Surə 13 · 43 ayə

surah013

Rəd (Göy gurultusu)

Mədinə·43 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

الٓمٓر‌ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ‌ۗ وَٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ١

Əl mr tilkə ayatul kitabi valləzi unzilə iləykə min rrəbbikəl həqqu və lakinnə əksərən nasi la yu`minun

Əlif, Lam, Mim, Ra. (Mən bilən və görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (surədə olan) ayələr (cəmlənmiş) bu kitabın (və Quranın) ayələridir. [Və ya: (Aləmdə olan) bu (ayələr), bu (yaradılış) kitabın (və yaradılış aləminin) ayələridir.] Və Rəbbin tərəfindən sənə nazil olan haqdır, lakin insanların çoxu (bu ayələri eşitmələrinə və o ayələri görmələrinə baxmayaraq) iman gətirmirlər.

2Ayə 2

ٱللَّهُ ٱلَّذِى رَفَعَ ٱلسَّمَـٰوَٲتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا‌ۖ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ‌ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ‌ۖ كُلٌّ يَجْرِى لِأَجَلٍ مُّسَمًّى‌ۚ يُدَبِّرُ ٱلْأَمْرَ يُفَصِّلُ ٱلْأَيَـٰتِ لَعَلَّكُم بِلِقَآءِ رَبِّكُمْ تُوقِنُونَ٢

Əllahu əlləzi rəfə'əs səmavati biğəyri əmədin tərəvnəha, summə stəva əlal ərş, vəsəxxərəş şəmsə vəl qəmər, kullun yəcri li`əcəlin mmusəmmən, yudəbbirul əmrə yufəssilul ayati lə'əlləkum biliqa`i rəbbikum tuqinun

Allah göyləri sizin görə bilmədiyiniz sütunlarla ucaldan, sonra isə (aləmin hökmranlıq) taxt(ın)a hakim olan və günəşi və ayı (Özünə) ram edəndir. Onların hər biri (özünün düz və dairəvi hərəkət yolunda) müəyyən bir müddətədək hərəkətdədir. (Allah varlıq aləminin) işi(ni) idarə edir, (Quranda, aləmlərdə və nəfslərdə olan) nişanələri müfəssəl bəyan edir ki, bəlkə siz (bu aləmdən sonra) Rəbbinizlə görüşəcəyinizə yəqinlik tapasınız.

3Ayə 3

وَهُوَ ٱلَّذِى مَدَّ ٱلْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَٲسِىَ وَأَنْهَـٰرًا‌ۖ وَمِن كُلِّ ٱلثَّمَرَٲتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ ٱثْنَيْنِ‌ۖ يُغْشِى ٱلَّيْلَ ٱلنَّهَارَ‌ۚ إِنَّ فِى ذَٲلِكَ لَأَيَـٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ٣

Və huvə əlləzi məddəl ərza vəcə'ələ fiha rəvasiyə və`ənharə, vəmin kullis səmərati cə'ələ fiha zəvcəyni snəyn, yuğşi əlləylən nəhar, innə fi zalikə ləayatin lliqəvmin yətəfəkkərun

Və bu yeri döşəyən, orada sabit və möhkəm dağlar və çaylar yaradan və orada bütün meyvələrdən (heyvanlardan və bitkilərin toxumlarından) cüt-cüt və erkək və dişi yaradan Odur! Gecəni (tədriclə, gecələrin uzanan vaxtlarında) gündüzün üzərinə örtür. Şübhəsiz, bunda (atmosfer dəyişkənliyində) Onun zat və sifətlərinin birliyinə dair) düşünən dəstə üçün nişanələr vardır.

4Ayə 4

وَفِى ٱلْأَرْضِ قِطَعٌ مُّتَجَـٰوِرَٲتٌ وَجَنَّـٰتٌ مِّنْ أَعْنَـٰبٍ وَزَرْعٌ وَنَخِيلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانٍ يُسْقَىٰ بِمَآءٍ وَٲحِدٍ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍ فِى ٱلْأُكُلِ‌ۚ إِنَّ فِى ذَٲلِكَ لَأَيَـٰتٍ لِّقَوْمٍ يَعْقِلُونَ٤

Vəfil ərzi qita'un mmutəcaviratun vəcənnatun min ə'nabin vəzər'un vənəxilun sinvanun vəğəyru sinvanin yusqa bima`in vahidin vənufəzzilu bə'zaha əla bə'zin fil ukul, innə fi zalikə ləayatin lliqəvmin yə'qilun

Və yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən və müxtəlif köklərdən olan xurma ağacları vardır ki, hamısı bir su ilə suvarılırlar və bununla belə, məhsul baxımından onların bəzisini bəzisindən üstün edirik. Həqiqətən, bunda (yaradılışın bu müxtəlifliyində) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.

5Ayə 5

وَإِن تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ أَءِذَا كُنَّا تُرَٲبًا أَءِنَّا لَفِى خَلْقٍ جَدِيدٍ‌ۗ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمْ‌ۖ وَأُوْلَـٰٓئِكَ ٱلْأَغْلَـٰلُ فِىٓ أَعْنَاقِهِمْ‌ۖ وَأُوْلَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلنَّارِ‌ۖ هُمْ فِيهَا خَـٰلِدُونَ٥

Və`in tə'cəb fə'əcəbun qəvluhum ə`iza kunna turabən ə`inna ləfi xəlqin cədid, ula`ikə əlləzinə kəfəru birəbbihim, və`ula`ikəl əğlalu fi ə'naqihim, və`ula`ikə əshabun nar, hum fiha xalidun

Əgər (bir şeyə) təəccüblənirsənsə, onda təəccüblü onların (dedikləri) «məgər (öləndən sonra) torpaq olan zaman biz doğrudanmı yeni bir yaradılışda olacağıq?» sözləridir. Onlar özlərinin Rəbbinə küfr etmiş kəslərdir və onların boyunlarında (dünyada zəlalət, axirətdə isə od) zəncirlər(i) vardır. Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar.

6Ayə 6

وَيَسْتَعْجِلُونَكَ بِٱلسَّيِّئَةِ قَبْلَ ٱلْحَسَنَةِ وَقَدْ خَلَتْ مِن قَبْلِهِمُ ٱلْمَثُلَـٰتُ‌ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِّلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ‌ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ ٱلْعِقَابِ٦

Vəyəstə'cilunəkə bis səyyi`əti qəbləl həsənəti vəqəd xələt min qəblihimul məsulat, və`innə rəbbəkə ləzu məğfirətin llilnnasi əla zulmihim, və`innə rəbbəkə ləşədidul iqab

Onlardan qabaq (keçmiş ümmətlərə) ibrətamiz bəlaların (gəlib) keçmiş olduğu(nu bildikləri) halda, onlar səndən rəhmət (tələbin)dən qabaq, əzab(ın nazil olmasın)a tələsməyini istəyirlər. Həqiqətən, sənin Rəbbin insanların zülmlərinə baxmayaraq onlara qarşı (böyük bir) bağışlama sahibidir və əlbəttə, Rəbbin (əzaba layiq olanlara) şiddətli cəza verəndir.

7Ayə 7

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُواْ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌ مِّن رَّبِّهِۦٓ‌ۗ إِنَّمَآ أَنتَ مُنذِرٌ‌ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ٧

Vəyəqulu əlləzinə kəfəru ləvla unzilə ələyhi ayətun min rrəbbih, innəma əntə munzir, vəlikulli qəvmin had

Və küfr edənlər «nə üçün ona Rəbbi tərəfindən (Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?!» deyirlər. Əslində sən yalnız bir qorxudansan (və möcüzə sənin ixtiyarın və onların seçimi ilə deyil, Allahın əlindədir) və (bəşər cəmiyyətindən olan) hər bir dəstə üçün bir doğru yol göstərən (ya peyğəmbər, ya imam ya da rəhbər) vardır.

8Ayə 8

ٱللَّهُ يَعْلَمُ مَا تَحْمِلُ كُلُّ أُنثَىٰ وَمَا تَغِيضُ ٱلْأَرْحَامُ وَمَا تَزْدَادُ‌ۖ وَكُلُّ شَىْءٍ عِندَهُۥ بِمِقْدَارٍ٨

Əllahu yə`ləmu ma təhmilu kullu unsa və ma təğizul ərhamu və ma təzdad, vəkullu şəy`in indəhu bimiqdar

Allah (insan və qeyri-insan olmasından asılı olmayaraq) hər bir dişinin nə daşıdığını və onların bətnlərinin nəyi azaltdığını və nəyi çoxaltdığını (bətndəki övladların sayının bir və ya bir neçə olduğunu, hamiləlik dövrünün altı aydan bir ilə kimi nə qədər çəkəcəyini) bilir və (varlıq aləmini təşkil edən ünsürlərdən) hər bir şeyin Onun yanında (müəyyən) bir miqdarı vardır.

9Ayə 9

عَـٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ ٱلْكَبِيرُ ٱلْمُتَعَالِ٩

Alimu əl ğəybi vəş şəhadətil kəbirul mutə'al

Gizlini və aşkarı biləndir və O, hər bir şeydən və vəsfdən böyük və üstündür.

10Ayə 10

سَوَآءٌ مِّنكُم مَّنْ أَسَرَّ ٱلْقَوْلَ وَمَن جَهَرَ بِهِۦ وَمَنْ هُوَ مُسْتَخْفِۭ بِٱلَّيْلِ وَسَارِبُۢ بِٱلنَّهَارِ١٠

Səva`un mminkum-mən əsərrəl qəvlə və mən cəhərə bihi və mən huvə mustəxfin bil ləyli vəsaribun bin nəhar

(Onun üçün) sizdən birinin sözünü (ürəyində) gizlətməsi (yaxud birinin qulağına pıçıldaması) ilə birinin onu aşkar etməsi, birinin gecə vaxtı gizlənməsi ilə gündüz aşkar şəkildə gəl-get etməsi eynidir.

11Ayə 11

لَهُۥ مُعَقِّبَـٰتٌ مِّنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦ يَحْفَظُونَهُۥ مِنْ أَمْرِ ٱللَّهِ‌ۗ إِنَّ ٱللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُواْ مَا بِأَنفُسِهِمْ‌ۗ وَإِذَآ أَرَادَ ٱللَّهُ بِقَوْمٍ سُوٓءًا فَلَا مَرَدَّ لَهُۥ‌ۚ وَمَا لَهُم مِّن دُونِهِۦ مِن وَالٍ١١

Ləhu mu'əqqibatun min bəyni yədəyhi vəmin xəlfihi yəhfəzunəhu min əmri-llahi, innə əllah la yuğəyyiru ma biqəvmin hətta yuğəyyiru ma bi`ənfusihim, və`iza əradə əllahu biqəvmin su`ən fəla mərəddə ləh, və ma ləhum-min dunihi min val

İnsan üçün (onun əməllərini yazan Rəqib və Ətid adlı iki mələkdən başqa) onun önündə və arxasında (mələklərdən olan) nəzarətçilər vardır ki, Allahın əmri ilə daim onu qoruyurlar. Həqiqətən, Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə dəyişdirmir. Allah hər hansı bir dəstə üçün pislik (və əzab) istəyəndə, onun qarşısı əsla alınmaz və onlar üçün Ondan başqa heç bir yardımçı və başçı yoxdur.

12Ayə 12

هُوَ ٱلَّذِى يُرِيكُمُ ٱلْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنشِئُ ٱلسَّحَابَ ٱلثِّقَالَ١٢

Huvə əlləzi yurikumul bərqə xəvfən vətamə'ən vəyunşi`us səhabəs siqal

(Dolu və seldən) qorxmaq və (rəhmət və xeyirə) ümid üçün (çaxan) şimşəyi sizə göstərən və (axar sudan ibarət bir dərya olan) ağır buludları vücuda gətirən (və yuxarı qaldıran) Odur!

13Ayə 13

وَيُسَبِّحُ ٱلرَّعْدُ بِحَمْدِهِۦ وَٱلْمَلَـٰٓئِكَةُ مِنْ خِيفَتِهِۦ وَيُرْسِلُ ٱلصَّوَٲعِقَ فَيُصِيبُ بِهَا مَن يَشَآءُ وَهُمْ يُجَـٰدِلُونَ فِى ٱللَّهِ وَهُوَ شَدِيدُ ٱلْمِحَالِ١٣

Vəyusəbbihu rrə'du bihəmdihi vəl məla`ikətu min xifətihi vəyursilus sava'iqə fəyusibu biha mən yəşau vəhum yucadilunə fi əllah və huvə şədidul mihal

Göy gurultusu (yaradılış dili ilə) Ona həmd etməklə birgə Onu paklıqla öyür (ağılla diqqət etdikdə başa düşmək olur ki, göydə olan səslər Onun qüdrətinin kamilliyindən və nöqsandan pak və uzaq olmasından danışırlar) və həmçinin mələklər əzəmətinin qorxusundan (Onu paklıqla öyürlər). Və ildırımları göndərir və onları Allah barəsində çəkişdikləri halda istədiyi fərdə ya fərdlərə (cəzaya layiq kəslərə) yetirir! O, böyük qüdrət, eləcədə məkrlə mübarizədə şiddətli cəza sahibidir.

14Ayə 14

لَهُۥ دَعْوَةُ ٱلْحَقِّ‌ۖ وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِۦ لَا يَسْتَجِيبُونَ لَهُم بِشَىْءٍ إِلَّا كَبَـٰسِطِ كَفَّيْهِ إِلَى ٱلْمَآءِ لِيَبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَـٰلِغِهِۦ‌ۚ وَمَا دُعَآءُ ٱلْكَـٰفِرِينَ إِلَّا فِى ضَلَـٰلٍ١٤

Ləhu də'vətul həqq, valləzinə yəd'unə min dunihi la yəstəcibunə ləhum bişəy`in illa kəbasiti kəffəyhi ilal ma`i liyəbluğə fahu və ma huvə bibaliğih, və ma du'a`ul kafirinə illa fi zalal

Haqqa tərəf və həqiqi dəvət (insanları ibadət və itaətə çağırmaq) yalnız Ona məxsusdur [və həmçinin haqq və həqiqi çağırışa və hacət istəməyə yalnız O layiqdir]. Müşriklərin Onun yerinə çağırdıqları kəslər, onlar üçün (ehtiyaclarından) heç bir şeyi rəva etməzlər. Onlar suyun ağızına çatması üçün (uzaqdan) iki ovucunu suya tərəf uzadan [və ya suyun ağzına yetişməsi üçün iki əlini açaraq suya sal(ıb çölə çıxar)an,] lakin suyun onun ağzına əsla yetişməyəcəyi kəs kimidirlər (bütlərin müşriklərin istəklərini yerinə yetirmələri, susuz bir şəxsin susuzluğunun yatırılmasında uzaqdan suya əl uzatmağın təsiri kimidir). Kafirlərin duası azğınlıq və puçluqdan başqa bir şey deyildir.

15Ayə 15

وَلِلَّهِ يَسْجُدُ مَن فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ طَوْعًا وَكَرْهًا وَظِلَـٰلُهُم بِٱلْغُدُوِّ وَٱلْأَصَالِ١٥

Vəlilləhi yəscudu mən fis səmavati vəl ərzi tav'ən vəkərhən vəzilaluhum bilğuduvvi vəl asal

Göylərdə və yerdə olan hər bir kəs və hər bir şey istər-istəməz (ağıl və iman sahibləri ixtiyari itaətkarlıqla, başqaları isə qeyri-ixtiyari itaətkarlıqla) Allaha səcdə edir və həmçinin onların kölgələri (göylərdə günəşin və ya hər hansı bir başqa nurun müqabilində qərar tutan və gecə-gündüzləri olan kölgəli cisimlərin kölgəsi) səhərlər və axşamlar (Allah qarşısında səcdə edirlər).

16Ayə 16

قُلْ مَن رَّبُّ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ قُلِ ٱللَّهُ‌ۚ قُلْ أَفَٱتَّخَذْتُم مِّن دُونِهِۦٓ أَوْلِيَآءَ لَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ نَفْعًا وَلَا ضَرًّا‌ۚ قُلْ هَلْ يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ أَمْ هَلْ تَسْتَوِى ٱلظُّلُمَـٰتُ وَٱلنُّورُ‌ۗ أَمْ جَعَلُواْ لِلَّهِ شُرَكَآءَ خَلَقُواْ كَخَلْقِهِۦ فَتَشَـٰبَهَ ٱلْخَلْقُ عَلَيْهِمْ‌ۚ قُلِ ٱللَّهُ خَـٰلِقُ كُلِّ شَىْءٍ وَهُوَ ٱلْوَٲحِدُ ٱلْقَهَّـٰرُ١٦

Qul mən rrəbbus səmavati vəl ərzi quli-llahi, qul əfattəxəztum-min dunihi əvliya`ə la yəmlikunə li`ənfusihim nəf'ən və la zarrə, qul həl yəstəvil ə'ma vəl bəsiru əm həl təstəviz zulumatu vən nur, Əm cə'əlu lilləhi şurəka`ə xələqu kəxəlqihi fətəşabəhəl xəlqu ələyhim, quli-llahi xaliqu kulli şəy`in və huvəl vahidul qəhhar

(Müşriklərə) de: «Göylərin və yerin Rəbbi kimdir?» (Sonra özün) de: «Allah!» (Çünki bundan başqa bir cavab yoxdur və onlar inadkarlıq üzündən susurlar. Və onların etiqadlarını inkar etmək və bunun ağıl baxımından qeyri-mümkün olduğunu çatdırmaq məqsədilə) de: «Belə isə, hətta özləri üçün (heç) bir xeyir və ziyan qüdrətinə malik olmayan, Ondan qeyrisini yardımçı və başçı götürmüsünüz?! De: «Məgər korla görən birdir? Yaxud zülmətlərlə nur bərabərdir?» Yoxsa Allaha Onun yaratdıqları kimi (bəzi şeylər) yaradan şəriklər qoşublar və (nəticədə bu) iki cür yaradılış, ya yaradılmışlar, ya yaradanlar (arasındakı oxşarlıq) onları çaş-baş salıb (və buna görə də şərikləri də ibadətə layiq biliblər)? De: «(Şübhəsiz,) hər bir şeyin yaradanı Allahdır və Odur tək, (varlıq aləminin bütün hissəciklərinə) qalib və mütləq hakim!

17Ayə 17

أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَسَالَتْ أَوْدِيَةُۢ بِقَدَرِهَا فَٱحْتَمَلَ ٱلسَّيْلُ زَبَدًا رَّابِيًا‌ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِى ٱلنَّارِ ٱبْتِغَآءَ حِلْيَةٍ أَوْ مَتَـٰعٍ زَبَدٌ مِّثْلُهُۥ‌ۚ كَذَٲلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْحَقَّ وَٱلْبَـٰطِلَ‌ۚ فَأَمَّا ٱلزَّبَدُ فَيَذْهَبُ جُفَآءً‌ۖ وَأَمَّا مَا يَنفَعُ ٱلنَّاسَ فَيَمْكُثُ فِى ٱلْأَرْضِ‌ۚ كَذَٲلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ١٧

Ənzələ minəs səma`i ma`ən fəsalət əvdiyətun biqədəriha fahtəmələs səylu zəbədən rrabiyə, vəmimma yuqidunə ələyhi fin nari btiğa`ə hilyətin əv məta'in zəbədun mmisluh, kəzalikə yəzribu əllahul həqqə vəl batil, fə`əmmaz zəbədu fəyəzhəbu cufa`ə, və`əmma ma yənfə'un nasə fəyəmkusu fil ərz, kəzalikə yəzribu əllahul əmsal

(Allah) göydən (yağış, qar və dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su görürərək) axdı və sel öz üzərində köpük apardı. Həmçinin (ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər su və filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular və ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir.

18Ayə 18

لِلَّذِينَ ٱسْتَجَابُواْ لِرَبِّهِمُ ٱلْحُسْنَىٰ‌ۚ وَٱلَّذِينَ لَمْ يَسْتَجِيبُواْ لَهُۥ لَوْ أَنَّ لَهُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًا وَمِثْلَهُۥ مَعَهُۥ لَٱفْتَدَوْاْ بِهِۦٓ‌ۚ أُوْلَـٰٓئِكَ لَهُمْ سُوٓءُ ٱلْحِسَابِ وَمَأْوَٮٰهُمْ جَهَنَّمُ‌ۖ وَبِئْسَ ٱلْمِهَادُ١٨

Lilləzinə stəcabu lirəbbihimul husna, valləzinə ləm yəstəcibu ləhu ləv ənnə ləhum-ma fil ərzi cəmi'ən vəmisləhu mə'əhu laftədəv bih, ula`ikə ləhum su`ul hisabi vəmə`vahum cəhənnəm, vəbi`səl mihad

Özlərinin Rəbbinə (Onun çağırışına müsbət) cavab verənlər üçün gözəl aqibət və gözəl mükafat vardır. Ona (Onun çağırışına müsbət) cavab verməyən kəslər (isə), əgər (axirət günü) yer üzündə olan şeylərin hamısı və həmçinin onun (digər bir) misli onların olsa, hamısını özlərinin nicat tapmaları üçün fəda etməyə razı olarlar. Hesabatları pis olacaq kəslər onlardır (onların heç bir xeyir əməlləri qəbul deyil və heç bir günahları da bağışlanmayacaqdır). Onların yerləri Cəhənnəmdir və ora çox pis bir qalacaq yeridir!

19Ayə 19

أَفَمَن يَعْلَمُ أَنَّمَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ كَمَنْ هُوَ أَعْمَىٰٓ‌ۚ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُواْ ٱلْأَلْبَـٰبِ١٩

Əfəmən yə`ləmu ənnəma unzilə iləykə min rrəbbikəl həqqu kəmən huvə ə'ma, innəma yətəzəkkəru ulul əlbab

Beləliklə, məgər Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu bilən kəs, (batini gözü) kor olan kəs kimidir? Əslində yalnız ağıl sahibləri ibrət götürərlər.

20Ayə 20

ٱلَّذِينَ يُوفُونَ بِعَهْدِ ٱللَّهِ وَلَا يَنقُضُونَ ٱلْمِيثَـٰقَ٢٠

Əlləzinə yufunə bi'əhdi-llahi və la yənquzunəl misaq

Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və (Onun tovhidinin əqli və nəqli) peymanı(nı) sındırmırlar.

21Ayə 21

وَٱلَّذِينَ يَصِلُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوٓءَ ٱلْحِسَابِ٢١

Valləzinə yəsilunə ma əmərə əllahu bihi ən yusalə vəyəxşəvnə rəbbəhum vəyəxafunə su`əl hisab

Və o kəslər ki, Allahın, birləşilməsinə əmr etdiyi şeyə (Allaha, peyğəmbərlərə, qohumlara, əmr sahiblərinə və cəmiyyətə) birləşir, özlərinin Rəbbindən çəkinir və (Qiyamətdəki) hesabın çətinliyindən qorxurlar.

22Ayə 22

وَٱلَّذِينَ صَبَرُواْ ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُواْ ٱلصَّلَوٲةَ وَأَنفَقُواْ مِمَّا رَزَقْنَـٰهُمْ سِرًّا وَعَلَانِيَةً وَيَدْرَءُونَ بِٱلْحَسَنَةِ ٱلسَّيِّئَةَ أُوْلَـٰٓئِكَ لَهُمْ عُقْبَى ٱلدَّارِ٢٢

Valləzinə sabəru btiğa`ə vəchi rəbbihim və`əqamus salatə və`ənfəqu mimma rəzəqnahum sirrən və'əlaniyətən vəyədrə`unə bilhəsənətis səyyi`ətə ula`ikə ləhum uqbad dar

Və o kəslər ki, özlərinin Rəbbinin razılığını cəlb etmək üçün (çətinliklərdə və öz vəzifələrini yerinə yetirməkdə) səbr etdilər, namaz qıldılar, onlara ruzi olaraq verdiklərimizdən (mal-dövlətdən) gizlində və aşkarda Allah yolunda xərclədilər və özlərinin yaxşı əməlləri ilə günahları (ya öz yaxşı davranışları ilə başqalarının pis rəftarını) uzaqlaşdırırlar. Bu dünyanın (gözəl) sonu (onun sona çatması ilə Cənnətə daxil olmaq) onlar üçündür.

23Ayə 23

جَنَّـٰتُ عَدْنٍ يَدْخُلُونَهَا وَمَن صَلَحَ مِنْ ءَابَآئِهِمْ وَأَزْوَٲجِهِمْ وَذُرِّيَّـٰتِهِمْ‌ۖ وَٱلْمَلَـٰٓئِكَةُ يَدْخُلُونَ عَلَيْهِم مِّن كُلِّ بَابٍ٢٣

Cənnatu ədnin yədxulunəha və mən saləhə min aba`ihim və`əzvacihim vəzurriyyatihim, vəl məla`ikətu yədxulunə ələyhim-min kulli bab

(Həmin o) əbədi Cənnətlər ki, onların özləri və atalarından, zövcələrindən və övladlarından (əqidə baxımından) layiq olanlar (əməlləri naqis olsa da, onlara görə) ora daxil olarlar. Və mələklər hər bir qapıdan onların yanına daxil olarlar.

24Ayə 24

سَلَـٰمٌ عَلَيْكُم بِمَا صَبَرْتُمْ‌ۚ فَنِعْمَ عُقْبَى ٱلدَّارِ٢٤

Səlamun ələykum bima sabərtum, fəni'mə uqbad dar

(Və deyərlər:) «Səbr və dözümlülüyünüzün müqabilində salam olsun sizə! O dünyanın sonu (olaraq bura) nə gözəldir!»

25Ayə 25

وَٱلَّذِينَ يَنقُضُونَ عَهْدَ ٱللَّهِ مِنۢ بَعْدِ مِيثَـٰقِهِۦ وَيَقْطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِى ٱلْأَرْضِ‌ۙ أُوْلَـٰٓئِكَ لَهُمُ ٱللَّعْنَةُ وَلَهُمْ سُوٓءُ ٱلدَّارِ٢٥

Valləzinə yənquzunə əhdə əllah min bə'di misaqihi vəyəqta'unə ma əmərə əllahu bihi ən yusalə vəyufsidunə fil ərzi ula`ikə ləhumu əllə'nətu vələhum su`ud dar

Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır.

26Ayə 26

ٱللَّهُ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ‌ۚ وَفَرِحُواْ بِٱلْحَيَوٲةِ ٱلدُّنْيَا وَمَا ٱلْحَيَوٲةُ ٱلدُّنْيَا فِى ٱلْأَخِرَةِ إِلَّا مَتَـٰعٌ٢٦

Əllahu yəbsutu rrizqə limən yəşau vəyəqdir, vəfərihu bilhəyatid dunya və mal həyatud dunya fil axirəti illa məta'

İstədiyi kəs üçün (maddi və mənəvi) ruzini çoxaldan və ya azaldan Allahdır! Onlar (kafirlər) dünya həyatına sevinirlər, halbuki, dünya həyatı axirət müqabilində (cüzi) bir paydan başqa bir şey deyildir.

27Ayə 27

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُواْ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌ مِّن رَّبِّهِۦ‌ۗ قُلْ إِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِىٓ إِلَيْهِ مَنْ أَنَابَ٢٧

Vəyəqulu əlləzinə kəfəru ləvla unzilə ələyhi ayətun min rrəbbih, qul innə əllah yuzillu mən yəşau vəyəhdi iləyhi mən ənab

Və küfr edən kəslər (məsxərə məqsədilə) «nə üçün ona Rəbbi tərəfindən (bizim ürəyimiz istəyən, yaxud Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?» deyirlər. De: «Şübhəsiz, Allah (möcüzəni hikmət və məsləhət əsasında göndərir, buna görə də haqqı qəbul etməyənlərdən) istədiyi şəxsi azğınlıqda boşlayır və Ona tərəf qayıtmış şəxsi hidayət edir».

28Ayə 28

ٱلَّذِينَ ءَامَنُواْ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ ٱللَّهِ‌ۗ أَلَا بِذِكْرِ ٱللَّهِ تَطْمَئِنُّ ٱلْقُلُوبُ٢٨

Əlləzinə amənu vətətmə`innu qulubuhum bizikri-llahi, Əla bizikri-llahi tətmə`innul qulub

O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır».

29Ayə 29

ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ طُوبَىٰ لَهُمْ وَحُسْنُ مَــَٔابٍ٢٩

Əlləzinə amənu və'əmilus salihati tuba ləhum vəhusnu məab

Şadlıq və sevinc, pak həyat, uca Cənnət və Tuba ağacı iman gətirən və yaxşı işlər görən kəslərə məxsusdur və onların gözəl bir dönüşləri vardır.

30Ayə 30

كَذَٲلِكَ أَرْسَلْنَـٰكَ فِىٓ أُمَّةٍ قَدْ خَلَتْ مِن قَبْلِهَآ أُمَمٌ لِّتَتْلُوَاْ عَلَيْهِمُ ٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَهُمْ يَكْفُرُونَ بِٱلرَّحْمَـٰنِ‌ۚ قُلْ هُوَ رَبِّى لَآ إِلَـٰهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ مَتَابِ٣٠

Kəzalikə ərsəlnakə fi ummətin qəd xələt min qəbliha uməmun llitətluvə ələyhimu əlləzi əvhəyna iləykə vəhum yəkfurunə bir rəhman, qul huvə rəbbi la ilahə illa huvə ələyhi təvəkkəltu və`iləyhi mətab

(Öz cari qanunlarımıza əsasən keçmişdəkilərə peyğəmbərlər göndərdiyimiz kimi,) səni (də) özlərindən qabaq ümmətlər gəlib-keçmiş bir ümmətin içərisinə göndərdik ki, sənə vəhy etdiyimizi onlara oxuyasan, halbuki onlar Rəhman olan Allaha küfr edirlər (Onun vəhdətini və rəhmətinin şamilliyini qəbul etmirlər). De: «O mənim Rəbbimdir, Ondan başqa heç bir məbud yoxdur, yalnız Ona təvəkkül etdim və dönüşüm yalnız Ona tərəfdir».

31Ayə 31

وَلَوْ أَنَّ قُرْءَانًا سُيِّرَتْ بِهِ ٱلْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ ٱلْأَرْضُ أَوْ كُلِّمَ بِهِ ٱلْمَوْتَىٰ‌ۗ بَل لِّلَّهِ ٱلْأَمْرُ جَمِيعًا‌ۗ أَفَلَمْ يَاْيْــَٔسِ ٱلَّذِينَ ءَامَنُوٓاْ أَن لَّوْ يَشَآءُ ٱللَّهُ لَهَدَى ٱلنَّاسَ جَمِيعًا‌ۗ وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُواْ تُصِيبُهُم بِمَا صَنَعُواْ قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًا مِّن دَارِهِمْ حَتَّىٰ يَأْتِىَ وَعْدُ ٱللَّهِ‌ۚ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ٣١

Vələv ənnə qur`-anən suyyirət bihil cibalu əv qutti'ət bihil ərzu əv kullimə bihil məvta, bəl-lilləhil əmru cəmi'ə, Əfələm yəy`əsi əlləzinə amənu ən lləv yəşau əllahu ləhədan nasə cəmi'ə, və la yəzalu əlləzinə kəfəru tusibuhum bima sanə'u qari'ətun əv təhullu qəribən min darihim hətta yə`tiyə və'du əllah, innə əllah la yuxliful mi'ad

Və əgər vasitəsilə dağların hərəkətə gətirildiyi, ya yerin yarılıb parça-parça olduğu, yaxud vasitəsilə ölülərlə danışılan bir Quran olsaydı (bunun onların imanına yenə də heç bir təsiri olmazdı). (Çünki iman və hidayət,) hətta işlər və əmrlər bütünlüklə Allaha məxsusdur. Buna görə də məgər iman gətirən kəslər (hələ də bunların imanından) ümidlərini üzüb başa düşməyiblərmi ki, əgər Allah istəsəydi insanların hamısını (məcburi surətdə) hidayət edərdi?! (Lakin Allahın qanunu imana məcbur etmək deyildir.) Və küfr edən kəslərə daim etdiklərinin cəzası olaraq əzici bir müsibət yetişər, yaxud onların evlərinin yaxınlığında nazil olar ki, Allahın (son) vədəsi yetişsin. Həqiqətən, Allah vədə xilaf çıxmaz.

32Ayə 32

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُواْ ثُمَّ أَخَذْتُهُمْ‌ۖ فَكَيْفَ كَانَ عِقَابِ٣٢

Vələqədi stuhzi`ə birusulin min qəblikə fə`əmləytu lilləzinə kəfəru summə əxəztuhum, fəkəyfə kanə iqab

Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi, beləliklə, küfr (və istehza) edən kəslərə (bir müddət) möhlət verdim, sonra onları (suda boğulma, zəlzələ, səmavi bağırtı və daş yağışı kimi əzablarla) yaxaladım. Buna görə də (bax gör) Mənim əzabım necə olmuşdur?!

33Ayə 33

أَفَمَنْ هُوَ قَآئِمٌ عَلَىٰ كُلِّ نَفْسِۭ بِمَا كَسَبَتْ‌ۗ وَجَعَلُواْ لِلَّهِ شُرَكَآءَ قُلْ سَمُّوهُمْ‌ۚ أَمْ تُنَبِّــُٔونَهُۥ بِمَا لَا يَعْلَمُ فِى ٱلْأَرْضِ أَم بِظَـٰهِرٍ مِّنَ ٱلْقَوْلِ‌ۗ بَلْ زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ مَكْرُهُمْ وَصُدُّواْ عَنِ ٱلسَّبِيلِ‌ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ٣٣

Əfəmən huvə qa`imun əla kulli nəfsin bima kəsəbət, vəcə'əlu lilləhi şurəka`ə qul səmmuhum, Əm tunəbbi`unəhu bima la yə`ləmu fil ərzi əm bizahirin mminəl qəvl, bəl zuyyinə lilləzinə kəfəru məkruhum vəsuddu ənis səbil, və mən yuzlili-llahi fəma ləhu min had

Belə isə, məgər hər bir cana hakim olan və onun əməlinə nəzarət edən kəs (cansız bütlər kimidir? Bununla belə) onlar Allaha şəriklər qoşublar. De: «Onları (sifətləri ilə) adlandırın (deyin ki, onlar diri, yaradan, eşidən və görəndirlər)! «Doğrudanmı Allaha yer üzündə (səlahiyyətini) tanımadığı bir şeydən xəbər verirsiniz? Yoxsa quru və boş söz deyirsiniz? (Xeyr, şübhəsiz, Allahın heç bir şəriki yoxdur,) əksinə, küfr edən kəslər üçün onların məkr və hiylələri zinətləndirilib və onlar (haqq) yoldan saxlanılaraq məhrum ediliblər. Allahın azğınlıqda boşladığı kəsə əsla yol göstərən olmayacaqdır.

34Ayə 34

لَّهُمْ عَذَابٌ فِى ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا‌ۖ وَلَعَذَابُ ٱلْأَخِرَةِ أَشَقُّ‌ۖ وَمَا لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٍ٣٤

Ləhum əzabun fil həyatid dunya, vələ'əzabul axirəti əşəqq, və ma ləhum-minə əllah min vaq

Onlar üçün dünya həyatında (döyüşdə məğlubiyyət, xəstəlik və qıtlıq kimi bir sıra) əzab(lar) vardır. Əlbəttə, axirət əzabı daha çətindir. Onları Allah(ın əzabın)dan bir qoruyan (da) yoxdur.

35Ayə 35

مَّثَلُ ٱلْجَنَّةِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ‌ۖ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ‌ۖ أُكُلُهَا دَآئِمٌ وَظِلُّهَا‌ۚ تِلْكَ عُقْبَى ٱلَّذِينَ ٱتَّقَواْ‌ۖ وَّعُقْبَى ٱلْكَـٰفِرِينَ ٱلنَّارُ٣٥

Məsəlul cənnəti əlləti vu'idəl muttəqun, təcri min təhtihal ənhar, ukuluha da`imun vəzilluha, tilkə uqba əlləzinə ttəqəv, və'uqbal kafirinən nar

Təqvalılara vəd edilmiş Cənnətin vəsfi belədir: Onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, gölgəsi həmişəlikdir. Bu, təqvalı olan kəslərin aqibətidir, kafirlərin aqibəti isə oddur!

36Ayə 36

وَٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ يَفْرَحُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ‌ۖ وَمِنَ ٱلْأَحْزَابِ مَن يُنكِرُ بَعْضَهُۥ‌ۚ قُلْ إِنَّمَآ أُمِرْتُ أَنْ أَعْبُدَ ٱللَّهَ وَلَآ أُشْرِكَ بِهِۦٓ‌ۚ إِلَيْهِ أَدْعُواْ وَإِلَيْهِ مَـَٔـابِ٣٦

Valləzinə atəynahumul kitabə yəfrəhunə bima unzilə iləyk, vəminəl əhzabi mən yunkiru bə'zah, qul innəma umirtu ən ə'budə əllah və la uşrikə bih, iləyhi əd'u və`iləyhi məab

(Səma) kitab(ı) verdiyimiz kəslər (İslamı təsdiq edən yəhudilər və xristianlar) sənə nazil olana sevinirlər. Və (kitab əhlindən olan) dəstələrdən bəziləri onun bəzi yerlərini (özlərinin üç üqnuma, cismləşdirmə və təhrif kimi batil əqidələri ilə müxalif olan yerlərini) inkar edirlər. De: «Həqiqətən, mənə Allaha ibadət etməyim və Ona (üluhiyyətdə, rübubiyyətdə, yaradılışda və ibadətdə) bir şərik qoşmamağım əmr olunmuşdur. Yalnız Ona tərəf çağırıram və dönüşüm də yalnız Ona tərəfdir».

37Ayə 37

وَكَذَٲلِكَ أَنزَلْنَـٰهُ حُكْمًا عَرَبِيًّا‌ۚ وَلَئِنِ ٱتَّبَعْتَ أَهْوَآءَهُم بَعْدَمَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِىٍّ وَلَا وَاقٍ٣٧

Vəkəzalikə ənzəlnahu hukmən ərəbiyyə, vələ`ini ttəbə'tə əhva`əhum bə'dəma ca`əkə minəl ilmi ma ləkə minə əllah min vəliyyin və la vaq

(Peyğəmbərlərə kitab nazil etdiyimiz kimi) başdan-başa haqqa hökm edən, uca hikmətli və (daha yaxşı anlamaları üçün) ərəbcə olan bu kitabı sənə nazil etdik. Əgər sənə gəlmiş elmdən sonra onların nəfsi istəklərinə tabe olsan (məsələn onların qibləsini, yaxud üçlük əqidəsini qəbul etsən), Allah tərəfindən sənin üçün heç bir başçı və qoruyucu olmayacaqdır.

38Ayə 38

وَلَقَدْ أَرْسَلْنَا رُسُلاً مِّن قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَٲجًا وَذُرِّيَّةً‌ۚ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِىَ بِـَٔـايَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ‌ۗ لِكُلِّ أَجَلٍ كِتَابٌ٣٨

Vələqəd ərsəlna rusulən min qəblikə vəcə'əlna ləhum əzvacən vəzurriyyəh, və ma kanə lirəsulin ən yə`tiyə biayətin illa bi`izni-llahi, likulli əcəlin kitab

Həqiqətən, biz səndən öncə peyğəmbərlər göndərdik və (mələk deyil, bəşər olduqları üçün) onlara da zövcələr və övladlar verdik. Heç bir peyğəmbər Allahın izni və iradəsi olmadan bir nişanə və möcüzə gətirə bilməz. (Çünki) hər bir vaxt üçün (hikmətə uyğun olaraq) bir yazı və hökm qərara alınmışdır (deməli Allahdan başqası, hətta peyğəmbər istədiyi vaxt möcüzə gətirə bilməz).

39Ayə 39

يَمْحُواْ ٱللَّهُ مَا يَشَآءُ وَيُثْبِتُ‌ۖ وَعِندَهُۥٓ أُمُّ ٱلْكِتَـٰبِ٣٩

Yəmhu əllahu ma yəşau vəyusbit, və'indəhu ummul kitab

Allah («məhv və isbat» lövhəsində yazılmış, olacaq hadisələrdən) istədiyini məhv və (bəzi hadisələri orada) dərc edir və Ümmül-kitab (Lövhi-Məhfuz və şeylərin sabit cəhətlərinin yazıldığı yer) Onun yanındadır.

40Ayə 40

وَإِن مَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَـٰغُ وَعَلَيْنَا ٱلْحِسَابُ٤٠

Və`in mma nuriyənnəkə bə'za əlləzi nə'iduhum əv nətəvəffəyənnəkə fə`innəma ələykəl bəlağu və'ələynal hisab

Əgər onlara vəd etdiklərimizin (dünyəvi cəzaların) bir qismini sənə göstərsək, yaxud (ondan qabaq) sənin canını alsaq, sənin vəzifən (onların əzabını görmək deyil) yalnız tapşırığı çatdırmaqdır və (imana məcbur etmək və hər təklifi qəbul etmək deyil) hesab çəkmək (və cəzalandırmaq) Bizim öhdəmizədir.

41Ayə 41

أَوَلَمْ يَرَوْاْ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا‌ۚ وَٱللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِۦ‌ۚ وَهُوَ سَرِيعُ ٱلْحِسَابِ٤١

Əvələm yərəv ənna nə`til ərza nənqusuha min ətrafiha, vəl ləhu yəhkumu la mu'əqqibə lihukmih, və huvə səri'ul hisab

Məgər Bizim bu yerə üz tutmağımızı və daim onun ətraf və kənarlarından azaltmağımızı görmədilər? (Fərdlərdən, cəmiyyətlərdən, alimlərdən, dövlətlərdən və mədəniyyətlərdən bəzilərini azaldır və ya məhv edirik. Dünyanın bütün hadisələri barəsində) hökmünü əsla dəf edə bilən olmayan halda hökm edən yalnız Allahdır. O, tez hesab çəkəndir.

42Ayə 42

وَقَدْ مَكَرَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَلِلَّهِ ٱلْمَكْرُ جَمِيعًا‌ۖ يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ‌ۗ وَسَيَعْلَمُ ٱلْكُفَّـٰرُ لِمَنْ عُقْبَى ٱلدَّارِ٤٢

Vəqəd məkərə əlləzinə min qəblihim fəlilləhil məkru cəmi'ə, yə`ləmu ma təksibu kullu nəfs, vəsəyə`ləmul kuffaru limən uqbad dar

Şübhəsiz, bunlardan qabaq olmuş kəslər (Allahla və Onun elçiləri ilə müxalifət etməkdə) məkr və hiylə işlətdilər, halbuki, bütün məkrlər Allaha məxsusdur (onların hamısının necəliyi, səbəbkarları və batil etmə yolları Onun elmi və iradəsi altındadır). O hər bir kəsin nə əldə etdiyini bilir. Və tezliklə kafirlər bu dünyanın sonunun kimin olduğunu biləcəklər. (Bu yerin sonu əməlisaleh insanların hökumətidir, yaxud dünyanın sonu yaxşı insanlar üçün gözəl axirətdir.)

43Ayə 43

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُواْ لَسْتَ مُرْسَلاً‌ۚ قُلْ كَفَىٰ بِٱللَّهِ شَهِيدَۢا بَيْنِى وَبَيْنَكُمْ وَمَنْ عِندَهُۥ عِلْمُ ٱلْكِتَـٰبِ٤٣

Vəyəqulu əlləzinə kəfəru ləstə mursələ, qul kəfa bi-llahi şəhidən bəyni vəbəynəkum və mən indəhu ilmul kitab

Kafirlər «sən (Allahın) peyğəmbər(i) deyilsən» deyirlər. De: «Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Quranın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)