Surə 33 · 73 ayə

surah033

Əhzab (Müttəfiqlər)

Mədinə·73 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ ٱتَّقِ ٱللَّهَ وَلَا تُطِعِ ٱلْكَـٰفِرِينَ وَٱلْمُنَـٰفِقِينَ‌ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا١

Ya əyyuhan nəbiyyu ttəqi-llahi və la tuti'il kafirinə vəl munafiqinə innə əllah kanə əlimən həkimə

Ya Peyğəmbər, Allahdan qorx və kafirlərə və münafiqlərə itaət etmə, çünki Allah daim (işlərin məsləhətlərini) biləndir və (onların icrasında) hikmət (diqqət və möhkəmlik) sahibidir.

2Ayə 2

وَٱتَّبِعْ مَا يُوحَىٰٓ إِلَيْكَ مِن رَّبِّكَ‌ۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا٢

Vattəbi' ma yuha iləykə min rrəbbik, innə əllah kanə bima tə'məlunə xəbirə

Sənə Rəbbin tərəfindən vəhy olunana tabe ol (və müşriklərin saziş bağlamaq təklifinə əhəmiyyət vermə), həqiqətən, Allah daim etdiklərinizdən xəbərdardır!

3Ayə 3

وَتَوَكَّلْ عَلَى ٱللَّهِ‌ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلاً٣

Vətəvəkkəl əla əllah, vəkəfa bi-llahi vəkilə

Allaha təvəkkül et və Allah (bəndələrinin işlərində) vəkil olmaqda və işləri düzüb-qoşmaqda kifayət edər.

4Ayə 4

مَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٍ مِّن قَلْبَيْنِ فِى جَوْفِهِۦ‌ۚ وَمَا جَعَلَ أَزْوَٲجَكُمُ ٱلَّــٰٓــِٔى تُظَـٰهِرُونَ مِنْهُنَّ أُمَّهَـٰتِكُمْ‌ۚ وَمَا جَعَلَ أَدْعِيَآءَكُمْ أَبْنَآءَكُمْ‌ۚ ذَٲلِكُمْ قَوْلُكُم بِأَفْوَٲهِكُمْ‌ۖ وَٱللَّهُ يَقُولُ ٱلْحَقَّ وَهُوَ يَهْدِى ٱلسَّبِيلَ٤

Ma cə'ələ əllahu lirəculin min qəlbəyni fi cəvfih, və ma cə'ələ əzvacəkumu əlla`i tuzahirunə minhunnə umməhatikum, və ma cə'ələ əd'iya`əkum əbna`əkum, zalikum qəvlukum bi`əfvahikum, vəl ləhu yəqulul həqqə və huvə yəhdis səbil

Allah heç bir kəs üçün daxilində iki ürək (və bədənində iki can və əlbəttə ki, beynində iki bir-birinə zidd etiqad) yaratmamışdır; «zihar» etdiyiniz (analarınıza oxşatmaqla özünüzə haram etdiyiniz) qadınlarınızı (zövcələrinizi) sizə (həqiqi) ana etməmişdir; oğulluğa götürdüklərinizi də sizə (həqiqi) oğul etməmişdir, bunlar (qadınlarınızı haram etməyiniz və özünüzə oğul seçməyiniz) sizin dilinizlə dediyiniz (boş) sözdür. Allah haqq söyləyir və O, bəndələrini (doğru) yola gətirir.

5Ayə 5

ٱدْعُوهُمْ لِأَبَآئِهِمْ هُوَ أَقْسَطُ عِندَ ٱللَّهِ‌ۚ فَإِن لَّمْ تَعْلَمُوٓاْ ءَابَآءَهُمْ فَإِخْوَٲنُكُمْ فِى ٱلدِّينِ وَمَوَٲلِيكُمْ‌ۚ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ فِيمَآ أَخْطَأْتُم بِهِۦ وَلَـٰكِن مَّا تَعَمَّدَتْ قُلُوبُكُمْ‌ۚ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا٥

Ud'uhum liaba`ihim huvə əqsətu ində əllah, fə`in lləm tə'ləmu aba`əhum fə`ixvanukum fid dini vəməvalikum, vələysə ələykum cunahun fima əxta`tum bihi və lakin mma tə'əmmədət qulubukum, vəkanə əllahu ğəfurən rrəhimə

Onları (öz) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Əgər atalarının kim olduğunu bilməsəniz onlar sizin din qardaşlarınız və dostlarınızdır (deyin: bu, mənim din qardaşım, yaxud dostumdur). Əgər bir yerdə – (aid etməkdə) – səhv etsəniz, sizə günah yoxdur. Lakin (günah) qəlblərinizlə, qəsdən (bilərəkdən onları başqasına aid) etmənizdir və Allah həmişə bağışlayan və rəhimlidir.

6Ayə 6

ٱلنَّبِىُّ أَوْلَىٰ بِٱلْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ‌ۖ وَأَزْوَٲجُهُۥٓ أُمَّهَـٰتُهُمْ‌ۗ وَأُوْلُواْ ٱلْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِى كِتَـٰبِ ٱللَّهِ مِنَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُهَـٰجِرِينَ إِلَّآ أَن تَفْعَلُوٓاْ إِلَىٰٓ أَوْلِيَآئِكُم مَّعْرُوفًا‌ۚ كَانَ ذَٲلِكَ فِى ٱلْكِتَـٰبِ مَسْطُورًا٦

Ən nəbiyyu əvla bilmu`mininə min ənfusihim, və`əzvacuhu umməhatuhum, və`ulul ərhami bə'zuhum əvla bibə'zin fi kitabi-llahi minəl mu`mininə vəl muhacirinə illa ən təf'əlu ila əvliya`ikum-mə'rufə, kanə zalikə fil kitabi məsturə

Peyğəmbər möminlərə özlərindən daha çox layiqdir (Peyğəmbərin onların can və mallarından istifadə etmək barədəki istəyi onların öz istəklərindən irəlidir) və onun zövcələri (onların ehtiramının saxlanması və onlarla evliliyin haram olması baxımından) onların (möminlərin) anaları (hökmündə)dir. Qohumlar (vərəsəlik məsələsində) bir-birlərinə Allahın kitabında (Lövhi-Məhfuzda, ya Quranda) möminlərdən və mühacirlərdən daha layiqdirlər, amma əgər (varis olmayanlara) öz dostlarınıza (mal vəsiyyət etməklə) yaxşılıq etmək istəsəniz bu istisnadır. Bu, (hökm, qədim zamanlardan bəri) kitabda (Lövhi-Məhfuzda, yaxud Quranda) yazılmışdır.

7Ayə 7

وَإِذْ أَخَذْنَا مِنَ ٱلنَّبِيِّــۧنَ مِيثَـٰقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَٲهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبْنِ مَرْيَمَ‌ۖ وَأَخَذْنَا مِنْهُم مِّيثَـٰقًا غَلِيظًا٧

Və`iz əxəzna minən nəbiyyinə misaqəhum vəminkə vəmin-nuhin və`ibrahimə vəmusa və'isa bni məryəm, və`əxəzna minhum-misaqən ğəliza

(Ya Peyğəmbər!) (yada sal) o zamanı ki, Biz bütün peyğəmbərlərdən (peyğəmbərlik əta edərkən) xüsusilə səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan xüsusi əhd-peyman aldıq (bu peyğəmbərlər müstəqil kitab və şəriət sahibi idilər və başqa peyğəmbərlər şəriəti onlardan alırdı) onlardan möhkəm bir əhd-peyman aldıq ki, (hamısı bir-birini təsdiq edib insanları bir başlanğıca və bir dinə sarı dəvət etsinlər)

8Ayə 8

لِّيَسْــَٔلَ ٱلصَّـٰدِقِينَ عَن صِدْقِهِمْ‌ۚ وَأَعَدَّ لِلْكَـٰفِرِينَ عَذَابًا أَلِيمًا٨

Liyəs`ələs sadiqinə ən sidqihim, və`ə'əddə lilkafirinə əzabən əlimə

(Allah bununla ümmətlərin) doğru danışanlarından (cəza günü mükafat vermək üçün) doğruluqlarını xəbər alsın. O, kafirlər üçün ağrılı bir əzab hazırlamışdır.

9Ayə 9

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذْكُرُواْ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَآءَتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا وَجُنُودًا لَّمْ تَرَوْهَا‌ۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا٩

Ya əyyuha əlləzinə amənu zkuru ni'mətə əllah ələykum iz ca`ətkum cunudun fə`ərsəlna ələyhim rihən vəcunudən lləm tərəvha, vəkanə əllahu bima tə'məlunə bəsirə

Ey iman gətirənlər, (Əhzab döyüşündə müxtəlif ərəb qəbilələrindən olan çoxlu) qoşunlar sizə üz tutduqları zaman Allahın sizə olan nemətini yada salın! Biz onların üzərinə (soyuq və güclü) külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşunlar göndərdik. Hər zaman Allah etdiklərinizi görəndir.

10Ayə 10

إِذْ جَآءُوكُم مِّن فَوْقِكُمْ وَمِنْ أَسْفَلَ مِنكُمْ وَإِذْ زَاغَتِ ٱلْأَبْصَـٰرُ وَبَلَغَتِ ٱلْقُلُوبُ ٱلْحَنَاجِرَ وَتَظُنُّونَ بِٱللَّهِ ٱلظُّنُونَا۟١٠

Iz ca`ukum-min fəvqikum vəmin əsfələ minkum və`iz zağətil əbsaru vəbələğətil qulubul hənacirə vətəzunnunə bi-llahiz zununa

O zaman (şəhərinizin) yuxarı və aşağı tərəfindən sizə üz tutmuşdular. O zaman gözlər (qorxunun şiddətindən bayılmış adamların gözləri kimi) əyilmiş və ürəklər ağıza gəlmişdi və (siz) Allah (barəsində) nalayiq gümanlara düşmüşdünüz.

11Ayə 11

هُنَالِكَ ٱبْتُلِىَ ٱلْمُؤْمِنُونَ وَزُلْزِلُواْ زِلْزَالاً شَدِيدًا١١

Hunalikə btuliyəl mu`minunə vəzulzilu zilzalən şədidə

(Məhz) o zaman möminlər imtahan edilmiş və möhkəm sarsılmış, iztiraba düçar olmuşdular.

12Ayə 12

وَإِذْ يَقُولُ ٱلْمُنَـٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ مَّا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥٓ إِلَّا غُرُورًا١٢

Və`iz yəqulul munafiqunə valləzinə fi qulubihim-mərəzun mma və'ədəna əllahu vərəsuluhu illa ğururə

Və (yada sal) o zaman ki, münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi) olanlar deyirdilər: «Allah və Rəsulu bizə aldadıcı vəddən başqa bir şey verməmişdir».

13Ayə 13

وَإِذْ قَالَت طَّآئِفَةٌ مِّنْهُمْ يَـٰٓأَهْلَ يَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَٱرْجِعُواْ‌ۚ وَيَسْتَــْٔذِنُ فَرِيقٌ مِّنْهُمُ ٱلنَّبِىَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوْرَةٌ وَمَا هِىَ بِعَوْرَةٍ‌ۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارًا١٣

Və`iz qalət-ta`ifətun mminhum ya əhlə yəsribə la muqamə ləkum farci'uv, vəyəstə`zinu fəriqun mminhumun nəbiyyə yəqulunə innə buyutəna əvrətun və ma hiyə bi'əvrəh, in yuridunə illa firarə

Və (yada sal), o zaman onlardan bir dəstə dedi: «Ey Mədinə əhli, (bu meydan) sizin qalmaq yeriniz deyildir odur ki, (öz şəhərinizə) qayıdın» (yoxsa hamınız öldürüləcəksiniz). Bir dəstə isə: «Bizim evlərimiz qoruyucusuzdur» – deyib Peyğəmbərdən qayıtmaq izni istəyirdilər, halbuki (evləri) qoruyucusuz deyildi, onlar ancaq (cihaddan) qaçmaq istəyirdilər.

14Ayə 14

وَلَوْ دُخِلَتْ عَلَيْهِم مِّنْ أَقْطَارِهَا ثُمَّ سُئِلُواْ ٱلْفِتْنَةَ لَأَتَوْهَا وَمَا تَلَبَّثُواْ بِهَآ إِلَّا يَسِيرًا١٤

Vələv duxilət ələyhim-min əqtariha summə su`ilul fitnətə ləatəvha və ma tələbbəsu biha illa yəsirə

Və əgər «əzhab» (dəstələr) Mədinənin ətrafından (töklüşüb) onların evlərində, başlarının üstünü alıb onlardan dinlərindən əl çəkmələrini istəsəydilər, mütləq bunu qəbul edərdilər və yalnız azca ləngiyərdilər.

15Ayə 15

وَلَقَدْ كَانُواْ عَـٰهَدُواْ ٱللَّهَ مِن قَبْلُ لَا يُوَلُّونَ ٱلْأَدْبَـٰرَ‌ۚ وَكَانَ عَهْدُ ٱللَّهِ مَسْــُٔولاً١٥

Vələqəd kanu ahədu əllah min qəblu la yuvəllunəl ədbar, vəkanə əhdu əllah məs`ulə

Halbuki, onlar bundan öncə (İslamı qəbul etdikləri andan döyüşdə düşmənə) arxa çevirməyəcəkləri haqda Allahla əhd-peyman bağlamışdılar. Allahın əhd-peymanı barədə mütləq sorğu-sual olunar.

16Ayə 16

قُل لَّن يَنفَعَكُمُ ٱلْفِرَارُ إِن فَرَرْتُم مِّنَ ٱلْمَوْتِ أَوِ ٱلْقَتْلِ وَإِذًا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلاً١٦

Qul-lən yənfə'əkumul firaru in fərərtum-minəl məvti əvil qətli və`izən lla tuməttə'unə illa qəlilə

De: «Əgər ölümdən, yaxud öldürülməkdən qaçırsınızsa, qaçmağınız əsla sizə heç bir fayda verməz. Belə olan surətdə (dünyada) yalnız az bir müddət keçinəcəksiniz, ya az bir bəhrə görəcəksiniz».

17Ayə 17

قُلْ مَن ذَا ٱلَّذِى يَعْصِمُكُم مِّنَ ٱللَّهِ إِنْ أَرَادَ بِكُمْ سُوٓءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةً‌ۚ وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا١٧

Qul mən zəlləzi yə'simukum-minə əllah in əradə bikum su`ən əv əradə bikum rəhməh, və la yəcidunə ləhum-min duni-llahi vəliyyən və la nəsirə

De: «Əgər Allah sizə bir pislik və əzab, yaxud bir yaxşılıq və mərhəmət istəsə, Ondan (Onun iradəsindən, istəyindən) sizi kimdir qoruyan?! Və əsla onlar özləri üçün Allahdan savayı bir hami və yardımçı tapmazlar».

18Ayə 18

قَدْ يَعْلَمُ ٱللَّهُ ٱلْمُعَوِّقِينَ مِنكُمْ وَٱلْقَآئِلِينَ لِإِخْوَٲنِهِمْ هَلُمَّ إِلَيْنَا‌ۖ وَلَا يَأْتُونَ ٱلْبَأْسَ إِلَّا قَلِيلاً١٨

Qəd yə`ləmu əllahul mu'əvviqinə minkum vəl qa`ilinə li`ixvanihim həlummə iləyna, və la yə`tunəl bə`sə illa qəlilə

Şübhəsiz, Allah sizin içərinizdən (başqalarını), döyüşdən saxlayanları və öz (həmməslək) qardaşlarına «Bizə tərəf gəlin (döyüşə getməyin)» – deyənləri də tanıyır, döyüşə onların ancaq azı gələr.

19Ayə 19

أَشِحَّةً عَلَيْكُمْ‌ۖ فَإِذَا جَآءَ ٱلْخَوْفُ رَأَيْتَهُمْ يَنظُرُونَ إِلَيْكَ تَدُورُ أَعْيُنُهُمْ كَٱلَّذِى يُغْشَىٰ عَلَيْهِ مِنَ ٱلْمَوْتِ‌ۖ فَإِذَا ذَهَبَ ٱلْخَوْفُ سَلَقُوكُم بِأَلْسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى ٱلْخَيْرِ‌ۚ أُوْلَـٰٓئِكَ لَمْ يُؤْمِنُواْ فَأَحْبَطَ ٱللَّهُ أَعْمَـٰلَهُمْ‌ۚ وَكَانَ ذَٲلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا١٩

Əşihhətən ələykum, fə`iza ca`əl xəvfu rə`əytəhum yənzurunə iləykə təduru ə'yunuhum kalləzi yuğşa ələyhi minəl məvt, fə`iza zəhəbəl xəvfu sələqukum bi`əlsinətin hidadin əşihhətən əlal xəyr, ula`ikə ləm yu`minu fə`əhbəta əllahu ə'maləhum, vəkanə zalikə əla əllah yəsirə

Onlar sizə qarşı xəsisdirlər (sizə kömək etməkdən və sizin məqsədiniz uğrunda mal sərf etməkdən çəkinərlər) və elə ki, hər hansı bir qorxu üz verər, onların ölüm halında bihuş olmuş (bayılmış) adam kimi (qorxudan) gözlərinin hədəqəsində dolanaraq sənə tərəf baxdıqlarını görərsən. Elə ki, qorxu aradan gedər, sizi acı və iti dilləri ilə sancarlar. Onlar (qələbə nəticəsində qənimətdən sizə yetişən) xeyirə xəsisdirlər. Onlar (həqiqətdə) iman gətirməmişlər. Buna görə də Allah onların bütün (yaxşı) əməllərini puça çıxartmışdır. Bu, (iş) Allah üçün asandır.

20Ayə 20

يَحْسَبُونَ ٱلْأَحْزَابَ لَمْ يَذْهَبُواْ‌ۖ وَإِن يَأْتِ ٱلْأَحْزَابُ يَوَدُّواْ لَوْ أَنَّهُم بَادُونَ فِى ٱلْأَعْرَابِ يَسْــَٔلُونَ عَنْ أَنۢبَآئِكُمْ‌ۖ وَلَوْ كَانُواْ فِيكُم مَّا قَـٰتَلُوٓاْ إِلَّا قَلِيلاً٢٠

Yəhsəbunəl əhzabə ləm yəzhəbuv, və`in yə`til əhzabu yəvəddu ləv ənnəhum badunə fil ə'rabi yəs`əlunə ən əmba`ikum, vələv kanu fikum-ma qatəlu illa qəlilə

(Qorxaq münafiqlər) elə bilirlər ki, «əhzab» (dəstələr Mədinənin ətrafından hələ də) getməmişlər (və buna görə də qorxu və vahimə içərisindədirlər). Əgər «əhzab» (dəstələr) (yenidən) qayıtsalar, onlar səhrada bədəvilər arasında olmalarını istərlər ki, sizin (döyüş barədə) xəbərlərinizi soruşalar. Əgər sizin aranızda da olsaydılar az bir qismi döyüşərdi.

21Ayə 21

لَّقَدْ كَانَ لَكُمْ فِى رَسُولِ ٱللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُواْ ٱللَّهَ وَٱلْيَوْمَ ٱلْأَخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرًا٢١

Ləqəd kanə ləkum fi rəsuli-llahi usvətun həsənətun llimən kanə yərcu əllah vəl yəvməl axirə vəzəkərə əllah kəsirə

Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır.

22Ayə 22

وَلَمَّا رَءَا ٱلْمُؤْمِنُونَ ٱلْأَحْزَابَ قَالُواْ هَـٰذَا مَا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥ وَصَدَقَ ٱللَّهُ وَرَسُولُهُۥ‌ۚ وَمَا زَادَهُمْ إِلَّآ إِيمَـٰنًا وَتَسْلِيمًا٢٢

Vələmma rə`al mu`minunəl əhzabə qalu haza ma və'ədəna əllahu vərəsuluhu vəsadəqə əllahu vərəsuluh, və ma zadəhum illa imanən vətəslimə

Möminlər «əhzabı» (və düşmən qoşunlarını) gördükdə dedilər: «Bu, Allahın və Rəsulunun bizə verdiyi vədidir və Allah və Rəsulu düz buyurmuşlar». (Bunları görmək) onların yalnız imanlarını və itaətini artırdı.

23Ayə 23

مِّنَ ٱلْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُواْ مَا عَـٰهَدُواْ ٱللَّهَ عَلَيْهِ‌ۖ فَمِنْهُم مَّن قَضَىٰ نَحْبَهُۥ وَمِنْهُم مَّن يَنتَظِرُ‌ۖ وَمَا بَدَّلُواْ تَبْدِيلاً٢٣

Minəl mu`mininə ricalun sadəqu ma ahədu əllah ələyh, fəminhum-mən qəza nəhbəhu vəminhum-mən yəntəzir, və ma bəddəlu təbdilə

Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzirlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər.

24Ayə 24

لِّيَجْزِىَ ٱللَّهُ ٱلصَّـٰدِقِينَ بِصِدْقِهِمْ وَيُعَذِّبَ ٱلْمُنَـٰفِقِينَ إِن شَآءَ أَوْ يَتُوبَ عَلَيْهِمْ‌ۚ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا٢٤

Liyəcziyə əllahus sadiqinə bisidqihim vəyu'əzzibəl munafiqinə in şa əv yətubə ələyhim, innə əllah kanə ğəfurən rrəhimə

(Bu imtahanlar ona görə baş verir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə – əgər istəsə – əzab versin, yaxud (tövbə etdikləri təqdirdə) onlara nəzər yetirsin (tövbələrini qəbul etsin). Çünki Allah daim bağışlayan və rəhm edəndir.

25Ayə 25

وَرَدَّ ٱللَّهُ ٱلَّذِينَ كَفَرُواْ بِغَيْظِهِمْ لَمْ يَنَالُواْ خَيْرًا‌ۚ وَكَفَى ٱللَّهُ ٱلْمُؤْمِنِينَ ٱلْقِتَالَ‌ۚ وَكَانَ ٱللَّهُ قَوِيًّا عَزِيزًا٢٥

Vərəddə əllahu əlləzinə kəfəru biğəyzihim ləm yənalu xəyrə, vəkəfa əllahul mu`mininəl qital, vəkanə əllahu qəviyyən əzizə

Və Allah kafir olan kəsləri onlar hirsli və qəzəbli olduqları, heç bir mala və qələbəyə nail olmadıqları halda geri oturtdu və möminlərin döyüş çətinliyini (aradan) qaldırdı. Allah daim güclüdür, qüdrətli qalibdir.

26Ayə 26

وَأَنزَلَ ٱلَّذِينَ ظَـٰهَرُوهُم مِّنْ أَهْلِ ٱلْكِتَـٰبِ مِن صَيَاصِيهِمْ وَقَذَفَ فِى قُلُوبِهِمُ ٱلرُّعْبَ فَرِيقًا تَقْتُلُونَ وَتَأْسِرُونَ فَرِيقًا٢٦

Və`ənzələ əlləzinə zahəruhum-min əhlil kitabi min sayasihim vəqəzəfə fi qulubihimu rru'bə fəriqən təqtulunə vətə`sirunə fəriqə

Allah kitab əhlindən (Bəni-Qüreyzə kimi) onlara (kafirlərə) kömək edənləri, öz hasarlarından (qalalarından) endirdi, qəlblərinə qorxu və vəhşət saldı. Siz (onlardan) bir qismini öldürür, bir qismini də əsir alırdınız.

27Ayə 27

وَأَوْرَثَكُمْ أَرْضَهُمْ وَدِيَـٰرَهُمْ وَأَمْوَٲلَهُمْ وَأَرْضًا لَّمْ تَطَــُٔوهَا‌ۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرًا٢٧

Və`əvrəsəkum ərzahum vədiyarəhum və`əmvaləhum və`ərzən lləm təta`uha, vəkanə əllahu əla kulli şəy`in qədirə

Allah onların yerlərini, evlərini, mallarını və (Xeybər torpağı kimi) ayağınız dəyməyən torpağı irs olaraq sizə verdi. Allah daim hər şeyə qadirdir.

28Ayə 28

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّأَزْوَٲجِكَ إِن كُنتُنَّ تُرِدْنَ ٱلْحَيَوٲةَ ٱلدُّنْيَا وَزِينَتَهَا فَتَعَالَيْنَ أُمَتِّعْكُنَّ وَأُسَرِّحْكُنَّ سَرَاحًا جَمِيلاً٢٨

Ya əyyuhan nəbiyyu qul-li`əzvacikə in kuntunnə turidnəl həyatəd dunya vəzinətəha fətə'aləynə umətti'kunnə və`usərrihkunnə sərahən cəmilə

Ya Peyğəmbər, zövcələrinə de: «Əgər siz dünya həyatını və onun bər-bəzəyini istəyirsinizsə (və Peyğəmbərin evinin mövcud vəziyyətindən narazısınızsa), onda gəlin sizi (mehriyyələrinizi, yaxud ondan artığını verməklə) bəhrələndirim və gözəl bir tərzdə (təlaq verməklə) azad edim».

29Ayə 29

وَإِن كُنتُنَّ تُرِدْنَ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلدَّارَ ٱلْأَخِرَةَ فَإِنَّ ٱللَّهَ أَعَدَّ لِلْمُحْسِنَـٰتِ مِنكُنَّ أَجْرًا عَظِيمًا٢٩

Və`in kuntunnə turidnə əllah vərəsuləhu vəd darəl axirətə fə`innə əllah ə'əddə lilmuhsinati minkunnə əcrən əzimə

«Əgər Allahı, Onun Rəsulunu və axirət evini istəyirsinizsə, şübhəsiz, Allah içərinizdən yaxşı iş görənlər üçün böyük bir mükafat hazırlamışdır».

30Ayə 30

يَـٰنِسَآءَ ٱلنَّبِىِّ مَن يَأْتِ مِنكُنَّ بِفَـٰحِشَةٍ مُّبَيِّنَةٍ يُضَـٰعَفْ لَهَا ٱلْعَذَابُ ضِعْفَيْنِ‌ۚ وَكَانَ ذَٲلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا٣٠

Ya nisa`ən nəbiyyi mən yə`ti minkunnə bifahişətin mmubəyyinətin yuza'əf ləhal əzabu zi'fəyn, vəkanə zalikə əla əllah yəsirə

Siz, ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar çirkin iş görsə, (axirətdə) onun əzabı ikiqat artacaqdır. Bu, Allah üçün asandır (və Peyğəmbərlə evliliyiniz buna mane ola bilməz, əksinə Peyğəmbərin zövcələri olduğunuza görə bu zəruridir.)

31Ayə 31

وَمَن يَقْنُتْ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِۦ وَتَعْمَلْ صَـٰلِحًا نُّؤْتِهَآ أَجْرَهَا مَرَّتَيْنِ وَأَعْتَدْنَا لَهَا رِزْقًا كَرِيمًا٣١

Və mən yəqnut minkunnə lilləhi vərəsulihi vətə'məl salihən nnu`tiha əcrəha mərrətəyni və`ə'tədna ləha rizqən kərimə

Sizdən hər kim Allahın və Onun Rəsulunun müqabilində təvazökarlıq və itaətkarlıq göstərsə və saleh əməl etsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli və dəyərli bir ruzi hazırlamışıq.

32Ayə 32

يَـٰنِسَآءَ ٱلنَّبِىِّ لَسْتُنَّ كَأَحَدٍ مِّنَ ٱلنِّسَآءِۚ إِنِ ٱتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِٱلْقَوْلِ فَيَطْمَعَ ٱلَّذِى فِى قَلْبِهِۦ مَرَضٌ وَقُلْنَ قَوْلاً مَّعْرُوفًا٣٢

Ya nisa`ən nəbiyyi ləstunnə kə`əhədin mminən nisa`, ini ttəqəytunnə fəla təxza'nə bilqəvli fəyətmə'ə əlləzi fi qəlbihi mərəzun vəqulnə qəvlən mmə'rufə

Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın.

33Ayə 33

وَقَرْنَ فِى بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ ٱلْجَـٰهِلِيَّةِ ٱلْأُولَىٰۖ وَأَقِمْنَ ٱلصَّلَوٲةَ وَءَاتِينَ ٱلزَّكَوٲةَ وَأَطِعْنَ ٱللَّهَ وَرَسُولَهُۚۥٓ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذْهِبَ عَنكُمُ ٱلرِّجْسَ أَهْلَ ٱلْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا٣٣

Vəqərnə fi buyutikunnə və la təbərrəcnə təbərrucəl cahiliyyətil ula, və`əqimnəs salatə vəatinəz zəkatə və`əti'nə əllah vərəsuləh, innəma yuridu əllahu liyuzhibə ənkumu rricsə əhləl bəyti vəyutahhirəkum təthirə

Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınların) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın, namaz qılın və zəkat verin, (şəriət hökmlərində) Allaha və (İlahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi –paklığın bütün cəhətlərində – pak etmək istəyir.

34Ayə 34

وَٱذْكُرْنَ مَا يُتْلَىٰ فِى بُيُوتِكُنَّ مِنْ ءَايَـٰتِ ٱللَّهِ وَٱلْحِكْمَةِۚ إِنَّ ٱللَّهَ كَانَ لَطِيفًا خَبِيرًا٣٤

Vazkurnə ma yutla fi buyutikunnə min ayati-llahi vəl hikməh, innə əllah kanə lətifən xəbirə

Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (əqli elmlər və şəri hökmləri) xatırlayın. Həqiqətən, Allah daim ən kiçicik xırdalıqları belə görəndir və (hər şeydən) xəbərdardır.

35Ayə 35

إِنَّ ٱلْمُسْلِمِينَ وَٱلْمُسْلِمَـٰتِ وَٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ وَٱلْقَـٰنِتِينَ وَٱلْقَـٰنِتَـٰتِ وَٱلصَّـٰدِقِينَ وَٱلصَّـٰدِقَـٰتِ وَٱلصَّـٰبِرِينَ وَٱلصَّـٰبِرَٲتِ وَٱلْخَـٰشِعِينَ وَٱلْخَـٰشِعَـٰتِ وَٱلْمُتَصَدِّقِينَ وَٱلْمُتَصَدِّقَـٰتِ وَٱلصَّـٰٓئِمِينَ وَٱلصَّـٰٓئِمَـٰتِ وَٱلْحَـٰفِظِينَ فُرُوجَهُمْ وَٱلْحَـٰفِظَـٰتِ وَٱلذَّٲكِرِينَ ٱللَّهَ كَثِيرًا وَٱلذَّٲكِرَٲتِ أَعَدَّ ٱللَّهُ لَهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا٣٥

Innəl musliminə vəl muslimati vəl mu`mininə vəl mu`minati vəl qanitinə vəl qanitati vəs sadiqinə vəs sadiqati vəs sabirinə vəs sabirati vəl xaşi'inə vəl xaşi'ati vəl mutəsaddiqinə vəl mutəsaddiqati vəs sa`iminə vəs sa`imati vəl hafizinə furucəhum vəl hafizati vəz zakirinə əllah kəsirən vəz zakirati ə'əddə əllahu ləhum-məğfirətən və`əcrən əzimə

Şübhəsiz, Allah (kəlmeyi şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsuliddininə və füruiddininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!

36Ayə 36

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمْرًا أَن يَكُونَ لَهُمُ ٱلْخِيَرَةُ مِنْ أَمْرِهِمْۗ وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ ضَلَّ ضَلَـٰلاً مُّبِينًا٣٦

Və ma kanə limu`minin və la mu`minətin iza qəza əllahu vərəsuluhu əmrən ən yəkunə ləhumul xiyərətu min əmrihim, və mən yə'si-llahi vərəsuləhu fəqəd zallə zalalən mmubinə

Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz və şərən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz, açıq-aşkar bir azğınlığa düşmüşdür.

37Ayə 37

وَإِذْ تَقُولُ لِلَّذِىٓ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخْفِى فِى نَفْسِكَ مَا ٱللَّهُ مُبْدِيهِ وَتَخْشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخْشَـٰهُۖ فَلَمَّا قَضَىٰ زَيْدٌ مِّنْهَا وَطَرًا زَوَّجْنَـٰكَهَا لِكَىْ لَا يَكُونَ عَلَى ٱلْمُؤْمِنِينَ حَرَجٌ فِىٓ أَزْوَٲجِ أَدْعِيَآئِهِمْ إِذَا قَضَوْاْ مِنْهُنَّ وَطَرًاۚ وَكَانَ أَمْرُ ٱللَّهِ مَفْعُولاً٣٧

Və`iz təqulu lilləzi ən'əmə əllahu ələyhi və`ən'əmtə ələyhi əmsik ələykə zəvcəkə vattəqi-llahi vətuxfi fi nəfsikə ma əllahu mubdihi vətəxşan nasə vəl ləhu əhəqqu ən təxşah, fələmma qəza zəydun mminha vətarən zəvvəcnakəha likəy la yəkunə əlal mu`mininə hərəcun fi əzvaci əd'iya`ihim iza qəzav minhunnə vətarə, vəkanə əmru əllah məf'ulə

(Ya Peyğəmbər, yada sal) o zaman ki, Allahın (iman) nemət(i) əta etmiş olduğu və sənin də ona nemət verdiyin (azad edərək oğulluğa götürdüyün) şəxsə deyirdin: «Zövcəni saxla (boşama), Allahdan qorx». Və sən (gələcəkdə) Allahın aşkar edəcəyi şeyi (onun boşanmış zövcəsi ilə evlənməyə əmr olunmağını) öz ürəyində gizli saxlayırdın və camaatdan qorxurdun (ki, desinlər: «Öz oğulluğunun boşadığı zövcəsi ilə evlənmişdir»). Halbuki Allah Ondan qorxmağa daha layiqdir. Beləliklə elə ki, Zeyd ondan ehtiyacını çəkdi (onunla əlaqəsini kəsib ona təlaq verdi) onu sənin kəbininə keçirdik (səninlə evləndirdik) ki, (gələcəkdə) oğulluqları öz ehtiyaclarını zövcələrindən çəkdikləri zaman (onları boşadıqda) – möminlər üçün öz oğulluqlarının zövcələri ilə evlənməkdə bir çətinlik və maneə olmasın, və Allahın (yaradılış) əmri daim olasıdır.

38Ayə 38

مَّا كَانَ عَلَى ٱلنَّبِىِّ مِنْ حَرَجٍ فِيمَا فَرَضَ ٱللَّهُ لَهُۖۥ سُنَّةَ ٱللَّهِ فِى ٱلَّذِينَ خَلَوْاْ مِن قَبْلُۚ وَكَانَ أَمْرُ ٱللَّهِ قَدَرًا مَّقْدُورًا٣٨

Ma kanə əlan nəbiyyi min hərəcin fima fərəza əllahu ləh, sunnətə əllah fi əlləzinə xələv min qəbl, vəkanə əmru əllah qədərən mməqdurə

Allahın Peyğəmbər üçün qərara almış olduğu şeydə ona heç bir çətinlik və maneə yoxdur; (Bu) Allahın bundan öncə gəlib getmiş kəslərin (peyğəmbərlərin) barəsində olan (cari) sünnəsidir (qayda-qanunudur). Daim Allahın (bəşər barədə olan) əmri təyin olunmuş bir hökmüdür və təqdir olunmuş (hesablanmış) bir qəzavü-qədərdır.

39Ayə 39

ٱلَّذِينَ يُبَلِّغُونَ رِسَـٰلَـٰتِ ٱللَّهِ وَيَخْشَوْنَهُۥ وَلَا يَخْشَوْنَ أَحَدًا إِلَّا ٱللَّهَۗ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبًا٣٩

Əlləzinə yubəlliğunə risalati-llahi vəyəxşəvnəhu və la yəxşəvnə əhədən illa əllah, vəkəfa bi-llahi həsibə

O kəslər ki, Allahın risalətlərini və hökmlərini (camaata) yetirər və Ondan qorxar və Allahdan başqa heç kimdən qorxmazlar Allah özü (onların batinlərini və zahiri əməllərini) hesablamaqda kifayət edir.

40Ayə 40

مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَـٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّــۧنَۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًا٤٠

Ma kanə muhəmmədun əba əhədin min rricalikum və lakin rrəsulə əllah vəxatəmən nəbiyyin, vəkanə əllahu bikulli şəy`in əlimə

Muhəmməd (s) sizlərdən heç birinin atası deyildir (ki, oğulluğu Zeydin boşadığı zövcəsi ona haram olmuş olsun). Lakin (O,) Allah Rəsuludur və peyğəmbərlərin sonuncusudur. Və Allah həmişə hər bir şeyi biləndir.

41Ayə 41

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذْكُرُواْ ٱللَّهَ ذِكْرًا كَثِيرًا٤١

Ya əyyuha əlləzinə amənu zkuru əllah zikrən kəsirə

Ey iman gətirənlər, Allahı çox zikr edin!

42Ayə 42

وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلاً٤٢

Vəsəbbihuhu bukrətən və`əsilə

Ona hər səhər və axşam təsbih deyin.

43Ayə 43

هُوَ ٱلَّذِى يُصَلِّى عَلَيْكُمْ وَمَلَـٰٓئِكَتُهُۥ لِيُخْرِجَكُم مِّنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِۚ وَكَانَ بِٱلْمُؤْمِنِينَ رَحِيمًا٤٣

Huvə əlləzi yusalli ələykum vəməla`ikətuhu liyuxricəkum-minəz zulumati ilan nur, vəkanə bilmu`mininə rəhimə

Sizi (cəhalət, küfr və fisq) zülmətindən (elm, iman və təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən) Odur.O, möminlərə daim rəhm edəndır.

44Ayə 44

تَحِيَّتُهُمْ يَوْمَ يَلْقَوْنَهُۥ سَلَـٰمٌۚ وَأَعَدَّ لَهُمْ أَجْرًا كَرِيمًا٤٤

Təhiyyətuhum yəvmə yəlqəvnəhu səlam, və`ə'əddə ləhum əcrən kərimə

Onunla (Allahla) görüşəcəkləri gün (ölüm anı, yaxud Qiyamətdə və ya Cənnətə daxil olan vaxt) (Allahın) onlara alqış(ı) və xeyir-dua(sı) «salam»dır. (Allah) onlar üçün çox qiymətli və dəyərli bir mükafat hazırlamışdır.

45Ayə 45

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِنَّآ أَرْسَلْنَـٰكَ شَـٰهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا٤٥

Ya əyyuhan nəbiyyu inna ərsəlnakə şahidən vəmubəşşirən vənəzirə

Ey Peyğəmbər, həqiqətən, Biz səni (dünyada ümmətin əməllərinə şahid olub və axirətdə şəhadət vermək üçün) bir şahid və müjdəçi və qorxudan (kimi) göndərdik.

46Ayə 46

وَدَاعِيًا إِلَى ٱللَّهِ بِإِذْنِهِۦ وَسِرَاجًا مُّنِيرًا٤٦

Vəda'iyən ila əllah biiznih vəsiracən mmunirə

Və həmçinin Allahın (yaradılış) izni (və nəsib etdiyi uğurları) ilə Ona tərəf dəvət edən və aydın və nur saçan bir çıraq (olaraq göndərdik).

47Ayə 47

وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ بِأَنَّ لَهُم مِّنَ ٱللَّهِ فَضْلاً كَبِيرًا٤٧

Vəbəşşiril mu`mininə bi`ənnə ləhum-minə əllah fəzlən kəbirə

Möminlərə müjdə ver ki, onlar üçün (dünyada və axirətdə) Allah tərəfindən böyük bir lütf və bəxşiş vardır.

48Ayə 48

وَلَا تُطِعِ ٱلْكَـٰفِرِينَ وَٱلْمُنَـٰفِقِينَ وَدَعْ أَذَٮٰهُمْ وَتَوَكَّلْ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلاً٤٨

Və la tuti'il kafirinə vəl munafiqinə vədə' əzahum vətəvəkkəl əla əllah, vəkəfa bi-llahi vəkilə

Və kafirlərə və münafiqlərə (heç bir təklifdə) itaət etmə və (hələlik) onların sənə əziyyətlərinə əhəmiyyət vermə və Allaha təvəkkül et və Allah (bəndələrinin) işlər(in)ə vəkil olması və onları yoluna qoyması kifayət edər.

49Ayə 49

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نَكَحْتُمُ ٱلْمُؤْمِنَـٰتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍ تَعْتَدُّونَهَاۖ فَمَتِّعُوهُنَّ وَسَرِّحُوهُنَّ سَرَاحًا جَمِيلاً٤٩

Ya əyyuha əlləzinə amənu iza nəkəhtumul mu`minati summə talləqtumuhunnə min qəbli ən təməssuhunnə fəma ləkum ələyhinnə min iddətin tə'təddunəha, fəmətti'uhunnə vəsərrihuhunnə sərahən cəmilə

Ey iman gətirənlər, möminə qadınlarla nigah bağlayıb sonra da cinsi əlaqədə olmadan onlara təlaq versəniz, beləliklə sizin onların öhdəsində olan bir «iddə»niz yoxdur ki, onun (günlərini) sayasınız. Beləliklə, (əgər mehriyyə təyin olunmuşsa mehriyyənin yarısını verməklə, mehriyyə təyin olunmayıbsa onların şənlərinə uyğun olan bir məbləğ verməklə) onları bəhrələndirin və onları ən gözəl bir tərzdə sərbəst buraxın (boşayın).

50Ayə 50

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِنَّآ أَحْلَلْنَا لَكَ أَزْوَٲجَكَ ٱلَّـٰتِىٓ ءَاتَيْتَ أُجُورَهُنَّ وَمَا مَلَكَتْ يَمِينُكَ مِمَّآ أَفَآءَ ٱللَّهُ عَلَيْكَ وَبَنَاتِ عَمِّكَ وَبَنَاتِ عَمَّـٰتِكَ وَبَنَاتِ خَالِكَ وَبَنَاتِ خَـٰلَـٰتِكَ ٱلَّـٰتِى هَاجَرْنَ مَعَكَ وَٱمْرَأَةً مُّؤْمِنَةً إِن وَهَبَتْ نَفْسَهَا لِلنَّبِىِّ إِنْ أَرَادَ ٱلنَّبِىُّ أَن يَسْتَنكِحَهَا خَالِصَةً لَّكَ مِن دُونِ ٱلْمُؤْمِنِينَۗ قَدْ عَلِمْنَا مَا فَرَضْنَا عَلَيْهِمْ فِىٓ أَزْوَٲجِهِمْ وَمَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ لِكَيْلَا يَكُونَ عَلَيْكَ حَرَجٌۗ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا٥٠

Ya əyyuhan nəbiyyu inna əhləlna ləkə əzvacəkə əllati atəytə ucurəhunnə və ma mələkət yəminukə mimma əfa`ə əllahu ələykə vəbənati əmmikə vəbənati əmmatikə vəbənati xalikə vəbənati xalatikə əllati hacərnə mə'əkə vamrə`ətən mmu`minətən in vəhəbət nəfsəha lilnnəbiyyi in əradən nəbiyyu ən yəstənkihəha xalisatən lləkə min dunil mu`minin, qəd əlimna ma fərəzna ələyhim fi əzvacihim və ma mələkət əymanuhum likəyla yəkunə ələykə hərəc, vəkanə əllahu ğəfurən rrəhimə

Ey Peyğəmbər, (hələlik qadınlardan yeddi dəstəni) sənə halal etdik: mehriyyələrini verdiyin qadınlar, (döyüşdə əsir düşmələri ilə) Allahın sənə qənimət olaraq verdiklərindən malik olduğun kənizlər, səninlə (Məkkədən Mədinəyə) hicrət etmiş əmin qızları və bibilərinin qızları və dayın qızları və xalalarının qızları və Peyğəmbərin onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlamış olan (mehriyyəsiz özünü Peyğəmbərin ixtiyarında qoyan) hər hansı möminə qadın (Bu hökm «bağışlamaq» əqdi və onun qəbulu ilə nigahın bağlanması) yalnız sənə məxsusdur, digər möminlərə yox. Biz zövcələri və kənizləri barədə camaata vacib etdiyimizi (qadınların sayı, mehriyyə, onların dolanışıq xərci və kənizlərin hökmləri) bilirik sənə çətinlik və məşəqqət olmasın (və müxtəlif evliliklər vasitəsilə ərəb tayfalarını özünlə və İslamla bağlayasan) deyə (Sənin üçün qadınlar barəsində bu imkanı yaratdıq) və Allah həmişə bağışlayan və rəhm edəndir.

51Ayə 51

تُرْجِى مَن تَشَآءُ مِنْهُنَّ وَتُــْٔوِىٓ إِلَيْكَ مَن تَشَآءُۖ وَمَنِ ٱبْتَغَيْتَ مِمَّنْ عَزَلْتَ فَلَا جُنَاحَ عَلَيْكَۚ ذَٲلِكَ أَدْنَىٰٓ أَن تَقَرَّ أَعْيُنُهُنَّ وَلَا يَحْزَنَّ وَيَرْضَيْنَ بِمَآ ءَاتَيْتَهُنَّ كُلُّهُنَّۚ وَٱللَّهُ يَعْلَمُ مَا فِى قُلُوبِكُمْۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَلِيمًا٥١

Turci mən təşau minhunnə vətu`vi iləykə mən təşa, və məni btəğəytə mimmən əzəltə fəla cunahə ələyk, zalikə ədna ən təqərrə ə'yunuhunnə və la yəhzənnə vəyərzaynə bima atəytəhunnə kulluhunn, vəl ləhu yə`ləmu ma fi qulubikum, vəkanə əllahu əlimən həlimə

(Zövcələrinlə olan rəftarın və vaxtları onlarla bölmək barəsində) onlardan hansını istəsən növbəsini təxirə salar və hansına da istəsən öz yanında yer verərsən. Uzaqlaşdırdığından hansını (yenidən) tələb etsən, sənə heç bir günah yoxdur. Bu, (hökm, onların hamısının ixtiyarı sənin əlində olması) onların gözlərinin işığa gəlməsinə (göz aydınlıqlarına) və qəmgin olmamalarına və onlara verdiyin (növbət)ə hamılıqla razı olmalarına daha yaxındır (uyğundur). (Çünki sənin rəftarının ədalət üzərində və vəhy ilə əlaqədar olduğunu görürlər) və Allah sizin qəlblərinizdəkiləri bilir və Allah həmişə (hər şeyi) biləndir və həlimdir.

52Ayə 52

لَّا يَحِلُّ لَكَ ٱلنِّسَآءُ مِنۢ بَعْدُ وَلَآ أَن تَبَدَّلَ بِهِنَّ مِنْ أَزْوَٲجٍ وَلَوْ أَعْجَبَكَ حُسْنُهُنَّ إِلَّا مَا مَلَكَتْ يَمِينُكَۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ رَّقِيبًا٥٢

La yəhillu ləkən nisa`u min bə'du və la ən təbəddələ bihinnə min əzvacin vələv ə'cəbəkə husnuhunnə illa ma mələkət yəminuk, vəkanə əllahu əla kulli şəy`in rrəqibə

Bundan sonra (bu zövcələrindən əlavə) sənə (başqa) qadınlar halal deyildir. Gözəllikləri (və yaxşılıqları) sənin xoşuna gəlsə də belə onları başqa qadınlarla da dəyişdirə bilməzsən. Malik olduğun kəniz isə istisnadır. Allah həmişə hər bir şeyə nəzarət edəndir.

53Ayə 53

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَدْخُلُواْ بُيُوتَ ٱلنَّبِىِّ إِلَّآ أَن يُؤْذَنَ لَكُمْ إِلَىٰ طَعَامٍ غَيْرَ نَـٰظِرِينَ إِنَـٰهُ وَلَـٰكِنْ إِذَا دُعِيتُمْ فَٱدْخُلُواْ فَإِذَا طَعِمْتُمْ فَٱنتَشِرُواْ وَلَا مُسْتَــْٔنِسِينَ لِحَدِيثٍۚ إِنَّ ذَٲلِكُمْ كَانَ يُؤْذِى ٱلنَّبِىَّ فَيَسْتَحْىِۦ مِنكُمْۖ وَٱللَّهُ لَا يَسْتَحْىِۦ مِنَ ٱلْحَقِّۚ وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَـٰعًا فَسْــَٔلُوهُنَّ مِن وَرَآءِ حِجَابٍۚ ذَٲلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّۚ وَمَا كَانَ لَكُمْ أَن تُؤْذُواْ رَسُولَ ٱللَّهِ وَلَآ أَن تَنكِحُوٓاْ أَزْوَٲجَهُۥ مِنۢ بَعْدِهِۦٓ أَبَدًاۚ إِنَّ ذَٲلِكُمْ كَانَ عِندَ ٱللَّهِ عَظِيمًا٥٣

Ya əyyuha əlləzinə amənu la tədxulu buyutən nəbiyyi illa ən yu`zənə ləkum ila ta'amin ğəyrə nazirinə inahu və lakin iza du'itum fadxulu fə`iza ta'imtum fantəşiru və la mustə`nisinə lihədis, innə zalikum kanə yu`zin nəbiyyə fəyəstəhyi minkum, vəl ləhu la yəstəhyi minəl həqq, və`iza sə`əltumuhunnə məta'ən fas`əluhunnə min vəra`i hicab, zalikum əthəru liqulubikum vəqulubihinn, və ma kanə ləkum ən tu`zu rəsulə əllah və la ən tənkihu əzvacəhu min bə'dihi əbədə, innə zalikum kanə ində əllah əzimə

Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır. (Erkən gedərək) onun (yeməyin) hazırlanmasını gözləməyin. Lakin dəvət olunduğunuz zaman daxil olun və təamı yedikdən sonra söhbətə qapılmayıb dağılışın. Çünki (sizin) bu, (rəftarınız) Peyğəmbəri incidir və o, sizdən xəcalət çəkir (və heç bir şey demir). Halbuki, Allah həqiqət(i və sizin vəzifələrinizi bəyan etmək)dən xəcalət çəkməz. Əgər onlardan (Peyğəmbərin zövcələrindən məişət ləvazimatlarından) bir şey istəsəniz, pərdə arxasından istəyin ki, bu, həm sizin qəlbləriniz üçün həm də onların qəlbləri üçün daha təmiz olar. Sizə yaraşmaz və caiz deyil ki, Peyğəmbərə əziyyət verəsiniz və onu incidəsiniz. (Və əsla caiz deyil ki,) ondan sonra zövcələri ilə evlənəsiniz, şübhəsiz, bu, (iş) Allahın yanında çox böyükdür (böyük bir günahdır).

54Ayə 54

إِن تُبْدُواْ شَيْــًٔا أَوْ تُخْفُوهُ فَإِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَىْءٍ عَلِيمًا٥٤

In tubdu şəy`ən əv tuxfuhu fə`innə əllah kanə bikulli şəy`in əlimə

Əgər (Peyğəmbərə əziyyət vermək, yaxud onun zövcələri ilə evlənmək barədə) bir şeyi aşkar etsəniz, yaxud gizlətsəniz (fərqi yoxdur) şübhəsiz, Allah həmişə hər bir şeyi (hətta sizin qəlbinizdən keçənləri belə) biləndir.

55Ayə 55

لَّا جُنَاحَ عَلَيْهِنَّ فِىٓ ءَابَآئِهِنَّ وَلَآ أَبْنَآئِهِنَّ وَلَآ إِخْوَٲنِهِنَّ وَلَآ أَبْنَآءِ إِخْوَٲنِهِنَّ وَلَآ أَبْنَآءِ أَخَوَٲتِهِنَّ وَلَا نِسَآئِهِنَّ وَلَا مَا مَلَكَتْ أَيْمَـٰنُهُنَّۗ وَٱتَّقِينَ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدًا٥٥

La cunahə ələyhinnə fi aba`ihinnə və la əbna`ihinnə və la ixvanihinnə və la əbna`i ixvanihinnə və la əbna`i əxəvatihinnə və la nisa`ihinnə və la ma mələkət əymanuhunn, vattəqinə əllah, innə əllah kanə əla kulli şəy`in şəhidə

Peyğəmbərin zövcələrinə (və digər qadınlara) ataları(nın), oğulları(nın), qardaşları(nın), qardaşı oğullarının, bacısı oğullarının, özləri tək qadınlar(ın) və malik olduqları kənizlər(in) (yanında hicabı tərk etmək)də heç bir günah yoxdur. Allahdan qorxun (siz ey qadınlar), çünki Allah həmişə hər şeyə nəzarət edən və şahiddir.

56Ayə 56

إِنَّ ٱللَّهَ وَمَلَـٰٓئِكَتَهُۥ يُصَلُّونَ عَلَى ٱلنَّبِىِّۚ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ صَلُّواْ عَلَيْهِ وَسَلِّمُواْ تَسْلِيمًا٥٦

Innə əllah vəməla`ikətəhu yusallunə əlan nəbiyy, ya əyyuha əlləzinə amənu sallu ələyhi vəsəllimu təslimə

Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun.

57Ayə 57

إِنَّ ٱلَّذِينَ يُؤْذُونَ ٱللَّهَ وَرَسُولَهُۥ لَعَنَهُمُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْأَخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا٥٧

Innə əlləzinə yu`zunə əllah vərəsuləhu lə'ənəhumu əllahu fid dunya vəl axirəti və`ə'əddə ləhum əzabən mmuhinə

Şübhəsiz, Allahı və Onun Rəsulunu incidənlərə Allah dünyada və axirətdə lənət etmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün xaredici bir əzab hazırlamışdır.

58Ayə 58

وَٱلَّذِينَ يُؤْذُونَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ بِغَيْرِ مَا ٱكْتَسَبُواْ فَقَدِ ٱحْتَمَلُواْ بُهْتَـٰنًا وَإِثْمًا مُّبِينًا٥٨

Valləzinə yu`zunəl mu`mininə vəl mu`minati biğəyri ma ktəsəbu fəqədi htəməlu buhtanən və`ismən mmubinə

Mömin kişiləri möminə qadınları günah etmədikləri halda incidənlər, həqiqətən, böhtan və açıq-aydın bir günah qazanmışlar (çünki onları incitmək onlara günah isnad etməkdir və bu özü böhtandır).

59Ayə 59

يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّأَزْوَٲجِكَ وَبَنَاتِكَ وَنِسَآءِ ٱلْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَـٰبِيبِهِنَّۚ ذَٲلِكَ أَدْنَىٰٓ أَن يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَۗ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا٥٩

Ya əyyuhan nəbiyyu qul-li`əzvacikə vəbənatikə vənisa`il mu`mininə yudninə ələyhinnə min cəlabibihinn, zalikə ədna ən yu'rəfnə fəla yu`zəyn, vəkanə əllahu ğəfurən rrəhimə

Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir.

60Ayə 60

لَّئِن لَّمْ يَنتَهِ ٱلْمُنَـٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ وَٱلْمُرْجِفُونَ فِى ٱلْمَدِينَةِ لَنُغْرِيَنَّكَ بِهِمْ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَآ إِلَّا قَلِيلاً٦٠

Lə`in lləm yəntəhil munafiqunə valləzinə fi qulubihim-mərəzun vəl murcifunə fil mədinəti lənuğriyənnəkə bihim summə la yucavirunəkə fiha illa qəlilə

Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi və ya günah sevgisi) olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar (öz fəsadlarından) əl çəkməsələr, mütləq səni onların əleyhinə qaldırarıq (ki, onların sürgün olunması əmrini verəsən). Bu zaman onlar bu şəhərdə yalnız az bir müddəti çıxmaq şərtilə səninlə qonşu ola bilməzlər.

61Ayə 61

مَّلْعُونِينَۖ أَيْنَمَا ثُقِفُوٓاْ أُخِذُواْ وَقُتِّلُواْ تَقْتِيلاً٦١

Məl'unin, Əynəma suqifu uxizu vəquttilu təqtilə

(Onlar Allah tərəfindən) lənətlənmiş (və camaat tərəfindən qovulmuş) olaraq, harada ələ keçsələr tutulmalı (yaxalanmalı) və pis bir şəkildə və hamılıqla öldürülməlidirlər.

62Ayə 62

سُنَّةَ ٱللَّهِ فِى ٱلَّذِينَ خَلَوْاْ مِن قَبْلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبْدِيلاً٦٢

Sunnətə əllah fi əlləzinə xələv min qəbl, vələn təcidə lisunnəti-llahi təbdilə

(Bu cür əzab) Allahın bundan öncə gəlib keçənlər (onlara bənzəyənlər) barədə olan (cari) sünnəsidir və Allahın sünnəsində əsla bir dəyişiklik tapmazsan.

63Ayə 63

يَسْــَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ ٱللَّهِۚ وَمَا يُدْرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا٦٣

Yəs`əlukən nasu ənis sa'əh, qul innəma ilmuha ində əllah, və ma yudrikə lə'əlləs sa'ətə təkunu qəribə

Camaat səndən Qiyamət barəsində (onun yaxınlığı, uzaqlığı, necə baş verəcəyi, o günün uzunluğu haqqında) soruşar. De: «Onun elmi Allah yanındadır». Və nə bilirsən, bəlkə də Qiyamət yaxındır!

64Ayə 64

إِنَّ ٱللَّهَ لَعَنَ ٱلْكَـٰفِرِينَ وَأَعَدَّ لَهُمْ سَعِيرًا٦٤

Innə əllah lə'ənəl kafirinə və`ə'əddə ləhum sə'irə

Allah kafirlərə lənət etmiş (axirətdə Öz rəhmətlərindən uzaqlaşdırmış) və onlar üçün yanar od hazırlamışdır.

65Ayə 65

خَـٰلِدِينَ فِيهَآ أَبَدًاۖ لَّا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا٦٥

Xalidinə fiha əbədə, la yəcidunə vəliyyən və la nəsirə

Onlar orada əbədi qalacaqlar (və) heç bir vəli (hami) və köməkçi tapmayacaqlar.

66Ayə 66

يَوْمَ تُقَلَّبُ وُجُوهُهُمْ فِى ٱلنَّارِ يَقُولُونَ يَـٰلَيْتَنَآ أَطَعْنَا ٱللَّهَ وَأَطَعْنَا ٱلرَّسُولَا۟٦٦

Yəvmə tuqəlləbu vucuhuhum fin nari yəqulunə ya ləytəna əta'na əllah və`əta'na rrəsula

Üzləri odda (o tərəf – bu tərəfə) çevrildiyi (sarı və qara rəngə düşdüyü) gün (onlar) deyərlər: «Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun Rəsuluna tabe olaydıq!»

67Ayə 67

وَقَالُواْ رَبَّنَآ إِنَّآ أَطَعْنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۟٦٧

Vəqalu rəbbəna inna əta'na sadətəna vəkubəra`əna fə`əzallunas səbila

Və deyərlər: «Ey Rəbbimiz, biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlarsa bizi (düz) yoldan azdırdılar».

68Ayə 68

رَبَّنَآ ءَاتِهِمْ ضِعْفَيْنِ مِنَ ٱلْعَذَابِ وَٱلْعَنْهُمْ لَعْنًا كَبِيرًا٦٨

Rəbbəna atihim zi'fəyni minəl əzabi vəl ənhum lə'nən kəbirə

«Ey Rəbbimiz, onlara əzabın iki qatını ver (öz günahlarının əzabını və bizi yoldan çıxartdıqlarına görə bizim günahlarımızın əzabını) və onlara böyük bir lənət düçar et».

69Ayə 69

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ ءَاذَوْاْ مُوسَىٰ فَبَرَّأَهُ ٱللَّهُ مِمَّا قَالُواْۚ وَكَانَ عِندَ ٱللَّهِ وَجِيهًا٦٩

Ya əyyuha əlləzinə amənu la təkunu kalləzinə azəv musa fəbərrə`əhu əllahu mimma qaluv, vəkanə ində əllah vəcihə

Ey iman gətirənlər, (Peyğəmbərin barəsində) Musanı (qeyri-şəri əlaqədə və ya Harunu öldürməkdə ittiham etməklə) incidənlər kimi olmayın! Allah onu (Musanı) onların dediklərindən təmizə çıxartdı və o, Allahın yanında çox abırlı idi.

70Ayə 70

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَقُولُواْ قَوْلاً سَدِيدًا٧٠

Ya əyyuha əlləzinə amənu ttəqu əllah vəqulu qəvlən sədidə

Ey iman gətirənlər, Allahdan qorxun, doğru və möhkəm söz danışın!

71Ayə 71

يُصْلِحْ لَكُمْ أَعْمَـٰلَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا٧١

Yuslih ləkum ə'maləkum vəyəğfir ləkum zunubəkum, və mən yuti'i-llahi vərəsuləhu fəqəd fazə fəvzən əzimə

(Əgər belə etsəniz) Allah sizin əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, həqiqətən, böyük bir səadətə nail olar.

72Ayə 72

إِنَّا عَرَضْنَا ٱلْأَمَانَةَ عَلَى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ وَٱلْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا ٱلْإِنسَـٰنُۖ إِنَّهُۥ كَانَ ظَلُومًا جَهُولاً٧٢

Inna ərəznal əmanətə əlas səmavati vəl ərzi vəl cibali fə`əbəynə ən yəhmilnəha və`əşfəqnə minha vəhəmələhal insan, innəhu kanə zalumən cəhulə

Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə, təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi.

73Ayə 73

لِّيُعَذِّبَ ٱللَّهُ ٱلْمُنَـٰفِقِينَ وَٱلْمُنَـٰفِقَـٰتِ وَٱلْمُشْرِكِينَ وَٱلْمُشْرِكَـٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِۗ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمَۢا٧٣

Liyu'əzzibə əllahul munafiqinə vəl munafiqati vəl muşrikinə vəl muşrikati vəyətubə əllahu əlal mu`mininə vəl mu`minat, vəkanə əllahu ğəfurən rrəhimə

(Əmanət insana təqdim olundu) ki, nəticədə Allah münafiq kişilərə və münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara (əmanətin təqdim olunmasının əsl məqsədlərindən azdıqlarına görə) əzab versin. Həmçinin Allah (əmanətin təqdim olunmasının və xilqətin əsl məqsədinə müvafiq hərəkət edən) mömin kişilərə və möminə qadınlara nəzər yetirsin və onların tövbələrini qəbul etsin. Allah həmişə bağışlayan və rəhm edəndir.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)