бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
عَمَّ يَتَسَآءَلُونَ١
Əmmə yətəsa`əlun
(Kafirlər) bir-birlərindən nə haqqında soruşurlar?
عَنِ ٱلنَّبَإِ ٱلْعَظِيمِ٢
Ənin nəbə`il əzim
Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Quranın haqq olması) haqqında.
ٱلَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ٣
Əlləzi hum fihi muxtəlifun
Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar (bəzisi onu qeyri-mümkün, bəzisi onu az ehtimal olunan, bəzisi şəkk-şübhə etmiş və bəzisi də bunu bilməklərinə baxmayaraq inkar etmişlər).
كَلَّا سَيَعْلَمُونَ٤
Kəlla səyə`ləmun
Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər.
ثُمَّ كَلَّا سَيَعْلَمُونَ٥
Summə kəlla səyə`ləmun
Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər. (Bu iki ayə «böyük xəbər»i inkar edənlər üçün bir təhdiddir).
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَـٰدًا٦
Ələm nəc'əlil ərza mihadə
Məgər Biz yeri rahatlıq beşiyi etmədikmi? (Bu ayədən etibarən on altıncı ayəyə qədər, «böyük xəbər»in isbatı üçün doqquz dəlil gətirilir).
وَٱلْجِبَالَ أَوْتَادًا٧
Vəl cibalə əvtadə
Dağları (onun səthində) mıxlar (etmədikmi)?
وَخَلَقْنَـٰكُمْ أَزْوَٲجًا٨
Vəxələqnakum əzvacə
Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا٩
Vəcə'əlna nəvməkum subatə
Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik. (və ruhun bədənə göstəriş vermə imkanının bir növ kəsilmə vasitəsi etdik).
وَجَعَلْنَا ٱلَّيْلَ لِبَاسًا١٠
Vəcə'əlna əlləylə libasə
Gecəni (hər şeyi bürüyən) örtük etdik.
وَجَعَلْنَا ٱلنَّهَارَ مَعَاشًا١١
Vəcə'əlnan nəharə mə'aşə
Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik.
وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا١٢
Vəbənəyna fəvqəkum səb'ən şidadə
Sizin başınızın üstündə yeddi möhkəm və sabit göy qurduq.
وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا١٣
Vəcə'əlna siracən vəhhacə
Olduqca parlaq və yandırıcı bir çıraq (günəş) yaratdıq.
وَأَنزَلْنَا مِنَ ٱلْمُعْصِرَٲتِ مَآءً ثَجَّاجًا١٤
Və`ənzəlna minəl mu'sirati ma`ən səccacə
(Buluda) təzyiq göstərən küləklərdən və topa halında bir-birinə sıxılmış buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik ki,
لِّنُخْرِجَ بِهِۦ حَبًّا وَنَبَاتًا١٥
Linuxricə bihi həbbən vənəbatə
Onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq.
وَجَنَّـٰتٍ أَلْفَافًا١٦
Vəcənnatin əlfafə
(Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar.
إِنَّ يَوْمَ ٱلْفَصْلِ كَانَ مِيقَـٰتًا١٧
Innə yəvməl fəsli kanə miqatə
Həqiqətən, (insanlar arasında) hökmetmə və (haqla batilin, yaxşıyla pisin) ayrılma günü (İlahinin əzəli elmində və Lövhi-Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır (hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat və cəzaların verilmə vədəsidir. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur).
يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا١٨
Yəvmə yunfəxu fis suri fətə`tunə əfvacə
Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz.
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتْ أَبْوَٲبًا١٩
Vəfutihətis səma`u fəkanət əbvabə
(O gün) göy açılar və (çoxlu sayda mələklərin nazil olması üçün) qapılar şəklinə düşər.
وَسُيِّرَتِ ٱلْجِبَالُ فَكَانَتْ سَرَابًا٢٠
Vəsuyyirətil cibalu fəkanət sərabə
Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər.