бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
كٓهيعٓصٓ١
Kaf, ha, ya, ʻayn, sad.
Kaf Ha Ya Ayn Sad. (Mən kifayət edən, hidayət edən, ixtiyar sahibi, alim və vədi doğru olanam. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında rəmzlərdir. Bu kitab həmin həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)
ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُۥ زَكَرِيَّآ٢
Zikru rəhməti rəbbikə əbdəhu zəkəriyya
(Bu surə) Sənin Rəbbinin bəndəsi Zəkəriyyaya (olan) mərhəmətinin xatırlanmasıdır.
إِذْ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيًّا٣
Iz nada rəbbəhu nida`ən xəfiyyə
O, gizli səslə Öz Rəbbini səsləyən zaman.
قَالَ رَبِّ إِنِّى وَهَنَ ٱلْعَظْمُ مِنِّى وَٱشْتَعَلَ ٱلرَّأْسُ شَيْبًا وَلَمْ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيًّا٤
Qalə rəbbi inni vəhənəl əzmu minni vaştə'ələ rrə`su şəybən vələm əkun bidu'a`ikə rəbbi şəqiyyə
Dedi: Ey Rəbbim, həqiqətən, (bədənimdəki) sümüklərim süstləşib və baş da (başımın tükü də) qocalıqdan (ağarıb) parıldayır. Ey Rəbbim, duamda heç vaxt Səndən (dilədiyimi almaqdan) məhrum olmamışam [və ya: Ey Rəbbim heç vaxt Sənin dəvət və əmrində itaətsiz olmamışam].
وَإِنِّى خِفْتُ ٱلْمَوَٲلِىَ مِن وَرَآءِى وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًا فَهَبْ لِى مِن لَّدُنكَ وَلِيًّا٥
Və`inni xiftul məvaliyə min vəra`i vəkanəti mrə`əti aqirən fəhəb li min llədunkə vəliyyə
Mən özümdən sonra əmim uşaqlarından (onların mənim üçün pis canişin olacaqlarından) qorxuram və zövcəm də əvvəldən qısır olub. Buna görə də mənə Öz dərgahından varis olacaq bir övlad əta et.
يَرِثُنِى وَيَرِثُ مِنْ ءَالِ يَعْقُوبَۖ وَٱجْعَلْهُ رَبِّ رَضِيًّا٦
Yərisuni vəyərisu min ali yə'qub, vac'əlhu rəbbi rəziyyə
(Övlad əta et) ki, mənim və Yəqub övladlarının varisi olsun. Və ey mənim Rəbbim, onu (mənəvi kamilliklər baxımından) bəyənilən et!
يَـٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَـٰمٍ ٱسْمُهُۥ يَحْيَىٰ لَمْ نَجْعَل لَّهُۥ مِن قَبْلُ سَمِيًّا٧
Ya zəkəriyya inna nubəşşirukə biğulamin smuhu yəhya ləm nəc'əl-ləhu min qəblu səmiyyə
(Ona xitab etdik ki:) Ey Zəkəriyya, Biz sənə adı Yəhya olan bir oğlanın müjdəsini veririk ki, bundan öncə (heç kəsi) ona adaş (və ya insani kamilliklər baxımından ona bənzər) etməmişik.
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَـٰمٌ وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ ٱلْكِبَرِ عِتِيًّا٨
Qalə rəbbi ənna yəkunu li ğulamun vəkanəti mrə`əti aqirən vəqəd bələğtu minəl kibəri itiyyə
(Zəkəriyya) dedi: Ey Rəbbim, zövcəm əvvəldən qısır olduğu və özüm də qocalıb əldən düşdüyüm halda mənim necə övladım ola bilər?
قَالَ كَذَٲلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَىَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْــًٔا٩
Qalə kəzalikə qalə rəbbukə huvə ələyyə həyyinun vəqəd xələqtukə min qəblu vələm təku şəy`ə
(Vəhy mələyi) dedi: «Elədir, (lakin) Rəbbin «bu iş Mənim üçün asandır və həqiqətən, səni bundan əvvəl (heç) bir şey olmadığın halda yaratdım» buyurmuşdur.
قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةًۚ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَـٰثَ لَيَالٍ سَوِيًّا١٠
Qalə rəbbi c'əl-li ayəh, qalə ayətukə əlla tukəllimən nasə səlasə ləyalin səviyyə
(Zəkəriyya) dedi: «Ey Rəbbim! (Bu müjdənin gerçəkləşəcəyi barəsində) mənə bir nişanə ver». Buyurdu: «Nişanən budur ki, sağlam olmağına baxmayaraq üç (gün üç) gecə (dalbadal) insanlarla danışa bilməyəcəksən». (Dilin Allahla danışmaq üçün açıq, insanlarla danışmaq üçün isə bağlı olacaqdır.)
فَخَرَجَ عَلَىٰ قَوْمِهِۦ مِنَ ٱلْمِحْرَابِ فَأَوْحَىٰٓ إِلَيْهِمْ أَن سَبِّحُواْ بُكْرَةً وَعَشِيًّا١١
Fəxərəcə əla qəvmihi minəl mihrabi fə`əvha iləyhim ən səbbihu bukrətən və'əşiyyə
Beləliklə o, mehrabdan qövmünün yanına çıxdı və onlara işarə etdi ki, səhər və axşam Allahı pak sifətlərlə mədh edin (və ya namaz qılın. Və onlar bu işarədən başa düşdülər ki, övlad vədinin həyata keçməsi yaxınlaşıb).
يَـٰيَحْيَىٰ خُذِ ٱلْكِتَـٰبَ بِقُوَّةٍۖ وَءَاتَيْنَـٰهُ ٱلْحُكْمَ صَبِيًّا١٢
Ya yəhya xuzil kitabə biquvvəh, vəatəynahul hukmə sabiyyə
(Beləliklə, ona Yəhyanı əta etdik və dedik:) Ey Yəhya, kitabı (Tövratı və ya bütün keçmiş səma kitablarını) qüvvətlə (və onların mənalarını başa düşmək qüdrəti ilə) tut! Və Biz ona uşaqlığında hikmət (və ilahi maarifin dərkini və peyğəmbərlik) əta etdik.
وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَوٲةًۖ وَكَانَ تَقِيًّا١٣
Vəhənanən min llədunna vəzəkah, vəkanə təqiyyə
(Ona həmçinin) Öz tərəfimizdən batini mərhəmət və mehribanlıq, ruhi inkişaf və paklıq əta etdik. Və o, pərhizkar (öz yaşı çərçivəsində bütün bihudə və puç işlərdən çəkinən) idi.
وَبَرَّۢا بِوَٲلِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّا١٤
Vəbərrən bivalidəyhi vələm yəkun cəbbarən əsiyyə
Həmçinin ata-anasına yaxşılıq edən idi və əsla təkəbbürlü, məğrur və itaətsiz deyildi.
وَسَلَـٰمٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا١٥
Vəsəlamun ələyhi yəvmə vulidə vəyəvmə yəmutu vəyəvmə yub'əsu həyyə
Salam və (hər bir qorxu və əzabdan) əmin-amanlıq olsun ona o gün ki, doğuldu, o gün ki, öləcək və o gün ki, diri(ldilərək) qaldırılacaq.
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ مَرْيَمَ إِذِ ٱنتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا١٦
Vazkur fil kitabi məryəmə izi ntəbəzət min əhliha məkanən şərqiyyə
(Ya Muhəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal.
فَٱتَّخَذَتْ مِن دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَآ إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا١٧
Fattəxəzət min dunihim hicabən fə`ərsəlna iləyha ruhəna fətəməssələ ləha bəşərən səviyyə
Beləliklə, onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü.
قَالَتْ إِنِّىٓ أَعُوذُ بِٱلرَّحْمَـٰنِ مِنكَ إِن كُنتَ تَقِيًّا١٨
Qalət inni ə'uzu bir rəhmani minkə in kuntə təqiyyə
Məryəm dedi: Əgər pərhizkarsansa, mən səndən Rəhman olan Allaha pənah aparıram.
قَالَ إِنَّمَآ أَنَا۟ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَـٰمًا زَكِيًّا١٩
Qalə innəma əna rəsulu rəbbiki li`əhəbə ləki ğulamən zəkiyyə
Dedi: Mən sənin Rəbbinin sənə (həmin halda) pak bir oğlan bağışlamaq üçün (göndərdiyi) yalnız elçisiyəm.
قَالَتْ أَنَّىٰ يَكُونُ لِى غُلَـٰمٌ وَلَمْ يَمْسَسْنِى بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا٢٠
Qalət ənna yəkunu li ğulamun vələm yəmsəsni bəşərun vələm əku bəğiyyə
Dedi: Mənə bir bəşərin toxunmadığı və heç vaxt pis əməl sahibi olmadığım halda mənim necə oğlum ola bilər?
قَالَ كَذَٲلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَىَّ هَيِّنٌۖ وَلِنَجْعَلَهُۥٓ ءَايَةً لِّلنَّاسِ وَرَحْمَةً مِّنَّاۚ وَكَانَ أَمْرًا مَّقْضِيًّا٢١
Qalə kəzaliki qalə rəbbuki huvə ələyyə həyyin, vəlinəc'ələhu ayətən llilnnasi vərəhmətən mminna, vəkanə əmrən mməqziyyə
Dedi: «Elədir, (lakin) sənin Rəbbin buyurmuşdur: Bu iş Mənim üçün asandır (və istəyirik ki, bəzi məsləhət olan işləri gerçəkləşdirək) və onu insanlar üçün (qüdrətimizdən) bir nişanə və Öz tərəfimizdən bir rəhmət etmək üçün (belə edək). Və (yaradılışda olan bu yenilik Lövhi-Məhfuzda) qəti hökmü verilmiş bir işdir.
فَحَمَلَتْهُ فَٱنتَبَذَتْ بِهِۦ مَكَانًا قَصِيًّا٢٢
Fəhəmələthu fantəbəzət bihi məkanən qəsiyyə
(Ruh mələyi Məryəmə üfürdü,) beləliklə o, (dərhal) İsaya hamilə oldu. Sonra o (Məryəm) öz (uşaq) yükü ilə uzaq bir məkana kənara çəkildi.
فَأَجَآءَهَا ٱلْمَخَاضُ إِلَىٰ جِذْعِ ٱلنَّخْلَةِ قَالَتْ يَـٰلَيْتَنِى مِتُّ قَبْلَ هَـٰذَا وَكُنتُ نَسْيًا مَّنسِيًّا٢٣
Fə`əca`əhal məxazu ila ciz'in nəxləti qalət ya ləytəni mittu qəblə haza vəkuntu nəsyən mmənsiyyə
Beləliklə, doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. O, (ağrının narahatlığı və rüsvayçılıq qorxusundan) dedi: Ey kaş bundan qabaq öləydim və tamamilə unudulaydım.
فَنَادَٮٰهَا مِن تَحْتِهَآ أَلَّا تَحْزَنِى قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا٢٤
Fənadaha min təhtiha əlla təhzəni qəd cə'ələ rəbbuki təhtəki səriyyə
Beləliklə, (birdən uşaq ayağının) altından onu çağırdı ki, qəm yemə, həqiqətən, Allah ayağının altında axar arx (və möhtərəm övlad) qoyub.
وَهُزِّىٓ إِلَيْكِ بِجِذْعِ ٱلنَّخْلَةِ تُسَـٰقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا٢٥
Vəhuzzi iləyki biciz'in nəxləti tusaqit ələyki rutabən cəniyyə
Və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün.
فَكُلِى وَٱشْرَبِى وَقَرِّى عَيْنًاۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلْبَشَرِ أَحَدًا فَقُولِىٓ إِنِّى نَذَرْتُ لِلرَّحْمَـٰنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ ٱلْيَوْمَ إِنسِيًّا٢٦
Fəkuli vaşrəbi vəqərri əynə, fə`imma tərəyinnə minəl bəşəri əhədən fəquli inni nəzərtu lilrrəhmani savmən fələn ukəlliməl yəvmə insiyyə
Beləliklə, (həmin meyvədən) ye və (həmin çeşmədən) iç və (yeni doğulmuş uşağa görə) gözün aydın olsun. Camaatdan kimisə görsən (işarə ilə ona) «həqiqətən, mən Rəhman olan Allah üçün (sükut) orucu(u) nəzir etmişəm, buna görə də bu gün bir insanla danşmayacağam» de.
فَأَتَتْ بِهِۦ قَوْمَهَا تَحْمِلُهُۥۖ قَالُواْ يَـٰمَرْيَمُ لَقَدْ جِئْتِ شَيْــًٔا فَرِيًّا٢٧
Fə`ətət bihi qəvməha təhmiluh, qalu ya məryəmu ləqəd ci`ti şəy`ən fəriyyə
(Məryəm) onu (uşağı) qucağında tayfasının yanına gətirdi. Onlar dedilər: Ey Məryəm, sən doğrudan da təəccüblü və xoşagəlməz bir iş görmüsən.
يَـٰٓأُخْتَ هَـٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا٢٨
Ya uxtə harunə ma kanə əbuki mrə`ə səv`in və ma kanət ummuki bəğiyyə
Ey Harunun bacısı, nə atan pis kişi olub, nə də anan pis əməl sahibi olub.
فَأَشَارَتْ إِلَيْهِۖ قَالُواْ كَيْفَ نُكَلِّمُ مَن كَانَ فِى ٱلْمَهْدِ صَبِيًّا٢٩
Fə`əşarət iləyh, qalu kəyfə nukəllimu mən kanə fil məhdi sabiyyə
(Məryəm) ona (uşağa) tərəf işarə etdi (ki, ondan soruşun). Dedilər: Beşikdə olan körpə uşaqla necə danışaq?!
قَالَ إِنِّى عَبْدُ ٱللَّهِ ءَاتَـٰنِىَ ٱلْكِتَـٰبَ وَجَعَلَنِى نَبِيًّا٣٠
Qalə inni əbdu əllah ataniyəl kitabə vəcə'ələni nəbiyyə
(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən, mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib.
وَجَعَلَنِى مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَـٰنِى بِٱلصَّلَوٲةِ وَٱلزَّكَوٲةِ مَا دُمْتُ حَيًّا٣١
Vəcə'ələni mubarəkən əynə ma kuntu və`əvsani bis salati vəz zəkati ma dumtu həyyə
Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb.
وَبَرَّۢا بِوَٲلِدَتِى وَلَمْ يَجْعَلْنِى جَبَّارًا شَقِيًّا٣٢
Vəbərrən bivalidəti vələm yəc'əlni cəbbarən şəqiyyə
Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib.
وَٱلسَّلَـٰمُ عَلَىَّ يَوْمَ وُلِدتُّ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا٣٣
Vəs səlamu ələyyə yəvmə vulittu vəyəvmə əmutu vəyəvmə ub'əsu həyyə
Salam olsun mənə o gün ki, doğuldum, o gün ki, öləcəyəm və o gün ki, diri(ldilərək) qaldırılacağam.
ذَٲلِكَ عِيسَى ٱبْنُ مَرْيَمَۚ قَوْلَ ٱلْحَقِّ ٱلَّذِى فِيهِ يَمْتَرُونَ٣٤
Zalikə isa bnu məryəm, qəvləl həqqi əlləzi fihi yəmtərun
(Dünyaya gəlməsi və sifətləri deyilən) bu (insan) İsa ibn Məryəm – (yəhudilərin sehrbaz, xaçpərəstlərin isə Allahın oğlu adlandırıb) barəsində tərəddüddəddə olduqları (həmin) o haqq kəlmədir.
مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٍۖ سُبْحَـٰنَهُۥٓۚ إِذَا قَضَىٰٓ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ٣٥
Ma kanə lilləhi ən yəttəxizə min vələd, subhanəh, iza qəza əmrən fə`innəma yəqulu ləhu kun fəyəkun
Allaha övlad götürmək yaraşmaz (bu, ağıl baxımından qeyri-mümkün, şəriət baxımından qəbul edilməzdir). O, (qadın və övlada möhtac olmaqdan) pakdır. (Çünki) bir işin olmasını qəti istəyəndə ona «ol!» deyən kimi olur.
وَإِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُۚ هَـٰذَا صِرَٲطٌ مُّسْتَقِيمٌ٣٦
Və`innə əllah rəbbi vərəbbukum fa'buduh, haza siratun mmustəqim
(İsa dedi:) Və şübhəsiz, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Doğru yol budur!
فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْۖ فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُواْ مِن مَّشْهَدِ يَوْمٍ عَظِيمٍ٣٧
Faxtələfəl əhzabu min bəynihim, fəvəylun llilləzinə kəfəru min mməşhədi yəvmin əzim
Beləliklə, onların arasından dəstələr (xaçpərəstər onun barəsində) ixtilafa düşdülər (bəziləri onun Allah olmasını, bəziləri isə Allahın oğlu olmasını iddia etdilər). Buna görə də vay (onun barəsində ifrata varmaqla) küfr etmiş kəslərin böyük gündəki halına!
أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَاۖ لَـٰكِنِ ٱلظَّـٰلِمُونَ ٱلْيَوْمَ فِى ضَلَـٰلٍ مُّبِينٍ٣٨
Əsmi' bihim və`əbsir yəvmə yə`tunəna, lakiniz zalimunəl yəvmə fi zalalin mmubin
Olar Bizim yanımıza gəldikləri gün necə də (yaxşı) eşidər və necə də (yaxşı) görərlər. Lakin zalımlar bu gün aşkar azğınlıqdadırlar və o gün də azğınlıqda olacaqlar (çünki icbari imanın onlara heç bir xeyiri olmayacaqdır).
وَأَنذِرْهُمْ يَوْمَ ٱلْحَسْرَةِ إِذْ قُضِىَ ٱلْأَمْرُ وَهُمْ فِى غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ٣٩
Və`ənzirhum yəvməl həsrəti iz quziyəl əmru vəhum fi ğəflətin vəhum la yu`minun
(Ya Peyğəmbər!) Onları (hamını əhatə edəcək) peşmançılıq günü ilə (pislərin günahlarının peşmançılığını, yaxşıların isə itaətlərinin azlığının peşmançılığını çəkəcəkləri bir günlə) qorxut.
إِنَّا نَحْنُ نَرِثُ ٱلْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ٤٠
Inna nəhnu nərisul ərza və mən ələyha və`iləyna yurcə'un
Şübhəsiz, yerin və onun üzərində olanların varisi Biz Özümüz olacağıq (onun əhlini məhv edəcək və Özümüz qalacağıq). Və Qiyamət günü hamı Bizə tərəf qaytarılacaqdır.
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ إِبْرَٲهِيمَۚ إِنَّهُۥ كَانَ صِدِّيقًا نَّبِيًّا٤١
Vazkur fil kitabi ibrahim, innəhu kanə siddiqən nnəbiyyə
Və bu kitabda İbrahimi xatırla ki, o, çox doğruçu və (Allahın) peyğəmbər(i) idi.
إِذْ قَالَ لِأَبِيهِ يَـٰٓأَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِى عَنكَ شَيْــًٔا٤٢
Iz qalə li`əbihi ya əbəti limə tə'budu ma la yəsmə'u və la yubsiru və la yuğni ənkə şəy`ə
O zaman(ı) ki, öz atasına (onun başçısı olan əmisi Azərə) dedi: Ey ata, nə üçün eşitməyən, görməyən və səndən heç bir bəlanı dəf etməyən bir şeyə (bütlərə) ibadət edirsən?!
يَـٰٓأَبَتِ إِنِّى قَدْ جَآءَنِى مِنَ ٱلْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَٱتَّبِعْنِىٓ أَهْدِكَ صِرَٲطًا سَوِيًّا٤٣
Ya əbəti inni qəd ca`əni minəl ilmi ma ləm yə`tikə fattəbi'ni əhdikə siratən səviyyə
Ey mənim atam, şübhəsiz, mənə (Haqq tərəfindən) sənə gəlməmiş bir elm gəlib. Buna görə də mənə tabe ol, səni doğru yola yönəldim.
يَـٰٓأَبَتِ لَا تَعْبُدِ ٱلشَّيْطَـٰنَۖ إِنَّ ٱلشَّيْطَـٰنَ كَانَ لِلرَّحْمَـٰنِ عَصِيًّا٤٤
Ya əbəti la tə'budiş şəytan, innəş şəytanə kanə lilrrəhmani əsiyyə
Ey mənim atam, Şeytana (tabe olmaqla ona) ibadət etmə. Çünki Şeytan Rəhman olan Allaha qarşı həmişə itaətsizdir.
يَـٰٓأَبَتِ إِنِّىٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٌ مِّنَ ٱلرَّحْمَـٰنِ فَتَكُونَ لِلشَّيْطَـٰنِ وَلِيًّا٤٥
Ya əbəti inni əxafu ən yəməssəkə əzabun mminə rrəhmani fətəkunə lilşşəytani vəliyyə
Ey mənim atam, həqiqətən, mən Allah tərəfindən sənə bir əzab gəlməsindən və nəticədə sənin Şeytanın dost və yardımçısı olmağından (dünyada lənətə düçar olmağından, axirətdə isə Şeytanın oduna şərik olmağından) qorxuram.
قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ ءَالِهَتِى يَـٰٓإِبْرَٲهِيمُۖ لَئِن لَّمْ تَنتَهِ لَأَرْجُمَنَّكَۖ وَٱهْجُرْنِى مَلِيًّا٤٦
Qalə ərağibun əntə ən alihəti ya ibrahim, lə`in lləm təntəhi lə`ərcumənnək, vahcurni məliyyə
Dedi: Ey İbrahim, sən mənim məbudlarımdan üz çevirirsən?! Əgər (bu sözlərdən) çəkinməsən, səni mütləq daşqalaq edəcəyəm. Və (indi) məndən uzun müddət uzaq ol!
قَالَ سَلَـٰمٌ عَلَيْكَۖ سَأَسْتَغْفِرُ لَكَ رَبِّىٓۖ إِنَّهُۥ كَانَ بِى حَفِيًّا٤٧
Qalə səlamun ələyk, sə`əstəğfiru ləkə rəbbiy, innəhu kanə bi həfiyyə
(İbrahim onun bu hədə-qorxusuna yumşaq cavab verərək) dedi: Salam olsun sənə. Mən tezliklə öz Rəbbimdən sənin bağışlanmağını istəyəcəyəm. Çünki O, mənə qarşı həmişə mehriban və çox xeyirxahdır.
وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدْعُواْ رَبِّى عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّى شَقِيًّا٤٨
Və`ə'təzilukum və ma təd'unə min duni-llahi və`əd'u rəbbi əsa əlla əkunə bidu'a`i rəbbi şəqiyyə
Və mən sizdən və Allahın yerinə çağırdıqlarınızdan uzaqlaşır və Rəbbimi çağırmaqda məhrum olmayacağım (və ya siz bütləri çağırmaqla bədbəxt olduğunuz kimi bədbəxtliyə düçar olmayacağım) ümidi ilə öz Rəbbimi çağırıram.
فَلَمَّا ٱعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبْنَا لَهُۥٓ إِسْحَـٰقَ وَيَعْقُوبَۖ وَكُلاًّ جَعَلْنَا نَبِيًّا٤٩
Fələmma təzələhum və ma yə'budunə min duni-llahi vəhəbna ləhu ishaqə vəyə'qub, vəkullən cə'əlna nəbiyyə
Elə ki, (İbrahim) onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşdı (və Şama tərəf getdi) ona (Bəni-İsrail peyğəmbərlərinin əcdadı olacaq oğlu) İshaqı və (nəvəsi) Yəqubu əta etdik və onların hər birini peyğəmbər etdik.
وَوَهَبْنَا لَهُم مِّن رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا٥٠
Vəvəhəbna ləhum-min rrəhmətina vəcə'əlna ləhum lisanə sidqin əliyyə
Onların hamısına Öz rəhmətimizdən (səma kitabı, övlad və var-dövlət kimi digər nemətlərdən də) əta etdik və (bütün şəriətlərin davamçıları arasında) onlar üçün həqiqi və uca yaxşı ad qoyduq.
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ مُوسَىٰٓۚ إِنَّهُۥ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولاً نَّبِيًّا٥١
Vazkur fil kitabi musa, innəhu kanə muxləsən vəkanə rəsulən nnəbiyyə
Və bu kitabda Musanı (da) xatırla ki, o, (xüsusi ilahi tərbiyə vasitəsi ilə) saflaşmış, Allahın seçilmişi, (Haqqın) elçi(si) və (xalq üçün) xəbər gətirən idi.
وَنَـٰدَيْنَـٰهُ مِن جَانِبِ ٱلطُّورِ ٱلْأَيْمَنِ وَقَرَّبْنَـٰهُ نَجِيًّا٥٢
Vənadəynahu min canibit turil əyməni vəqərrəbnahu nəciyyə
Onu Turun (Tur dağının) sağ tərəfindən səslədik və Özümüzə yaxın(lardan) etdik. O, Bizimlə münacat etdi, Biz də onunla münacat etdik.
وَوَهَبْنَا لَهُۥ مِن رَّحْمَتِنَآ أَخَاهُ هَـٰرُونَ نَبِيًّا٥٣
Vəvəhəbna ləhu min rrəhmətina əxahu harunə nəbiyyə
Və Öz rəhmətimizdən qardaşı Harunu peyğəmbər olaraq əta etdik.
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ إِسْمَـٰعِيلَۚ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلْوَعْدِ وَكَانَ رَسُولاً نَّبِيًّا٥٤
Vazkur fil kitabi isma'il, innəhu kanə sadiqəl və'di vəkanə rəsulən nnəbiyyə
Və bu kitabda İsmaili xatırla. O, vədlərində doğruçu və (Allahın) elçi(si və xalqa) xəbər gətirən idi.
وَكَانَ يَأْمُرُ أَهْلَهُۥ بِٱلصَّلَوٲةِ وَٱلزَّكَوٲةِ وَكَانَ عِندَ رَبِّهِۦ مَرْضِيًّا٥٥
Vəkanə yə`muru əhləhu bis salati vəz zəkati vəkanə ində rəbbihi mərziyyə
O, öz ailəsinə həmişə namaz (qılmağı) və zəkatı (zəkat verməyi) buyurardı və Rəbbinin yanında bəyənilən idi.
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ إِدْرِيسَۚ إِنَّهُۥ كَانَ صِدِّيقًا نَّبِيًّا٥٦
Vazkur fil kitabi idris, innəhu kanə siddiqən nnəbiyyə
Və bu kitabda (Nuhun ikinci babası) İdrisi xatırla ki, o, çox doğruçu və peyğəmbər idi.
وَرَفَعْنَـٰهُ مَكَانًا عَلِيًّا٥٧
Vərəfə'nahu məkanən əliyyə
Biz onu yüksək məqam və dərəcəyə ucaltdıq (və onu göyə qaldırdıq).
أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّــۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبْرَٲهِيمَ وَإِسْرَٲٓءِيلَ وَمِمَّنْ هَدَيْنَا وَٱجْتَبَيْنَآۚ إِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُ ٱلرَّحْمَـٰنِ خَرُّواْ سُجَّدًا وَبُكِيًّا٥٨
Ula`ikə əlləzinə ən'əmə əllahu ələyhim-minən nəbiyyinə min zurriyyəti adəmə vəmimmən həməlna mə'ə nuhin vəmin zurriyyəti ibrahimə və`isra`ilə vəmimmən hədəyna vactəbəyna, iza tutla ələyhim ayatu rrəhmani xərru succədən vəbukiyyə
Bunlar (bu on peyğəmbər və Məryəm) Allahın peyğəmbərlərdən – Adəmin övladlarından, (İdrisdən başqa hamısı Nuhun) Nuh ilə birlikdə gəmiyə mindirdiyimiz (övladlarının nəslindən olan) kəslər(in nəslin)dən, (Bəni-İsrail peyğəmbərləri və Məryəm kimi) İbrahim və İsrailin övladlarından, hidayət etdiyimiz və seçdiyimiz şəxslərdən olan (peyğəmbərlərdən) nemət (peyğəmbərlik, din və səma kitabı) əta etdiyi kəslərdir. Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər.
فَخَلَفَ مِنۢ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُواْ ٱلصَّلَوٲةَ وَٱتَّبَعُواْ ٱلشَّهَوَٲتِۖ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا٥٩
Fəxələfə min bə'dihim xəlfun əza'us salatə vattəbə'uş şəhəvat, fəsəvfə yəlqəvnə ğəyyə
Sonra onların arxasınca namazı zay edən və (nəfsi) istəklərə tabe olan canişinlər gəldilər. Buna görə də onlar tezliklə öz azğınlıqlarını(n əvəz və cəzasını) görəcəklər.
إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَـٰلِحًا فَأُوْلَـٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْــًٔا٦٠
Illa mən tabə vəamənə və'əmilə salihən fə`ula`ikə yədxulunəl cənnətə və la yuzləmunə şəy`ə
Tövbə edən, iman gətirən və yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar Cənnətə daxil olacaq və heç bir zülm görməyəcəklər (və onların haqlarından heç nə kəsilməyəcəkdir).
جَنَّـٰتِ عَدْنٍ ٱلَّتِى وَعَدَ ٱلرَّحْمَـٰنُ عِبَادَهُۥ بِٱلْغَيْبِۚ إِنَّهُۥ كَانَ وَعْدُهُۥ مَأْتِيًّا٦١
Cənnati ədnin əlləti və'ədə rrəhmanu ibadəhu bilğəyb, innəhu kanə və'duhu mə`tiyyə
Rəhman olan Allahın, bəndələrinə görmədən (və ixtiyarlarından xaric halda) vəd etdiyi əbədi (Cənnət) bağlar(ına). Şübhəsiz, Onun vədi yerinə yetəndir.
لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَـٰمًاۖ وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةً وَعَشِيًّا٦٢
La yəsmə'unə fiha ləğvən illa səlamə, vələhum rizquhum fiha bukrətən və'əşiyyə
Onlar orada (mələklərdən və bir-birlərindən) salamdan başqa əsla boş və puç bir söz eşitməzlər və orada ruziləri onlar üçün səhər-axşam (hazır)dır.
تِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِى نُورِثُ مِنْ عِبَادِنَا مَن كَانَ تَقِيًّا٦٣
Tilkəl cənnətu əlləti nurisu min ibadina mən kanə təqiyyə
Bu, Öz bəndələrimizdən təqvalı olan hər bir kəsi varis edəcəyimiz həmin Cənnətdir.
وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَۖ لَهُۥ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَٲلِكَۚ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا٦٤
Və ma nətənəzzəlu illa bi`əmri rəbbik, ləhu ma bəynə əydina və ma xəlfəna və ma bəynə zalik, və ma kanə rəbbukə nəsiyyə
(Vəhy mələyi bir müddət yubandı. Peyğəmbər bunun səbəbini soruşdu. Mələk dedi:) Biz (peyğəmbərlərə tədrici vəhyi gətirmək üçün) yalnız Rəbbinin əmri ilə nazil oluruq. Bizim gələcək və keçmiş işlərimiz və o ikisinin arasında olan hal-hazır (həmçinin bizim, qarşımızdakı və arxamızdakı, eləcə də bunların ikisinin arasındakı zaman və məkanlar, bunların hamısı) Allaha məxsusdur. (Allah üçün keçmiş, gələcək və indiki zaman birdir və vəhyin gecikməsi məsləhətdir.) Sənin Rəbbin əsla unutqan deyil.
رَّبُّ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا فَٱعْبُدْهُ وَٱصْطَبِرْ لِعِبَـٰدَتِهِۦۚ هَلْ تَعْلَمُ لَهُۥ سَمِيًّا٦٥
Rəbbus səmavati vəl ərzi və ma bəynəhuma fa'budhu vastabir li'ibadətih, həl tə'ləmu ləhu səmiyyə
O, göylərin, yerin və o ikisinin arasında olanların Rəbbi (sahibi və idarə edəni)dir. Buna görə də Ona ibadət et və Ona ibadətində dözümlü ol! Heç adda Ona tay olan («göylərin və yerin Rəbbi, Allah, vacibəl-vücud» olan başqa birisini) tanıyırsan?
وَيَقُولُ ٱلْإِنسَـٰنُ أَءِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا٦٦
Vəyəqulul insanu ə`iza ma mittu ləsəvfə uxrəcu həyyə
(Məadı inkar edən) insan həmişə «mən öləndə(n sonra) doğrudanmı tezliklə (torpağın altından) diri(ldilərək) çıxarılacağam?!» deyir.
أَوَلَا يَذْكُرُ ٱلْإِنسَـٰنُ أَنَّا خَلَقْنَـٰهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْــًٔا٦٧
Əvə la yəzkurul insanu ənna xələqnahu min qəblu vələm yəku şəy`ə
Məgər (bu) insan onu bundan qabaq həqiqətən, (heç) bir şey olmadığı halda yaratmağımızı xatırlamır?
فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَٱلشَّيَـٰطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا٦٨
Fəvərəbbikə lənəhşurənnəhum vəş şəyatinə summə lənuhzirənnəhum həvlə cəhənnəmə cisiyyə
Buna görə də and olsun Rəbbinə ki, şübhəsiz, onları şeytanları ilə (birlikdə Məhşər səhnəsinə) toplayacaq, sonra isə (əzabın çoxluğundan) diz çökdükləri halda dəstə-dəstə Cəhənnəmin dövrəsinə gətirəcəyik.
ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى ٱلرَّحْمَـٰنِ عِتِيًّا٦٩
Summə lənənzi'ənnə min kulli şi'ətin əyyuhum əşəddu əla rrəhmani itiyyə
Sonra hər bir millət və dəstənin arasından Rəhman olan Allaha qarşı itaətsizlik və üsyankarlıqları daha çox olanları (zalım başçı, pis alim və nemət içində yaşayan itaətsizləri) çəkib çıxaracağıq.
ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِٱلَّذِينَ هُمْ أَوْلَىٰ بِهَا صِلِيًّا٧٠
Summə lənəhnu ə'ləmu billəzinə hum əvla biha siliyyə
Sonra Cəhənnəm əzabını dadmağa və onda yanmağa daha layiq olanların halını (onların Cəhənnəmə düşmələrinin səbəbini və yanmalarının necəliyini) Biz daha yaxşı bilirik.
وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَاۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًا مَّقْضِيًّا٧١
Və`in mminkum illa variduha, kanə əla rəbbikə hətmən mməqziyyə
Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür.
ثُمَّ نُنَجِّى ٱلَّذِينَ ٱتَّقَواْ وَّنَذَرُ ٱلظَّـٰلِمِينَ فِيهَا جِثِيًّا٧٢
Summə nunəcci əlləzinə ttəqəv-vənəzəruz zaliminə fiha cisiyyə
Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُوٓاْ أَىُّ ٱلْفَرِيقَيْنِ خَيْرٌ مَّقَامًا وَأَحْسَنُ نَدِيًّا٧٣
Və`iza tutla ələyhim ayatuna bəyyinatin qalə əlləzinə kəfəru lilləzinə amənu əyyul fəriqəyni xəyrun mməqamən və`əhsənu nədiyyə
Bizim aşkar (tovhid) nişanələrimiz və (kitabımızdakı) aydın ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslər (lovğalanaraq) iman gətirmiş kəslərə «(biz) iki dəstədən hansı biri(miz) məqam, mənsəb, yer və məkan baxımından daha yaxşı, məclisin fəzilət, kəramət və təntənəsi baxımından daha gözəldir?!» deyərlər.
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَحْسَنُ أَثَـٰثًا وَرِءْيًا٧٤
Vəkəm əhləkna qəbləhum-min qərnin hum əhsənu əsasən vəri`yə
Biz onlardan qabaqkı dövrlərin var-dövlət və (yaşayış) ləvazımat(ı), təmtəraq və mənzərələrin gözəlliyi baxımından bunlardan daha yaxşı olan neçə-neçə nəsillərini məhv etdik.
قُلْ مَن كَانَ فِى ٱلضَّلَـٰلَةِ فَلْيَمْدُدْ لَهُ ٱلرَّحْمَـٰنُ مَدًّاۚ حَتَّىٰٓ إِذَا رَأَوْاْ مَا يُوعَدُونَ إِمَّا ٱلْعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَّكَانًا وَأَضْعَفُ جُندًا٧٥
Qul mən kanə fiz zalaləti fəlyəmdud ləhu rrəhmanu məddə, hətta iza rə`əv ma yu'ədunə immal əzabə və`immas sa'ətə fəsəyə`ləmunə mən huvə şərrun mməkanən və`əz'əfu cundə
De: Azğınlıq içində olan şəxsə (öz azğınlıq və bədbəxtliyini kamilləşdirmək üçün) müəyyən bir müddətədək, kömək etmək və möhlət vermək Rəhman olan Allahın öhdəsinədir. Nəhayət, vəd olunduqları şeyi – ya (dünyadakı qəfil) əzabı və ya Qiyamətin gəlməsini görəndə kimin yerinin daha pis və qoşununun daha zəif olduğunu başa düşəcəklər.
وَيَزِيدُ ٱللَّهُ ٱلَّذِينَ ٱهْتَدَوْاْ هُدًىۗ وَٱلْبَـٰقِيَـٰتُ ٱلصَّـٰلِحَـٰتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَّرَدًّا٧٦
Vəyəzidu əllahu əlləzinə htədəv hudən, vəl baqiyatus salihatu xəyrun ində rəbbikə səvabən vəxəyrun mmərəddə
Allah doğru yola yönəldilmiş kəslərin hidayətini artırır və əbədi yaxşılıqlar (haqq əqidələr, mənəvi fəzilətlər və saleh əməllər) Rəbbinin yanında (axirət) mükafat(ı) və nəticə baxımından daha yaxşıdır.
أَفَرَءَيْتَ ٱلَّذِى كَفَرَ بِـَٔـايَـٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالاً وَوَلَدًا٧٧
Əfərə`əytə əlləzi kəfərə biayatina vəqalə lə`utəyənnə malən vəvələdə
Bizim (tovhid) nişanələrimizə və (kitabdakı) ayələrimizə kafir olub «(şirki seçməklə dünyada çoxlu sərvət və övlad əldə edirəm, əgər axirət olmuş olsa orda da) mənə mal və övlad veriləcəkdir» deyən kəsi gördünmü?!
أَطَّلَعَ ٱلْغَيْبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَـٰنِ عَهْدًا٧٨
Əttalə'ə əl ğəybə əmi ttəxəzə ində rrəhmani əhdə
Məgər o qeybdən (dünyanın gələcəyindən və ya axirətin gizli saxlanılan işlərindən) xəbər tutub, yoxsa Allahdan bir əhd-peyman alıb (və buna görə qəlbi rahatdır)?!
كَلَّاۚ سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلْعَذَابِ مَدًّا٧٩
Kəlla, sənəktubu ma yəqulu vənəmuddu ləhu minəl əzabi məddə
Belə deyil! Tezliklə onun dediklərini yazacağıq (yaxud yazdıqlarımızı ona təqdim edəcəyik və ya onları onun barəsində həyata keçirəcəyik) və onun üçün (axirət) əzabı(nı) sonsuz şəkildə uzadacağıq.
وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا٨٠
Vənərisuhu ma yəqulu vəyə`tina fərdə
Və dediklərinə (dediyi şirk sözlərə və ya barəsində danışdığı sərvət və övlada) varis olacağıq və (Qiyamət günü) o, Bizim yanımıza tək gələcəkdir.
وَٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ ءَالِهَةً لِّيَكُونُواْ لَهُمْ عِزًّا٨١
Vattəxəzu min duni-llahi alihətən lliyəkunu ləhum izzə
Və onlar üçün qüdrət və zəfər vasitəsi olsunlar deyə Allahın yerinə məbudlar götürdülər.
كَلَّاۚ سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا٨٢
Kəlla, səyəkfurunə bi'ibadətihim vəyəkununə ələyhim ziddə
Belə deyil! Tezliklə həmin tanrılar onların ibadətlərini inkar edəcək və onlara zidd və düşmən olacaqlar. Müşriklər də bütlərə ibadəti inkar edərək onlarla düşmən olacaqlar.
أَلَمْ تَرَ أَنَّآ أَرْسَلْنَا ٱلشَّيَـٰطِينَ عَلَى ٱلْكَـٰفِرِينَ تَؤُزُّهُمْ أَزًّا٨٣
Ələm tərə ənna ərsəlnaş şəyatinə əlal kafirinə tə`uzzuhum əzzə
Məgər (qəlb gözü ilə) şeytanları (öz qıcıqlandırıcı səsləri ilə) kafirləri (heyvan sürüsü kimi) yerlərindən şiddətlə (günah və fəsada) təhrik etmələri üçün onların üstünə göndərməyimizi görmədin?!
فَلَا تَعْجَلْ عَلَيْهِمْۖ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا٨٤
Fəla tə'cəl ələyhim, innəma nə'uddu ləhum əddə
Buna görə də onlara münasibətdə (onların məğlub və məhv olmalarına) tələsmə. Həqiqətən, Biz onların barəsində diqqətlə anları (əzablarının vaxtının çatması üçün əməl, gün və nəfəslərini) sayırıq.
يَوْمَ نَحْشُرُ ٱلْمُتَّقِينَ إِلَى ٱلرَّحْمَـٰنِ وَفْدًا٨٥
Yəvmə nəhşurul muttəqinə ila rrəhmani vəfdə
(Yada sal) o gün(ü) ki, təqvalıları (Məhşər səhnəsindən nur dəvələrə minmiş) süvarilər şəklində Rəhman olan Allaha tərəf toplayarıq.
وَنَسُوقُ ٱلْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًا٨٦
Vənəsuqul mucriminə ila cəhənnəmə virdə
Və günahkarları (heyvanlar kimi) susuz (vəziyyətdə), Cəhənnəmə tərəf sürərik.
لَّا يَمْلِكُونَ ٱلشَّفَـٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَـٰنِ عَهْدًا٨٧
La yəmlikunəş şəfa'ətə illa məni ttəxəzə ində rrəhmani əhdə
(Həmin gün) Rəhman olan Allahın yanından (peyğəmbərlər, övliyalar və mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. [Həmçinin (əqidəsinin əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz.]
وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحْمَـٰنُ وَلَدًا٨٨
Vəqalu ttəxəzə rrəhmanu vələdə
(Xaçpərəst və bütpərəstlərin bəziləri) dedilər: Rəhman olan Allah (atanın zatının cövhərindən ayrılmış və Onun bütün sifətləri ilə vəsf edilən vacibəl-vücud) övlad götürmüşdür.
لَّقَدْ جِئْتُمْ شَيْــًٔا إِدًّا٨٩
Ləqəd ci`tum şəy`ən iddə
Doğrudan da, çox çirkin və yaramaz bir iş gördünüz.
تَكَادُ ٱلسَّمَـٰوَٲتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ ٱلْأَرْضُ وَتَخِرُّ ٱلْجِبَالُ هَدًّا٩٠
Təkadus səmavatu yətəfəttarnə minhu vətənşəqqul ərzu vətəxirrul cibalu həddə
Az qalır ondan (onun şiddətindən) göylər parçalansın, yer yarılsın və dağlar (yerindən qopub) tökülsün
أَن دَعَوْاْ لِلرَّحْمَـٰنِ وَلَدًا٩١
Ən də'əv lilrrəhmani vələdə
onların Rəhman olan Allaha övlad qail olmalarından.
وَمَا يَنۢبَغِى لِلرَّحْمَـٰنِ أَن يَتَّخِذَ وَلَدًا٩٢
Və ma yəmbəği lilrrəhmani ən yəttəxizə vələdə
Rəhman olan Allaha (nə ağıl, nə də şəriət baxımından) övlad götürmək yaraşmaz.
إِن كُلُّ مَن فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ إِلَّآ ءَاتِى ٱلرَّحْمَـٰنِ عَبْدًا٩٣
In kullu mən fis səmavati vəl ərzi illa ati rrəhmani əbdə
Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti) olaraq baş əyərlər.
لَّقَدْ أَحْصَـٰهُمْ وَعَدَّهُمْ عَدًّا٩٤
Ləqəd əhsahum və'əddəhum əddə
Şübhəsiz, Allah onların hamısını son ədədinə kimi xüsusi bir tərzdə (ömürlərini, miqdarlarını, təkamüllərini, ehtiyaclarını və həyat dövrlərini müəyyən etməklə) saymışdır.
وَكُلُّهُمْ ءَاتِيهِ يَوْمَ ٱلْقِيَـٰمَةِ فَرْدًا٩٥
Vəkulluhum atihi yəvməl qiyaməti fərdə
Qiyamət günü onların hamısı Onun yanına tək (dünyaya gələndə olduğu kimi, bir şəxsin və ya malın ixtiyarı əllərində olmadan) gələcəklər.
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ سَيَجْعَلُ لَهُمُ ٱلرَّحْمَـٰنُ وُدًّا٩٦
Innə əlləzinə amənu və'əmilus salihati səyəc'əlu ləhumu rrəhmanu vuddə
Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır.
فَإِنَّمَا يَسَّرْنَـٰهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ ٱلْمُتَّقِينَ وَتُنذِرَ بِهِۦ قَوْمًا لُّدًّا٩٧
Fə`innəma yəssərnahu bilisanikə litubəşşirə bihil muttəqinə vətunzirə bihi qəvmən lluddə
Bunu (Quranı, yuxarı aləmdə ərəbcə tənzimləməklə) sənin dilində yalnız ona görə asanlaşdırdıq ki, onun vasitəsi ilə təqvalılara müjdə verəsən və inadkar düşmənləri qorxudasan.
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُم مِّنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزَۢا٩٨
Vəkəm əhləkna qəbləhum-min qərnin həl tuhissu minhum-min əhədin əv təsmə'u ləhum rikzə
Onlardan qabaq nə çox dövrlərin insanlarını həlak etdik. Heç onlardan hansısa birini hiss edir və ya onlardan bir səs eşidirsən?