Surə 34 · 54 ayə

surah034

Səbə (Səba)

Məkkə·54 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَٲتِ وَمَا فِى ٱلْأَرْضِ وَلَهُ ٱلْحَمْدُ فِى ٱلْأَخِرَةِۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ١

Əl həmdu lilləhi əlləzi ləhu ma fis səmavati və ma fil ərzi və ləhul həmdu fil axirəti və huvəl həkimul xəbir

Həmd göylərdə və yerdə nə varsa, hamısının həqiqi sahibi olan Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və məhv etmək – hamısı Onun iradə və istəyi ilədir), axirətdə (də) bütün həmdlər Ona məxsusdur (çünki axirət aləminin də bütün gözəllikləri Ondandır) və O (yaradılış və şəriət qanunlarında diqqətli və möhkəm) hikmət sahibidir və xəbərdardır.

2Ayə 2

يَعْلَمُ مَا يَلِجُ فِى ٱلْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعْرُجُ فِيهَاۚ وَهُوَ ٱلرَّحِيمُ ٱلْغَفُورُ٢

Yə`ləmu ma yəlicu fil ərzi və ma yəxrucu minha və ma yənzilu minəs səma`i və ma yə'rucu fiha, və huvə rrəhimu əl ğəfur

Yerə daxil olanı (sular, ölülər, xəzinələr, köklər və heyvanlar) və yerdən çıxanı (heyvanlar, bitkilər, bulaqlar və mədənlər) və göydən nazil olanı (mələklər, səmavi kitablar, İlahi qəzavü-qədərlər, planetlərin nuru, şimşək və yağışlar) və göyə qalxanı (mələklər, bəndələrin əməlləri, bəzi cinlər və bəzi insanların ruhları) – hamısını bilir. O, rəhm edən və bağışlayandır.

3Ayə 3

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَا تَأْتِينَا ٱلسَّاعَةُۖ قُلْ بَلَىٰ وَرَبِّى لَتَأْتِيَنَّكُمْ عَـٰلِمِ ٱلْغَيْبِۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِى ٱلسَّمَـٰوَٲتِ وَلَا فِى ٱلْأَرْضِ وَلَآ أَصْغَرُ مِن ذَٲلِكَ وَلَآ أَكْبَرُ إِلَّا فِى كِتَـٰبٍ مُّبِينٍ٣

Vəqalə əlləzinə kəfəru la tə`tinas sa'əh, qul bəla vərəbbi lətə`tiyənnəkum alimi əl ğəyb, la yə'zubu ənhu misqalu zərrətin fis səmavati və la fil ərzi və la əsğəru min zalikə və la əkbəru illa fi kitabin mmubin

Və kafir olanlar dedilər: «Əsla bizə Qiyamət günü gəlməyəcəkdir». De: «Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, mütləq (Qiyamət) sizə gələcəkdir»; O Allah ki, qeybi biləndir. Göylərdə və yerdə zərrə ağırlığında heç bir şey Onun elmindən gizlin deyildir. Bundan daha kiçik və daha böyük (bir şey) yoxdur ki, açıq-aşkar kitabda (Lövhi-Məhfuzda) olmasın.

4Ayə 4

لِّيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِۚ أُوْلَـٰٓئِكَ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ٤

Liyəcziyə əlləzinə amənu və'əmilus salihat, ula`ikə ləhum-məğfirətun vərizqun kərim

(Bütün bunlar ona görədir ki,) iman gətirən və yaxşı işlər görənlərə mükafat versin. Məhz onlar üçün bağışlanmaq və çox dəyərli bir ruzi vardır.

5Ayə 5

وَٱلَّذِينَ سَعَوْ فِىٓ ءَايَـٰتِنَا مُعَـٰجِزِينَ أُوْلَـٰٓئِكَ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٌ٥

Valləzinə sə'əv fi ayatina mu'acizinə ula`ikə ləhum əzabun min rriczin əlim

Və Bizi aciz edəcəklərini sanaraq ayələrimiz(i inkar və batil etmək)də səy göstərən kəslər üçün ən pis əzablardan şiddətli bir əzab hazırlamışıq.

6Ayə 6

وَيَرَى ٱلَّذِينَ أُوتُواْ ٱلْعِلْمَ ٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ هُوَ ٱلْحَقَّ وَيَهْدِىٓ إِلَىٰ صِرَٲطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ٦

Vəyəra əlləzinə utul ilmə əlləzi unzilə iləykə min rrəbbikə huvəl həqqə vəyəhdi ila siratil əzizil həmid

(Din və səmavi kitab) elm(i) verilmiş kəslər gördülər və bildilər ki, Rəbbin tərəfindən sənə nazil olan haqdır və (O) qüdrətli, həmd olunmuş Allahın yoluna yönəldir.

7Ayə 7

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِى خَلْقٍ جَدِيدٍ٧

Vəqalə əlləzinə kəfəru həl nədullukum əla rəculin yunəbbi`ukum iza muzziqtum kullə muməzzəqin innəkum ləfi xəlqin cədid

Və kafir olanlar (bir-birinə istehza ilə) deyirlər: «Sizə siz (yerin altında) tamamilə parça-parça olub dağıldıqdan sonra mütləq (başqa bir aləmdə) yeni bir yaradılışla zahir olacağınızı xəbər verən bir kişini göstərəkmi?!»

8Ayə 8

أَفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَم بِهِۦ جِنَّۗةُۢ بَلِ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْأَخِرَةِ فِى ٱلْعَذَابِ وَٱلضَّلَـٰلِ ٱلْبَعِيدِ٨

Əftəra əla əllah kəzibən əm bihi cinnəh, bəli əlləzinə la yu`minunə bilaxirəti fil əzabi vəz zalalil bə'id

«Görəsən o, Allaha qarşı yalan uydurur, yoxsa onda bir dəlilikmi var?!» (Belə deyildir), əksinə (əslində) axirətə iman gətirməyənlər (indidən) əzabda və uzun-uzadı bir azğınlıq içərisindədirlər.

9Ayə 9

أَفَلَمْ يَرَوْاْ إِلَىٰ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِۚ إِن نَّشَأْ نَخْسِفْ بِهِمُ ٱلْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًا مِّنَ ٱلسَّمَآءِۚ إِنَّ فِى ذَٲلِكَ لَأَيَةً لِّكُلِّ عَبْدٍ مُّنِيبٍ٩

Əfələm yərəv ila ma bəynə əydihim və ma xəlfəhum-minəs səma`i vəl ərz, in-nəşə` nəxsif bihimul ərza əv nusqit ələyhim kisəfən mminəs səma`, innə fi zalikə ləayətən llikulli əbdin mmunib

Məgər önlərində və arxalarında olana, göyə və yerə baxmadılarmı? Əgər istəsək onları yerə batırar, yaxud göy (cisimlərinin) parçalarını onların başlarına tökərik! Həqiqətən, bunda (Bizim bu vüsət və qüdrətimizdə) hər bir tövbəkar və Allaha tərəf qayıdan hər bir bəndə üçün (tovhid və peyğəmbərlərin doğruluğuna dair) bir nişanə vardır.

10Ayə 10

وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ مِنَّا فَضْلاًۖ يَـٰجِبَالُ أَوِّبِى مَعَهُۥ وَٱلطَّيْرَۖ وَأَلَنَّا لَهُ ٱلْحَدِيدَ١٠

Vələqəd atəyna davudə minna fəzlə, ya cibalu əvvibi mə'əhu vət tayr, və`ələnna ləhul hədid

Həqiqətən, (Biz) Davuda Öz tərəfimizdən bir lütf və rəhmət əta etdik (belə ki, dağları və quşları ona ram etdik və dedik:) «Ey dağlar və ey quşlar, onunla birgə Allahı zikr etməkdə səs-səsə verin;» həmçinin dəmiri onun üçün yumşaltdıq ki,

11Ayə 11

أَنِ ٱعْمَلْ سَـٰبِغَـٰتٍ وَقَدِّرْ فِى ٱلسَّرْدِۖ وَٱعْمَلُواْ صَـٰلِحًاۖ إِنِّى بِمَا تَعْمَلُونَ بَصِيرٌ١١

Əni məl sabiğatin vəqəddir fis sərd, va'məlu salihə, inni bima tə'məlunə bəsir

«Geniş zirehlər toxu və onların toxunmasında ölçünü gözlə (halqalar həm bir-birinə, həm də paltarın hissələrinə uyğun olsun, zireh də bədənin ölçüsündə olsun) və (bu nemətlərin şükrü olaraq) yaxşı işlər görün ki, Mən etdiklərinizi görənəm».

12Ayə 12

وَلِسُلَيْمَـٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهْرٌ وَرَوَاحُهَا شَهْرٌۖ وَأَسَلْنَا لَهُۥ عَيْنَ ٱلْقِطْرِۖ وَمِنَ ٱلْجِنِّ مَن يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِۖۦ وَمَن يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ ٱلسَّعِيرِ١٢

Vəlisuləymanə rrihə ğuduvvuha şəhrun vərəvahuha şəhr, və`əsəlna ləhu əynəl qitr, vəminəl cinni mən yə'məlu bəynə yədəyhi bi`izni rəbbih, və mən yəziğ minhum ən əmrina nuziqhu min əzabis sə'ir

Və Süleyman üçün küləyi (ram etdik). (Onun) sübh gedişi (sürətlə qaçan atın gedişi ilə) bir aylıq yol və axşam gedişi də bir aylıq yol idi. Onun üçün mis bulağını axıtdıq. Cin tayfasından elələri var idi ki, Rəbbinin izni ilə xidmətində işləyirdi. Onlardan hər kəs Bizim əmrimizdən boyun qaçırırdısa, ona alovlu oddan daddırırdıq.

13Ayə 13

يَعْمَلُونَ لَهُۥ مَا يَشَآءُ مِن مَّحَـٰرِيبَ وَتَمَـٰثِيلَ وَجِفَانٍ كَٱلْجَوَابِ وَقُدُورٍ رَّاسِيَـٰتٍۚ ٱعْمَلُوٓاْ ءَالَ دَاوُۥدَ شُكْرًاۚ وَقَلِيلٌ مِّنْ عِبَادِىَ ٱلشَّكُورُ١٣

Yə'məlunə ləhu ma yəşau min mməharibə vətəmasilə vəcifanin kalcəvabi vəqudurin rrasiyat, i'məlu alə davudə şukrə, vəqəlilun min ibadiyəş şəkur

Onlar onun (Süleyman) üçün istədiyi hər bir şeyi – möhkəm qəsrlər (yaxud məbədlər və ibadət mehrabları), heykəllər, böyük hovuzlara bənzər kasalar və sabit, yerindən tərpənməyən qazanlar düzəldirdilər. (Və buyurduq:) «Ey Davud ailəsi, (bu nemətlərə) şükr edin və Mənim bəndələrimdən şükr edən azdır».

14Ayə 14

فَلَمَّا قَضَيْنَا عَلَيْهِ ٱلْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِۦٓ إِلَّا دَآبَّةُ ٱلْأَرْضِ تَأْكُلُ مِنسَأَتَهُۖۥ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ ٱلْجِنُّ أَن لَّوْ كَانُواْ يَعْلَمُونَ ٱلْغَيْبَ مَا لَبِثُواْ فِى ٱلْعَذَابِ ٱلْمُهِينِ١٤

Fələmma qəzayna ələyhil məvtə ma dəlləhum əla məvtihi illa dabbətul ərzi tə`kulu minsə`ətəh, fələmma xərrə təbəyyənətil cinnu ən lləv kanu yə`ləmunə əl ğəybə ma ləbisu fil əzabil muhin

Ölümü onun üçün (o, əsaya söykənmiş halda olarkən) qərara aldıq (və onu öldürdük). Yalnız yerdə hərəkət edən onun əsasını yeyən bir qurd (taxtabiti) onları (ailəsini və cinləri) onun ölümündən xəbərdar etdi. (Süleyman) yerə yıxılanda (qeyb elmini bilmək iddiasında olan) cinlər başa düşdülər ki, əgər qeybi bilsəydilər, o alçaldıcı əzabda qalmazdılar. (Uzun müddət müti halda artıq çoxdan dünyasını dəyişmiş sultanın hüzurunda durmazdılar.)

15Ayə 15

لَقَدْ كَانَ لِسَبَإٍ فِى مَسْكَنِهِمْ ءَايَةٌۖ جَنَّتَانِ عَن يَمِينٍ وَشِمَالٍۖ كُلُواْ مِن رِّزْقِ رَبِّكُمْ وَٱشْكُرُواْ لَهُۚۥ بَلْدَةٌ طَيِّبَةٌ وَرَبٌّ غَفُورٌ١٥

Ləqəd kanə lisəbə`in fi məskənihim ayəh, cənnətani ən yəminin vəşimal, kulu min rrizqi rəbbikum vaşkuru ləh, bəldətun tayyibətun vərəbbun ğəfur

Həqiqətən, Səba qövmü üçün onların məskənlərində (Allahın qüdrəti və rəhmətinə dair) bir nişanə var idi. (Orada) sağ və sol tərəfdə iki bağça (var idi. Onlara dedik:) «Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin. (Məskəniniz) pak bir şəhərdir və Rəbbiniz də bağışlayan».

16Ayə 16

فَأَعْرَضُواْ فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ ٱلْعَرِمِ وَبَدَّلْنَـٰهُم بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَىْ أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَىْءٍ مِّن سِدْرٍ قَلِيلٍ١٦

Fə`ə'rəzu fə`ərsəlna ələyhim səyləl ərimi vəbəddəlnahum bicənnətəyhim cənnətəyni zəvatəy ukulin xəmtin və`əslin vəşəy`in min sidrin qəlil

(Lakin onlar Allahdan və Onun dinindən) üz döndərdilər və Biz onlara «Ərim» bəndinin selini göndərdik. Onların (müxtəlif meyvələrlə dolu olan) iki bağını acı meyvələri, yulğun ağacları və bir qədər sidr ağacı olan iki bağa döndərdik.

17Ayə 17

ذَٲلِكَ جَزَيْنَـٰهُم بِمَا كَفَرُواْۖ وَهَلْ نُجَـٰزِىٓ إِلَّا ٱلْكَفُورَ١٧

Zalikə cəzəynahum bima kəfəruv, vəhəl nucazi illal kəfur

Biz onlara küfr və nankorluqlarına görə belə cəza verdik. Məgər inkar və nankorluq edəndən başqasını cəzalandırarıqmı?!

18Ayə 18

وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ ٱلْقُرَى ٱلَّتِى بَـٰرَكْنَا فِيهَا قُرًى ظَـٰهِرَةً وَقَدَّرْنَا فِيهَا ٱلسَّيْرَۖ سِيرُواْ فِيهَا لَيَالِىَ وَأَيَّامًا ءَامِنِينَ١٨

Vəcə'əlna bəynəhum vəbəynəl qura əlləti barəkna fiha qurən zahirətən vəqəddərna fihas səyr, siru fiha ləyaliyə və`əyyamən aminin

Onlarla (şəhərləri ilə) bərəkət verdiyimiz şəhərlərin (Şam torpaqları) arasında aşkar (yaxın və bir-birinə bitişik) şəhərlər yaratmış və onların arasında gediş-gəliş müəyyən etmiş və məhdudlaşdırmışdıq (məskənlərin fasiləsi və onların arasındakı get-gəlin miqdarı bir ölçüdə idi və onlara buyurduq:) «Gecələr və gündüzlər bu şəhərlərin arasında aramlıq və əmin-amanlıqla get-gəl edin».

19Ayə 19

فَقَالُواْ رَبَّنَا بَـٰعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوٓاْ أَنفُسَهُمْ فَجَعَلْنَـٰهُمْ أَحَادِيثَ وَمَزَّقْنَـٰهُمْ كُلَّ مُمَزَّقٍۚ إِنَّ فِى ذَٲلِكَ لَأَيَـٰتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ١٩

Fəqalu rəbbəna ba'id bəynə əsfarina vəzaləmu ənfusəhum fəcə'əlnahum əhadisə vəməzzəqnahum kullə muməzzəq, innə fi zalikə ləayatin llikulli sabbarin şəkur

(Lakin onlar nemətin bolluğundan və gediş-gəlişin rahat olmasından doydular), dedilər: «Ey Rəbbimiz, bizim səfər (düşərgə)lərimizin arasını uzaq et» (ki, azuqə və miniyə ehtiyac olsun, beləliklə də varlıların üstünlüyü aydınlaşsın) və onlar özlərinə zülm etdilər. Biz də onları (yaddaşlarda ibrətamiz) dastanlar etdik və onları tamamilə pərən-pərən saldıq. Həqiqətən, bunda (bu hadisədə) hər bir səbirli və şükr edən şəxs üçün (Allahın qüdrəti və qəzəbinə dair) nişanələr vardır.

20Ayə 20

وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُۥ فَٱتَّبَعُوهُ إِلَّا فَرِيقًا مِّنَ ٱلْمُؤْمِنِينَ٢٠

Vələqəd saddəqə ələyhim iblisu zannəhu fattəbə'uhu illa fəriqən mminəl mu`minin

Və həqiqətən, İblisin onlar barəsində zənni düz çıxdı yalnız möminlərdən ibarət bir dəstə istisna olmaqla hamısı ona tabe oldular.

21Ayə 21

وَمَا كَانَ لَهُۥ عَلَيْهِم مِّن سُلْطَـٰنٍ إِلَّا لِنَعْلَمَ مَن يُؤْمِنُ بِٱلْأَخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِى شَكٍّۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌ٢١

Və ma kanə ləhu ələyhim-min sultanin illa linə'ləmə mən yu`minu bilaxirəti mimmən huvə minha fi şəkk, vərəbbukə əla kulli şəy`in həfiz

Və əsla onun (İblisin) onların üzərində heç bir hökmranlığı yox idi (onları zorla məcbur etmirdi). Yalnız (vəsvəsə və dəvət edirdi ki,) axirətə iman gətirən kəsi, ona şəkk-şübhə edəndən ayırmaq (seçmək) barəsində Bizim əzəli elmimiz həyata keçsin (və kimin imanlı kimin şəkk içində olduğu məlum olsun). Sənin Rəbbin hər bir şeyi hifz edəndir.

22Ayə 22

قُلِ ٱدْعُواْ ٱلَّذِينَ زَعَمْتُم مِّن دُونِ ٱللَّهِۖ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍ فِى ٱلسَّمَـٰوَٲتِ وَلَا فِى ٱلْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِن شِرْكٍ وَمَا لَهُۥ مِنْهُم مِّن ظَهِيرٍ٢٢

Quli d'u əlləzinə zə'əmtum-min duni-llahi, la yəmlikunə misqalə zərrətin fis səmavati və la fil ərzi və ma ləhum fihima min şirkin və ma ləhu minhum-min zahir

De: «Allahın yerinə (məbud) zənn etdiklərinizi çağırın, (görəcəksiniz ki, sizə cavab vermək qüdrətləri yoxdur, çünki onlar) göylərdə və yerdə zərrə qədər də bir şeyə malik deyillər və onların o ikisində (göylərin və yerin yaradılışı, hifzi və idarə olunmasında) heç bir şərikliyi yoxdur və Allah üçün əsla onlardan bir köməkçi yoxdur».

23Ayə 23

وَلَا تَنفَعُ ٱلشَّفَـٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنْ أَذِنَ لَهُۚۥ حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمْ قَالُواْ مَاذَا قَالَ رَبُّكُمْۖ قَالُواْ ٱلْحَقَّۖ وَهُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ٢٣

Və la tənfə'uş şəfa'ətu indəhu illa limən əzinə ləh, hətta iza fuzzi'ə ən qulubihim qalu maza qalə rəbbukum, qalul həqq, və huvəl əliyyul kəbir

(Şəfaət etməsinə, ya şəfaət olunmasına) izn verdiyi kimsələr istisna olmaqla şəfaət etmək və şəfaət olunmaq Onun yanında (o gün) fayda verməyəcəkdir. (Və günahkarlar o gün vəhşət içərisində olacaqlar). Nəhayət (izn verilərkən) onların qəlblərindən qorxu və vəhşət getdikdə (şəfaət edənlərə) deyərlər: «Rəbbiniz nə dedi?» Deyərlər: «Haqq (olan bir kəlam dedi və şəfaətə izn verdi), və O (hər şeydən) uca və böyükdür».

24Ayə 24

قُلْ مَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِۖ قُلِ ٱللَّهُۖ وَإِنَّآ أَوْ إِيَّاكُمْ لَعَلَىٰ هُدًى أَوْ فِى ضَلَـٰلٍ مُّبِينٍ٢٤

Qul mən yərzuqukum-minəs səmavati vəl ərz, quli-llahi, və`inna əv iyyakum lə'əla hudən əv fi zalalin mmubin

De: «Göydən və yerdən sizə ruzi verən kimdir?» De: «Yeganə olan Allah. Elə isə doğru yolda, ya açıq-aşkar azğınlıqda olan bizik, ya siz?!»

25Ayə 25

قُل لَّا تُسْــَٔلُونَ عَمَّآ أَجْرَمْنَا وَلَا نُسْــَٔلُ عَمَّا تَعْمَلُونَ٢٥

Qul-la tus`əlunə əmma əcrəmna və la nus`əlu əmma tə'məlun

De: «Siz Bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız və Biz də sizin etdiyiniz əməllər barədə sorğu-sual olunmayacağıq».

26Ayə 26

قُلْ يَجْمَعُ بَيْنَنَا رَبُّنَا ثُمَّ يَفْتَحُ بَيْنَنَا بِٱلْحَقِّ وَهُوَ ٱلْفَتَّاحُ ٱلْعَلِيمُ٢٦

Qul yəcmə'u bəynəna rəbbuna summə yəftəhu bəynəna bilhəqqi və huvəl fəttahul əlim

De: «Rəbbimiz (Qiyamət günü) bizlə sizi (bir yerə) cəm edəcəkdir, sonra bizim aramızda haqq üzrə, qəti surətdə hökm verəcəkdir. Odur qəti surətdə hökm edən və bilən».

27Ayə 27

قُلْ أَرُونِىَ ٱلَّذِينَ أَلْحَقْتُم بِهِۦ شُرَكَآءَۖ كَلَّاۚ بَلْ هُوَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ٢٧

Qul əruniyə əlləzinə əlhəqtum bihi şurəka`, kəlla, bəl huvə əllahul əzizul həkim

De: «Allaha şərik qoşduqlarınızı mənə göstərin (görüm onlarda tanrılıq əlamətlərindən bir şey var, ya yoxdur?) Belə deyildir. Odur vacib, yeganə və bütün kamalları Özündə cəmləndirən Allah, (Odur) yenilməz qüdrət və hikmət sahibi».

28Ayə 28

وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا كَآفَّةً لِّلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ٢٨

Və ma ərsəlnakə illa kaffətən llilnnasi bəşirən vənəzirən və lakinnə əksərən nasi la yə`ləmun

Və Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonundək) qoruyan və (salehlərə) müjdə verən və (pisləri) qorxudan (kimi) göndərdik. Lakin camaatın əksəriyyəti (bunu) bilmir.

29Ayə 29

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ٢٩

Vəyəqulunə məta hazal və'du in kuntum sadiqin

Deyərlər: «Bu (Qiyamət, hesab və hökm etmə) vəd(i) nə zaman olacaqdır? Əgər siz düz danışansınızsa».

30Ayə 30

قُل لَّكُم مِّيعَادُ يَوْمٍ لَّا تَسْتَــْٔخِرُونَ عَنْهُ سَاعَةً وَلَا تَسْتَقْدِمُونَ٣٠

Qul-ləkum-mi'adu yəvmin lla təstə`xirunə ənhu sa'ətən və la təstəqdimun

De: «Sizə vəd olunmuş gün elə bir gündür ki, (ölüm günü, ya axirət günü) əsla ondan nə bir saat təxir edərsiniz və nə də irəli keçərsiniz».

31Ayə 31

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَن نُّؤْمِنَ بِهَـٰذَا ٱلْقُرْءَانِ وَلَا بِٱلَّذِى بَيْنَ يَدَيْهِۗ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّـٰلِمُونَ مَوْقُوفُونَ عِندَ رَبِّهِمْ يَرْجِعُ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ ٱلْقَوْلَ يَقُولُ ٱلَّذِينَ ٱسْتُضْعِفُواْ لِلَّذِينَ ٱسْتَكْبَرُواْ لَوْلَآ أَنتُمْ لَكُنَّا مُؤْمِنِينَ٣١

Vəqalə əlləzinə kəfəru lən-nu`minə bihazal qur`-ani və la billəzi bəynə yədəyh, vələv təra iziz zalimunə məvqufunə ində rəbbihim yərci'u bə'zuhum ila bə'zin əl qəvlə yəqulu əlləzinə stuz'ifu lilləzinə stəkbəru ləvla əntum ləkunna mu`minin

Və kafir olanlar dedilər: «Əsla bu Qurana və ondan öncə olana (səmavi kitablara) iman gətirmərik». Və əgər zalımları Rəbbi qarşısında (hüzurunda) ayaq üstə saxlanılıb bir-birləri ilə danışan halda görsəydin (çox təəccüblənərdin). Zəiflədilənlər təkəbbürlülərə deyərlər: «Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq».

32Ayə 32

قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُواْ لِلَّذِينَ ٱسْتُضْعِفُوٓاْ أَنَحْنُ صَدَدْنَـٰكُمْ عَنِ ٱلْهُدَىٰ بَعْدَ إِذْ جَآءَكُمۖ بَلْ كُنتُم مُّجْرِمِينَ٣٢

Qalə əlləzinə stəkbəru lilləzinə stuz'ifu ənəhnu sadədnakum ənil huda bə'də iz ca`əkum, bəl kuntum-mucrimin

Təkəbbürlük edənlər zəiflədilənlərə deyərlər: «Məgər sizə doğru yol gəldikdən sonra sizi ondan saxlayan bizmi idik?! (Xeyr,) əslində siz özünüz günahkar idiniz».

33Ayə 33

وَقَالَ ٱلَّذِينَ ٱسْتُضْعِفُواْ لِلَّذِينَ ٱسْتَكْبَرُواْ بَلْ مَكْرُ ٱلَّيْلِ وَٱلنَّهَارِ إِذْ تَأْمُرُونَنَآ أَن نَّكْفُرَ بِٱللَّهِ وَنَجْعَلَ لَهُۥٓ أَندَادًاۚ وَأَسَرُّواْ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُاْ ٱلْعَذَابَ وَجَعَلْنَا ٱلْأَغْلَـٰلَ فِىٓ أَعْنَاقِ ٱلَّذِينَ كَفَرُواْۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُواْ يَعْمَلُونَ٣٣

Vəqalə əlləzinə stuz'ifu lilləzinə stəkbəru bəl məkru əlləyli vən nəhari iz tə`murunəna ən-nəkfurə bi-llahi vənəc'ələ ləhu əndadə, və`əsərrun nədamətə ləmma rə`əvul əzabə vəcə'əlnal əğlalə fi ə'naqi əlləzinə kəfəruv, həl yuczəvnə illa ma kanu yə'məlun

Və zəiflədilənlər təkəbbürlük edənlərə deyərlər: «Əslində (bizi azdıran sizin) gecə-gündüz (qurduğunuz) hiylə idi, o zaman ki, bizə Allaha kafir olmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz». Onlar əzabı gördükdə (öz) peşmançılıqlarını gizlədərlər. Biz kafir olanların boyunlarına dəmir halqa keçirdərik, məgər etdiklərindən (yaxud etdikləri əməlin təcəssümündən) başqa bir şeyləmi cəzalandırılırlar?!

34Ayə 34

وَمَآ أَرْسَلْنَا فِى قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَـٰفِرُونَ٣٤

Və ma ərsəlna fi qəryətin mmin-nəzirin illa qalə mutrəfuha inna bima ursiltum bihi kafirun

Biz hər hansı bir bəşər cəmiyyətinə elə bir qorxudan (peyğəmbər) göndərmədik ki, oranın əyan-əşrafı və rifah içərisində yaşayanları deməsinlər: «Həqiqətən, Biz sizin göndərildiyiniz şeyə kafirik».

35Ayə 35

وَقَالُواْ نَحْنُ أَكْثَرُ أَمْوَٲلاً وَأَوْلَـٰدًا وَمَا نَحْنُ بِمُعَذَّبِينَ٣٥

Vəqalu nəhnu əksəru əmvalən və`əvladən və ma nəhnu bimu'əzzəbin

Və dedilər: «Bizim mal-dövlətimiz və övladlarımız (sizinkindən) çoxdur və bizə heç bir vaxt əzab olunmayacaqdır (çünki, bizə verilənlər Allahın bizə olan məhəbbətinin əlamətidir)».

36Ayə 36

قُلْ إِنَّ رَبِّى يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ٣٦

Qul innə rəbbi yəbsutu rrizqə limən yəşau vəyəqdiru və lakinnə əksərən nasi la yə`ləmun

De: «Həqiqətən, mənim Rəbbim (ümumun mənafeyinə və quruluşun zərurətinə əsasən) istədiyi şəxs üçün ruzini bol edər və azaldar. (Bunlar həmin şəxslərə qarşı məhəbbətin və nifrətin əlaməti deyildir) və lakin insanların çoxu (bunu) bilmir».

37Ayə 37

وَمَآ أَمْوَٲلُكُمْ وَلَآ أَوْلَـٰدُكُم بِٱلَّتِى تُقَرِّبُكُمْ عِندَنَا زُلْفَىٰٓ إِلَّا مَنْ ءَامَنَ وَعَمِلَ صَـٰلِحًا فَأُوْلَـٰٓئِكَ لَهُمْ جَزَآءُ ٱلضِّعْفِ بِمَا عَمِلُواْ وَهُمْ فِى ٱلْغُرُفَـٰتِ ءَامِنُونَ٣٧

Və ma əmvalukum və la əvladukum billəti tuqərribukum indəna zulfa illa mən amənə və'əmilə salihən fə`ula`ikə ləhum cəza`uz zi'fi bima əmilu vəhum fi əl ğurufati aminun

Sizi Bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə də övladlarınızdır. Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində iki qat mükafat vardır və onlar Cənnət otaqlarında əmin-amanlıq içindədirlər.

38Ayə 38

وَٱلَّذِينَ يَسْعَوْنَ فِىٓ ءَايَـٰتِنَا مُعَـٰجِزِينَ أُوْلَـٰٓئِكَ فِى ٱلْعَذَابِ مُحْضَرُونَ٣٨

Valləzinə yəs'əvnə fi ayatina mu'acizinə ula`ikə fil əzabi muhzarun

Bizi aciz edəcəklərini sanaraq ayələrimiz(i inkar və batil etməy)ə səy edən kəslər əzab üçün gətiriləcəklər.

39Ayə 39

قُلْ إِنَّ رَبِّى يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ لَهُۥۚ وَمَآ أَنفَقْتُم مِّن شَىْءٍ فَهُوَ يُخْلِفُهُۖۥ وَهُوَ خَيْرُ ٱلرَّٲزِقِينَ٣٩

Qul innə rəbbi yəbsutu rrizqə limən yəşau min ibadihi vəyəqdiru ləh, və ma ənfəqtum-min şəy`in fəhuvə yuxlifuh, və huvə xəyru rraziqin

De: «Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) səhv etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır».

40Ayə 40

وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ يَقُولُ لِلْمَلَـٰٓئِكَةِ أَهَـٰٓؤُلَآءِ إِيَّاكُمْ كَانُواْ يَعْبُدُونَ٤٠

Vəyəvmə yəhşuruhum cəmi'ən summə yəqulu lilməla`ikəti əha`ula`i iyyakum kanu yə'budun

Və (yada sal) o günü ki, onların hamısını (ibadət edənləri və ibadət olunanları) toplayacaq, sonra da mələklərə deyəcək: «Bunlar (dünyada) sizəmi ibadət edirdilər?»

41Ayə 41

قَالُواْ سُبْحَـٰنَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِمۖ بَلْ كَانُواْ يَعْبُدُونَ ٱلْجِنَّۖ أَكْثَرُهُم بِهِم مُّؤْمِنُونَ٤١

Qalu subhanəkə əntə vəliyyuna min dunihim, bəl kanu yə'budunəl cinn, Əksəruhum bihim-mu`minun

(Mələklər) deyərlər: «Sən (hər hansı bir eyib və nöqsandan uzaq), paksan, bizim dostumuz, hamimiz və yardımçımız yalnız Sənsən, onlar deyil. (Onların bizə ibadət etmələrinə razı deyildik). Əslində onlar cinlərə ibadət edirdilər (çünki cinlər onların ibadətlərinə razı idilər və) onların əksəriyyəti cinlərə iman gətirmişdi».

42Ayə 42

فَٱلْيَوْمَ لَا يَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍ نَّفْعًا وَلَا ضَرًّا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُواْ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ٤٢

Falyəvmə la yəmliku bə'zukum libə'zin nnəf'ən və la zarrən vənəqulu lilləzinə zaləmu zuqu əzabən nari əlləti kuntum biha tukəzzibun

Beləliklə, bu gün sizlərin bəziniz digərlərinə nisbət heç bir mənfəət və zərər (vermək qüdrətinə) malik deyil və zülm edənlərə deyəcəyik: «Təkzib etdiyiniz odun əzabını dadın».

43Ayə 43

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍ قَالُواْ مَا هَـٰذَآ إِلَّا رَجُلٌ يُرِيدُ أَن يَصُدَّكُمْ عَمَّا كَانَ يَعْبُدُ ءَابَآؤُكُمْ وَقَالُواْ مَا هَـٰذَآ إِلَّآ إِفْكٌ مُّفْتَرًىۚ وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلْحَقِّ لَمَّا جَآءَهُمْ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ٤٣

Və`iza tutla ələyhim ayatuna bəyyinatin qalu ma haza illa rəculun yuridu ən yəsuddəkum əmma kanə yə'budu aba`ukum vəqalu ma haza illa ifkun mmuftərən, vəqalə əlləzinə kəfəru lilhəqqi ləmma ca`əhum in haza illa sihrun mmubin

Bizim aşkar və aydınlıq gətirən ayələrimiz onlara oxunanda, deyərlər: «Bu (adam) ancaq sizi ata-babalarınızın ibadət etdiklərindən döndərmək istəyən şəxsdir» və deyərlər: «Bu (kitab da Allaha qarşı) uydurulmuş yalandan başqa bir şey deyildir». (Bəli,) haqq onlara tərəf gələn zaman kafir oldular, dedilər: «Bu, yalnız açıq-aşkar bir sehrdir».

44Ayə 44

وَمَآ ءَاتَيْنَـٰهُم مِّن كُتُبٍ يَدْرُسُونَهَاۖ وَمَآ أَرْسَلْنَآ إِلَيْهِمْ قَبْلَكَ مِن نَّذِيرٍ٤٤

Və ma atəynahum-min kutubin yədrusunəha, və ma ərsəlna iləyhim qəbləkə min-nəzir

Biz (Qurandan öncə) onlara (səmavi) kitablar verməmişdik ki, onu oxuyalar və səndən öncə də (İsanın, ya İbrahimin zamanından indiyə kimi) onlara bir qorxudan (peyğəmbər) göndərməmişdik (ki, ona əsaslanaraq səni təkzib edələr, əslində onların inkarları inadkarlıq üzündəndir).

45Ayə 45

وَكَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَمَا بَلَغُواْ مِعْشَارَ مَآ ءَاتَيْنَـٰهُمْ فَكَذَّبُواْ رُسُلِىۖ فَكَيْفَ كَانَ نَكِيرِ٤٥

Vəkəzzəbə əlləzinə min qəblihim və ma bələğu mi'şarə ma atəynahum fəkəzzəbu rusuliy, fəkəyfə kanə nəkir

Bunlardan əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər, halbuki bunlar (sayları, qüvvələri və ömürlərinin uzunluğu baxımından) onlara verdiklərimizin onda birinə belə yetişməmişdilər. Amma onlar da (peyğəmbərlik dəlilləri və kitabın sarsılmazlığı baxımından) bunlara verdiklərimizin onda birinə yetişməmişdilər; beləliklə onlar da Mənim peyğəmbərlərimi təkzib etdilər, belə isə (baxsınlar görsünlər ki,) Mənim onlara qarşı rəftarım necə oldu!

46Ayə 46

قُلْ إِنَّمَآ أَعِظُكُم بِوَٲحِدَةٍۖ أَن تَقُومُواْ لِلَّهِ مَثْنَىٰ وَفُرَٲدَىٰ ثُمَّ تَتَفَكَّرُواْۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ لَّكُم بَيْنَ يَدَىْ عَذَابٍ شَدِيدٍ٤٦

Qul innəma ə'izukum bivahidəh, Ən təqumu lilləhi məsna vəfurada summə tətəfəkkəruv, ma bisahibikum-min cinnəh, in huvə illa nəzirun lləkum bəynə yədəy əzabin şədid

De: «Mən sizə yalnız bir nəsihət verirəm (və tapşırıram) ki, (bu Peyğəmbəri tanımaq və qəbul etmək üçün qarmaqarışıqlıq salmadan özü də) Allaha xatir iki-iki, bir-bir ayağa qalxın, sonra (onun keçmişi, dəlilləri və möcüzələri barəsində) fikirləşin. (Onda görərsiniz ki,) sizin bu (mehriban) yoldaşınızda heç bir dəlilik yoxdur. O, yalnız irəlidə olan çətin bir əzabdan (axirət əzabından) sizi qorxudandır (bir peyğəmbərdir)».

47Ayə 47

قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ فَهُوَ لَكُمْۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ٤٧

Qul ma sə`əltukum-min əcrin fəhuvə ləkum, in əcriyə illa əla əllah, və huvə əla kulli şəy`in şəhid

De ki: «Sizdən istəmədiyim bütün muzdlar sizin olsun. (Sizdən muzd istəməyə haqqım var idi). Sizdən istədiyim muzd (Əhli-Beytimə olan məhəbbət) sizin öz xeyrinizədir, mənim mükafatım yalnız Allahın öhdəsinədir və O hər bir şeydən agah və hər bir şeyə şahiddir».

48Ayə 48

قُلْ إِنَّ رَبِّى يَقْذِفُ بِٱلْحَقِّ عَلَّـٰمُ ٱلْغُيُوبِ٤٨

Qul innə rəbbi yəqzifu bilhəqqi əllamu əl ğuyub

De: «Şübhəsiz mənim Rəbbim haqqı təlqin edir (səmavi kitabları peyğəmbərlərin qəlblərinə nazil edir və onların dilindən cəmiyyətə çatdırır). O, qeybləri kamil şəkildə biləndir».

49Ayə 49

قُلْ جَآءَ ٱلْحَقُّ وَمَا يُبْدِئُ ٱلْبَـٰطِلُ وَمَا يُعِيدُ٤٩

Qul ca`əl həqqu və ma yubdi`ul batilu və ma yu'id

De ki: «Haqq (İslam dini) gəldi. Batil (şirk və bütpərəstlik təsirini itirdi, çünki onlar) nə (öz işlərindən və dünya işlərindən) bir şeyə başlayar və nə də (bir şeyi) yeniləşdirər».

50Ayə 50

قُلْ إِن ضَلَلْتُ فَإِنَّمَآ أَضِلُّ عَلَىٰ نَفْسِىۖ وَإِنِ ٱهْتَدَيْتُ فَبِمَا يُوحِىٓ إِلَىَّ رَبِّىٓۚ إِنَّهُۥ سَمِيعٌ قَرِيبٌ٥٠

Qul in zaləltu fə`innəma əzillu əla nəfsiy, və`ini htədəytu fəbima yuhi iləyyə rəbbiy, innəhu səmi'un qərib

De ki: «Əgər yoldan azsam, öz zərərimə azmış olaram. Əgər hidayət tapsam, bu da Rəbbimin mənə olan vəhyi sayəsindədir. Həqiqətən, O, eşidən və yaxındır».

51Ayə 51

وَلَوْ تَرَىٰٓ إِذْ فَزِعُواْ فَلَا فَوْتَ وَأُخِذُواْ مِن مَّكَانٍ قَرِيبٍ٥١

Vələv təra iz fəzi'u fəla fəvtə və`uxizu min mməkanin qərib

Sən onları (müşrikləri və kafirləri, ölümdən ya Qiyamətin qopmasından) vəhşət içərisində olduqları zaman bir görəsən! Artıq onlar üçün qaçıb can qurtarmağa (heç bir imkan) yox və yaxın bir məkandan yaxalanarlar (yerin üzündən onun altına, yaxud yerin altından Qiyamət səhnəsinə doğru, o zaman olduqca təəccüblənərsən).

52Ayə 52

وَقَالُوٓاْ ءَامَنَّا بِهِۦ وَأَنَّىٰ لَهُمُ ٱلتَّنَاوُشُ مِن مَّكَانِۭ بَعِيدٍ٥٢

Vəqalu amənna bihi və`ənna ləhumut tənavuşu min mməkanin bə'id

Onlar (qəbirdə, ya Qiyamətdə) deyərlər: «Biz ona (Qurana) iman gətirdik». Amma uzaq bir yerdən əlləri (imana və tövbəyə) necə çata bilər?! (Dünyadan o aləmə yol yaxın və oradan isə dünyaya yol uzaqdır).

53Ayə 53

وَقَدْ كَفَرُواْ بِهِۦ مِن قَبْلُۖ وَيَقْذِفُونَ بِٱلْغَيْبِ مِن مَّكَانِۭ بَعِيدٍ٥٣

Vəqəd kəfəru bihi min qəbl, vəyəqzifunə bilğəybi min mməkanin bə'id

Halbuki, onlar həqiqətən, bundan öncə onu (Quranı və Peyğəmbəri) inkar etdilər. Güman üzündən və görmədən, uzaq bir məkandan (onlara) töhmət oxu atdılar.

54Ayə 54

وَحِيلَ بَيْنَهُمْ وَبَيْنَ مَا يَشْتَهُونَ كَمَا فُعِلَ بِأَشْيَاعِهِم مِّن قَبْلُۚ إِنَّهُمْ كَانُواْ فِى شَكٍّ مُّرِيبِۭ٥٤

Vəhilə bəynəhum vəbəynə ma yəştəhunə kəma fu'ilə bi`əşya'ihim-min qəbl, innəhum kanu fi şəkkin mmurib

Və (aqibətdə) onların və meylləri və iştahları çəkən şeylər (dünya ləzzətləri) arasında (ölümün vasitəsilə) ayrılıq salındı, necə ki, bundan öncə onların bənzərləri barəsində edilmişdi. Çünki onlar (axirət aləmi barəsində) tərəddüdlü və qaranlıq bir şəkk-şübhə içərisində idilər.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)