Surə 40 · 85 ayə

surah040

Ğafir (Bağışlayan)

Məkkə·85 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

حمٓ١

Ha, mim.

Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)

2Ayə 2

تَنزِيلُ ٱلْكِتَـٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ٢

Tənzilul kitabi minə əllah əl əzizil əlim

Bu kitab yenilməz qüdrət sahibi və bilən Allah tərəfindən nazil edilmişdir.

3Ayə 3

غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوْبِ شَدِيدِ ٱلْعِقَابِ ذِى ٱلطَّوْلِۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَۖ إِلَيْهِ ٱلْمَصِيرُ٣

Ğafiriz zəmbi vəqabilit təvbi şədidil iqabi zit tavl, la ilahə illa huv, iləyhil məsir

Günahı bağışlayan, tövbəni qəbul edən, cəzası ağır, firavan və daimi nemət sahibi (olan Allah tərəfindən)! Ondan başqa bir məbud yoxdur. (Hamının və hər bir şeyin) qayıdış(ı) Ona tərəfdir.

4Ayə 4

مَا يُجَـٰدِلُ فِىٓ ءَايَـٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُواْ فَلَا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِى ٱلْبِلَـٰدِ٤

Ma yucadilu fi ayati-llahi illa əlləzinə kəfəru fəla yəğrurkə təqəllubuhum fil bilad

Allahın ayə (və möcüzə)ləri barəsində kafirlərdən başqa heç kəs mübahisə etməz. (Onlar da nəhayət öz cəzalarına çatacaqlar.) Buna görə də onların şəhərlərdə gəl-get etmələri (və mal, övlad və qüdrətlərinin çoxluğu) səni aldatmasın.

5Ayə 5

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَٱلْأَحْزَابُ مِنۢ بَعْدِهِمْۖ وَهَمَّتْ كُلُّ أُمَّةِۭ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُۖ وَجَـٰدَلُواْ بِٱلْبَـٰطِلِ لِيُدْحِضُواْ بِهِ ٱلْحَقَّ فَأَخَذْتُهُمْۖ فَكَيْفَ كَانَ عِقَابِ٥

Kəzzəbət qəbləhum qəvmu nuhin vəl əhzabu min bə'dihim, vəhəmmət kullu ummətin birəsulihim liyə`xuzuh, vəcadəlu bilbatili liyudhizu bihil həqqə fə`əxəztuhum, fəkəyfə kanə iqab

Onlardan qabaq da Nuhun qövmü və onlardan sonra gələn tayfalar (Hudun, Salehin, Lutun və digər peyğəmbərlərin qövmləri öz peyğəmbərlərini) təkzib etdilər. Hər bir ümmət öz peyğəmbərini tutmaq (yaxud sürgün etmək, həbs etmək və yaxud öldürmək) üçün onun qəsdinə durdu. Və boş söz vasitəsi ilə mübahisə etdilər ki, bu yolla haqqı zay və batil etsinlər. Beləliklə onları yaxaladıq. Buna görə də (bax gör) Mənim cəzam necə oldu!

6Ayə 6

وَكَذَٲلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمْ أَصْحَـٰبُ ٱلنَّارِ٦

Vəkəzalikə həqqət kəlimətu rəbbikə əla əlləzinə kəfəru ənnəhum əshabun nar

Rəbbinin bütün kafirlər barəsindəki hökmü (keçmişlər barəsində olduğu kimi) belə sabit və gerçəkdir ki: «Onlar od əhlidirlər!»

7Ayə 7

ٱلَّذِينَ يَحْمِلُونَ ٱلْعَرْشَ وَمَنْ حَوْلَهُۥ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِۦ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ ءَامَنُواْ رَبَّنَا وَسِعْتَ كُلَّ شَىْءٍ رَّحْمَةً وَعِلْمًا فَٱغْفِرْ لِلَّذِينَ تَابُواْ وَٱتَّبَعُواْ سَبِيلَكَ وَقِهِمْ عَذَابَ ٱلْجَحِيمِ٧

Əlləzinə yəhmilunəl ərşə və mən həvləhu yusəbbihunə bihəmdi rəbbihim vəyu`minunə bihi vəyəstəğfirunə lilləzinə amənu rəbbəna vəsi'tə kullə şəy`in rrəhmətən və'ilmən fağfir lilləzinə tabu vattəbə'u səbiləkə vəqihim əzabəl cəhim

(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: «Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!»

8Ayə 8

رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّـٰتِ عَدْنٍ ٱلَّتِى وَعَدتَّهُمْ وَمَن صَلَحَ مِنْ ءَابَآئِهِمْ وَأَزْوَٲجِهِمْ وَذُرِّيَّـٰتِهِمْۚ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ٨

Rəbbəna və`ədxilhum cənnati ədnin əlləti və'əttəhum və mən saləhə min aba`ihim və`əzvacihim vəzurriyyatihim, innəkə əntəl əzizul həkim

Ey Rəbbimiz! Onları özlərinə və əməlisaleh ata, zövcə və övladlarına vəd etdiyin əbədi Cənnətlərə daxil et. Çünki yenilməz qüdrət və hikmət sahibi Sənsən!

9Ayə 9

وَقِهِمُ ٱلسَّيِّـَٔـاتِۚ وَمَن تَقِ ٱلسَّيِّـَٔـاتِ يَوْمَئِذٍ فَقَدْ رَحِمْتَهُۥۚ وَذَٲلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ٩

Vəqihimus səyyi`at, və mən təqis səyyi`ati yəvmə`izin fəqəd rəhimtəh, vəzalikə huvəl fəvzul əzim

Və onları (axirətdə) günahların cəzasından (və ya günahların o aləmdəki təzahüründən) qoru. Həmin gün Sən kimi günahların cəzasından qorusan, doğrudan da ona rəhmətini şamil etmisən. Bu, həmin o böyük uğur və qurtuluşdur.

10Ayə 10

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ يُنَادَوْنَ لَمَقْتُ ٱللَّهِ أَكْبَرُ مِن مَّقْتِكُمْ أَنفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى ٱلْإِيمَـٰنِ فَتَكْفُرُونَ١٠

Innə əlləzinə kəfəru yunadəvnə ləməqtu əllah əkbəru min mməqtikum ənfusəkum iz tud'əvnə ilal imani fətəkfurun

Həqiqətən, küfr etmiş kəslərə (onlar bəzən Cəhənnəmdə özlərinə və bir-birlərinə qəzəblənən zaman) nida edilər ki: «Şübhəsiz, Allahın sizə olan nifrət və qəzəbi sizin özünüzə və bir-birinizə olan nifrət və qəzəbinizdən daha çoxdur. Çünki siz imana tərəf çağırılır və (buna baxmayaraq) küfr edirdiniz».

11Ayə 11

قَالُواْ رَبَّنَآ أَمَتَّنَا ٱثْنَتَيْنِ وَأَحْيَيْتَنَا ٱثْنَتَيْنِ فَٱعْتَرَفْنَا بِذُنُوبِنَا فَهَلْ إِلَىٰ خُرُوجٍ مِّن سَبِيلٍ١١

Qalu rəbbəna əməttəna snətəyni və`əhyəytəna snətəyni fa'tərəfna bizunubina fəhəl ila xurucin min səbil

Onlar deyərlər: «Ey Rəbbimiz! (Dünya həyatından və tovhid çağırışının gerçəkləşməsindən sonra) bizi iki dəfə öldürüb iki dəfə diriltdin (dünyada öldürüb Bərzəxdə diriltdin və Bərzəxdə öldürüb Qiyamətdə diriltdin), beləliklə biz öz günahlarımızı (birinci dirilməyi, həmçinin ikinci ölüm və dirilməyi inkar etməyimizi) etiraf etdik. Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?»

12Ayə 12

ذَٲلِكُم بِأَنَّهُۥٓ إِذَا دُعِىَ ٱللَّهُ وَحْدَهُۥ كَفَرْتُمْۖ وَإِن يُشْرَكْ بِهِۦ تُؤْمِنُواْۚ فَٱلْحُكْمُ لِلَّهِ ٱلْعَلِىِّ ٱلْكَبِيرِ١٢

Zalikum bi`ənnəhu iza du'iyə əllahu vəhdəhu kəfərtum, və`in yuşrək bihi tu`minuv, falhukmu lilləhil əliyyil kəbir

Bu (əzablar) ona görədir ki, Allah tək çağırılan zaman siz (Onun birliyinə) küfr edirdiniz və ona şərik qoşulanda (həmin şeyə) iman gətirirdiniz. Buna görə də hakimlik uca məqamlı və böyük Allaha məxsusdur.

13Ayə 13

هُوَ ٱلَّذِى يُرِيكُمْ ءَايَـٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزْقًاۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ١٣

Huvə əlləzi yurikum ayatihi vəyunəzzilu ləkum-minəs səma`i rizqə, və ma yətəzəkkəru illa mən yunib

Öz ayələrini (Öz tovhidinin əqli və nəqli dəlillərini) sizə göstərən və sizin üçün göydən (maddi və mənəvi) bir ruzi nazil edən Odur. (Bu nemətlərdən) yalnız Allaha könül vermiş və Allaha tərəf qayıdan kəs ibrət alar.

14Ayə 14

فَٱدْعُواْ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوْ كَرِهَ ٱلْكَـٰفِرُونَ١٤

Fad'u əllah muxlisinə ləhud dinə vələv kərihəl kafirun

Odur ki, kafirlər xoşlamasalar belə, Allahı itaət və əqidəni Onun üçün xalisləşdirdiyiniz halda çağırın.

15Ayə 15

رَفِيعُ ٱلدَّرَجَـٰتِ ذُو ٱلْعَرْشِ يُلْقِى ٱلرُّوحَ مِنْ أَمْرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ لِيُنذِرَ يَوْمَ ٱلتَّلَاقِ١٥

Rəfi'ud dərəcati zul ərşi yulqi rruhə min əmrihi əla mən yəşau min ibadihi liyunzirə yəvmət təlaq

O Allahı ki, kamalının dərəcələri uca, yaratdıqlarının dərəcələrini yüksəldən və (göylərin üstündə yerləşib hökmranlıq məkanı və dünya işlərinin idarəçiliyi fərmanlarının verilməsi mərkəzi olan) ərşin sahibidir. O, Ruhu (Ruh mələyini) Öz əmri ilə bəndələrindən istədiyinə (peyğəmbərlərə) göndərir ki, (insanları) qovuşma günü ilə (Bərzəx ruhlarının Məhşər bədənlərinə, bütün dirilənlərin Allaha, insan, mələk, cin və şeytanların bir-birlərinə və Allah qarşısında cavabdehlik daşıyan hər bir kəsin öz əməllərinin cəzasına qovuşacağı gün ilə) qorxutsun.

16Ayə 16

يَوْمَ هُم بَـٰرِزُونَۖ لَا يَخْفَىٰ عَلَى ٱللَّهِ مِنْهُمْ شَىْءٌۚ لِّمَنِ ٱلْمُلْكُ ٱلْيَوْمَۖ لِلَّهِ ٱلْوَٲحِدِ ٱلْقَهَّارِ١٦

Yəvmə hum barizun, la yəxfa əla əllah minhum şəy`, limənil mulkul yəvm, lilləhil vahidil qəhhar

Onların (Məhşər səhnəsində hazır olanların) zahir və aşkar olacaqları gün (ilə)! Allaha onların heç nəyi gizli qalmayacaqdır. (Və Allah tərəfindən deyiləcək:) Bu gün mülkiyyət və hakimiyyət kimə məxsusdur? (Və belə cavab veriləcək:) Tək və qüdrətli Allaha məxsusdur.

17Ayə 17

ٱلْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسِۭ بِمَا كَسَبَتْۚ لَا ظُلْمَ ٱلْيَوْمَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ١٧

Əl yəvmə tucza kullu nəfsin bima kəsəbət, la zulməl yəvm, innə əllah səri'ul hisab

Bu gün hər bir kəs qazandığı əməllərin müqabilində cəzalandırılacaqdır (və ya əməlinin gerçək təzahürü onun cəzası olacaqdır). Bu gün (heç kimdən heç kəsə) zülm olunmaz. Həqiqətən, Allah tez haqq-hesab çəkəndir (və bütün insan və cinlərin əməllərinin hesabını çəkmək onun üçün vaxt aparan və çətin bir iş deyildir).

18Ayə 18

وَأَنذِرْهُمْ يَوْمَ ٱلْأَزِفَةِ إِذِ ٱلْقُلُوبُ لَدَى ٱلْحَنَاجِرِ كَـٰظِمِينَۚ مَا لِلظَّـٰلِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُ١٨

Və`ənzirhum yəvməl azifəti izil qulubu lədal hənaciri kazimin, ma lilzzaliminə min həmimin və la şəfi'in yuta'

Və onları o böyük hadisə (Qiyamət) günü ilə – öz qəm-kədərlərini udduqları halda ürəklərin (qorxu və vahimədən yerindən qoparaq) qırtlağa çatacağı zamanla qorxut! (Həmin gün) zalımların nə qohumları, nə də sözü qəbul edilən şəfaətçiləri olar.

19Ayə 19

يَعْلَمُ خَآئِنَةَ ٱلْأَعْيُنِ وَمَا تُخْفِى ٱلصُّدُورُ١٩

Yə`ləmu xa`inətəl ə'yuni və ma tuxfis sudur

O, xəyanətkar gözləri (və ya gözlərin qadağan edilmiş yerlərdəki xəyanətlərini) və sinələrin gizlətdiklərini (küfrü, haram fikirləri və rəzil sifətləri) bilir.

20Ayə 20

وَٱللَّهُ يَقْضِى بِٱلْحَقِّۖ وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِۦ لَا يَقْضُونَ بِشَىْءٍۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ٢٠

Vəl ləhu yəqzi bilhəqq, valləzinə yəd'unə min dunihi la yəqzunə bişəy`, innə əllah huvəs səmi'ul bəsir

(Yaradılış, idarəçilik və şəriət barəsində) haqq hökm çıxaran Allahdır və (müşriklərin) Allahın yerinə çağırdıqları heç bir hökm çıxara bilməzlər. Həqiqətən, (hər bir şeyi) eşidən və görən Allahdır!

21Ayə 21

أَوَلَمْ يَسِيرُواْ فِى ٱلْأَرْضِ فَيَنظُرُواْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ كَانُواْ مِن قَبْلِهِمْۚ كَانُواْ هُمْ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَءَاثَارًا فِى ٱلْأَرْضِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ وَمَا كَانَ لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٍ٢١

Əvələm yəsiru fil ərzi fəyənzuru kəyfə kanə aqibətu əlləzinə kanu min qəblihim, kanu hum əşəddə minhum quvvətən vəasarən fil ərzi fə`əxəzəhumu əllahu bizunubihim və ma kanə ləhum-minə əllah min vaq

Məgər onlar yer üzündə gəzmədilərmi ki, özlərindən qabaqkıların işlərinin sonunun necə olmasını görsünlər? Onlar (qabaqkılar, insan) qüvvə(si və mal-dövlət) və yer üzündəki mövcudluq nişanələri (qala, şəhər və tikililəri) baxımından bunlardan daha çox və daha güclü idilər. Allah onları günahlarına görə cəzalanırdı və onları Allah(ın əzabın)dan bir qoruyan (da) olmadı.

22Ayə 22

ذَٲلِكَ بِأَنَّهُمْ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ فَكَفَرُواْ فَأَخَذَهُمُ ٱللَّهُۚ إِنَّهُۥ قَوِىٌّ شَدِيدُ ٱلْعِقَابِ٢٢

Zalikə bi`ənnəhum kanət-tə`tihim rusuluhum bilbəyyinati fəkəfəru fə`əxəzəhumu əllah, innəhu qəviyyun şədidul iqab

Onun (həmin cəzanın) səbəbi bu idi ki, peyğəmbərləri onlara həmişə (tovhid və özlərinin peyğəmbərlikləri barəsində) aşkar dəlillər gətirir, lakin onlar küfr edirdilər. Beləliklə Allah onları əzabla yaxaladı. Həqiqətən, O, qüvvətli və ağır cəza verəndir.

23Ayə 23

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔـايَـٰتِنَا وَسُلْطَـٰنٍ مُّبِينٍ٢٣

Vələqəd ərsəlna musa biayatina vəsultanin mmubin

Həqiqətən, Biz Musanı Öz ayələrimizlə və aşkar və aydınlıq gətirən dəlillə göndərdik.

24Ayə 24

إِلَىٰ فِرْعَوْنَ وَهَـٰمَـٰنَ وَقَـٰرُونَ فَقَالُواْ سَـٰحِرٌ كَذَّابٌ٢٤

Ila fir'əvnə vəhamanə vəqarunə fəqalu sahirun kəzzab

(Qibtilərin müstəbid hökmdarı) Fironun, (onun vəziri) Hamanın və (İsrail övladlarının azğın qızıl toplayanı) Qarunun yanına! Onlar dedilər: «(Bu kişi) çox yalançı sehrbazdır».

25Ayə 25

فَلَمَّا جَآءَهُم بِٱلْحَقِّ مِنْ عِندِنَا قَالُواْ ٱقْتُلُوٓاْ أَبْنَآءَ ٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ وَٱسْتَحْيُواْ نِسَآءَهُمْۚ وَمَا كَيْدُ ٱلْكَـٰفِرِينَ إِلَّا فِى ضَلَـٰلٍ٢٥

Fələmma ca`əhum bilhəqqi min indina qalu qtulu əbna`ə əlləzinə amənu mə'əhu vastəhyu nisa`əhum, və ma kəydul kafirinə illa fi zalal

Beləliklə, elə ki, (Musa) onlara Bizim tərəfimizdən haqqı (tovhidin dəlillərini və möcüzələri) gətirdi, dedilər: «Musa ilə (Allaha) iman gətirənlərin oğullarını öldürün və qadınlarını diri saxlayın». Lakin kafirlərin hiylə və məkrləri yalnız azğınlıqdadır (və heç vaxt məqsədə çatmaz).

26Ayə 26

وَقَالَ فِرْعَوْنُ ذَرُونِىٓ أَقْتُلْ مُوسَىٰ وَلْيَدْعُ رَبَّهُۥٓ‌ۖ إِنِّىٓ أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمْ أَوْ أَن يُظْهِرَ فِى ٱلْأَرْضِ ٱلْفَسَادَ٢٦

Vəqalə fir'əvnu zəruni əqtul musa vəlyəd'u rəbbəh, inni əxafu ən yubəddilə dinəkum əv ən yuzhirə fil ərzil fəsad

Firon (Musanı öldürməyi məsləhət bilməyən müşavirlərinə) dedi: «Qoyun Musanı öldürüm və o öz Rəbbini (köməyə) çağırsın (və Rəbbi onu qurtarsın). Çünki onun sizin (tanrının nəzarəti altındakı rəbb olan mənə və bütlərə ibadət etməkdən ibarət) dininizi dəyişdirəcəyindən və ya bu torpaqda (dövlət əleyhinə üsyan yaratmaqla) fəsad törədəcəyindən qorxuram».

27Ayə 27

وَقَالَ مُوسَىٰٓ إِنِّى عُذْتُ بِرَبِّى وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٍ لَّا يُؤْمِنُ بِيَوْمِ ٱلْحِسَابِ٢٧

Vəqalə musa inni uztu birəbbi vərəbbikum-min kulli mutəkəbbirin lla yu`minu biyəvmil hisab

Musa (Firona və onun ətrafındakılara xitab edərək) dedi: «Həqiqətən, mən hesab gününə imanı olmayan hər bir təkəbbür sahibin(in şərin)dən öz Rəbbimə və sizin Rəbbinizə pənah aparmışam.

28Ayə 28

وَقَالَ رَجُلٌ مُّؤْمِنٌ مِّنْ ءَالِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَـٰنَهُۥٓ أَتَقْتُلُونَ رَجُلاً أَن يَقُولَ رَبِّىَ ٱللَّهُ وَقَدْ جَآءَكُم بِٱلْبَيِّنَـٰتِ مِن رَّبِّكُمْۖ وَإِن يَكُ كَـٰذِبًا فَعَلَيْهِ كَذِبُهُۥۖ وَإِن يَكُ صَادِقًا يُصِبْكُم بَعْضُ ٱلَّذِى يَعِدُكُمْۖ إِنَّ ٱللَّهَ لَا يَهْدِى مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ٢٨

Vəqalə rəculun mmu`minun min ali fir'əvnə yəktumu imanəhu ətəqtulunə rəculən ən yəqulə rəbbiyə əllahu vəqəd ca`əkum bilbəyyinati min rrəbbikum, və`in yəku kazibən fə'ələyhi kəzibuh, və`in yəku sadiqən yusibkum bə'zu əlləzi yə'idukum, innə əllah la yəhdi mən huvə musrifun kəzzab

Fironun ailəsindən olub imanını (onlardan) gizlədən mömin bir kişi dedi: «Məgər siz «mənim Rəbbim Allahdır» deməyə görə bir kişini, sizin üçün Rəbbiniz tərəfindən aydın dəlillər gətirdiyi halda öldürəcəksniz?! Əgər o yalançı olsa, yalanı öz ziyanınadır. Əgər doğruçu olsa (dünya və axirət əzablarından) vəd etdiyinin (ən azı) bir hissəsi sizə yetişər. Həqiqətən, Allah israfçı və yalançını hidayət etmir (və Musa doğruçu olduğu təqdirdə siz israfçı və yalançısınız)».

29Ayə 29

يَـٰقَوْمِ لَكُمُ ٱلْمُلْكُ ٱلْيَوْمَ ظَـٰهِرِينَ فِى ٱلْأَرْضِ فَمَن يَنصُرُنَا مِنۢ بَأْسِ ٱللَّهِ إِن جَآءَنَاۚ قَالَ فِرْعَوْنُ مَآ أُرِيكُمْ إِلَّا مَآ أَرَىٰ وَمَآ أَهْدِيكُمْ إِلَّا سَبِيلَ ٱلرَّشَادِ٢٩

Ya qəvmi ləkumul mulkul yəvmə zahirinə fil ərzi fəmən yənsuruna min bə`si-llahi in ca`əna, qalə fir'əvnu ma urikum illa ma əra və ma əhdikum illa səbilə rrəşad

Ey mənim qövmüm, bu gün mülkiyyət və hakimiyyət sizə məxsusdur və siz bu torpaqda qalib və üstünsünüz. Beləliklə əgər bizə bir əzab gəlsə, Allahın əzabından (qurtarmağa) bizə kim kömək edər?! Firon dedi: «Mən sizə öz rəyimdən (Musanın öldürülməsinin məsləhət olmasından) başqa bir nəzər bildirmirəm və sizi yalnız doğru yola yönəldirəm».

30Ayə 30

وَقَالَ ٱلَّذِىٓ ءَامَنَ يَـٰقَوْمِ إِنِّىٓ أَخَافُ عَلَيْكُم مِّثْلَ يَوْمِ ٱلْأَحْزَابِ٣٠

Vəqalə əlləzi amənə ya qəvmi inni əxafu ələykum-mislə yəvmil əhzab

İman gətirmiş şəxs dedi: «Ey mənim qövmüm, şübhəsiz, mən sizin üçün tayfaların (qarşılaşdıqları hadisə) gününün bənzərindən qorxuram».

31Ayə 31

مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعْدِهِمْۚ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلْمًا لِّلْعِبَادِ٣١

Mislə də`bi qəvmi nuhin və'adin vəsəmudə valləzinə min bə'dihim, və ma əllahu yuridu zulmən llil'ibad

«Nuhun qövmünün, Ad və Səmud (qövmlərinin) və onlardan sonrakıların barəsində istifadə edilmiş üsulun (gözlənilmədən kütləvi şəkildə məhvə düçar etməyin) bənzərindən! Allah heç vaxt bəndələrinə zülm etmək istəmir».

32Ayə 32

وَيَـٰقَوْمِ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ يَوْمَ ٱلتَّنَادِ٣٢

Vəya qəvmi inni əxafu ələykum yəvmət tənad

«Ey mənim qövmüm! Həqiqətən, mən sizin üçün «bir-birini səsləmə» günündən (insanların qorxudan bir-birlərini köməyə çağıracaqları və hamılıqla fəryad qoparacaqları gündən) qorxuram».

33Ayə 33

يَوْمَ تُوَلُّونَ مُدْبِرِينَ مَا لَكُم مِّنَ ٱللَّهِ مِنْ عَاصِمٍۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ٣٣

Yəvmə tuvəllunə mudbirinə ma ləkum-minə əllah min asim, və mən yuzlili-llahi fəma ləhu min had

Sizi Allah(ın əzabın)dan qoruyan bir kimsənin olmadığı halda (Cəhənnəmə tərəf getmək və ya Cəhənnəmin içindən çıxmaq qəsdi ilə onun kənarlarına qaçmaq üçün) dayandığınız yerə arxa çevirərək (hesab yerindən) üz döndərəcəyiniz bir gün(dən)! Allahın azğınlıqda tərk etdiyi kəsi heç vaxt bir hidayət edən olmayacaqdır.

34Ayə 34

وَلَقَدْ جَآءَكُمْ يُوسُفُ مِن قَبْلُ بِٱلْبَيِّنَـٰتِ فَمَا زِلْتُمْ فِى شَكٍّ مِّمَّا جَآءَكُم بِهِۦۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلْتُمْ لَن يَبْعَثَ ٱللَّهُ مِنۢ بَعْدِهِۦ رَسُوۚلاً كَذَٲلِكَ يُضِلُّ ٱللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُّرْتَابٌ٣٤

Vələqəd ca`əkum yusufu min qəblu bilbəyyinati fəma ziltum fi şəkkin mmimma ca`əkum bih, hətta iza hələkə qultum lən yəb'əsə əllahu min bə'dihi rəsulə, kəzalikə yuzillu əllahu mən huvə musrifun mmurtab

«Həqiqətən, Yusuf bundan (Musadan) qabaq sizin üçün (tovhid və özünün peyğəmbərliyi barəsində) aydın dəlillər gətirdi. Siz həmişə onun gətirdiyi barəsində şəkk içərisində idiniz. Nəhayət elə ki, o öldü, dediniz: «Allah ondan sonra heç vaxt peyğəmbər göndərməyəcəkdir. (Həyatında onu təkzib etdiniz, ölümündən sonra qəbul etdiniz və gələcək peyğəmbərləri inkar etdiniz.) Allah israfçı və şübhə edəni beləcə azğınlıqda boşlayır.

35Ayə 35

ٱلَّذِينَ يُجَـٰدِلُونَ فِىٓ ءَايَـٰتِ ٱللَّهِ بِغَيْرِ سُلْطَـٰنٍ أَتَـٰهُمْۖ كَبُرَ مَقْتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٲلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلْبِ مُتَكَبِّرٍ جَبَّارٍ٣٥

Əlləzinə yucadilunə fi ayati-llahi biğəyri sultanin ətahum, kəburə məqtən ində əllah və'ində əlləzinə amənuv, kəzalikə yətbə'u əllahu əla kulli qəlbi mutəkəbbirin cəbbar

Bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edənlər Allahın və iman gətirmiş kəslərin yanında böyük qəzəbə və nifrətə düçardırlar. Allah zorakı təkəbbür sahibinin qəlbinə beləcə bütünlüklə (bədbəxtlik) möhür(ü) basır.

36Ayə 36

وَقَالَ فِرْعَوْنُ يَـٰهَـٰمَـٰنُ ٱبْنِ لِى صَرْحًا لَّعَلِّىٓ أَبْلُغُ ٱلْأَسْبَـٰبَ٣٦

Vəqalə fir'əvnu ya hamanu bni li sarhən llə'əlli əbluğul əsbab

(Musanın özü və möcüzələri qarşısında zəifləmiş və artıq, etinasızlıqla qətl fərmanı verə bilməyən) Firon dedi: «Ey Haman, mənim üçün çox uca bir bina tik, bəlkə (onun qülləsindən müşahidələr aparmaqla) müəyyən vasitələr əldə etdim».

37Ayə 37

أَسْبَـٰبَ ٱلسَّمَـٰوَٲتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَـٰهِ مُوسَىٰ وَإِنِّى لَأَظُنُّهُۥ كَـٰذِبًاۚ وَكَذَٲلِكَ زُيِّنَ لِفِرْعَوْنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِۚ وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِى تَبَابٍ٣٧

Əsbabəs səmavati fə`əttali'ə ila ilahi musa və`inni lə`əzunnuhu kazibə, vəkəzalikə zuyyinə lifir'əvnə su`u əməlihi vəsuddə ənis səbil, və ma kəydu fir'əvnə illa fi təbab

«Göylərin (ulduzlar və digər səma varlıqları kimi) səbəb və vasitələrini! Və (bu yolla) Musanın Allahından xəbərdar olum. Əlbəttə, mən onu yalançı sanıram». Beləcə pis əməlləri Firona gözəl göstərildi və o, yoldan (haqq və tovhid yolundan) saxlanıldı. Fironun məkr və hiyləsi yalnız puç və batil idi».

38Ayə 38

وَقَالَ ٱلَّذِىٓ ءَامَنَ يَـٰقَوْمِ ٱتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ ٱلرَّشَادِ٣٨

Vəqalə əlləzi amənə ya qəvmi ttəbi'uni əhdikum səbilə rrəşad

İman gətirmiş şəxs dedi: «Ey mənim qövmüm, mənə tabe olun, sizi doğru və hədəfə çatdıran yola hidayət edim».

39Ayə 39

يَـٰقَوْمِ إِنَّمَا هَـٰذِهِ ٱلْحَيَوٲةُ ٱلدُّنْيَا مَتَـٰعٌ وَإِنَّ ٱلْأَخِرَةَ هِىَ دَارُ ٱلْقَرَارِ٣٩

Ya qəvmi innəma hazihil həyatud dunya məta'un və`innəl axirətə hiyə darul qərar

«Ey mənim qövmüm! Bu dünya həyatı yalnız (məhdud və müvəqqəti) bəhrələnməkdir və həqiqətən, sabitlik və əbədilik evi (təkcə) axirətdir (axirət həyatıdır).

40Ayə 40

مَنْ عَمِلَ سَيِّئَةً فَلَا يُجْزَىٰٓ إِلَّا مِثْلَهَاۖ وَمَنْ عَمِلَ صَـٰلِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُوْلَـٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ٤٠

Mən əmilə səyyi`ətən fəla yucza illa misləha, və mən əmilə salihən min zəkərin əv unsa və huvə mu`minun fə`ula`ikə yədxulunəl cənnətə yurzəqunə fiha biğəyri hisab

Kim pis iş görsə, yalnız onun miqdarında cəzalandırılacaq və kişi və ya qadınlığından asılı olmayaraq, kim mömin halda yaxşı iş görsə, belələri Cənnətə daxil olacaq, orada onlara saysız-hesabsız (əməllə müqayisə edilmədən və möminin hesabından xaric həddə) ruzi veriləcəkdir».

41Ayə 41

وَيَـٰقَوْمِ مَا لِىٓ أَدْعُوكُمْ إِلَى ٱلنَّجَوٲةِ وَتَدْعُونَنِىٓ إِلَى ٱلنَّارِ٤١

Vəya qəvmi ma li əd'ukum ilan nəcati vətəd'unəni ilan nar

«Ey mənim qövmüm! Mənə nə olub ki, mən sizi qurtuluşa dəvət edirəm, siz isə məni oda tərəf çağırırsınız?!»

42Ayə 42

تَدْعُونَنِى لِأَكْفُرَ بِٱللَّهِ وَأُشْرِكَ بِهِۦ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌ وَأَنَا۟ أَدْعُوكُمْ إِلَى ٱلْعَزِيزِ ٱلْغَفَّـٰرِ٤٢

Təd'unəni li`əkfurə bi-llahi və`uşrikə bihi ma ləysə li bihi ilmun və`əna əd'ukum ilal əzizi əl ğəffar

«Siz məni Allaha kafir olmağa və barəsində heç nə bilmədiyim bir şeyi Ona şərik qoşmağa dəvət edirsiniz, mən isə sizi O yenilməz qüdrət sahibi və çox bağışlayan (Allah)a tərəf çağırıram».

43Ayə 43

لَا جَرَمَ أَنَّمَا تَدْعُونَنِىٓ إِلَيْهِ لَيْسَ لَهُۥ دَعْوَةٌ فِى ٱلدُّنْيَا وَلَا فِى ٱلْأَخِرَةِ وَأَنَّ مَرَدَّنَآ إِلَى ٱللَّهِ وَأَنَّ ٱلْمُسْرِفِينَ هُمْ أَصْحَـٰبُ ٱلنَّارِ٤٣

La cərəmə ənnəma təd'unəni iləyhi ləysə ləhu də'vətun fid dunya və la fil axirəti və`ənnə mərəddəna ila əllah və`ənnəl musrifinə hum əshabun nar

«Şübhəsiz, məni tərəfinə çağırdığınız şeyin dünya və axirətdə bir dəvəti yoxdur (o, nə çağırılmağa layiqdir və nə də bir kəsi öz kəlamı, yaxud peyğəmbər və kitab göndərməklə çağırıb). Bizim qayıdışımız Allaha tərəfdir və israfçılar (bəndəlik həddini aşanlar) od əhlidirlər.

44Ayə 44

فَسَتَذْكُرُونَ مَآ أَقُولُ لَكُمْۚ وَأُفَوِّضُ أَمْرِىٓ إِلَى ٱللَّهِۚ إِنَّ ٱللَّهَ بَصِيرُۢ بِٱلْعِبَادِ٤٤

Fəsətəzkurunə ma əqulu ləkum, və`ufəvvizu əmri ila əllah, innə əllah bəsirun bil'ibad

Buna görə də tezliklə (əzab nazil olanda və digər aləmdə) sizə dediklərimi xatırlayacaqsınız. Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir.

45Ayə 45

فَوَقَـٰهُ ٱللَّهُ سَيِّـَٔـاتِ مَا مَكَرُواْۖ وَحَاقَ بِـَٔـالِ فِرْعَوْنَ سُوٓءُ ٱلْعَذَابِ٤٥

Fəvəqahu əllahu səyyi`ati ma məkəruv, vəhaqə biali fir'əvnə su`ul əzab

Beləliklə, Allah onu onların hiylələrinin şərindən qorudu və fironçulara ağır bir əzab gəldi və onları bürüdü.

46Ayə 46

ٱلنَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّاۖ وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ أَدْخِلُوٓاْ ءَالَ فِرْعَوْنَ أَشَدَّ ٱلْعَذَابِ٤٦

Ən naru yu'rəzunə ələyha ğuduvvən və'əşiyyə, vəyəvmə təqumus sa'ətu ədxilu alə fir'əvnə əşəddəl əzab

Fironçuların (Bərzəx aləmində) hər səhər-axşam məruz qaldıqları həmin od! Qiyamət qopduğu gün isə «fironçuları ən şiddətli əzaba daxil edin» (deyiləcəkdir).

47Ayə 47

وَإِذْ يَتَحَآجُّونَ فِى ٱلنَّارِ فَيَقُولُ ٱلضُّعَفَـٰٓؤُاْ لِلَّذِينَ ٱسْتَكْبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا نَصِيبًا مِّنَ ٱلنَّارِ٤٧

Və`iz yətəhaccunə fin nari fəyəquluz zu'əfa`u lilləzinə stəkbəru inna kunna ləkum təbə'ən fəhəl əntum-muğnunə ənna nəsibən mminən nar

Və (yada sal) o zaman(ı) ki, onlar odun içində bir-birləri ilə höcətləşəcəklər. Zəiflər təkəbbür göstərənlərə deyəcəklər: «Həqiqətən, biz sizin arxanızca gedirdik. Belə isə siz odun bir hissəsini bizdən dəf edə bilərsinizmi?

48Ayə 48

قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوٓاْ إِنَّا كُلٌّ فِيهَآ إِنَّ ٱللَّهَ قَدْ حَكَمَ بَيْنَ ٱلْعِبَادِ٤٨

Qalə əlləzinə stəkbəru inna kullun fiha innə əllah qəd həkəmə bəynəl ibad

Təkəbbür göstərənlər deyərlər: «Biz hamılıqla buradayıq. Həqiqətən, Allah bəndələrinin arasında hökmünü vermişdir (və bir nicat yolu yoxdur)».

49Ayə 49

وَقَالَ ٱلَّذِينَ فِى ٱلنَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ٱدْعُواْ رَبَّكُمْ يُخَفِّفْ عَنَّا يَوْمًا مِّنَ ٱلْعَذَابِ٤٩

Vəqalə əlləzinə fin nari lixəzənəti cəhənnəmə d'u rəbbəkum yuxəffif ənna yəvmən mminəl əzab

Od içində olanlar Cəhənnəmin gözətçilərinə deyərlər: «Rəbbinizi çağırın bu əzabı bizdən (heç olmasa) bir gün yüngülləşdirsin».

50Ayə 50

قَالُوٓاْ أَوَلَمْ تَكُ تَأْتِيكُمْ رُسُلُكُم بِٱلْبَيِّنَـٰتِۖ قَالُواْ بَلَىٰۚ قَالُواْ فَٱدْعُواْۗ وَمَا دُعَـٰٓؤُاْ ٱلْكَـٰفِرِينَ إِلَّا فِى ضَلَـٰلٍ٥٠

Qalu əvələm təku tə`tikum rusulukum bilbəyyinat, qalu bəla, qalu fad'uv, və ma du'a`ul kafirinə illa fi zalal

(Gözətçilər) deyərlər: «Məgər peyğəmbərləriniz (dünyada) sizə aydın dəlillər gətirmirdilər?» Onlar deyərlər: «Bəli!» (Gözətçilər) deyərlər: «Belə isə (Allahı özünüz) çağırın və (bilin ki,) kafirlərin çağırışları yalnız azğınlıqda olacaqdır».

51Ayə 51

إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْ فِى ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا وَيَوْمَ يَقُومُ ٱلْأَشْهَـٰدُ٥١

Inna lənənsuru rusuləna valləzinə amənu fil həyatid dunya vəyəvmə yəqumul əşhad

Həqiqətən, Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında (müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə) və (peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl) şahidlərin(in) ayağa qalxdıqları gündə (Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik.

52Ayə 52

يَوْمَ لَا يَنفَعُ ٱلظَّـٰلِمِينَ مَعْذِرَتُهُمْۖ وَلَهُمُ ٱللَّعْنَةُ وَلَهُمْ سُوٓءُ ٱلدَّارِ٥٢

Yəvmə la yənfə'uz zaliminə mə'zirətuhum, vələhumu əllə'nətu vələhum su`ud dar

(Həmin) o gün(də) ki, zalımlara üzrxahlıqları fayda verməyəcəkdir. Onlar üçündür (Allahın) lənət(i) və onlar üçündür xoşagəlməz ev!

53Ayə 53

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْهُدَىٰ وَأَوْرَثْنَا بَنِىٓ إِسْرَٲٓءِيلَ ٱلْكِتَـٰبَ٥٣

Vələqəd atəyna musal huda və`əvrəsna bəni isra`iləl kitab

Həqiqətən, Biz Musaya hidayət (vasitəsi olan Tövrat kitabı, səhifələr, din və möcüzələr) verdik və İsrail övladlarını həmin kitabın varisi etdik.

54Ayə 54

هُدًى وَذِكْرَىٰ لِأُوْلِى ٱلْأَلْبَـٰبِ٥٤

Hudən vəzikra li`ulil əlbab

Əsl ağıl sahibləri üçün (başdan-ayağa) hidayət və öyüd-nəsihət (amili) olan (bir kitab)!

55Ayə 55

فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِٱلْعَشِىِّ وَٱلْإِبْكَـٰرِ٥٥

Fasbir innə və'də əllah həqqun vastəğfir lizəmbikə vəsəbbih bihəmdi rəbbikə bil'əşiyyi vəl ibkar

Buna görə də səbr et ki, Allahın (sənin qalib gələcəyin və dininin yayılacağı barəsindəki) vədi mütləq haqdır. Günahının bağışlanmasını dilə və Rəbbini vəsf etməklə yanaşı Onu səhər-axşam pak sifətlərlə mədh et!

56Ayə 56

إِنَّ ٱلَّذِينَ يُجَـٰدِلُونَ فِىٓ ءَايَـٰتِ ٱللَّهِ بِغَيْرِ سُلْطَـٰنٍ أَتَـٰهُمْۙ إِن فِى صُدُورِهِمْ إِلَّا كِبْرٌ مَّا هُم بِبَـٰلِغِيهِۚ فَٱسْتَعِذْ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ٥٦

Innə əlləzinə yucadilunə fi ayati-llahi biğəyri sultanin ətahum in fi sudurihim illa kibrun mma hum bibaliğih, fastə'iz bi-llahi, innəhu huvəs səmi'ul bəsir

Şübhəsiz, bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edən kəslərin sinələrində (vasitəsi ilə öz məqsədlərinə) çatmayacaqları (haqqı qəbul etmək müqabilində) təkəbbür (göstərmək)dən başqa bir şey yoxdur. Buna görə də Allaha pənah apar. Çünki Odur (hər şeyi) eşidən və bilən!

57Ayə 57

لَخَلْقُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ أَكْبَرُ مِنْ خَلْقِ ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ٥٧

Ləxəlqus səmavati vəl ərzi əkbəru min xəlqin nasi və lakinnə əksərən nasi la yə`ləmun

Göylərin və yerin yaradılışı şübhəsiz ki, insanların yaradılışından (onların ölümdən sonra dirildilmələrindən) daha böyük və mühümdür. (Buna görə də ona gücü çatanın buna da gücü çatar.) Lakin insanların çoxu bilmir.

58Ayə 58

وَمَا يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ وَلَا ٱلْمُسِىٓءُۚ قَلِيلاً مَّا تَتَذَكَّرُونَ٥٨

Və ma yəstəvil ə'ma vəl bəsiru valləzinə amənu və'əmilus salihati və lal musi`, qəlilən mma tətəzəkkərun

Korla görən, həmçinin iman gətirərək yaxşı işlər görən kəslərlə günahkar (insan) əsla bir deyildir. (Lakin) çox az ibrət götürürsünüz.

59Ayə 59

إِنَّ ٱلسَّاعَةَ لَأَتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ٥٩

Innəs sa'ətə ləatiyətun lla rəybə fiha və lakinnə əksərən nasi la yu`minun

Qiyamət günü mütləq gələcəkdir (və əqli və nəqli dəlillər baxımından) onun baərsində bir şübhə yoxdur. Lakin insanların çoxu iman gətirmir.

60Ayə 60

وَقَالَ رَبُّكُمُ ٱدْعُونِىٓ أَسْتَجِبْ لَكُمْۚ إِنَّ ٱلَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِى سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ٦٠

Vəqalə rəbbukumu d'uni əstəcib ləkum, innə əlləzinə yəstəkbirunə ən ibadəti səyədxulunə cəhənnəmə daxirin

Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar».

61Ayə 61

ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِتَسْكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًاۚ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ٦١

Əllahu əlləzi cə'ələ ləkumu əlləylə litəskunu fihi vən nəharə mubsirə, innə əllah ləzu fəzlin əlan nasi və lakinnə əksərən nasi la yəşkurun

Allah gecəni onda asayiş və rahatlıq tapmağınız üçün yaradan, gündüzü isə (işlə məşğul olmağınız üçün) işıqlı edəndir. Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir, lakin insanların çoxu şükr etmirlər.

62Ayə 62

ذَٲلِكُمُ ٱللَّهُ رَبُّكُمْ خَـٰلِقُ كُلِّ شَىْءٍ لَّآ إِلَـٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤْفَكُونَ٦٢

Zalikumu əllahu rəbbukum xaliqu kulli şəy`in lla ilahə illa huv, fə`ənna tu`fəkun

Sizin Rəbbiniz hər şeyin yaradanı olan, Ondan başqa bir məbud olmayan bu Allahdır. Belə isə (Ondan) hara və necə döndərilirsiniz?!

63Ayə 63

كَذَٲلِكَ يُؤْفَكُ ٱلَّذِينَ كَانُواْ بِـَٔـايَـٰتِ ٱللَّهِ يَجْحَدُونَ٦٣

Kəzalikə yu`fəku əlləzinə kanu biayati-llahi yəchədun

Daim Allahın (tovhid) ayələrini inkar edənlər (haqdan) beləcə (sənin qövmün kimi) döndərilirlər.

64Ayə 64

ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ قَرَارًا وَٱلسَّمَآءَ بِنَآءً وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَـٰتِۚ ذَٲلِكُمُ ٱللَّهُ رَبُّكُمْۖ فَتَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلْعَـٰلَمِينَ٦٤

Əllahu əlləzi cə'ələ ləkumul ərza qərarən vəs səma`ə bina`ən vəsavvərəkum fə`əhsənə suvərəkum vərəzəqəkum-minət tayyibat, zalikumu əllahu rəbbukum, fətəbarəkə əllahu rəbbul aləmin

Allah yeri sizin üçün yaşayış yeri və göyü (müxtəlif bərəkətləri sizə nazil olsun deyə başınızın üzərində) bina edən, sizi şəkillərə salan və surətlərinizi gözəl edən və sizə (var-dövlət, övlad və həyat yoldaşı kimi maddi və ağıl, elm və din kimi mənəvi) paklardan ruzi verəndir. Sizin Rəbbiniz bu Allahdır. Buna görə də aləmlərin Rəbbi olan Allah müqəddəs və bol xeyir-bərəkətlidir.

65Ayə 65

هُوَ ٱلْحَىُّ لَآ إِلَـٰهَ إِلَّا هُوَ فَٱدْعُوهُ مُخْلِصِينَ لَهُ ٱلدِّينَۗ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ٦٥

Huvəl həyyu la ilahə illa huvə fad'uhu muxlisinə ləhud din, Əl həmdu lilləhi rəbbil aləmin

(Zatən) diri (və əzəli və əbədi olan) Odur. Ondan başqa bir məbud yoxdur. Buna görə də etiqadı (şirkdən), itaəti (riyadan) və dini (bidətdən) saflaşdırıb Onu çağırın. Bütün həmd-sənalar(ın əsası və zatı) aləmlərin Rəbbinə məxsusdur.

66Ayə 66

قُلْ إِنِّى نُهِيتُ أَنْ أَعْبُدَ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَمَّا جَآءَنِىَ ٱلْبَيِّنَـٰتُ مِن رَّبِّى وَأُمِرْتُ أَنْ أُسْلِمَ لِرَبِّ ٱلْعَـٰلَمِينَ٦٦

Qul inni nuhitu ən ə'budə əlləzinə təd'unə min duni-llahi ləmma ca`əniyəl bəyyinatu min rrəbbi və`umirtu ən uslimə lirəbbil aləmin

De: «Rəbbim tərəfindən mənə aydın dəlillər gələn vaxtdan sizin, Allahın yerinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan edilib və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur».

67Ayə 67

هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ يُخْرِجُكُمْ طِفْلاً ثُمَّ لِتَبْلُغُوٓاْ أَشُدَّكُمْ ثُمَّ لِتَكُونُواْ شُيُوخًاۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبْلُۖ وَلِتَبْلُغُوٓاْ أَجَلاً مُّسَمًّى وَلَعَلَّكُمْ تَعْقِلُونَ٦٧

Huvə əlləzi xələqəkum-min turabin summə min-nutfətin summə min ələqətin summə yuxricukum tiflən summə litəbluğu əşuddəkum summə litəkunu şuyuxə, vəminkum-mən yutəvəffa min qəbl, vəlitəbluğu əcələn mmusəmmən vələ'əlləkum tə'qilun

Sizi (baba və nənənizi ilk olaraq möcüzəvi şəkildə, onların nəsli olan sizləri isə ana bətninə daxil olmamışdan bir sıra mərhələləri keçərək) torpaqdan, sonra nütfədən, daha sonra laxtalanmış qan parçasından yaradan Odur. Sonra sizi (ana bətnindən) uşaq ikən çıxardır. Sonra öz (cismi və ruhi) kamal həddinizə çatasınız deyə (sizi diri saxlayır). Sonra qocalasınız deyə (sizi yaşadır). Sizdən bəzisi ondan (uşaqlıq, həddi-büluğ və qocalıq mərhələlərindən) qabaq vəfat edir. Və (bu möhlət) müəyyən müddətə (ilahi elmdən keçmiş və Lövhi-Məhfuzda qeyd edilmiş müddətə) çatmağınız üçündür və onun üçündür ki, (yaradılışın başlanğıcı və təkmül hərəkətinizin gedişi barəsində) düşünəsiniz.

68Ayə 68

هُوَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُۖ فَإِذَا قَضَىٰٓ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ٦٨

Huvə əlləzi yuhyi vəyumit, fə`iza qəza əmrən fə`innəma yəqulu ləhu kun fəyəkun

(Həyat sürmək qabiliyyəti olan hər şeyə) həyat verən və (vaxtında) öldürən Odur. Bir şeyi qəti şəkildə (yaratmaq) istəyəndə (həmin şey dərhal mövcud olur, sanki) ona yalnız «ol!» deyir, beləliklə o da olur.

69Ayə 69

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يُجَـٰدِلُونَ فِىٓ ءَايَـٰتِ ٱللَّهِ أَنَّىٰ يُصْرَفُونَ٦٩

Ələm tərə ila əlləzinə yucadilunə fi ayati-llahi ənna yusrəfun

Məgər Allahın (tovhidlə bağlı) ayə və nişanələri barəsində mübahisə və qalmaqal edənlərə baxmadınmı ki, onlar (aydın dəlillərdən) necə və hara döndərilirlər?

70Ayə 70

ٱلَّذِينَ كَذَّبُواْ بِٱلْكِتَـٰبِ وَبِمَآ أَرْسَلْنَا بِهِۦ رُسُلَنَاۖ فَسَوْفَ يَعْلَمُونَ٧٠

Əlləzinə kəzzəbu bilkitabi vəbima ərsəlna bihi rusuləna, fəsəvfə yə`ləmun

Bu kitabı və Bizim Öz peyğəmbərlərimizi ona görə (çatdırılmasına xatir) göndərdiyimiz şeyi (dini, hökmləri) təkzib və inkar edən həmin kəslər! Buna görə də tezliklə biləcəklər.

71Ayə 71

إِذِ ٱلْأَغْلَـٰلُ فِىٓ أَعْنَـٰقِهِمْ وَٱلسَّلَـٰسِلُ يُسْحَبُونَ٧١

Izil əğlalu fi ə'naqihim vəs səlasilu yushəbun

Zəncirlər və halqalar boyunlarına bərk bağlanaraq yerdə (Cəhənnəmə) sürükləndikləri zaman!

72Ayə 72

فِى ٱلْحَمِيمِ ثُمَّ فِى ٱلنَّارِ يُسْجَرُونَ٧٢

Fil həmimi summə fin nari yuscərun

Vücudları qaynar suyun, sonra odun içində odla dolacaq.

73Ayə 73

ثُمَّ قِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تُشْرِكُونَ٧٣

Summə qilə ləhum əynə ma kuntum tuşrikun

Sonra onlara deyiləcək: «Haradadır Allaha qoşduğunuz şəriklər

74Ayə 74

مِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا بَل لَّمْ نَكُن نَّدْعُواْ مِن قَبْلُ شَيْــًٔاۚ كَذَٲلِكَ يُضِلُّ ٱللَّهُ ٱلْكَـٰفِرِينَ٧٤

Min duni-llahi, qalu zallu ənna bəl-ləm nəkun-nəd'u min qəblu şəy`ə, kəzalikə yuzillu əllahul kafirin

və Onun yerinə ibadət etdikləriniz?» Onlar deyəcəklər: «Onlar bizdən qeyb oldular. Ümumiyyətlə biz heç bundan əvvəl (də Allahdan başqa) əsla bir şeyi çağırmırdıq». Allah kafirləri bu cür öz azğınlıqlarında boşlayır (ki, onlar Qiyamətdə də yalandan əl çəkmirlər).

75Ayə 75

ذَٲلِكُم بِمَا كُنتُمْ تَفْرَحُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَبِمَا كُنتُمْ تَمْرَحُونَ٧٥

Zalikum bima kuntum təfrəhunə fil ərzi biğəyril həqqi vəbima kuntum təmrəhun

Bu (əzab) yer üzündə nahaq yerə şənləndiyinizə görədir və həmçinin ona görədir ki, (günahla) lovğalanırdınız.

76Ayə 76

ٱدْخُلُوٓاْ أَبْوَٲبَ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَاۖ فَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ٧٦

Udxulu əbvabə cəhənnəmə xalidinə fiha, fəbi`sə məsval mutəkəbbirin

Cəhənnəmin (günahlarınıza əsasən təyin edilmiş) qapılarından daxil olun ki, orada əbədi qalacaqsınız. Təkəbbürlülərin yeri pis yerdir.

77Ayə 77

فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَۚقٌّ فَإِمَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا يُرْجَعُونَ٧٧

Fasbir innə və'də əllah həqq, fə`imma nuriyənnəkə bə'za əlləzi nə'iduhum əv nətəvəffəyənnəkə fə`iləyna yurcə'un

Buna görə də səbr et. Əlbəttə Allahın (onların məğlub və əzaba düçar olmaları barəsindəki) vədi haqdır. Əgər onlara vəd etdiyimizin bəzisini sənə göstərsək və yaxud (onlardan qabaq) sənin canını alsaq, onların hamısı Bizə tərəf qaytarılacaqlar (və sən axirətdə onların cəzasını görəcəksən).

78Ayə 78

وَلَقَدْ أَرْسَلْنَا رُسُلاً مِّن قَبْلِكَ مِنْهُم مَّن قَصَصْنَا عَلَيْكَ وَمِنْهُم مَّن لَّمْ نَقْصُصْ عَلَيْكَۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِىَ بِـَٔـايَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِۚ فَإِذَا جَآءَ أَمْرُ ٱللَّهِ قُضِىَ بِٱلْحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلْمُبْطِلُونَ٧٨

Vələqəd ərsəlna rusulən min qəblikə minhum-mən qəsasna ələykə vəminhum-mən lləm nəqsus ələyk, və ma kanə lirəsulin ən yə`tiyə biayətin illa bi`izni-llahi, fə`iza ca`ə əmru əllah quziyə bilhəqqi vəxəsirə hunalikəl mubtilun

Şübhəsiz, səndən əvvəl (də bəşər cəmiyyətinə) peyğəmbərlər göndərdik. Onların bəzisinin hekayətini sənə danışdıq və bəzisini danışmadıq. Heç bir peyğəmbər heç vaxt Allahın izni olmadan bir ayə və möcüzə (yaxud bir əzab) gətirə bilməz (və bu ağıl baxımından da mümkün deyildir). Beləliklə (mələklərə hansısa bir millətin məhvi barəsində) Allahın əmri gələn zaman (onların arasında əməli şəkildə) haqq əsasında hökm olunar və orada batil düşünənlər, batil deyənlər və batilə meyl göstərənlər ziyana uğrayarlar.

79Ayə 79

ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَنْعَـٰمَ لِتَرْكَبُواْ مِنْهَا وَمِنْهَا تَأْكُلُونَ٧٩

Əllahu əlləzi cə'ələ ləkumul ən'amə litərkəbu minha vəminha tə`kulun

Allah bəzisinə minəsiniz deyə heyvanları sizin üçün yaradandır (və onları sizə ram edəndir). Siz onlardan (onların ətindən) yeyirsiniz (də)!

80Ayə 80

وَلَكُمْ فِيهَا مَنَـٰفِعُ وَلِتَبْلُغُواْ عَلَيْهَا حَاجَةً فِى صُدُورِكُمْ وَعَلَيْهَا وَعَلَى ٱلْفُلْكِ تُحْمَلُونَ٨٠

Vələkum fiha mənafi'u vəlitəbluğu ələyha hacətən fi sudurikum və'ələyha və'əlal fulki tuhməlun

Və onlarda sizin üçün (süd, yun, dəri, bala, peyin və onların alveri kimi) mənfəətlər vardır. (Həmçinin) onlarla (mallarınızı onların üzərinə yükləyib istədiyiniz yerə getməklə) ürəyinizdə olan ehtiyaclara çatmağınız üçün (yaratdı onları). Onların üstündə və gəmilərdə daşınırsınız.

81Ayə 81

وَيُرِيكُمْ ءَايَـٰتِهِۦ فَأَىَّ ءَايَـٰتِ ٱللَّهِ تُنكِرُونَ٨١

Vəyurikum ayatihi fə`əyyə ayati-llahi tunkirun

(Allah) həmişə (dünyanın müxtəlif yerlərində və sizin özünüzdə) Öz (tovhid və əzəmət) nişanələrini sizə göstərir. Belə isə Allahın ayələrinin hansı birini inkar edirsiniz?!

82Ayə 82

أَفَلَمْ يَسِيرُواْ فِى ٱلْأَرْضِ فَيَنظُرُواْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْۚ كَانُوٓاْ أَكْثَرَ مِنْهُمْ وَأَشَدَّ قُوَّةً وَءَاثَارًا فِى ٱلْأَرْضِ فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُواْ يَكْسِبُونَ٨٢

Əfələm yəsiru fil ərzi fəyənzuru kəyfə kanə aqibətu əlləzinə min qəblihim, kanu əksərə minhum və`əşəddə quvvətən vəasarən fil ərzi fəma əğna ənhum-ma kanu yəksibun

Məgər onlar yer üzündə gəzmədilərmi, özlərindən qabaqkıların aqibətinin necə olmasını görsünlər? Onlar bunlardan daha çox, daha güclü və yer üzündə (saray, bina, çay, səd və bağlar kimi) daha çox mövcudluq nişanələrinə malik idilər. Lakin əldə etdikləri (Allahın əzabını) onlardan dəf etmədi.

83Ayə 83

فَلَمَّا جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ فَرِحُواْ بِمَا عِندَهُم مِّنَ ٱلْعِلْمِ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسْتَهْزِءُونَ٨٣

Fələmma ca`əthum rusuluhum bilbəyyinati fərihu bima indəhum-minəl ilmi vəhaqə bihim-ma kanu bihi yəstəhzi`un

Beləliklə, peyğəmbərləri onlara aydın dəlillər gətirən zaman onlar özlərində olan (xarab əqidəyə və dünya işləri barəsindəki) elmə ürək qızdırdılar (və peyğəmbərlərin təlimlərini tərk etdilər). (Nəhayət) istehza etdikləri şey onlara yetişdi və onları bürüdü.

84Ayə 84

فَلَمَّا رَأَوْاْ بَأْسَنَا قَالُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَحْدَهُۥ وَكَفَرْنَا بِمَا كُنَّا بِهِۦ مُشْرِكِينَ٨٤

Fələmma rə`əv bə`səna qalu amənna bi-llahi vəhdəhu vəkəfərna bima kunna bihi muşrikin

Bizim əzabımızı görəndə dedilər: «Tək olan Allaha iman gətirdik və (Allaha) qoşduğumuz şəriklərə kafir olduq».

85Ayə 85

فَلَمْ يَكُ يَنفَعُهُمْ إِيمَـٰنُهُمْ لَمَّا رَأَوْاْ بَأْسَنَاۖ سُنَّتَ ٱللَّهِ ٱلَّتِى قَدْ خَلَتْ فِى عِبَادِهِۖۦ وَخَسِرَ هُنَالِكَ ٱلْكَـٰفِرُونَ٨٥

Fələm yəku yənfə'uhum imanuhum ləmma rə`əv bə`səna, sunnətə əllah əlləti qəd xələt fi ibadih, vəxəsirə hunalikəl kafirun

Lakin əzabımızı gördükləri zaman imanlarının onlara xeyir verməsi mümkün deyildi. (Bu,) Allahın (qədim zamanlardan) bəndələri barəsində (həyata) keçmiş qanunudur. Kafirlər orada ziyana uğradılar.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)