Surə 37 · 182 ayə

surah037

Saffat (Cərgəyə düzülmüşlər)

Məkkə·182 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

وَٱلصَّـٰٓفَّـٰتِ صَفًّا١

Vəs saffati saffə

And olsun uzun, möhkəm səf bağlayanlara (Allah itaəti üçün cərgəyə durmuş mələklərə; camaat namazında səfə durmuş möminlərə; cihad üçün cərgəyə düzülmüş əsgərlərə).

2Ayə 2

فَٱلزَّٲجِرَٲتِ زَجْرًا٢

Fəz zacirati zəcrə

(And olsun) saxlayanlara (bəşər övladını günahlardan saxlayan; buludları bir yerdən digər bir yerə qovan mələklərə; pisliklərdən qoruyan Quran ayələrinə; pis əməllərdən saxlayan möminlərə) ki, İlahi tərəfindən (yaradılış və şəriət) saxlamaları vardır.

3Ayə 3

فَٱلتَّـٰلِيَـٰتِ ذِكْرًا٣

Fət taliyati zikrə

(And olsun) Zikri (Quranı) tilavət edənlərə (səmavi kitabları oxuyan mələklərə; peyğəmbərlərin qulaqlarına və qəlbinə vəhy kəlmələrini oxuyanlara; səmavi kitabları oxuyan möminlərə) ki,

4Ayə 4

إِنَّ إِلَـٰهَكُمْ لَوَٲحِدٌ٤

Innə ilahəkum ləvahid

Həqiqətən, sizin Tanrınız təkdir.

5Ayə 5

رَّبُّ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ ٱلْمَشَـٰرِقِ٥

Rəbbus səmavati vəl ərzi və ma bəynəhuma vərəbbul məşariq

(O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin (il boyu günəşin və ulduzların doğduqları məkanın da) Rəbbidir.

6Ayə 6

إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ٦

Inna zəyyənnas səma`əd dunya bizinətin əl kəvakib

Həqiqətən, Biz (sizin yerə) yaxın göyü ulduzlarla bəzədik.

7Ayə 7

وَحِفْظًا مِّن كُلِّ شَيْطَـٰنٍ مَّارِدٍ٧

Vəhifzən min kulli şəytanin mmarid

Və onu hər hansı bir asi və xəbis Şeytan(ın daxil olmasın)dan qoruduq.

8Ayə 8

لَّا يَسَّمَّعُونَ إِلَى ٱلْمَلَإِ ٱلْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ٨

La yəssəmmə'unə ilal mələ`il ə'la vəyuqzəfunə min kulli canib

Onlar (yer əhalisinin sirləri danışılan) uca aləmin mələklərinin böyüklərin(in sözlərin)ə qulaq asa bilməzlər və hər tərəfdən oxlanmağa məruz qalarlar.

9Ayə 9

دُحُورًا‌ۖ وَلَهُمْ عَذَابٌ وَاصِبٌ٩

Duhurə, vələhum əzabun vasib

Şiddətlə qovularlar və onlar üçün (Qiyamətdə) daimi bir əzab vardır.

10Ayə 10

إِلَّا مَنْ خَطِفَ ٱلْخَطْفَةَ فَأَتْبَعَهُۥ شِهَابٌ ثَاقِبٌ١٠

Illa mən xətifəl xətfətə fə`ətbə'əhu şihabun saqib

Ancaq (şeytanlardan) biri (uca məqamdan bir sözə) oğrun-oğrun qulaq as(maq istə)sə, onu da yandırıb-yaxan bir şölə və parlaq ulduz (şölələnmiş od) təqib edər.

11Ayə 11

فَٱسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَآ‌ۚ إِنَّا خَلَقْنَـٰهُم مِّن طِينٍ لَّازِبِۭ١١

Fastəftihim əhum əşəddu xəlqən əm-mən xələqna, inna xələqnahum-min tinin llazib

(Ya Muhəmməd!) Belə isə bunlardan (Məkkə müşriklərindən) soruş ki, xilqətcə bunlar daha möhkəmdirlər, ya Bizim yaratdıqlarımız (mələklər, göylər və yer)? Həqiqətən, Biz bunları yapışqan bir palçıqdan yaratdıq (Xilqətdə daha zəifdirlər, itaətsizlikdə isə daha qüvvətlidirlər).

12Ayə 12

بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ١٢

Bəl əcibtə vəyəsxərun

Əslində sən (müşriklərin inkar və təkzibindən) təəccüblənirsən, onlar isə (sənin dəvətini və təəccübünü) məsxərəyə qoyurlar.

13Ayə 13

وَإِذَا ذُكِّرُواْ لَا يَذْكُرُونَ١٣

Və`iza zukkiru la yəzkurun

Onlara öyüd-nəsihət verildikdə, ibrət almazlar

14Ayə 14

وَإِذَا رَأَوْاْ ءَايَةً يَسْتَسْخِرُونَ١٤

Və`iza rə`əv ayətən yəstəsxirun

Bir (tovhid) nişanə(si və möcüzə) gördükdə, bərk məsxərəyə qoyarlar və başqalarını da məsxərəyə qoymağa çağırarlar.

15Ayə 15

وَقَالُوٓاْ إِنْ هَـٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ١٥

Vəqalu in haza illa sihrun mmubin

Və deyərlər: «Bu, yalnız açıq-aşkar bir sehr və cadudur».

16Ayə 16

أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ١٦

Ə`iza mitna vəkunna turabən və'izamən ə`inna ləməb'usun

«Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra – yəni doğrudanmı dirildiləcəyik?!»

17Ayə 17

أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ١٧

Əvəaba`unal əvvəlun

«Yəni bizim ilk ata-babalarımızdamı (dirildiləcəklər)?»

18Ayə 18

قُلْ نَعَمْ وَأَنتُمْ دَٲخِرُونَ١٨

Qul nə'əm və`əntum daxirun

De: «Bəli, özü də xar və aciz (zəlil) bir halda olacaqsınız».

19Ayə 19

فَإِنَّمَا هِىَ زَجْرَةٌ وَٲحِدَةٌ فَإِذَا هُمْ يَنظُرُونَ١٩

Fə`innəma hiyə zəcrətun vahidətun fə`iza hum yənzurun

Həqiqətən, dirilmə yalnız (surun ikinci dəfə üfürülməsi ilə olan səmavi) bir nərə və səslədir. Qəfildən hamılıqla (qəbirlərdən çıxaraq) baxarlar.

20Ayə 20

وَقَالُواْ يَـٰوَيْلَنَا هَـٰذَا يَوْمُ ٱلدِّينِ٢٠

Vəqalu ya vəyləna haza yəvmud din

Və deyərlər: «Vay halımıza! Bu, cəza günüdür».

21Ayə 21

هَـٰذَا يَوْمُ ٱلْفَصْلِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ٢١

Haza yəvmul fəsli əlləzi kuntum bihi tukəzzibun

(Bəli,) bu, (dünyada) yalan hesab etdiyiniz (Allahın) hakimlik (hökm etmə) və (yaxşıların pislərdən) ayrılması günüdür.

22Ayə 22

ٱحْشُرُواْ ٱلَّذِينَ ظَلَمُواْ وَأَزْوَٲجَهُمْ وَمَا كَانُواْ يَعْبُدُونَ٢٢

Uhşuru əlləzinə zaləmu və`əzvacəhum və ma kanu yə'budun

(Mələklərə əmr olunar:) «(Şirk və küfrdə inadkarlıq göstərməklə) zülm edən kəsləri, onların taylarını və Allahın əvəzinə ibadət etdiklərini yığın bir yerə

23Ayə 23

مِن دُونِ ٱللَّهِ فَٱهْدُوهُمْ إِلَىٰ صِرَٲطِ ٱلْجَحِيمِ٢٣

Min duni-llahi fahduhum ila siratil cəhim

«Onları Cəhənnəmin yoluna yönəldin».

24Ayə 24

وَقِفُوهُمْ‌ۖ إِنَّهُم مَّسْــُٔولُونَ٢٤

Vəqifuhum, innəhum-məs`ulun

«Və onları (o yolda) saxlayın ki, onlar (orada əqidələr və əməllər barəsində) sorğu-sual olunmalıdırlar».

25Ayə 25

مَا لَكُمْ لَا تَنَاصَرُونَ٢٥

Ma ləkum la tənasarun

«(Ey Cəhənnəm əhli), sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?!»

26Ayə 26

بَلْ هُمُ ٱلْيَوْمَ مُسْتَسْلِمُونَ٢٦

Bəl humul yəvmə mustəslimun

Əslində onlar o gün tamamilə təslim və müti olacaqlar.

27Ayə 27

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ٢٧

Və`əqbələ bə'zuhum əla bə'zin yətəsa`əlun

Onlardan bir qismi digərlərinə üz tutar, bir-birindən soruşarlar,

28Ayə 28

قَالُوٓاْ إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ ٱلْيَمِينِ٢٨

Qalu innəkum kuntum tə`tunəna ənil yəmin

(Zəiflədilmiş və aldanmışlar öz batil və zalım rəhbərlərinə) deyərlər: «Xeyir və yaxşılıq adı altında (yalan andlarla, zorla) bizim yanımıza gələn sizlər idiniz».

29Ayə 29

قَالُواْ بَل لَّمْ تَكُونُواْ مُؤْمِنِينَ٢٩

Qalu bəl-ləm təkunu mu`minin

Onlar deyərlər: «(Xeyr) əslində siz özünüz iman əhli deyildiniz».

30Ayə 30

وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَـٰنِۭ‌ۖ بَلْ كُنتُمْ قَوْمًا طَـٰغِينَ٣٠

Və ma kanə ləna ələykum-min sultan, bəl kuntum qəvmən tağin

«Bizim sizin üzərinizdə (küfr və iman baxımından) heç bir hökmranlığımız yox idi. Əslində siz özünüz tüğyankar bir dəstə idiniz».

31Ayə 31

فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَآ‌ۖ إِنَّا لَذَآئِقُونَ٣١

Fəhəqqə ələyna qəvlu rəbbina, inna ləza`iqun

«Beləliklə, bizim barəmizdə Rəbbimizin sözü və vədi həyata keçdi. Biz mütləq (Cəhənnəm əzabını) dadacağıq!»

32Ayə 32

فَأَغْوَيْنَـٰكُمْ إِنَّا كُنَّا غَـٰوِينَ٣٢

Fə`əğvəynakum inna kunna ğavin

«Biz sizi (azdırmış olsaq belə, sizin öz ixtiyarınızla) azdırdıq. Əlbəttə, biz özümüz də azmış idik».

33Ayə 33

فَإِنَّهُمْ يَوْمَئِذٍ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ٣٣

Fə`innəhum yəvmə`izin fil əzabi muştərikun

Şübhəsiz, onlar o gün (tabe olanlar və rəhbərləri) əzabda şərikdirlər.

34Ayə 34

إِنَّا كَذَٲلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ٣٤

Inna kəzalikə nəf'əlu bilmucrimin

Biz günahkarlarla belə rəftar edirik.

35Ayə 35

إِنَّهُمْ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمْ لَآ إِلَـٰهَ إِلَّا ٱللَّهُ يَسْتَكْبِرُونَ٣٥

Innəhum kanu iza qilə ləhum la ilahə illa əllahu yəstəkbirun

(Çünki) onlara: «Yeganə olan Allahdan başqa heç bir tanrı yoxdur!» -deyildiyi zaman təkəbbür göstərirdilər.

36Ayə 36

وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٍ مَّجْنُونِۭ٣٦

Vəyəqulunə ə`inna lətariku alihətina lişa'irin mməcnun

Və deyirdilər: «Yəni doğrudan biz divanə bir şairə görə öz tanrılarımızı tərk edək?!»

37Ayə 37

بَلْ جَآءَ بِٱلْحَقِّ وَصَدَّقَ ٱلْمُرْسَلِينَ٣٧

Bəl ca`ə bilhəqqi vəsaddəqəl mursəlin

(O, nə şairdir, nə də divanə) əksinə, o haqq (olan din, şəriət və kitab)ı gətirmişdir və (Allah) peyğəmbərlərin(in) hamısını təsdiq etmişdir.

38Ayə 38

إِنَّكُمْ لَذَآئِقُواْ ٱلْعَذَابِ ٱلْأَلِيمِ٣٨

Innəkum ləza`iqul əzabil əlim

Şübhəsiz, siz (axirət aləmində) ağrılı əzabı dadacaqsınız.

39Ayə 39

وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ٣٩

Və ma tuczəvnə illa ma kuntum tə'məlun

Və yalnız (dünyada) etdiyiniz əməllərinizə görə cəzalanarsınız (və yalnız əqidələriniz və əməllərinizin eynilə təcəssümü ilə cəzalanarsınız).

40Ayə 40

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ٤٠

Illa ibadə əllah əl muxləsin

(Hamısı cəzanı dadacaqlar), yalnız Allahın ixlaslı və seçilmiş bəndələrindən başqa.

41Ayə 41

أُوْلَـٰٓئِكَ لَهُمْ رِزْقٌ مَّعْلُومٌ٤١

Ula`ikə ləhum rizqun mmə'lum

Onlar üçün məlum bir ruzi vardır,

42Ayə 42

فَوَٲكِهُ‌ۖ وَهُم مُّكْرَمُونَ٤٢

Fəvakih, vəhum-mukrəmun

(Onlar üçün növbənöv) meyvələr (vardır); Və həmçinin onlara (Allah tərəfindən mələklər vasitəsilə) hörmət və ehtiram olunar.

43Ayə 43

فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ٤٣

Fi cənnatin nə'im

Bol nemətli bağlarda,

44Ayə 44

عَلَىٰ سُرُرٍ مُّتَقَـٰبِلِينَ٤٤

Əla sururin mmutəqabilin

Üz-üzə qoyulmuş taxtlar üzərində,

45Ayə 45

يُطَافُ عَلَيْهِم بِكَأْسٍ مِّن مَّعِينِۭ٤٥

Yutafu ələyhim bikə`sin min mmə'in

Onların dövrəsində (Behiştdə axan bulaqdan götürülən) saf şərabla dolu kasalar dolandırılar,

46Ayə 46

بَيْضَآءَ لَذَّةٍ لِّلشَّـٰرِبِينَ٤٦

Bəyza`ə ləzzətin llilşşaribin

Ağappaq və içənlər üçün başdan-başa ləzzət olan bir şərab.

47Ayə 47

لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ٤٧

La fiha ğəvlun və la hum ənha yunzəfun

Nə onda bir baş ağrısı və bədən zərərləri vardır, nə də onun vasitəsilə ağılları başdan çıxar.

48Ayə 48

وَعِندَهُمْ قَـٰصِرَٲتُ ٱلطَّرْفِ عِينٌ٤٨

Və'indəhum qasiratut tarfi in

Və onların yanında xumar baxışlı, ərindən savayı digərlərindən gözlərini çəkən, iri və gözəl gözlü qadınlar vardır,

49Ayə 49

كَأَنَّهُنَّ بَيْضٌ مَّكْنُونٌ٤٩

Kə`ənnəhunnə bəyzun mməknun

Onlar sanki örtülmüş quş yumurtalarıdır, (quş qanadları altında, yaxud parçanın içində, toz-torpaqdan və çirkdən qorunmuşlar).

50Ayə 50

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ٥٠

Fə`əqbələ bə'zuhum əla bə'zin yətəsa`əlun

Onlardan bir qismi digərlərinə üz tutar, bir-birlərilə söhbət edərlər.

51Ayə 51

قَالَ قَآئِلٌ مِّنْهُمْ إِنِّى كَانَ لِى قَرِينٌ٥١

Qalə qa`ilun mminhum inni kanə li qərin

Onlardan biri belə deyər: «Həqiqətən, mənim (dünyada) bir yoldaşım (həmsöhbətim) var idi».

52Ayə 52

يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلْمُصَدِّقِينَ٥٢

Yəqulu ə`innəkə ləminəl musaddiqin

(Mənə) deyərdi: «Yəni doğrudan sən (ölümdən sonra dirilmək məsələsini) təsdiq edənlərdənmisən?!»

53Ayə 53

أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَـٰمًا أَءِنَّا لَمَدِينُونَ٥٣

Ə`iza mitna vəkunna turabən və'izamən ə`inna ləmədinun

«Yəni biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra məgər (yenidən dirilərək) cəzalanacağıqmı»?!

54Ayə 54

قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ٥٤

Qalə həl əntum-muttali'un

(Sonra o dostlarına) deyər: «Ona baş çəkərək əhvalından hali olmaq istərsinizmi?»

55Ayə 55

فَٱطَّلَعَ فَرَءَاهُ فِى سَوَآءِ ٱلْجَحِيمِ٥٥

Fattalə'ə fərəahu fi səva`il cəhim

O, özü (Cəhənnəmə) nəzər salar və onu Cəhənnəmin düz ortasında görər.

56Ayə 56

قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرْدِينِ٥٦

Qalə tallləhi in kittə ləturdin

Deyər: «Allaha and olsun, həqiqətən, az qalmışdı sən məni də həlakətə sürükləyəsən».

57Ayə 57

وَلَوْلَا نِعْمَةُ رَبِّى لَكُنتُ مِنَ ٱلْمُحْضَرِينَ٥٧

Vələvla ni'mətu rəbbi ləkuntu minəl muhzarin

«Əgər Rəbbimin (doğru yola yönəltmək) neməti olmasaydı, həqiqətən, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım».

58Ayə 58

أَفَمَا نَحْنُ بِمَيِّتِينَ٥٨

Əfəma nəhnu biməyyitin

Beləliklə, (şövqlə və bəyan etmək məqsədi ilə dostlarına deyər:) «Biz bir daha ölməyəcəyik, elə deyilmi,»

59Ayə 59

إِلَّا مَوْتَتَنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ٥٩

Illa məvtətənal ula və ma nəhnu bimu'əzzəbin

(Dünyadakı) ilk ölümümüzdən savayı! Biz heç bir zaman əzab görməyəcəyik?!»

60Ayə 60

إِنَّ هَـٰذَا لَهُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ٦٠

Innə haza ləhuvəl fəvzul əzim

(Bəli,) şübhəsiz ki, bu, həmin böyük uğur və qurtuluşdur.

61Ayə 61

لِمِثْلِ هَـٰذَا فَلْيَعْمَلِ ٱلْعَـٰمِلُونَ٦١

Limisli haza fəlyə'məlil amilun

Çalışanlar bunun (bu cür nemətlər) üçün çalışmalıdır.

62Ayə 62

أَذَٲلِكَ خَيْرٌ نُّزُلاً أَمْ شَجَرَةُ ٱلزَّقُّومِ٦٢

Əzalikə xəyrun nnuzulən əm şəcərətuz zəqqum

Qonaq olmağa (ziyafət üçün) bu daha yaxşıdır, ya (Cəhənnəmdəkilərin qonaqlığı üçün olan) «zəqqum» ağacı?!

63Ayə 63

إِنَّا جَعَلْنَـٰهَا فِتْنَةً لِّلظَّـٰلِمِينَ٦٣

Inna cə'əlnaha fitnətən llilzzalimin

Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik.

64Ayə 64

إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِىٓ أَصْلِ ٱلْجَحِيمِ٦٤

Innəha şəcərətun təxrucu fi əslil cəhim

O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar (gövdəsi onun səthində bitər və budaqları yuxarı təbəqələrə çatar).

65Ayə 65

طَلْعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَـٰطِينِ٦٥

Tal'uha kə`ənnəhu ru`usuş şəyatin

Tumurcuqları sanki şeytanların başlarıdır (olduqca çirkin və zərərlidir).

66Ayə 66

فَإِنَّهُمْ لَأَكِلُونَ مِنْهَا فَمَالِــُٔونَ مِنْهَا ٱلْبُطُونَ٦٦

Fə`innəhum ləakilunə minha fəmali`unə minhal butun

Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar.

67Ayə 67

ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًا مِّنْ حَمِيمٍ٦٧

Summə innə ləhum ələyha ləşəvbən min həmim

Sonra onlar üçün onun (həmin yeməyin) üstündən qaynar su ilə qarışmış içki vardır (Cəhənnəmdən kənarda ondan içərlər).

68Ayə 68

ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى ٱلْجَحِيمِ٦٨

Summə innə mərci'əhum lə`ilal cəhim

Sonra da onların dönüşləri Cəhənnəmə sarıdır.

69Ayə 69

إِنَّهُمْ أَلْفَوْاْ ءَابَآءَهُمْ ضَآلِّينَ٦٩

Innəhum əlfəv aba`əhum zallin

Çünki, onlar atalarını azmış gördülər.

70Ayə 70

فَهُمْ عَلَىٰٓ ءَاثَـٰرِهِمْ يُهْرَعُونَ٧٠

Fəhum əla asarihim yuhrə'un

Beləliklə, (arxadan qovulurmuş kimi) onların arxasınca gedirdilər.

71Ayə 71

وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ ٱلْأَوَّلِينَ٧١

Vələqəd zallə qəbləhum əksərul əvvəlin

Şübhəsiz, onlardan (Məkkə müşriklərindən) qabaq, əvvəlkilərin də çoxu yollarını azmışdılar.

72Ayə 72

وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ٧٢

Vələqəd ərsəlna fihim-munzirin

Həqiqətən, onların arasına qorxudanlar göndərdik.

73Ayə 73

فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُنذَرِينَ٧٣

Fanzur kəyfə kanə aqibətul munzərin

Buna görə də bax gör (müxtəlif əzablarla məhv edilmiş) qorxudulanların aqibəti necə oldu.

74Ayə 74

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ٧٤

Illa ibadə əllah əl muxləsin

Allahın seçilmiş və (İlahi köməklə mənəvi naqislikləri aradan qaldırılmış və nəticədə saflaşmış) xalis bəndələri istisna olmaqla!

75Ayə 75

وَلَقَدْ نَادَٮٰنَا نُوحٌ فَلَنِعْمَ ٱلْمُجِيبُونَ٧٥

Vələqəd nadana nuhun fələni'məl mucibun

Həqiqətən, Nuh Bizi çağırdı. Biz (çağırış və duaları) gözəl qəbul edənik.

76Ayə 76

وَنَجَّيْنَـٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ٧٦

Vənəccəynahu və`əhləhu minəl kərbil əzim

Biz ona və onun ailəsinə böyük qüssədən (qövmünün zülmü, əziyyətləri və təhqirlərindən və tufan təhlükəsindən) nicat verdik.

77Ayə 77

وَجَعَلْنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلْبَاقِينَ٧٧

Vəcə'əlna zurriyyətəhu humul baqin

Və (yer üzündə) yalnız onun nəslini saxladıq.

78Ayə 78

وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْأَخِرِينَ٧٨

Vətərəkna ələyhi fil axirin

Və sonrakı ümmətlər arasında ondan (tövhidə çağırış, şirk ilə mübarizə mücahidi, ilk kitab və şəriət sahibi olmaq kimi) gözəl ad qoyduq.

79Ayə 79

سَلَـٰمٌ عَلَىٰ نُوحٍ فِى ٱلْعَـٰلَمِينَ٧٩

Səlamun əla nuhin fil aləmin

Aləmlər (mələklər, insanlar və cinlər aləmi) içərisində (Allahın) salam(ı) olsun Nuha! (Dünya əhalisi gərək ona salam göndərsin.)

80Ayə 80

إِنَّا كَذَٲلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ٨٠

Inna kəzalikə nəczil muhsinin

Biz yaxşı əməl sahiblərini (dünyada) belə mükafatlandırırıq.

81Ayə 81

إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ٨١

Innəhu min ibadinal mu`minin

Şübhəsiz, o, Bizim mömin bəndələrimizdən idi.

82Ayə 82

ثُمَّ أَغْرَقْنَا ٱلْأَخَرِينَ٨٢

Summə əğrəqnal axərin

Sonra digərlərini (gəmiyə minməyənləri) suda batırdıq.

83Ayə 83

وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبْرَٲهِيمَ٨٣

Və`innə min şi'ətihi lə`ibrahim

Həqiqətən, İbrahim (dində, kitabda və şirklə mübarizədə) onun davamçılarından idi.

84Ayə 84

إِذْ جَآءَ رَبَّهُۥ بِقَلْبٍ سَلِيمٍ٨٤

Iz ca`ə rəbbəhu biqəlbin səlim

O zaman o, təmiz qəlblə öz Rəbbinə tərəf gəldi (Rəbbinə üz tutdu, Onun birliyini təsdiq edərək özünü Ona təslim etdi).

85Ayə 85

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَاذَا تَعْبُدُونَ٨٥

Iz qalə li`əbihi vəqəvmihi maza tə'budun

O zaman atasına (əmisinə və ya qayınatasına) və qövmünə dedi: «Siz nəyə ibadət edirsiniz?!»

86Ayə 86

أَئِفْكًا ءَالِهَةً دُونَ ٱللَّهِ تُرِيدُونَ٨٦

Ə`ifkən alihətən dunə əllah turidun

«Yalan və iftira ilə Allahdan qeyri məbudlarmı istəyirsiniz?!»

87Ayə 87

فَمَا ظَنُّكُم بِرَبِّ ٱلْعَـٰلَمِينَ٨٧

Fəma zannukum birəbbil aləmin

«Bəs aləmlərin Rəbbi barəsində gümanınız nədir? (O, Rəbb deyil? Yoxsa başqalarına ibadət etmək icazəsi verib? Bəlkə müşriklərə əzab verməyəcək?!)»

88Ayə 88

فَنَظَرَ نَظْرَةً فِى ٱلنُّجُومِ٨٨

Fənəzarə nəzrətən fin nucum

Beləliklə o, (özünün xəstələnəcəyi vaxtı ayırd etmək üçün) diqqətlə ulduzlara (onların vəziyyətinə) baxdı.

89Ayə 89

فَقَالَ إِنِّى سَقِيمٌ٨٩

Fəqalə inni səqim

Və dedi: «Həqiqətən, mən xəstəlik astanasındayam» (və sizinlə şəhər kənarına bayram mərasiminə gəlməyəcəyəm).

90Ayə 90

فَتَوَلَّوْاْ عَنْهُ مُدْبِرِينَ٩٠

Fətəvəlləv ənhu mudbirin

Onlar ondan üz döndərib qayıtdılar.

91Ayə 91

فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ٩١

Fərağə ila alihətihim fəqalə əla tə`kulun

Beləliklə o, (darmadağın etmək üçün) gizlicə onların tanrılarının yanına yollandı və (onların qabağına düzülmüş yeməklərə işarə edərək) dedi: «Məgər yemirsiniz?

92Ayə 92

مَا لَكُمْ لَا تَنطِقُونَ٩٢

Ma ləkum la təntiqun

Sizə nə olub ki, danışmırsınız?»

93Ayə 93

فَرَاغَ عَلَيْهِمْ ضَرْبَۢا بِٱلْيَمِينِ٩٣

Fərağə ələyhim zarbən bilyəmin

Sonra darmadağın etmək üçün onlara üz tutdu (və) sağ əli(ndəki balta) ilə onlara güclü zərbələr endirdi. (Böyüklərindən başqa onların hamısını sındırdı.)

94Ayə 94

فَأَقْبَلُوٓاْ إِلَيْهِ يَزِفُّونَ٩٤

Fə`əqbəlu iləyhi yəziffun

(Onlar bayramdan qayıdanda, bu iş barəsindəki ittihamla) tez ona üz tutdular.

95Ayə 95

قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ٩٥

Qalə ətə'budunə ma tənhitun

(İbrahim) dedi: «Özünüz yonduğunuz şeyə ibadət edirsiniz?!

96Ayə 96

وَٱللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ٩٦

Vəl ləhu xələqəkum və ma tə'məlun

Halbuki həm sizi, həm də əməllərinizi Allah yaratmışdır. (Sizin həm əməlləriniz, həm də məbudlarınızı düzəltdiyiniz maddələr, həqiqətən, Allahın məhsuludur.)

97Ayə 97

قَالُواْ ٱبْنُواْ لَهُۥ بُنْيَـٰنًا فَأَلْقُوهُ فِى ٱلْجَحِيمِ٩٧

Qalu bnu ləhu bunyanən fə`əlquhu fil cəhim

(Onlar bir-birlərinə) dedilər: Onun üçün (en və uzunu geniş) bir bina tikin və onu od cəhənnəminə atın!

98Ayə 98

فَأَرَادُواْ بِهِۦ كَيْدًا فَجَعَلْنَـٰهُمُ ٱلْأَسْفَلِينَ٩٨

Fə`əradu bihi kəydən fəcə'əlnahumul əsfəlin

Beləliklə, onun barəsində hiylə işlətmək qərarına gəldilər və Biz onları alçaltdıq. (İbrahimə də oddan nicat verdik.)

99Ayə 99

وَقَالَ إِنِّى ذَاهِبٌ إِلَىٰ رَبِّى سَيَهْدِينِ٩٩

Vəqalə inni zahibun ila rəbbi səyəhdin

(İbrahim onların məkrli hiylələrindən nicat tapdıqdan sonra) dedi: «Mən mütləq öz Rəbbimə tərəf (ibadətlə məşğul ola biləcəyim bir şəhərə) yollanıram. O, tezliklə mənə yol göstərəcəkdir.

100Ayə 100

رَبِّ هَبْ لِى مِنَ ٱلصَّـٰلِحِينَ١٠٠

Rəbbi həb li minəs salihin

Ey Rəbbim! Mənə salehlərdən (bir övlad) bəxş et!»

101Ayə 101

فَبَشَّرْنَـٰهُ بِغُلَـٰمٍ حَلِيمٍ١٠١

Fəbəşşərnahu biğulamin həlim

Beləliklə, Biz onu həlim bir oğlan uşağı (İsmail) ilə mücdələdik.

102Ayə 102

فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعْىَ قَالَ يَـٰبُنَىَّ إِنِّىٓ أَرَىٰ فِى ٱلْمَنَامِ أَنِّىٓ أَذْبَحُكَ فَٱنظُرْ مَاذَا تَرَىٰ‌ۚ قَالَ يَـٰٓأَبَتِ ٱفْعَلْ مَا تُؤْمَرُ‌ۖ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰبِرِينَ١٠٢

Fələmma bələğə mə'əhus sə'yə qalə ya bunəyyə inni əra fil mənami ənni əzbəhukə fanzur maza təra, qalə ya əbəti f'əl ma tu`mər, sətəciduni in şa əllahu minəs sabirin

Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: «Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir?» (İsmail) dedi: «Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!»

103Ayə 103

فَلَمَّآ أَسْلَمَا وَتَلَّهُۥ لِلْجَبِينِ١٠٣

Fələmma əsləma vətəlləhu lilcəbin

Beləliklə, elə ki, onların hər ikisi (Allahın əmrinə) təslim oldular və o, oğlunu üzü üstə yerə yıxdı (imtahandan başı uca çıxdı)

104Ayə 104

وَنَـٰدَيْنَـٰهُ أَن يَـٰٓإِبْرَٲهِيمُ١٠٤

Vənadəynahu ən ya ibrahim

Biz ona xitab etdik ki: «Ey İbrahim!

105Ayə 105

قَدْ صَدَّقْتَ ٱلرُّءْيَآ‌ۚ إِنَّا كَذَٲلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ١٠٥

Qəd saddəqtə rru`ya, inna kəzalikə nəczil muhsinin

Həqiqətən, sən yuxunu həyata keçirdin. (Çünki həmin yuxunun mənası bıçağın hulquma çəkilməsi idi, hərçənd ki, həm ata, həm də oğul onun mənasının uşağın başının kəsilməsi olduğunu başa düşmüşdülər.) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

106Ayə 106

إِنَّ هَـٰذَا لَهُوَ ٱلْبَلَـٰٓؤُاْ ٱلْمُبِينُ١٠٦

Innə haza ləhuvəl bəla`ul mubin

Şübhəsiz, bu (hadisə) həmin aşkar imtahandır.

107Ayə 107

وَفَدَيْنَـٰهُ بِذِبْحٍ عَظِيمٍ١٠٧

Vəfədəynahu bizibhin əzim

Və Biz ona böyük bir qurbanlıq (həm cism, həm də ehtiram baxımından böyük bir qoyun) fəda etdik.

108Ayə 108

وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْأَخِرِينَ١٠٨

Vətərəkna ələyhi fil axirin

Ondan sonrakı ümmətlərin arasında (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, böyük fədakar və yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.

109Ayə 109

سَلَـٰمٌ عَلَىٰٓ إِبْرَٲهِيمَ١٠٩

Səlamun əla ibrahim

Salam olsun İbrahimə!

110Ayə 110

كَذَٲلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ١١٠

Kəzalikə nəczil muhsinin

Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

111Ayə 111

إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ١١١

Innəhu min ibadinal mu`minin

Həqiqətən, o, Bizim mömin bəndələrimizdən idi.

112Ayə 112

وَبَشَّرْنَـٰهُ بِإِسْحَـٰقَ نَبِيًّا مِّنَ ٱلصَّـٰلِحِينَ١١٢

Vəbəşşərnahu bi`ishaqə nəbiyyən mminəs salihin

Onu İshaq(adlı bir övlad)la – salehlərdən olan peyğəmbərlə mücdələdik.

113Ayə 113

وَبَـٰرَكْنَا عَلَيْهِ وَعَلَىٰٓ إِسْحَـٰقَ‌ۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِّنَفْسِهِۦ مُبِينٌ١١٣

Vəbarəkna ələyhi və'əla ishaq, vəmin zurriyyətihima muhsinun vəzalimun llinəfsihi mubin

Ona və İshaqa (övladlarının peyğəmbər olması, kitab və şəriətləri ilə) bərəkət verdik. O ikisinin övladlarından bəziləri yaxşı əməl sahibi, bəziləri özlərinə aşkar zülm edəndirlər.

114Ayə 114

وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَـٰرُونَ١١٤

Vələqəd mənənna əla musa vəharun

Həqiqətən, Biz Musa və Haruna da nemət verdik.

115Ayə 115

وَنَجَّيْنَـٰهُمَا وَقَوْمَهُمَا مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ١١٥

Vənəccəynahuma vəqəvməhuma minəl kərbil əzim

O ikisinə və qövmlərinə böyük bir qüssədən nicat verdik.

116Ayə 116

وَنَصَرْنَـٰهُمْ فَكَانُواْ هُمُ ٱلْغَـٰلِبِينَ١١٦

Vənəsarnahum fəkanu humu əl ğalibin

Və onlara kömək etdik. Beləliklə, onlar qalib gəldilər.

117Ayə 117

وَءَاتَيْنَـٰهُمَا ٱلْكِتَـٰبَ ٱلْمُسْتَبِينَ١١٧

Vəatəynahumal kitabəl mustəbin

Və o ikisinə (özü) aydın (olan) və aydınlıq gətirən (səma) kitab(ı) verdik.

118Ayə 118

وَهَدَيْنَـٰهُمَا ٱلصِّرَٲطَ ٱلْمُسْتَقِيمَ١١٨

Vəhədəynahumas siratal mustəqim

Və onların hər ikisini doğru yola hidayət etdik.

119Ayə 119

وَتَرَكْنَا عَلَيْهِمَا فِى ٱلْأَخِرِينَ١١٩

Vətərəkna ələyhima fil axirin

Və sonrakı ümmətlərin arasında onlardan (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.

120Ayə 120

سَلَـٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَـٰرُونَ١٢٠

Səlamun əla musa vəharun

Salam olsun Musaya və Haruna!

121Ayə 121

إِنَّا كَذَٲلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ١٢١

Inna kəzalikə nəczil muhsinin

Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

122Ayə 122

إِنَّهُمَا مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ١٢٢

Innəhuma min ibadinal mu`minin

Əlbəttə, onların ikisi (də) Bizim mömin bəndələrimizdən idilər.

123Ayə 123

وَإِنَّ إِلْيَاسَ لَمِنَ ٱلْمُرْسَلِينَ١٢٣

Və`innə ilyasə ləminəl mursəlin

Həqiqətən, İlyas da Bizim peyğəmbərlərimizdən idi.

124Ayə 124

إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَلَا تَتَّقُونَ١٢٤

Iz qalə liqəvmihi əla təttəqun

O zaman o, öz qövmünə dedi: «Məgər (Allaha qarşı itatəsizlik etməkdən və Ona şərik qoşmaqdan) qorxmursunuz?

125Ayə 125

أَتَدْعُونَ بَعْلاً وَتَذَرُونَ أَحْسَنَ ٱلْخَـٰلِقِينَ١٢٥

Ətəd'unə bə'lən vətəzərunə əhsənəl xaliqin

(İbadət etmək və hacət diləmək üçün) «Bəl»i (bu adda olan bütü) çağırır və yaradanların ən yaxşısını tərk edirsiniz?

126Ayə 126

ٱللَّهَ رَبَّكُمْ وَرَبَّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ١٢٦

Əllah rəbbəkum vərəbbə aba`ikumul əvvəlin

Həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbi olan Allahı?!»

127Ayə 127

فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ١٢٧

Fəkəzzəbuhu fə`innəhum ləmuhzarun

Beləliklə, onlar onu təkzib etdilər. Şübhəsiz, onlar (Qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklər.

128Ayə 128

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ١٢٨

Illa ibadə əllah əl muxləsin

Allahın paklaşdırılmış və seçilmiş bəndələri istisna olmaqla!

129Ayə 129

وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْأَخِرِينَ١٢٩

Vətərəkna ələyhi fil axirin

Sonrakı ümmətlərin arasında ondan (tovhidə dəvət və şirk ilə mübarizə mücahidi kimi) yaxşı ad qoyduq.

130Ayə 130

سَلَـٰمٌ عَلَىٰٓ إِلْ يَاسِينَ١٣٠

Səlamun əla il yasin

Salam olsun İlyasa (və Yasinin övladlarına)!

131Ayə 131

إِنَّا كَذَٲلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ١٣١

Inna kəzalikə nəczil muhsinin

Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

132Ayə 132

إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ١٣٢

Innəhu min ibadinal mu`minin

Həqiqətən, o, Bizim mömin bəndələrimizdən idi.

133Ayə 133

وَإِنَّ لُوطًا لَّمِنَ ٱلْمُرْسَلِينَ١٣٣

Və`innə lutən lləminəl mursəlin

Həqiqətən, Lut da Bizim peyğəmbərlərimizdən idi.

134Ayə 134

إِذْ نَجَّيْنَـٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ١٣٤

Iz nəccəynahu və`əhləhu əcmə'in

(Yada sal) o zaman(ı) ki, Biz ona və bütün ailəsinə nicat verdik.

135Ayə 135

إِلَّا عَجُوزًا فِى ٱلْغَـٰبِرِينَ١٣٥

Illa əcuzən fi əl ğabirin

(Lutun qövmünə gələn əzabda) qalanların içərisində olan qoca qarı istisna olmaqla!

136Ayə 136

ثُمَّ دَمَّرْنَا ٱلْأَخَرِينَ١٣٦

Summə dəmmərnal axərin

Sonra (yerdə) qalanları məhv etdik.

137Ayə 137

وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ١٣٧

Və`innəkum lətəmurrunə ələyhim-musbihin

Həqiqətən, siz (Məkkə əhli Şama səfər zamanı) səhər çağı onların yanından keçirsiniz.

138Ayə 138

وَبِٱلَّيْلِ‌ۗ أَفَلَا تَعْقِلُونَ١٣٨

Vəbillləyl, Əfəla tə'qilun

Həmçinin axşamçağıları! Belə isə heç düşünmürsünüz?

139Ayə 139

وَإِنَّ يُونُسَ لَمِنَ ٱلْمُرْسَلِينَ١٣٩

Və`innə yunusə ləminəl mursəlin

Əlbəttə, Yunus (da) Bizim peyğəmbərlərimizdən idi.

140Ayə 140

إِذْ أَبَقَ إِلَى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ١٤٠

Iz əbəqə ilal fulkil məşhun

(Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi).

141Ayə 141

فَسَاهَمَ فَكَانَ مِنَ ٱلْمُدْحَضِينَ١٤١

Fəsahəmə fəkanə minəl mudhəzin

Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.

142Ayə 142

فَٱلْتَقَمَهُ ٱلْحُوتُ وَهُوَ مُلِيمٌ١٤٢

Faltəqəməhul hutu və huvə mulim

O, məzəmmətə layiq iş gördüyü və özünü qınadığı halda balıq onu uddu.

143Ayə 143

فَلَوْلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلْمُسَبِّحِينَ١٤٣

Fələvla ənnəhu kanə minəl musəbbihin

Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı,

144Ayə 144

لَلَبِثَ فِى بَطْنِهِۦٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ١٤٤

Lələbisə fi bətnihi ila yəvmi yub'əsun

mütləq (insanların qəbirlərdən) qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı.

145Ayə 145

فَنَبَذْنَـٰهُ بِٱلْعَرَآءِ وَهُوَ سَقِيمٌ١٤٥

Fənəbəznahu bil'əra`i və huvə səqim

Beləliklə, onu xəstə halda tavan və kölgəsiz bir yerə atdıq.

146Ayə 146

وَأَنۢبَتْنَا عَلَيْهِ شَجَرَةً مِّن يَقْطِينٍ١٤٦

Və`əmbətna ələyhi şəcərətən min yəqtin

Və onun başı üzərində balqabaq (yaxud banan və ya əncir) növündən bir tağ bitirdik.

147Ayə 147

وَأَرْسَلْنَـٰهُ إِلَىٰ مِاْئَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ١٤٧

Və`ərsəlnahu ila mi`əti əlfin əv yəzidun

Və onu yüz min və ya daha artıq adama (peyğəmbər) göndərdik.

148Ayə 148

فَـَٔـامَنُواْ فَمَتَّعْنَـٰهُمْ إِلَىٰ حِينٍ١٤٨

Fəamənu fəməttə'nahum ila hin

Beləliklə, onlar iman gətirdilər və Biz onları (müəyyən) bir müddət(ədək həyatdan) bəhrələndirdik.

149Ayə 149

فَٱسْتَفْتِهِمْ أَلِرَبِّكَ ٱلْبَنَاتُ وَلَهُمُ ٱلْبَنُونَ١٤٩

Fastəftihim əlirəbbikəl bənatu vələhumul bənun

Buna görə də onlardan (Məkkə müşriklərindən) soruş: «Qızlar sənin Rəbbinin, oğlanlar isə onlarındır?!

150Ayə 150

أَمْ خَلَقْنَا ٱلْمَلَـٰٓئِكَةَ إِنَـٰثًا وَهُمْ شَـٰهِدُونَ١٥٠

Əm xələqnal məla`ikətə inasən vəhum şahidun

Yoxsa ki, Biz mələkləri qız cinsindən yaratmışıq və onlar orada olub (buna) şahid olublar?!»

151Ayə 151

أَلَآ إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَ١٥١

Əla innəhum-min ifkihim ləyəqulun

Bil ki, onlar yalançı olduqları üçün deyirlər:

152Ayə 152

وَلَدَ ٱللَّهُ وَإِنَّهُمْ لَكَـٰذِبُونَ١٥٢

Vələdə əllahu və`innəhum ləkazibun

«Allah övlad törətmişdir». Onlar mütləq yalançıdırlar!

153Ayə 153

أَصْطَفَى ٱلْبَنَاتِ عَلَى ٱلْبَنِينَ١٥٣

Əstafal bənati əlal bənin

(Hətta övlad götürməsini fərz etsək belə) məgər (Allah) qızları oğlanlardan üstün tutmuşdur?!

154Ayə 154

مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ١٥٤

Ma ləkum kəyfə təhkumun

Sizə nə olub, necə hökm çıxarırsınız?!

155Ayə 155

أَفَلَا تَذَكَّرُونَ١٥٥

Əfəla təzəkkərun

Heç ibrət götürmürsünüz?

156Ayə 156

أَمْ لَكُمْ سُلْطَـٰنٌ مُّبِينٌ١٥٦

Əm ləkum sultanun mmubin

Yoxsa sizin (bu iddiaya) aydın dəliliniz var?!

157Ayə 157

فَأْتُواْ بِكِتَـٰبِكُمْ إِن كُنتُمْ صَـٰدِقِينَ١٥٧

Fə`tu bikitabikum in kuntum sadiqin

Belə isə əgər doğru deyirsinizsə yazı və kitabınızı gətirin.

158Ayə 158

وَجَعَلُواْ بَيْنَهُۥ وَبَيْنَ ٱلْجِنَّةِ نَسَبًا‌ۚ وَلَقَدْ عَلِمَتِ ٱلْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ١٥٨

Vəcə'əlu bəynəhu vəbəynəl cinnəti nəsəbə, vələqəd əlimətil cinnətu innəhum ləmuhzarun

Onlar Allahla cinlər arasında qohumluq əlaqəsinin olmasına qail oldular, halbuki cinlər özləri (qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklərini bilirlər.

159Ayə 159

سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ١٥٩

Subhanə əllah əmma yəsifun

Allah onların sadaladıqları sifətlərdən (şəriki olmaqdan, törəmək və cinlərlə qohum olmaqdan) pak (və uzaq)dır.

160Ayə 160

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ١٦٠

Illa ibadə əllah əl muxləsin

Allahın xalis və seçilmiş bəndələri(nin Onun üçün sadaladıqları digər sifətlər) istisnadır.

161Ayə 161

فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ١٦١

Fə`innəkum və ma tə'budun

Həqiqətən, siz və ibadət etdikləriniz (bütlər, cinlər və şeytanlar)

162Ayə 162

مَآ أَنتُمْ عَلَيْهِ بِفَـٰتِنِينَ١٦٢

Ma əntum ələyhi bifatinin

(bəli,) siz heç vaxt (cəmiyyəti) Allahın hədəfinin əksinə olaraq azğınlığa sürükləyə bilməzsiniz!

163Ayə 163

إِلَّا مَنْ هُوَ صَالِ ٱلْجَحِيمِ١٦٣

Illa mən huvə salil cəhim

(Küfr və inadına görə) cəhənnəmə gedəsi və yanası şəxs istisna olmaqla.

164Ayə 164

وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌ مَّعْلُومٌ١٦٤

Və ma minna illa ləhu məqamun mmə'lum

(Mələklər özlərinin rəbb olmalarını inkar edərək deyərlər:) «Bizim hər birimizin (Allah yanında) müəyyən məqam və rütbəsi vardır».

165Ayə 165

وَإِنَّا لَنَحْنُ ٱلصَّآفُّونَ١٦٥

Və`inna lənəhnus saffun

Şübhəsiz, (Allahın əmrini yerinə yetirmək üçün daim) sıralanan bizik.

166Ayə 166

وَإِنَّا لَنَحْنُ ٱلْمُسَبِّحُونَ١٦٦

Və`inna lənəhnul musəbbihun

Əlbəttə, (dil və ürəkdə olan səmimi etiqadla) Allahı pak sifətlərlə edən bizik.

167Ayə 167

وَإِن كَانُواْ لَيَقُولُونَ١٦٧

Və`in kanu ləyəqulun

(Müşriklər) həmişə deyərdilər:

168Ayə 168

لَوْ أَنَّ عِندَنَا ذِكْرًا مِّنَ ٱلْأَوَّلِينَ١٦٨

Ləv ənnə indəna zikrən mminəl əvvəlin

«Əgər bizim yanımızda keçmişlərdən (keçmiş nəsillərdə olan kitablar qismindən) bir yada salan (kitab) olsaydı,

169Ayə 169

لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ١٦٩

Ləkunna ibadə əllah əl muxləsin

mütləq, Allahın xalis və seçilmiş bəndələri olardıq.

170Ayə 170

فَكَفَرُواْ بِهِۦ‌ۖ فَسَوْفَ يَعْلَمُونَ١٧٠

Fəkəfəru bih, fəsəvfə yə`ləmun

Amma (elə ki, keçmişlərin kitablarından yaxşı bir kitab gəldi) ona kafir oldular. Tezliklə (küfrlərinin cəzasının nə olmasını) biləcəklər.

171Ayə 171

وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلْمُرْسَلِينَ١٧١

Vələqəd səbəqət kəlimətuna li'ibadinal mursəlin

Şübhəsiz, (elçi olaraq) göndərilmiş bəndələrimiz barəsində (əzəli elmdə və Lövhi-Məhfuzda) Bizim qəti hökmümüz (və vədimiz belə verilib) keçmişdir

172Ayə 172

إِنَّهُمْ لَهُمُ ٱلْمَنصُورُونَ١٧٢

Innəhum ləhumul mənsurun

ki, şübhəsiz, (Bizim tərəfimizdən) yardım edilənlər onlardır.

173Ayə 173

وَإِنَّ جُندَنَا لَهُمُ ٱلْغَـٰلِبُونَ١٧٣

Və`innə cundəna ləhumu əl ğalibun

Və əlbəttə, qalib Bizim qoşunumuzdur.

174Ayə 174

فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ١٧٤

Fətəvəllə ənhum hətta hin

Buna görə də bir müddətədək (dövlət qurana və cihad əmri gələnə kimi) onlardan (kafirlərdən) üz döndər.

175Ayə 175

وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ١٧٥

Və`əbsirhum fəsəvfə yubsirun

Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər.

176Ayə 176

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ١٧٦

Əfəbi'əzabina yəstə'cilun

Belə olan halda onlar tələskənliklə Bizim əzabımızı tələb edirlər?

177Ayə 177

فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَآءَ صَبَاحُ ٱلْمُنذَرِينَ١٧٧

Fə`iza nəzələ bisahətihim fəsa`ə sabahul munzərin

(Əzab) onların kandarlarına enən zaman, qorxudulanların səhəri necə də pisdir!

178Ayə 178

وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ١٧٨

Vətəvəllə ənhum hətta hin

Yenə bir müddətədək onlardan üz döndər.

179Ayə 179

وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ١٧٩

Və`əbsir fəsəvfə yubsirun

Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər.

180Ayə 180

سُبْحَـٰنَ رَبِّكَ رَبِّ ٱلْعِزَّةِ عَمَّا يَصِفُونَ١٨٠

Subhanə rəbbikə rəbbil izzəti əmma yəsifun

Sənin Rəbbin – izzət, qüdrət və qələbə Rəbbi onların sadaladıqları sifətlərdən pakdır!

181Ayə 181

وَسَلَـٰمٌ عَلَى ٱلْمُرْسَلِينَ١٨١

Vəsəlamun əlal mursəlin

Salam olsun peyğəmbərlərə (yaradandan yaradılmışlara)!

182Ayə 182

وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ١٨٢

Vəl həmdu lilləhi rəbbil aləmin

Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)