Cüz 25 / 30

Cüz 25

Fussilət 47 — Casiyə 37

47Fussilət (41:47)

إِلَيْهِ يُرَدُّ عِلْمُ ٱلسَّاعَةِ‌ۚ وَمَا تَخْرُجُ مِن ثَمَرَٲتٍ مِّنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِۦ‌ۚ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَآءِى قَالُوٓاْ ءَاذَنَّـٰكَ مَا مِنَّا مِن شَهِيدٍ٤٧

Iləyhi yurəddu ilmus sa'əh, və ma təxrucu min səməratin min əkmamiha və ma təhmilu min unsa və la təza'u illa bi'ilmih, vəyəvmə yunadihim əynə şurəka`i qalu azənnakə ma minna min şəhid

Qiyamətin (baş verəcəyi zamanın) elmi yalnız Ona qayıdır. O bilmədən meyvələr qabıqlarından çıxmır, heç bir dişi hamilə qalmır və (hamiləlik) yükünü yerə qoymur. (Allah) müşrikləri «hardadır Mənim şəriklərim?» deyə çağıracağı gün onlar deyəcəklər: «Biz (ölüm və Bərzəx aləmini görməklə və həqiqətlərin aydın olması ilə) Sənə elan etdik ki, bizdən (Sənin şərikinin olmasına) əsla bir şahid yoxdur.

48Fussilət (41:48)

وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَدْعُونَ مِن قَبْلُ‌ۖ وَظَنُّواْ مَا لَهُم مِّن مَّحِيصٍ٤٨

Vəzallə ənhum-ma kanu yəd'unə min qəbl, vəzannu ma ləhum-min mməhis

Onların ondan öncə çağırdıqları (dünyada tanrı, Allah dərgahına yaxın və şəfaətçi kimi qəbul etdikləri) nəzərlərindən itəcək və onlar özləri üçün heç bir qaçış yolunun olmadığına yəqin edəcəklər.

49Fussilət (41:49)

لَّا يَسْــَٔمُ ٱلْإِنسَـٰنُ مِن دُعَآءِ ٱلْخَيْرِ وَإِن مَّسَّهُ ٱلشَّرُّ فَيَــُٔوسٌ قَنُوطٌ٤٩

La yəs`əmul insanu min du'a`il xəyri və`in mməssəhuş şərru fəyə`usun qənut

İnsan heç vaxt xeyir (mal və dünya rifahı) tələb etməkdən yorulmaz və doymaz. Ona şər və zərər yetişdikdə isə məyus olar.

50Fussilət (41:50)

وَلَئِنْ أَذَقْنَـٰهُ رَحْمَةً مِّنَّا مِنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَـٰذَا لِى وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةً وَلَئِن رُّجِعْتُ إِلَىٰ رَبِّىٓ إِنَّ لِى عِندَهُۥ لَلْحُسْنَىٰ‌ۚ فَلَنُنَبِّئَنَّ ٱلَّذِينَ كَفَرُواْ بِمَا عَمِلُواْ وَلَنُذِيقَنَّهُم مِّنْ عَذَابٍ غَلِيظٍ٥٠

Vələ`in əzəqnahu rəhmətən mminna min bə'di zarra`ə məssəthu ləyəqulənnə haza li və ma əzunnus sa'ətə qa`imətən vələ`in rruci'tu ila rəbbi innə li indəhu ləlhusna, fələnunəbbi`ənnə əlləzinə kəfəru bima əmilu vələnuziqənnəhum-min əzabin ğəliz

Əgər düçar olduğu zərər-ziyandan sonra ona Öz tərəfimizdən bir rəhmət dadızdırsaq, mütləq deyəcək: «Bu mənə məxsusdur (mənim öz ləyaqətimə görədir və onun hasil olmasında və istifadəsində heç kəsin əli yoxdur) və güman etmirəm Qiyamət də qopa. Əgər (birdən) Rəbbimə tərəf qaytarılsam, Onun yanında mənim üçün mütləq gözəl bir həyat olacaqdır». Buna görə də Biz şübhəsiz, küfr etmiş kəsləri əməllərindən xəbərdar edəcək və onlara mütləq ağır və ağrılı bir əzab daddıracağıq.

51Fussilət (41:51)

وَإِذَآ أَنْعَمْنَا عَلَى ٱلْإِنسَـٰنِ أَعْرَضَ وَنَـَٔـا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٍ٥١

Və`iza ən'əmna əlal insani ə'rəza vənə`a bicanibihi və`iza məssəhuş şərru fəzu du'a`in əriz

İnsana bir nemət əta etdiyimiz zaman (Bizdən) üz döndərir və özünü kənara çəkir. Ona bir şər və zərər yetişəndə isə israrlı və geniş dua etməklə məşğul olur.

52Fussilət (41:52)

قُلْ أَرَءَيْتُمْ إِن كَانَ مِنْ عِندِ ٱللَّهِ ثُمَّ كَفَرْتُم بِهِۦ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِى شِقَاقِۭ بَعِيدٍ٥٢

Qul ərə`əytum in kanə min indi-llahi summə kəfərtum bihi mən əzallu mimmən huvə fi şiqaqin bə'id

De: «Mənə xəbər verin (görüm), əgər (bu Quran) Allah tərəfindən olsa, sonra siz ona küfr etsəniz kim onunla bərk müxalif olandan daha azğındır?!»

53Fussilət (41:53)

سَنُرِيهِمْ ءَايَـٰتِنَا فِى ٱلْأَفَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ‌ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ٥٣

Sənurihim ayatina fil afaqi vəfi ənfusihim hətta yətəbəyyənə ləhum ənnəhul həqq, Əvələm yəkfi birəbbikə ənnəhu əla kulli şəy`in şəhid

Tezliklə varlıq aləmində (Məkkənin və yer üzünün digər üfüqlərində) və onların öz vücudlarında Özümüzün (tovhid və qüdrət) nişanələrimizi (müsəlmanların həmin əsrdəki zəfərlərini, İslamın gələcəkdə dünyada yayılmasını və insanların Allahın onların vücudlarında olan hikmətlərini başa düşmələrini) onlara (Məkkə müşriklərinə və tarix boyu olacaq bütün insanlara) göstərəcəyik ki, Onun (Allahın və Quranın) haqq olması onlara aydın olsun. Məgər Rəbbinin hər şeyə şahid olması (və Onun bütün varlıqlara məlum və aşkar olması) kifayət deyil?!

54Fussilət (41:54)

أَلَآ إِنَّهُمْ فِى مِرْيَةٍ مِّن لِّقَآءِ رَبِّهِمْ‌ۗ أَلَآ إِنَّهُۥ بِكُلِّ شَىْءٍ مُّحِيطُۢ٥٤

Əla innəhum fi miryətin min lliqa`i rəbbihim, Əla innəhu bikulli şəy`in mmuhit

Bil ki, onlar Rəbbləri ilə görüşəcəkləri barəsində şübhə və tərəddüd içərisindədirlər (ölümdən sonrakı həyata inanmırlar). Bil ki, Allah (elm, qüdrət və rəhmət baxımından) hər şeyi əhatə etmişdir.

Şura

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Şura (42:1)

حمٓ١

Ha, mim.

Ha, Mim

2Şura (42:2)

عٓسٓقٓ٢

ʻayn, sin, qaf.

Eyn, Sin, Qaf. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)

3Şura (42:3)

كَذَٲلِكَ يُوحِىٓ إِلَيْكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبْلِكَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ٣

Kəzalikə yuhi iləykə və`ila əlləzinə min qəblikə əllahul əzizul həkim

Qüdrətli, hikmət sahibi olan Allah sənə və səndən öncə olmuşlara (peyğəmbərlərə) bu cür (bu kəlmələr və bu surə kimi) vəhy edir.

4Şura (42:4)

لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٲتِ وَمَا فِى ٱلْأَرْضِ‌ۖ وَهُوَ ٱلْعَلِىُّ ٱلْعَظِيمُ٤

Ləhu ma fis səmavati və ma fil ərz, və huvəl əliyyul əzim

(Göylərlə yerin özlərindən əlavə) göylərdə və yerdə nə varsa Allahın həqiqi mülküdür. (Çünki onların yaradılışları, qorunmaları, idarə edilmələri və yox edilmələri Onun qüdrətli əlindədir.) (Zatı, sifətlərinin kamilliyi və işləri baxımından) uca və böyük Odur.

5Şura (42:5)

تَكَادُ ٱلسَّمَـٰوَٲتُ يَتَفَطَّرْنَ مِن فَوْقِهِنَّ‌ۚ وَٱلْمَلَـٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَن فِى ٱلْأَرْضِ‌ۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ٥

Təkadus səmavatu yətəfəttarnə min fəvqihinn, vəl məla`ikətu yusəbbihunə bihəmdi rəbbihim vəyəstəğfirunə limən fil ərz, Əla innə əllah huvə əl ğəfuru rrəhim

(Mümkün varlıqların fövqündə duran vacib varlıq tərəfindən vəhy nazil olan zaman) göylər az qalır yuxarılarından (vəhy nazil olan tərəfdən) yarılsın. Və mələklər Rəbblərinə şükr etməklə birlikdə həmişə Onu (hər bir nöqsan və eybdən) pak və müqəddəs bilir və yer üzündə olan kəslər üçün bağışlanma diləyirlər. Bil ki, həqiqətən, bağışlayan və mehriban məhz Allahdır.

6Şura (42:6)

وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍ٦

Valləzinə ttəxəzu min dunihi əvliya`ə əllahu həfizun ələyhim və ma əntə ələyhim bivəkil

Allah (uluhiyyət və rübubiyyətdəki şərikləri adı ilə başqalarını) Onun yerinə başçı və dost götürənlərin üzərində nəzarətçidir (onların əməlləri qeyd edir və cəzalarını verəcəkdir). Sən əsla onların işlərinə vəkil deyilsən.

7Şura (42:7)

وَكَذَٲلِكَ أَوْحَيْنَآ إِلَيْكَ قُرْءَانًا عَرَبِيًّا لِّتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ ٱلْجَمْعِ لَا رَيْبَ فِيهِ‌ۚ فَرِيقٌ فِى ٱلْجَنَّةِ وَفَرِيقٌ فِى ٱلسَّعِيرِ٧

Vəkəzalikə əvhəyna iləykə qur`-anən ərəbiyyən llitunzirə umməl qura və mən həvləha vətunzirə yəvməl cəm'i la rəybə fih, fəriqun fil cənnəti vəfəriqun fis sə'ir

Və beləcə biz sənə ərəbcə bir Quran vəhy etdik ki, Ummul-qura (Məkkə) və onun ətrafındakılara (həm vəhyin mərkəzinin, həm də dünyanın digər cəmiyyətlərin insanlarına) xəbərdarlıq edəsən və barəsində şübhə olmayan toplantı günündən (Bərzəx ruhlarının bədənlərlə, ilk insanların son insanlarla, insanların cin və şeytanlarla, boynunda vəzifə olanların öz əməlləri ilə, əməl sahiblərinin əməllərinin cəzası ilə bir yerə toplanacağı gün ilə) qorxudasan. Bir dəstə Cənnətdədir, bir dəstə alovlu odda.

8Şura (42:8)

وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمْ أُمَّةً وَٲحِدَةً وَلَـٰكِن يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ‌ۚ وَٱلظَّـٰلِمُونَ مَا لَهُم مِّن وَلِىٍّ وَلَا نَصِيرٍ٨

Vələv şa əllahu ləcə'ələhum ummətən vahidətən və lakin yudxilu mən yəşau fi rəhmətih, vəz zalimunə ma ləhum-min vəliyyin və la nəsir

Əgər Allah (qəti iradə ilə) istəsəydi onların hamısını (məcburi şəkildə əqidə və əməl baxımından) tək bir ümmət edərdi. Lakin (Allahın ənənəvi qanunları dinin təbii ki, təfriqə doğuran ixtiyari şəkildə təqdim edilməsi üzərində qurulub və O,) istədiyi (və hidayətin kökünü qəbul etmiş) kəsləri Öz rəhmətinə daxil edir. Zalımların nə başçı və yoldaşları var, nə də yardımçıları.

9Şura (42:9)

أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ‌ۖ فَٱللَّهُ هُوَ ٱلْوَلِىُّ وَهُوَ يُحْىِ ٱلْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ٩

Əmi ttəxəzu min dunihi əvliya`, fəl ləhu huvəl vəliyyu və huvə yuhyil məvta və huvə əla kulli şəy`in qədir

Yoxsa Allahın yerinə özlərinə başçı və yardımçılar götürüblər? Halbuki yeganə başçı və yardımçı Allahdır və ölüləri dirildən və hər şeyə qadir olan Odur.

10Şura (42:10)

وَمَا ٱخْتَلَفْتُمْ فِيهِ مِن شَىْءٍ فَحُكْمُهُۥٓ إِلَى ٱللَّهِ‌ۚ ذَٲلِكُمُ ٱللَّهُ رَبِّى عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ١٠

Və ma xtələftum fihi min şəy`in fəhukmuhu ila əllah, zalikumu əllahu rəbbi ələyhi təvəkkəltu və`iləyhi unib

Barəsində ixtilafda olduğunuz (dini və dünyəvi) mövzuların hökmü Allaha qayıdır. Mənim Rəbbim belə Allahdır. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam.

11Şura (42:11)

فَاطِرُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۚ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٲجًا وَمِنَ ٱلْأَنْعَـٰمِ أَزْوَٲجًا‌ۖ يَذْرَؤُكُمْ فِيهِ‌ۚ لَيْسَ كَمِثْلِهِۦ شَىْءٌ‌ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ١١

Fatirus səmavati vəl ərz, cə'ələ ləkum-min ənfusikum əzvacən vəminəl ən'ami əzvacə, yəzrə`ukum fih, ləysə kəmislihi şəy`, və huvəs səmi'ul bəsir

(O,) göyləri və yeri (ilk olaraq və misli görünməmiş şəkildə) yaradandır. Sizin üçün (mələk və cinlərdən deyil) öz cinsinizdən zövcələr yaratdı və (həmçinin) dördayaqlılardan (da erkək-dişi) cütlər (yaratdı). Sizi bununla (bu evlənmək tədbiri ilə) artırır və yayır. Heç nə Onun kimi deyil və eşidən və görən Odur!

12Şura (42:12)

لَهُۥ مَقَالِيدُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۖ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ‌ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍ عَلِيمٌ١٢

Ləhu məqalidus səmavati vəl ərz, yəbsutu rrizqə limən yəşau vəyəqdir, innəhu bikulli şəy`in əlim

Göylərin və yerin xəzinələri (ruzinin xammal və mənbələri və onların Allahın istəyindən ibarət açarları) Ona məxsusdur. Ruzini istədiyi kəs üçün genişləndirir (artırır) və ya daraldır (azaldır). Çünki O, hər şeyi biləndir.

Səhifə 1 / 13