Surə 103 · 3 ayə

surah103

Əsr (Axşamüstü)

Məkkə·3 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

وَٱلْعَصْرِ١

Vəl əsr

And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Quranın cəmiyyətə təqdim olunduğu əsrə, yaxud vəd olunmuş Mehdinin (ə.f.) İlahi hökumətinin zühur dövrünə) ki,

2Ayə 2

إِنَّ ٱلْإِنسَـٰنَ لَفِى خُسْرٍ٢

Innəl insanə ləfi xusr

Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və Şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir,

3Ayə 3

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ وَتَوَاصَوْاْ بِٱلْحَقِّ وَتَوَاصَوْاْ بِٱلصَّبْرِ٣

Illa əlləzinə amənu və'əmilus salihati vətəvasav bilhəqqi vətəvasav bis sabr

Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)