Surə 9 · 129 ayə

surah009

Tövbə (Tövbə)

Mədinə·129 ayə
1Ayə 1

بَرَآءَةٌ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلَّذِينَ عَـٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ١

Bəra`ətun mminə əllah vərəsulihi ila əlləzinə ahəttum-minəl muşrikin

(Bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən müşriklərdən əhd-peyman bağladığınız kəslərə nifrət (və onlarla olan əhd-peymanın ləğv edilməsi və onlara verilən amanın aradan qaldırılması) bildirişidir.

2Ayə 2

فَسِيحُواْ فِى ٱلْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍ وَٱعْلَمُوٓاْ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ‌ۙ وَأَنَّ ٱللَّهَ مُخْزِى ٱلْكَـٰفِرِينَ٢

Fəsihu fil ərzi ərbə'ətə əşhurin va'ləmu ənnəkum ğəyru mu'cizi əllah və`ənnə əllah muxzil kafirin

Odur ki, (ey müşriklər, bu nifrət bildirişinin elan olunmasından sonra) dörd ay yer üzündə (azad) gəzin və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Onun çəngindən yaxanızı qurtara bilməzsiniz) və Allah kafirləri xar edəndir.

3Ayə 3

وَأَذَٲنٌ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلنَّاسِ يَوْمَ ٱلْحَجِّ ٱلْأَكْبَرِ أَنَّ ٱللَّهَ بَرِىٓءٌ مِّنَ ٱلْمُشْرِكِينَ‌ۙ وَرَسُولُهُۥ‌ۚ فَإِن تُبْتُمْ فَهُوَ خَيْرٌ لَّكُمْ‌ۖ وَإِن تَوَلَّيْتُمْ فَٱعْلَمُوٓاْ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ‌ۗ وَبَشِّرِ ٱلَّذِينَ كَفَرُواْ بِعَذَابٍ أَلِيمٍ٣

Və`əzanun mminə əllah vərəsulihi ilan nasi yəvməl həccil əkbəri ənnə əllah bəri`un mminəl muşrikinə vərəsuluh, fə`in tubtum fəhuvə xəyrun lləkum, və`in təvəlləytum fa'ləmu ənnəkum ğəyru mu'cizi əllah, vəbəşşiri əlləzinə kəfəru bi'əzabin əlim

Həmçinin (bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən (bütün) insanlara böyük həcc günündə (qurban bayramı günü, yaxud hicrətin doqquzuncu ilində müşriklərlə müsəlmanların həcc əməllərini birlikdə yerinə yetirdikləri böyük həcc günü) bir bildirişdir ki: «Allah və Onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur)». Buna görə də (ey müşriklər), əgər tövbə etsəniz (və İslamı qəbul etsəniz), sizin üçün daha yaxşıdır və əgər üz döndərsəniz, bilin ki, siz (nə mübarizə etmək və nə də qaçmaqla) Allahı aciz qoya bilməzsiniz. (Ey Peyğəmbər,) kafirlərə ağrılı bir əzabla müjdə ver!

4Ayə 4

إِلَّا ٱلَّذِينَ عَـٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنقُصُوكُمْ شَيْــًٔا وَلَمْ يُظَـٰهِرُواْ عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّوٓاْ إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ‌ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ٤

Illa əlləzinə ahəttum-minəl muşrikinə summə ləm yənqusukum şəy`ən vələm yuzahiru ələykum əhədən fə`ətimmu iləyhim əhdəhum ila muddətihim, innə əllah yuhibbul muttəqin

Müşriklərdən əhd-peyman bağladığınız, sonra sizdən (sizinlə olan əhdlərindən) bir şeyi əskiltməyən və (düşmənlərinizdən) sizin əleyhinizə heç kəsə kömək etməyənlər istisnadırlar. Beləliklə, onların əhd peymanını müddətlərinin sonuna qədər tamamlayın. Həqiqətən, Allah pərhizkarları sevir.

5Ayə 5

فَإِذَا ٱنسَلَخَ ٱلْأَشْهُرُ ٱلْحُرُمُ فَٱقْتُلُواْ ٱلْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَٱحْصُرُوهُمْ وَٱقْعُدُواْ لَهُمْ كُلَّ مَرْصَدٍ‌ۚ فَإِن تَابُواْ وَأَقَامُواْ ٱلصَّلَوٲةَ وَءَاتَوُاْ ٱلزَّكَوٲةَ فَخَلُّواْ سَبِيلَهُمْ‌ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ٥

Fə`iza nsələxəl əşhurul hurumu faqtulul muşrikinə həysu vəcəttumuhum vəxuzuhum vahsuruhum vaq'udu ləhum kullə mərsad, fə`in tabu və`əqamus salatə vəatəvuz zəkatə fəxəllu səbiləhum, innə əllah ğəfurun rrəhim

Beləliklə, elə ki, haram aylar (verilmiş möhlət və döyüşməyin haram olduğu dörd ay) sona çatdı, müşrikləri harada görsəniz (istər Hərəmin daxilində olsunlar, istərsə də xaricində, haram aylarda olsun və ya başqa aylarda) öldürün, tutun, mühasirəyə alın və hər yerdə onların pusqusunda durun. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr yollarını açın ki, həqiqətən, Allah çox bağışlayan və mehribandır.

6Ayə 6

وَإِنْ أَحَدٌ مِّنَ ٱلْمُشْرِكِينَ ٱسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَـٰمَ ٱللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُۥ‌ۚ ذَٲلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَعْلَمُونَ٦

Və`in əhədun mminəl muşrikinə stəcarəkə fə`əcirhu hətta yəsmə'ə kəlamə əllah summə əbliğhu mə`mənəh, zalikə bi`ənnəhum qəvmun lla yə`ləmun

Əgər (təqib edilən) müşriklərdən biri səndən aman istəsə, Allahın kəlamını eşitmək üçün ona aman ver. Sonra onu təhlükəsiz olduğu yerə çatdır. Çünki onlar bilməyən bir dəstədirlər.

7Ayə 7

كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِندَ ٱللَّهِ وَعِندَ رَسُولِهِۦٓ إِلَّا ٱلَّذِينَ عَـٰهَدتُّمْ عِندَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ‌ۖ فَمَا ٱسْتَقَـٰمُواْ لَكُمْ فَٱسْتَقِيمُواْ لَهُمْ‌ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ٧

Kəyfə yəkunu lilmuşrikinə əhdun ində əllah və'ində rəsulihi illa əlləzinə ahəttum indəl məscidil həram, fəma stəqamu ləkum fastəqimu ləhum, innə əllah yuhibbul muttəqin

Məscidül-Həramın yanında əhd-peyman bağladığınız kəslərdən başqa, müşriklərin Allahın yanında və Onun Peyğəmbərinin yanında necə əhd-peymanları ola bilər?! Buna görə də, nə qədər ki, onlar (Məscidül-Həramın yanında əhd-peyman bağladığınız müşriklər) sizinlə (olan əhdlərində) möhkəm durublar, siz də onlarla (olan əhdlərinizdə) möhkəm durun ki, həqiqətən, Allah pəhrizkarları sevir.

8Ayə 8

كَيْفَ وَإِن يَظْهَرُواْ عَلَيْكُمْ لَا يَرْقُبُواْ فِيكُمْ إِلاًّ وَلَا ذِمَّةً‌ۚ يُرْضُونَكُم بِأَفْوَٲهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَـٰسِقُونَ٨

Kəyfə və`in yəzhəru ələykum la yərqubu fikum illən və la zimməh, yurzunəkum bi`əfvahihim vətə`ba qulubuhum və`əksəruhum fasiqun

(Bəli, onların əhdlərinə) necə (etimad bəslənə bilər)? Halbuki, əgər sizə qalib gəlsələr, sizin haqqınızda nə bir qohumuluğu nəzərə alarlar, nə də bir əhdnaməyə riayət edərlər. Sizi öz sözləri ilə razı salırlar, halbuki, ürəkləri imtina edir. Onların çoxu (Allaha və vicdanlarına qarşı) itaətsizdirlər.

9Ayə 9

ٱشْتَرَوْاْ بِـَٔـايَـٰتِ ٱللَّهِ ثَمَنًا قَلِيلاً فَصَدُّواْ عَن سَبِيلِهِۦٓ‌ۚ إِنَّهُمْ سَآءَ مَا كَانُواْ يَعْمَلُونَ٩

Iştərəv biayati-llahi səmənən qəlilən fəsaddu ən səbilih, innəhum sa`ə ma kanu yə'məlun

Onlar Allahın ayələrini vermək müqabilində az bir qazanc əldə etdilər (Peyğəmbəri və onun kitabını inkar etməklə məqam və dünya əldə etdilər), beləliklə, (insanları) Onun yolundan saxladılar. Doğrudan da, onların əməlləri pisdir.

10Ayə 10

لَا يَرْقُبُونَ فِى مُؤْمِنٍ إِلاًّ وَلَا ذِمَّةً‌ۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلْمُعْتَدُونَ١٠

La yərqubunə fi mu`minin illən və la zimməh, və`ula`ikə humul mu'tədun

Heç bir mömin barəsində qohumluq haqqına və əhd-peymana riayət etmirlər. Onlar həmin həddi aşanlardır.

11Ayə 11

فَإِن تَابُواْ وَأَقَامُواْ ٱلصَّلَوٲةَ وَءَاتَوُاْ ٱلزَّكَوٲةَ فَإِخْوَٲنُكُمْ فِى ٱلدِّينِ‌ۗ وَنُفَصِّلُ ٱلْأَيَـٰتِ لِقَوْمٍ يَعْلَمُونَ١١

Fə`in tabu və`əqamus salatə vəatəvuz zəkatə fə`ixvanukum fid din, vənufəssilul ayati liqəvmin yə`ləmun

Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr, onlar sizin din qardaşlarınız olacaqlar. Biz öz ayə və nişanələrimizi bilən dəstə üçün ətraflı surətdə izah edirik.

12Ayə 12

وَإِن نَّكَثُوٓاْ أَيْمَـٰنَهُم مِّنۢ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُواْ فِى دِينِكُمْ فَقَـٰتِلُوٓاْ أَئِمَّةَ ٱلْكُفْرِ‌ۙ إِنَّهُمْ لَآ أَيْمَـٰنَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ١٢

Və`in-nəkəsu əymanəhum-min bə'di əhdihim vəta'ənu fi dinikum fəqatilu ə`immətəl kufri innəhum la əymanə ləhum lə'əlləhum yəntəhun

Əgər yerinə yetirəcəklərini öhdələrinə götürdükdən sonra əhdlərini pozsalar və sizin dininizə tənə vurub irad tutsalar, onda bəlkə əl çəkələr deyə (bu) küfr başçıları ilə vuruşun ki, onların heç bir öhdəçilikləri yoxdur.

13Ayə 13

أَلَا تُقَـٰتِلُونَ قَوْمًا نَّكَثُوٓاْ أَيْمَـٰنَهُمْ وَهَمُّواْ بِإِخْرَاجِ ٱلرَّسُولِ وَهُم بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ‌ۚ أَتَخْشَوْنَهُمْ‌ۚ فَٱللَّهُ أَحَقُّ أَن تَخْشَوْهُ إِن كُنتُم مُّؤْمِنِينَ١٣

Əla tuqatilunə qəvmən nnəkəsu əymanəhum vəhəmmu bi`ixraci rrəsuli vəhum bədə`ukum əvvələ mərrəh, Ətəxşəvnəhum, fəl ləhu əhəqqu ən təxşəvhu in kuntum-mu`minin

Yoxsa siz öz andlarını pozmuş, Allahın Peyğəmbərini (Məkkədən) çıxarmaq qərarına gəlmiş və sizinlə (müharibəyə) ilk dəfə başlayan da onlar olan bir dəstə ilə vuruşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? Əgər imanınız varsa, Allah qorxulmağa daha layiqdir.

14Ayə 14

قَـٰتِلُوهُمْ يُعَذِّبْهُمُ ٱللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍ مُّؤْمِنِينَ١٤

Qatiluhum yu'əzzibhumu əllahu bi`əydikum vəyuxzihim vəyənsurkum ələyhim vəyəşfi sudurə qəvmin mmu`minin

Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin və möminlərdən (müşriklərdən yaralı) olan dəstənin ürəklərinə şəfa versin.

15Ayə 15

وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ‌ۗ وَيَتُوبُ ٱللَّهُ عَلَىٰ مَن يَشَآءُ‌ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ١٥

Vəyuzhib ğəyza qulubihim, vəyətubu əllahu əla mən yəşa, vəl ləhu əlimun həkim

Həmçinin onların qəlblərinin qəzəbini aradan aparsın. Allah nəzərini istədiyi şəxsə yönəldərək tövbəsini qəbul edər. Allah bilən və hikmətlidir.

16Ayə 16

أَمْ حَسِبْتُمْ أَن تُتْرَكُواْ وَلَمَّا يَعْلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَـٰهَدُواْ مِنكُمْ وَلَمْ يَتَّخِذُواْ مِن دُونِ ٱللَّهِ وَلَا رَسُولِهِۦ وَلَا ٱلْمُؤْمِنِينَ وَلِيجَةً‌ۚ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعْمَلُونَ١٦

Əm həsibtum ən tutrəku vələmma yə'ləmi-llahi əlləzinə cahədu minkum vələm yəttəxizu min duni-llahi və la rəsulihi və lal mu`mininə vəlicəh, vəl ləhu xəbirun bima tə'məlun

Yoxsa Allahın sizlərdən cihad edənləri və Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə sirdaş etməyənləri hələ aydınlaşdırıb üzə çıxarmadığı halda (onlar haqqında olan əzəli elmi gerçəkləşməmiş öz başınıza) buraxılacağınızı zənn edirsiniz? Allah əməllərinizdən xəbərdardır.

17Ayə 17

مَا كَانَ لِلْمُشْرِكِينَ أَن يَعْمُرُواْ مَسَـٰجِدَ ٱللَّهِ شَـٰهِدِينَ عَلَىٰٓ أَنفُسِهِم بِٱلْكُفْرِ‌ۚ أُوْلَـٰٓئِكَ حَبِطَتْ أَعْمَـٰلُهُمْ وَفِى ٱلنَّارِ هُمْ خَـٰلِدُونَ١٧

Ma kanə lilmuşrikinə ən yə'muru məsacidə əllah şahidinə əla ənfusihim bilkufr, ula`ikə həbitat ə'maluhum vəfin nari hum xalidun

Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar.

18Ayə 18

إِنَّمَا يَعْمُرُ مَسَـٰجِدَ ٱللَّهِ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْأَخِرِ وَأَقَامَ ٱلصَّلَوٲةَ وَءَاتَى ٱلزَّكَوٲةَ وَلَمْ يَخْشَ إِلَّا ٱللَّهَ‌ۖ فَعَسَىٰٓ أُوْلَـٰٓئِكَ أَن يَكُونُواْ مِنَ ٱلْمُهْتَدِينَ١٨

Innəma yə'muru məsacidə əllah mən amənə bi-llahi vəl yəvmil axiri və`əqaməs salatə vəataz zəkatə vələm yəxşə illa əllah, fə'əsa ula`ikə ən yəkunu minəl muhtədin

Həqiqətən, Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də ola bilsin onlar hidayət olunmuşlardan olsunlar.

19Ayə 19

أَجَعَلْتُمْ سِقَايَةَ ٱلْحَآجِّ وَعِمَارَةَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ كَمَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْأَخِرِ وَجَـٰهَدَ فِى سَبِيلِ ٱللَّهِ‌ۚ لَا يَسْتَوُۥنَ عِندَ ٱللَّهِ‌ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ١٩

Əcə'əltum siqayətəl hacci və'imarətəl məscidil hərami kəmən amənə bi-llahi vəl yəvmil axiri vəcahədə fi səbili-llahi, la yəstəvunə ində əllah, vəl ləhu la yəhdil qəvməz zalimin

Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir. Allah zalım dəstəni hidayət etməz.

20Ayə 20

ٱلَّذِينَ ءَامَنُواْ وَهَاجَرُواْ وَجَـٰهَدُواْ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٲلِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ ٱللَّهِ‌ۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلْفَآئِزُونَ٢٠

Əlləzinə amənu vəhacəru vəcahədu fi səbili-llahi bi`əmvalihim və`ənfusihim ə'zamu dərəcətən ində əllah, və`ula`ikə humul fa`izun

İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır.

21Ayə 21

يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍ مِّنْهُ وَرِضْوَٲنٍ وَجَنَّـٰتٍ لَّهُمْ فِيهَا نَعِيمٌ مُّقِيمٌ٢١

Yubəşşiruhum rəbbuhum birəhmətin mminhu vərizvanin vəcənnatin lləhum fiha nə'imun mmuqim

Rəbbi onları Öz tərəfindən bir rəhmət və razılıqla və içərisində onlar üçün sürəkli və daimi nemət olan Cənnətlərlə müjdələyir.

22Ayə 22

خَـٰلِدِينَ فِيهَآ أَبَدًا‌ۚ إِنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌ٢٢

Xalidinə fiha əbədə, innə əllah indəhu əcrun əzim

Onlar orada həmişəlik olaraq, əbədi qalacaqlar. Həqiqətən, Allah yanında böyük bir mükafat vardır.

23Ayə 23

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُوٓاْ ءَابَآءَكُمْ وَإِخْوَٲنَكُمْ أَوْلِيَآءَ إِنِ ٱسْتَحَبُّواْ ٱلْكُفْرَ عَلَى ٱلْإِيمَـٰنِ‌ۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ٢٣

Ya əyyuha əlləzinə amənu la təttəxizu aba`əkum və`ixvanəkum əvliya`ə ini stəhəbbul kufrə əlal iman, və mən yətəvəlləhum-minkum fə`ula`ikə humuz zalimun

Ey iman gətirənlər, əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutsalar, onları özünüzə dost və köməkçi götürməyin. Sizdən kim onları dost və köməkçi götürsə, (dostluğu öz lazımi yerində sərf etmədikləri üçün) onlar həmin zalımlardır.

24Ayə 24

قُلْ إِن كَانَ ءَابَآؤُكُمْ وَأَبْنَآؤُكُمْ وَإِخْوَٲنُكُمْ وَأَزْوَٲجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَٲلٌ ٱقْتَرَفْتُمُوهَا وَتِجَـٰرَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَـٰكِنُ تَرْضَوْنَهَآ أَحَبَّ إِلَيْكُم مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ وَجِهَادٍ فِى سَبِيلِهِۦ فَتَرَبَّصُواْ حَتَّىٰ يَأْتِىَ ٱللَّهُ بِأَمْرِهِۦ‌ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَـٰسِقِينَ٢٤

Qul in kanə aba`ukum və`əbna`ukum və`ixvanukum və`əzvacukum və'əşirətukum və`əmvalun qtərəftumuha vəticarətun təxşəvnə kəsadəha vəməsakinu tərzavnəha əhəbbə iləykum-minə əllah vərəsulihi vəcihadin fi səbilihi fətərəbbəsu hətta yə`tiyə əllahu bi`əmrih, vəl ləhu la yəhdil qəvməl fasiqin

De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, (insan cəmiyyətinin əsasını təşkil edən) qohumlarınız, topladığınız mallar, kasadlaşmasından qorxduğunuz ticarət və (cəmiyyətin maddi cəhətdən möhkəmlənməsinin əsasını təşkil edən) razı olduğunuz yaşayış yerləri sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, onda Allahın Öz əmrini (sizə əzab etmək əmrini) verməsini gözləyin. Allah itaətsizlərin dəstəsini hidayət etməz».

25Ayə 25

لَقَدْ نَصَرَكُمُ ٱللَّهُ فِى مَوَاطِنَ كَثِيرَةٍ‌ۙ وَيَوْمَ حُنَيْنٍ‌ۙ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنكُمْ شَيْــًٔا وَضَاقَتْ عَلَيْكُمُ ٱلْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُم مُّدْبِرِينَ٢٥

Ləqəd nəsarəkumu əllahu fi məvatinə kəsirətin vəyəvmə hunəynin iz ə'cəbətkum kəsrətukum fələm tuğni ənkum şəy`ən vəzaqət ələykumul ərzu bima rəhubət summə vəlləytum-mudbirin

Həqiqətən, Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günü – sayınızın çoxluğunun sizi məğrur etdiyi, amma sizdən (hadisə və əzabdan) heç bir şeyi dəf etmədiyi və yer üzü bütün genişliyi ilə sizə dar olduğu, sonra isə düşmənə arxa çevirərək qaçmağa üz qoydunuz zaman kömək etdi.

26Ayə 26

ثُمَّ أَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلْمُؤْمِنِينَ وَأَنزَلَ جُنُودًا لَّمْ تَرَوْهَا وَعَذَّبَ ٱلَّذِينَ كَفَرُواْ‌ۚ وَذَٲلِكَ جَزَآءُ ٱلْكَـٰفِرِينَ٢٦

Summə ənzələ əllahu səkinətəhu əla rəsulihi və'əlal mu`mininə və`ənzələ cunudən lləm tərəvha və'əzzəbə əlləzinə kəfəruv, vəzalikə cəza`ul kafirin

Sonra Allah Öz Peyğəmbərinə və möminlərə Öz xatircəmliyini (məxsus vaxtlarda Öz dostlarının qəlbinə nazil etdiyi qəlb rahatlığını) nazil etdi, sizin görmədiyiniz qoşunları göndərdi və küfr edənlərə əzab verdi. Budur kafirlərin cəzası!

27Ayə 27

ثُمَّ يَتُوبُ ٱللَّهُ مِنۢ بَعْدِ ذَٲلِكَ عَلَىٰ مَن يَشَآءُ‌ۗ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ٢٧

Summə yətubu əllahu min bə'di zalikə əla mən yəşa, vəl ləhu ğəfurun rrəhim

Sonra onun (həmin hadisənin) ardınca Allah nəzərini (kafirlərin döyüşə gələnlərindən və müsəlmanların dönüb qaçanlarından) istədiyinə yönəldər və tövbəsini qəbul edər. Allah çox bağışlayan və mehribandır.

28Ayə 28

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّمَا ٱلْمُشْرِكُونَ نَجَسٌ فَلَا يَقْرَبُواْ ٱلْمَسْجِدَ ٱلْحَرَامَ بَعْدَ عَامِهِمْ هَـٰذَا‌ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ ٱللَّهُ مِن فَضْلِهِۦٓ إِن شَآءَ‌ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ حَكِيمٌ٢٨

Ya əyyuha əlləzinə amənu innəmal muşrikunə nəcəsun fəla yəqrəbul məscidəl həramə bə'də amihim haza, və`in xiftum əylətən fəsəvfə yuğnikumu əllahu min fəzlihi in şa, innə əllah əlimun həkim

Ey iman gətirənlər, doğrudan da müşriklər murdardırlar. Odur ki, bu ildən (Hicrətin doqquzuncu ili, Tövbə surəsinin nazil olduğu ildən) sonra Məscidül-Hərama yaxınlaşmamalıdırlar. Əgər (onlarla əlaqənin kəsildiyinə görə düçar olacağınız) yoxsulluq və kasıblıqdan qorxsanız, əgər Allah istəsə, tezliklə sizi Öz lütf və mərhəməti ilə ehtiyacsız edər. Həqiqətən, Allah bilən və hikmətlidir.

29Ayə 29

قَـٰتِلُواْ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلْيَوْمِ ٱلْأَخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ ٱللَّهُ وَرَسُولُهُۥ وَلَا يَدِينُونَ دِينَ ٱلْحَقِّ مِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلْكِتَـٰبَ حَتَّىٰ يُعْطُواْ ٱلْجِزْيَةَ عَن يَدٍ وَهُمْ صَـٰغِرُونَ٢٩

Qatilu əlləzinə la yu`minunə bi-llahi və la bilyəvmil axiri və la yuhərrimunə ma hərrəmə əllahu vərəsuluhu və la yədinunə dinəl həqqi minə əlləzinə utul kitabə hətta yu'tul cizyətə ən yədin vəhum sağirun

(Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən (çünki, onların etiqad bəslədikləri Allah və məad, həqiqi Allah və məad deyildir), Allahın və Onun Peyğəmbərinin (Muhəmmədin (s) Quranda, Musa və İsanın da «Əhdi-ətiq» və «Əhdi-cədid»də şərab, donuz əti, rüşvət və sələm kimi) haram buyurduğunu haram hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hökumətinin hakimiyyəti altında) cizyə ödəyincəyə qədər vuruşun.

30Ayə 30

وَقَالَتِ ٱلْيَهُودُ عُزَيْرٌ ٱبْنُ ٱللَّهِ وَقَالَتِ ٱلنَّصَـٰرَى ٱلْمَسِيحُ ٱبْنُ ٱللَّهِ‌ۖ ذَٲلِكَ قَوْلُهُم بِأَفْوَٲهِهِمْ‌ۖ يُضَـٰهِــُٔونَ قَوْلَ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبْلُ‌ۚ قَـٰتَلَهُمُ ٱللَّهُ‌ۚ أَنَّىٰ يُؤْفَكُونَ٣٠

Vəqalətil yəhudu uzəyrun bnu əllah vəqalətin nəsaral məsihu bnu əllah, zalikə qəvluhum bi`əfvahihim, yuzahi`unə qəvlə əlləzinə kəfəru min qəbl, qatələhumu əllah, Ənna yu`fəkun

Yəhudilər dedilər: «(Yəhudi millətinə zillətdən sonra həyat bəxş etmiş və Tövratı yaymış) Üzeyir Allahın oğludur». Və xaçpərəstlər dedilər: «Məsih Allahın oğludur». Bu onların dilləri ilə dedikləri (həqiqəti və dəlili olmayan) bir sözdür. Onlardan qabaq kafir olmuş kəslərin (Allah üçün ata, oğul, ana və arvad fərz edən qədim bütpərəstlərin) sözlərinə oxşayır. Allah öldürsün onları! Necə və hara döndərilirlər?

31Ayə 31

ٱتَّخَذُوٓاْ أَحْبَارَهُمْ وَرُهْبَـٰنَهُمْ أَرْبَابًا مِّن دُونِ ٱللَّهِ وَٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعْبُدُوٓاْ إِلَـٰهًا وَٲحِدًا‌ۖ لَّآ إِلَـٰهَ إِلَّا هُوَ‌ۚ سُبْحَـٰنَهُۥ عَمَّا يُشْرِكُونَ٣١

Ittəxəzu əhbarəhum vəruhbanəhum ərbabən min duni-llahi vəl məsihə bnə məryəmə və ma umiru illa liyə'budu ilahən vahidə, la ilahə illa huv, subhanəhu əmma yuşrikun

Onlar öz alimlərini, rahiblərini və Məryəm oğlu Məsihi (əmrlərinə qeydsiz-şərtsiz itaət etmək baxımından) Allahın yerinə tanrılar götürdülər, halbuki onlara yalnız Ondan başqa bir məbud olmayan tək Allaha ibadət etmələri əmr olunmuşdu. O, qoşulan şəriklərdən pak (və uzaq)dır.

32Ayə 32

يُرِيدُونَ أَن يُطْفِــُٔواْ نُورَ ٱللَّهِ بِأَفْوَٲهِهِمْ وَيَأْبَى ٱللَّهُ إِلَّآ أَن يُتِمَّ نُورَهُۥ وَلَوْ كَرِهَ ٱلْكَـٰفِرُونَ٣٢

Yuridunə ən yutfi`u nurə əllah bi`əfvahihim vəyə`ba əllahu illa ən yutimmə nurəhu vələv kərihəl kafirun

Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir.

33Ayə 33

هُوَ ٱلَّذِىٓ أَرْسَلَ رَسُولَهُۥ بِٱلْهُدَىٰ وَدِينِ ٱلْحَقِّ لِيُظْهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوْ كَرِهَ ٱلْمُشْرِكُونَ٣٣

Huvə əlləzi ərsələ rəsuləhu bilhuda vədinil həqqi liyuzhirəhu əlad dini kullihi vələv kərihəl muşrikun

Öz Peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur.

34Ayə 34

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ كَثِيرًا مِّنَ ٱلْأَحْبَارِ وَٱلرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَٲلَ ٱلنَّاسِ بِٱلْبَـٰطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ‌ۗ وَٱلَّذِينَ يَكْنِزُونَ ٱلذَّهَبَ وَٱلْفِضَّةَ وَلَا يُنفِقُونَهَا فِى سَبِيلِ ٱللَّهِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ٣٤

Ya əyyuha əlləzinə amənu innə kəsirən mminəl əhbari vər ruhbani ləyə`kulunə əmvalən nasi bilbatili vəyəsuddunə ən səbili-llahi, valləzinə yəknizunəz zəhəbə vəl fizzatə və la yunfiqunəha fi səbili-llahi fəbəşşirhum bi'əzabin əlim

Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan saxlayırlar. (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ.

35Ayə 35

يَوْمَ يُحْمَىٰ عَلَيْهَا فِى نَارِ جَهَنَّمَ فَتُكْوَىٰ بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ‌ۖ هَـٰذَا مَا كَنَزْتُمْ لِأَنفُسِكُمْ فَذُوقُواْ مَا كُنتُمْ تَكْنِزُونَ٣٥

Yəvmə yuhma ələyha fi nari cəhənnəmə fətukva biha cibahuhum vəcunubuhum vəzuhuruhum, haza ma kənəztum li`ənfusikum fəzuqu ma kuntum təknizun

O gün ki, onlar (həmin qızıl-gümüş) Cəhənnəm odunda qızardılacaq və onlarla həmin şəxslərin alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (onlara): «Bu, özünüz üçün yığdığınız həmin xəzinələrdir, odur ki, dadın yığdıqlarınızın cəzasını!» (deyiləcəkdir).

36Ayə 36

إِنَّ عِدَّةَ ٱلشُّهُورِ عِندَ ٱللَّهِ ٱثْنَا عَشَرَ شَهْرًا فِى كِتَـٰبِ ٱللَّهِ يَوْمَ خَلَقَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ مِنْهَآ أَرْبَعَةٌ حُرُمٌ‌ۚ ذَٲلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ‌ۚ فَلَا تَظْلِمُواْ فِيهِنَّ أَنفُسَكُمْ‌ۚ وَقَـٰتِلُواْ ٱلْمُشْرِكِينَ كَآفَّةً كَمَا يُقَـٰتِلُونَكُمْ كَآفَّةً‌ۚ وَٱعْلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ٣٦

Innə iddətəş şuhuri ində əllah sna əşərə şəhrən fi kitabi-llahi yəvmə xələqəs səmavati vəl ərza minha ərbə'ətun hurum, zalikəd dinul qəyyim, fəla təzlimu fihinnə ənfusəkum, vəqatilul muşrikinə kaffətən kəma yuqatilunəkum kaffəh, va'ləmu ənnə əllah mə'əl muttəqin

Həqiqətən, Allah yanında (Onun əzəli elmi və Lövhi-Məhfuzunda, qəməri) ayların sayı on iki aydır ki, (onlar) Allahın kitabında (yaradılış kitabı olan varlıq aləmində) göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir (və yer kürəsi ilə ayın günəş sistemində sıralanmasının necəliyindən yaranır). Onlardan dördü (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları) haram (möhtərəm) aylardır (və onlarda döyüş haramdır). Bu, möhkəm və əbədi bir dindir (dinin hökmüdür). Odur ki, bu aylarda (onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə) özünüzə zülm etməyin. Və (döyüş zamanı) müşriklər sizin hamınızla vuruşduqları kimi siz də onların hamısı ilə vuruşun və bilin ki, Allah pərhizkarlarladır.

37Ayə 37

إِنَّمَا ٱلنَّسِىٓءُ زِيَادَةٌ فِى ٱلْكُفْرِ‌ۖ يُضَلُّ بِهِ ٱلَّذِينَ كَفَرُواْ يُحِلُّونَهُۥ عَامًا وَيُحَرِّمُونَهُۥ عَامًا لِّيُوَاطِــُٔواْ عِدَّةَ مَا حَرَّمَ ٱللَّهُ فَيُحِلُّواْ مَا حَرَّمَ ٱللَّهُ‌ۚ زُيِّنَ لَهُمْ سُوٓءُ أَعْمَـٰلِهِمْ‌ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَـٰفِرِينَ٣٧

Innəman nəsi`u ziyadətun fil kufr, yuzallu bihi əlləzinə kəfəru yuhillunəhu amən vəyuhərrimunəhu amən lliyuvati`u iddətə ma hərrəmə əllahu fəyuhillu ma hərrəmə əllah, zuyyinə ləhum su`u ə'malihim, vəl ləhu la yəhdil qəvməl kafirin

Həqiqətən, (haram ayları) təxirə salmaq (və onların yerlərini dəyişdirmək) küfrü artırmaqdır (etiqadi baxımdan küfr olmaqdan əlavə, əməldə bidətdir) ki, kafirlər onun vasitəsilə azdırılırlar. Onu bir il halal və bir il haram sayırlar (məsələn, bir Şə’ban ayını Rəcəb ayının yerinə haram və Rəcəb ayını isə halal edirlər) ki, sizinlə və Allahın haram etdiyi ilə uyğunlaşsınlar (və bir ildə dörd haram ay olsun), amma (nəticədə) Allahın haram etdiyini halal edirlər. Əməllərinin çirkinliyi onlar üçün zinətlənmişdir. Allah kafirlərin dəstəsini hidayət etməz.

38Ayə 38

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ ٱنفِرُواْ فِى سَبِيلِ ٱللَّهِ ٱثَّاقَلْتُمْ إِلَى ٱلْأَرْضِ‌ۚ أَرَضِيتُم بِٱلْحَيَوٲةِ ٱلدُّنْيَا مِنَ ٱلْأَخِرَةِ‌ۚ فَمَا مَتَـٰعُ ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا فِى ٱلْأَخِرَةِ إِلَّا قَلِيلٌ٣٨

Ya əyyuha əlləzinə amənu ma ləkum iza qilə ləkumu nfiru fi səbili-llahi ssaqəltum ilal ərz, Ərəzitum bilhəyatid dunya minəl axirəh, fəma məta'ul həyatid dunya fil axirəti illa qəlil

(Bu ayədən başlayaraq, daha on bir ayə Təbuk müharibəsinə və rumlularla döyüşə aiddir.) Ey iman gətirənlər, sizə nə olub ki, «Allah yolunda (döyüş meydanına tərəf) hərəkət edin» deyildikdə, ağırlaşaraq yerə yapışırsınız? Yoxsa, axirətin yerinə dünya həyatına razı olmusunuz? Belə isə, (bilin ki,) dünyanın xeyir və mənfəətləri axirət müqabilində yalnız cüzi bir şeydir.

39Ayə 39

إِلَّا تَنفِرُواْ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْــًٔا‌ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ٣٩

Illa tənfiru yu'əzzibkum əzabən əlimən vəyəstəbdil qəvmən ğəyrəkum və la təzurruhu şəy`ə, vəl ləhu əla kulli şəy`in qədir

Əgər (cihad meydanına tərəf) hərəkət etməsəniz, Allah sizə ağrılı bir əzab verəcək və sizin yerinizə başqa bir dəstəni gətirəcək. Siz Ona heç bir zərər vura bilməzsiniz. Allah hər şeyə qadirdir.

40Ayə 40

إِلَّا تَنصُرُوهُ فَقَدْ نَصَرَهُ ٱللَّهُ إِذْ أَخْرَجَهُ ٱلَّذِينَ كَفَرُواْ ثَانِىَ ٱثْنَيْنِ إِذْ هُمَا فِى ٱلْغَارِ إِذْ يَقُولُ لِصَـٰحِبِهِۦ لَا تَحْزَنْ إِنَّ ٱللَّهَ مَعَنَا‌ۖ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيْهِ وَأَيَّدَهُۥ بِجُنُودٍ لَّمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُواْ ٱلسُّفْلَىٰ‌ۗ وَكَلِمَةُ ٱللَّهِ هِىَ ٱلْعُلْيَا‌ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ٤٠

Illa tənsuruhu fəqəd nəsarəhu əllahu iz əxrəcəhu əlləzinə kəfəru saniyə snəyni iz huma fi əl ğari iz yəqulu lisahibihi la təhzən innə əllah mə'əna, fə`ənzələ əllahu səkinətəhu ələyhi və`əyyədəhu bicunudin lləm tərəvha vəcə'ələ kəlimətə əlləzinə kəfərus sufla, vəkəlimətu əllah hiyəl ulya, vəl ləhu əzizun həkim

Əgər ona (Peyğəmbərə) kömək etməsəniz, şübhəsiz, kafirlər onu iki nəfərdən (Peyğəmbərlə Əbu Bəkrdən) biri olaraq Məkkədən çıxardıqları zaman, hər ikisi o mağarada (Məkkə yaxınlığındakı «Saur» mağarasında) olduqları vaxt və o, yanındakına «qəm yemə, Allah mütləq bizimlədir» dediyi zaman Allah ona kömək etdi(yi kimi yenə də kömək edəcəkdir). Beləliklə, Allah ona (Peyğəmbərə) Öz rahatlıq və xatircəmliyini nazil etdi, (İslam müharibələrində) onu sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi və kafirlərin sözünü alçaltdı. Uca və üstün, Allahın kəlməsidir (Onun peyğəmbərlərə kömək və dininin digər dinlərə qalib gəlməsi barəsindəki əzəli vədidir)! Allah yenilməz qüdrətli və hikmət sahibidir.

41Ayə 41

ٱنفِرُواْ خِفَافًا وَثِقَالاً وَجَـٰهِدُواْ بِأَمْوَٲلِكُمْ وَأَنفُسِكُمْ فِى سَبِيلِ ٱللَّهِ‌ۚ ذَٲلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ٤١

Infiru xifafən vəsiqalən vəcahidu bi`əmvalikum və`ənfusikum fi səbili-llahi, zalikum xəyrun lləkum in kuntum tə'ləmun

Yüngül və ağır (süvari və piyada, yaxud cavan və qoca cihad meydanına tərəf) hərəkət edin və öz mallarınız və canlarınızla Allah yolunda cihad edin. Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir.

42Ayə 42

لَوْ كَانَ عَرَضًا قَرِيبًا وَسَفَرًا قَاصِدًا لَّٱتَّبَعُوكَ وَلَـٰكِنۢ بَعُدَتْ عَلَيْهِمُ ٱلشُّقَّةُ‌ۚ وَسَيَحْلِفُونَ بِٱللَّهِ لَوِ ٱسْتَطَعْنَا لَخَرَجْنَا مَعَكُمْ يُهْلِكُونَ أَنفُسَهُمْ وَٱللَّهُ يَعْلَمُ إِنَّهُمْ لَكَـٰذِبُونَ٤٢

Ləv kanə ərəzən qəribən vəsəfərən qasidən llattəbə'ukə və lakin bə'udət ələyhimuş şuqqəh, vəsəyəhlifunə bi-llahi ləvi stəta'na ləxərəcna mə'əkum yuhlikunə ənfusəhum vəl ləhu yə`ləmu innəhum ləkazibun

Əgər əl çatan mallar və qısa və asan səfər olsaydı, onlar sənə mütləq tabe olardılar. Lakin bu məşəqqətli yol (Təbuk müharibəsinin döyüş meydanında hazır olmaq) onlara uzaq göründü. Tezliklə Allaha and içəcəklər ki: «Əgər qüdrət və bacarığımız olsaydı, sizinlə çıxardıq». Onlar özlərini (küfr və yalanları ilə) həlak edirlər və Allah onların yalançı olduqlarını bilir.

43Ayə 43

عَفَا ٱللَّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمْ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ ٱلَّذِينَ صَدَقُواْ وَتَعْلَمَ ٱلْكَـٰذِبِينَ٤٣

Əfa əllahu ənkə limə əzintə ləhum hətta yətəbəyyənə ləkə əlləzinə sadəqu vətə'ləməl kazibin

Allah səni bağışlasın! Nə üçün doğruçular(ın halı) sənə aydınlaşmamış və yalançıları tanımadan onlara (döyüşə getməmək üçün) izn verdin?

44Ayə 44

لَا يَسْتَــْٔذِنُكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْأَخِرِ أَن يُجَـٰهِدُواْ بِأَمْوَٲلِهِمْ وَأَنفُسِهِمْ‌ۗ وَٱللَّهُ عَلِيمُۢ بِٱلْمُتَّقِينَ٤٤

La yəstə`zinukə əlləzinə yu`minunə bi-llahi vəl yəvmil axiri ən yucahidu bi`əmvalihim və`ənfusihim, vəl ləhu əlimun bilmuttəqin

Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etməkdən qalmaq üçün səndən izn istəmirlər (çünki təkid olunmuş bir vacib olan həmin cihadın yerinə yetirilməsi üçün izn istəmək lazım deyil və eləcə də onun haram sayılan tərki üçün icazə almaq caiz deyil). Allah pərhizkarları tanıyandır.

45Ayə 45

إِنَّمَا يَسْتَــْٔذِنُكَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْأَخِرِ وَٱرْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِى رَيْبِهِمْ يَتَرَدَّدُونَ٤٥

Innəma yəstə`zinukə əlləzinə la yu`minunə bi-llahi vəl yəvmil axiri vartabət qulubuhum fəhum fi rəybihim yətərəddədun

(Cihaddan yayınmaq üçün) səndən yalnız Allaha və axirət gününə imanları olmayan və qəlbləri şəkk və tərəddüdə düşən kəslər izn istəyərlər. Onlar həmişə öz şəkk və tərəddüdlərində sərgərdandırlar.

46Ayə 46

وَلَوْ أَرَادُواْ ٱلْخُرُوجَ لَأَعَدُّواْ لَهُۥ عُدَّةً وَلَـٰكِن كَرِهَ ٱللَّهُ ٱنۢبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ ٱقْعُدُواْ مَعَ ٱلْقَـٰعِدِينَ٤٦

Vələv əradul xurucə lə`ə'əddu ləhu uddətən və lakin kərihə əllahu mbi'asəhum fəsəbbətahum vəqilə q'udu mə'əl qa'idin

Əgər onların (cihad üçün) çıxmaq niyyətləri olsaydı, ona mütləq bir vasitə və xərc hazırlayardılar. Lakin Allah onların hərəkətini xoşlamırdı. Buna görə də (köməyini əsirgəməklə) onları saxladı və (sanki onlara) «oturanlarla (qadınlar, uşaqlar və acizlər kimi) oturun» deyildi.

47Ayə 47

لَوْ خَرَجُواْ فِيكُم مَّا زَادُوكُمْ إِلَّا خَبَالاً وَلَأَوْضَعُواْ خِلَـٰلَكُمْ يَبْغُونَكُمُ ٱلْفِتْنَةَ وَفِيكُمْ سَمَّـٰعُونَ لَهُمْ‌ۗ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّـٰلِمِينَ٤٧

Ləv xərəcu fikum-ma zadukum illa xəbalən vələ`əvza'u xilaləkum yəbğunəkumul fitnətə vəfikum səmma'unə ləhum, vəl ləhu əlimun biz zalimin

Əgər sizin aranızda (döyüşə) çıxsaydılar, sizin üçün fəsaddan başqa bir şey artırmazdılar və şübhəsiz, sizə fitnə yaratmaq üçün sizin aranızda pozuculuq etməyə tələsərdilər. Sizin aranızda cəsuslar və onların sözlərinə çox qulaq asan imanı zəiflər vardır. Allah zalımları tanıyır.

48Ayə 48

لَقَدِ ٱبْتَغَوُاْ ٱلْفِتْنَةَ مِن قَبْلُ وَقَلَّبُواْ لَكَ ٱلْأُمُورَ حَتَّىٰ جَآءَ ٱلْحَقُّ وَظَهَرَ أَمْرُ ٱللَّهِ وَهُمْ كَـٰرِهُونَ٤٨

Ləqədi btəğəvul fitnətə min qəblu vəqəlləbu ləkəl umurə hətta ca`əl həqqu vəzahərə əmru əllah vəhum karihun

Həqiqətən, onlar bundan əvvəl (Ühüd müharibəsində) də fitnə yaratmaq istədilər və işləri sənə alt-üst etdilər (İslam ordusunu parçaladılar, camaatı döyüşdən soyutdular və sonda Ühüd faciəsi baş verdi). Nəhayət haqq gəlib çatdı və onlar istəmədikləri halda Allahın əmri aşkar oldu (siz qalib gəldiniz).

49Ayə 49

وَمِنْهُم مَّن يَقُولُ ٱئْذَن لِّى وَلَا تَفْتِنِّىٓ‌ۚ أَلَا فِى ٱلْفِتْنَةِ سَقَطُواْ‌ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلْكَـٰفِرِينَ٤٩

Vəminhum-mən yəqulu zən lli və la təftinniy, Əla fil fitnəti səqətuv, və`innə cəhənnəmə ləmuhitatun bilkafirin

Onlardan bəzisi «mənə (bu döyüşü tərk etməyə) izn ver və məni fitnəyə (sənin əmrinə qarşı çıxmaq günahına) salma!» deyir. Bil ki, onlar fitnəyə (küfr və nifaq fitnəsinə) düşüblər. Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir (dünyada Cəhənnəm oduna girməyin səbəbi olan küfr və itaətsizliklə əhatə olunmaq formasında, axirətdə isə nəticə olan od ilə.)

50Ayə 50

إِن تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ‌ۖ وَإِن تُصِبْكَ مُصِيبَةٌ يَقُولُواْ قَدْ أَخَذْنَآ أَمْرَنَا مِن قَبْلُ وَيَتَوَلَّواْ وَّهُمْ فَرِحُونَ٥٠

In tusibkə həsənətun təsu`hum, və`in tusibkə musibətun yəqulu qəd əxəzna əmrəna min qəblu vəyətəvəlləv-vəhum fərihun

Əgər sənə bir yaxşılıq (qələbə və qənimət) yetişsə, bu onları narahat edər və əgər bir müsibət (məğlubiyyət yaxud bir ziyan) yetişsə, «biz işimizi(n ehtiyatını) qabaqcadan götürmüşük» deyər və şad halda (öz yerlərinə) qayıdarlar.

51Ayə 51

قُل لَّن يُصِيبَنَآ إِلَّا مَا كَتَبَ ٱللَّهُ لَنَا هُوَ مَوْلَـٰنَا‌ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ٥١

Qul-lən yusibəna illa ma kətəbə əllahu ləna huvə məvlana, və'əla əllah fəlyətəvəkkəlil mu`minun

De: «Bizə Allahın (Lövhi-Məhfuzda) bizim üçün yazdığından və qərara aldığından (zəfər, məğlubiyyət və sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı və yadımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər».

52Ayə 52

قُلْ هَلْ تَرَبَّصُونَ بِنَآ إِلَّآ إِحْدَى ٱلْحُسْنَيَيْنِ‌ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَن يُصِيبَكُمُ ٱللَّهُ بِعَذَابٍ مِّنْ عِندِهِۦٓ أَوْ بِأَيْدِينَا‌ۖ فَتَرَبَّصُوٓاْ إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَ٥٢

Qul həl tərəbbəsunə bina illa ihdal husnəyəyn, vənəhnu nətərəbbəsu bikum ən yusibəkumu əllahu bi'əzabin min indihi əv bi`əydina, fətərəbbəsu inna mə'əkum-mutərəbbisun

De: «Yoxsa bizim üçün iki gözəl xislətdən (döyüşdə qələbə çalmaq, yaxud haqq yolunda şəhid olmaqdan) başqa bir şey gözləyirsiniz? Biz də sizin barənizdə Allahın sizə Öz tərəfindən, ya bizim əlimizlə əzab yetirməsini (küfr halında həlak olmaq, yaxud küfr halında öldürülməyi) gözləyirik. Buna görə də gözləyin ki, biz də sizinlə gözləyənlərdənik».

53Ayə 53

قُلْ أَنفِقُواْ طَوْعًا أَوْ كَرْهًا لَّن يُتَقَبَّلَ مِنكُمْ‌ۖ إِنَّكُمْ كُنتُمْ قَوْمًا فَـٰسِقِينَ٥٣

Qul ənfiqu tav'ən əv kərhən llən yutəqəbbələ minkum, innəkum kuntum qəvmən fasiqin

De: «(İstədiyiniz kimi-) istər rəğbətlə, istərsə də ikrahla xərcləyin, sizdən əsla qəbul olunmayacaqdır. Çünki siz itaətsiz bir dəstəsiniz».

54Ayə 54

وَمَا مَنَعَهُمْ أَن تُقْبَلَ مِنْهُمْ نَفَقَـٰتُهُمْ إِلَّآ أَنَّهُمْ كَفَرُواْ بِٱللَّهِ وَبِرَسُولِهِۦ وَلَا يَأْتُونَ ٱلصَّلَوٲةَ إِلَّا وَهُمْ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمْ كَـٰرِهُونَ٥٤

Və ma mənə'əhum ən tuqbələ minhum nəfəqatuhum illa ənnəhum kəfəru bi-llahi vəbirəsulihi və la yə`tunəs salatə illa vəhum kusala və la yunfiqunə illa vəhum karihun

Onların sədəqələrinin qəbul olunmasına Allaha və Onun Peyğəmbərinə kafir olmalarından başqa bir şey mane olmadı. Onlar namazı yalnız tənbəlcəsinə qılarlar və yalnız narazılıqla sədəqə verərlər.

55Ayə 55

فَلَا تُعْجِبْكَ أَمْوَٲلُهُمْ وَلَآ أَوْلَـٰدُهُمْ‌ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُعَذِّبَهُم بِهَا فِى ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَـٰفِرُونَ٥٥

Fəla tu'cibkə əmvaluhum və la əvladuhum, innəma yuridu əllahu liyu'əzzibəhum biha fil həyatid dunya vətəzhəqə ənfusuhum vəhum kafirun

Odur ki, onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! Həqiqətən, Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.

56Ayə 56

وَيَحْلِفُونَ بِٱللَّهِ إِنَّهُمْ لَمِنكُمْ وَمَا هُم مِّنكُمْ وَلَـٰكِنَّهُمْ قَوْمٌ يَفْرَقُونَ٥٦

Vəyəhlifunə bi-llahi innəhum ləminkum və ma hum-minkum və lakinnəhum qəvmun yəfrəqun

Onlar həqiqətən də, sizdən olmaları barəsində Allaha and içirlər. Halbuki, onlar sizdən deyildirlər, əksinə (nifaqlarının faş olmasından) qorxan bir dəstədirlər.

57Ayə 57

لَوْ يَجِدُونَ مَلْجَــًٔا أَوْ مَغَـٰرَٲتٍ أَوْ مُدَّخَلاً لَّوَلَّوْاْ إِلَيْهِ وَهُمْ يَجْمَحُونَ٥٧

Ləv yəcidunə məlcə`ən əv məğaratin əv muddəxələn lləvəlləv iləyhi vəhum yəcməhun

Əgər bir sığınacaq, ya mağaralar, ya da zirzəmilər tapsaydılar, şübhəsiz, tələsik ora üz tutardılar (ki, müsəlmanlardan uzaq olsunlar).

58Ayə 58

وَمِنْهُم مَّن يَلْمِزُكَ فِى ٱلصَّدَقَـٰتِ فَإِنْ أُعْطُواْ مِنْهَا رَضُواْ وَإِن لَّمْ يُعْطَوْاْ مِنْهَآ إِذَا هُمْ يَسْخَطُونَ٥٨

Vəminhum-mən yəlmizukə fis sadəqati fə`in u'tu minha rəzu və`in lləm yu'tav minha iza hum yəsxətun

Onların bəzisi sədəqələr(in bölünməsi) barəsində sənə irad tuturlar. Əgər ondan onlara verilsə razı qalar və əgər verilməsə (hətta haqları olmasa belə), qəfildən qəzəblənərlər.

59Ayə 59

وَلَوْ أَنَّهُمْ رَضُواْ مَآ ءَاتَـٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَقَالُواْ حَسْبُنَا ٱللَّهُ سَيُؤْتِينَا ٱللَّهُ مِن فَضْلِهِۦ وَرَسُولُهُۥٓ إِنَّآ إِلَى ٱللَّهِ رَٲغِبُونَ٥٩

Vələv ənnəhum rəzu ma atahumu əllahu vərəsuluhu vəqalu həsbuna əllahu səyu`tina əllahu min fəzlihi vərəsuluhu inna ila əllah rağibun

Əgər onlar Allahın və Onun Peyğəmbərinin (sədəqələrdən) onlara verdikləri ilə razılaşıb «bizə Allah kifayətdir, tezliklə Allah və Onun Peyğəmbəri bizə Öz lütfündən əta edəcək, həqiqətən, biz Allaha tərəf meylliyik» desəydilər (onlar üçün daha yaxşı olardı).

60Ayə 60

إِنَّمَا ٱلصَّدَقَـٰتُ لِلْفُقَرَآءِ وَٱلْمَسَـٰكِينِ وَٱلْعَـٰمِلِينَ عَلَيْهَا وَٱلْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِى ٱلرِّقَابِ وَٱلْغَـٰرِمِينَ وَفِى سَبِيلِ ٱللَّهِ وَٱبْنِ ٱلسَّبِيلِ‌ۖ فَرِيضَةً مِّنَ ٱللَّهِ‌ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ٦٠

Innəmas sadəqatu lilfuqəra`i vəl məsakini vəl amilinə ələyha vəl mu`əlləfəti qulubuhum vəfi rriqabi vəl ğariminə vəfi səbili-llahi vabnis səbil, fərizatən mminə əllah, vəl ləhu əlimun həkim

Həqiqətən, sədəqələr (malların və canların zəkatı, səkkiz yerə sərf olunmalıdır, yəni) yoxsulların, miskinlərin (daha yoxsul olanların), onun (toplanması, qorunması və paylanılması) icraçılarının, (kafirlərdən, yaxud əqidələri zəif olan müsəlmanlardan bəzilərini dinə cəlb etmək, ya onlardan döyüşdə istifadə etmək üçün) ürəklərinin ələ alınması lazım olan kəslərin, qulların (azad olunmasının), borculuların (borclarının ödənilməsinin), Allah yolundakı xərclərin (xeyiri ümumi olan hər hansı bir xeyir işin, xüsusilə cihadın) və yolda (İslam və müsəlmanların din və dünyaları üçün lazım olan hər hansı bir hədəf yolunda) qalanlarındır. (Bu hökm,) Allah tərəfindən qəti bir vacibdir. Allah bilən və hikmətlidir.

61Ayə 61

وَمِنْهُمُ ٱلَّذِينَ يُؤْذُونَ ٱلنَّبِىَّ وَيَقُولُونَ هُوَ أُذُنٌ‌ۚ قُلْ أُذُنُ خَيْرٍ لَّكُمْ يُؤْمِنُ بِٱللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِّلَّذِينَ ءَامَنُواْ مِنكُمْ‌ۚ وَٱلَّذِينَ يُؤْذُونَ رَسُولَ ٱللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌ٦١

Vəminhumu əlləzinə yu`zunən nəbiyyə vəyəqulunə huvə uzun, qul uzunu xəyrin lləkum yu`minu bi-llahi vəyu`minu lilmu`mininə vərəhmətun llilləzinə amənu minkum, valləzinə yu`zunə rəsulə əllah ləhum əzabun əlim

Onların bəziləri Peyğəmbəri incidir və «o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!» deyirlər. De: «O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir». Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır.

62Ayə 62

يَحْلِفُونَ بِٱللَّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَٱللَّهُ وَرَسُولُهُۥٓ أَحَقُّ أَن يُرْضُوهُ إِن كَانُواْ مُؤْمِنِينَ٦٢

Yəhlifunə bi-llahi ləkum liyurzukum vəl ləhu vərəsuluhu əhəqqu ən yurzuhu in kanu mu`minin

Onlar sizi razı salmaq üçün sizə (öz xoşagəlməz işləri barədə) Allaha and içirlər, halbuki əgər mömin olsaydılar Allahı və Onun Peyğəmbərini razı salmaları daha yaxşı olardı.

63Ayə 63

أَلَمْ يَعْلَمُوٓاْ أَنَّهُۥ مَن يُحَادِدِ ٱللَّهَ وَرَسُولَهُۥ فَأَنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَـٰلِدًا فِيهَا‌ۚ ذَٲلِكَ ٱلْخِزْىُ ٱلْعَظِيمُ٦٣

Ələm yə`ləmu ənnəhu mən yuhadidi-llahi vərəsuləhu fə`ənnə ləhu narə cəhənnəmə xalidən fiha, zalikəl xizyul əzim

Məgər Allahla və Onun Peyğəmbəri ilə müxalifət və düşmənçilik edən şəxs üçün doğrudan da əbədi qalacağı Cəhənnəm odu olmasını bilməyiblər? Budur həmin böyük rüsvayçılıq!

64Ayə 64

يَحْذَرُ ٱلْمُنَـٰفِقُونَ أَن تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُم بِمَا فِى قُلُوبِهِمْ‌ۚ قُلِ ٱسْتَهْزِءُوٓاْ إِنَّ ٱللَّهَ مُخْرِجٌ مَّا تَحْذَرُونَ٦٤

Yəhzərul munafiqunə ən tunəzzələ ələyhim surətun tunəbbi`uhum bima fi qulubihim, quli stəhzi`u innə əllah muxricun mma təhzərun

Münafiqlər (istehza məqsədi ilə) özlərini onların barəsində qəlblərində olanı (küfrü və İslam hökumətini devirmək niyyətlərini) onların özlərinə və camaata xəbər verən bir surə nazil olmasından qorxan kimi göstərirlər. De: «(Bu rəftarınızla İslama) istehza edin, şübhəsiz, Allah qorxduğunuz şeyi aşkar edəcəkdir».

65Ayə 65

وَلَئِن سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ‌ۚ قُلْ أَبِٱللَّهِ وَءَايَـٰتِهِۦ وَرَسُولِهِۦ كُنتُمْ تَسْتَهْزِءُونَ٦٥

Vələ`in sə`əltəhum ləyəqulunnə innəma kunna nəxuzu vənəl'əb, qul əbi-llahi vəayatihi vərəsulihi kuntum təstəhzi`un

Əgər onlardan (nə üçün İslam əleyhinə danışır və fəaliyyət göstərirdiniz?) soruşsan, «biz yalnız zarafat edir və oynayırdıq» deyəcəklər. De: «Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehza edirdiniz?»

66Ayə 66

لَا تَعْتَذِرُواْ قَدْ كَفَرْتُم بَعْدَ إِيمَـٰنِكُمْ‌ۚ إِن نَّعْفُ عَن طَآئِفَةٍ مِّنكُمْ نُعَذِّبْ طَآئِفَةَۢ بِأَنَّهُمْ كَانُواْ مُجْرِمِينَ٦٦

La tə'təziru qəd kəfərtum bə'də imanikum, in-nə'fu ən ta`ifətin mminkum nu'əzzib ta`ifətən bi`ənnəhum kanu mucrimin

Daha üzr və bəhanə gətirməyin, doğrudan da siz imanınızdan sonra kafir oldunuz (zahiri imandan sonra küfrünüz aşkar oldu)! Əgər sizdən bir dəstəni (tövbələrinə görə) bağışlasaq da, digər bir dəstəyə əzab verəcəyik. Çünki onlar günahkar olublar.

67Ayə 67

ٱلْمُنَـٰفِقُونَ وَٱلْمُنَـٰفِقَـٰتُ بَعْضُهُم مِّنۢ بَعْضٍ‌ۚ يَأْمُرُونَ بِٱلْمُنكَرِ وَيَنْهَوْنَ عَنِ ٱلْمَعْرُوفِ وَيَقْبِضُونَ أَيْدِيَهُمْ‌ۚ نَسُواْ ٱللَّهَ فَنَسِيَهُمْ‌ۗ إِنَّ ٱلْمُنَـٰفِقِينَ هُمُ ٱلْفَـٰسِقُونَ٦٧

Əl munafiqunə vəl munafiqatu bə'zuhum-min bə'z, yə`murunə bilmunkəri vəyənhəvnə ənil mə'rufi vəyəqbizunə əydiyəhum, nəsu əllah fənəsiyəhum, innəl munafiqinə humul fasiqun

Münafiq kişilərlə münafiq qadınların bəziləri bəzilərindəndirlər (etiqad və əməldə bir-birləri ilə bağlıdırlar). Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər və öz əllərini (mallarını haqq yolunda xəcləməkdən) bağlayarlar. Onlar Allahı unutdular, Allah da onları unutdu (bütün dəlil-sübutları göndərdikdən sonra onları öz başlarına buraxdı). Şübhəsiz, münafiqlər həmin itaətsizlərdir.

68Ayə 68

وَعَدَ ٱللَّهُ ٱلْمُنَـٰفِقِينَ وَٱلْمُنَـٰفِقَـٰتِ وَٱلْكُفَّارَ نَارَ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَا‌ۚ هِىَ حَسْبُهُمْ‌ۚ وَلَعَنَهُمُ ٱللَّهُ‌ۖ وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ٦٨

Və'ədə əllahul munafiqinə vəl munafiqati vəl kuffarə narə cəhənnəmə xalidinə fiha, hiyə həsbuhum, vələ'ənəhumu əllah, vələhum əzabun mmuqim

Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir. Və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.

69Ayə 69

كَٱلَّذِينَ مِن قَبْلِكُمْ كَانُوٓاْ أَشَدَّ مِنكُمْ قُوَّةً وَأَكْثَرَ أَمْوَٲلاً وَأَوْلَـٰدًا فَٱسْتَمْتَعُواْ بِخَلَـٰقِهِمْ فَٱسْتَمْتَعْتُم بِخَلَـٰقِكُمْ كَمَا ٱسْتَمْتَعَ ٱلَّذِينَ مِن قَبْلِكُم بِخَلَـٰقِهِمْ وَخُضْتُمْ كَٱلَّذِى خَاضُوٓاْ‌ۚ أُوْلَـٰٓئِكَ حَبِطَتْ أَعْمَـٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْأَخِرَةِ‌ۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ٦٩

Kalləzinə min qəblikum kanu əşəddə minkum quvvətən və`əksərə əmvalən və`əvladən fastəmtə'u bixəlaqihim fastəmtə'tum bixəlaqikum kəma stəmtə'ə əlləzinə min qəblikum bixəlaqihim vəxuztum kalləzi xazuv, ula`ikə həbitat ə'maluhum fid dunya vəl axirəh, və`ula`ikə humul xasirun

(Siz kafir və münafiqlər) sizdən qabaq olmuş və qüdrətləri sizdən daha artıq və malları, övladları sizdən daha çox olmuş kəslər kimisiniz. Beləliklə onlar öz (dünya) paylarından bəhrələndilər. Sizdən qabaqkılar öz paylarından bəhrələndikləri kimi siz də öz payınızdan bəhrələndiniz və onlar (günah və nəfsi istəklərə) batdıqları kimi siz də batdınız. Onların (xeyir) əməlləri dünyada və axirətdə batil və puç oldu (dünyada yaxşı addan, müsəlmanların duasından və qeyb köməklərindən, axirətdə isə gözəl mükafatlardan məhrum oldular). Onlardır ziyana uğrayanlar!

70Ayə 70

أَلَمْ يَأْتِهِمْ نَبَأُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَقَوْمِ إِبْرَٲهِيمَ وَأَصْحَـٰبِ مَدْيَنَ وَٱلْمُؤْتَفِكَـٰتِ‌ۚ أَتَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ‌ۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوٓاْ أَنفُسَهُمْ يَظْلِمُونَ٧٠

Ələm yə`tihim nəbə`u əlləzinə min qəblihim qəvmi nuhin və'adin vəsəmudə vəqəvmi ibrahimə və`əshabi mədyənə vəl mu`təfikat, Ətəthum rusuluhum bilbəyyinat, fəma kanə əllahu liyəzliməhum və lakin kanu ənfusəhum yəzlimun

Məgər onlardan qabaqkıların Nuhun (suda batmış) qövmü(nün), Adın (Hudun külək əsməsi ilə həlak olmuş qövmünün), Səmudun (Salehin göydən gələn bir bağırtı ilə məhv olmuş qövmünün), İbrahimin (aqcaqanad və digər əzabların göndərilməsi ilə məhv olmuş) qövmünün, Mədyən əshabının (Şüeybin od yağdıran buludla həlak olmuş qövmünün) və alt-üst edilmiş məlum şəhərlərin (Lut qövmünün üç şəhərinin) xəbəri onlara çatmayıb? Peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirdilər. Beləliklə, Allah onlara zülm etmək istəmirdi, lakin (özlərinə) zülm edən onlar özləri idilər.

71Ayə 71

وَٱلْمُؤْمِنُونَ وَٱلْمُؤْمِنَـٰتُ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ‌ۚ يَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَيُقِيمُونَ ٱلصَّلَوٲةَ وَيُؤْتُونَ ٱلزَّكَوٲةَ وَيُطِيعُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ‌ۚ أُوْلَـٰٓئِكَ سَيَرْحَمُهُمُ ٱللَّهُ‌ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ٧١

Vəl mu`minunə vəl mu`minatu bə'zuhum əvliya`u bə'z, yə`murunə bilmə'rufi vəyənhəvnə ənil munkəri vəyuqimunəs salatə vəyu`tunəz zəkatə vəyuti'unə əllah vərəsuləh, ula`ikə səyərhəmuhumu əllah, innə əllah əzizun həkim

Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Öz rəhmətinə şamil edəcəyi kəslər onlardır. Həqiqətən, Allah yenilməz qüdrət sahibi və (yaradılış, qanunvericilik və cəzalandırmaqda) hikmətlidir.

72Ayə 72

وَعَدَ ٱللَّهُ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا وَمَسَـٰكِنَ طَيِّبَةً فِى جَنَّـٰتِ عَدْنٍ‌ۚ وَرِضْوَٲنٌ مِّنَ ٱللَّهِ أَكْبَرُ‌ۚ ذَٲلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ٧٢

Və'ədə əllahul mu`mininə vəl mu`minati cənnatin təcri min təhtihal ənharu xalidinə fiha vəməsakinə tayyibətən fi cənnati ədn, vərizvanun mminə əllah əkbər, zalikə huvəl fəvzul əzim

Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları Cənnətlər vəd etmişdir. Həmçinin əbədi Cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!

73Ayə 73

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ جَـٰهِدِ ٱلْكُفَّارَ وَٱلْمُنَـٰفِقِينَ وَٱغْلُظْ عَلَيْهِمْ‌ۚ وَمَأْوَٮٰهُمْ جَهَنَّمُ‌ۖ وَبِئْسَ ٱلْمَصِيرُ٧٣

Ya əyyuhan nəbiyyu cahidil kuffarə vəl munafiqinə vağluz ələyhim, vəmə`vahum cəhənnəm, vəbi`səl məsir

Ey peyğəmbər, kafirlərlə (vuruşmaqla) və münafiqlərlə (dəlil-sübut gətirmək və onlarla ünsiyyətdən uzaqlaşmaqla) cihad et və onlarla sərt davran. Onların qalacaqları yer Cəhənnəmdir və ora pis dönüş yeridir.

74Ayə 74

يَحْلِفُونَ بِٱللَّهِ مَا قَالُواْ وَلَقَدْ قَالُواْ كَلِمَةَ ٱلْكُفْرِ وَكَفَرُواْ بَعْدَ إِسْلَـٰمِهِمْ وَهَمُّواْ بِمَا لَمْ يَنَالُواْ‌ۚ وَمَا نَقَمُوٓاْ إِلَّآ أَنْ أَغْنَـٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ مِن فَضْلِهِۦ‌ۚ فَإِن يَتُوبُواْ يَكُ خَيْرًا لَّهُمْ‌ۖ وَإِن يَتَوَلَّوْاْ يُعَذِّبْهُمُ ٱللَّهُ عَذَابًا أَلِيمًا فِى ٱلدُّنْيَا وَٱلْأَخِرَةِ‌ۚ وَمَا لَهُمْ فِى ٱلْأَرْضِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ٧٤

Yəhlifunə bi-llahi ma qalu vələqəd qalu kəlimətəl kufri vəkəfəru bə'də islamihim vəhəmmu bima ləm yənaluv, və ma nəqəmu illa ən əğnahumu əllahu vərəsuluhu min fəzlih, fə`in yətubu yəku xəyrən lləhum, və`in yətəvəlləv yu'əzzibhumu əllahu əzabən əlimən fid dunya vəl axirəh, və ma ləhum fil ərzi min vəliyyin və la nəsir

Münafiqlər Allaha and içirlər ki, (Peyğəmbərin arxasınca pis söz) deməyiblər. Halbuki şübhəsiz, küfr sözü deyiblər və İslamı qəbul etdikdən sonra (dönüb) kafir olublar (İslamı izhar etdikdən sonra küfrü izhar ediblər). Və onlar nail ola bilmədikləri təhlükəli bir qərar (Peyğəmbərə sui-qəsd, ya onu Mədinədən çıxarmaq qərarını) qəbul etdilər. Onlar (Allaha və Peyğəmbərə) yalnız Allah və Onun Peyğəmbərinin onları Öz lütf və kərəmləri ilə ehtiyacsız etmələrini irad tutdular və qəzəbləndilər (beləliklə, nemətə şükr etmək əvəzinə intiqam almaq istədilər). Odur ki, əgər tövbə etsələr, onlar üçün daha yaxşıdır və əgər üz döndərsələr, Allah onlara dünya və axirətdə ağrılı bir əzab verəcək və yer üzündə onların bir başçı və köməkçiləri olmayacaqdır.

75Ayə 75

وَمِنْهُم مَّنْ عَـٰهَدَ ٱللَّهَ لَئِنْ ءَاتَـٰنَا مِن فَضْلِهِۦ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ ٱلصَّـٰلِحِينَ٧٥

Vəminhum-mən ahədə əllah lə`in atana min fəzlihi lənəssaddəqənnə vələnəkunənnə minəs salihin

Onlardan Allahla «əgər O Öz lütfündən bizə əta etsə, mütləq sədəqə verəcək (hər bir haqq sahibinin haqqını ödəyəcək) və mütləq salehlərdən olacağıq» deyə əhd bağlamış kəslər vardır.

76Ayə 76

فَلَمَّآ ءَاتَـٰهُم مِّن فَضْلِهِۦ بَخِلُواْ بِهِۦ وَتَوَلَّواْ وَّهُم مُّعْرِضُونَ٧٦

Fələmma atahum-min fəzlihi bəxilu bihi vətəvəlləv-vəhum-mu'rizun

Beləliklə, elə ki, (Allah) Öz lütfündən onlara əta etdi, ona xəsislik etdilər və (qəlbən) dönük olaraq üz çevirdilər.

77Ayə 77

فَأَعْقَبَهُمْ نِفَاقًا فِى قُلُوبِهِمْ إِلَىٰ يَوْمِ يَلْقَوْنَهُۥ بِمَآ أَخْلَفُواْ ٱللَّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُواْ يَكْذِبُونَ٧٧

Fə`ə'qəbəhum nifaqən fi qulubihim ila yəvmi yəlqəvnəhu bima əxləfu əllah ma və'əduhu vəbima kanu yəkzibun

Odur ki, Allaha verdikləri vədə xilaf çıxdıqlarına və daim yalan danışdıqlarına görə, Allah Onunla görüşəcəkləri günə (Qiyamət gününə) kimi onların qəlblərinə bir nifaq saldı.

78Ayə 78

أَلَمْ يَعْلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعْلَمُ سِرَّهُمْ وَنَجْوَٮٰهُمْ وَأَنَّ ٱللَّهَ عَلَّـٰمُ ٱلْغُيُوبِ٧٨

Ələm yə`ləmu ənnə əllah yə`ləmu sirrəhum vənəcvahum və`ənnə əllah əllamu əl ğuyub

Məgər Allahın onların sirlərini və pıçıltılarını bilməsini, eləcə də Allahın bütün qeybləri və gizlinləri tam bilən olmasını bilmirdilər?

79Ayə 79

ٱلَّذِينَ يَلْمِزُونَ ٱلْمُطَّوِّعِينَ مِنَ ٱلْمُؤْمِنِينَ فِى ٱلصَّدَقَـٰتِ وَٱلَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهْدَهُمْ فَيَسْخَرُونَ مِنْهُمْ‌ۙ سَخِرَ ٱللَّهُ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ٧٩

Əlləzinə yəlmizunəl muttavvi'inə minəl mu`mininə fis sadəqati valləzinə la yəcidunə illa cuhdəhum fəyəsxərunə minhum səxirə əllahu minhum vələhum əzabun əlim

Rəğbətlə sədəqə verən və müstəhəb sədəqələr ödəyən möminlərə və (Allah yolunda xərcləmək üçün) yalnız imkanları miqdarında tapanlara sədəqələri barədə irad tutanları (varlı və yoxsul möminlərə sədəqə vermələrinə görə tənə vuranları) və onlara məsxərə edənlərə Allah məsxərə edir və onlar üçün ağrılı bir əzab olacaqdır.

80Ayə 80

ٱسْتَغْفِرْ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ إِن تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةً فَلَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ‌ۚ ذَٲلِكَ بِأَنَّهُمْ كَفَرُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ‌ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَـٰسِقِينَ٨٠

Istəğfir ləhum əv la təstəğfir ləhum in təstəğfir ləhum səb'inə mərrətən fələn yəğfirə əllahu ləhum, zalikə bi`ənnəhum kəfəru bi-llahi vərəsulih, vəl ləhu la yəhdil qəvməl fasiqin

Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə (birdir), əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və Onun Peyğəmbərinə kafir oldular. Allah fasiq dəstəni hidayət etməz.

81Ayə 81

فَرِحَ ٱلْمُخَلَّفُونَ بِمَقْعَدِهِمْ خِلَـٰفَ رَسُولِ ٱللَّهِ وَكَرِهُوٓاْ أَن يُجَـٰهِدُواْ بِأَمْوَٲلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ وَقَالُواْ لَا تَنفِرُواْ فِى ٱلْحَرِّ‌ۗ قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّا‌ۚ لَّوْ كَانُواْ يَفْقَهُونَ٨١

Fərihəl muxəlləfunə biməq'ədihim xilafə rəsuli-llahi vəkərihu ən yucahidu bi`əmvalihim və`ənfusihim fi səbili-llahi vəqalu la tənfiru fil hərr, qul naru cəhənnəmə əşəddu hərrə, ləv kanu yəfqəhun

(Təbuk döyüşünə aparılmayıb) yerdə qoyulanlar Allahın Peyğəmbərinin (hərəkət etməsinin) əksinə olaraq evdə oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməyi xoşlamadılar və (camaata) «istidə (döyüşə) getməyin!» dedilər. De: – Əgər dərindən düşünürlərsə – «Cəhənnəm odu daha istidir».

82Ayə 82

فَلْيَضْحَكُواْ قَلِيلاً وَلْيَبْكُواْ كَثِيرًا جَزَآءَۢ بِمَا كَانُواْ يَكْسِبُونَ٨٢

Fəlyəzhəku qəlilən vəlyəbku kəsirən cəza`ən bima kanu yəksibun

Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gülsünlər və çox ağlasınlar. [Və ya: Buna görə də gərək (küfr və itaətsizliklə) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) dünyada azacıq gülsünlər və axirətdə çox ağlasınlar.]

83Ayə 83

فَإِن رَّجَعَكَ ٱللَّهُ إِلَىٰ طَآئِفَةٍ مِّنْهُمْ فَٱسْتَــْٔذَنُوكَ لِلْخُرُوجِ فَقُل لَّن تَخْرُجُواْ مَعِىَ أَبَدًا وَلَن تُقَـٰتِلُواْ مَعِىَ عَدُوًّا‌ۖ إِنَّكُمْ رَضِيتُم بِٱلْقُعُودِ أَوَّلَ مَرَّةٍ فَٱقْعُدُواْ مَعَ ٱلْخَـٰلِفِينَ٨٣

Fə`in rrəcə'əkə əllahu ila ta`ifətin mminhum fastə`zənukə lilxuruci fəqul-lən təxrucu mə'iyə əbədən vələn tuqatilu mə'iyə əduvvə, innəkum rəzitum bilqu'udi əvvələ mərrətin faq'udu mə'əl xalifin

Odur ki, əgər Allah səni (bu Təbuk müharibəsindən) (Mədinəyə) onlardan (döyüşdən qalmış) bir dəstəsinin yanına qaytarsa və onlar səndən (başqa bir döyüşə) çıxmaq üçün icazə istəsələr, de: «Əsla mənimlə çıxmayacaqsınız və əsla mənimlə birgə düşmənlə vuruşmayacaqsınız, çünki siz əvvəlcə döyüşdən qalmağa razı oldunuz, indi də qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə (evdə) oturun».

84Ayə 84

وَلَا تُصَلِّ عَلَىٰٓ أَحَدٍ مِّنْهُم مَّاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَىٰ قَبْرِهِۦٓ‌ۖ إِنَّهُمْ كَفَرُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَمَاتُواْ وَهُمْ فَـٰسِقُونَ٨٤

Və la tusalli əla əhədin mminhum-matə əbədən və la təqum əla qəbrih, innəhum kəfəru bi-llahi vərəsulihi və matu vəhum fasiqun

Və onlardan ölən heç bir şəxs üçün əsla namaz qılma və (barəsində dua etmək və bağışlanma diləmək üçün) qəbrinin üstündə durma. Çünki onlar Allaha və Onun Peyğəmbərinə küfr etdilər və itaətsiz halda öldülər.

85Ayə 85

وَلَا تُعْجِبْكَ أَمْوَٲلُهُمْ وَأَوْلَـٰدُهُمْ‌ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُعَذِّبَهُم بِهَا فِى ٱلدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَـٰفِرُونَ٨٥

Və la tu'cibkə əmvaluhum və`əvladuhum, innəma yuridu əllahu ən yu'əzzibəhum biha fid dunya vətəzhəqə ənfusuhum vəhum kafirun

Onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! (Çünki bu, onlara yaxşılıq etmək və ya onların yaxşı işlərinin mükafatı deyildir.) Əslində Allah onlara dünya həyatında o şeylər(i ələ gətirmək və qorumaq) vasitəsilə əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.

86Ayə 86

وَإِذَآ أُنزِلَتْ سُورَةٌ أَنْ ءَامِنُواْ بِٱللَّهِ وَجَـٰهِدُواْ مَعَ رَسُولِهِ ٱسْتَــْٔذَنَكَ أُوْلُواْ ٱلطَّوْلِ مِنْهُمْ وَقَالُواْ ذَرْنَا نَكُن مَّعَ ٱلْقَـٰعِدِينَ٨٦

Və`iza unzilət surətun ən aminu bi-llahi vəcahidu mə'ə rəsulihi stə`zənəkə ulut tavli minhum vəqalu zərna nəkun mmə'əl qa'idin

«Allaha iman gətirin və Onun Peyğəmbəri ilə birgə cihad edin» deyə bir surə nazil olan zaman, onların (münafiqlərin) qüdrət və sərvət sahibləri səndən izn istəyər və «qoy biz evdə oturanlarla birgə olaq» deyərlər.

87Ayə 87

رَضُواْ بِأَن يَكُونُواْ مَعَ ٱلْخَوَالِفِ وَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ٨٧

Rəzu bi`ən yəkunu mə'əl xəvalifi vətubi'ə əla qulubihim fəhum la yəfqəhun

Onlar yerdə qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə olmağa razı oldular və qəlblərinə (bədbəxtlik) möhür(ü) vurulmuşdur. Buna görə də daha (səadət yolunu) dərk etməzlər.

88Ayə 88

لَـٰكِنِ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ جَـٰهَدُواْ بِأَمْوَٲلِهِمْ وَأَنفُسِهِمْ‌ۚ وَأُوْلَـٰٓئِكَ لَهُمُ ٱلْخَيْرَٲتُ‌ۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ٨٨

Lakini rrəsulu valləzinə amənu mə'əhu cahədu bi`əmvalihim və`ənfusihim, və`ula`ikə ləhumul xəyrat, və`ula`ikə humul muflihun

Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!

89Ayə 89

أَعَدَّ ٱللَّهُ لَهُمْ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا‌ۚ ذَٲلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ٨٩

Ə'əddə əllahu ləhum cənnatin təcri min təhtihal ənharu xalidinə fiha, zalikəl fəvzul əzim

Allah onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır. Orada əbədi qalarlar. Budur böyük uğur və qurtuluş!

90Ayə 90

وَجَآءَ ٱلْمُعَذِّرُونَ مِنَ ٱلْأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ ٱلَّذِينَ كَذَبُواْ ٱللَّهَ وَرَسُولَهُۥ‌ۚ سَيُصِيبُ ٱلَّذِينَ كَفَرُواْ مِنْهُمْ عَذَابٌ أَلِيمٌ٩٠

Vəca`əl mu'əzzirunə minəl ə'rabi liyu`zənə ləhum vəqə'ədə əlləzinə kəzəbu əllah vərəsuləh, səyusibu əlləzinə kəfəru minhum əzabun əlim

Bədəvi ərəblərin üzürlüləri (qeyrət üzündən sənin yanına) gəldilər ki, onlara (cihada getmək üçün) icazə verilsin. Həmçinin səbəbsiz üzr istəyənlər gəldilər ki, (cihadı tərk etmək üçün) icazə alsınlar. Allaha və Onun Peyğəmbərinə yalan söyləmiş kəslər evdə oturdular (və cihaddan qalmaq üçün izn belə istəmədilər)! Tezliklə onlardan kafir olmuş kəslərə ağrılı bir əzab yetişəcəkdir.

91Ayə 91

لَّيْسَ عَلَى ٱلضُّعَفَآءِ وَلَا عَلَى ٱلْمَرْضَىٰ وَلَا عَلَى ٱلَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُواْ لِلَّهِ وَرَسُولِهِۦ‌ۚ مَا عَلَى ٱلْمُحْسِنِينَ مِن سَبِيلٍ‌ۚ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ٩١

Ləysə əlaz zu'əfa`i və la əlal mərza və la əla əlləzinə la yəcidunə ma yunfiqunə hərəcun iza nəsahu lilləhi vərəsulih, ma əlal muhsininə min səbil, vəl ləhu ğəfurun rrəhim

(Qadın və uşaqlar kimi) zəiflərə, xəstələrə və xərcləməyə (yolxərci etməyə) bir şey tapa bilməyən kəslərə Allah və Onun Peyğəmbəri üçün (söz və əməldə) xeyirxahlıq edəcəkləri təqdirdə (cihadı tərk etmələrinə görə) bir günah yoxdur (onların boynuna vəzifə düşmür və buna görə də onlara təzyiq göstərilməməlidir). Yaxşı əməl sahiblərinə qarşı (onları məzəmmət etmək və cəzalandırmaq üçün) heç bir yol yoxdur. Allah çox bağışlayan və mehribandır.

92Ayə 92

وَلَا عَلَى ٱلَّذِينَ إِذَا مَآ أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَآ أَجِدُ مَآ أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّواْ وَّأَعْيُنُهُمْ تَفِيضُ مِنَ ٱلدَّمْعِ حَزَنًا أَلَّا يَجِدُواْ مَا يُنفِقُونَ٩٢

Və la əla əlləzinə iza ma ətəvkə litəhmiləhum qultə la əcidu ma əhmilukum ələyhi təvəlləv-və`ə'yunuhum təfizu minəd dəm'i həzənən əlla yəcidu ma yunfiqun

Onları (bir miniyə) mindirməyin üçün sənin yanına gəldikləri zaman, sən «sizi mindirmək üçün bir miniyim yoxdur» deyəndə (cihad yolunda) xərcləməyə bir şey tapmadıqları üçün qəm-qüssədən gözlərindən yaş axa-axa dönüb qayıdan kəslərə də (bir günah yoxdur).

93Ayə 93

إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَسْتَــْٔذِنُونَكَ وَهُمْ أَغْنِيَآءُ‌ۚ رَضُواْ بِأَن يَكُونُواْ مَعَ ٱلْخَوَالِفِ وَطَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَعْلَمُونَ٩٣

Innəmas səbilu əla əlləzinə yəstə`zinunəkə vəhum əğniya`, rəzu bi`ən yəkunu mə'əl xəvalifi vətabə'ə əllahu əla qulubihim fəhum la yə`ləmun

(Məzəmmət) yol(u) yalnız o kəslərə (açıqdır) ki, ehtiyacsız olmalarına baxmayaraq, yenə də (cihada getməmək üçün) səndən izn istəyirlər. Onlar (qadınlar, uşaqlar və əlillərdən ibarət) yerdə qalanlarla birgə qalmağa razı oldular. Allah onların qəlblərinə (bədbəxtlik) möhür(ü) vurub, buna görə də heç (nə) bilmirlər.

94Ayə 94

يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ‌ۚ قُل لَّا تَعْتَذِرُواْ لَن نُّؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا ٱللَّهُ مِنْ أَخْبَارِكُمْ‌ۚ وَسَيَرَى ٱللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُۥ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَـٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ٩٤

Yə'təzirunə iləykum iza rəcə'tum iləyhim, qul-la tə'təziru lən-nu`minə ləkum qəd nəbbə`əna əllahu min əxbarikum, vəsəyəra əllahu əmələkum vərəsuluhu summə turəddunə ila alimi əl ğəybi vəş şəhadəti fəyunəbbi`ukum bima kuntum tə'məlun

Siz (Təbuk döyüşündən) onların yanına qayıdanda onlar (döyüşə getmədiklərinə görə) sizə bəhanə gətirərlər. De: «Heç bir bəhanə gətirməyin ki, sizə əsla inanmayacağıq. Həqiqətən, Allah bizi sizin xəbərlərinizdən agah etmişdir. Sizin əməllərinizi (gələcəkdə tövbə edəcəyinizi, yoxsa öz küfrünüzdə qalacağınızı) tezliklə Allah və Onun Peyğəmbəri görəcəklər. Sonra gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, sizi etdiklərinizdən xəbərdar edəcəkdir.

95Ayə 95

سَيَحْلِفُونَ بِٱللَّهِ لَكُمْ إِذَا ٱنقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُواْ عَنْهُمْ‌ۖ فَأَعْرِضُواْ عَنْهُمْ‌ۖ إِنَّهُمْ رِجْسٌ‌ۖ وَمَأْوَٮٰهُمْ جَهَنَّمُ جَزَآءَۢ بِمَا كَانُواْ يَكْسِبُونَ٩٥

Səyəhlifunə bi-llahi ləkum iza nqələbtum iləyhim litu'rizu ənhum, fə`ə'rizu ənhum, innəhum rics, vəmə`vahum cəhənnəmu cəza`ən bima kanu yəksibun

Onların yanına qayıdanda tezliklə sizin üçün Allaha and içəcəklər ki, onlar(ı məzəmmət etmək və danlamaq)dan daşınasınız. Buna görə də onlardan üz döndərin. Çünki onlar murdardırlar (məzəmmət və danlaq onlara təsir etmir) və onların yerləri əldə etdiklərinin cəzası olaraq Cəhənnəmdir.

96Ayə 96

يَحْلِفُونَ لَكُمْ لِتَرْضَوْاْ عَنْهُمْ‌ۖ فَإِن تَرْضَوْاْ عَنْهُمْ فَإِنَّ ٱللَّهَ لَا يَرْضَىٰ عَنِ ٱلْقَوْمِ ٱلْفَـٰسِقِينَ٩٦

Yəhlifunə ləkum litərzav ənhum, fə`in tərzav ənhum fə`innə əllah la yərza ənil qəvmil fasiqin

Onlardan razı olasınız deyə sizin üçün and içirlər. Buna görə də əgər onlardan siz razı olsanız da, həqiqətən, Allah itaətsiz insanlardan razı olmayacaqdır.

97Ayə 97

ٱلْأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا وَأَجْدَرُ أَلَّا يَعْلَمُواْ حُدُودَ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ‌ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ٩٧

Əl ə'rabu əşəddu kufrən vənifaqən və`əcdəru əlla yə`ləmu hududə ma ənzələ əllahu əla rəsulih, vəl ləhu əlimun həkim

(Cəmiyyətdən və mədəniyyətdən uzaq olduqları üçün) bədəvi ərəblərin küfr və nifaqları daha şiddətlidir və onlar Allahın Öz Peyğəmbərinə nazil etdiyinin hüdudlarını bilməməyə daha layiqdirlər. Allah bilən və hikmətlidir.

98Ayə 98

وَمِنَ ٱلْأَعْرَابِ مَن يَتَّخِذُ مَا يُنفِقُ مَغْرَمًا وَيَتَرَبَّصُ بِكُمُ ٱلدَّوَآئِرَ‌ۚ عَلَيْهِمْ دَآئِرَةُ ٱلسَّوْءِ‌ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ٩٨

Vəminəl ə'rabi mən yəttəxizu ma yunfiqu məğrəmən vəyətərəbbəsu bikumud dəva`ir, Ələyhim da`irətus səv`, vəl ləhu səmi'un əlim

Bədəvi ərəblərdən (xeyir yolda) xərclədiyini ziyan və zərər hesab edənlər və sizin barənizdə (İslam dövlətinin süqutu kimi) pis hadisələr gözləyənlər vardır. Pis hadisələr onların özləri üçün olsun! Allah eşidən və biləndir.

99Ayə 99

وَمِنَ ٱلْأَعْرَابِ مَن يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْأَخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَـٰتٍ عِندَ ٱللَّهِ وَصَلَوَٲتِ ٱلرَّسُولِ‌ۚ أَلَآ إِنَّهَا قُرْبَةٌ لَّهُمْ‌ۚ سَيُدْخِلُهُمُ ٱللَّهُ فِى رَحْمَتِهِۦٓ‌ۗ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ٩٩

Vəminəl ə'rabi mən yu`minu bi-llahi vəl yəvmil axiri vəyəttəxizu ma yunfiqu qurubatin ində əllah vəsaləvati rrəsul, Əla innəha qurbətun lləhum, səyudxiluhumu əllahu fi rəhmətih, innə əllah ğəfurun rrəhim

Həmçinin bədəvi ərəblərdən Allaha və axirət gününə imanı olanlar və xərclədiklərini Allaha yaxınlaşmaq amili və Onun Peyğəmbərinin duaları(nın onlara şamil edilməsi vasitəsi) hesab edənlər vardır. [Yaxud: Onlar xərclədiklərini və Peyğəmbərin (onların haqqında etdiyi) dualarını Allaha yaxınlaşmaq amili hesab edirlər.] Bilin ki, o (xərclədikləri şeylər və Peyğəmbərin duaları) onların (Allaha) yaxınlaşma amilidir. Allah tezliklə onları Öz mərhəmətinə (mərhəmətinin pənahına) daxil edəcəkdir. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.

100Ayə 100

وَٱلسَّـٰبِقُونَ ٱلْأَوَّلُونَ مِنَ ٱلْمُهَـٰجِرِينَ وَٱلْأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحْسَـٰنٍ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّـٰتٍ تَجْرِى تَحْتَهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًا‌ۚ ذَٲلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ١٠٠

Vəs sabiqunəl əvvəlunə minəl muhacirinə vəl ənsari valləzinə ttəbə'uhum bi`ihsanin rrəziyə əllahu ənhum vərəzu ənhu və`ə'əddə ləhum cənnatin təcri təhtəhal ənharu xalidinə fiha əbədə, zalikəl fəvzul əzim

Allah mühacirlərin və ənsarın (Peyğəmbərin (s) Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi olaraq qalacaqlar. Budur böyük uğur və qurtuluş!

101Ayə 101

وَمِمَّنْ حَوْلَكُم مِّنَ ٱلْأَعْرَابِ مُنَـٰفِقُونَ‌ۖ وَمِنْ أَهْلِ ٱلْمَدِينَةِ‌ۖ مَرَدُواْ عَلَى ٱلنِّفَاقِ لَا تَعْلَمُهُمْ‌ۖ نَحْنُ نَعْلَمُهُمْ‌ۚ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍ١٠١

Vəmimmən həvləkum-minəl ə'rabi munafiqun, vəmin əhlil mədinəh, mərədu əlan nifaqi la tə'ləmuhum, nəhnu nə'ləmuhum, sənu'əzzibuhum-mərrətəyni summə yurəddunə ila əzabin əzim

Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik (dünya əzabı, ölüm və Bərzəx əzabı), sonra isə (Qiyamətdə) daha böyük əzaba tərəf döndəriləcəklər.

102Ayə 102

وَءَاخَرُونَ ٱعْتَرَفُواْ بِذُنُوبِهِمْ خَلَطُواْ عَمَلاً صَـٰلِحًا وَءَاخَرَ سَيِّئًا عَسَى ٱللَّهُ أَن يَتُوبَ عَلَيْهِمْ‌ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ١٠٢

Vəaxərunə tərəfu bizunubihim xələtu əmələn salihən vəaxərə səyyi`ən əsa əllahu ən yətubə ələyhim, innə əllah ğəfurun rrəhim

(Onlardan) digər bir dəstə öz günahlarını etiraf edib, yaxşı bir işi başqa bir pis işlə qarışdırmışlar. Ola bilsin ki, Allah onlara nəzər yetirsin. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.

103Ayə 103

خُذْ مِنْ أَمْوَٲلِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيْهِمْ‌ۖ إِنَّ صَلَوٲتَكَ سَكَنٌ لَّهُمْ‌ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ١٠٣

Xuz min əmvalihim sadəqətən tutahhiruhum vətuzəkkihim biha vəsalli ələyhim, innə salatəkə səkənun lləhum, vəl ləhu səmi'un əlim

(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir.

104Ayə 104

أَلَمْ يَعْلَمُوٓاْ أَنَّ ٱللَّهَ هُوَ يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ وَيَأْخُذُ ٱلصَّدَقَـٰتِ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ١٠٤

Ələm yə`ləmu ənnə əllah huvə yəqbəlut təvbətə ən ibadihi vəyə`xuzus sadəqati və`ənnə əllah huvət təvvabu rrəhim

Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri (zahirdə Peyğəmbərin, yaxud haqq sahibinin almasına baxmayaraq) əslində Onun Özü götürür və Allah tövbələri çox qəbul edən və mehribandır?!

105Ayə 105

وَقُلِ ٱعْمَلُواْ فَسَيَرَى ٱللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُۥ وَٱلْمُؤْمِنُونَ‌ۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَـٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ١٠٥

Vəquli məlu fəsəyəra əllahu əmələkum vərəsuluhu vəl mu`minun, vəsəturəddunə ila alimi əl ğəybi vəş şəhadəti fəyunəbbi`ukum bima kuntum tə'məlun

Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir».

106Ayə 106

وَءَاخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ ٱللَّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ‌ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ١٠٦

Vəaxərunə murcəvnə li`əmri-llahi imma yu'əzzibuhum və`imma yətubu ələyhim, vəl ləhu əlimun həkim

Və digər bir dəstə (küfr əhli)nin (zəif hala salınmışlarıdır ki,) işləri Allahın əmrinə qalmışdır – onlara ya əzab verəcək (əgər küfrlərində israrlı olsalar), ya da (əgər imana yönəlsələr) nəzər yetirəcəkdir. Allah bilən və hikmət sahibidir.

107Ayə 107

وَٱلَّذِينَ ٱتَّخَذُواْ مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقَۢا بَيْنَ ٱلْمُؤْمِنِينَ وَإِرْصَادًا لِّمَنْ حَارَبَ ٱللَّهَ وَرَسُولَهُۥ مِن قَبْلُ‌ۚ وَلَيَحْلِفُنَّ إِنْ أَرَدْنَآ إِلَّا ٱلْحُسْنَىٰ‌ۖ وَٱللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَـٰذِبُونَ١٠٧

Valləzinə ttəxəzu məscidən zirarən vəkufrən vətəfriqən bəynəl mu`mininə və`irsadən llimən harəbə əllah vərəsuləhu min qəbl, vələyəhlifunnə in ərədna illal husna, vəl ləhu yəşhədu innəhum ləkazibun

Və (həmçinin münafiqlərdən müsəlmanlara) zərər, küfr(ü gücləndirmək), möminlərin arasında təfriqə salmaq və qabaqcadan Allah və Onun Peyğəmbəri ilə müharibyə qalxmış şəxsi(n gəlməsini) gözləmək üçün bir məscid seçən kəslər vardır. (Mədinə kafirlərinin xaçpərəst rahibi üçün tikdikləri «Zirar» məscidi nəzərdə tutulur.) Və onlar mütləq and içəcəklər ki: «bizim xeyir işdən başqa niyyətimiz olmayıb». Allah isə onların mütləq yalançı olmalarına şəhadət verir.

108Ayə 108

لَا تَقُمْ فِيهِ أَبَدًا‌ۚ لَّمَسْجِدٌ أُسِّسَ عَلَى ٱلتَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ‌ۚ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَن يَتَطَهَّرُواْ‌ۚ وَٱللَّهُ يُحِبُّ ٱلْمُطَّهِّرِينَ١٠٨

La təqum fihi əbədə, ləməscidun ussisə əlat təqva min əvvəli yəvmin əhəqqu ən təqumə fih, fihi ricalun yuhibbunə ən yətətahhəruv, vəl ləhu yuhibbul muttahhirin

Orada (həmin məsciddə) əsla (namaza) durma. Şübhəsiz, (bünövrəsi) ilk gündən təqva üzərində qurulmuş məscid (Quba məscidi, Mədinə məscidi və digərləri) sənin onda namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir.

109Ayə 109

أَفَمَنْ أَسَّسَ بُنْيَـٰنَهُۥ عَلَىٰ تَقْوَىٰ مِنَ ٱللَّهِ وَرِضْوَٲنٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَـٰنَهُۥ عَلَىٰ شَفَا جُرُفٍ هَارٍ فَٱنْهَارَ بِهِۦ فِى نَارِ جَهَنَّمَ‌ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ١٠٩

Əfəmən əssəsə bunyanəhu əla təqva minə əllah vərizvanin xəyrun əm-mən əssəsə bunyanəhu əla şəfa curufin harin fanharə bihi fi nari cəhənnəm, vəl ləhu la yəhdil qəvməz zalimin

Buna görə də, öz (dininin) təməlini ilahi təqva və Onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş və o binanın Cəhənnəm oduna yuvarlandıracağı şəxs?! (Möminin əməlləri iman və niyyət saflığı əsasındadır. Kafirin əməlləri isə əqidəsində şəkk və güman əsasındadır və onun sonu Cəhənnəmdir.) Və Allah zalımların dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düz yola yönəltməz.

110Ayə 110

لَا يَزَالُ بُنْيَـٰنُهُمُ ٱلَّذِى بَنَوْاْ رِيبَةً فِى قُلُوبِهِمْ إِلَّآ أَن تَقَطَّعَ قُلُوبُهُمْ‌ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ١١٠

La yəzalu bunyanuhumu əlləzi bənəv ribətən fi qulubihim illa ən təqətta'ə qulubuhum, vəl ləhu əlimun həkim

(Küfr və nifaq üzündən) tikdikləri o bina (hətta dağılsa belə) həmişə – (onlar ölməyincə və) ürəkləri parça-parça olmayınca onların qəlblərində bir şəkk və tərəddüd və nifaqın artması amilidir. Allah bilən və hikmət sahibidir.

111Ayə 111

إِنَّ ٱللَّهَ ٱشْتَرَىٰ مِنَ ٱلْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَٲلَهُم بِأَنَّ لَهُمُ ٱلْجَنَّةَ‌ۚ يُقَـٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ‌ۖ وَعْدًا عَلَيْهِ حَقًّا فِى ٱلتَّوْرَٮٰةِ وَٱلْإِنجِيلِ وَٱلْقُرْءَانِ‌ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ مِنَ ٱللَّهِ‌ۚ فَٱسْتَبْشِرُواْ بِبَيْعِكُمُ ٱلَّذِى بَايَعْتُم بِهِۦ‌ۚ وَذَٲلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ١١١

Innə əllah ştəra minəl mu`mininə ənfusəhum və`əmvaləhum bi`ənnə ləhumul cənnəh, yuqatilunə fi səbili-llahi fəyəqtulunə vəyuqtəlun, və'dən ələyhi həqqən fit təvrati vəl incili vəl qur`-an, və mən əvfa bi'əhdihi minə əllah, fastəbşiru bibəy'ikumu əlləzi bayə'tum bih, vəzalikə huvəl fəvzul əzim

Həqiqətən, Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Quranda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!

112Ayə 112

ٱلتَّـٰٓئِبُونَ ٱلْعَـٰبِدُونَ ٱلْحَـٰمِدُونَ ٱلسَّـٰٓئِحُونَ ٱلرَّٲكِعُونَ ٱلسَّـٰجِدُونَ ٱلْأَمِرُونَ بِٱلْمَعْرُوفِ وَٱلنَّاهُونَ عَنِ ٱلْمُنكَرِ وَٱلْحَـٰفِظُونَ لِحُدُودِ ٱللَّهِ‌ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ١١٢

Ət ta`ibunəl abidunəl hamidunəs sa`ihunə rraki'unəs sacidunəl amirunə bilmə'rufi vən nahunə ənil munkəri vəl hafizunə lihududi-llahi, vəbəşşiril mu`minin

(Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmdü-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver.

113Ayə 113

مَا كَانَ لِلنَّبِىِّ وَٱلَّذِينَ ءَامَنُوٓاْ أَن يَسْتَغْفِرُواْ لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوٓاْ أُوْلِى قُرْبَىٰ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَـٰبُ ٱلْجَحِيمِ١١٣

Ma kanə lilnnəbiyyi valləzinə amənu ən yəstəğfiru lilmuşrikinə vələv kanu uli qurba min bə'di ma təbəyyənə ləhum ənnəhum əshabul cəhim

Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və əqli nöqteyi-nəzərdən düzgün olmaz).

114Ayə 114

وَمَا كَانَ ٱسْتِغْفَارُ إِبْرَٲهِيمَ لِأَبِيهِ إِلَّا عَن مَّوْعِدَةٍ وَعَدَهَآ إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُۥٓ أَنَّهُۥ عَدُوٌّ لِّلَّهِ تَبَرَّأَ مِنْهُ‌ۚ إِنَّ إِبْرَٲهِيمَ لَأَوَّٲهٌ حَلِيمٌ١١٤

Və ma kanə stiğfaru ibrahimə li`əbihi illa ən mməv'idətin və'ədəha iyyahu fələmma təbəyyənə ləhu ənnəhu əduvvun llilləhi təbərrə`ə minh, innə ibrahimə lə`əvvahun həlim

İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəs üçün deyil Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən, İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi.

115Ayə 115

وَمَا كَانَ ٱللَّهُ لِيُضِلَّ قَوْمَۢا بَعْدَ إِذْ هَدَٮٰهُمْ حَتَّىٰ يُبَيِّنَ لَهُم مَّا يَتَّقُونَ‌ۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ١١٥

Və ma kanə əllahu liyuzillə qəvmən bə'də iz hədahum hətta yubəyyinə ləhum-ma yəttəqun, innə əllah bikulli şəy`in əlim

Allaha bir dəstəni (dinin əsaslarına) hidayət etdikdən sonra, (digər hökmlərdə) qorxmalı olduqları şeyi (vacib və haramları) onlara aydınlaşdırmadan (açıqlamadan) nadanlıqda buraxmaq (və ya müxalifət etdiklərinə görə cəzalandırmaq) yaraşmaz (və bu, «lütf» qanunu və ağıl ilə uyğun gəlmir). Həqiqətən, Allah hər bir şeyi biləndir.

116Ayə 116

إِنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۖ يُحْىِۦ وَيُمِيتُ‌ۚ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّ وَلَا نَصِيرٍ١١٦

Innə əllah ləhu mulkus səmavati vəl ərz, yuhyi vəyumit, və ma ləkum-min duni-llahi min vəliyyin və la nəsir

Şübhəsiz, göylərin və yerin həqiqi sahibi və mütləq hakimiyyəti Allaha məxsusdur. (Yaşamaq və ölmək qabiliyyəti olan hər bir şeyi) O dirildir və öldürür. Sizin üçün Allahdan başqa heç bir dost, başçı və yardımçı yoxdur.

117Ayə 117

لَّقَد تَّابَ ٱللَّهُ عَلَى ٱلنَّبِىِّ وَٱلْمُهَـٰجِرِينَ وَٱلْأَنصَارِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ فِى سَاعَةِ ٱلْعُسْرَةِ مِنۢ بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍ مِّنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ‌ۚ إِنَّهُۥ بِهِمْ رَءُوفٌ رَّحِيمٌ١١٧

Ləqət-tabə əllahu əlan nəbiyyi vəl muhacirinə vəl ənsari əlləzinə ttəbə'uhu fi sa'ətil usrəti min bə'di ma kadə yəziğu qulubu fəriqin mminhum summə tabə ələyhim, innəhu bihim rə`ufun rrəhim

Əlbəttə, Allah Peyğəmbərə və çətinlik zamanı (Təbuk müharibəsi səfərində) ona tabe olan mühacir və ənsara, onlardan bir dəstəsinin qəlblərinin («nə üçün say və təchizat baxımından bərabər olmayan bir döyüşə başlamalıyıq?» – deyə Peyğəmbərin əmrinə) dönük çıxmasının yaxın olmasından sonra nəzər yetirdi və onların tövbəsini qəbul etdi. Sonra Öz mərhəməti ilə onlara üz tutdu. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mehribandır.

118Ayə 118

وَعَلَى ٱلثَّلَـٰثَةِ ٱلَّذِينَ خُلِّفُواْ حَتَّىٰٓ إِذَا ضَاقَتْ عَلَيْهِمُ ٱلْأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنفُسُهُمْ وَظَنُّوٓاْ أَن لَّا مَلْجَأَ مِنَ ٱللَّهِ إِلَّآ إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُوٓاْ‌ۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ١١٨

Və'əlas səlasəti əlləzinə xullifu hətta iza zaqət ələyhimul ərzu bima rəhubət vəzaqət ələyhim ənfusuhum vəzannu ən lla məlcə`ə minə əllah illa iləyhi summə tabə ələyhim liyətubuv, innə əllah huvət təvvabu rrəhim

Və həmçinin («Təbuk» qoşunu ilə aparılmayıb) yerdə qoyulan (və Peyğəmbərin (s) əmri ilə camaatın əlaqələrini kəsdiyi) o üç nəfərə! Nəhayət yer üzü bütün genişliyi ilə onlara daraldı, ürəkləri özlərindən təngə gəldi və bildilər ki, Allahdan (qaçmaq üçün) Onun Özündən başqa bir sığınacaq yoxdur. Sonra Allah Öz rəhməti ilə onlara üz tutdu ki, tövbə etsinlər və (Ona tərəf) qayıtsınlar. Həqiqətən, Allah Özü tövbələri çox qəbul edən və mehribandır.

119Ayə 119

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَكُونُواْ مَعَ ٱلصَّـٰدِقِينَ١١٩

Ya əyyuha əlləzinə amənu ttəqu əllah vəkunu mə'əs sadiqin

Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir).

120Ayə 120

مَا كَانَ لِأَهْلِ ٱلْمَدِينَةِ وَمَنْ حَوْلَهُم مِّنَ ٱلْأَعْرَابِ أَن يَتَخَلَّفُواْ عَن رَّسُولِ ٱللَّهِ وَلَا يَرْغَبُواْ بِأَنفُسِهِمْ عَن نَّفْسِهِۦ‌ۚ ذَٲلِكَ بِأَنَّهُمْ لَا يُصِيبُهُمْ ظَمَأٌ وَلَا نَصَبٌ وَلَا مَخْمَصَةٌ فِى سَبِيلِ ٱللَّهِ وَلَا يَطَــُٔونَ مَوْطِئًا يَغِيظُ ٱلْكُفَّارَ وَلَا يَنَالُونَ مِنْ عَدُوٍّ نَّيْلاً إِلَّا كُتِبَ لَهُم بِهِۦ عَمَلٌ صَـٰلِحٌ‌ۚ إِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ١٢٠

Ma kanə li`əhlil mədinəti və mən həvləhum-minəl ə'rabi ən yətəxəlləfu ən rrəsuli-llahi və la yərğəbu bi`ənfusihim ən-nəfsih, zalikə bi`ənnəhum la yusibuhum zamə`un və la nəsabun və la məxməsatun fi səbili-llahi və la yəta`unə məvti`ən yəğizul kuffarə və la yənalunə min əduvvin nnəylən illa kutibə ləhum bihi əməlun salih, innə əllah la yuzi'u əcrəl muhsinin

Mədinə əhlinə və (onun) ətrafındakı bədəvi ərəblərə (cihad zamanında) Allahın Peyğəmbərindən boyun qaçırmaları və ya (səfər zamanı və döyüş təhlükələri vaxtı) özləri ilə məşğul olaraq ondan üz çevirələri yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından rəva deyildir). Bu, ona görədir ki, Allah yolunda onların düçar olduqları hər bir susuzluq, əziyyət və aclığın, eləcə də kafirlərin qəzəbinə səbəb olacaq hər bir yerə qədəm basmalarının və düşməndən əldə etdikləri hər bir bəhrənin (onları öldürmək və əsir etməyin) mükafatı olaraq onlar üçün bir saleh əməl yazılır. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını zay etməz.

121Ayə 121

وَلَا يُنفِقُونَ نَفَقَةً صَغِيرَةً وَلَا كَبِيرَةً وَلَا يَقْطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمْ لِيَجْزِيَهُمُ ٱللَّهُ أَحْسَنَ مَا كَانُواْ يَعْمَلُونَ١٢١

Və la yunfiqunə nəfəqətən sağirətən və la kəbirətən və la yəqta'unə vadiyən illa kutibə ləhum liyəcziyəhumu əllahu əhsənə ma kanu yə'məlun

Və çəkdiklədikləri hər bir kiçik və böyük xərc və (cihad səfərində) qət etdikləri hər bir yer və dərə onların hesabına yazılır ki, Allah etdikləri çoxlu gözəl əməllərin mükafatını onlara əta etsin.

122Ayə 122

وَمَا كَانَ ٱلْمُؤْمِنُونَ لِيَنفِرُواْ كَآفَّةً‌ۚ فَلَوْلَا نَفَرَ مِن كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآئِفَةٌ لِّيَتَفَقَّهُواْ فِى ٱلدِّينِ وَلِيُنذِرُواْ قَوْمَهُمْ إِذَا رَجَعُوٓاْ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ١٢٢

Və ma kanəl mu`minunə liyənfiru kaffəh, fələvla nəfərə min kulli firqətin mminhum ta`ifətun lliyətəfəqqəhu fid dini vəliyunziru qəvməhum iza rəcə'u iləyhim lə'əlləhum yəhzərun

Möminlərə hamılıqla (döyüş cəbhəsinə, yaxud dini elm mərkəzlərinə, xüsusilə müəyyən zaman və məkana aid olan cihada) köç etmələri yaraşmaz (və bu, caiz və mümkün də deyildir). Buna görə də, nə üçün onların hər bir cəmiyyətindən (kiçik) bir dəstə (əsgərlər təcrübi tovhidə yiyələnməkdə və mədrəsədəkilər dini maariflərdə) dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə qorxutsunlar, bəlkə onlar (batində və əməldə) çəkindilər.

123Ayə 123

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قَـٰتِلُواْ ٱلَّذِينَ يَلُونَكُم مِّنَ ٱلْكُفَّارِ وَلْيَجِدُواْ فِيكُمْ غِلْظَةً‌ۚ وَٱعْلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ١٢٣

Ya əyyuha əlləzinə amənu qatilu əlləzinə yəlunəkum-minəl kuffari vəlyəcidu fikum ğilzah, va'ləmu ənnə əllah mə'əl muttəqin

Ey iman gətirənlər, (əvvəlcə məsləhətə və qayda-qanunlara uyğun olaraq) kafirlərdən sizə daha yaxınlıqda olanlarla vuruşun və onlar gərək sizdə mütləq bir möhkəmlik və (əməlinizdə) sərtlik görsünlər. Bilin ki, Allah təqvalılarladır.

124Ayə 124

وَإِذَا مَآ أُنزِلَتْ سُورَةٌ فَمِنْهُم مَّن يَقُولُ أَيُّكُمْ زَادَتْهُ هَـٰذِهِۦٓ إِيمَـٰنًا‌ۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ فَزَادَتْهُمْ إِيمَـٰنًا وَهُمْ يَسْتَبْشِرُونَ١٢٤

Və`iza ma unzilət surətun fəminhum-mən yəqulu əyyukum zadəthu hazihi imanə, fə`əmma əlləzinə amənu fəzadəthum imanən vəhum yəstəbşirun

Bir surə nazil olan zaman, onlardan (münafiqlərdən) bəzisi (istehza ilə) deyərlər: «Bu surə sizdən hansınızın imanını artırdı?» (De:) «İman gətirənlərə gəlincə, onların imanını artırdı və onlar (yeni səmavi töhfə aldıqlarına görə) sevinirlər».

125Ayə 125

وَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ فَزَادَتْهُمْ رِجْسًا إِلَىٰ رِجْسِهِمْ وَمَاتُواْ وَهُمْ كَـٰفِرُونَ١٢٥

Və`əmma əlləzinə fi qulubihim-mərəzun fəzadəthum ricsən ila ricsihim və matu vəhum kafirun

Qəlblərində (şirk, küfr və nifaq) xəstəliyi olanlara gəldikdə isə, onların murdarlığının üstünə daha bir murdarlıq artırdı və onlar kafir kimi öldülər».

126Ayə 126

أَوَلَا يَرَوْنَ أَنَّهُمْ يُفْتَنُونَ فِى كُلِّ عَامٍ مَّرَّةً أَوْ مَرَّتَيْنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمْ يَذَّكَّرُونَ١٢٦

Əvə la yərəvnə ənnəhum yuftənunə fi kulli amin mmərrətən əv mərrətəyni summə la yətubunə və la hum yəzzəkkərun

Məgər hər il (müharibə və ya digər hadisələrlə) bir-iki dəfə imtahan olunduqlarını görmürlər? Amma (bununla belə), nə tövbə edirlər və nə də ibrət alırlar.

127Ayə 127

وَإِذَا مَآ أُنزِلَتْ سُورَةٌ نَّظَرَ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ هَلْ يَرَٮٰكُم مِّنْ أَحَدٍ ثُمَّ ٱنصَرَفُواْ‌ۚ صَرَفَ ٱللَّهُ قُلُوبَهُم بِأَنَّهُمْ قَوْمٌ لَّا يَفْقَهُونَ١٢٧

Və`iza ma unzilət surətun nnəzarə bə'zuhum ila bə'zin həl yərakum-min əhədin summə nsarəfuv, sarəfə əllahu qulubəhum bi`ənnəhum qəvmun lla yəfqəhun

Və bir surə nazil olan zaman (narahat olduqlarına və rəngləri dəyişdiyinə görə) onların bəzisi bəzisinə baxar (və sanki bir-birlərindən soruşarlar ki:) «sizi kimsə görürmü? (Məbada nifaqınız zahir ola, yaxud məclisdən çıxarılaq.)» Sonra (gizlincə sənin yanından) qayıdarlar. Onlar anlamaz bir dəstə olduqları üçün Allah onların qəlblərini (haqdan) döndərdi.

128Ayə 128

لَقَدْ جَآءَكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِٱلْمُؤْمِنِينَ رَءُوفٌ رَّحِيمٌ١٢٨

Ləqəd ca`əkum rəsulun min ənfusikum əzizun ələyhi ma ənittum hərisun ələykum bilmu`mininə rə`ufun rrəhim

Həqiqətən, sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır.

129Ayə 129

فَإِن تَوَلَّوْاْ فَقُلْ حَسْبِىَ ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ‌ۖ عَلَيْهِ تَوَكَّلْتُ‌ۖ وَهُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ١٢٩

Fə`in təvəlləv fəqul həsbiyə əllahu la ilahə illa huv, Ələyhi təvəkkəlt, və huvə rəbbul ərşil əzim

Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: «Mənə Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir».

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)