Surə 14 · 52 ayə

surah014

İbrahim (İbrahim)

Məkkə·52 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

الٓر‌ۚ كِتَـٰبٌ أَنزَلْنَـٰهُ إِلَيْكَ لِتُخْرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَٲطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ١

Əlif, ləm, ra. kitabun ənzəlnahu iləykə lituxricən nasə minəz zulumati ilan nuri bi`izni rəbbihim ila siratil əzizil həmid

Əlif, Lam, Ra. (Mən hər bir şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu Quran dünyadakı) insanları onların Rəbbinin istək və köməyi ilə qaranlıqlardan (əqidə, əxlaq və əməl əyriliklərindən) nura (ilahi hidayətə) tərəf çıxarmağın və O qüdrət və mədh olunmuş xislətlər sahibi olan (Allah)ın yoluna istiqamətləndirməyin üçün (Öz əzəli elmimizdən Lövhə, oradan Cəbrailin qəlbinə və oradan da) sənə nazil etdiyimiz bir kitabdır.

2Ayə 2

ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٲتِ وَمَا فِى ٱلْأَرْضِ‌ۗ وَوَيْلٌ لِّلْكَـٰفِرِينَ مِنْ عَذَابٍ شَدِيدٍ٢

Əllah əlləzi ləhu ma fis səmavati və ma fil ərz, vəvəylun llilkafirinə min əzabin şədid

O Allah ki, göylərdə və yerdə olanların hamısı (onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə edilməsi və sonda yox edilməsi Onun istək və iradəsindən asılıdır). Çətin əzaba görə vay və ölüm olsun kafirlərə!

3Ayə 3

ٱلَّذِينَ يَسْتَحِبُّونَ ٱلْحَيَوٲةَ ٱلدُّنْيَا عَلَى ٱلْأَخِرَةِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًا‌ۚ أُوْلَـٰٓئِكَ فِى ضَلَـٰلِۭ بَعِيدٍ٣

Əlləzinə yəstəhibbunəl həyatəd dunya əlal axirəti vəyəsuddunə ən səbili-llahi vəyəbğunəha ivəcə, ula`ikə fi zalalin bə'id

O kəslərə ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır və onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir və camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər.

4Ayə 4

وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِۦ لِيُبَيِّنَ لَهُمْ‌ۖ فَيُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ‌ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ٤

Və ma ərsəlna min rrəsulin illa bilisani qəvmihi liyubəyyinə ləhum, fəyuzillu əllahu mən yəşau vəyəhdi mən yəşa, və huvəl əzizul həkim

Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa belə) yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin. Beləliklə, Allah (ilahi dəlil-sübutu qəbul etməyənlərdən) istədiyini azğınlıqda boşlayır və istədiyini (ilahi dəlil-sübutu qəbul etdikdən sonra, kamilliklərə doğru) hidayət edir. Odur yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibi!

5Ayə 5

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔـايَـٰتِنَآ أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ وَذَكِّرْهُم بِأَيَّـٰمِ ٱللَّهِ‌ۚ إِنَّ فِى ذَٲلِكَ لَأَيَـٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ٥

Vələqəd ərsəlna musa biayatina ən əxric qəvməkə minəz zulumati ilan nuri vəzəkkirhum bi`əyyami-llahi, innə fi zalikə ləayatin llikulli sabbarin şəkur

Həqiqətən, Biz Musanı (əsa, şəffaf əl və Tövrat kimi) Öz nişanə və möcüzələrimizlə göndərdik ki: Öz qövmünü (nadanlıq, küfr və itaətsizlik) zülmətlər(in)dən (iman) nur(un)a tərəf çıxart. Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal ki, həqiqətən, bunda (bu xatırlatmada) hər bir səbr və şükr edən üçün (oyaqlıq və ibrət) nişanələr(i) vardır.

6Ayə 6

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ ٱذْكُرُواْ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ أَنجَـٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ وَيُذَبِّحُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ‌ۚ وَفِى ذَٲلِكُم بَلَآءٌ مِّن رَّبِّكُمْ عَظِيمٌ٦

Və`iz qalə musa liqəvmihi zkuru ni'mətə əllah ələykum iz əncakum-min ali fir'əvnə yəsumunəkum su`əl əzabi vəyuzəbbihunə əbna`əkum vəyəstəhyunə nisa`əkum, vəfi zalikum bəla`un min rrəbbikum əzim

Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Allahın sizi fironçulardan – sizə pis işkəncələr verən, oğlanlarınızı kütləvi şəkildə qətlə yetirən və qadınlarınızı (xidmət etmək üçün) diri saxlayanlardan nicat verən zaman sizə olan nemətini xatırlayın. Bu işdə sizin üçün Rəbbiniz tərəfindən böyük bir bəla və imtahan var idi».

7Ayə 7

وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ‌ۖ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِى لَشَدِيدٌ٧

Və`iz tə`əzzənə rəbbukum lə`in şəkərtum lə`əzidənnəkum, vələ`in kəfərtum innə əzabi ləşədid

Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükr etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir».

8Ayə 8

وَقَالَ مُوسَىٰٓ إِن تَكْفُرُوٓاْ أَنتُمْ وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًا فَإِنَّ ٱللَّهَ لَغَنِىٌّ حَمِيدٌ٨

Vəqalə musa in təkfuru əntum və mən fil ərzi cəmi'ən fə`innə əllah ləğəniyyun həmid

Musa (öz qövmünə) dedi: «Əgər siz və yer üzündə olanların hamısı Allaha kafir olsanız, yaxud Onun nemətlərinə qarşı nankorluq etsəniz (Ona bir zərər vurmazsınız, çünki) həqiqətən, Allah ehtiyacsızdır və sifət və işləri mədh olunandır (ki, mələklər və möminlər Onu dilləri ilə, yaratdıqlarının kamilliyi isə Onu öz halları ilə mədh edirlər)».

9Ayə 9

أَلَمْ يَأْتِكُمْ نَبَؤُاْ ٱلَّذِينَ مِن قَبْلِكُمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ‌ۛ وَٱلَّذِينَ مِنۢ بَعْدِهِمْ‌ۛ لَا يَعْلَمُهُمْ إِلَّا ٱللَّهُ‌ۚ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ فَرَدُّوٓاْ أَيْدِيَهُمْ فِىٓ أَفْوَٲهِهِمْ وَقَالُوٓاْ إِنَّا كَفَرْنَا بِمَآ أُرْسِلْتُم بِهِۦ وَإِنَّا لَفِى شَكٍّ مِّمَّا تَدْعُونَنَآ إِلَيْهِ مُرِيبٍ٩

Ələm yə`tikum nəbə`u əlləzinə min qəblikum qəvmi nuhin və'adin vəsəmudə valləzinə min bə'dihim, la yə`ləmuhum illa əllah, ca`əthum rusuluhum bilbəyyinati fərəddu əydiyəhum fi əfvahihim vəqalu inna kəfərna bima ursiltum bihi və`inna ləfi şəkkin mmimma təd'unəna iləyhi murib

Məgər sizdən qabaqkıların – Nuh, Ad və Səmud qövmünün və onlardan sonra olub (sayları və hallarını) Allahdan başqa heç kəsin bilmədiyi kəslərin xəbəri sizə çatmayıb?! Peyğəmbərləri onlara (tovhid və öz nübuvvətləri barədə) aydın dəlillər gətirdilər. Onlar isə peyğəmbərlərin əllərini ağızlarına qaytardılar (ki, sakit olun, yaxud öz əllərini öz ağızlarına qoydular ki, susun və ya əllərini ağızlarına qoyub qəzəbdən sıxdılar) və dedilər: «Biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik və həqiqətən, biz sizin, tərəfinə çağırdığınız şey (tovhid və bütlərin batil olması etiqadı) barəsində tərəddüd doğuran və qaranlıq bir şəkk içərisindəyik (din və kitabınızı inkar edir, tovhid barəsindəki dəlillərinizi qənaətbəxş saymırıq)».

10Ayə 10

قَالَتْ رُسُلُهُمْ أَفِى ٱللَّهِ شَكٌّ فَاطِرِ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۖ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى‌ۚ قَالُوٓاْ إِنْ أَنتُمْ إِلَّا بَشَرٌ مِّثْلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعْبُدُ ءَابَآؤُنَا فَأْتُونَا بِسُلْطَـٰنٍ مُّبِينٍ١٠

Qalət rusuluhum əfi əllah şəkkun fatiris səmavati vəl ərz, yəd'ukum liyəğfirə ləkum-min zunubikum vəyu`əxxirəkum ila əcəlin mmusəmmən, qalu in əntum illa bəşərun mmisluna turidunə ən təsudduna əmma kanə yə'budu aba`una fə`tuna bisultanin mmubin

Peyğəmbərləri onlara dedilər: «Məgər göyləri və yeri yaradan Allah barəsində şübhə var?! O sizi günahlarınızdan bəzisini bağışlamağa və sizə (ömrünüzün) müəyyən bir müddət(in)ədək möhlət verməyə çağırır. Dedilər: «Siz də bizim kimi yalnız bir bəşərsiniz (və) bizi atalarımızın ibadət etdikləri şeylərdən saxlamaq istəyirsiniz.Odur ki, bizim üçün açıq-aşkar bir dəlil (bu gətirdiklərinizdən qeyrisini) gətirin».

11Ayə 11

قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِن نَّحْنُ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ وَلَـٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ‌ۖ وَمَا كَانَ لَنَآ أَن نَّأْتِيَكُم بِسُلْطَـٰنٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ‌ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ١١

Qalət ləhum rusuluhum in-nəhnu illa bəşərun mmislukum və lakinnə əllah yəmunnu əla mən yəşau min ibadih, və ma kanə ləna ən-nə`tiyəkum bisultanin illa bi`izni-llahi, və'əla əllah fəlyətəvəkkəlil mu`minun

Peyğəmbərləri onlara dedilər: «(Bəli,) biz də sizin kimi yalnız bir bəşərik. Lakin Allah Öz bəndələrindən istədiyinə lütf göstərir (və onu peyğəmbərliyə seçir). Allahın əmri və istəyi olmadan biz sizə bir dəlil (və möcüzə) gətirə bilmərik və (bu) ağıl baxımından (da) mümkün deyildir. Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər».

12Ayə 12

وَمَا لَنَآ أَلَّا نَتَوَكَّلَ عَلَى ٱللَّهِ وَقَدْ هَدَٮٰنَا سُبُلَنَا‌ۚ وَلَنَصْبِرَنَّ عَلَىٰ مَآ ءَاذَيْتُمُونَا‌ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُتَوَكِّلُونَ١٢

Və ma ləna əlla nətəvəkkələ əla əllah vəqəd hədana subuləna, vələnəsbirənnə əla ma azəytumuna, və'əla əllah fəlyətəvəkkəlil mutəvəkkilun

«Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbr edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər».

13Ayə 13

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُم مِّنْ أَرْضِنَآ أَوْ لَتَعُودُنَّ فِى مِلَّتِنَا‌ۖ فَأَوْحَىٰٓ إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ ٱلظَّـٰلِمِينَ١٣

Vəqalə əlləzinə kəfəru lirusulihim lənuxricənnəkum-min ərzina əv lətə'udunnə fi millətina, fə`əvha iləyhim rəbbuhum lənuhlikənnəz zalimin

Və küfr edənlər öz peyğəmbərlərinə dedilər: «Əgər bizim dinimizə qayıtmasanız, biz sizi mütləq öz vilayətimizdən çıxaracağıq». Beləliklə, Rəbbi onlara vəhy etdi ki: «Zalımları mütləq həlak edəcəyik».

14Ayə 14

وَلَنُسْكِنَنَّكُمُ ٱلْأَرْضَ مِنۢ بَعْدِهِمْ‌ۚ ذَٲلِكَ لِمَنْ خَافَ مَقَامِى وَخَافَ وَعِيدِ١٤

Vələnuskinənnəkumul ərza min bə'dihim, zalikə limən xafə məqami vəxafə və'id

«Və şübhəsiz, onlardan sonra həmin vilayətdə sizi yerləşdirəcəyik. Bu (vəd), Mənim məqamımdan (Mənim cəlal, əzəmət və ədalətimdən, ya Qiyamət günü Mənim hüzurumda durmaqdan) qorxan və Mənim hədələrimdən çəkinən kəs üçündür».

15Ayə 15

وَٱسْتَفْتَحُواْ وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٍ١٥

Vastəftəhu vəxabə kullu cəbbarin ənid

Və peyğəmbərlər (Allahdan) hökm, qurtuluş və zəfər istədilər, (yaxud) kafirlər Allahın əzabını istədilər və (nəhayət) haqqa düşmən olan hər bir itaətsiz təkəbbür sahibi naümid oldu və ziyana uğradı (və qırmızı ya ağ ölümlə küfr halında dünyadan getdi).

16Ayə 16

مِّن وَرَآئِهِۦ جَهَنَّمُ وَيُسْقَىٰ مِن مَّآءٍ صَدِيدٍ١٦

Min vəra`ihi cəhənnəmu vəyusqa min mma`in sadid

Onun (ölümünün) ardınca (gələn) Cəhənnəmdir və (ona) qanla qarışıq çirkli su içirdiləcəkdir.

17Ayə 17

يَتَجَرَّعُهُۥ وَلَا يَكَادُ يُسِيغُهُۥ وَيَأْتِيهِ ٱلْمَوْتُ مِن كُلِّ مَكَانٍ وَمَا هُوَ بِمَيِّتٍ‌ۖ وَمِن وَرَآئِهِۦ عَذَابٌ غَلِيظٌ١٧

Yətəcərrə'uhu və la yəkadu yusiğuhu vəyə`tihil məvtu min kulli məkanin və ma huvə biməyyit, vəmin vəra`ihi əzabun ğəliz

Onu çətinliklə qurtum-qurtum içər və rahat uda bilməz. Ölüm (Cəhənnəm işkəncələri) hər bir tərəfdən ona üz tutar, halbuki o ölən deyildir (çünki, o dünyada ölüm yoxdur) və onun ardınca çətin və ağır bir əzab vardır.

18Ayə 18

مَّثَلُ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمْ‌ۖ أَعْمَـٰلُهُمْ كَرَمَادٍ ٱشْتَدَّتْ بِهِ ٱلرِّيحُ فِى يَوْمٍ عَاصِفٍ‌ۖ لَّا يَقْدِرُونَ مِمَّا كَسَبُواْ عَلَىٰ شَىْءٍ‌ۚ ذَٲلِكَ هُوَ ٱلضَّلَـٰلُ ٱلْبَعِيدُ١٨

Məsəlu əlləzinə kəfəru birəbbihim, Ə'maluhum kərəmadin ştəddət bihi rrihu fi yəvmin asif, la yəqdirunə mimma kəsəbu əla şəy`, zalikə huvəz zalalul bə'id

Özlərinin Rəbbinə kafir olanların hallarının təsviri belədir: Onların (xeyir) əməlləri tufanlı bir gündə üzərindən şiddətli bir külək əsən (və qarşısındakı hər şeyi sovurub dağıdan) kül kimidir. Onlar kəsb etdiklərindən bir şey (dünyəvi nəticələr, mənəvi təsirlər və axirət mükafatları) əldə etməzlər. Budur həmin uzun-uzadı zəlalət!

19Ayə 19

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ خَلَقَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ‌ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍ جَدِيدٍ١٩

Ələm tərə ənnə əllah xələqəs səmavati vəl ərza bilhəqq, in yəşə` yuzhibkum vəyə`ti bixəlqin cədid

Məgər (qəlb gözü ilə) Allahın göyləri və yeri (və bu heyranedici əzəmətli quruluşu) haqq olaraq (uca və əqli bir məqsəd üçün) yaratdığını görmədin? Əgər istəsə sizi (azğınlıq və itaətsizlik edəcəyiniz təqdirdə) yox edər və (varlıq səhnəsinə) yeni bir məxluq gətirər.

20Ayə 20

وَمَا ذَٲلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٍ٢٠

Və ma zalikə əla əllah bi'əziz

Və bu (yox etmək və yenisini vücuda gətirmək) Allaha çətin deyildir.

21Ayə 21

وَبَرَزُواْ لِلَّهِ جَمِيعًا فَقَالَ ٱلضُّعَفَـٰٓؤُاْ لِلَّذِينَ ٱسْتَكْبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا مِنْ عَذَابِ ٱللَّهِ مِن شَىْءٍ‌ۚ قَالُواْ لَوْ هَدَٮٰنَا ٱللَّهُ لَهَدَيْنَـٰكُمْ‌ۖ سَوَآءٌ عَلَيْنَآ أَجَزِعْنَآ أَمْ صَبَرْنَا مَا لَنَا مِن مَّحِيصٍ٢١

Vəbərəzu lilləhi cəmi'ən fəqaləz zu'əfa`u lilləzinə stəkbəru inna kunna ləkum təbə'ən fəhəl əntum-muğnunə ənna min əzabi-llahi min şəy`, qalu ləv hədana əllahu ləhədəynakum, səva`un ələyna əcəzi'na əm sabərna ma ləna min mməhis

Və (Qiyamət günü hesab üçün) hamılıqla Allahın hüzurunda zahir olarlar. Beləliklə, (dünyada dərrakə baxımından) zəiflər təkəbbürlülərə deyərlər: «Biz sizə tabe idik, bizdən Allahın əzabından (az da olsa) bir şeyi dəf edərsinizmi?» Onlar deyərlər: «Əgər Allah (dünyada) bizə hidayət qismət etsəydi, biz də mütləq sizi hidayət edərdik, ya əgər burada bizi nicat yoluna hidayət etsə, biz də sizi hidayət edərik; bizim üçün istər (ah-zar edib) dözümsüzlük göstərək, istərsə də səbr edək, birdir, bizə heç bir çıxış yolu yoxdur».

22Ayə 22

وَقَالَ ٱلشَّيْطَـٰنُ لَمَّا قُضِىَ ٱلْأَمْرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمْ وَعْدَ ٱلْحَقِّ وَوَعَدتُّكُمْ فَأَخْلَفْتُكُمْ‌ۖ وَمَا كَانَ لِىَ عَلَيْكُم مِّن سُلْطَـٰنٍ إِلَّآ أَن دَعَوْتُكُمْ فَٱسْتَجَبْتُمْ لِى‌ۖ فَلَا تَلُومُونِى وَلُومُوٓاْ أَنفُسَكُم‌ۖ مَّآ أَنَا۟ بِمُصْرِخِكُمْ وَمَآ أَنتُم بِمُصْرِخِىَّ‌ۖ إِنِّى كَفَرْتُ بِمَآ أَشْرَكْتُمُونِ مِن قَبْلُ‌ۗ إِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ٢٢

Vəqaləş şəytanu ləmma quziyəl əmru innə əllah və'ədəkum və'dəl həqqi vəvə'əttukum fə`əxləftukum, və ma kanə liyə ələykum-min sultanin illa ən də'əvtukum fastəcəbtum liy, fəla təlumuni vəlumu ənfusəkum, ma əna bimusrixikum və ma əntum bimusrixiyy, inni kəfərtu bima əşrəktumuni min qəbl, innəz zaliminə ləhum əzabun əlim

(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır».

23Ayə 23

وَأُدْخِلَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا بِإِذْنِ رَبِّهِمْ‌ۖ تَحِيَّتُهُمْ فِيهَا سَلَـٰمٌ٢٣

Və`udxilə əlləzinə amənu və'əmilus salihati cənnatin təcri min təhtihal ənharu xalidinə fiha bi`izni rəbbihim, təhiyyətuhum fiha səlam

İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edilərlər. Onların (bir-birlərinə, yaxud Allah və mələklərin onlara) oradakı xeyir-duaları «salam»dır.

24Ayə 24

أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ ٱللَّهُ مَثَلاً كَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِى ٱلسَّمَآءِ٢٤

Ələm tərə kəyfə zarəbə əllahu məsələn kəlimətən tayyibətən kəşəcərətin tayyibətin əsluha sabitun vəfər'uha fis səma`

Məgər (qəlb gözü ilə) Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tovhidi) kökü (yerdə) möhkəm, budağı (isə) göydə olan pak ağaca (bənzədib). (Tovhid ağacının kökü cəmiyyətin etiqadının əsasları, onun budaqları isə dinin şəriətdə buyurduğu əməllərdir ki, yüksək bir cəmiyyətin səmasına ucalır.)

25Ayə 25

تُؤْتِىٓ أُكُلَهَا كُلَّ حِينِۭ بِإِذْنِ رَبِّهَا‌ۗ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ٢٥

Tu`ti ukuləha kullə hinin bi`izni rəbbiha, vəyəzribu əllahul əmsalə lilnnasi lə'əlləhum yətəzəkkərun

O, Rəbbinin izni ilə həmişə (münasib olan hər bir vaxtda) öz meyvəsini verir. (Bu ağacın meyvəsi dünyada ideal cəmiyyətin və ali ilahi bir ictiami həyatın gerçəkləşməsi, axirətdə isə kamil bir səadətə nail olmaqdır.) Allah insanlar üçün (belə) məsəllər çəkir ki, bəlkə ibrət götürdülər.

26Ayə 26

وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٍ كَشَجَرَةٍ خَبِيثَةٍ ٱجْتُثَّتْ مِن فَوْقِ ٱلْأَرْضِ مَا لَهَا مِن قَرَارٍ٢٦

Vəməsəlu kəlimətin xəbisətin kəşəcərətin xəbisətin ctussət min fəvqil ərzi ma ləha min qərar

Pis (küfr və şirk) kəlmə(si)nin məsəli isə yerdən qopardılmış və əsla sabitlik və qərarı olmayan pis ağac kimidir. (Küfr və şirk əqidələri və ya hər hansı bir batil iş onu daşıyan fərdlərin ölümü ilə puç olacaqdır və həmçinin kafir cəmiyyət nəhayət bir gün məhv olacaqdır.)

27Ayə 27

يُثَبِّتُ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ بِٱلْقَوْلِ ٱلثَّابِتِ فِى ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا وَفِى ٱلْأَخِرَةِ‌ۖ وَيُضِلُّ ٱللَّهُ ٱلظَّـٰلِمِينَ‌ۚ وَيَفْعَلُ ٱللَّهُ مَا يَشَآءُ٢٧

Yusəbbitu əllahu əlləzinə amənu bilqəvlis sabiti fil həyatid dunya vəfil axirəh, vəyuzillu əllahuz zalimin, vəyəf'əlu əllahu ma yəşa

Allah iman gətirmiş kəsləri möhkəm söz (tovhid kəlməsi) ilə dünya həyatında və axirətdə sabitqədəm edir. Və həmçinin, Allah zalımları zəlalətdə boşlayır. Allah istədiyini edir.

28Ayə 28

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ بَدَّلُواْ نِعْمَتَ ٱللَّهِ كُفْرًا وَأَحَلُّواْ قَوْمَهُمْ دَارَ ٱلْبَوَارِ٢٨

Ələm tərə ila əlləzinə bəddəlu ni'mətə əllah kufrən və`əhəllu qəvməhum darəl bəvar

Məgər (küfr başçılarından və rifaha uyanlardan) Allahın nemətlərini (nemətlərin şükrünü) nankorluğa dəyişənlərin və öz qövmlərini (onlara tabe olanları) həlakət diyarına salanların halına baxmadın?!

29Ayə 29

جَهَنَّمَ يَصْلَوْنَهَا‌ۖ وَبِئْسَ ٱلْقَرَارُ٢٩

Cəhənnəmə yəsləvnəha, vəbi`səl qərar

Daxil olacaqları, toxunaraq hərarətini duyacaqları və yanacaqları Cəhənnəmə! Ora pis bir məskəndir.

30Ayə 30

وَجَعَلُواْ لِلَّهِ أَندَادًا لِّيُضِلُّواْ عَن سَبِيلِهِۦ‌ۗ قُلْ تَمَتَّعُواْ فَإِنَّ مَصِيرَكُمْ إِلَى ٱلنَّارِ٣٠

Vəcə'əlu lilləhi əndadən lliyuzillu ən səbilih, qul təməttə'u fə`innə məsirəkum ilan nar

Onlar (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşdular. De: «(Bir neçə günlük bu dünyanızda) bəhrələnin ki, dönüşünüz mütləq oda tərəfdir».

31Ayə 31

قُل لِّعِبَادِىَ ٱلَّذِينَ ءَامَنُواْ يُقِيمُواْ ٱلصَّلَوٲةَ وَيُنفِقُواْ مِمَّا رَزَقْنَـٰهُمْ سِرًّا وَعَلَانِيَةً مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌ لَّا بَيْعٌ فِيهِ وَلَا خِلَـٰلٌ٣١

Qul-li'ibadiyə əlləzinə amənu yuqimus salatə vəyunfiqu mimma rəzəqnahum sirrən və'əlaniyətən min qəbli ən yə`tiyə yəvmun lla bəy'un fihi və la xilal

İman gətirən bəndələrimə de ki, namaz qılsınlar və onlara ruzi olaraq verdiyimizdən (mal, məqam və canlarından) heç bir alış-verişin və dostluğun olmayacağı (mal və tanışlıq əlaqələrinin nə olacağı və nə də işə keçəcəyi) gün gəlməmişdən qabaq gizlində və aşkarda Allah yolunda xərcləsinlər.

32Ayə 32

ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَخْرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٲتِ رِزْقًا لَّكُمْ‌ۖ وَسَخَّرَ لَكُمُ ٱلْفُلْكَ لِتَجْرِىَ فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ‌ۖ وَسَخَّرَ لَكُمُ ٱلْأَنْهَـٰرَ٣٢

Əllahu əlləzi xələqəs səmavati vəl ərza və`ənzələ minəs səma`i ma`ən fə`əxrəcə bihi minəs səmərati rizqən lləkum, vəsəxxərə ləkumul fulkə litəcriyə fil bəhri bi`əmrih, vəsəxxərə ləkumul ənhar

Allah göyləri və yeri yaradan, göydən (yağış, qar və dolu şəklində) su nazil edən, beləliklə, onun vasitəsilə müxtəlif məhsullardan sizin (yeməyiniz, müalicəniz və geyinməyiniz) üçün ruzi çıxardan və gəmiləri Onun istək və iradəsi ilə dənizdə üzsünlər deyə sizin üçün ram edən və həmçinin çayları sizin üçün ram edəndir.

33Ayə 33

وَسَخَّرَ لَكُمُ ٱلشَّمْسَ وَٱلْقَمَرَ دَآئِبَيْنِ‌ۖ وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ٣٣

Vəsəxxərə ləkumuş şəmsə vəl qəmərə da`ibəyn, vəsəxxərə ləkumu əlləylə vən nəhar

Həmçinin (yaradılış məcburiyyəti ilə) daim (hərəkətdə, nur saçmaqda və yerə təsir göstərməkdə) olan günəşi və ayı sizə ram etdi. Və (yerin hərəkətini günəşlə tənzim etməklə) gecə ilə gündüzü də sizə ram etdi.

34Ayə 34

وَءَاتَـٰكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ‌ۚ وَإِن تَعُدُّواْ نِعْمَتَ ٱللَّهِ لَا تُحْصُوهَآ‌ۗ إِنَّ ٱلْإِنسَـٰنَ لَظَلُومٌ كَفَّارٌ٣٤

Vəatakum-min kulli ma sə`əltumuh, və`in tə'uddu ni'mətə əllah la tuhsuha, innəl insanə ləzalumun kəffar

Və (dil, əməl və ya təbiətinizlə) Ondan istədiyiniz hər bir şeydən sizə əta etdi. Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz. Həqiqətən, insan çox zalım və nankordur.

35Ayə 35

وَإِذْ قَالَ إِبْرَٲهِيمُ رَبِّ ٱجْعَلْ هَـٰذَا ٱلْبَلَدَ ءَامِنًا وَٱجْنُبْنِى وَبَنِىَّ أَن نَّعْبُدَ ٱلْأَصْنَامَ٣٥

Və`iz qalə ibrahimu rəbbi c'əl hazal bələdə aminən vacnubni vəbəniyyə ən-nə'budəl əsnam

Və (yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!» (O, Bəqərə surəsinin 126-cı ayəsində də belə bir istək istəyib.)

36Ayə 36

رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِّنَ ٱلنَّاسِ‌ۖ فَمَن تَبِعَنِى فَإِنَّهُۥ مِنِّى‌ۖ وَمَنْ عَصَانِى فَإِنَّكَ غَفُورٌ رَّحِيمٌ٣٦

Rəbbi innəhunnə əzləlnə kəsirən mminən nas, fəmən təbi'əni fə`innəhu minniy, və mən əsani fə`innəkə ğəfurun rrəhim

«Ey Rəbbim, o bütlər insanların çoxunu azdırmışlar (onların azmalarına səbəb olmuşlar). Odur ki, kim mənə tabe olsa, o məndəndir və kim mənə itaətsizlik etsə, həqiqətən, Sən çox bağışlayan və mehribansan».

37Ayə 37

رَّبَّنَآ إِنِّىٓ أَسْكَنتُ مِن ذُرِّيَّتِى بِوَادٍ غَيْرِ ذِى زَرْعٍ عِندَ بَيْتِكَ ٱلْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ ٱلصَّلَوٲةَ فَٱجْعَلْ أَفْــِٔدَةً مِّنَ ٱلنَّاسِ تَهْوِىٓ إِلَيْهِمْ وَٱرْزُقْهُم مِّنَ ٱلثَّمَرَٲتِ لَعَلَّهُمْ يَشْكُرُونَ٣٧

Rəbbəna inni əskəntu min zurriyyəti bivadin ğəyri zi zər'in ində bəytikəl muhərrəmi rəbbəna liyuqimus salatə fac'əl əf`idətən mminən nasi təhvi iləyhim varzuqhum-minəs səmərati lə'əlləhum yəşkurun

«Ey Rəbbimiz, həqiqətən, mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükr etsinlər».

38Ayə 38

رَبَّنَآ إِنَّكَ تَعْلَمُ مَا نُخْفِى وَمَا نُعْلِنُ‌ۗ وَمَا يَخْفَىٰ عَلَى ٱللَّهِ مِن شَىْءٍ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ٣٨

Rəbbəna innəkə tə'ləmu ma nuxfi və ma nu'lin, və ma yəxfa əla əllah min şəy`in fil ərzi və la fis səma`

«Ey Rəbbimiz, şübhəsiz, Sən bizim gizlətdiyimizi də, aşkar etdiyimizi də bilirsən. Yerdə və göydə heç bir şey Allahdan gizlin deyildir».

39Ayə 39

ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى وَهَبَ لِى عَلَى ٱلْكِبَرِ إِسْمَـٰعِيلَ وَإِسْحَـٰقَ‌ۚ إِنَّ رَبِّى لَسَمِيعُ ٱلدُّعَآءِ٣٩

Əl həmdu lilləhi əlləzi vəhəbə li əlal kibəri isma'ilə və`ishaq, innə rəbbi ləsəmi'ud du'a`

«Həmd və şükr olsun qocalıq çağımda mənə İsmaili və İshaqı əta edən Allaha! Həqiqətən, mənim Rəbbim duanı eşidən və qəbul edəndir».

40Ayə 40

رَبِّ ٱجْعَلْنِى مُقِيمَ ٱلصَّلَوٲةِ وَمِن ذُرِّيَّتِى‌ۚ رَبَّنَا وَتَقَبَّلْ دُعَآءِ٤٠

Rəbbi c'əlni muqiməs salati vəmin zurriyyətiy, rəbbəna vətəqəbbəl du'a`

«Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!»

41Ayə 41

رَبَّنَا ٱغْفِرْ لِى وَلِوَٲلِدَىَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ ٱلْحِسَابُ٤١

Rəbbəna ğfir li vəlivalidəyyə vəlilmu`mininə yəvmə yəqumul hisab

«Ey Rəbbimiz, hesab (tərəziləri) qurulan gün məni, ata-anamı və möminləri bağışla!»

42Ayə 42

وَلَا تَحْسَبَنَّ ٱللَّهَ غَـٰفِلاً عَمَّا يَعْمَلُ ٱلظَّـٰلِمُونَ‌ۚ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍ تَشْخَصُ فِيهِ ٱلْأَبْصَـٰرُ٤٢

Və la təhsəbənnə əllah ğafilən əmma yə'məluz zalimun, innəma yu`əxxiruhum liyəvmin təşxəsu fihil əbsar

Və Allahı zalımların etdiklərindən əsla xəbərsiz sanma! (Allah) onlara əslində yalnız gözlərin (Məhşərin dəhşətindən) bərələcəyi gün üçün möhlət verir.

43Ayə 43

مُهْطِعِينَ مُقْنِعِى رُءُوسِهِمْ لَا يَرْتَدُّ إِلَيْهِمْ طَرْفُهُمْ‌ۖ وَأَفْــِٔدَتُهُمْ هَوَآءٌ٤٣

Muhti'inə muqni'i ru`usihim la yərtəddu iləyhim tarfuhum, və`əf`idətuhum həva`

Boyunlarını uzadıb başlarını yuxarı qaldıran halda gözlərini belə qırpmazlar. Onların qəlbləri (dəhşətin çoxluğundan hər hansı bir fikir və diqqətdən) boşdur.

44Ayə 44

وَأَنذِرِ ٱلنَّاسَ يَوْمَ يَأْتِيهِمُ ٱلْعَذَابُ فَيَقُولُ ٱلَّذِينَ ظَلَمُواْ رَبَّنَآ أَخِّرْنَآ إِلَىٰٓ أَجَلٍ قَرِيبٍ نُّجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ ٱلرُّسُلَ‌ۗ أَوَلَمْ تَكُونُوٓاْ أَقْسَمْتُم مِّن قَبْلُ مَا لَكُم مِّن زَوَالٍ٤٤

Və`ənzirin nasə yəvmə yə`tihimul əzabu fəyəqulu əlləzinə zaləmu rəbbəna əxxirna ila əcəlin qəribin nnucib də'vətəkə vənəttəbi'i rrusul, Əvələm təkunu əqsəmtum-min qəblu ma ləkum-min zəval

Və insanları onlara əzabın gələcəyi, beləliklə, zülm edənlərin «ey Rəbbimiz, yaxın bir müddətədək bizi(m əzabımızı) təxirə sal ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərinə tabe olaq» deyəcəkləri günlə qorxut. (Onda onlara deyilər:) «Məgər bundan öncə sizin üçün heç bir yoxluq və zavalın olmayacağına and içən siz deyildiniz?!»

45Ayə 45

وَسَكَنتُمْ فِى مَسَـٰكِنِ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ ٱلْأَمْثَالَ٤٥

Vəsəkəntum fi məsakini əlləzinə zaləmu ənfusəhum vətəbəyyənə ləkum kəyfə fə'əlna bihim vəzarəbna ləkumul əmsal

«Və özlərinə zülm etmiş kəslərin mənzillərində məskunlaşdınız, sizə onlarla necə rəftar etdiyimiz (onları hansı əzablarla məhv etməyimiz) aydın oldu və sizin üçün məsəllər çəkdik (amma bütün bunların sizə heç bir təsiri olmadı)».

46Ayə 46

وَقَدْ مَكَرُواْ مَكْرَهُمْ وَعِندَ ٱللَّهِ مَكْرُهُمْ وَإِن كَانَ مَكْرُهُمْ لِتَزُولَ مِنْهُ ٱلْجِبَالُ٤٦

Vəqəd məkəru məkrəhum və'ində əllah məkruhum və`in kanə məkruhum litəzulə minhul cibal

Və şübhəsiz, onlar (bizim peyğəmbərlərimizə qarşı) öz hiylələrini işə saldılar, halbuki onların hiylələri – dağları yerdən qoparacaq qədər güclü olsa da – (onu əzəldən bilmək, dünyada onunla mübarizə aparmaq yolu və onun axirətdəki cəzası) Allahın yanındadır.

47Ayə 47

فَلَا تَحْسَبَنَّ ٱللَّهَ مُخْلِفَ وَعْدِهِۦ رُسُلَهُۥٓ‌ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ ذُو ٱنتِقَامٍ٤٧

Fəla təhsəbənnə əllah muxlifə və'dihi rusuləh, innə əllah əzizun zu ntiqam

Buna görə də Allahı Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxan sanma. Şübhəsiz, Allah yenilməz qüdrət və intiqam sahibidir.

48Ayə 48

يَوْمَ تُبَدَّلُ ٱلْأَرْضُ غَيْرَ ٱلْأَرْضِ وَٱلسَّمَـٰوَٲتُ‌ۖ وَبَرَزُواْ لِلَّهِ ٱلْوَٲحِدِ ٱلْقَهَّارِ٤٨

Yəvmə tubəddəlul ərzu ğəyrəl ərzi vəs səmavat, vəbərəzu lilləhil vahidil qəhhar

Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının (bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!

49Ayə 49

وَتَرَى ٱلْمُجْرِمِينَ يَوْمَئِذٍ مُّقَرَّنِينَ فِى ٱلْأَصْفَادِ٤٩

Vətəral mucriminə yəvmə`izin mmuqərrəninə fil əsfad

Həmin gün günahkarları (məzhəb, məslək, günah, rəhbər və davamçılarının yaxınlığı baxımından) zəncirlərdə bir-birlərinə bağlanmış görəcəksən.

50Ayə 50

سَرَابِيلُهُم مِّن قَطِرَانٍ وَتَغْشَىٰ وُجُوهَهُمُ ٱلنَّارُ٥٠

Sərabiluhum-min qətiranin vətəğşa vucuhəhumun nar

Onların köynək və libasları qətrandan (pis iyli və alışan tünd yağdan)dır və üzlərini od bürüyəcəkdir.

51Ayə 51

لِيَجْزِىَ ٱللَّهُ كُلَّ نَفْسٍ مَّا كَسَبَتْ‌ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ٥١

Liyəcziyə əllahu kullə nəfsin mma kəsəbət, innə əllah səri'ul hisab

Allahın hər bir kəsi (küfr və itaətsizlikdən) kəsb etdiyinin müqabilində, yaxud həmin əqidə və əməllərin gerçək təzahürü ilə cəzalandırması üçün. Həqiqətən, Allah tez hesab çəkəndir (bütün əməllərin hesabı və cəzanın miqdarının təyin olunması dərhaldır, yaxud cəzanın müddəti, hətta Bərzəx ya Qiyamət olsa belə, Allahın nəzərində çox tezdir).

52Ayə 52

هَـٰذَا بَلَـٰغٌ لِّلنَّاسِ وَلِيُنذَرُواْ بِهِۦ وَلِيَعْلَمُوٓاْ أَنَّمَا هُوَ إِلَـٰهٌ وَٲحِدٌ وَلِيَذَّكَّرَ أُوْلُواْ ٱلْأَلْبَـٰبِ٥٢

Haza bəlağun llilnnasi vəliyunzəru bihi vəliyə`ləmu ənnəma huvə ilahun vahidun vəliyəzzəkkərə ulul əlbab

Bu, insanlar üçün yetərli bir moizə və kifayət edən bir təbliğdir (ki, doğru yolu tapıb hidayət olunsunlar) və onunla qorxudulsunlar və bilsinlər ki, O, tək olan məbuddur və həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)