бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
حمٓ١
Ha, mim.
Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
تَنزِيلٌ مِّنَ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ٢
Tənzilun mminə rrəhmani rrəhim
(Bu surə və bu kitab boynunda şər’i vəzifə olan bütün bəndələrə) ümumi rəhmət və (bütün iman gətirənlərə) xüsusi mərhəmət sahibi olan Allah tərəfindən nazil edilmişdir.
كِتَـٰبٌ فُصِّلَتْ ءَايَـٰتُهُۥ قُرْءَانًا عَرَبِيًّا لِّقَوْمٍ يَعْلَمُونَ٣
Kitabun fussilət ayatuhu qur`-anən ərəbiyyən lliqəvmin yə`ləmun
(Bu,) elm əhli olan bir dəstə üçün ərəbcə bir Quran halında ayələri ayrılaraq müfəssəl açıqlanmış (kəlmələri surə və ayələrə bölünmüş və məzmunu dinin hökmləri, axirət təlimləri və dünyəvi elmləri əhatə edən) bir kitabdır.
بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ٤
Bəşirən vənəzirən fə`ə'rəza əksəruhum fəhum la yəsmə'un
(İman gətirmiş hər bir şəxsə) müjdə verən və (hər bir itaətsizi) qorxudan (bir Qurandır). Lakin onların çoxu üz döndərdilər. Bu səbəbdən (qəlb qulağı ilə) eşitmirlər.
وَقَالُواْ قُلُوبُنَا فِىٓ أَكِنَّةٍ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ وَفِىٓ ءَاذَانِنَا وَقْرٌ وَمِنۢ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَٱعْمَلْ إِنَّنَا عَـٰمِلُونَ٥
Vəqalu qulubuna fi əkinnətin mmimma təd'una iləyhi vəfi azanina vəqrun vəmin bəynina vəbəynikə hicabun fa'məl innəna amilun
Və dedilər: «Qəlblərimiz sənin bizi çağırdığın şey üçün örtülüdür, qulaqlarımızda ağırlıq var və bizimlə sizin aranızda (ədavət, inad, həmçinin əqidə və üslüb fərqi) pərdə(si) mövcuddur. Buna görə də sən öz işini gör, biz də mütləq (sənə qarşı) fəaliyyətdəyik».
قُلْ إِنَّمَآ أَنَا۟ بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَـٰهُكُمْ إِلَـٰهٌ وَٲحِدٌ فَٱسْتَقِيمُوٓاْ إِلَيْهِ وَٱسْتَغْفِرُوهُۗ وَوَيْلٌ لِّلْمُشْرِكِينَ٦
Qul innəma əna bəşərun mmislukum yuha iləyyə ənnəma ilahukum ilahun vahidun fastəqimu iləyhi vastəğfiruh, vəvəylun llilmuşrikin
De: «Mən (də) sizin kimi yalnız bir bəşərəm (nə mələyəm, nə cin, lakin) mənə vəhy olunur ki, sizin yeganə məbudunuz bir olan məbuddur. Buna görə də (əqidə və əməllərinizdə) Ona tərəf üz tutun və Ondan bağışlanma diləyin. Vay olsun müşriklərə!»
ٱلَّذِينَ لَا يُؤْتُونَ ٱلزَّكَوٲةَ وَهُم بِٱلْأَخِرَةِ هُمْ كَـٰفِرُونَ٧
Əlləzinə la yu`tunəz zəkatə vəhum bilaxirəti hum kafirun
O kəslərə ki, zəkat vermirlər (yoxsullara maddi yardım etmirlər) və axirət gününə inanmırlar.
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ٨
Innə əlləzinə amənu və'əmilus salihati ləhum əcrun ğəyru məmnun
Əlbəttə, iman gətirib yaxşı işlər görmüş kəslər üçün minnətsiz və tükənməz bir mükfat vardır.
قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِٱلَّذِى خَلَقَ ٱلْأَرْضَ فِى يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُۥٓ أَندَادًاۚ ذَٲلِكَ رَبُّ ٱلْعَـٰلَمِينَ٩
Qul ə`innəkum lətəkfurunə billəzi xələqəl ərza fi yəvməyni vətəc'əlunə ləhu əndadə, zalikə rəbbul aləmin
De: «Siz doğrudan yer (kürəsin)i iki gündə (iki gündüzə və ya iki gecə-gündüzə bərabər zamanda, yaxud iki mərhələdə, məsələn maye və donmuş mərhələlərində) yaradana kafir olur və Ona şərik qoşursunuz? (Halbuki) aləmdəkilərin Rəbbi Odur!»
وَجَعَلَ فِيهَا رَوَٲسِىَ مِن فَوْقِهَا وَبَـٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقْوَٲتَهَا فِىٓ أَرْبَعَةِ أَيَّامٍ سَوَآءً لِّلسَّآئِلِينَ١٠
Vəcə'ələ fiha rəvasiyə min fəvqiha vəbarəkə fiha vəqəddərə fiha əqvatəha fi ərbə'əti əyyamin səva`ən llilssa`ilin
O, yer üzərində sabit və möhkəm dağlar qoydu və ona xeyir-bərəkət verdi və onun (insan, heyvan, bitki və sairədən ibaərt varlıqlarının) azuqələrini (yaradılış təbiətləri ilə) istəyənlər üçün (azuqənin verilməsi baxımından) bərabər olan dörd gündə (dörd fəsildə) təyin etdi.
ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ١١
Summə stəva ilas səma`i vəhiyə duxanun fəqalə ləha vəlil`ərzi tiya tav'ən əv kərhən qaləta ətəyna ta`i'in
(Yerin yaradılışından) sonra (Allahın qəti iradəsi, əsas maddəsi) tüstü olan göyə yönəldi. Beləliklə ona və yerə buyurdu: «İstər-istəməz (vücuda) gəlin!» (Allah qəti iradə ilə həmin tüstünün göylər olmasını, yerin isə bərəkətli olmasını və həmin qidaları hazırlamasını istədi.) O ikisi (özlərinin halları və zatı məğlubiyyətlə) dedilər: «İstəyərək gəldik».
فَقَضَـٰهُنَّ سَبْعَ سَمَـٰوَاتٍ فِى يَوْمَيْنِ وَأَوْحَىٰ فِى كُلِّ سَمَآءٍ أَمْرَهَاۚ وَزَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَـٰبِيحَ وَحِفْظًاۚ ذَٲلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ١٢
Fəqəzahunnə səb'ə səmavatin fi yəvməyni və`əvha fi kulli səma`in əmrəha, vəzəyyənnas səma`əd dunya biməsabihə vəhifza, zalikə təqdirul əzizil əlim
Beləliklə, onları iki gündə ( yaxud iki mərhələdə) yeddi göy etdi və hər bir göydə onun işlərini (oranın mələklərinə) vəhy etdi. Və sizə yaxın olan (birinci) göyü (ulduzlardan ibarət) çıraqlarla bəzədik və onu (cin və şeytanlardan) qoruduq. Bunlar qüdrətli (və hər şeyi) bilən Allahın müəyyənləşdirdikləri və təyin etdikləridir.
فَإِنْ أَعْرَضُواْ فَقُلْ أَنذَرْتُكُمْ صَـٰعِقَةً مِّثْلَ صَـٰعِقَةِ عَادٍ وَثَمُودَ١٣
Fə`in ə'rəzu fəqul ənzərtukum sa'iqətən mmislə sa'iqəti adin vəsəmud
Beləliklə, əgər üz döndərsələr, de: «Sizi Ad və Səmudun (bu qövmlərin) ildırımı kimi bir ildırımla (göydən gələn qorxunc nə’rə, od və külək kimi ölümə səbəb olan bəla ilə) qorxutdum».
إِذْ جَآءَتْهُمُ ٱلرُّسُلُ مِنۢ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوٓاْ إِلَّا ٱللَّهَۖ قَالُواْ لَوْ شَآءَ رَبُّنَا لَأَنزَلَ مَلَـٰٓئِكَةً فَإِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَـٰفِرُونَ١٤
Iz ca`əthumu rrusulu min bəyni əydihim vəmin xəlfihim əlla tə'budu illa əllah, qalu ləv şa rəbbuna lə`ənzələ məla`ikətən fə`inna bima ursiltum bihi kafirun
Özlərindən qabaqkı və sonrakı peyğəmbərlər onların yanına gələndə «Allahdan başqasına ibadət etməyin!» (dedilər). (Ayədən belə məlum olur ki, bütün peyğəmbərlər hamının peyğəmbərləridir və sanki onlara bu sözü peyğəmbərlərin hamısı deyiblər.) Onlar dedilər: «Əgər bizim Rəbbimiz (bizim iman gətirməyimizi) istəsəydi, mütləq, mələklər göndərərdi. Buna görə də biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik».
فَأَمَّا عَادٌ فَٱسْتَكْبَرُواْ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَقَالُواْ مَنْ أَشَدُّ مِنَّا قُوَّةًۖ أَوَلَمْ يَرَوْاْ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةًۖ وَكَانُواْ بِـَٔـايَـٰتِنَا يَجْحَدُونَ١٥
Fə`əmma adun fastəkbəru fil ərzi biğəyril həqqi vəqalu mən əşəddu minna quvvəh, Əvələm yərəv ənnə əllah əlləzi xələqəhum huvə əşəddu minhum quvvəh, vəkanu biayatina yəchədun
(Hud peyğəmbərin qövmü) Ada gəldikdə isə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərdilər və dedilər: «Kim bizdən daha güclüdür?» Məgər onlar (qəlb gözü ilə) özlərini yaradan Allahın onlardan güclü olmasını görmədilər? (Əslində) onlar (batini yəqinlikləri ola-ola) Bizim nişanələrimizi inkar edirdilər.
فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِىٓ أَيَّامٍ نَّحِسَاتٍ لِّنُذِيقَهُمْ عَذَابَ ٱلْخِزْىِ فِى ٱلْحَيَوٲةِ ٱلدُّنْيَاۖ وَلَعَذَابُ ٱلْأَخِرَةِ أَخْزَىٰۖ وَهُمْ لَا يُنصَرُونَ١٦
Fə`ərsəlna ələyhim rihən sarsarən fi əyyamin nnəhisatin llinuziqəhum əzabəl xizyi fil həyatid dunya, vələ'əzabul axirəti əxza, vəhum la yunsarun
Beləliklə, onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün nəhs günlərdə çox soyuq və uğultulu bir külək göndərdik. Əlbəttə, axirət əzabı daha alçaldıcıdır və (həmin gün) onlara əsla kömək edilməyəcəkdir.
وَأَمَّا ثَمُودُ فَهَدَيْنَـٰهُمْ فَٱسْتَحَبُّواْ ٱلْعَمَىٰ عَلَى ٱلْهُدَىٰ فَأَخَذَتْهُمْ صَـٰعِقَةُ ٱلْعَذَابِ ٱلْهُونِ بِمَا كَانُواْ يَكْسِبُونَ١٧
Və`əmma səmudu fəhədəynahum fastəhəbbul əma əlal huda fə`əxəzəthum sa'iqətul əzabil huni bima kanu yəksibun
(Saleh peyğəmbərin qövmü) Səmuda yolu göstərdik. Lakin onlar qəlbikorluğu doğru yoldan üstün tutdular. Beləliklə qazandıqları günahların cəzası olaraq onları alçaldıcı əzab ildırımı vurdu.
وَنَجَّيْنَا ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ١٨
Vənəccəyna əlləzinə amənu vəkanu yəttəqun
İman gətirib həmişə pərhizkarlıqla məşğul olanlara nicat verdik.
وَيَوْمَ يُحْشَرُ أَعْدَآءُ ٱللَّهِ إِلَى ٱلنَّارِ فَهُمْ يُوزَعُونَ١٩
Vəyəvmə yuhşəru ə'da`u əllah ilan nari fəhum yuzə'un
Və (yada sal) o gün(ü) ki, Allahın düşmənlərini (qəbirlərdən və müxtəlif yerlərdən) oda tərəf toplayacaqlar. Beləliklə, onların birincisindən sonuncusunadək (hamısı bir yerə) toplanılacaqlar.
حَتَّىٰٓ إِذَا مَا جَآءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَـٰرُهُمْ وَجُلُودُهُم بِمَا كَانُواْ يَعْمَلُونَ٢٠
Hətta iza ma ca`uha şəhidə ələyhim səm'uhum və`əbsaruhum vəculuduhum bima kanu yə'məlun
Nəhayət onların hamısı oda çatanda ətləri, gözləri və bədənlərinin dəriləri onlara qarşı, (dünyada) etdiklərinə (dünyada görüb şahid olduqlarına) şəhadət verərlər.
وَقَالُواْ لِجُلُودِهِمْ لِمَ شَهِدتُّمْ عَلَيْنَاۖ قَالُوٓاْ أَنطَقَنَا ٱللَّهُ ٱلَّذِىٓ أَنطَقَ كُلَّ شَىْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ٢١
Vəqalu liculudihim limə şəhittum ələyna, qalu əntaqəna əllahu əlləzi əntaqə kullə şəy`in və huvə xələqəkum əvvələ mərrətin və`iləyhi turcə'un
Onlar öz (bədənlərinin günahda birbaşa iştirak etmiş) dərilərinə deyərlər: «Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?» (Dəriləri) deyərlər: «Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı. Sizin hamınızı ilk dəfə O yaradıb və indi (də) Ona tərəf qaytarılırınız».
وَمَا كُنتُمْ تَسْتَتِرُونَ أَن يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَآ أَبْصَـٰرُكُمْ وَلَا جُلُودُكُمْ وَلَـٰكِن ظَنَنتُمْ أَنَّ ٱللَّهَ لَا يَعْلَمُ كَثِيرًا مِّمَّا تَعْمَلُونَ٢٢
Və ma kuntum təstətirunə ən yəşhədə ələykum səm'ukum və la əbsarukum və la culudukum və lakin zanəntum ənnə əllah la yə`ləmu kəsirən mmimma tə'məlun
Siz (dünyada günah edən zaman) qulaq, göz və dərilərinizin sizə qarşı şəhadət vermələrindən (qorxub) gizlənmir, (yalnız insanlardan gizlənirdiniz və) Allahın sizin (camaatdan gizlin) etdiklərinizin çoxunu bilməməsini güman edirdiniz.
وَذَٲلِكُمْ ظَنُّكُمُ ٱلَّذِى ظَنَنتُم بِرَبِّكُمْ أَرْدَٮٰكُمْ فَأَصْبَحْتُم مِّنَ ٱلْخَـٰسِرِينَ٢٣
Vəzalikum zannukumu əlləzi zanəntum birəbbikum ərdakum fə`əsbəhtum-minəl xasirin
Rəbbiniz barəsində olan bu gümanınız (küfr və itaətsizliyin davam etdirilməsi ilə) sizi həlak etdi və beləliklə, ziyana uğrayanlardan oldunuz.
فَإِن يَصْبِرُواْ فَٱلنَّارُ مَثْوًى لَّهُمْۖ وَإِن يَسْتَعْتِبُواْ فَمَا هُم مِّنَ ٱلْمُعْتَبِينَ٢٤
Fə`in yəsbiru fən naru məsvən lləhum, və`in yəstə'tibu fəma hum-minəl mu'təbin
Əgər səbr etsələr, onların yeri oddur və əgər (Bizim) razılıq(ımızı) istəsələr, onlar (zatları küfr və itaətsizlik çirkinliyinə qarışdığı üçün) əsla razılığa layiq deyildirlər (Allahın o dünyada onlardan razı qalması mümkün deyil).
وَقَيَّضْنَا لَهُمْ قُرَنَآءَ فَزَيَّنُواْ لَهُم مَّا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ فِىٓ أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِۖ إِنَّهُمْ كَانُواْ خَـٰسِرِينَ٢٥
Vəqəyyəzna ləhum qurəna`ə fəzəyyənu ləhum-ma bəynə əydihim və ma xəlfəhum vəhəqqə ələyhimul qəvlu fi uməmin qəd xələt min qəblihim-minəl cinni vəl ins, innəhum kanu xasirin
Biz (küfr və inadkarlıqlarına görə dünyada) onlar üçün (şeytan və cinlərdən) dost və yoldaşlar təyin etdik. Onlar (həmin şeytan və cinlər) bunlara indiki və gələcək nəfsi istəklərini və keflərini gözəl göstərdilər və onlardan qabaq keçmiş cin və insan tayfalarının zümrəsində (Allahın əzəli) söz(ü və kafirlərə verdiyi Cəhənnəm vədi) onlar barəsində gerçəkləşdi. Onlar doğrudan da ziyana uğradılar.
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَا تَسْمَعُواْ لِهَـٰذَا ٱلْقُرْءَانِ وَٱلْغَوْاْ فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ٢٦
Vəqalə əlləzinə kəfəru la təsmə'u lihazal qur`-ani vəl ğəv fihi lə'əlləkum təğlibun
Küfr edənlər dedilər: «Bu Qurana qulaq asmayın və (oxunan zaman) ona bihudə və puç sözlər atın ki, bəlkə qalib gəldiniz».
فَلَنُذِيقَنَّ ٱلَّذِينَ كَفَرُواْ عَذَابًا شَدِيدًا وَلَنَجْزِيَنَّهُمْ أَسْوَأَ ٱلَّذِى كَانُواْ يَعْمَلُونَ٢٧
Fələnuziqənnə əlləzinə kəfəru əzabən şədidən vələnəcziyənnəhum əsvə`ə əlləzi kanu yə'məlun
Buna görə Biz də küfr etmiş kəslərə şiddətli əzab daddıracaq və mütləq onları etdikləri çox pis işlərə görə cəzalandıracağıq (və ya onların pis işlərinin həqiqi təzahürünü onların axirət cəzaları edəcəyik).
ذَٲلِكَ جَزَآءُ أَعْدَآءِ ٱللَّهِ ٱلنَّارُۖ لَهُمْ فِيهَا دَارُ ٱلْخُلْدِۖ جَزَآءَۢ بِمَا كَانُواْ بِـَٔـايَـٰتِنَا يَجْحَدُونَ٢٨
Zalikə cəza`u ə'da`i-llahin nar, ləhum fiha darul xuld, cəza`ən bima kanu biayatina yəchədun
Allahın düşmənlərinin cəzası həmin o oddur. Onda (onun içində) onlar üçün Bizim nişanələrimizi inkar etmələrinin cəzası olaraq əbədi ev vardır.
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ رَبَّنَآ أَرِنَا ٱلَّذَيْنِ أَضَلَّانَا مِنَ ٱلْجِنِّ وَٱلْإِنسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ ٱلْأَسْفَلِينَ٢٩
Vəqalə əlləzinə kəfəru rəbbəna ərina əlləzəyni əzallana minəl cinni vəl insi nəc'əlhuma təhtə əqdamina liyəkuna minəl əsfəlin
Kafirlər (həmin gün) deyərlər: «Ey Rəbbimiz! Cin və insanlardan bizi azdırmış o iki dəstəni bizə göstər, xar olub alçalmaları üçün onları ayaqlarımızın altına sal(ıb tapday)aq».
إِنَّ ٱلَّذِينَ قَالُواْ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسْتَقَـٰمُواْ تَتَنَزَّلُ عَلَيْهِمُ ٱلْمَلَـٰٓئِكَةُ أَلَّا تَخَافُواْ وَلَا تَحْزَنُواْ وَأَبْشِرُواْ بِٱلْجَنَّةِ ٱلَّتِى كُنتُمْ تُوعَدُونَ٣٠
Innə əlləzinə qalu rəbbuna əllahu summə stəqamu tətənəzzəlu ələyhimul məla`ikətu əlla təxafu və la təhzənu və`əbşiru bilcənnəti əlləti kuntum tu'ədun
Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!»
نَحْنُ أَوْلِيَآؤُكُمْ فِى ٱلْحَيَوٲةِ ٱلدُّنْيَا وَفِى ٱلْأَخِرَةِۖ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِىٓ أَنفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ٣١
Nəhnu əvliya`ukum fil həyatid dunya vəfil axirəh, vələkum fiha ma təştəhi ənfusukum vələkum fiha ma təddə'un
Biz dünya və axirətdə sizin başçı, dost və yoldaşlarınızıq. Orada nəfsiniz (maddi nemətlərdən) nə çəksə və (mənəvi ləzzətlərdən qəlb və dil ilə) hər nə istəsəniz hazırdır.
نُزُلاً مِّنْ غَفُورٍ رَّحِيمٍ٣٢
Nuzulən min ğəfurin rrəhim
Bağışlayan və mehriban (Allah) tərəfindən ilk ruzi (ziyafət)dir.
وَمَنْ أَحْسَنُ قَوْلاً مِّمَّن دَعَآ إِلَى ٱللَّهِ وَعَمِلَ صَـٰلِحًا وَقَالَ إِنَّنِى مِنَ ٱلْمُسْلِمِينَ٣٣
Və mən əhsənu qəvlən mmimmən də'a ila əllah və'əmilə salihən vəqalə innəni minəl muslimin
Kim Allaha tərəf dəvət edən, yaxşı işlər görən və (səmimi qəlbdən) «mən təslim olanlardanam» deyən kəsdən gözəl danışandır?!
وَلَا تَسْتَوِى ٱلْحَسَنَةُ وَلَا ٱلسَّيِّئَةُۚ ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ فَإِذَا ٱلَّذِى بَيْنَكَ وَبَيْنَهُۥ عَدَٲوَةٌ كَأَنَّهُۥ وَلِىٌّ حَمِيمٌ٣٤
Və la təstəvil həsənətu və las səyyi`əh, idfə' billəti hiyə əhsənu fə`iza əlləzi bəynəkə vəbəynəhu ədavətun kə`ənnəhu vəliyyun həmim
Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur.
وَمَا يُلَقَّـٰهَآ إِلَّا ٱلَّذِينَ صَبَرُواْ وَمَا يُلَقَّـٰهَآ إِلَّا ذُو حَظٍّ عَظِيمٍ٣٥
Və ma yuləqqaha illa əlləzinə sabəru və ma yuləqqaha illa zu həzzin əzim
Bu (pisliyə yaxşılıqla cavab vermək xisləti), yalnız səbr edənlərə təlqin və əta edilər və ancaq (insanlıq kamalında) böyük payı olana verilər.
وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيْطَـٰنِ نَزْغٌ فَٱسْتَعِذْ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ٣٦
Və`imma yənzəğənnəkə minəş şəytani nəzğun fastə'iz bi-llahi, innəhu huvəs səmi'ul əlim
Əgər şeytan tərəfindən bir vəsvəsə səni (vəzifənə əməl etməməyə) təhrik etsə, onda Allaha pənah apar. Çünki (hər şeyi) eşidən və bilən Odur.
وَمِنْ ءَايَـٰتِهِ ٱلَّيْلُ وَٱلنَّهَارُ وَٱلشَّمْسُ وَٱلْقَمَرُۚ لَا تَسْجُدُواْ لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَٱسْجُدُواْ لِلَّهِ ٱلَّذِى خَلَقَهُنَّ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ٣٧
Vəmin ayatihi əlləylu vən nəharu vəş şəmsu vəl qəmər, la təscudu lilşşəmsi və la lilqəməri vascudu lilləhi əlləzi xələqəhunnə in kuntum iyyahu tə'budun
Gecə, gündüz, günəş və ay Onun (tovhid, qüdrət və rübubiyyət) nişanələrindəndir. Əgər siz (yalnız) Ona ibadət edirsinizsə günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin.
فَإِنِ ٱسْتَكْبَرُواْ فَٱلَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُۥ بِٱلَّيْلِ وَٱلنَّهَارِ وَهُمْ لَا يَسْــَٔمُونَ٣٨
Fə`ini stəkbəru falləzinə ində rəbbikə yusəbbihunə ləhu bil ləyli vən nəhari vəhum la yəs`əmun
Buna görə də əgər təkəbbür göstərsələr, (bilsinlər ki,) sənin Rəbbinin hüzurunda olan (mələklər və yaxın)lar gecə-gündüz Onu pak sifətlərlə mədh edir və əsla yorulmurlar.
وَمِنْ ءَايَـٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلْأَرْضَ خَـٰشِعَةً فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْۚ إِنَّ ٱلَّذِىٓ أَحْيَاهَا لَمُحْىِ ٱلْمَوْتَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ٣٩
Vəmin ayatihi ənnəkə təral ərza xaşi'ətən fə`iza ənzəlna ələyhal ma`ə htəzzət vərəbət, innə əlləzi əhyaha ləmuhyil məvta, innəhu əla kulli şəy`in qədir
Onun (tovhid və qüdrət) nişanələrindən(biri də) budur ki: Sən yeri quru və ölmüş görürsən. Onun üzərinə (yağış, qar və dolu şəklində) su endirdiyimiz zaman o, canlanar və (həm özü, həm də yetirdiyi bitkilər) qalxar. Həqiqətən, onu (yeri və qurumuş bitkiləri) dirildən şübhəsiz, (Qiyamətdə) ölüləri (də) dirildəcəkdir. Çünki O hər şeyə qadirdir.
إِنَّ ٱلَّذِينَ يُلْحِدُونَ فِىٓ ءَايَـٰتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَآۗ أَفَمَن يُلْقَىٰ فِى ٱلنَّارِ خَيْرٌ أَم مَّن يَأْتِىٓ ءَامِنًا يَوْمَ ٱلْقِيَـٰمَةِۚ ٱعْمَلُواْ مَا شِئْتُمْۖ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌ٤٠
Innə əlləzinə yulhidunə fi ayatina la yəxfəvnə ələyna, Əfəmən yulqa fin nari xəyrun əm-mən yə`ti aminən yəvməl qiyaməh, i'məlu ma şi`tum, innəhu bima tə'məlunə bəsir
Həqiqətən, Bizim ayə və nişanələrimiz barəsində yolunu azanlar (Bizim günəş və ay kimi yaradılış nişanələrimizə ibadət edənlər və şəriət ayələrini rədd edən və səhv yozanlar) Bizə gizlin deyildirlər. Belə isə oda atılan şəxs yaxşıdır, yoxsa Qiyamət günü (Allahın hüzüruna) xatircəm gələn kəs?! İstədiyinizi edin. Şübhəsiz, O etdiklərinizi görür.
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِٱلذِّكْرِ لَمَّا جَآءَهُمْۖ وَإِنَّهُۥ لَكِتَـٰبٌ عَزِيزٌ٤١
Innə əlləzinə kəfəru biz zikri ləmma ca`əhum, və`innəhu ləkitabun əziz
Həqiqətən, öyüd verən bu Quran onlara gələn zaman onu inkar edənlər (odda olacaqlar). Doğrudan da bu (Quran) möhkəm, qalib və məğlubedilməz bir kitabdır.
لَّا يَأْتِيهِ ٱلْبَـٰطِلُ مِنۢ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِۦۖ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ٤٢
La yə`tihil batilu min bəyni yədəyhi və la min xəlfih, tənzilun min həkimin həmid
Ona nə qarşısından, nə də arxasından batil yol tapa bilməz (onun hökm və təlimlərində, həmçinin keçmiş və gələcək barəsindəki xəbərlərində heç bir yanlışlıq ola bilməz). O, yaradılış və şəriəti möhkəm, Özü isə bütün cəhətlərdən təriflənmiş (Allah) tərəfindən nazil edilmişdir.
مَّا يُقَالُ لَكَ إِلَّا مَا قَدْ قِيلَ لِلرُّسُلِ مِن قَبْلِكَۚ إِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ وَذُو عِقَابٍ أَلِيمٍ٤٣
Ma yuqalu ləkə illa ma qəd qilə lilrrusuli min qəblik, innə rəbbəkə ləzu məğfirətin vəzu iqabin əlim
Sənə səndən əvvəlki peyğəmbərlərə deyilənlərdən (sehrbaz, dəli, məqampərəst və bu kimi iftiralardan) başqa bir şey deyilmir. Şübhəsiz, sənin Rəbbin (iman gətirənlər üçün) bağışlanma və (itaətsizlər üçün) ağrılı əzab sahibidir.
وَلَوْ جَعَلْنَـٰهُ قُرْءَانًا أَعْجَمِيًّا لَّقَالُواْ لَوْلَا فُصِّلَتْ ءَايَـٰتُهُۥٓۖ ءَا۠عْجَمِىٌّ۬ وَعَرَبِىٌّۗ قُلْ هُوَ لِلَّذِينَ ءَامَنُواْ هُدًى وَشِفَآءٌۖ وَٱلَّذِينَ لَا يُؤْمِنُونَ فِىٓ ءَاذَانِهِمْ وَقْرٌ وَهُوَ عَلَيْهِمْ عَمًىۚ أُوْلَـٰٓئِكَ يُنَادَوْنَ مِن مَّكَانِۭ بَعِيدٍ٤٤
Vələv cə'əlnahu qur`-anən ə'cəmiyyən lləqalu ləvla fussilət ayatuh, Ə`ə'cəmiyyun və'ərəbiyy, qul huvə lilləzinə amənu hudən vəşifa`, valləzinə la yu`minunə fi azanihim vəqrun və huvə ələyhim əmən, ula`ikə yunadəvnə min mməkanin bə'id
Əgər bunu (bu kitabı) ərəbcədən qeyri bir (dildə) Quran etsəydik mütləq deyərdilər: «Onun ayələri nə üçün aydın və aşkar bəyan olunmayıb?! Ərəb milləti və (onunla heç uyğunluğu olmayan) əcəm sözü?!». De: «(Bu kitabın nazil olmasında hədəf dil deyil.) Bu kitab iman gətirmiş kəslər üçün başdan-ayağa hidayət və (fərdi və ictimai xəstəliklər üçün) şəfadır. İman gətirməyənlərin qulaqlarında bir növ ağırlıq var (ki, onu eşitmirlər). Bu kitab onlara qaranlıq və anlaşılmazdır, (sanki) onlar uzaq bir yerdən çağırılırlar».
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ فَٱخْتُلِفَ فِيهِۗ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْۚ وَإِنَّهُمْ لَفِى شَكٍّ مِّنْهُ مُرِيبٍ٤٥
Vələqəd atəyna musal kitabə faxtulifə fih, vələvla kəlimətun səbəqət min rrəbbikə ləquziyə bəynəhum, və`innəhum ləfi şəkkin mminhu murib
Həqiqətən, Biz Musaya (səma) kitab(ı) verdik. Beləliklə onun (qövmünün arasında kitabın qəbul edilməsi) barəsində ixtilaf düşdü. Əgər Rəbbin (tərəfin)dən keçmiş (hər bir ümmət üçün bir möhlətin olması barəsində əzəli elmdən keçərək Lövhi-Məhfuzda yazılmış) o söz olmasaydı, onların arasında (inkar edən kimi) mütləq (kütləvi əzab) hökm(ü) çıxarılardı. Doğrudan da onlar (həmin gün) Tövrat barəsində şübhə və tərəddüd doğuran şəkk içərisində idilər. Bunlar da (bu gün) Quran barəsində şübhə və tərəddüd doğuran şəkk içərisindədirlər.
مَّنْ عَمِلَ صَـٰلِحًا فَلِنَفْسِهِۦۖ وَمَنْ أَسَآءَ فَعَلَيْهَاۗ وَمَا رَبُّكَ بِظَلَّـٰمٍ لِّلْعَبِيدِ٤٦
Mən əmilə salihən fəlinəfsih, və mən əsa`ə fə'ələyha, və ma rəbbukə bizallamin llil'əbid
Kim yaxşı iş görsə öz xeyirinədir və kim pis iş görsə öz ziyanınadır. Sənin Rəbbin bəndələrinə əsla zülm edən deyildir.
إِلَيْهِ يُرَدُّ عِلْمُ ٱلسَّاعَةِۚ وَمَا تَخْرُجُ مِن ثَمَرَٲتٍ مِّنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِۦۚ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَآءِى قَالُوٓاْ ءَاذَنَّـٰكَ مَا مِنَّا مِن شَهِيدٍ٤٧
Iləyhi yurəddu ilmus sa'əh, və ma təxrucu min səməratin min əkmamiha və ma təhmilu min unsa və la təza'u illa bi'ilmih, vəyəvmə yunadihim əynə şurəka`i qalu azənnakə ma minna min şəhid
Qiyamətin (baş verəcəyi zamanın) elmi yalnız Ona qayıdır. O bilmədən meyvələr qabıqlarından çıxmır, heç bir dişi hamilə qalmır və (hamiləlik) yükünü yerə qoymur. (Allah) müşrikləri «hardadır Mənim şəriklərim?» deyə çağıracağı gün onlar deyəcəklər: «Biz (ölüm və Bərzəx aləmini görməklə və həqiqətlərin aydın olması ilə) Sənə elan etdik ki, bizdən (Sənin şərikinin olmasına) əsla bir şahid yoxdur.
وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَدْعُونَ مِن قَبْلُۖ وَظَنُّواْ مَا لَهُم مِّن مَّحِيصٍ٤٨
Vəzallə ənhum-ma kanu yəd'unə min qəbl, vəzannu ma ləhum-min mməhis
Onların ondan öncə çağırdıqları (dünyada tanrı, Allah dərgahına yaxın və şəfaətçi kimi qəbul etdikləri) nəzərlərindən itəcək və onlar özləri üçün heç bir qaçış yolunun olmadığına yəqin edəcəklər.
لَّا يَسْــَٔمُ ٱلْإِنسَـٰنُ مِن دُعَآءِ ٱلْخَيْرِ وَإِن مَّسَّهُ ٱلشَّرُّ فَيَــُٔوسٌ قَنُوطٌ٤٩
La yəs`əmul insanu min du'a`il xəyri və`in mməssəhuş şərru fəyə`usun qənut
İnsan heç vaxt xeyir (mal və dünya rifahı) tələb etməkdən yorulmaz və doymaz. Ona şər və zərər yetişdikdə isə məyus olar.
وَلَئِنْ أَذَقْنَـٰهُ رَحْمَةً مِّنَّا مِنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَـٰذَا لِى وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةً وَلَئِن رُّجِعْتُ إِلَىٰ رَبِّىٓ إِنَّ لِى عِندَهُۥ لَلْحُسْنَىٰۚ فَلَنُنَبِّئَنَّ ٱلَّذِينَ كَفَرُواْ بِمَا عَمِلُواْ وَلَنُذِيقَنَّهُم مِّنْ عَذَابٍ غَلِيظٍ٥٠
Vələ`in əzəqnahu rəhmətən mminna min bə'di zarra`ə məssəthu ləyəqulənnə haza li və ma əzunnus sa'ətə qa`imətən vələ`in rruci'tu ila rəbbi innə li indəhu ləlhusna, fələnunəbbi`ənnə əlləzinə kəfəru bima əmilu vələnuziqənnəhum-min əzabin ğəliz
Əgər düçar olduğu zərər-ziyandan sonra ona Öz tərəfimizdən bir rəhmət dadızdırsaq, mütləq deyəcək: «Bu mənə məxsusdur (mənim öz ləyaqətimə görədir və onun hasil olmasında və istifadəsində heç kəsin əli yoxdur) və güman etmirəm Qiyamət də qopa. Əgər (birdən) Rəbbimə tərəf qaytarılsam, Onun yanında mənim üçün mütləq gözəl bir həyat olacaqdır». Buna görə də Biz şübhəsiz, küfr etmiş kəsləri əməllərindən xəbərdar edəcək və onlara mütləq ağır və ağrılı bir əzab daddıracağıq.
وَإِذَآ أَنْعَمْنَا عَلَى ٱلْإِنسَـٰنِ أَعْرَضَ وَنَـَٔـا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٍ٥١
Və`iza ən'əmna əlal insani ə'rəza vənə`a bicanibihi və`iza məssəhuş şərru fəzu du'a`in əriz
İnsana bir nemət əta etdiyimiz zaman (Bizdən) üz döndərir və özünü kənara çəkir. Ona bir şər və zərər yetişəndə isə israrlı və geniş dua etməklə məşğul olur.
قُلْ أَرَءَيْتُمْ إِن كَانَ مِنْ عِندِ ٱللَّهِ ثُمَّ كَفَرْتُم بِهِۦ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِى شِقَاقِۭ بَعِيدٍ٥٢
Qul ərə`əytum in kanə min indi-llahi summə kəfərtum bihi mən əzallu mimmən huvə fi şiqaqin bə'id
De: «Mənə xəbər verin (görüm), əgər (bu Quran) Allah tərəfindən olsa, sonra siz ona küfr etsəniz kim onunla bərk müxalif olandan daha azğındır?!»
سَنُرِيهِمْ ءَايَـٰتِنَا فِى ٱلْأَفَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ٥٣
Sənurihim ayatina fil afaqi vəfi ənfusihim hətta yətəbəyyənə ləhum ənnəhul həqq, Əvələm yəkfi birəbbikə ənnəhu əla kulli şəy`in şəhid
Tezliklə varlıq aləmində (Məkkənin və yer üzünün digər üfüqlərində) və onların öz vücudlarında Özümüzün (tovhid və qüdrət) nişanələrimizi (müsəlmanların həmin əsrdəki zəfərlərini, İslamın gələcəkdə dünyada yayılmasını və insanların Allahın onların vücudlarında olan hikmətlərini başa düşmələrini) onlara (Məkkə müşriklərinə və tarix boyu olacaq bütün insanlara) göstərəcəyik ki, Onun (Allahın və Quranın) haqq olması onlara aydın olsun. Məgər Rəbbinin hər şeyə şahid olması (və Onun bütün varlıqlara məlum və aşkar olması) kifayət deyil?!
أَلَآ إِنَّهُمْ فِى مِرْيَةٍ مِّن لِّقَآءِ رَبِّهِمْۗ أَلَآ إِنَّهُۥ بِكُلِّ شَىْءٍ مُّحِيطُۢ٥٤
Əla innəhum fi miryətin min lliqa`i rəbbihim, Əla innəhu bikulli şəy`in mmuhit
Bil ki, onlar Rəbbləri ilə görüşəcəkləri barəsində şübhə və tərəddüd içərisindədirlər (ölümdən sonrakı həyata inanmırlar). Bil ki, Allah (elm, qüdrət və rəhmət baxımından) hər şeyi əhatə etmişdir.