бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِىٓ أَنزَلَ عَلَىٰ عَبْدِهِ ٱلْكِتَـٰبَ وَلَمْ يَجْعَل لَّهُۥ عِوَجَاۜ١
Əl həmdu lilləhi əlləzi ənzələ əla əbdihil kitabə vələm yəc'əl-ləhu ivəcə
Həmd bu kitabı Öz bəndəsinə nazil etmiş və on(un kəlmə və mənasın)da heç bir xəta və əyrilik qoymayan Allaha məxsusdur.
قَيِّمًا لِّيُنذِرَ بَأْسًا شَدِيدًا مِّن لَّدُنْهُ وَيُبَشِّرَ ٱلْمُؤْمِنِينَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلصَّـٰلِحَـٰتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًا٢
Qəyyimən lliyunzirə bə`sən şədidən min llədunhu vəyubəşşirəl mu`mininə əlləzinə yə'məlunəs salihati ənnə ləhum əcrən həsənə
(Allah düzgün imana və ya saleh əmələ sahib olmayan kəsləri) Öz tərəfindən şiddətli əzabla qorxutmaq və yaxşı işlər görən möminləri onlar üçün mütləq gözəl bir mükafatın olacağı ilə müjdələmək üçün düzgün, gözətçi və (keçmiş səma kitablarına və gələcək bəşər cəmiyyətinin xeyirinə) nəzarətçi olaraq (nazil etmişdir).
مَّـٰكِثِينَ فِيهِ أَبَدًا٣
Makisinə fihi əbədə
Orada (onlar gözəl mükafat kimi verilmiş Cənnətdə) həmişəlik qalacaqlar.
وَيُنذِرَ ٱلَّذِينَ قَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًا٤
Vəyunzirə əlləzinə qalu ttəxəzə əllahu vələdə
Və «Allah övlad götürmüşdür» deyən kəsləri (müşrikləri, yəhudiləri və xristianları) qorxutmaq üçün!
مَّا لَهُم بِهِۦ مِنْ عِلْمٍ وَلَا لِأَبَآئِهِمْۚ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَٲهِهِمْۚ إِن يَقُولُونَ إِلَّا كَذِبًا٥
Ma ləhum bihi min ilmin və la liaba`ihim, kəburət kəlimətən təxrucu min əfvahihim, in yəqulunə illa kəzibə
Nə onların və nə də atalarının bu (iddia) barə(sin)də bir biliyi yoxdur. (Şirk, cism olmaq, müxtəlif ünsürlərdən təşkil olunmaq, evlənmək və köməyə möhtaclıq kimi şeyləri Allaha nisbət vermək) onların ağızlarından çıxan çox böyük bir sözdür. Onlar yalnız yalan söyləyirlər.
فَلَعَلَّكَ بَـٰخِعٌ نَّفْسَكَ عَلَىٰٓ ءَاثَـٰرِهِمْ إِن لَّمْ يُؤْمِنُواْ بِهَـٰذَا ٱلْحَدِيثِ أَسَفًا٦
Fələ'əlləkə baxi'un nnəfsəkə əla asarihim in lləm yu`minu bihazal hədisi əsəfə
Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?!
إِنَّا جَعَلْنَا مَا عَلَى ٱلْأَرْضِ زِينَةً لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلاً٧
Inna cə'əlna ma əlal ərzi zinətən lləha linəbluvəhum əyyuhum əhsənu əmələ
Əlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün yer üzündə olanları onun zinət və bəzəyi etdik.
وَإِنَّا لَجَـٰعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًا٨
Və`inna ləca'ilunə ma ələyha sa'idən curuzə
Şübhəsiz, Biz (bir gün) onun üzərində olanları (məhv edəcək və yeri) otsuz-susuz bir çölə çevirəcəyik.
أَمْ حَسِبْتَ أَنَّ أَصْحَـٰبَ ٱلْكَهْفِ وَٱلرَّقِيمِ كَانُواْ مِنْ ءَايَـٰتِنَا عَجَبًا٩
Əm həsibtə ənnə əshabəl kəhfi vər rəqimi kanu min ayatina əcəbə
Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq və məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə ondan da çox heyrət doğurandır.)
إِذْ أَوَى ٱلْفِتْيَةُ إِلَى ٱلْكَهْفِ فَقَالُواْ رَبَّنَآ ءَاتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا١٠
Iz əval fityətu ilal kəhfi fəqalu rəbbəna atina min llədunkə rəhmətən vəhəyyi` ləna min əmrina rəşədə
(Yada sal) o zaman(ı) ki, həmin cavanlar o böyük mağaraya sığınaraq dedilər: «Ey Rəbbimiz, Öz tərəfindən bizə bir rəhmət bəxş et və işimizdə bizim üçün bir hidayət və nicat hazırlığı gör».
فَضَرَبْنَا عَلَىٰٓ ءَاذَانِهِمْ فِى ٱلْكَهْفِ سِنِينَ عَدَدًا١١
Fəzarəbna əla azanihim fil kəhfi sininə ədədə
Beləliklə, Biz onlara o mağarada bir neçə il ağır bir yuxu hakim etdik.
ثُمَّ بَعَثْنَـٰهُمْ لِنَعْلَمَ أَىُّ ٱلْحِزْبَيْنِ أَحْصَىٰ لِمَا لَبِثُوٓاْ أَمَدًا١٢
Summə bə'əsnahum linə'ləmə əyyul hizbəyni əhsa lima ləbisu əmədə
Sonra o iki (müxtəlif) dəstədən hansının (mağarada) qaldıqları müddəti daha düzgün hesablamalarını bilmək (və Bizim əzəli elmimizin gerçəkləşməsi) üçün onları (yuxudan) oyatdıq.
نَّحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُم بِٱلْحَقِّۚ إِنَّهُمْ فِتْيَةٌ ءَامَنُواْ بِرَبِّهِمْ وَزِدْنَـٰهُمْ هُدًى١٣
Nəhnu nəqussu ələykə nəbə`əhum bilhəqq, innəhum fityətun amənu birəbbihim vəzidnahum hudən
Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: «Həqiqətən, onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər».
وَرَبَطْنَا عَلَىٰ قُلُوبِهِمْ إِذْ قَامُواْ فَقَالُواْ رَبُّنَا رَبُّ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ لَن نَّدْعُوَاْ مِن دُونِهِۦٓ إِلَـٰهًاۖ لَّقَدْ قُلْنَآ إِذًا شَطَطًا١٤
Vərəbətna əla qulubihim iz qamu fəqalu rəbbuna rəbbus səmavati vəl ərzi lən-nəd'uvə min dunihi ilahə, ləqəd qulna izən şətata
Onlar (dövrün diktatorunun qarşısında) qiyam edib «bizim Rəbbimiz göylərin və yerin Rəbbidir; biz Ondan savayı əsla başqa bir məbud çağırmayacağıq ki, (əgər elə etsək) onda həddi aşmış bir söz söyləmiş olarıq» deyən zaman, onların qəlblərini möhkəmləndirdik.
هَـٰٓؤُلَآءِ قَوْمُنَا ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةًۖ لَّوْلَا يَأْتُونَ عَلَيْهِم بِسُلْطَـٰنِۭ بَيِّنٍۖ فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا١٥
Ha`ula`i qəvmuna ttəxəzu min dunihi alihəh, ləvla yə`tunə ələyhim bisultanin bəyyin, fəmən əzləmu mimməni ftəra əla əllah kəzibə
«Bizim bu qövmümüz Allahın yerinə (başqa) məbudlar götürüblər. Nə üçün onlar(ın tanrı olmalarının sübutu) üçün aydın bir dəlil-sübut gətirmirlər? Belə isə, kim Allaha qarşı yalan uydurandan daha zalımdır?!»
وَإِذِ ٱعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا ٱللَّهَ فَأْوُۥٓاْ إِلَى ٱلْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحْمَتِهِۦ وَيُهَيِّئْ لَكُم مِّنْ أَمْرِكُم مِّرْفَقًا١٦
Və`izi təzəltumuhum və ma yə'budunə illa əllah fə`vu ilal kəhfi yənşur ləkum rəbbukum-min rrəhmətihi vəyuhəyyi` ləkum-min əmrikum-mirfəqə
Və (bir-birlərinə dedilər): «İndi ki, onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşmısınız, onda bu böyük mağarada yerləşin ki, Rəbbiniz Öz rəhmətini sizə şamil etsin və işinizdə sizin üçün asanlıq və əmin-amanlıq hazırlığı görsün».
وَتَرَى ٱلشَّمْسَ إِذَا طَلَعَت تَّزَٲوَرُ عَن كَهْفِهِمْ ذَاتَ ٱلْيَمِينِ وَإِذَا غَرَبَت تَّقْرِضُهُمْ ذَاتَ ٱلشِّمَالِ وَهُمْ فِى فَجْوَةٍ مِّنْهُۚ ذَٲلِكَ مِنْ ءَايَـٰتِ ٱللَّهِۗ مَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِۖ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُۥ وَلِيًّا مُّرْشِدًا١٧
Vətəraş şəmsə iza talə'ət-təzavəru ən kəhfihim zatəl yəmini və`iza ğərəbət-təqrizuhum zatəş şimali vəhum fi fəcvətin mminh, zalikə min ayati-llahi, mən yəhdi-llahi fəhuvəl muhtəd, və mən yuzlil fələn təcidə ləhu vəliyyən mmurşidə
Və (mağaraları ekvator xəttinin şimalında, mağaranın ağızı isə cənub qütbünə tərəf olduğu üçün) günəş çıx(ıb yuxarı qalxmağa başlay)an zaman onu onların mağaralarından (onun önündən) sağ tərəfə meyl edən (və şüasını mağaraya saçan), batanda isə (şüasını) onların sol tərəfindən kəsərək əyilən görərsən və onlar həmin mağaranın geniş bir yerində idilər. Bu, Allahın nişanə və möcüzələrindəndir. Allah kimi hidayət etsə o, həqiqi yolu tapmışdır və kimi öz zəlalətində boşlasa, onda onun üçün əsla doğru yol göstərən bir köməkçi və başçı tapmazsan.
وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌۚ وَنُقَلِّبُهُمْ ذَاتَ ٱلْيَمِينِ وَذَاتَ ٱلشِّمَالِۖ وَكَلْبُهُم بَـٰسِطٌ ذِرَاعَيْهِ بِٱلْوَصِيدِۚ لَوِ ٱطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا١٨
Vətəhsəbuhum əyqazən vəhum ruqud, vənuqəllibuhum zatəl yəmini vəzatəş şimal, vəkəlbuhum basitun zira'əyhi bilvəsid, ləvi ttalə'tə ələyhim ləvəlləytə minhum firarən vələmuli`tə minhum ru'bə
Və (gözləri açıq olduğu üçün) onları oyaq sanardın, halbuki yatmışdılar. Və (geyim və bədənlərinin çürüməməsi üçün) onları (yatdıqları halda) sağ tərəfə və sol tərəfə döndərirdik. Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdı. Əgər onlardan xəbərin olsaydı (və bu səhnəni yaxından görsəydin), şübhəsiz, qaçaraq onlara arxa çevirərdin və bütün vücudun onlardan qorxu ilə dolardı.
وَكَذَٲلِكَ بَعَثْنَـٰهُمْ لِيَتَسَآءَلُواْ بَيْنَهُمْۚ قَالَ قَآئِلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْۖ قَالُواْ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍۚ قَالُواْ رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَٱبْعَثُوٓاْ أَحَدَكُم بِوَرِقِكُمْ هَـٰذِهِۦٓ إِلَى ٱلْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَآ أَزْكَىٰ طَعَامًا فَلْيَأْتِكُم بِرِزْقٍ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا١٩
Vəkəzalikə bə'əsnahum liyətəsa`əlu bəynəhum, qalə qa`ilun mminhum kəm ləbistum, qalu ləbisna yəvmən əv bə'za yəvm, qalu rəbbukum ə'ləmu bima ləbistum fab'əsu əhədəkum bivəriqikum hazihi ilal mədinəti fəlyənzur əyyuha əzka ta'amən fəlyə`tikum birizqin mminhu vəlyətələttaf və la yuş'irənnə bikum əhədə
Və onları bir-birlərini sorğu-suala tutmaları (işlərinin həqiqəti və Diqyanusun taxtdan düşməsinin onlara məlum olması) üçün (möcüzəvi şəkildə yatızdırdığımız kimi yenidən) elə (möcüzəvi şəkildə) də oyatdıq. Onlardan biri dedi: «(Burada, yuxuda) nə qədər qalmısınız?» Dedilər: «Bir gün, ya günün bir hissəsini qalmışıq». (Digərləri bədənlərinin tüklərinin və dırnaqlarının qeyri-adi olmasını görüb) dedilər: «Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. İndi aranızdan birini bu gümüş (pul) ilə (qaçdığımız) şəhərə tərəf göndərin və o, gərək onlardan (əhalidən) kimin təamının daha pak olmasına yaxşı baxsın ki, sizə ondan bir ruzi (alıb) gətirsin. Və əlbəttə gərək mülayim və mehriban davransın və heç kəsi sizin vəziyyətinizdən xəbərdar etməsin».
إِنَّهُمْ إِن يَظْهَرُواْ عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِى مِلَّتِهِمْ وَلَن تُفْلِحُوٓاْ إِذًا أَبَدًا٢٠
Innəhum in yəzhəru ələykum yərcumukum əv yu'idukum fi millətihim vələn tuflihu izən əbədə
«Şübhəsiz, əgər onlar sizin vəziyyətinizdənn xəbərdar olsalar və sizi ələ keçirsələr, sizi daşqalaq edəcək, yaxud (necə olur-olsun) öz dinlərinə qaytaracaqlar və onda əsla nicat tapmayacaqsınız».
وَكَذَٲلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوٓاْ أَنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَأَنَّ ٱلسَّاعَةَ لَا رَيْبَ فِيهَآ إِذْ يَتَنَـٰزَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْۖ فَقَالُواْ ٱبْنُواْ عَلَيْهِم بُنْيَـٰنًاۖ رَّبُّهُمْ أَعْلَمُ بِهِمْۚ قَالَ ٱلَّذِينَ غَلَبُواْ عَلَىٰٓ أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِم مَّسْجِدًا٢١
Vəkəzalikə ə'sərna ələyhim liyə`ləmu ənnə və'də əllah həqqun və`ənnəs sa'ətə la rəybə fiha iz yətənazə'unə bəynəhum əmrəhum, fəqalu bnu ələyhim bunyanə, rəbbuhum ə'ləmu bihim, qalə əlləzinə ğələbu əla əmrihim lənəttəxizənnə ələyhim-məscidə
Və beləcə (həmin yerin əhalisini onları uzun yuxudan oyatdığımız kimi) öz aralarında yenidən dirildilmələri barəsində mübahisə etdikləri zaman Allahın vədinin haqq olmasını və Qiyamət günün(ün gəlməsin)də heç bir şəkk-şübhənin olmamasını bilmələri üçün onlar(ın halın)dan xəbərdar etdik. Beləliklə, (bu hadisədən qane olmayan müşriklər) dedilər: «Onların (cəsədləri) üzərində bir bina tikin (və boşlayın), onlardan Rəbbi daha yaxşı xəbərdardır». (Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik».
سَيَقُولُونَ ثَلَـٰثَةٌ رَّابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمَۢا بِٱلْغَيْبِۖ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْۚ قُل رَّبِّىٓ أَعْلَمُ بِعِدَّتِهِم مَّا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌۗ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَآءً ظَـٰهِرًا وَلَا تَسْتَفْتِ فِيهِم مِّنْهُمْ أَحَدًا٢٢
Səyəqulunə səlasətun rrabi'uhum kəlbuhum vəyəqulunə xəmsətun sadisuhum kəlbuhum rəcmən bilğəyb, vəyəqulunə səb'ətun vəsaminuhum kəlbuhum, qul rrəbbi ə'ləmu bi'iddətihim-ma yə`ləmuhum illa qəlil, fəla tumari fihim illa mira`ən zahirən və la təstəfti fihim-minhum əhədə
Tezliklə (sənin qövmünün kafirləri) deyəcəklər: «Onlar üç nəfərdirlər, dördüncüsü itləridir». Və deyəcəklər: «Beş nəfərdirlər, altıncııı itləridir». Dəlili olmayan söz! Və deyəcəklər: «Yeddi nəfərdirlər və səkkizincisi itləridir». De: «Mənim Rəbbim onların sayını daha yaxşı bilir». Onları(n sayını kitab əhlindən və sənin ümmətindən) az (bir qism) istisna olmaqla (heç kəs) bilmir. Buna görə də onların barəsində yalnız (Quranın bəyan etdiyi miqdar və çərçivədə) zahiri söhbətlə mübahisə et və onlar (mağaradakılar) barəsində onların heç birinin nəzərini soruşma!
وَلَا تَقُولَنَّ لِشَاْىْءٍ إِنِّى فَاعِلٌ ذَٲلِكَ غَدًا٢٣
Və la təqulənnə lişəy`in inni fa'ilun zalikə ğədə
Və heç bir şey barəsində «mən sabah onu mütləq yerinə yetirəcəyəm» demə (çünki yaradılış səbəbləri, hətta insanın iradə və istəyi, Allahın iradə və istəyindən asılıdır.)
إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ وَٱذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰٓ أَن يَهْدِيَنِ رَبِّى لِأَقْرَبَ مِنْ هَـٰذَا رَشَدًا٢٤
Illa ən yəşa əllah, vazkur-rəbbəkə iza nəsitə vəqul əsa ən yəhdiyəni rəbbi li`əqrəbə min haza rəşədə
Yalnız (belə de: «Əgər) Allah istəsə (filan işi edəcəyəm»). Və («inşallah» deməyi) unudanda, öz Rəbbini yada sal və de: «Ümid var ki, Rəbbim məni bundan daha yaxın (bir yol)a – təkamülə və haqqa doğru yönəltsin».
وَلَبِثُواْ فِى كَهْفِهِمْ ثَلَـٰثَ مِاْئَةٍ سِنِينَ وَٱزْدَادُواْ تِسْعًا٢٥
Vələbisu fi kəhfihim səlasə mi`ətin sininə vazdadu tis'ə
Və (Əshabi-Kəhf öz) mağaralarında (yuxuda birbaşa) üç yüz (qəməri) il(i) qaldılar və doqquz (qəməri) il(i də üstünə) artırdılar (ki, üç yüz günəş ili oldu).
قُلِ ٱللَّهُ أَعْلَمُ بِمَا لَبِثُواْۖ لَهُۥ غَيْبُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِۖ أَبْصِرْ بِهِۦ وَأَسْمِعْۚ مَا لَهُم مِّن دُونِهِۦ مِن وَلِىٍّ وَلَا يُشْرِكُ فِى حُكْمِهِۦٓ أَحَدًا٢٦
Quli-llahi ə'ləmu bima ləbisuv, ləhu ğəybus səmavati vəl ərz, Əbsir bihi və`əsmi', ma ləhum-min dunihi min vəliyyin və la yuşriku fi hukmihi əhədə
(Onların neçə il qalmaları barədə ixtilaf edənlərə) de: «Allah onların qaldıqları müddəti daha yaxşı bilir, göylərin və yerin qeybi (hər bir canlı varlığın hissiyatından xaric olan şey) Ona məxsusdur (elmi cəhətdən onları əhatə edən Odur). Necə də görən və eşidəndir! Və onların Allahdan başqa heç bir yardımçı və başçıları yoxdur və O Özünün (göylərə və yerə olan) hakimiyyətinə heç kəsi şərik etmir».
وَٱتْلُ مَآ أُوحِىَ إِلَيْكَ مِن كِتَابِ رَبِّكَۖ لَا مُبَدِّلَ لِكَلِمَـٰتِهِۦ وَلَن تَجِدَ مِن دُونِهِۦ مُلْتَحَدًا٢٧
Vatlu ma uhiyə iləykə min kitabi rəbbik, la mubəddilə likəlimatihi vələn təcidə min dunihi multəhədə
Və Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun kəlmələrini (Lövhi-Məhfuzu və ya Quranı və onun kəlmə və mənalarını) dəyişdirən yoxdur və heç vaxt Ondan başqa bir sığınacaq və pənah yeri tapmayacaqsan. Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş. Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini
وَٱصْبِرْ نَفْسَكَ مَعَ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٲةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥۖ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ ٱلْحَيَوٲةِ ٱلدُّنْيَاۖ وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُۥ عَن ذِكْرِنَا وَٱتَّبَعَ هَوَٮٰهُ وَكَانَ أَمْرُهُۥ فُرُطًا٢٨
Vasbir nəfsəkə mə'ə əlləzinə yəd'unə rəbbəhum bilğədati vəl əşiyyi yuridunə vəchəh, və la tə'du əynakə ənhum turidu zinətəl həyatid dunya, və la tuti' mən əğfəlna qəlbəhu ən zikrina vattəbə'ə həvahu vəkanə əmruhu furuta
Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!
وَقُلِ ٱلْحَقُّ مِن رَّبِّكُمْۖ فَمَن شَآءَ فَلْيُؤْمِن وَمَن شَآءَ فَلْيَكْفُرْۚ إِنَّآ أَعْتَدْنَا لِلظَّـٰلِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَاۚ وَإِن يَسْتَغِيثُواْ يُغَاثُواْ بِمَآءٍ كَٱلْمُهْلِ يَشْوِى ٱلْوُجُوهَۚ بِئْسَ ٱلشَّرَابُ وَسَآءَتْ مُرْتَفَقًا٢٩
Vəqulil həqqu min rrəbbikum, fəmən şa fəlyu`min və mən şa fəlyəkfur, inna ə'tədna lilzzaliminə narən əhata bihim suradiquha, və`in yəstəğisu yuğasu bima`in kalmuhli yəşvil vucuh, bi`səş şərabu vəsa`ət murtəfəqə
Və de: «Haqq sizin Rəbbiniz tərəfindən olandır. Buna görə də istəyən iman gətirsin, istəyən küfr etsin. Şübhəsiz, Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, pərdələri onları əhatə edəcəkdir. Və əgər (susuzluğun şiddətindən) imdada çağırsalar, mis kimi əridilmiş (və) üzləri bişirən bir su ilə dadlarına çatılar. Necə də pis içkidir və necə də pis bir məkandır!»
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلاً٣٠
Innə əlləzinə amənu və'əmilus salihati inna la nuzi'u əcrə mən əhsənə əmələ
Əlbəttə, iman gətirmiş və yaxşı işlər görmüş kəslər (bilsinlər ki,) şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik.
أُوْلَـٰٓئِكَ لَهُمْ جَنَّـٰتُ عَدْنٍ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَـٰرُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًا مِّن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَّكِــِٔينَ فِيهَا عَلَى ٱلْأَرَآئِكِۚ نِعْمَ ٱلثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًا٣١
Ula`ikə ləhum cənnatu ədnin təcri min təhtihimul ənharu yuhəlləvnə fiha min əsavirə min zəhəbin vəyəlbəsunə siyabən xuzrən min sundusin və`istəbrəqin mmuttəki`inə fiha əlal əra`ik, ni'məs səvabu vəhəsunət murtəfəqə
Onlar üçün altından çaylar axan əbədi Cənnətlər vardır. Onlar orada taxtların üzərində söykənmiş halda qızıl bilərziklərlə bəzədilər və yaşıl rəngli nazik və qalın ipək paltarlar geyinərlər. (Bu,) gözəl mükafat və gözəl bir məkandır!
وَٱضْرِبْ لَهُم مَّثَلاً رَّجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَـٰبٍ وَحَفَفْنَـٰهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًا٣٢
Vazrib ləhum-məsələn rrəculəyni cə'əlna li`əhədihima cənnətəyni min ə'nabin vəhəfəfnahuma binəxlin vəcə'əlna bəynəhuma zər'ə
Və onlara birinə (kafir olana) iki üzüm bağı əta etdiyimiz, hər ikisinin (hər iki bağın) ətrafını bütünlüklə xurma ağacı ilə əhatə etdiyimiz və o ikisinin arasını əkin yeri etdiyimiz iki kişini (mömin və kafiri) məsəl çək.
كِلْتَا ٱلْجَنَّتَيْنِ ءَاتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِم مِّنْهُ شَيْــًٔاۚ وَفَجَّرْنَا خِلَـٰلَهُمَا نَهَرًا٣٣
Kiltal cənnətəyni atət ukuləha vələm təzlim-minhu şəy`ə, vəfəccərna xilaləhuma nəhərə
Hər iki bağ öz meyvələrini verir və ondan bir şey əskiltmirdilər. Və o ikisinin (iki bağın) arasından bir çay axıtdıq.
وَكَانَ لَهُۥ ثَمَرٌ فَقَالَ لِصَـٰحِبِهِۦ وَهُوَ يُحَاوِرُهُۥٓ أَنَا۟ أَكْثَرُ مِنكَ مَالاً وَأَعَزُّ نَفَرًا٣٤
Vəkanə ləhu səmərun fəqalə lisahibihi və huvə yuhaviruhu əna əksəru minkə malən və`ə'əzzu nəfərə
Və o kişinin (bunlardan əlavə də) müxtəlif malları var idi. Beləliklə, (təkəbbür və haqdan qafil olması üzündən) söhbət edərkən (yoxsul) yoldaşına dedi: «Mənim malım səninkindən daha çox və adamlarım səninkilərdən daha güclüdür».
وَدَخَلَ جَنَّتَهُۥ وَهُوَ ظَالِمٌ لِّنَفْسِهِۦ قَالَ مَآ أَظُنُّ أَن تَبِيدَ هَـٰذِهِۦٓ أَبَدًا٣٥
Vədəxələ cənnətəhu və huvə zalimun llinəfsihi qalə ma əzunnu ən təbidə hazihi əbədə
(Əqidə və əməlinin pisliyi baxımından) özünə zülm etdiyi halda, (yoldaşı ilə birgə) öz bağına daxil olaraq dedi: «Bu bağın nə zamansa məhv olmasını güman etmirəm».
وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةً وَلَئِن رُّدِدتُّ إِلَىٰ رَبِّى لَأَجِدَنَّ خَيْرًا مِّنْهَا مُنقَلَبًا٣٦
Və ma əzunnus sa'ətə qa`imətən vələ`in rrudittu ila rəbbi lə`əcidənnə xəyrən mminha munqələbə
«Həmçinin Qiyamətin qopmasını (da) güman etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam da, şübhəsiz, (o aləmdə) bundan daha yaxşı dönüş yeri tapacağam».
قَالَ لَهُۥ صَاحِبُهُۥ وَهُوَ يُحَاوِرُهُۥٓ أَكَفَرْتَ بِٱلَّذِى خَلَقَكَ مِن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ سَوَّٮٰكَ رَجُلاً٣٧
Qalə ləhu sahibuhu və huvə yuhaviruhu əkəfərtə billəzi xələqəkə min turabin summə min-nutfətin summə səvvakə rəculə
Onunla söhbət etməkdə olan (mömin) yoldaşı (Qiyamətin inkarını rədd edərək) ona dedi: «Səni torpaqdan, sonra isə nütfədən yaradan, daha sonra kamil bir kişi surətinə salana küfr etdin?» (Özünün və zahiri səbəblərin müstəqil olması etiqadı ilə Qiyaməti inkar etmək Allah qarşısında rübubiyyətdə şirk və haqqa küfr etməkdir).
لَّـٰكِنَّا۟ هُوَ ٱللَّهُ رَبِّى وَلَآ أُشْرِكُ بِرَبِّىٓ أَحَدًا٣٨
Lakinna huvə əllahu rəbbi və la uşriku birəbbi əhədə
Lakin mən, «mənim Rəbbim O Allahdır və mən heç kimi Rəbbimə şərik qoşmuram» (deyirəm).
وَلَوْلَآ إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَآءَ ٱللَّهُ لَا قُوَّةَ إِلَّا بِٱللَّهِۚ إِن تَرَنِ أَنَا۟ أَقَلَّ مِنكَ مَالاً وَوَلَدًا٣٩
Vələvla iz dəxəltə cənnətəkə qultə ma şa əllahu la quvvətə illa bi-llahi, in tərəni əna əqəllə minkə malən vəvələdə
Nə üçün öz bağına daxil olanda «Allah hər nə istəsə (o olacaqdır); güc və qüvvət yalnız Allahın vasitəsi ilədir» demədin?! Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə (bu elə də mühüm bir iş deyildir)».
فَعَسَىٰ رَبِّىٓ أَن يُؤْتِيَنِ خَيْرًا مِّن جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَانًا مِّنَ ٱلسَّمَآءِ فَتُصْبِحَ صَعِيدًا زَلَقًا٤٠
Fə'əsa rəbbi ən yu`tiyəni xəyrən min cənnətikə vəyursilə ələyha husbanən mminəs səma`i fətusbihə sa'idən zələqə
«Ola bilsin Rəbbim (dünyada, ya axirətdə) mənə sənin bağından daha yaxşısını əta etsin və göydən sənin bağına (məhv edən) dolular göndərsin, nəticədə o, otsuz və sürüşkən hamar bir torpağa çevrilsin».
أَوْ يُصْبِحَ مَآؤُهَا غَوْرًا فَلَن تَسْتَطِيعَ لَهُۥ طَلَبًا٤١
Əv yusbihə ma`uha ğəvrən fələn təstəti'ə ləhu taləbə
«Yaxud onun suyu (tamamilə) çəkilsin, beləliklə də onu əsla axtara(ıb tap)a bilməyəsən».
وَأُحِيطَ بِثَمَرِهِۦ فَأَصْبَحَ يُقَلِّبُ كَفَّيْهِ عَلَىٰ مَآ أَنفَقَ فِيهَا وَهِىَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَـٰلَيْتَنِى لَمْ أُشْرِكْ بِرَبِّىٓ أَحَدًا٤٢
Və`uhita bisəmərihi fə`əsbəhə yuqəllibu kəffəyhi əla ma ənfəqə fiha vəhiyə xaviyətun əla uruşiha vəyəqulu ya ləytəni ləm uşrik birəbbi əhədə
(Nəhayət o, qəzəbə düçar oldu) və meyvələri məhv oldu. Beləliklə, bağın divarları tənək çardaqlarının üstünə uçmuş halda, onun yolunda xərclədiklərinə görə (təəssüfdən) ovuclarını ovuşdurur və (elə hey) deyirdi: «Kaş heç kəsi öz Rəbbimə şərik qoşmayaydım (vay olsun mənə ki, qəflət üzündən özümü və zahiri səbəbləri Allahdan daha təsirli hesab etdim)!»
وَلَمْ تَكُن لَّهُۥ فِئَةٌ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مُنتَصِرًا٤٣
Vələm təkun ləhu fi`ətun yənsurunəhu min duni-llahi və ma kanə muntəsirə
Allahdan başqa ona kömək edəcək kəslər yox idi və özü də özünə kömək etmək qüdrətinə malik deyildi.
هُنَالِكَ ٱلْوَلَـٰيَةُ لِلَّهِ ٱلْحَقِّۚ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا٤٤
Hunalikəl və layətu lilləhil həqq, huvə xəyrun səvabən vəxəyrun uqbə
Bu yerdə (və bu kimi bəla hallarında) işin sahibliyi və yardım yalnız haqq olan Allaha məxsusdur. O, mükafat baxımından daha yaxşı və aqibəti təmin etmək baxımından daha gözəldir (Ondan başqasının işlərdə nə ixtiyarı, nə mükafatı və nə də aqibəti təmin etmək qüdrəti vardır).
وَٱضْرِبْ لَهُم مَّثَلَ ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا كَمَآءٍ أَنزَلْنَـٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخْتَلَطَ بِهِۦ نَبَاتُ ٱلْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ ٱلرِّيَـٰحُۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ مُّقْتَدِرًا٤٥
Vazrib ləhum-məsələl həyatid dunya kəma`in ənzəlnahu minəs səma`i faxtələta bihi nəbatul ərzi fə`əsbəhə həşimən təzruhu rriyah, vəkanə əllahu əla kulli şəy`in mmuqtədirə
Və onlara dünya həyatını məsəl çək ki, (o,) göydən endirdiyimiz su kimidir. Yerin bitkiləri onun (bu suyun) vasitəsilə (bitir və) bir-birlərinə qarışırlar (və gözəl bir mənzərə yaranır). Sonra (az bir zamandan sonra) quruyurlar. Beləliklə, küləklər onları (hara gəldi) səpələyər. Allah həmişə hər bir şeyə qadirdir».
ٱلْمَالُ وَٱلْبَنُونَ زِينَةُ ٱلْحَيَوٲةِ ٱلدُّنْيَاۖ وَٱلْبَـٰقِيَـٰتُ ٱلصَّـٰلِحَـٰتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلاً٤٦
Əl malu vəl bənunə zinətul həyatid dunya, vəl baqiyatus salihatu xəyrun ində rəbbikə səvabən vəxəyrun əmələ
Mal və övladlar dünya həyatının zinət və bəzəyidir. (Haqq etiqad, mənəvi fəzilətlər və yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı və (dünya və axirətdəki nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir.
وَيَوْمَ نُسَيِّرُ ٱلْجِبَالَ وَتَرَى ٱلْأَرْضَ بَارِزَةً وَحَشَرْنَـٰهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا٤٧
Vəyəvmə nusəyyirul cibalə vətəral ərza barizətən vəhəşərnahum fələm nuğadir minhum əhədə
Və (yada sal) o gün(ü) ki, dağları (öz yerindən) hərəkətə gətirər (və məhv edər)ik və (o vaxt) yeri (bütün yer üzünü) hamar və aşkar görərsən. Və (o zaman) onları (ölüb yerə batmış bütün canlıları) toplayar və onlardan birini belə yerdə qoymarıq.
وَعُرِضُواْ عَلَىٰ رَبِّكَ صَفًّا لَّقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَـٰكُمْ أَوَّلَ مَرَّةِۭۚ بَلْ زَعَمْتُمْ أَلَّن نَّجْعَلَ لَكُم مَّوْعِدًا٤٨
Və'urizu əla rəbbikə saffən lləqəd ci`tumuna kəma xələqnakum əvvələ mərrəh, bəl zə'əmtum əllən-nəc'ələ ləkum-məv'idə
Onların hamısı cərgələrə düzülmüş halda sənin Rəbbinə təqdim olunarlar. (Biz onlara deyərik:) «Həqiqətən, (siz bu gün) Bizim yanımıza sizi (dünyada) ilk dəfə yaratdığımız kimi (tək və əliboş) gəldiniz. Lakin (dünyada hesab və cəza üçün) sizə bir vəd yeri təyin etməyəcəyimizi güman edirdiniz!»
وَوُضِعَ ٱلْكِتَـٰبُ فَتَرَى ٱلْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَـٰوَيْلَتَنَا مَالِ هَـٰذَا ٱلْكِتَـٰبِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّآ أَحْصَـٰهَاۚ وَوَجَدُواْ مَا عَمِلُواْ حَاضِرًاۗ وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا٤٩
Vəvuzi'əl kitabu fətəral mucriminə muşfiqinə mimma fihi vəyəqulunə ya vəylətəna mali hazal kitabi la yuğadiru sağirətən və la kəbirətən illa əhsaha, vəvəcədu ma əmilu hazirə, və la yəzlimu rəbbukə əhədə
Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə günahkarları onda olandan qorxan görərsən. Və onlar deyərlər: «Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!» Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cism və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir.
وَإِذْ قُلْنَا لِلْمَلَـٰٓئِكَةِ ٱسْجُدُواْ لِأَدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبْلِيسَ كَانَ مِنَ ٱلْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِۦٓۗ أَفَتَتَّخِذُونَهُۥ وَذُرِّيَّتَهُۥٓ أَوْلِيَآءَ مِن دُونِى وَهُمْ لَكُمْ عَدُوُّۢۚ بِئْسَ لِلظَّـٰلِمِينَ بَدَلاً٥٠
Və`iz qulna lilməla`ikəti scudu liadəmə fəsəcədu illa iblisə kanə minəl cinni fəfəsəqə ən əmri rəbbih, Əfətəttəxizunəhu vəzurriyyətəhu əvliya`ə min duni vəhum ləkum əduvv, bi`sə lilzzaliminə bədələ
Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər (İblis də cin olduğu üçün belə etdi, yoxsa ki, mələk günah etməz). Beləliklə o, öz Rəbbinin əmrindən çıxdı. (Belə isə,) sizə düşmən olduqları halda Mənim yerimə, onu və onun övladlarını özünüzə dost, yardımçı və başçı götürürsünüz?! Allahın yerinə götürdükləri, zalımlar üçün pis əvəzdir.
مَّآ أَشْهَدتُّهُمْ خَلْقَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ وَلَا خَلْقَ أَنفُسِهِمْ وَمَا كُنتُ مُتَّخِذَ ٱلْمُضِلِّينَ عَضُدًا٥١
Ma əşhəttuhum xəlqəs səmavati vəl ərzi və la xəlqə ənfusihim və ma kuntu muttəxizəl muzillinə əzudə
Mən onları (Şeytanı və övladlarını) nə göylərin yaradılmasında və nə də öz yaradılışlarında şahid tutdum (ki, yaradılışda mənə kömək etsinlər və öz hallarından xəbərdar olsunlar). Mən heç vaxt (insanları doğru yoldan) azdıranlardan kömək götürən olmamışam.
وَيَوْمَ يَقُولُ نَادُواْ شُرَكَآءِىَ ٱلَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُواْ لَهُمْ وَجَعَلْنَا بَيْنَهُم مَّوْبِقًا٥٢
Vəyəvmə yəqulu nadu şurəka`iyə əlləzinə zə'əmtum fədə'əvhum fələm yəstəcibu ləhum vəcə'əlna bəynəhum-məvbiqə
Və (yada sal) o gün(ü) ki, (Allah müşriklərə) buyurar: «Mənim şəriklərim olmalarını zənn etdiyiniz kəsləri (bütləri, mələkləri, bəzi peyğəmbərləri və cinləri) çağırın (sizin dadınıza çatsınlar)». Beləliklə onlar (müşriklər) çağırarlar, amma onlar (Allahın şəriki sandıqları şeylər) cavab verməzlər və onlarla məbudları arasında qarşılıqlı inamsızlıq uçurumu, şölələnmiş od, yandıran və məhv edən səhra yaradarıq.
وَرَءَا ٱلْمُجْرِمُونَ ٱلنَّارَ فَظَنُّوٓاْ أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمْ يَجِدُواْ عَنْهَا مَصْرِفًا٥٣
Vərə`al mucrimunən narə fəzannu ənnəhum-muvaqi'uha vələm yəcidu ənha məsrifə
Günahkarlar (Cəhənnəm) odu(nu) görər, beləliklə, ora mütləq daxil olacaqlarını bilərlər və oradan bir qayıdış yolu tapmazlar.
وَلَقَدْ صَرَّفْنَا فِى هَـٰذَا ٱلْقُرْءَانِ لِلنَّاسِ مِن كُلِّ مَثَلٍۚ وَكَانَ ٱلْإِنسَـٰنُ أَكْثَرَ شَىْءٍ جَدَلاً٥٤
Vələqəd sarrəfna fi hazal qur`-ani lilnnasi min kulli məsəl, vəkanəl insanu əksərə şəy`in cədələ
Həqiqətən, bu Quranda insanlar üçün hər cür məsəl gətirdik, amma insan hər şeydən çox düşmənçilik və ədavət aparandır.
وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤْمِنُوٓاْ إِذْ جَآءَهُمُ ٱلْهُدَىٰ وَيَسْتَغْفِرُواْ رَبَّهُمْ إِلَّآ أَن تَأْتِيَهُمْ سُنَّةُ ٱلْأَوَّلِينَ أَوْ يَأْتِيَهُمُ ٱلْعَذَابُ قُبُلاً٥٥
Və ma mənə'ən nasə ən yu`minu iz ca`əhumul huda vəyəstəğfiru rəbbəhum illa ən tə`tiyəhum sunnətul əvvəlinə əv yə`tiyəhumul əzabu qubulə
İnsanlara hidayət (peyğəmbər, kitab və möcüzələr) gələn zaman, onların iman gətirmələrinə və özlərinin Rəbbindən bağışlanma diləmələrinə (inadkarlıqlarından, sanki göydən gələn səs və zəlzələ kimi Allahın) keçmişdəkilərin (barəsində həyata keçmiş ənənəvi) qaydasının (hamılıqla həlak olmaq üçün) onlara da çatmasını və ya (məcburi iman gətirmələri üçün) onların qarşılarına əzab çıxmasını gözləmələrindən başqa bir şey mane olmadı.
وَمَا نُرْسِلُ ٱلْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَۚ وَيُجَـٰدِلُ ٱلَّذِينَ كَفَرُواْ بِٱلْبَـٰطِلِ لِيُدْحِضُواْ بِهِ ٱلْحَقَّۖ وَٱتَّخَذُوٓاْ ءَايَـٰتِى وَمَآ أُنذِرُواْ هُزُوًا٥٦
Və ma nursilul mursəlinə illa mubəşşirinə vəmunzirin, vəyucadilu əlləzinə kəfəru bilbatili liyudhizu bihil həqq, vattəxəzu ayati və ma unziru huzuvə
Biz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk (çünki, hökmlərin icrası imamın vəzifələrindən, mükafat və cəza vermək isə Allahın işlərindədir). Küfr edən kəslər, vasitəsi ilə haqqı yox etmək üçün batil yerə mübahisə edirlər (qeyri-məntiqi tələblər irəli sürür, Qiyamətin nə vaxt olacağından, Əshabi-Kəhfin sayı və ruhun həqiqəti barəsində suallar soruşurlar ki, şəkk-şübhə yaradaraq Quranı və peyğəmbərlik möcüzələrini aradan aparsınlar). Və onlar Mənim ayə və nişanələrimi, həmçinin qorxudulduqları şeyi ələ salırlar.
وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِـَٔـايَـٰتِ رَبِّهِۦ فَأَعْرَضَ عَنْهَا وَنَسِىَ مَا قَدَّمَتْ يَدَاهُۚ إِنَّا جَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًاۖ وَإِن تَدْعُهُمْ إِلَى ٱلْهُدَىٰ فَلَن يَهْتَدُوٓاْ إِذًا أَبَدًا٥٧
Və mən əzləmu mimmən zukkirə biayati rəbbihi fə`ə'rəza ənha vənəsiyə ma qəddəmət yədah, inna cə'əlna əla qulubihim əkinnətən ən yəfqəhuhu vəfi azanihim vəqrə, və`in təd'uhum ilal huda fələn yəhtədu izən əbədə
Kim Rəbbinin nişanələri ilə öyüd verildikdən sonra onlardan üz döndərən və özünün əvvəlcə əldə etdiklərini unudan şəxsdən daha zalımdır?! Həqiqətən, Biz, anlamamaları üçün onların qəlbləri üzərinə (daşürəklilik və bədbəxtlik) örtüklər(i) çəkdik və (batini) qulaqlarında bir ağırlıq qoyduq. Əgər onları doğru yola dəvət etsən, bu hal ilə əsla hidayət olunmazlar.
وَرَبُّكَ ٱلْغَفُورُ ذُو ٱلرَّحْمَةِۖ لَوْ يُؤَاخِذُهُم بِمَا كَسَبُواْ لَعَجَّلَ لَهُمُ ٱلْعَذَابَۚ بَل لَّهُم مَّوْعِدٌ لَّن يَجِدُواْ مِن دُونِهِۦ مَوْئِلاً٥٨
Vərəbbukə əl ğəfuru zu rrəhməh, ləv yu`axizuhum bima kəsəbu lə'əccələ ləhumul əzab, bəl-ləhum-məv'idun llən yəcidu min dunihi məv`ilə
Sənin Rəbbin çox bağışlayan və rəhmət sahibidir. Əgər onları (şirk və küfr əhlini) kəsb etdiklərinin müqabilində cəzalandırsaydı, onlara əzab verməkdə mütləq tələsərdi. (Lakin tələsmir,) əksinə, onlar üçün (Bədr müharibəsi və ya Qiyamət günü kimi) əsla nicat yolu və sığınacaq tapmayacaqları bir vəd vaxtı vardır .
وَتِلْكَ ٱلْقُرَىٰٓ أَهْلَكْنَـٰهُمْ لَمَّا ظَلَمُواْ وَجَعَلْنَا لِمَهْلِكِهِم مَّوْعِدًا٥٩
Vətilkəl qura əhləknahum ləmma zaləmu vəcə'əlna liməhlikihim-məv'idə
O cəmiyyətləri (Nuhun, Hudun, Salehin və Lutun qövmünü) zülm etdikləri zaman həlak etdik və (tələsmədik, əksinə) onların həlak olmaları üçün bir vaxt qoyduq.
وَإِذْ قَالَ مُوسَىٰ لِفَتَـٰهُ لَآ أَبْرَحُ حَتَّىٰٓ أَبْلُغَ مَجْمَعَ ٱلْبَحْرَيْنِ أَوْ أَمْضِىَ حُقُبًا٦٠
Və`iz qalə musa lifətahu la əbrəhu hətta əbluğə məcmə'əl bəhrəyni əv əmziyə huqubə
Və (yada sal) o zaman(ı) ki, (İmranın oğlu və İsrail övladlarının peyğəmbəri) Musa şagirdinə (öz canişini Nunun oğlu Yuşəyə) dedi: «Mən iki dənizin qovuşduğu yerə çatana və ya uzun bir müddət yol qət edənə kimi getməkdən dayanmayacağam».
فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَٱتَّخَذَ سَبِيلَهُۥ فِى ٱلْبَحْرِ سَرَبًا٦١
Fələmma bələğa məcmə'ə bəynihima nəsiya hutəhuma fattəxəzə səbiləhu fil bəhri sərəbə
Beləliklə, iki dənizin qovuşduğu yerə çatanda,(yemək üçün götürdükləri) balıqlarını unutdular. (Dənizin dalğasının toxunduğu) o balıq (Yuşənin yanında) dənizdə sualtı hərəkətlə öz yolunu tutub getdi.
فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَـٰهُ ءَاتِنَا غَدَآءَنَا لَقَدْ لَقِينَا مِن سَفَرِنَا هَـٰذَا نَصَبًا٦٢
Fələmma cavəza qalə lifətahu atina ğəda`əna ləqəd ləqina min səfərina haza nəsabə
Elə ki, (o yerdən) keçdilər (Musa) öz şagirdinə dedi: «Səhər yeməyimizi gətir, həqiqətən, bu səfərimizdə çox əziyyət(lər) gördük».
قَالَ أَرَءَيْتَ إِذْ أَوَيْنَآ إِلَى ٱلصَّخْرَةِ فَإِنِّى نَسِيتُ ٱلْحُوتَ وَمَآ أَنْسَـٰنِيهُ إِلَّا ٱلشَّيْطَـٰنُ أَنْ أَذْكُرَهُۥۚ وَٱتَّخَذَ سَبِيلَهُۥ فِى ٱلْبَحْرِ عَجَبًا٦٣
Qalə ərə`əytə iz əvəyna ilas saxrəti fə`inni nəsitul hutə və ma ənsanihu illaş şəytanu ən əzkurəh, vattəxəzə səbiləhu fil bəhri əcəbə
Dedi: «Gördün? Biz o daşın yanında olanda, mən balığı(n məsələsini sənə deməyi) unutdum və onu (sənə) deməyi mənə yalnız Şeytan unutdurdu. O balıq təəccüblü bir tərzdə dənizdə öz yolunu tutub getdi (dirildi. Yaxud: O hansı tərəfə üzürdüsə, dənizin suyu kanal kimi açıq qalırdı)».
قَالَ ذَٲلِكَ مَا كُنَّا نَبْغِۚ فَٱرْتَدَّا عَلَىٰٓ ءَاثَارِهِمَا قَصَصًا٦٤
Qalə zalikə ma kunna nəbğ, fartədda əla asarihima qəsasa
Musa dedi: «Bu (balıq məsələsi), bizim axtardığımız həmin şey(in əlaməti)dir». Onlar axtara-axtara gəldikləri yolun izi ilə geriyə qayıtdılar.
فَوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَآ ءَاتَيْنَـٰهُ رَحْمَةً مِّنْ عِندِنَا وَعَلَّمْنَـٰهُ مِن لَّدُنَّا عِلْمًا٦٥
Fəvəcəda əbdən min ibadina atəynahu rəhmətən min indina və'əlləmnahu min llədunna ilmə
Beləliklə, Bizim, Öz tərəfimizdən bir rəhmət (vəhy və nübuvvət, uzun ömür, gözlərdən gizlin qalmaq və həyatda insanlardan ehtiyacsızlıq) verdiyimiz və Öz yanımızdan elm (yaradılış aləminin səbəb və nəticələri barəsində bilənin boynuna vəzifə qoyan elm) öyrətdiyimiz və vasitəsiz ilham verdiyimiz bəndələrimizdən birini (Xızır peyğəmbəri) tapdılar.
قَالَ لَهُۥ مُوسَىٰ هَلْ أَتَّبِعُكَ عَلَىٰٓ أَن تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا٦٦
Qalə ləhu musa həl əttəbi'ukə əla ən tu'əlliməni mimma ullimtə ruşdə
Musa ona dedi: «(İcazə verirsən) öyrədildiyin həqiqətə istiqamətləndirmə elmlərindən mənə (də) öyrətməyin məqsədi ilə sənə tabe olum?»
قَالَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِىَ صَبْرًا٦٧
Qalə innəkə lən təstəti'ə mə'iyə sabrə
Dedi: «Şübhəsiz, sən mənim yanımda səbr edə bilməyəcəksən.
وَكَيْفَ تَصْبِرُ عَلَىٰ مَا لَمْ تُحِطْ بِهِۦ خُبْرًا٦٨
Vəkəyfə təsbiru əla ma ləm tuhit bihi xubrə
(Axı sən batin və həqiqətini) bilmədiyin (zahiri çirkin və ağıla zidd görünən) bir şeyə necə səbr edə bilərsən?»
قَالَ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ صَابِرًا وَلَآ أَعْصِى لَكَ أَمْرًا٦٩
Qalə sətəciduni in şa əllahu sabirən və la ə'si ləkə əmrə
Dedi: «Tezliklə, Allahın istəyi ilə məni(m) səbrli (olduğumu) görəcəksən və heç bir əmrində sənə itaətsizlik etməyəcəyəm».
قَالَ فَإِنِ ٱتَّبَعْتَنِى فَلَا تَسْــَٔلْنِى عَن شَىْءٍ حَتَّىٰٓ أُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًا٧٠
Qalə fə`ini ttəbə'təni fəla təs`əlni ən şəy`in hətta uhdisə ləkə minhu zikrə
Dedi: «Belə isə, əgər mənə tabe olursansa, özüm (öz işlərimin batin və həqiqətindən) sənə bir söz açmayınca, (əvvəlcədən) məndən heç bir şey barəsində soruşma».
فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا رَكِبَا فِى ٱلسَّفِينَةِ خَرَقَهَاۖ قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْــًٔا إِمْرًا٧١
Fantaləqa hətta iza rəkiba fis səfinəti xərəqəha, qalə əxərəqtəha lituğriqə əhləha ləqəd ci`tə şəy`ən imrə
Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, gəmiyə mindilər (Xızr balta ilə) onu deşdi. Musa dedi: «Gəmini deşdin ki, onun adamlarını suda qərq edəsən?! Doğrudan da böyük bir faciə törətdin!»
قَالَ أَلَمْ أَقُلْ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِىَ صَبْرًا٧٢
Qalə ələm əqul innəkə lən təstəti'ə mə'iyə sabrə
Dedi: «Məgər sənə demədim ki, mənim yanımda əsla səbr edə bilməzsən?»
قَالَ لَا تُؤَاخِذْنِى بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِى مِنْ أَمْرِى عُسْرًا٧٣
Qalə la tu`axizni bima nəsitu və la turhiqni min əmri usrə
Dedi: «Məni unutduğum şeyə (bir şey soruşmamaq barəsində verdiyim vədi unutduğuma) görə məzəmmət etmə və məni işimdə məşəqqət və çətinliyə vadar etmə».
فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا لَقِيَا غُلَـٰمًا فَقَتَلَهُۥ قَالَ أَقَتَلْتَ نَفْسًا زَكِيَّةَۢ بِغَيْرِ نَفْسٍ لَّقَدْ جِئْتَ شَيْــًٔا نُّكْرًا٧٤
Fantaləqa hətta iza ləqiya ğulamən fəqətələhu qalə əqətəltə nəfsən zəkiyyətən biğəyri nəfsin lləqəd ci`tə şəy`ən nnukrə
Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, yeniyetmə bir oğlanla rastlaşdılar (Xızır görən kimi dərhal) onu öldürdü. Musa dedi: «Heç bir qətl törətmədiyi halda günahsız bir insanı öldürdün?! Doğrudan da (şəriət və ağıl baxımından) bəyənilməz bir iş gördün!»
قَالَ أَلَمْ أَقُل لَّكَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِىَ صَبْرًا٧٥
Qalə ələm əqul-ləkə innəkə lən təstəti'ə mə'iyə sabrə
(Xızır yenə də) dedi: «Məgər sənə demədim ki, mənim yanımda əsla səbr edə bilməzsən?»
قَالَ إِن سَأَلْتُكَ عَن شَىْءِۭ بَعْدَهَا فَلَا تُصَـٰحِبْنِىۖ قَدْ بَلَغْتَ مِن لَّدُنِّى عُذْرًا٧٦
Qalə in sə`əltukə ən şəy`in bə'dəha fəla tusahibniy, qəd bələğtə min llədunni uzrə
Dedi: «Əgər bundan sonra səndən bir şey soruşsam, daha mənimlə yoldaşlıq etmə. Çünki həqiqətən, mənim yanımda (qəbul olunan) üzürün var».
فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَآ أَتَيَآ أَهْلَ قَرْيَةٍ ٱسْتَطْعَمَآ أَهْلَهَا فَأَبَوْاْ أَن يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارًا يُرِيدُ أَن يَنقَضَّ فَأَقَامَهُۥۖ قَالَ لَوْ شِئْتَ لَتَّخَذْتَ عَلَيْهِ أَجْرًا٧٧
Fantaləqa hətta iza ətəya əhlə qəryətin stət'əma əhləha fə`əbəv ən yuzayyifuhuma fəvəcəda fiha cidarən yuridu ən yənqəzza fə`əqaməh, qalə ləv şi`tə lattəxəztə ələyhi əcrə
Beləliklə, hər ikisi (yenə) yola düşdülər. Bir kəndin əhalisinə çatanda, oranın camaatından yemək istədilər. Onlar bu ikisini qonaq etməkdən imtina etdilər. (Xızırla Musa) orada uçmaq üzrə olan bir divar gördülər. (Xızır) onu(n təməlini təzələməklə, yaxud təmir etməklə, yaxud ona dirək vurmaqla) dikəltdi. Musa dedi: «Əgər istəsəydin, əlbəttə bu əmələ görə bir muzd alardın!»
قَالَ هَـٰذَا فِرَاقُ بَيْنِى وَبَيْنِكَۚ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِع عَّلَيْهِ صَبْرًا٧٨
Qalə haza firaqu bəyni vəbəynik, sə`unəbbi`ukə bitə`vili ma ləm təstəti'-'ələyhi sabrə
Dedi: «Bu (indi), mənimlə sənin aranda olan ayrılıq (vaxtı)dır. Tezliklə (indi) səni səbr edə bilmədiyin şeyin gələcəyindən (həmin işlərin hədəfindən və onların yerinə yetirilmələrinin daha xeyirli olmasının səbəblərindən) xəbərdar edəcəyəm».
أَمَّا ٱلسَّفِينَةُ فَكَانَتْ لِمَسَـٰكِينَ يَعْمَلُونَ فِى ٱلْبَحْرِ فَأَرَدتُّ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَآءَهُم مَّلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًا٧٩
Əmmas səfinətu fəkanət liməsakinə yə'məlunə fil bəhri fə`ərəttu ən ə'ibəha vəkanə vəra`əhum-məlikun yə`xuzu kullə səfinətin ğəsbə
Gəmiyə gəldikdə: O, dənizdə işləyən yoxsulların idi. Mən onu nöqsanlı etmək istədim, çünki onların yolunun üstündə bütün (salamat) gəmiləri zorla ələ keçirən bir padşah var idi.
وَأَمَّا ٱلْغُلَـٰمُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَآ أَن يُرْهِقَهُمَا طُغْيَـٰنًا وَكُفْرًا٨٠
Və`əmma əl ğulamu fəkanə əbəvahu mu`minəyni fəxəşina ən yurhiqəhuma tuğyanən vəkufrə
O yeniyetmə oğlana gəldikdə isə: (O, kafir və azğın,) ata-anası (isə) mömin idilər. Buna görə də, onun o ikisini (ata-anasını əməldə) azğınlığa və (etiqadda) küfrə vadar etməsindən qorxduq.
فَأَرَدْنَآ أَن يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِّنْهُ زَكَوٲةً وَأَقْرَبَ رُحْمًا٨١
Fə`ərədna ən yubdiləhuma rəbbuhuma xəyrən mminhu zəkatən və`əqrəbə ruhmə
Beləliklə, Rəbblərinin onlara paklıqda (ruhunun küfr və itaətsizlikdən pak olması baxımından) daha yaxşı və mərhəmət və mehribanlıqda daha yaxın (olan bir övlad) əvəz verməsini istədik.
وَأَمَّا ٱلْجِدَارُ فَكَانَ لِغُلَـٰمَيْنِ يَتِيمَيْنِ فِى ٱلْمَدِينَةِ وَكَانَ تَحْتَهُۥ كَنزٌ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَـٰلِحًا فَأَرَادَ رَبُّكَ أَن يَبْلُغَآ أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنزَهُمَا رَحْمَةً مِّن رَّبِّكَۚ وَمَا فَعَلْتُهُۥ عَنْ أَمْرِىۚ ذَٲلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِع عَّلَيْهِ صَبْرًا٨٢
Və`əmmal cidaru fəkanə liğulaməyni yətiməyni fil mədinəti vəkanə təhtəhu kənzun lləhuma vəkanə əbuhuma salihən fə`əradə rəbbukə ən yəbluğa əşuddəhuma vəyəstəxrica kənzəhuma rəhmətən min rrəbbik, və ma fə'əltuhu ən əmriy, zalikə tə`vilu ma ləm təsti'-'ələyhi sabrə
Divara gəldikdə isə: O, şəhərdə olan iki yetim yeniyetmə oğlanın idi və onun altında o ikisi üçün bir xəzinə var idi. Onların ataları da yaxşı əməl sahibi olmuş şəxs idi. Beləliklə sənin Rəbbin o ikisinə qarşı mərhəmətli olduğu üçün, o ikisinin həddi-büluğa yetişmələrini və öz xəzinələrini çıxarmalarını istədi. Və mən bunu öz istəyimlə etmədim. (Sənə danışdığım) bu (sirlər), səbr edə bilmədiyin əhvalatların yozumudur».
وَيَسْــَٔلُونَكَ عَن ذِى ٱلْقَرْنَيْنِۖ قُلْ سَأَتْلُواْ عَلَيْكُم مِّنْهُ ذِكْرًا٨٣
Vəyəs`əlunəkə ən zil qərnəyn, qul sə`ətlu ələykum-minhu zikrə
(Ya Peyğəmbər!) Səndən Zülqərneyn barəsində soruşurlar, de: «Tezliklə sizin üçün onun barəsində (Qurandan) ayələr oxuyacağam».
إِنَّا مَكَّنَّا لَهُۥ فِى ٱلْأَرْضِ وَءَاتَيْنَـٰهُ مِن كُلِّ شَىْءٍ سَبَبًا٨٤
Inna məkkənna ləhu fil ərzi vəatəynahu min kulli şəy`in səbəbə
Həqiqətən, Biz ona yer üzündə qüdrət verdik və onun ixtiyarında (istədiyi) hər bir şeydən (elm, qüdrət və imkanat kimi) səbəb və vasitələr qoyduq.
فَأَتْبَعَ سَبَبًا٨٥
Fə`ətbə'ə səbəbə
O da bir yol və səbəbin arxasınca (yer üzünün qərb istiqamətinə) getdi.
حَتَّىٰٓ إِذَا بَلَغَ مَغْرِبَ ٱلشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِى عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِندَهَا قَوْمًاۗ قُلْنَا يَـٰذَا ٱلْقَرْنَيْنِ إِمَّآ أَن تُعَذِّبَ وَإِمَّآ أَن تَتَّخِذَ فِيهِمْ حُسْنًا٨٦
Hətta iza bələğə məğribəş şəmsi vəcədəha təğrubu fi əynin həmi`ətin vəvəcədə indəha qəvmə, qulna ya zal qərnəyni imma ən tu'əzzibə və`imma ən təttəxizə fihim husnə
Nəhayət, günəşin batdığı yerə (ehtimal ki, Afrikanın qərbinə, okean sahilinə) çatanda, günəşi (sanki) isti və palçıqlı çeşmədə batan gördü və orada (kafir) bir tayfa tapdı. Dedik: «Ey Zülqərneyn, (onların barəsində ixtiyar sahibisən) ya əzab verər və yaxud onların haqqında gözəl bir yol tutarsan».
قَالَ أَمَّا مَن ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُۥ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِۦ فَيُعَذِّبُهُۥ عَذَابًا نُّكْرًا٨٧
Qalə əmma mən zaləmə fəsəvfə nu'əzzibuhu summə yurəddu ila rəbbihi fəyu'əzzibuhu əzabən nnukrə
Dedi: «(Özünə) zülm edən (və küfr və şirkdə qalan) şəxsə gəlincə, ona tezliklə (öldürməklə) əzab verəcəyik. O, sonra öz Rəbbinə tərəf qaytarılacaqdır. Beləliklə (Rəbbi də) ona misli görünməmiş bir əzab verəcəkdir».
وَأَمَّا مَنْ ءَامَنَ وَعَمِلَ صَـٰلِحًا فَلَهُۥ جَزَآءً ٱلْحُسْنَىٰۖ وَسَنَقُولُ لَهُۥ مِنْ أَمْرِنَا يُسْرًا٨٨
Və`əmma mən amənə və'əmilə salihən fələhu cəza`ən əl husna, vəsənəqulu ləhu min əmrina yusrə
«Və iman gətirən və yaxşı iş görən şəxsə gəldikdə isə, onun üçün çox gözəl bir mükafat vardır və tezliklə öz əmrlərimizdən ona asan bir söz deyəcəyik (ona asan işlər buyurarıq)».
ثُمَّ أَتْبَعَ سَبَبًا٨٩
Summə ətbə'ə səbəbə
Sonra (yer üzünün şərq istiqamətinə) bir yol və səbəbin arxasınca getdi.
حَتَّىٰٓ إِذَا بَلَغَ مَطْلِعَ ٱلشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلَىٰ قَوْمٍ لَّمْ نَجْعَل لَّهُم مِّن دُونِهَا سِتْرًا٩٠
Hətta iza bələğə mətli'əş şəmsi vəcədəha tətlu'u əla qəvmin lləm nəc'əl-ləhum-min duniha sitrə
Nəhayət, günəşin çıxdığı yerə (yer üzünün şərqinin ən son yaşayış məntəqəsinə) çatanda, gördü ki, günəş, müqabilində onlar üçün heç bir örtük (paltar hazırlamaq, ağac əkmək, kölgəlik qurmaq və ya onların vasitələrini düzəltmək istedadı) vermədiyimiz bir qövmün üzərinə doğur.
كَذَٲلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًا٩١
Kəzalikə vəqəd əhətna bima lədəyhi xubrə
(Bəli, Zülqərneynin, yer və millətlərin əhvalatı) belə idi. Və şübhəsiz, Biz onun qarşısına çıxacaq şeyi (əzəldən) bilirdik.
ثُمَّ أَتْبَعَ سَبَبًا٩٢
Summə ətbə'ə səbəbə
Sonra o, (yer üzünün şimal istiqamətinə səfər etmək məqsədi ilə) bir səbəbin arxasınca getdi.
حَتَّىٰٓ إِذَا بَلَغَ بَيْنَ ٱلسَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلاً٩٣
Hətta iza bələğə bəynəs səddəyni vəcədə min dunihima qəvmən lla yəkadunə yəfqəhunə qəvlə
Nəhayət, iki səddin arasına yetişəndə, onlardan aşağıda (ya qabaqda və ya onların yaxınlığında düşüncələrinin darlığı və ya dillərinin fərqliliyi səbəbindən) heç bir söz anlamayan bir tayfa gördü.
قَالُواْ يَـٰذَا ٱلْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِى ٱلْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَىٰٓ أَن تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّا٩٤
Qalu ya zal qərnəyni innə yə`cucə vəmə`cucə mufsidunə fil ərzi fəhəl nəc'əlu ləkə xərcən əla ən təc'ələ bəynəna vəbəynəhum səddə
Onlar (bir yolla) dedilər: «Ey Zülqərneyn, həqiqətən, (Nuhun oğlu Yafəsin nəslindən olan) Yəcuc və Məcuc (adlı iki tayfa) bu yerdə fəsad törədirlər (bizi öldürür, var-yoxumuzu qarət edirlər). Bizimlə onların arasında bir sədd düzəltməyin üçün sənə bir xərclik (muzd) təyin edək?»
قَالَ مَا مَكَّنِّى فِيهِ رَبِّى خَيْرٌ فَأَعِينُونِى بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا٩٥
Qalə ma məkkənni fihi rəbbi xəyrun fə`ə'inuni biquvvətin əc'əl bəynəkum vəbəynəhum rədmə
(Zülqərneyn) dedi: «Rəbbimin, barəsində mənə imkan və qüdrət verdiyi şey (plan cızmaq, memarlıq və lazımı vasitələri tədarük görmək qüdrəti sizin maliyyə köməyinizdən) daha yaxşıdır. Buna görə də mənə (işçi) qüvvə(si) ilə kömək edin ki, sizinlə onların arasında əzəmətli bir sədd qurum.
ءَاتُونِى زُبَرَ ٱلْحَدِيدِۖ حَتَّىٰٓ إِذَا سَاوَىٰ بَيْنَ ٱلصَّدَفَيْنِ قَالَ ٱنفُخُواْۖ حَتَّىٰٓ إِذَا جَعَلَهُۥ نَارًا قَالَ ءَاتُونِىٓ أُفْرِغْ عَلَيْهِ قِطْرًا٩٦
Atuni zubərəl hədid, hətta iza sava bəynəs sadəfəyni qalə nfuxuv, hətta iza cə'ələhu narən qalə atuni ufriğ ələyhi qitrə
Mənə böyük dəmir parçaları gətirin». Nəhayət, elə ki, iki dağın arasını (dəmir parçaları düzməklə) bərabərləşdirdi (dəmir divarın hündürlüyü dağların başı ilə bir oldu), dedi: «(Dəmirlərin arasına yanan maddə töküb böyük ocaqlar qalayaraq) üfürün». Nəhayət, hamısını (əridib) od (kimi) edəndə, dedi: «Onun üzərinə (aralarındakı deşiklərə) tökmək üçün mənə ərimiş mis gətirin».
فَمَا ٱسْطَـٰعُوٓاْ أَن يَظْهَرُوهُ وَمَا ٱسْتَطَـٰعُواْ لَهُۥ نَقْبًا٩٧
Fəma sta'u ən yəzhəruhu və ma stəta'u ləhu nəqbə
Beləliklə, (Yəcuc və Məcuc tayfaları) bir daha onun üstünə çıxa bilmədilər və onda bir dəlik aça bilmədilər.
قَالَ هَـٰذَا رَحْمَةٌ مِّن رَّبِّىۖ فَإِذَا جَآءَ وَعْدُ رَبِّى جَعَلَهُۥ دَكَّآءَۖ وَكَانَ وَعْدُ رَبِّى حَقًّا٩٨
Qalə haza rəhmətun min rrəbbiy, fə`iza ca`ə və'du rəbbi cə'ələhu dəkka`, vəkanə və'du rəbbi həqqə
(Zülqərneyn) dedi: «Bu (əməl) mənim Rəbbim tərəfindən (Onun vədi yetişənə kimi) bir rəhmətdir. Beləliklə, Rəbbimin (səddin viran olması və ya Qiyamətin qopması barəsindəki) vədi yetişəndə (Allah) onu alt-üst edəcəkdir. Mənim Rəbbimin vədi həmişə haqq və sabitdir».
وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ فِى بَعْضٍۖ وَنُفِخَ فِى ٱلصُّورِ فَجَمَعْنَـٰهُمْ جَمْعًا٩٩
Vətərəkna bə'zahum yəvmə`izin yəmucu fi bə'z, vənufixə fis suri fəcəmə'nahum cəm'ə
Və o (səddin aşacağı, dünyanın axırının yaxınlaşacağı və surun birinci dəfə çalınmasının əlamətlərinin görünəcəyi) gün onları (Yəcuc ilə Məcucu və ya dünyadakı bütün insanları özbaşına) buraxarıq ki, bir-birlərinə (qarışaraq dəniz kimi) dalğalansınlar (və bəşəriyyətə hərc-mərclik hakim olsun). Və (Qiyamət yetişəndə) sur (ikinci dəfə) çalınar. Beləliklə onların hamısını təəccüblü bir şəkildə toplayarıq (cəsədlərinin zərrəciklərini torpağın içindən yığıb canlandırar, Bərzəx ruhlarını onların bədənlərinə daxil edər və məhşər səhnəsinə gətirərik).
وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍ لِّلْكَـٰفِرِينَ عَرْضًا١٠٠
Və'ərəzna cəhənnəmə yəvmə`izin llilkafirinə ərza
Və o gün kafirlərə Cəhənnəmi aşkar və qorxulu bir şəkildə göstərərik.
ٱلَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِى غِطَآءٍ عَن ذِكْرِى وَكَانُواْ لَا يَسْتَطِيعُونَ سَمْعًا١٠١
Əlləzinə kanət ə'yunuhum fi ğita`in ən zikri vəkanu la yəstəti'unə səm'ə
O kəslər(ə) ki, qəlb gözləri Məni anmaqdan pərdədə idi və (Mənim sözlərimi) eşidə bilmirdilər.
أَفَحَسِبَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن يَتَّخِذُواْ عِبَادِى مِن دُونِىٓ أَوْلِيَآءَۚ إِنَّآ أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَـٰفِرِينَ نُزُلاً١٠٢
Əfəhəsibə əlləzinə kəfəru ən yəttəxizu ibadi min duni əvliya`, inna ə'tədna cəhənnəmə lilkafirinə nuzulə
Yoxsa kafirlər Mənim yerimə (mələklər, İsa və başqaları kimi) bəndələrimi özləri üçün yardımçı və başçı götürməyi(n onlara xeyir verəcəyini) zənn etdilər? (Əsla!) Şübhəsiz, Biz Cəhənnəmi kafirləri qəbul etmək üçün hazırlamışıq.
قُلْ هَلْ نُنَبِّئُكُم بِٱلْأَخْسَرِينَ أَعْمَـٰلاً١٠٣
Qul həl nunəbbi`ukum bil`əxsərinə ə'malə
(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?»
ٱلَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِى ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا١٠٤
Əlləzinə zallə sə'yuhum fil həyatid dunya vəhum yəhsəbunə ənnəhum yuhsinunə sun'ə
Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir.
أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ كَفَرُواْ بِـَٔـايَـٰتِ رَبِّهِمْ وَلِقَآئِهِۦ فَحَبِطَتْ أَعْمَـٰلُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ وَزْنًا١٠٥
Ula`ikə əlləzinə kəfəru biayati rəbbihim vəliqa`ihi fəhəbitat ə'maluhum fəla nuqimu ləhum yəvməl qiyaməti vəznə
Onlar öz Rəbblərinin (tovhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq.
ذَٲلِكَ جَزَآؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُواْ وَٱتَّخَذُوٓاْ ءَايَـٰتِى وَرُسُلِى هُزُوًا١٠٦
Zalikə cəza`uhum cəhənnəmu bima kəfəru vattəxəzu ayati vərusuli huzuvə
Belə ki, onların cəzası Cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tovhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular.
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ كَانَتْ لَهُمْ جَنَّـٰتُ ٱلْفِرْدَوْسِ نُزُلاً١٠٧
Innə əlləzinə amənu və'əmilus salihati kanət ləhum cənnatul firdəvsi nuzulə
Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri Firdovs bağlarıdır.
خَـٰلِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلاً١٠٨
Xalidinə fiha la yəbğunə ənha hivələ
Onlar orada əbədi olar, heç vaxt oradan (başqa yerə) dəyişilmək istəməzlər.
قُل لَّوْ كَانَ ٱلْبَحْرُ مِدَادًا لِّكَلِمَـٰتِ رَبِّى لَنَفِدَ ٱلْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَـٰتُ رَبِّى وَلَوْ جِئْنَا بِمِثْلِهِۦ مَدَدًا١٠٩
Qul-ləv kanəl bəhru midadən llikəlimati rəbbi lənəfidəl bəhru qəblə ən tənfədə kəlimatu rəbbi vələv ci`na bimislihi mədədə
De: «Əgər dəniz mənim Rəbbimin (bütün kainatdan və mövcudlardan ibarət) sözləri(ni yazmaq) üçün mürəkkəb olsa, hətta onun bənzərini (başqa bir dənizi) köməyə gətirsək belə, şübhəsiz, o (dənizlər), Rəbbimin sözləri sona çatmamış qurtarar».
قُلْ إِنَّمَآ أَنَا۟ بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَـٰهُكُمْ إِلَـٰهٌ وَٲحِدٌۖ فَمَن كَانَ يَرْجُواْ لِقَآءَ رَبِّهِۦ فَلْيَعْمَلْ عَمَلاً صَـٰلِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِۦٓ أَحَدَۢا١١٠
Qul innəma əna bəşərun mmislukum yuha iləyyə ənnəma ilahukum ilahun vahid, fəmən kanə yərcu liqa`ə rəbbihi fəlyə'məl əmələn salihən və la yuşrik bi'ibadəti rəbbihi əhədə
De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz, sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın».