бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
الٓرۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ ٱلْحَكِيمِ١
Əlif, ləm, ra. tilkə ayatul kitabil həkim
Əlif, Lam, Ra. (Mən hər şeyi görən Allaham. Mənim kitabım həmin bu həriflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu həriflər Allahla Onun peyğəmbəri Muhəmməd (s) arasında rəmzlərdir.) Bu surə hikmət öyrədən kitabın ayələridir. (Quranın, ya Lövhi-Məhfuzun ayələridir ki, elmlərə, şəri hökmlərə və əqli bilgilərə malikdir.)
أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَآ إِلَىٰ رَجُلٍ مِّنْهُمْ أَنْ أَنذِرِ ٱلنَّاسَ وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِندَ رَبِّهِمْۗ قَالَ ٱلْكَـٰفِرُونَ إِنَّ هَـٰذَا لَسَـٰحِرٌ مُّبِينٌ٢
Əkanə lilnnasi əcəbən ən əvhəyna ila rəculin mminhum ən ənzirin nasə vəbəşşiri əlləzinə amənu ənnə ləhum qədəmə sidqin ində rəbbihim, qaləl kafirunə innə haza ləsahirun mmubin
Yoxsa insanlara (mələklərdən və cinlərdən deyil) özlərindən olan bir kişiyə «insanları (küfr, şirk və fisqdən) qorxut və iman gətirənləri Rəbbi yanında onlar üçün gözəl keçmiş, doğru məqam və layiqli mükafatın olması ilə müjdələ» (deyə) vəhy etməyimiz təəccüblüdür? (Buna görə də) kafirlər dedilər: «Doğrudan da, bu (kişi) aşkar bir sehrbazdır».
إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِۖ يُدَبِّرُ ٱلْأَمْرَۖ مَا مِن شَفِيعٍ إِلَّا مِنۢ بَعْدِ إِذْنِهِۦۚ ذَٲلِكُمُ ٱللَّهُ رَبُّكُمْ فَٱعْبُدُوهُۚ أَفَلَا تَذَكَّرُونَ٣
Innə rəbbəkumu əllahu əlləzi xələqəs səmavati vəl ərza fi sittəti əyyamin summə stəva əlal ərş, yudəbbirul əmr, ma min şəfi'in illa min bə'di iznih, zalikumu əllahu rəbbukum fa'buduh, Əfəla təzəkkərun
Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gün(ə bərabər olan bir müdət)də (yaxud altı gecə və gündüzdə, ya da altı mərhələdə) yaradan, sonra taxta (qüdrət və tədbir taxtına) hakim olan Allahdır. İşi (yaradılış işini) daim (səbəb-nəticə qanunu əsasında) idarə edir. (Dünyanın səbəb və nəticələri arasında) Onun izni olmadan heç bir şəfaətedici (vasitə) yoxdur. Budur Rəbbiniz olan Alah. Buna görə də Ona ibadət edin. Heç öyüd-nəsihət almırsınız?
إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًاۖ وَعْدَ ٱللَّهِ حَقًّاۚ إِنَّهُۥ يَبْدَؤُاْ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ لِيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ بِٱلْقِسْطِۚ وَٱلَّذِينَ كَفَرُواْ لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكْفُرُونَ٤
Iləyhi mərci'ukum cəmi'ə, və'də əllah həqqə, innəhu yəbdə`ul xəlqə summə yu'iduhu liyəcziyə əlləzinə amənu və'əmilus salihati bilqist, valləzinə kəfəru ləhum şərabun min həmimin və'əzabun əlimun bima kanu yəkfurun
Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir. Həqiqətən, yaradılmışları əvvəldə yaradan, sonra isə onları (ömür müddətləri başa çatdıqdan sonra) iman gətirən və yaxşı işlər görənləri haqq və ədalətlə mükafatlandırmaq üçün (Özünə tərəf) qaytaran Odur. Kafirlər üçün küfrlərinin cəzası olaraq qaynar sudan ibarət içki və ağrılı bir əzab vardır.
هُوَ ٱلَّذِى جَعَلَ ٱلشَّمْسَ ضِيَآءً وَٱلْقَمَرَ نُورًا وَقَدَّرَهُۥ مَنَازِلَ لِتَعْلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَۚ مَا خَلَقَ ٱللَّهُ ذَٲلِكَ إِلَّا بِٱلْحَقِّۚ يُفَصِّلُ ٱلْأَيَـٰتِ لِقَوْمٍ يَعْلَمُونَ٥
Huvə əlləzi cə'ələş şəmsə ziya`ən vəl qəmərə nurən vəqəddərəhu mənazilə litə'ləmu ədədəs sininə vəl hisab, ma xələqə əllahu zalikə illa bilhəqq, yufəssilul ayati liqəvmin yə`ləmun
Günəşi işıqlı və ayı (günəşin şüaları ilə) nurlu edən və illərin (qəməri illərinin) sayını və hesabı (işlərinizin vaxtını) biləsiniz deyə onun üçün (yer kürəsi ətrafında fırlanmasında) mənzillər müəyyənləşdirən Odur. Allah onları yalnız haqq (məqsəd) üçün yaratdı. O, (Öz) ayə və nişanələri(ni) bilən bir dəstə üçün hərtərəfli (həm xarici aləmdə, həm də söz ilə) açıqlayır.
إِنَّ فِى ٱخْتِلَـٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَمَا خَلَقَ ٱللَّهُ فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ لَأَيَـٰتٍ لِّقَوْمٍ يَتَّقُونَ٦
Innə fi xtilafi əlləyli vən nəhari və ma xələqə əllahu fis səmavati vəl ərzi ləayatin lliqəvmin yəttəqun
Şübhəsiz, gecə ilə gündüzün get-gəlində və (fəsillərə, ya yerin məntəqələrinə uyğun olaraq onların) hər birinin uzun və qısalığında və Allahın (planetlər, mələklər və canlılar kimi) göylərdə və (bitkilər, heyvanlar, cinlər və insanlar kimi) yerdə yaratdığında təqvalı olan bir dəstə üçün (Allahın tövhid, əzəmət, qüdrət və hikmətindən) ayə və nişanələr vardır.
إِنَّ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا وَرَضُواْ بِٱلْحَيَوٲةِ ٱلدُّنْيَا وَٱطْمَأَنُّواْ بِهَا وَٱلَّذِينَ هُمْ عَنْ ءَايَـٰتِنَا غَـٰفِلُونَ٧
Innə əlləzinə la yərcunə liqa`əna vərəzu bilhəyatid dunya vatmə`ənnu biha valləzinə hum ən ayatina ğafilun
Həqiqətən, Bizim görüşümüzə ümidi (axirət aləminə imanları) olmayan və dünya həyatına şad olaraq ona ürək bağlayan, həmçinin Bizim ayələrimizdən (müşahidə aləminin yaradılış və əzəmətli kitabın tərtib edilmiş ayələrindən) qafil olan kəslər
أُوْلَـٰٓئِكَ مَأْوَٮٰهُمُ ٱلنَّارُ بِمَا كَانُواْ يَكْسِبُونَ٨
Ula`ikə mə`vahumun naru bima kanu yəksibun
Onların qalacaqları yer qazandıqlarının (qəlbləri ilə qazandıqları nalayiq əqidələrin və əlləri ilə qazandıqları günahların) cəzası olaraq oddur.
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ يَهْدِيهِمْ رَبُّهُم بِإِيمَـٰنِهِمْۖ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَـٰرُ فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ٩
Innə əlləzinə amənu və'əmilus salihati yəhdihim rəbbuhum bi`imanihim, təcri min təhtihimul ənharu fi cənnatin nə'im
Şübhəsiz, iman gətirib yaxşı işlər görən kəsləri Rəbbi imanlarına görə (Öz yanına) hidayət edər, (və axirətdə) nemət dolu bağlarda onların (ağaclarının və saraylarının) altından çaylar axar.
دَعْوَٮٰهُمْ فِيهَا سُبْحَـٰنَكَ ٱللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَـٰمٌۚ وَءَاخِرُ دَعْوَٮٰهُمْ أَنِ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ١٠
Də'vahum fiha subhanəkə əllahummə vətəhiyyətuhum fiha səlam, vəaxiru də'vahum ənil həmdu lilləhi rəbbil aləmin
Onların oradakı duaları «Allahım, Sən (Özün-Özünü bütün eyb və nöqsan sifətlərdən pak vəsf etdiyin kimi) paksan!»dır; oradakı salamları (Allah tərəfindən, mələklərlə və bir-birləri ilə salamlaşmaları) «salam»dır; və bütün dualarının sonu «həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur» (deməkdir).
وَلَوْ يُعَجِّلُ ٱللَّهُ لِلنَّاسِ ٱلشَّرَّ ٱسْتِعْجَالَهُم بِٱلْخَيْرِ لَقُضِىَ إِلَيْهِمْ أَجَلُهُمْۖ فَنَذَرُ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا فِى طُغْيَـٰنِهِمْ يَعْمَهُونَ١١
Vələv yu'əccilu əllahu lilnnasiş şərrə sti'caləhum bilxəyri ləquziyə iləyhim əcəluhum, fənəzəru əlləzinə la yərcunə liqa`əna fi tuğyanihim yə'məhun
Və əgər Allah camaat üçün şərdə (onların şər dualarının qəbulunda və ya pis əməllərinin cəzasında) onların xeyir istəməkdə (xeyirli dualarının qəbulunda, yaxud gözəl əməllərinin mükafatında) tələsdikləri kimi tələssəydi, şübhəsiz, onların ömürlərinin müddəti (Onun əzabının nazil olması ilə) sona çatardı. Buna görə də Bizə qovuşacaqlarına ümidvar olmayan (məadı inkar edən) kəsləri boşlayırıq ki, öz azğınlıqlarında sərgərdan qalsınlar.
وَإِذَا مَسَّ ٱلْإِنسَـٰنَ ٱلضُّرُّ دَعَانَا لِجَنۢبِهِۦٓ أَوْ قَاعِدًا أَوْ قَآئِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُۥ مَرَّ كَأَن لَّمْ يَدْعُنَآ إِلَىٰ ضُرٍّ مَّسَّهُۥۚ كَذَٲلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُواْ يَعْمَلُونَ١٢
Və`iza məssəl insanəz zurru də'ana licəmbihi əv qa'idən əv qa`imən fələmma kəşəfna ənhu zurrəhu mərrə kə`ən lləm yəd'una ila zurrin mməssəh, kəzalikə zuyyinə lilmusrifinə ma kanu yə'məlun
İnsana bir çətinlik və ziyan yetişən zaman (bütün hallarda) – böyrü üstdə yatanda, oturanda, ayaq üstdə – (dua edərək) Bizi çağırar. Elə ki, çətinlik və ziyanı ondan götürürük Bizi ona yetişən ziyan(ı uzaqlaşdırmaq) üçün çağırmamış kimi (çıxıb) gedər! İsraf edənlərə etdikləri əməllər beləcə zinətləndirilmişdir.
وَلَقَدْ أَهْلَكْنَا ٱلْقُرُونَ مِن قَبْلِكُمْ لَمَّا ظَلَمُواْۙ وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ وَمَا كَانُواْ لِيُؤْمِنُواْۚ كَذَٲلِكَ نَجْزِى ٱلْقَوْمَ ٱلْمُجْرِمِينَ١٣
Vələqəd əhləknal qurunə min qəblikum ləmma zaləmu vəca`əthum rusuluhum bilbəyyinati və ma kanu liyu`minuv, kəzalikə nəczil qəvməl mucrimin
Doğrudan da, Biz sizdən öncə müxtəlif əsrlərdə bir-birinin ardınca gələn millətləri zülm edərkən və peyğəmbərlərinin onlara aydın dəlillər gətirmələrinə baxmayaraq iman gətirmək niyyətində olmadıqları zaman həlak etdik. Biz günahkarlar dəstəsini belə cəzalandırırıq.
ثُمَّ جَعَلْنَـٰكُمْ خَلَـٰٓئِفَ فِى ٱلْأَرْضِ مِنۢ بَعْدِهِمْ لِنَنظُرَ كَيْفَ تَعْمَلُونَ١٤
Summə cə'əlnakum xəla`ifə fil ərzi min bə'dihim linənzurə kəyfə tə'məlun
Sonra (cari imtahan qanununa uyğun olaraq) necə rəftar edəcəyinizə baxmaq üçün sizi onların ardınca yer üzündə canişin etdik.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَاتُنَا بَيِّنَـٰتٍۙ قَالَ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا ٱئْتِ بِقُرْءَانٍ غَيْرِ هَـٰذَآ أَوْ بَدِّلْهُۚ قُلْ مَا يَكُونُ لِىٓ أَنْ أُبَدِّلَهُۥ مِن تِلْقَآىِٕ نَفْسِىٓۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّۖ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍ١٥
Və`iza tutla ələyhim ayatuna bəyyinatin qalə əlləzinə la yərcunə liqa`əna ti biqur`-anin ğəyri haza əv bəddilh, qul ma yəkunu li ən ubəddiləhu min tilqa`i nəfsiy, in əttəbi'u illa ma yuha iləyy, inni əxafu in əsaytu rəbbi əzabə yəvmin əzim
Bizim aydın ayələrimiz onlara oxunan zaman, Bizə qovuşacaqlarına ümidi olmayan (məadı inkar edən) kəslər «bundan başqa bir Quran gətir, ya onu dəyişdir» (məsələn, onun bəzi ayələrini və surələrini çıxart, orada şirkin haramlığından, bütlərin pislənməsindən, Qiyamətdən, murdarın və qumarın haram olmasından bir şey olmasın) deyərlər. De: «onu(n hamısını, ya bəzisini) özbaşıma dəyişdirmək mənə yaraşmaz və (buna) mənim haqqım və qüdrətim yoxdur. Mən yalnız mənə vəhy edilən şeyə tabe oluram. Şübhəsiz, əgər mən Rəbbimə qarşı itaətsizlik etsəm, böyük bir günün əzabından qorxuram.
قُل لَّوْ شَآءَ ٱللَّهُ مَا تَلَوْتُهُۥ عَلَيْكُمْ وَلَآ أَدْرَٮٰكُم بِهِۦۖ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًا مِّن قَبْلِهِۦٓۚ أَفَلَا تَعْقِلُونَ١٦
Qul-ləv şa əllahu ma tələvtuhu ələykum və la ədrakum bih, fəqəd ləbistu fikum umurən min qəblih, Əfəla tə'qilun
De: «Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım və O da sizi ondan xəbərdar etməzdi. Çünki şübhəsiz, mən on(un nazil olmasın)dan qabaq sizin aranızda bir ömür (qırx il) keçirmişəm (dərs oxumayıb yazı yazmamışam və heç bir iddiam da olmayıb, birdən-birə bu kitab dilimdə səslənmişdir), belə isə, heç düşünmürsünüz?»
فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔـايَـٰتِهِۦٓۚ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْمُجْرِمُونَ١٧
Fəmən əzləmu mimməni ftəra əla əllah kəzibən əv kəzzəbə biayatih, innəhu la yuflihul mucrimun
Buna görə də kim, Allaha yalan yaxandan, ya Onun ayələrini təkzib edəndən daha zalımdır? Həqiqətən, günahkarlar nicat tapmayacaqlar.
وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ وَيَقُولُونَ هَـٰٓؤُلَآءِ شُفَعَـٰٓؤُنَا عِندَ ٱللَّهِۚ قُلْ أَتُنَبِّــُٔونَ ٱللَّهَ بِمَا لَا يَعْلَمُ فِى ٱلسَّمَـٰوَٲتِ وَلَا فِى ٱلْأَرْضِۚ سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ١٨
Vəyə'budunə min duni-llahi ma la yəzurruhum və la yənfə'uhum vəyəqulunə ha`ula`i şufə'a`una ində əllah, qul ətunəbbi`unə əllah bima la yə`ləmu fis səmavati və la fil ərz, subhanəhu vətə'ala əmma yuşrikun
Onlar Allahın yerinə onlara nə bir zərər yetirən və nə də bir mənfəət verən şeylərə ibadət edir və «bunlar Allah yanında bizim şəfaətçilərimizdir» deyirlər. De: «Allaha nə göylərdə və nə də yerdə (guya) xəbəri olmayan bir şeydən xəbər verirsiniz?! O, şərik qoşduqları şeydən pak və ucadır».
وَمَا كَانَ ٱلنَّاسُ إِلَّآ أُمَّةً وَٲحِدَةً فَٱخْتَلَفُواْۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ فِيمَا فِيهِ يَخْتَلِفُونَ١٩
Və ma kanən nasu illa ummətən vahidətən faxtələfuv, vələvla kəlimətun səbəqət min rrəbbikə ləquziyə bəynəhum fima fihi yəxtəlifun
İnsanlar (xilqətin əvvəlində uzun müddət) yalnız vahid (və ixtilafsız) bir millət idilər. Beləliklə (dünyəvi işlərdə ictimai əlaqələrə görə, kitab nazil olduqdan sonra isə ixtilaflarını aradan qaldırmaq üçün kitabın özü ilə bağlı) ixtilafa düşdülər. Əgər (əzəli elmində və Lövhi-Məhfuzda) Rəbbindən (bütün dəlil-sübutlar təqdim edilməmişdən əzab verməmək və dəlil-sübutlar təqdim edildikdən sonra da tələsməmək barəsində) bir kəlam keçməsəydi, onların arasında mütləq ixtilaf etdikləri şey barəsində (əməli surətdə) hökm edilərdi. (Bəqərə surəsinin 213-cü ayəsinə müraciət edin.)
وَيَقُولُونَ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌ مِّن رَّبِّهِۦۖ فَقُلْ إِنَّمَا ٱلْغَيْبُ لِلَّهِ فَٱنتَظِرُوٓاْ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ٢٠
Vəyəqulunə ləvla unzilə ələyhi ayətun min rrəbbih, fəqul innəma əl ğəybu lilləhi fantəziru inni mə'əkum-minəl muntəzirin
Və «nə üçün Rəbbi tərəfindən ona (Salehin dəvəsi, Musanın əsası, mələyin gəlməsi kimi camaatı iman gətirməyə vadar edən) bir möcüzə nazil olmayıb?» deyirlər. De: «Qeyb (pərdə arxasındakı işlər) yalnız Allahın ixtiyarındadır (və bəlkə də nazil etdi). Buna görə də, gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyənlərdənəm».
وَإِذَآ أَذَقْنَا ٱلنَّاسَ رَحْمَةً مِّنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُمْ إِذَا لَهُم مَّكْرٌ فِىٓ ءَايَاتِنَاۚ قُلِ ٱللَّهُ أَسْرَعُ مَكْرًاۚ إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ٢١
Və`iza əzəqnan nasə rəhmətən min bə'di zarra`ə məssəthum iza ləhum-məkrun fi ayatina, quli-llahi əsrə'u məkrə, innə rusuləna yəktubunə ma təmkurun
İnsanlara onlara yetişmiş çətinlik və əziyyətdən sonra bir mərhəmət və rahatlıq dadızdırdığımız (cahiliyyət dövrünün nadanlıq və fəqirliyindən sonra İslam elm və rifahı verdiyimiz) zaman birdən Bizim ayələrimiz barəsində hiyləyə başlayırlar (onları sehr, şer və əfsanə adlandırırlar). De: «Allahın məkri daha tez yetişəndir». Həqiqətən, Bizim elçilərimiz etdiyiniz məkrləri yazırlar.
هُوَ ٱلَّذِى يُسَيِّرُكُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِۖ حَتَّىٰٓ إِذَا كُنتُمْ فِى ٱلْفُلْكِ وَجَرَيْنَ بِهِم بِرِيحٍ طَيِّبَةٍ وَفَرِحُواْ بِهَا جَآءَتْهَا رِيحٌ عَاصِفٌ وَجَآءَهُمُ ٱلْمَوْجُ مِن كُلِّ مَكَانٍ وَظَنُّوٓاْ أَنَّهُمْ أُحِيطَ بِهِمْۙ دَعَوُاْ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ لَئِنْ أَنجَيْتَنَا مِنْ هَـٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ٢٢
Huvə əlləzi yusəyyirukum fil bərri vəl bəhr, hətta iza kuntum fil fulki vəcərəynə bihim birihin tayyibətin vəfərihu biha ca`ətha rihun asifun vəca`əhumul məvcu min kulli məkanin vəzannu ənnəhum uhita bihim də'əvu əllah muxlisinə ləhud dinə lə`in əncəytəna min hazihi lənəkunənnə minəş şakirin
Sizi quruda və dənizdə gəzdirən Odur. Nəhayət, siz gəmilərdə olan və gəmilər öz sərnişinlərini xoş və mülayim bir küləyin vasitəsilə hərəkət etdirən və onlar ondan xoşhal olduqları zaman, (birdən) həmin gəmilərə şiddətli bir külək əsər, (dənizin) dalğa(sı) hər tərəfdən onlara çırpılar və onlar (dalğaların və bəlanın) mühasirəsində olmalarına yəqinlik edərlər, (o halda) iman və etiqadda saf niyyətlə Allahı çağırarlar ki: «Əgər bizi bundan (bu təhlükədən) qurtarsan, mütləq şükr edənlərdən olacağıq».
فَلَمَّآ أَنجَـٰهُمْ إِذَا هُمْ يَبْغُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّۗ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَا بَغْيُكُمْ عَلَىٰٓ أَنفُسِكُمۖ مَّتَـٰعَ ٱلْحَيَوٲةِ ٱلدُّنْيَاۖ ثُمَّ إِلَيْنَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ٢٣
Fələmma əncahum iza hum yəbğunə fil ərzi biğəyril həqq, ya əyyuhan nasu innəma bəğyukum əla ənfusikum, məta'əl həyatid dunya, summə iləyna mərci'ukum fənunəbbi`ukum bima kuntum tə'məlun
Elə ki, (Allah) onlara (həmin təhlükədən) nicat verdi, birdən yer üzündə haqsız yerə zülm edərlər! Ey insanlar, şübhəsiz, sizin zülmləriniz öz ziyanınızadır. Dünya həyatından (azacıq) bir bəhrə əldə edirsiniz, sonra dönüşünüz Bizə tərəfdir. Beləliklə sizi əməllərinizdən xəbərdar edəcəkdir.
إِنَّمَا مَثَلُ ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا كَمَآءٍ أَنزَلْنَـٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخْتَلَطَ بِهِۦ نَبَاتُ ٱلْأَرْضِ مِمَّا يَأْكُلُ ٱلنَّاسُ وَٱلْأَنْعَـٰمُ حَتَّىٰٓ إِذَآ أَخَذَتِ ٱلْأَرْضُ زُخْرُفَهَا وَٱزَّيَّنَتْ وَظَنَّ أَهْلُهَآ أَنَّهُمْ قَـٰدِرُونَ عَلَيْهَآ أَتَـٰهَآ أَمْرُنَا لَيْلاً أَوْ نَهَارًا فَجَعَلْنَـٰهَا حَصِيدًا كَأَن لَّمْ تَغْنَ بِٱلْأَمْسِۚ كَذَٲلِكَ نُفَصِّلُ ٱلْأَيَـٰتِ لِقَوْمٍ يَتَفَكَّرُونَ٢٤
Innəma məsəlul həyatid dunya kəma`in ənzəlnahu minəs səma`i faxtələta bihi nəbatul ərzi mimma yə`kulun nasu vəl ən'amu hətta iza əxəzətil ərzu zuxrufəha vazzəyyənət vəzannə əhluha ənnəhum qadirunə ələyha ətaha əmruna ləylən əv nəharən fəcə'əlnaha həsidən kə`ən lləm təğnə bil`əms, kəzalikə nufəssilul ayati liqəvmin yətəfəkkərun
Həqiqətən, dünya həyatı (qar və yağış şəklində) göydən nazil etdiyimiz su kimidir ki, onun vasitəsilə insanların və heyvanların yedikləri yer bitkiləri bir-birinə qarışır. Nəhayət, yer üzü öz gözəlliyini əldə etdiyi və zinətləndiyi və onun sakinləri özlərinin ona (ondan bəhrələnməyə) qadir olduqlarını güman etdikləri zaman, (birdən) Bizim əmrimiz gecə, ya gündüz çağı (soyuq və ya isti, sel və ya da dolu şəklində) gəlib ona çatır. Beləliklə, onları sanki dünən ayaq üstə olmamış kimi biçilmiş, quru ot şəklinə salırıq. Biz (Öz qüdrət və qəzəb) nişanələri(mizi) düşünən dəstə üçün (yaradılış və təqdir kitabında) belə ətraflı izah edirik.
وَٱللَّهُ يَدْعُوٓاْ إِلَىٰ دَارِ ٱلسَّلَـٰمِ وَيَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٲطٍ مُّسْتَقِيمٍ٢٥
Vəl ləhu yəd'u ila daris səlami vəyəhdi mən yəşau ila siratin mmustəqim
Allah (bəşəriyyəti) «Darus-Salam»a (fanilikdən uzaq Cənnətə) dəvət edir və (ümumi hidayəti qəbul edənlərdən) istədiyi şəxsi (xüsusi maarifdə) doğru yola hidayət edir.
لِّلَّذِينَ أَحْسَنُواْ ٱلْحُسْنَىٰ وَزِيَادَةٌۖ وَلَا يَرْهَقُ وُجُوهَهُمْ قَتَرٌ وَلَا ذِلَّةٌۚ أُوْلَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَنَّةِۖ هُمْ فِيهَا خَـٰلِدُونَ٢٦
Lilləzinə əhsənul husna vəziyadəh, və la yərhəqu vucuhəhum qətərun və la zilləh, ula`ikə əshabul cənnəh, hum fiha xalidun
Yaxşı işlər görən və yaxşılıq edənlər üçün (nəzərdə tutulmuş) gözəl mükafat və (lütf yolu ilə olan əlavə) artıq (mükafat) vardır və (axirətdə) onların üzlərini qara tüstü, zillət və xarlıq tozu örtməz. Onlar Cənnət əhlidirlər, orada əbədi qalacaqlar.
وَٱلَّذِينَ كَسَبُواْ ٱلسَّيِّـَٔـاتِ جَزَآءُ سَيِّئَةِۭ بِمِثْلِهَا وَتَرْهَقُهُمْ ذِلَّةٌۖ مَّا لَهُم مِّنَ ٱللَّهِ مِنْ عَاصِمٍۖ كَأَنَّمَآ أُغْشِيَتْ وُجُوهُهُمْ قِطَعًا مِّنَ ٱلَّيْلِ مُظْلِمًاۚ أُوْلَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِۖ هُمْ فِيهَا خَـٰلِدُونَ٢٧
Valləzinə kəsəbus səyyi`ati cəza`u səyyi`ətin bimisliha vətərhəquhum zilləh, ma ləhum-minə əllah min asim, kə`ənnəma uğşiyət vucuhuhum qita'ən mminə əlləyli muzlimə, ula`ikə əshabun nar, hum fiha xalidun
Günahlara mürtəkib olmuş kəslər (üçün), hər bir günahın cəzası (günahdan artıq deyil, ilkin əvəz kimi) onun misli (qədər)dir və onları(n bütün vücudlarını) zilət və xarlıq bürüyəcəkdir. Onları Allah(ın qəzəb və əzabın)dan əsla qoruyan olmayacaqdır. Onların üzləri sanki zülmət gecənin parçaları ilə örtülmüşdür! Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar.
وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُواْ مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَآؤُكُمْۚ فَزَيَّلْنَا بَيْنَهُمْۖ وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ٢٨
Vəyəvmə nəhşuruhum cəmi'ən summə nəqulu lilləzinə əşrəku məkanəkum əntum vəşurəka`ukum, fəzəyyəlna bəynəhum, vəqalə şurəka`uhum-ma kuntum iyyana tə'budun
Və (yada salın) o gün(ü) ki, onların hamısını (Qiyamət meydanında) bir yerə toplayacaq, sonra (Allaha) şərik qoşanlara «siz və şərikləriniz (büt ya qeyri-büt olmasından asılı olmayaraq, hər biriniz sorğu-sual və mühakimə olunmaq üçün) öz yerinizdə durun» deyəcəyik. Beləliklə (həmin gün həqiqətləri aşkar etməklə) onların bir-birləri ilə əlaqələrini kəsərik və (buna görə də) onların şərikləri deyərlər: «Siz (dünyada) bizə ibadət etmirdiniz (əslində siz öz nəfsi istəklərinizə ibadət edirdiniz)».
فَكَفَىٰ بِٱللَّهِ شَهِيدَۢا بَيْنَنَا وَبَيْنَكُمْ إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَـٰفِلِينَ٢٩
Fəkəfa bi-llahi şəhidən bəynəna vəbəynəkum in kunna ən ibadətikum ləğafilin
«Buna görə də, bizimlə sizin aranızda Allahın şahid olması kifayətdir. Həqiqətən, biz sizin ibadətinizdən xəbərsiz idik». (Ağıl sahiblərinin xəbərsizliyinin səbəbi onların etinasızlığı, bütlərin xəbərsizliyinin səbəbi isə idraklarının olmaması idi.)
هُنَالِكَ تَبْلُواْ كُلُّ نَفْسٍ مَّآ أَسْلَفَتْۚ وَرُدُّوٓاْ إِلَى ٱللَّهِ مَوْلَـٰهُمُ ٱلْحَقِّۖ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ٣٠
Hunalikə təblu kullu nəfsin mma əsləfət, vəruddu ila əllah məvlahumul həqq, vəzallə ənhum-ma kanu yəftərun
Hər bir kəs (dünyada) qabağa göndərdiyi əməli həmin gün və orada yoxlayacaqdır (onun dəyərinin və əvəzinin miqdarından xəbərdar olacaqdır) və hamı Allaha – özünün həqiqi mövla və başçısına tərəf qaytarılacaqdır (Cənnətə və ya Cəhənnəmə yollanacaqdır). Və yalandan uydurduqları (yalandan Allahın şəriki hesab etdikləri) şey onlar(ın yanın)dan yoxa çıxacaqdır.
قُلْ مَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ أَمَّن يَمْلِكُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَمَن يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَيُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَمَن يُدَبِّرُ ٱلْأَمْرَۚ فَسَيَقُولُونَ ٱللَّهُۚ فَقُلْ أَفَلَا تَتَّقُونَ٣١
Qul mən yərzuqukum-minəs səma`i vəl ərzi əmmən yəmlikus səm'ə vəl əbsarə və mən yuxricul həyyə minəl məyyiti vəyuxricul məyyitə minəl həyyi və mən yudəbbirul əmr, fəsəyəqulunə əllah, fəqul əfəla təttəqun
De: «Sizə göydən və yerdən kim ruzi verir? Və ya sizin qulaqlarınıza və onların eşitmə qabiliyyətinə və sizin gözlərinizə və onların görmə qabiliyyətinə kim hakimdir? Və dirini ölüdən və ölünü diridən kim çıxarır? Və (varlıq aləminin) bütün işləri(ni) kim idarə edir? Onlar dərhal «Allah!» deyərlər. De: «Belə isə, qorxmursunuz?!»
فَذَٲلِكُمُ ٱللَّهُ رَبُّكُمُ ٱلْحَقُّۖ فَمَاذَا بَعْدَ ٱلْحَقِّ إِلَّا ٱلضَّلَـٰلُۖ فَأَنَّىٰ تُصْرَفُونَ٣٢
Fəzalikumu əllahu rəbbukumul həqq, fəmaza bə'dəl həqqi illaz zalal, fə`ənna tusrəfun
Odur ki, sizin həqiqi Rəbbiniz həmin Allahdır. Və həqiqətdən sonra zəlalətdən başqa nə vardır? Belə isə, necə və haraya döndərilirsiniz?!
كَذَٲلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ فَسَقُوٓاْ أَنَّهُمْ لَا يُؤْمِنُونَ٣٣
Kəzalikə həqqət kəlimətu rəbbikə əla əlləzinə fəsəqu ənnəhum la yu`minun
Rəbbinin itaətsizlik etmiş kəslər barəsindəki (qəti) sözü belə gerçəkləşdi ki: «Onlar iman gətirməyəcəklər».
قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَبْدَؤُاْ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥۚ قُلِ ٱللَّهُ يَبْدَؤُاْ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥۖ فَأَنَّىٰ تُؤْفَكُونَ٣٤
Qul həl min şurəka`ikum-mən yəbdə`ul xəlqə summə yu'iduh, quli-llahi yəbdə`ul xəlqə summə yu'iduh, fə`ənna tu`fəkun
De: «Sizin şəriklərinizdən (Allaha şərik hesab etdiyiniz bütlərdən) məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran bir kəs varmı?» De: «Məxluqatı əvvəlcə yaradan, sonra onları qaytaran (öldürdükdən sonra Qiyamətdə dirildən) Allahdır. Belə isə, necə və haraya döndərilirsiniz?!»
قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَهْدِىٓ إِلَى ٱلْحَقِّۚ قُلِ ٱللَّهُ يَهْدِى لِلْحَقِّۗ أَفَمَن يَهْدِىٓ إِلَى ٱلْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لَّا يَهِدِّىٓ إِلَّآ أَن يُهْدَىٰۖ فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ٣٥
Qul həl min şurəka`ikum-mən yəhdi ilal həqq, quli-llahi yəhdi lilhəqq, Əfəmən yəhdi ilal həqqi əhəqqu ən yuttəbə'ə əmmən lla yəhiddi illa ən yuhda, fəma ləkum kəyfə təhkumun
De: «Sizin şəriklərinizdən haqqa tərəf hidayət edən bir kəs varmı?» De: «Haqqa tərəf hidayət edən yalnız Allahdır (O hər bir varlığı xilqətindən öz təbii məqsədinə doğru hidayət edir və şəriət vasitəsi ilə doğru yola gətirilməyə layiq hər bir kəsi öz xeyirli məqsədinə doğru istiqamətləndirir). Belə isə, arxasınca gedilməyə haqqa tərəf hidayət edən kəs daha layiqdir, yoxsa hidayət edilməyincə doğru yolu tapa bilməyən kəs? Sizə nə olmuşdur? Necə mühakimə yürüdürsünüz?!
وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلَّا ظَنًّاۚ إِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْــًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا يَفْعَلُونَ٣٦
Və ma yəttəbi'u əksəruhum illa zannə, innəz zannə la yuğni minəl həqqi şəy`ə, innə əllah əlimun bima yəf'əlun
Onların çoxu (əqidə və etiqadlarında) yalnız zənnə və gümana tabe olurlar, halbuki, şübhəsiz, (zənn və) güman heç bir haqqın yerini tutmur. Həqiqətən, Allah onların nə etdiklərini bilir.
وَمَا كَانَ هَـٰذَا ٱلْقُرْءَانُ أَن يُفْتَرَىٰ مِن دُونِ ٱللَّهِ وَلَـٰكِن تَصْدِيقَ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ ٱلْكِتَـٰبِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ ٱلْعَـٰلَمِينَ٣٧
Və ma kanə hazal qur`-anu ən yuftəra min duni-llahi və lakin təsdiqə əlləzi bəynə yədəyhi vətəfsiləl kitabi la rəybə fihi min rrəbbil aləmin
Bu Quran Allahdan qeyrisi tərəfindən bir uydurma və yalan deyildir və (onun belə olması bir qayda olaraq və ağıl baxımından da qeyri-mümkündür) lakin özündən əvvəlkilərin (Tövrat və İncilin) təsdiq(ləyicis)i və hər bir (səmavi) kitabın şərhi və ətraflı izahıdır. Onda heç bir şəkk-şübhə yoxdur və aləmlərin Rəbbi tərəfindəndir.
أَمْ يَقُولُونَ ٱفْتَرَٮٰهُۖ قُلْ فَأْتُواْ بِسُورَةٍ مِّثْلِهِۦ وَٱدْعُواْ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَـٰدِقِينَ٣٨
Əm yəqulunə ftərah, qul fə`tu bisurətin mmislihi vad'u məni stəta'tum-min duni-llahi in kuntum sadiqin
Yoxsa «bunu (Quranı, Muhəmməd) yalandan düzəltmişdir» deyirlər. De: «Belə isə əgər doğruçusunuzsa (kəlmənin fəsihliyi, mənanın dərinliyi, müxtəlif elmləri əhatə etmək və qeyb aləmindən xəbər verməkdə) ona bənzər bir surə gətirin və (bu işdə) Allahdan başqa kimi bacarırsınızsa köməyə çağırın». (Bəqərə surəsinn 23-cü ayəsinə müraciət edin.)
بَلْ كَذَّبُواْ بِمَا لَمْ يُحِيطُواْ بِعِلْمِهِۦ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُۥۚ كَذَٲلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلظَّـٰلِمِينَ٣٩
Bəl kəzzəbu bima ləm yuhitu bi'ilmihi vələmma yə`tihim tə`viluh, kəzalikə kəzzəbə əlləzinə min qəblihim, fanzur kəyfə kanə aqibətuz zalimin
(Onlar Quranı onun mənasını bilərək təkzib etmədilər,) əksinə, elmini bilmədikləri və yozumu (həqiqətlərinin aşkar olacağı gün – cahanşümul ədalət hökumətinin zahir olacağı və Qiyamət günü) hələ onlara gəlməmiş şeyi təkzib etdilər. Onlardan əvvəlkilər da (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Buna görə də zalımların aqibətinin necə olduğuna bax!
وَمِنْهُم مَّن يُؤْمِنُ بِهِۦ وَمِنْهُم مَّن لَّا يُؤْمِنُ بِهِۦۚ وَرَبُّكَ أَعْلَمُ بِٱلْمُفْسِدِينَ٤٠
Vəminhum-mən yu`minu bihi vəminhum-mən lla yu`minu bih, vərəbbukə ə'ləmu bilmufsidin
Onların bəzisi ona iman gətirir, bəzisi iman gətirmirlər (bunlar fəsad edəndirlər) və sənin Rəbbin fəsad edənləri(n kimliyini) daha yaxşı biləndir.
وَإِن كَذَّبُوكَ فَقُل لِّى عَمَلِى وَلَكُمْ عَمَلُكُمْۖ أَنتُم بَرِيٓــُٔونَ مِمَّآ أَعْمَلُ وَأَنَا۟ بَرِىٓءٌ مِّمَّا تَعْمَلُونَ٤١
Və`in kəzzəbukə fəqul-li əməli vələkum əməlukum, Əntum bəri`unə mimma ə'məlu və`əna bəri`un mmimma tə'məlun
Əgər səni təkzib etdilərsə, de: «Mənim əməlim mənə və sizin əməliniz sizə məxsusdur, siz mənim etdiklərimdən uzaqsınız və mən sizin etdiklərinizdən uzağam (buna görə də, mənə cihad əmri gəlincəyədək qoyun qalsın).
وَمِنْهُم مَّن يَسْتَمِعُونَ إِلَيْكَۚ أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ وَلَوْ كَانُواْ لَا يَعْقِلُونَ٤٢
Vəminhum-mən yəstəmi'unə iləyk, Əfə`əntə tusmi'us summə vələv kanu la yə'qilun
Onlardan (Qurana və) sənə (sənin sözlərinə) qulaq asanlar (lakin qəlblərinin qulaqları kar olanlar) vardır. Belə olan halda, məgər sən karlara, hətta düşünməsələr belə eşitdirəmi bilərsən?!
وَمِنْهُم مَّن يَنظُرُ إِلَيْكَۚ أَفَأَنتَ تَهْدِى ٱلْعُمْىَ وَلَوْ كَانُواْ لَا يُبْصِرُونَ٤٣
Vəminhum-mən yənzuru iləyk, Əfə`əntə təhdil umyə vələv kanu la yubsirun
Onların bəzisi sənə (sənin peyğəmbərlik dəlillərinə) baxır (amma dərk etmək və ibrət olmaqda kordur)lar. Belə olan halda, məgər sən korları hətta görməsələr belə hidayət edə bilərsən?!
إِنَّ ٱللَّهَ لَا يَظْلِمُ ٱلنَّاسَ شَيْــًٔا وَلَـٰكِنَّ ٱلنَّاسَ أَنفُسَهُمْ يَظْلِمُونَ٤٤
Innə əllah la yəzlimun nasə şəy`ən və lakinnən nasə ənfusəhum yəzlimun
Şübhəsiz, Allah insanlara (onları dünya çətinliklərinə və axirət əzablarına düçar etməklə) heç bir zülm etmir, lakin insanlar (həmin şeylərə səbəb olan əməlləri ilə) özləri özlərinə zülm edirlər.
وَيَوْمَ يَحْشُرُهُمْ كَأَن لَّمْ يَلْبَثُوٓاْ إِلَّا سَاعَةً مِّنَ ٱلنَّهَارِ يَتَعَارَفُونَ بَيْنَهُمْۚ قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِلِقَآءِ ٱللَّهِ وَمَا كَانُواْ مُهْتَدِينَ٤٥
Vəyəvmə yəhşuruhum kə`ən lləm yəlbəsu illa sa'ətən mminən nəhari yətə'arəfunə bəynəhum, qəd xəsirə əlləzinə kəzzəbu biliqa`i-llahi və ma kanu muhtədin
Və (yada sal) o gün(ü) ki, (Allah) onları (dünyada, ya Bərzəx aləmində) sanki günün bir saatı qədər qalmamışlar kimi bir-birlərinə tanışlıq verdikləri halda (Qiyamət meydanında) toplayacaqdır. (Həmin gün) Allaha qovuşacaqlarını təkzib edənlər mütləq ziyana uğrayıblar və (onlar) hidayətə qovuşanlardan deyildirlər.
وَإِمَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ ٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا يَفْعَلُونَ٤٦
Və`imma nuriyənnəkə bə'za əlləzi nə'iduhum əv nətəvəffəyənnəkə fə`iləyna mərci'uhum summə əllahu şəhidun əla ma yəf'əlun
Və əgər onlara vəd etdiklərimizin bəzisini (onların dünyəvi cəzalarını) sənə göstərsək, yaxud sənin ruhunu (ondan qabaq) alsaq (qəm yemə, çünki onların axirət cəzalarını görəcəksən, ona görə ki,) onların dönüşü Bizə tərəfdir. Sonra Allah onların etdiklərinə şahiddir.
وَلِكُلِّ أُمَّةٍ رَّسُولٌۖ فَإِذَا جَآءَ رَسُولُهُمْ قُضِىَ بَيْنَهُم بِٱلْقِسْطِ وَهُمْ لَا يُظْلَمُونَ٤٧
Vəlikulli ummətin rrəsul, fə`iza ca`ə rəsuluhum quziyə bəynəhum bilqisti vəhum la yuzləmun
Hər bir ümmət üçün (tarix boyu, Allahın əzəli elmində və Lövhi-Məhfuzda) bir peyğəmbər vardır. Beləliklə, peyğəmbərləri gəldikdə onların aralarında ədalətlə hökm olunar (dünyada məntiq və dəlil-sübutla, axirətdə isə mükafat və cəza ilə) və onlara zülm olunmaz.
وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ٤٨
Vəyəqulunə məta hazal və'du in kuntum sadiqin
Və (onlar istehza ilə) deyərlər: «Əgər doğruçusunuzsa (dünya əzabı, yaxud Qiyamətin gəlməsi barədəki) bu vəd nə vaxt olacaqdır?»
قُل لَّآ أَمْلِكُ لِنَفْسِى ضَرًّا وَلَا نَفْعًا إِلَّا مَا شَآءَ ٱللَّهُۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌۚ إِذَا جَآءَ أَجَلُهُمْ فَلَا يَسْتَــْٔخِرُونَ سَاعَةًۖ وَلَا يَسْتَقْدِمُونَ٤٩
Qul-la əmliku linəfsi zarrən və la nəf'ən illa ma şa əllah, likulli ummətin əcəl, iza ca`ə əcəluhum fəla yəstə`xirunə sa'əh, və la yəstəqdimun
De: «Mən hətta öz barəmdə Allahın istədiyindən başqa bir ziyan və mənfəət ixtiyarına malik deyiləm (o ki, qalmış sizin əzabınız, yaxud Qiyamətin gəlməsi ola)! Hər bir ümmət və dəstənin (Allahın əzəli elmində və Onun Lövhi-Məhfuzunda müəyyən bir) əcəli vardır ki, əcəlləri sona çatanda, bir saat olsun belə, gecikməzlər və əlbəttə, bir saat irəli də keçməzlər».
قُلْ أَرَءَيْتُمْ إِنْ أَتَـٰكُمْ عَذَابُهُۥ بَيَـٰتًا أَوْ نَهَارًا مَّاذَا يَسْتَعْجِلُ مِنْهُ ٱلْمُجْرِمُونَ٥٠
Qul ərə`əytum in ətakum əzabuhu bəyatən əv nəharən mmaza yəstə'cilu minhul mucrimun
De: «Əgər Onun əzabı sizə gecə, ya gündüz gəlib çatsa (peşman olacaqsınız. Belə isə), mənə xəbər verin ki, günahkarlar onun nəyinə tələsirlər? (Məgər əzabın nazil olmasına tələsmək ağıla uyğundur?)
أَثُمَّ إِذَا مَا وَقَعَ ءَامَنتُم بِهِۦٓۚ ءَآلْـَٔـٰنَ وَقَدْ كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ٥١
Əsummə iza ma vəqə'ə aməntum bih, alanə vəqəd kuntum bihi təstə'cilun
Sonra (əzab gəldikdən və peşman olduqdan sonra onlara deyilər:) «Ona əzab gəlib çatan zaman iman gətirdiniz?! İndi?! Halbuki, onun gəlişinə tələsirdiniz».
ثُمَّ قِيلَ لِلَّذِينَ ظَلَمُواْ ذُوقُواْ عَذَابَ ٱلْخُلْدِ هَلْ تُجْزَوْنَ إِلَّا بِمَا كُنتُمْ تَكْسِبُونَ٥٢
Summə qilə lilləzinə zaləmu zuqu əzabəl xuldi həl tuczəvnə illa bima kuntum təksibun
Sonra (Qiyamət günü) zülm edənlərə deyiləcəkdir: «Dadın əbədi əzabı! Məgər (küfr və fisqdən) kəsb etdiyinizdən başqa bir şeyin müqabilində cəzalandırılırsınız?!»
وَيَسْتَنۢبِــُٔونَكَ أَحَقٌّ هُوَۖ قُلْ إِى وَرَبِّىٓ إِنَّهُۥ لَحَقٌّۖ وَمَآ أَنتُم بِمُعْجِزِينَ٥٣
Vəyəstəmbi`unəkə əhəqqun huv, qul i vərəbbi innəhu ləhəqq, və ma əntum bimu'cizin
Və səndən «görəsən o (Qiyamət, savab və cəza) haqdır?» (deyə) xəbər alırlar. De: «Bəli, Rəbbimə and olsun ki, o, haqdır və siz əsla aciz qoyan (mənim Allahımın əzabından qaça bilən) deyilsiniz».
وَلَوْ أَنَّ لِكُلِّ نَفْسٍ ظَلَمَتْ مَا فِى ٱلْأَرْضِ لَٱفْتَدَتْ بِهِۦۗ وَأَسَرُّواْ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُاْ ٱلْعَذَابَۖ وَقُضِىَ بَيْنَهُم بِٱلْقِسْطِۚ وَهُمْ لَا يُظْلَمُونَ٥٤
Vələv ənnə likulli nəfsin zaləmət ma fil ərzi laftədət bih, və`əsərrun nədamətə ləmma rə`əvul əzab, vəquziyə bəynəhum bilqist, vəhum la yuzləmun
Və əgər zülm etmiş hər bir şəxs (Qiyamət günü) yer üzündə olan şeylərin hamısına sahib olsa onu mütləq özünə fəda edər (ki, əzabdan nicat tapsın). Və əzabı görən zaman (xəcalətdən) öz peşmançılıqlarını gizlədərlər. Onların arasında ədalətlə hökm olunar və onlara zülm edilməz.
أَلَآ إِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِۗ أَلَآ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ٥٥
Əla innə lilləhi ma fis səmavati vəl ərz, Əla innə və'də əllah həqqun və lakinnə əksərəhum la yə`ləmun
Bilin ki, həqiqətən, göylərdə və yerdə onların hamısı (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək – bunların hamısı Onun istək və iradəsindən asılıdır). Bilin ki, Allahın vədi mütləq haqdır və lakin onların çoxu bilmirlər.
هُوَ يُحْىِۦ وَيُمِيتُ وَإِلَيْهِ تُرْجَعُونَ٥٦
Huvə yuhyi vəyumitu və`iləyhi turcə'un
(Həyat və ölüm qabiliyyəti olan hər bir varlığı) dirildən və öldürən Odur və Ona tərəf qaytarılacaqsınız.
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ وَشِفَآءٌ لِّمَا فِى ٱلصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ٥٧
Ya əyyuhan nasu qəd ca`ətkum-məv'izatun min rrəbbikum vəşifa`un llima fis suduri vəhudən vərəhmətun llilmu`minin
Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbininz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), ürəklərdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir.
قُلْ بِفَضْلِ ٱللَّهِ وَبِرَحْمَتِهِۦ فَبِذَٲلِكَ فَلْيَفْرَحُواْ هُوَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ٥٨
Qul bifəzli-llahi vəbirəhmətihi fəbizalikə fəlyəfrəhu huvə xəyrun mmimma yəcmə'un
De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır».
قُلْ أَرَءَيْتُم مَّآ أَنزَلَ ٱللَّهُ لَكُم مِّن رِّزْقٍ فَجَعَلْتُم مِّنْهُ حَرَامًا وَحَلَـٰلاً قُلْ ءَآللَّهُ أَذِنَ لَكُمْۖ أَمْ عَلَى ٱللَّهِ تَفْتَرُونَ٥٩
Qul ərə`əytum-ma ənzələ əllahu ləkum-min rrizqin fəcə'əltum-minhu həramən vəhəlalən qul allləhu əzinə ləkum, Əm əla əllah təftərun
De: «Mənə Allahın ruzi olaraq sizə nazil etdiyi və sizin bir hissəsini haram və bir hissəsini halal etdiyiniz şeydən xəbər verin». De: «(Belə bir bölgü aparmağa) sizə Allah icazə verib, yoxsa Allaha iftira yaxırsınız?» (Hökm çıxarmaq yalnız Allaha məxsusdur, Ondan başqasına yox! Maidə surəsinin 103-cü ayəsinə, eləcə də Ənam surəsinin 138 və 139-cu ayələrinə müraciət edin.)
وَمَا ظَنُّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ يَوْمَ ٱلْقِيَـٰمَةِۗ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ٦٠
Və ma zannu əlləzinə yəftərunə əla əllah əl kəzibə yəvməl qiyaməh, innə əllah ləzu fəzlin əlan nasi və lakinnə əksərəhum la yəşkurun
Allaha qarşı yalan uyduranların Qiyamət günü (barəsi)ndə gümanları nədir? (İftiralarına və şükürü tərk etmələrinə görə əzabdan başqa bir şey gözləyirlər?) Həqiqətən, Allah (dünyada) bütün insanlara qarşı lütf və mərhəmət sahibidir və lakin onların çoxu şükr etmirlər.
وَمَا تَكُونُ فِى شَأْنٍ وَمَا تَتْلُواْ مِنْهُ مِن قُرْءَانٍ وَلَا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِۚ وَمَا يَعْزُبُ عَن رَّبِّكَ مِن مِّثْقَالِ ذَرَّةٍ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ وَلَآ أَصْغَرَ مِن ذَٲلِكَ وَلَآ أَكْبَرَ إِلَّا فِى كِتَـٰبٍ مُّبِينٍ٦١
Və ma təkunu fi şə`nin və ma tətlu minhu min qur`-anin və la tə'məlunə min əməlin illa kunna ələykum şuhudən iz tufizunə fih, və ma yə'zubu ən rrəbbikə min mmisqali zərrətin fil ərzi və la fis səma`i və la əsğərə min zalikə və la əkbərə illa fi kitabin mmubin
Hər hansı halda və işdə olsan, Onun tərəfindən Qurandan hər hansı bir hissəni oxusan və (boynunda ilahi vəzifə olan siz bəndələr) hər nə iş görsəniz, ona məşğul olduğunuz zaman Biz orada hazır və sizə şahidik. Və nə yerdə və nə göydə zərrə ağırlığı qədər də bir şey sənin Rəbbin(in zat, qüdrət və elminin əhatəsin)dən gizli deyildir. Və ondan (zərrədən) nə kiçik və nə böyük bir şey yoxdur ki, aşkar kitabda (əşyaların həqiqətlərinin əks olunduğu və Allah dərgahına yaxın olanların gözləri önündə aşkar olan bir lövhədə) qeyd edilməmiş olsun.
أَلَآ إِنَّ أَوْلِيَآءَ ٱللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ٦٢
Əla innə əvliya`ə əllah la xəvfun ələyhim və la hum yəhzənun
Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar.
ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ٦٣
Əlləzinə amənu vəkanu yəttəqun
O kəslər ki, iman gətirib həmişə (günahlardan) çəkinirdilər.
لَهُمُ ٱلْبُشْرَىٰ فِى ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا وَفِى ٱلْأَخِرَةِۚ لَا تَبْدِيلَ لِكَلِمَـٰتِ ٱللَّهِۚ ذَٲلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ٦٤
Ləhumul buşra fil həyatid dunya vəfil axirəh, la təbdilə likəlimati-llahi, zalikə huvəl fəvzul əzim
Onlar üçün dünya həyatında və axirətdə müjdə vardır (dünyada peyğəmbərlərin dili və qeybdən edilən ilhamlarla, ölüm zamanı mələklərlə və axirətdə Allahın xitabı, mələklərlə görüş və həqiqətlərin aşkar olması ilə). Allahın kəlamlarında (Onun vədlərində) heç bir dəyişkənlik yoxdur. Budur böyük uğur və qurtuluş!
وَلَا يَحْزُنكَ قَوْلُهُمْۘ إِنَّ ٱلْعِزَّةَ لِلَّهِ جَمِيعًاۚ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ٦٥
Və la yəhzunkə qəvluhum, innəl izzətə lilləhi cəmi'ə, huvəs səmi'ul əlim
Onların sözü səni kədərləndirməsin. Şübhəsiz, bütün qüdrət və qələbə Allahın əlindədir. Odur eşidən və bilən!
أَلَآ إِنَّ لِلَّهِ مَن فِى ٱلسَّمَـٰوَٲتِ وَمَن فِى ٱلْأَرْضِۗ وَمَا يَتَّبِعُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ شُرَكَآءَۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ٦٦
Əla innə lilləhi mən fis səmavati və mən fil ərz, və ma yəttəbi'u əlləzinə yəd'unə min duni-llahi şurəka`, in yəttəbi'unə illaz zannə və`in hum illa yəxrusun
Bilin ki, göylərdə olan hər bir kəsin (və hər bir şeyin) və yerdə olan hər bir kəsin (və hər bir şeyin) həqiqi sahibi Allahdır. Allahdan başqa şərikləri (bütləri) çağıran kəslər nəyə tabe olurlar? Onlar zənn və gümandan başqa bir şeyə tabe olmurlar və onlar yalnız ehtimal edir və yalan söyləyirlər.
هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِتَسْكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًاۚ إِنَّ فِى ذَٲلِكَ لَأَيَـٰتٍ لِّقَوْمٍ يَسْمَعُونَ٦٧
Huvə əlləzi cə'ələ ləkumu əlləylə litəskunu fihi vən nəharə mubsirə, innə fi zalikə ləayatin lliqəvmin yəsmə'un
Gecəni sizin dincəlməyiniz üçün və gündüzü (işlə və çalışmaqla məşğul olmağınız üçün) aydınlıq edən Odur! Həqiqətən, bunda (bu yaradılış və idarəetmədə) eşidən bir dəstə üçün (Onun qüdrət, hikmət və rəhmətindən) nişanələr vardır.
قَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًاۗ سُبْحَـٰنَهُۥۖ هُوَ ٱلْغَنِىُّۖ لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٲتِ وَمَا فِى ٱلْأَرْضِۚ إِنْ عِندَكُم مِّن سُلْطَـٰنِۭ بِهَـٰذَآۚ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ٦٨
Qalu ttəxəzə əllahu vələdə, subhanəh, huvə əl ğəniyy, ləhu ma fis səmavati və ma fil ərz, in indəkum-min sultanin bihaza, Ətəqulunə əla əllah ma la tə'ləmun
(Müşriklər) dedilər: «Allah (özünə) övlad götürmüşdür». O pakdır. O ehtiyacsızdır. Göylərdə və yerdə olanlar Ona məxsusdur. Sizin əlinizdə bu iddia(nı isbat etmək) üçün heç bir dəlil yoxdur. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?!
قُلْ إِنَّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ لَا يُفْلِحُونَ٦٩
Qul innə əlləzinə yəftərunə əla əllah əl kəzibə la yuflihun
De: «Şübhəsiz, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar».
مَتَـٰعٌ فِى ٱلدُّنْيَا ثُمَّ إِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيقُهُمُ ٱلْعَذَابَ ٱلشَّدِيدَ بِمَا كَانُواْ يَكْفُرُونَ٧٠
Məta'un fid dunya summə iləyna mərci'uhum summə nuziquhumul əzabəş şədidə bima kanu yəkfurun
(Onların bu iftiradan qazancları) dünyada bir az bəhrələnməkdir. Sonra isə onların qayıdışı Bizə tərəfdir. Onda onlara küfr etdikləri şeyin cəzası olaraq şiddətli əzab daddıracağıq.
وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِۦ يَـٰقَوْمِ إِن كَانَ كَبُرَ عَلَيْكُم مَّقَامِى وَتَذْكِيرِى بِـَٔـايَـٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلْتُ فَأَجْمِعُوٓاْ أَمْرَكُمْ وَشُرَكَآءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ ٱقْضُوٓاْ إِلَىَّ وَلَا تُنظِرُونِ٧١
Vatlu ələyhim nəbə`ə nuhin iz qalə liqəvmihi ya qəvmi in kanə kəburə ələykum-məqami vətəzkiri biayati-llahi fə'əla əllah təvəkkəltu fə`əcmi'u əmrəkum vəşurəka`əkum summə la yəkun əmrukum ələykum ğummətən summə qzu iləyyə və la tunzirun
Və onlara Nuhun hekayətini oxu. O zaman o öz qövmünə demişdi: «Ey mənim qövmüm, əgər mənim (sizin aranızda) qalmağım (və ya peyğəmbərlik işləri ilə məşğul olmağım) və Allahın nişanələrini yada salmağım sizə ağır gəlirsə, (buna görə də məni öldürmək, ya sürgün etmək istəyirsinizsə) mən Allaha təvəkkül etdim. Buna görə də, siz şəriklərinizlə (sizə kömək edəcəklərini sandığınız bütlərlə) birgə öz işinizdə bir qərara gəlin ki, işiniz sizə məchul və örtülü qalmasın. O zaman mənim işimi bitirin və mənə heç bir möhlət verməyin».
فَإِن تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُم مِّنْ أَجْرٍۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُسْلِمِينَ٧٢
Fə`in təvəlləytum fəma sə`əltukum-min əcr, in əcriyə illa əla əllah, və`umirtu ən əkunə minəl muslimin
«Buna görə də əgər (mənim dəvətimdən) üz döndərsəniz (bu düzgün deyildir, çünki) mən ki, sizdən bir muzd istəməmişəm. Mənim muzdum yalnız Allahın öhdəsinədir və mənə (Onun əmrlərinə) təslim olanlardan olmaq əmr edilmişdir».
فَكَذَّبُوهُ فَنَجَّيْنَـٰهُ وَمَن مَّعَهُۥ فِى ٱلْفُلْكِ وَجَعَلْنَـٰهُمْ خَلَـٰٓئِفَ وَأَغْرَقْنَا ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔـايَـٰتِنَاۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُنذَرِينَ٧٣
Fəkəzzəbuhu fənəccəynahu və mən mmə'əhu fil fulki vəcə'əlnahum xəla`ifə və`əğrəqna əlləzinə kəzzəbu biayatina, fanzur kəyfə kanə aqibətul munzərin
Beləliklə, onu təkzib etdilər. Biz də ona və gəmidə onunla birgə olanlara (o böyük tarixi tufandan) nicat verdik və onları (həlak olanların) canişinlər(i) etdik. Və Bizim ayə və nişanələrimizi təkzib edənləri suda batırdıq. Buna görə də qorxudulmuşların aqibətinin necə olduğuna bax!
ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِۦ رُسُلاً إِلَىٰ قَوْمِهِمْ فَجَآءُوهُم بِٱلْبَيِّنَـٰتِ فَمَا كَانُواْ لِيُؤْمِنُواْ بِمَا كَذَّبُواْ بِهِۦ مِن قَبْلُۚ كَذَٲلِكَ نَطْبَعُ عَلَىٰ قُلُوبِ ٱلْمُعْتَدِينَ٧٤
Summə bə'əsna min bə'dihi rusulən ila qəvmihim fəca`uhum bilbəyyinati fəma kanu liyu`minu bima kəzzəbu bihi min qəbl, kəzalikə nətbə'u əla qulubil mu'tədin
Sonra onun (Nuhun) ardınca (Hud, Saleh və Lut kimi) peyğəmbərləri öz qövmlərinə göndərdik. Beləliklə onlar üçün (tövhidin və öz peyğəmbərliklərinin isbatında) aydın dəlillər gətirdilər. Və (lakin) onlar (özlərinin ya atalarının) bundan qabaq təkzib etdikləri şeyə iman gətirən deyildilər. Biz həddini aşanların qələblərinə belə (bədbəxtlik) möhür(ü) vururuq.
ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِم مُّوسَىٰ وَهَـٰرُونَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِيْهِۦ بِـَٔـايَـٰتِنَا فَٱسْتَكْبَرُواْ وَكَانُواْ قَوْمًا مُّجْرِمِينَ٧٥
Summə bə'əsna min bə'dihim-musa vəharunə ila fir'əvnə vəmələ`ihi biayatina fastəkbəru vəkanu qəvmən mmucrimin
Sonra, onların ardınca Musa və Harunu öz ayələrimiz (və doqquz dəlilimiz) ilə Fironun və onun qövmünün başçılarının yanına göndərdik. Beləliklə, onlar təkəbbür və itaətsizlik göstərdilər. Və onlar günahkar bir dəstə idilər.
فَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ مِنْ عِندِنَا قَالُوٓاْ إِنَّ هَـٰذَا لَسِحْرٌ مُّبِينٌ٧٦
Fələmma ca`əhumul həqqu min indina qalu innə haza ləsihrun mmubin
Beləliklə, elə ki, Bizim tərəfimizdən onlara haqq (Musanın dəlilləri və möcüzələri) gəldi, dedilər: «Şübhəsiz bu, açıq-aydın bir cadudur».
قَالَ مُوسَىٰٓ أَتَقُولُونَ لِلْحَقِّ لَمَّا جَآءَكُمْۖ أَسِحْرٌ هَـٰذَا وَلَا يُفْلِحُ ٱلسَّـٰحِرُونَ٧٧
Qalə musa ətəqulunə lilhəqqi ləmma ca`əkum, Əsihrun haza və la yuflihus sahirun
Musa dedi: «Haqq (Allahın möcüzələri) sizə gəldiyi zaman ona cadu deyirsiniz?! Məgər bu (növ möcüzələr) cadudur?! Halbuki, cadukərlər nicat tapmazlar!
قَالُوٓاْ أَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَا وَتَكُونَ لَكُمَا ٱلْكِبْرِيَآءُ فِى ٱلْأَرْضِ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِينَ٧٨
Qalu əci`təna litəlfitəna əmma vəcədna ələyhi aba`əna vətəkunə ləkumal kibriya`u fil ərzi və ma nəhnu ləkuma bimu`minin
Dedilər: «Gəlmisən ki, bizi atalarımızın yolundan döndərəsən və bu vilayətdə böyüklük və başçılıq siz iki nəfərə məxsus olsun?! (Bu qətiyyən ola bilməz) və biz əsla sizə iman gətirən deyilik».
وَقَالَ فِرْعَوْنُ ٱئْتُونِى بِكُلِّ سَـٰحِرٍ عَلِيمٍ٧٩
Vəqalə fir'əvnu tuni bikulli sahirin əlim
Və Firon dedi: «Bütün bilikli (və sehr fənnində məharətli) cadugərləri mənim yanıma gətirin».
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰٓ أَلْقُواْ مَآ أَنتُم مُّلْقُونَ٨٠
Fələmma ca`əs səhərətu qalə ləhum-musa əlqu ma əntum-mulqun
Beləliklə, elə ki, cadugərlər (cadu alətləri ilə) gəldilər, Musa onlara dedi: «Atacağınız şeyləri atın».
فَلَمَّآ أَلْقَوْاْ قَالَ مُوسَىٰ مَا جِئْتُم بِهِ ٱلسِّحْرُۖ إِنَّ ٱللَّهَ سَيُبْطِلُهُۥٓۖ إِنَّ ٱللَّهَ لَا يُصْلِحُ عَمَلَ ٱلْمُفْسِدِينَ٨١
Fələmma əlqəv qalə musa ma ci`tum bihis sihr, innə əllah səyubtiluh, innə əllah la yuslihu əmələl mufsidin
Beləliklə, elə ki, atdılar (cadularını göstərdilər), Musa dedi: «Sizin (meydana) gətirdiyiniz şey sehrdir. Şübhəsiz, Allah tezliklə onu puça çıxaracaqdır. Həqiqətən, Allah fəsad törədənlərin işini qaydasına salmaz».
وَيُحِقُّ ٱللَّهُ ٱلْحَقَّ بِكَلِمَـٰتِهِۦ وَلَوْ كَرِهَ ٱلْمُجْرِمُونَ٨٢
Vəyuhiqqu əllahul həqqə bikəlimatihi vələv kərihəl mucrimun
Və günahkarlara xoş gəlməsə belə Allah haqqı öz kəlmələri ilə (Lövhdə qərar almaq və Öz iradəsi ilə həyata keçirməklə) sabit və bərqərar edəcəkdir».
فَمَآ ءَامَنَ لِمُوسَىٰٓ إِلَّا ذُرِّيَّةٌ مِّن قَوْمِهِۦ عَلَىٰ خَوْفٍ مِّن فِرْعَوْنَ وَمَلَإِيْهِمْ أَن يَفْتِنَهُمْۚ وَإِنَّ فِرْعَوْنَ لَعَالٍ فِى ٱلْأَرْضِ وَإِنَّهُۥ لَمِنَ ٱلْمُسْرِفِينَ٨٣
Fəma amənə limusa illa zurriyyətun min qəvmihi əla xəvfin min fir'əvnə vəmələ`ihim ən yəftinəhum, və`innə fir'əvnə lə'alin fil ərzi və`innəhu ləminəl musrifin
Beləliklə, Musaya onun qövmünün Firon və qövmlərinin böyüklərinin onlara əzab verməsindən qorxan övladlarından (onun qövmünün zəif vəziyyətdə saxlanılan təbəqəsindən) başqa heç kəs iman gətirmədi. Və əlbəttə, (Firon özünü) yer üzündə olduqca uca tutardı və həddi aşanlardan idi (onun təkəbbürdə həddini aşmasının nümunəsi allahlıq iddiası etməsi, qətldə həddini aşmasının nümunəsi uşaqları öldürməsi və zülmdə həddini aşmasının nümunəsi insanlara müxtəlif işgəncələr verməsi idi).
وَقَالَ مُوسَىٰ يَـٰقَوْمِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ فَعَلَيْهِ تَوَكَّلُوٓاْ إِن كُنتُم مُّسْلِمِينَ٨٤
Vəqalə musa ya qəvmi in kuntum aməntum bi-llahi fə'ələyhi təvəkkəlu in kuntum-muslimin
Musa dedi: «Ey mənim qövmüm, əgər Allaha iman gətirmişsinizsə və Ona təslimsinizsə onda, yalnız Ona təvəkkül edin».
فَقَالُواْ عَلَى ٱللَّهِ تَوَكَّلْنَا رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِّلْقَوْمِ ٱلظَّـٰلِمِينَ٨٥
Fəqalu əla əllah təvəkkəlna rəbbəna la təc'əlna fitnətən llilqəvmiz zalimin
Dedilər: «Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz, bizi zalımların işgəncəsinə məruz qoyma (və ya: onların qüdrətinin sınaq vasitəsi etmə)!»
وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ ٱلْقَوْمِ ٱلْكَـٰفِرِينَ٨٦
Vənəccina birəhmətikə minəl qəvmil kafirin
«Və Öz rəhmətinlə bizə kafirlərin qövmün(ün hakimiyyətin)dən qurtar!»
وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًا وَٱجْعَلُواْ بُيُوتَكُمْ قِبْلَةً وَأَقِيمُواْ ٱلصَّلَوٲةَۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ٨٧
Və`əvhəyna ila musa və`əxihi ən təbəvvəa liqəvmikuma bimisrə buyutən vac'əlu buyutəkum qiblətən və`əqimus salah, vəbəşşiril mu`minin
Musaya və onun qardaşına (Haruna) vəhy etdik ki, qövmünüz üçün (səhrada yaşamaq əvəzinə) Misirdə (Fironun hökümətinin mərkəzində) evlər hazırlayın, öz evlərinizi üz-üzə tikin və namaz qılın. Və (ey Musa,) möminlərə (qələbə) müjdə(si) ver.
وَقَالَ مُوسَىٰ رَبَّنَآ إِنَّكَ ءَاتَيْتَ فِرْعَوْنَ وَمَلَأَهُۥ زِينَةً وَأَمْوَٲلاً فِى ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا رَبَّنَا لِيُضِلُّواْ عَن سَبِيلِكَۖ رَبَّنَا ٱطْمِسْ عَلَىٰٓ أَمْوَٲلِهِمْ وَٱشْدُدْ عَلَىٰ قُلُوبِهِمْ فَلَا يُؤْمِنُواْ حَتَّىٰ يَرَوُاْ ٱلْعَذَابَ ٱلْأَلِيمَ٨٨
Vəqalə musa rəbbəna innəkə atəytə fir'əvnə vəmələ`əhu zinətən və`əmvalən fil həyatid dunya rəbbəna liyuzillu ən səbilik, rəbbəna tmis əla əmvalihim vaşdud əla qulubihim fəla yu`minu hətta yərəvul əzabəl əlim
Musa (fironçuların iman gətirməsindən naümid olduqdan sonra) dedi: «Ey Rəbbimiz, Sən Firona və onun qövmünün başçılarına dünya həyatında (bolluca) zinət və (çoxlu) mallar verdin ki, – ey Rəbbimiz – nəhayət (Sənin bəndələrini) Sənin yolundan azdırsınlar. Ey Rəbbimiz, onların mallarını məhv et və qəlblərini sərtləşdir ki, ağrılı əzabı görənə kimi iman gətirməsinlər (və Harun Musanın nifrininə «amin» deyirdi)».
قَالَ قَدْ أُجِيبَت دَّعْوَتُكُمَا فَٱسْتَقِيمَا وَلَا تَتَّبِعَآنِّ سَبِيلَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ٨٩
Qalə qəd ucibəd-də'vətukuma fastəqima və la təttəbi'anni səbilə əlləzinə la yə`ləmun
(Allah) buyurdu: «Siz iki nəfərin duası mütləq qəbul olundu. Buna görə də (boynunuza qoyulmuş ilahi vəzifənin çatdırılmasında) möhkəm və mətin olun və əsla bilməyənlərinyolu ilə getməyin».
وَجَـٰوَزْنَا بِبَنِىٓ إِسْرَٲٓءِيلَ ٱلْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُودُهُۥ بَغْيًا وَعَدْوًاۖ حَتَّىٰٓ إِذَآ أَدْرَكَهُ ٱلْغَرَقُ قَالَ ءَامَنتُ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّا ٱلَّذِىٓ ءَامَنَتْ بِهِۦ بَنُوٓاْ إِسْرَٲٓءِيلَ وَأَنَا۟ مِنَ ٱلْمُسْلِمِينَ٩٠
Vəcavəzna bibəni isra`iləl bəhrə fə`ətbə'əhum fir'əvnu vəcunuduhu bəğyən və'ədvə, hətta iza ədrəkəhu əl ğərəqu qalə aməntu ənnəhu la ilahə illa əlləzi amənət bihi bənu isra`ilə və`əna minəl muslimin
Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Firon və ordusu onları zülm və düşmənçilik üzündən təqib etdilər. Nəhayət o, boğulmaq halına gəlib çatanda dedi: «İsrail övladlarının iman gətirdiyindən başqa bir tanrının olmamasına iman gətirdim və mən təslim olanlardanam».
ءَآلْـَٔـٰنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنتَ مِنَ ٱلْمُفْسِدِينَ٩١
Alanə vəqəd əsaytə qəblu vəkuntə minəl mufsidin
(Ona deyildi): «İndimi (ki, tövbənin vaxtı keçmişdir)?! Halbuki, bundan qabaq itaətsizlik etdin və fəsad törədənlərdən idin».
فَٱلْيَوْمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ ءَايَةًۚ وَإِنَّ كَثِيرًا مِّنَ ٱلنَّاسِ عَنْ ءَايَـٰتِنَا لَغَـٰفِلُونَ٩٢
Falyəvmə nunəccikə bibədənikə litəkunə limən xəlfəkə ayəh, və`innə kəsirən mminən nasi ən ayatina ləğafilun
Beləliklə, bu gün səni cansız bədəninlə birgə qurtarıb dəniz sahilinin uca bir yerinə atacağıq ki, səndən sonra gələnlərə (Allahın qüdrəti və batil qüdrətlərin zilləti barədə) bir nişanə olasan. Doğrudan da, insanların çoxu bizim nişanələrimizdən qafildirlər.
وَلَقَدْ بَوَّأْنَا بَنِىٓ إِسْرَٲٓءِيلَ مُبَوَّأَ صِدْقٍ وَرَزَقْنَـٰهُم مِّنَ ٱلطَّيِّبَـٰتِ فَمَا ٱخْتَلَفُواْ حَتَّىٰ جَآءَهُمُ ٱلْعِلْمُۚ إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخْتَلِفُونَ٩٣
Vələqəd bəvvə`na bəni isra`ilə mubəvvə`ə sidqin vərəzəqnahum-minət tayyibati fəma xtələfu hətta ca`əhumul ilm, innə rəbbəkə yəqzi bəynəhum yəvməl qiyaməti fima kanu fihi yəxtəlifun
Həqiqətən, İsrail övladlarını düz və ürəyəyatan bir yerdə (Şamda və Beytül-Müqəddəsdə) yerləşdirdik və onlara pak ruzilər verdik. (Sonra onlar din işlərində ixtilafa düşdülər.) Onlar yalnız (Tövratdakı maariflərdən) onlara elm hasil olan zaman ixtilaf etdilər. Şübhəsiz, sənin Rəbbin Qiyamət günü onların arasında ixtilaf etdikləri şey barəsində hökm çıxaracaqdır.
فَإِن كُنتَ فِى شَكٍّ مِّمَّآ أَنزَلْنَآ إِلَيْكَ فَسْــَٔلِ ٱلَّذِينَ يَقْرَءُونَ ٱلْكِتَـٰبَ مِن قَبْلِكَۚ لَقَدْ جَآءَكَ ٱلْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ٩٤
Fə`in kuntə fi şəkkin mmimma ənzəlna iləykə fas`əli əlləzinə yəqrə`unəl kitabə min qəblik, ləqəd ca`əkəl həqqu min rrəbbikə fəla təkunənnə minəl mumtərin
Beləliklə, (məsələn) əgər (dini maarifdən) sənə nazil etdiyimizdən şəkk və tərəddüddəsənsə, onda səndən öncə (səmavi) kitab oxuyanlardan soruş. Şübhəsiz, haqq sənə Rəbbin tərəfindən gəlmişdir. Buna görə də əsla şübhə edənlərdən olma!
وَلَا تَكُونَنَّ مِنَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔـايَـٰتِ ٱللَّهِ فَتَكُونَ مِنَ ٱلْخَـٰسِرِينَ٩٥
Və la təkunənnə minə əlləzinə kəzzəbu biayati-llahi fətəkunə minəl xasirin
Və əsla Allahın ayələrini təkzib edənlərdən olma ki, ziyana uğrayanlardan olarsan.
إِنَّ ٱلَّذِينَ حَقَّتْ عَلَيْهِمْ كَلِمَتُ رَبِّكَ لَا يُؤْمِنُونَ٩٦
Innə əlləzinə həqqət ələyhim kəlimətu rəbbikə la yu`minun
Həqiqətən, barələrində Rəbbinin kəlamı qətiləşmiş kəslər (Allahın əzəli elminə əsasən küfr və bədbəxtliyi seçəcəkləri məlum olanlar) iman gətirməyəcəklər.
وَلَوْ جَآءَتْهُمْ كُلُّ ءَايَةٍ حَتَّىٰ يَرَوُاْ ٱلْعَذَابَ ٱلْأَلِيمَ٩٧
Vələv ca`əthum kullu ayətin hətta yərəvul əzabəl əlim
Onlara bütün nişanələr və möcüzələr gəlsə belə, ağrılı əzabı görənə kimi (iman gətirməyəcəklər).
فَلَوْلَا كَانَتْ قَرْيَةٌ ءَامَنَتْ فَنَفَعَهَآ إِيمَـٰنُهَآ إِلَّا قَوْمَ يُونُسَ لَمَّآ ءَامَنُواْ كَشَفْنَا عَنْهُمْ عَذَابَ ٱلْخِزْىِ فِى ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا وَمَتَّعْنَـٰهُمْ إِلَىٰ حِينٍ٩٨
Fələvla kanət qəryətun amənət fənəfə'əha imanuha illa qəvmə yunusə ləmma amənu kəşəfna ənhum əzabəl xizyi fil həyatid dunya vəməttə'nahum ila hin
Bəs nə üçün Yunusun qövmündən başqa heç bir toplum olmadı ki, (vaxtı keçəndən sonra) iman gətirsin və imanı (ona) fayda versin? Elə ki, onlar (Yunusun qövmü) iman gətirdilər, rüsvay edici və alçaldıcı əzabı dünya həyatında onlardan götürdük və onları müəyyən bir müddətə qədər (həyat nemətindən) bəhrələndirdik.
وَلَوْ شَآءَ رَبُّكَ لَأَمَنَ مَن فِى ٱلْأَرْضِ كُلُّهُمْ جَمِيعًاۚ أَفَأَنتَ تُكْرِهُ ٱلنَّاسَ حَتَّىٰ يَكُونُواْ مُؤْمِنِينَ٩٩
Vələv şa rəbbukə ləamənə mən fil ərzi kulluhum cəmi'ə, Əfə`əntə tukrihun nasə hətta yəkunu mu`minin
Və əgər sənin Rəbbin (yaradılış iradəsi ilə) istəsəydi, yer üzündə olanların hamısı mütləq bütünlüklə məcburi surətdə iman gətirərdilər. (Lakin Allah məcburiyyət olmadan iman gətirilməsini buyurmuşdur.) Yoxsa sən camaatı zorla mömin olmağa məcbur edəcəksən?!
وَمَا كَانَ لِنَفْسٍ أَن تُؤْمِنَ إِلَّا بِإِذْنِ ٱللَّهِۚ وَيَجْعَلُ ٱلرِّجْسَ عَلَى ٱلَّذِينَ لَا يَعْقِلُونَ١٠٠
Və ma kanə linəfsin ən tu`minə illa bi`izni-llahi, vəyəc'əlu rricsə əla əlləzinə la yə'qilun
Və heç kəs Allahın izni və nəsib etməsi (Onun əqli və nəqli hidayəti) olmadan iman gətirə bilməz (və bu, ağıl baxımından da mümkün deyildir). Allah murdarlığı (azğınlığı bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düşünməyən kəslərin üzərinə qoyur.
قُلِ ٱنظُرُواْ مَاذَا فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِۚ وَمَا تُغْنِى ٱلْأَيَـٰتُ وَٱلنُّذُرُ عَن قَوْمٍ لَّا يُؤْمِنُونَ١٠١
Quli nzuru maza fis səmavati vəl ərz, və ma tuğnil ayatu vən nuzuru ən qəvmin lla yu`minun
De: «Göylərdə və yerdə (yaradılışın) nə (cür heyrətamiz qəribəliklərinin) olmasına baxın. Lakin nişanələr və öyüdlər iman gətirməyən dəstəyə əsla fayda vermir və (qəflət və zəlaləti) onlardan uzaqlaşdırmır.
فَهَلْ يَنتَظِرُونَ إِلَّا مِثْلَ أَيَّامِ ٱلَّذِينَ خَلَوْاْ مِن قَبْلِهِمْۚ قُلْ فَٱنتَظِرُوٓاْ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ١٠٢
Fəhəl yəntəzirunə illa mislə əyyami əlləzinə xələv min qəblihim, qul fantəziru inni mə'əkum-minəl muntəzirin
Belə olan halda məgər onlar özlərindən qabaq (gəlib) keçənlərin (əzab) günləri kimi bir gün (zəhərli külək, daş yağmuru, yandırıcı ildırım və öldürücü bağırtı) gözləyirlər? De: «Gözləyin, həqiqətən, mən də sizinlə gözləyənlərdənəm».
ثُمَّ نُنَجِّى رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٲلِكَ حَقًّا عَلَيْنَا نُنجِ ٱلْمُؤْمِنِينَ١٠٣
Summə nunəcci rusuləna valləzinə amənuv, kəzalikə həqqən ələyna nuncil mu`minin
Sonra (bəla nazil olan zaman) elçilərimizi və iman gətirənləri qurtararıq. (Bütün əsr və mühitlərdə) möminləri bu cür – öhdəmizə götürdüyümüz kimi qurtarırıq.
قُلْ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى شَكٍّ مِّن دِينِى فَلَآ أَعْبُدُ ٱلَّذِينَ تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ وَلَـٰكِنْ أَعْبُدُ ٱللَّهَ ٱلَّذِى يَتَوَفَّـٰكُمْۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ١٠٤
Qul ya əyyuhan nasu in kuntum fi şəkkin min dini fəla ə'budu əlləzinə tə'budunə min duni-llahi və lakin ə'budu əllah əlləzi yətəvəffakum, və`umirtu ən əkunə minəl mu`minin
De: «Ey insanlar, əgər mənim dinim(in düz və ya səhv olması) barəsində şəkk-şübhədəsinizsə, onda (bilin ki,) mən sizin Allahın yerinə ibadət etdiklərinizə (bütlərə) ibadət etmirəm; və lakin sizin hamınızın canını alan Allaha ibadət edirəm və mənə möminlərdn olmaq əmr edilmişdir».
وَأَنْ أَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ١٠٥
Və`ən əqim vəchəkə lilddini hənifən və la təkunənnə minəl muşrikin
Və (mənə) «bütün diqqətini haqq olan bu düzgün dinə doğru çevir və əsla müşriklərdən olma» (deyə əmr olunmuşdur).
وَلَا تَدْعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَۖ فَإِن فَعَلْتَ فَإِنَّكَ إِذًا مِّنَ ٱلظَّـٰلِمِينَ١٠٦
Və la təd'u min duni-llahi ma la yənfə'ukə və la yəzurruk, fə`in fə'əltə fə`innəkə izən mminəz zalimin
«Və Allahdan başqa sənə fayda verməyən və ziyan yetirməyən şeyi (Allah kimi) çağırma ki, əgər belə etsən onda mütləq zalımlardan olacaqsan».
وَإِن يَمْسَسْكَ ٱللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يُرِدْكَ بِخَيْرٍ فَلَا رَآدَّ لِفَضْلِهِۦۚ يُصِيبُ بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦۚ وَهُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ١٠٧
Və`in yəmsəskə əllahu bizurrin fəla kaşifə ləhu illa huv, və`in yuridkə bixəyrin fəla raddə lifəzlih, yusibu bihi mən yəşau min ibadih, və huvə əl ğəfuru rrəhim
Və əgər Allah (yaradılış aləminin tələbinə uyğun olaraq, yaxud şəriətlə müəyyənləşdirdiyi cəzaya görə) sənə (xəstəlik, yoxsulluq, ziddiyyət və müharibədə məğlubiyyət kimi) bir ziyan yetirsə, onu Ondan başqa aradan qaldıran olmaz və əgər sənin üçün bir yaxşılıq istəsə, Onun fəzlini əsla dəf edən olmaz. O, Öz xeyirini bəndələrindən istədiyinə yetirər. O çox bağışlayan və mehribandır.
قُلْ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُمُ ٱلْحَقُّ مِن رَّبِّكُمْۖ فَمَنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَاۖ وَمَآ أَنَا۟ عَلَيْكُم بِوَكِيلٍ١٠٨
Qul ya əyyuhan nasu qəd ca`əkumul həqqu min rrəbbikum, fəməni htəda fə`innəma yəhtədi linəfsih, və mən zallə fə`innəma yəzillu ələyha, və ma əna ələykum bivəkil
De: «Ey insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizə haqq (Quran və İslam dini) gəlmişdir. Beləliklə kim doğru yola gəlsə həqiqətən, öz xeyirinə doğru yola gəlir və kim azsa, mütləq öz ziyanına azır və mən sizin işlərinizin gözətçi və vəkili deyiləm».
وَٱتَّبِعْ مَا يُوحَىٰٓ إِلَيْكَ وَٱصْبِرْ حَتَّىٰ يَحْكُمَ ٱللَّهُۚ وَهُوَ خَيْرُ ٱلْحَـٰكِمِينَ١٠٩
Vattəbi' ma yuha iləykə vasbir hətta yəhkumə əllah, və huvə xəyrul hakimin
Sənə vəhy olunana tabe ol və (dəvət etmək vəzifəsinin yerinə yetirilməsində) səbr et ki, nəhayət Allah (səni inkar edənlərlə sənin aranda) hökm etsin. O, hökm edənlərin ən yaxşısıdır.