, və`ənzəlna minəs səma`i ma`ən fə`əmbətna fiha min kulli zəvcin kərim

(Allah) göyləri görə bilməyəcəyiniz bir sütunla yaratdı və (yer zəlzələlər ilə) sizi yırğalamasın deyə yerdə sabit, möhkəm dağlar bərqərar etdi və ora hər növ canlılardan yaydı. (Biz) göydən (yağış, qar və dolu şəklində) su nazil etdik, beləliklə yerdə gözəl və dəyərli bitkilərin hər cütündən bitirdik.

11Ayə 11

هَـٰذَا خَلْقُ ٱللَّهِ فَأَرُونِى مَاذَا خَلَقَ ٱلَّذِينَ مِن دُونِهِۦ‌ۚ بَلِ ٱلظَّـٰلِمُونَ فِى ضَلَـٰلٍ مُّبِينٍ١١

Haza xəlqu əllah fə`əruni maza xələqə əlləzinə min dunih, bəliz zalimunə fi zalalin mmubin

Bunlar Allahın yaratdıqlarıdır, (siz də) Mənə Allahdan başqalarının (Allahın şəriki hesab etdiklərinizin) nə yaratdığını göstərin. (Onlar heç bir şey yaratmamışlar), xeyr, bu zalımlar açıq-aşkar azğınlıq içindədirlər.

12Ayə 12

وَلَقَدْ ءَاتَيْنَا لُقْمَـٰنَ ٱلْحِكْمَةَ أَنِ ٱشْكُرْ لِلَّهِ‌ۚ وَمَن يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِۦ‌ۖ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ حَمِيدٌ١٢

Vələqəd atəyna luqmanəl hikmətə əni şkur lilləh, və mən yəşkur fə`innəma yəşkuru linəfsih, və mən kəfərə fə`innə əllah ğəniyyun həmid

Və həqiqətən, Biz Loğmana hikmət verdik (çox faydalı əqli və nəqli elmlər verdik, ona dedik) ki: «Allaha şükr et. Kim şükr etsə, həqiqətən, öz xeyrinə şükr edər və kim kafir (nankorluq) olsa, (bilsin ki,) Allah (onun şükrünə) möhtac deyil, (O,) həmd olunmuşdur (Onun sifətləri və işləri həmd olunmağa layiqdir)».

13Ayə 13

وَإِذْ قَالَ لُقْمَـٰنُ لِٱبْنِهِۦ وَهُوَ يَعِظُهُۥ يَـٰبُنَىَّ لَا تُشْرِكْ بِٱللَّهِ‌ۖ إِنَّ ٱلشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ١٣

Və`iz qalə luqmanu libnihi və huvə yə'izuhu ya bunəyyə la tuşrik bi-llahi, innəş şirkə ləzulmun əzim

Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: «Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür». (Zülmün böyüklüyü məzlumun böyüklüyü ilə ölçülər və bütün nemətlərin əsil sahibi ilə heç bir nemətə malik olmayanı eyni hesab etmək son dərəcə pisdir.)

14Ayə 14

وَوَصَّيْنَا ٱلْإِنسَـٰنَ بِوَٲلِدَيْهِ حَمَلَتْهُ أُمُّهُۥ وَهْنًا عَلَىٰ وَهْنٍ وَفِصَـٰلُهُۥ فِى عَامَيْنِ أَنِ ٱشْكُرْ لِى وَلِوَٲلِدَيْكَ إِلَىَّ ٱلْمَصِيرُ١٤

Vəvəssaynal insanə bivalidəyhi həmələthu ummuhu vəhnən əla vəhnin vəfisaluhu fi aməyni əni şkur li vəlivalidəykə iləyyəl məsir

Və Biz insana ata-anası barəsində tövsiyə etdik. Anası onu (hamiləlik dövründə öz bətnində) getdikcə artan bir zəifliklə daşıdı (uşağa süd vermək və) süddən kəsmək iki il ərzində olur. (Dedik) ki: «Mənə və ata-anana şükr et ki, (hamının) dönüş(ü) Mənə tərəfdir».

15Ayə 15

وَإِن جَـٰهَدَاكَ عَلَىٰٓ أَن تُشْرِكَ بِى مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ فَلَا تُطِعْهُمَا‌ۖ وَصَاحِبْهُمَا فِى ٱلدُّنْيَا مَعْرُوفًا‌ۖ وَٱتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَىَّ‌ۚ ثُمَّ إِلَىَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ١٥

Və`in cahədakə əla ən tuşrikə bi ma ləysə ləkə bihi ilmun fəla tuti'huma, vəsahibhuma fid dunya mə'rufə, vattəbi' səbilə mən ənabə iləyy, summə iləyyə mərci'ukum fə`unəbbi`ukum bima kuntum tə'məlun

Əgər onlar (ata-anan) cəhd etsələr ki, haqqında elmin olmayan bir şeyi (ilahilikdə, müqəddəslikdə) Mənə şərik qoşasan, əsla onlara itaət etmə. Dünyada onlarla yaxşı davran və (bütün hallarda) Mənə tərəf dönən (yönələn) kəslərin yolunu tut! Sonra isə hamınızın dönüşü Mənə tərəfdir. Beləliklə, (Mən) sizə etdiklərinizdən xəbər verəcəyəm.

16Ayə 16

يَـٰبُنَىَّ إِنَّهَآ إِن تَكُ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ فَتَكُن فِى صَخْرَةٍ أَوْ فِى ٱلسَّمَـٰوَٲتِ أَوْ فِى ٱلْأَرْضِ يَأْتِ بِهَا ٱللَّهُ‌ۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٌ١٦

Ya bunəyyə innəha in təku misqalə həbbətin min xərdəlin fətəkun fi saxrətin əv fis səmavati əv fil ərzi yə`ti biha əllah, innə əllah lətifun xəbir

(Loğman dedi:) «Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır».

17Ayə 17

يَـٰبُنَىَّ أَقِمِ ٱلصَّلَوٲةَ وَأْمُرْ بِٱلْمَعْرُوفِ وَٱنْهَ عَنِ ٱلْمُنكَرِ وَٱصْبِرْ عَلَىٰ مَآ أَصَابَكَ‌ۖ إِنَّ ذَٲلِكَ مِنْ عَزْمِ ٱلْأُمُورِ١٧

Ya bunəyyə əqimis salatə və`mur bilmə'rufi vanhə ənil munkəri vasbir əla ma əsabək, innə zalikə min əzmil umur

«Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (İnsanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən baş verəcək çətin hadisələrdən) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir».

18Ayə 18

وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِى ٱلْأَرْضِ مَرَحًا‌ۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ١٨

Və la tusa''ir xəddəkə lilnnasi və la təmşi fil ərzi mərəhə, innə əllah la yuhibbu kullə muxtalin fəxur

«Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz».

19Ayə 19

وَٱقْصِدْ فِى مَشْيِكَ وَٱغْضُضْ مِن صَوْتِكَ‌ۚ إِنَّ أَنكَرَ ٱلْأَصْوَٲتِ لَصَوْتُ ٱلْحَمِيرِ١٩

Vaqsid fi məşyikə vağzuz min savtik, innə ənkərəl əsvati ləsavtul həmir

«Öz yerişində və rəftarında orta həddi gözlə və (danışanda) səsini azalt ki, ən pis səs ulaqların səsidir».

20Ayə 20

أَلَمْ تَرَوْاْ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِى ٱلسَّمَـٰوَٲتِ وَمَا فِى ٱلْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُۥ ظَـٰهِرَةً وَبَاطِنَةً‌ۗ وَمِنَ ٱلنَّاسِ مَن يُجَـٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَـٰبٍ مُّنِيرٍ٢٠

Ələm tərəv ənnə əllah səxxərə ləkum-ma fis səmavati və ma fil ərzi və`əsbəğə ələykum ni'əməhu zahirətən vəbatinəh, vəminən nasi mən yucadilu fi əllah biğəyri ilmin və la hudən və la kitabin mmunir

Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin (bədənlərinizin istifadə etdiyi görmə, eşitmə və s. beyinlərinizin bəhrələndiyi əql, şüur, fəhm və s.) nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?! İnsanlardan bəzisi heç bir elmi (və əqli dəlili) və (vəhy və ilham əsasında) düz yol göstərəni aşkar və aydınlıq gətirən (səmavi) kitabı olmadan (ona əsaslanmadan) Allah barəsində mücadilə və mübahisə edir.

21Ayə 21

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُواْ مَآ أَنزَلَ ٱللَّهُ قَالُواْ بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَآ‌ۚ أَوَلَوْ كَانَ ٱلشَّيْطَـٰنُ يَدْعُوهُمْ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ٢١

Və`iza qilə ləhumu ttəbi'u ma ənzələ əllahu qalu bəl nəttəbi'u ma vəcədna ələyhi aba`əna, Əvələv kanəş şəytanu yəd'uhum ila əzabis sə'ir

Onlara deyildikdə ki: «Allahın nazil etdiyinə (kitabına və dini qayda-qanunlarına) tabe olun», deyərlər: «(Xeyr,) biz atalarımızdan gördüyümüzə (bütlərə ibadətə və cahiliyyət adətlərinə) tabe oluruq!» Bəs Şeytan onları (Cəhənnəmin) yanar əzabına tərəf dəvət edirsə necə?! (Yenədəmi onlara tabe olarlar?)

22Ayə 22

وَمَن يُسْلِمْ وَجْهَهُۥٓ إِلَى ٱللَّهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ ٱسْتَمْسَكَ بِٱلْعُرْوَةِ ٱلْوُثْقَىٰ‌ۗ وَإِلَى ٱللَّهِ عَـٰقِبَةُ ٱلْأُمُورِ٢٢

Və mən yuslim vəchəhu ila əllah və huvə muhsinun fəqədi stəmsəkə bil'urvətil vusqa, və`ila əllah aqibətul umur

Və kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir.(İnsanın əməlləri mükafat və cəza baxımından Allahın dərgahına qayıdar.)

23Ayə 23

وَمَن كَفَرَ فَلَا يَحْزُنكَ كُفْرُهُۥٓ‌ۚ إِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُم بِمَا عَمِلُوٓاْ‌ۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ٢٣

Və mən kəfərə fəla yəhzunkə kufruh, iləyna mərci'uhum fənunəbbi`uhum bima əmiluv, innə əllah əlimun bizatis sudur

Kim kafir olsa, onun küfrü səni kədərləndirməsin. Çünki, onların dönüşü Bizə tərəfdir. Biz onlara etdikləri əməlləri xəbər verəcəyik (və cəzalandıracağıq). Şübhəsiz, Allah sinələrin dərinliklərindəkini biləndir.

24Ayə 24

نُمَتِّعُهُمْ قَلِيلاً ثُمَّ نَضْطَرُّهُمْ إِلَىٰ عَذَابٍ غَلِيظٍ٢٤

Numətti'uhum qəlilən summə nəztarruhum ila əzabin ğəliz

(Biz) onları bir qədər (dünya ləzzətləri ilə) bəhrələndirərik, sonra da ağır bir əzaba düçar edərik.

25Ayə 25

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ ٱللَّهُ‌ۚ قُلِ ٱلْحَمْدُ لِلَّهِ‌ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ٢٥

Vələ`in sə`əltəhum-mən xələqəs səmavati vəl ərza ləyəqulunnə əllah, qulil həmdu lilləh, bəl əksəruhum la yə`ləmun

(Ya Peyğəmbər!) Əgər onlardan (müşriklərdən) soruşsan ki: «Göyləri və yeri kim yaratmışdır?» Deyəcəklər: «Allah» (Çünki, onlar xaliqlik və ilahilik baxımından Allaha şərik qoşmayıblar, bütləri özlərinə yalnız rəbb bilirlər.) De: «Həmd olsun (o) Allaha (ki, özünüz də etiraf edirsiniz)». Əslində onların əksəriyyəti bilmir (ki, hər şeyi nizamlayan və idarə edən elə onların xaliqidir).

26Ayə 26

لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ٢٦

Lilləhi ma fis səmavati vəl ərz, innə əllah huvə əl ğəniyyul həmid

Göylərdə və yerdə olanların hamısı Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və axırda fani etmək – hamısı Onun istəyinə tabedir). Həqiqətən, Allah özü (heç nəyə) möhtac deyil və ehtiyacsızdır və (zatı, sifətləri və işləri) həmd olunmuşdur(həmd olunmağa layiqdir).

27Ayə 27

وَلَوْ أَنَّمَا فِى ٱلْأَرْضِ مِن شَجَرَةٍ أَقْلَـٰمٌ وَٱلْبَحْرُ يَمُدُّهُۥ مِنۢ بَعْدِهِۦ سَبْعَةُ أَبْحُرٍ مَّا نَفِدَتْ كَلِمَـٰتُ ٱللَّهِ‌ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ٢٧

Vələv ənnəma fil ərzi min şəcərətin əqlamun vəl bəhru yəmudduhu min bə'dihi səb'ətu əbhurin mma nəfidət kəlimatu əllah, innə əllah əzizun həkim

Və əgər yer üzündəki hər ağac bir qələm olsaydı və dəryaya yeddi dərya belə qoşulsaydı (mürəkkəb olsaydı, Allahın yaratdıqlarından ibarət olan kəlmələrini yazmaqla) Allahın kəlmələri tükənməzdi; çünki Allah yenilməz qüdrət və hikmət sahibidir (Onun qüdrətinin və hikmətinin feyzi hüdudsuzdur).

28Ayə 28

مَّا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ إِلَّا كَنَفْسٍ وَٲحِدَةٍ‌ۗ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٌ٢٨

Ma xəlqukum və la bə'sukum illa kənəfsin vahidəh, innə əllah səmi'un bəsir

Sizin hamınızı yaratmaq və (öləndən sonra) diriltmək (ilk məxluqu yaratmağın asanlığı və Qiyamət günü insanları, əmələri bir-birindən ayırmaq baxımından) yalnız bir nəfəri (yaratmaq və diriltmək) kimidir. Çünki Allah (hər şeyi) eşidən və görəndir (hamının danışığını eşidir, hamının xasiyyətini və əməllərini görür. Beləliklə Qiyamətdə Onun heç bir çətinliyi olmayacaqdır).

29Ayə 29

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ كُلٌّ يَجْرِىٓ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى وَأَنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ خَبِيرٌ٢٩

Ələm tərə ənnə əllah yulicu əlləylə fin nəhari vəyulicun nəharə fi əlləyli vəsəxxərəş şəmsə vəl qəmərə kullun yəcri ila əcəlin mmusəmmən və`ənnə əllah bima tə'məlunə xəbir

Məgər Allahın (müəyyən fəsillərdə) gecəni(n bir hissəsini tədriclə) gündüzə və (başqa fəsillərdə) gündüzü(n bir hissəsini tədriclə) gecəyə daxil etdiyini, günəşi və ayı ram etdiyini görmürsənmi? Onların hər biri (Allhın əzəli elmində təyin olunduğu kimi) müəyyən bir müddətədək (öz düz və dairəvi hərəkəti ilə) hərəkətdədir. Allah etdiklərinizdən xəbərdardır!

30Ayə 30

ذَٲلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِ ٱلْبَـٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ٣٠

Zalikə bi`ənnə əllah huvəl həqqu və`ənnə ma yəd'unə min dunihil batilu və`ənnə əllah huvəl əliyyul kəbir

Bu (nəhayətsiz malikiyyət, elm və qüdrət) ona görədir ki, Allah (mütləq və sabit olan bir) haqdır (vücudu vacib olandır) və Ondan başqa bütün çağrılanlar isə (ilahilik və tanrılıq baxımından mütləq surətdə) batildir. Allah (hər şeydən) uca və böyükdür.

31Ayə 31

أَلَمْ تَرَ أَنَّ ٱلْفُلْكَ تَجْرِى فِى ٱلْبَحْرِ بِنِعْمَتِ ٱللَّهِ لِيُرِيَكُم مِّنْ ءَايَـٰتِهِۦٓ‌ۚ إِنَّ فِى ذَٲلِكَ لَأَيَـٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ٣١

Ələm tərə ənnəl fulkə təcri fil bəhri bini'məti-llahi liyuriyəkum-min ayatih, innə fi zalikə ləayatin llikulli sabbarin şəkur

Sizə öz (tovhid, qüdrət və hikmət) nişanələrindən bəzisini göstərsin deyə gəmilərin Allahın nemətləri sayəsində (dənizin suyu, külək və hava sayəsində) dənizdə hərəkət etdiyini (və Onun nemətlərini daşıdığını) görmədinmi?! Həqiqətən, bunda daim səbrli olan hər bir şükr edən kəs üçün nişanələr (ibrətlər) vardır.

32Ayə 32

وَإِذَا غَشِيَهُم مَّوْجٌ كَٱلظُّلَلِ دَعَوُاْ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّـٰهُمْ إِلَى ٱلْبَرِّ فَمِنْهُم مُّقْتَصِدٌ‌ۚ وَمَا يَجْحَدُ بِـَٔـايَـٰتِنَآ إِلَّا كُلُّ خَتَّارٍ كَفُورٍ٣٢

Və`iza ğəşiyəhum-məvcun kalzzuləli də'əvu əllah muxlisinə ləhud dinə fələmma nəccahum ilal bərri fəminhum-muqtəsid, və ma yəchədu biayatina illa kullu xəttarin kəfur

Elə ki, dənizin dalğası kölgə salan buludlar kimi onları bürüyər, ixlaslı etiqad və dua ilə Allahı çağırarlar. Lakin elə ki, (Allah) onları sahilə çıxarıb nicat verər, yalnız onlardan bəzisi orta mövqe tutar (tək olan Allaha etiqadlarından dönməzlər). Bizim nişanələrimizi yalnız əhdə vəfasız, xain və nankorlar inkar edərlər.

33Ayə 33

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمْ وَٱخْشَوْاْ يَوْمًا لَّا يَجْزِى وَالِدٌ عَن وَلَدِهِۦ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِۦ شَيْــًٔا‌ۚ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ‌ۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلْحَيَوٲةُ ٱلدُّنْيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ٣٣

Ya əyyuhan nasu ttəqu rəbbəkum vaxşəv yəvmən lla yəczi validun ən vələdihi və la məvludun huvə cazin ən validihi şəy`ə, innə və'də əllah həqq, fəla təğurrənnəkumul həyatud dunya və la yəğurrənnəkum bi-llahi əl ğərur

Ey insanlar, öz Rəbbinizdən qorxun. O gündən qorxun ki, heç bir ata (o günün əzabından) heç bir şeyi öz övladından uzaqlaşdıra bilməz, övlad da öz atasından heç bir şeyi kənarlaşdırıb uzaqlaşdıra bilməz. Şübhəsiz, Allahın vədi haqdır. Belə isə dünya həyatı sizi məğrur etməsin və hiyləgər Şeytan sizi Allah barəsində aldatmasın!

34Ayə 34

إِنَّ ٱللَّهَ عِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلْغَيْثَ وَيَعْلَمُ مَا فِى ٱلْأَرْحَامِ‌ۖ وَمَا تَدْرِى نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا‌ۖ وَمَا تَدْرِى نَفْسُۢ بِأَىِّ أَرْضٍ تَمُوتُ‌ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرُۢ٣٤

Innə əllah indəhu ilmus sa'əti vəyunəzzilu əl ğəysə vəyə`ləmu ma fil ərham, və ma tədri nəfsun mmaza təksibu ğədə, və ma tədri nəfsun bi`əyyi ərzin təmut, innə əllah əlimun xəbir

Həqiqətən, Qiyamət (qopacağı vaxt) barəsində elm Onun yanındadır (Qiyamətin qopacağı vaxtı yalnız O bilir). Yağışı (göydən) O yağdırır. O, (balası olan canlıların) bətnlər(in)dəkini (balanın bir, ya bir neçə olmasını, gələcək xüsusiyyətlərini, ruhi vəziyyətini, gələcək əməllərini və son mənzilini) bilir. Heç kəs sabah nə qazanacağını (nə elm, əməl və mal-dövlət əldə edəcəyini), harada öləcəyini bilməz. Həqiqətən, Allah (isə bunların hamısını) bilir və hər şeydən xəbərdardır.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)