Surə 102 · 8 ayə

surah102

Təkasur (Çoxaltmaq həvəsi)

Məkkə·8 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

أَلْهَـٰكُمُ ٱلتَّكَاثُرُ١

Əlhakumut təkasur

(Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı.

2Ayə 2

حَتَّىٰ زُرْتُمُ ٱلْمَقَابِرَ٢

Hətta zurtumul məqabir

O vaxta qədər ki, qəbiristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz).

3Ayə 3

كَلَّا سَوْفَ تَعْلَمُونَ٣

Kəlla səvfə tə'ləmun

Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz.

4Ayə 4

ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ٤

Summə kəlla səvfə tə'ləmun

Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz.

5Ayə 5

كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ ٱلْيَقِينِ٥

Kəlla ləv tə'ləmunə ilməl yəqin

Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz,

6Ayə 6

لَتَرَوُنَّ ٱلْجَحِيمَ٦

Lətərəvunnəl cəhim

Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz).

7Ayə 7

ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ ٱلْيَقِينِ٧

Summə lətərəvunnəha əynəl yəqin

Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz.

8Ayə 8

ثُمَّ لَتُسْــَٔلُنَّ يَوْمَئِذٍ عَنِ ٱلنَّعِيمِ٨

Summə lətus`əlunnə yəvmə`izin ənin nə'im

Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətilər barəsində sorğu-sual olunacaqsınız.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)