-
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
бисмиль-лəhир-рōhмəəнир-рōhиим
Bağışlayan və mehriban Allahın adı ilə. -
9:94
يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ ۚ قُل لَّا تَعْتَذِرُوا لَن نُّؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا اللَّهُ مِنْ أَخْبَارِكُمْ ۚ وَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَйə'тəз̃ируунə илəйкум из̃əə рōджə'тум илəйhим, ќуль-лəə тə'тəз̃ируу лəн-ну`минə лəкум ќōд нəббə`əнəл-лаhу мин əхбəəрикум, вəсəйəрōōл-лаhу 'əмəлəкум вəрōсуулюhу c̃уммə турōддуунə илəə 'əəлимиль-ґōйби вəш-шəhəəдəти фəйунəбби`укумм-бимəə куŋŋтум тə'мəлююн
Siz (Təbuk döyüşündən) onların yanına qayıdanda onlar (döyüşə getmədiklərinə görə) sizə bəhanə gətirərlər. De: «Heç bir bəhanə gətirməyin ki, sizə əsla inanmayacağıq. Həqiqətən, Allah bizi sizin xəbərlərinizdən agah etmişdir. Sizin əməllərinizi (gələcəkdə tövbə edəcəyinizi, yoxsa öz küfrünüzdə qalacağınızı) tezliklə Allah və Onun Peyğəmbəri görəcəklər. Sonra gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, sizi etdiklərinizdən xəbərdar edəcəkdir. -
9:95
سَيَحْلِفُونَ بِاللَّهِ لَكُمْ إِذَا انقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُوا عَنْهُمْ ۖ فَأَعْرِضُوا عَنْهُمْ ۖ إِنَّهُمْ رِجْسٌ ۖ وَمَأْوَاهُمْ جَهَنَّمُ جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَсəйəhлифуунə биль-лəhи лəкум из̃əə-ŋŋќōлəбтум илəйhим литу'ридуу 'əнhум, фə`ə'ридуу 'əнhум, иннəhум риджс, вəмə`вəəhум джəhəннəму джəзəə`əмм-бимəə кəəнуу йəксибуун
Onların yanına qayıdanda tezliklə sizin üçün Allaha and içəcəklər ki, onlar(ı məzəmmət etmək və danlamaq)dan daşınasınız. Buna görə də onlardan üz döndərin. Çünki onlar murdardırlar (məzəmmət və danlaq onlara təsir etmir) və onların yerləri əldə etdiklərinin cəzası olaraq Cəhənnəmdir. -
9:96
يَحْلِفُونَ لَكُمْ لِتَرْضَوْا عَنْهُمْ ۖ فَإِن تَرْضَوْا عَنْهُمْ فَإِنَّ اللَّهَ لَا يَرْضَىٰ عَنِ الْقَوْمِ الْفَاسِقِينَйəhлифуунə лəкум литəрдōу 'əнhум, фə`иŋŋ-тəрдōу 'əнhум фə`иннəл-лаhə лəə йəрдōō 'əниль-ќōумиль-фəəсиќиин
Onlardan razı olasınız deyə sizin üçün and içirlər. Buna görə də əgər onlardan siz razı olsanız da, həqiqətən, Allah itaətsiz insanlardan razı olmayacaqdır. -
9:97
الْأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا وَأَجْدَرُ أَلَّا يَعْلَمُوا حُدُودَ مَا أَنزَلَ اللَّهُ عَلَىٰ رَسُولِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌəль`ə'рōōбу əшəдду куфрōу-вəнифəəќōу-вə`əдждəру əльлəə йə'лəмуу hудуудə мəə əŋŋзəлəл-лаhу 'əлəə рōсуулиh, вəл-лаhу 'əлиимун həкиим
(Cəmiyyətdən və mədəniyyətdən uzaq olduqları üçün) bədəvi ərəblərin küfr və nifaqları daha şiddətlidir və onlar Allahın Öz Peyğəmbərinə nazil etdiyinin hüdudlarını bilməməyə daha layiqdirlər. Allah bilən və hikmətlidir. -
9:98
وَمِنَ الْأَعْرَابِ مَن يَتَّخِذُ مَا يُنفِقُ مَغْرَمًا وَيَتَرَبَّصُ بِكُمُ الدَّوَائِرَ ۚ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌвəминəль-ə'рōōби мəй-йəттəхыз̃у мəə йуŋŋфиќу мəґрōмəу-вəйəтəрōббəсу бикумуд-дəвəə`ир, 'əлэйhим дəə`ирōтус-сəу, вəл-лаhу сəмии'ун 'əлиим
Bədəvi ərəblərdən (xeyir yolda) xərclədiyini ziyan və zərər hesab edənlər və sizin barənizdə (İslam dövlətinin süqutu kimi) pis hadisələr gözləyənlər vardır. Pis hadisələr onların özləri üçün olsun! Allah eşidən və biləndir. -
9:99
وَمِنَ الْأَعْرَابِ مَن يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَاتٍ عِندَ اللَّهِ وَصَلَوَاتِ الرَّسُولِ ۚ أَلَا إِنَّهَا قُرْبَةٌ لَّهُمْ ۚ سَيُدْخِلُهُمُ اللَّهُ فِي رَحْمَتِهِ ۗ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌвəминəль-ə'рōōби мəй-йу`мину биль-лəhи вəəльйəумиль-əəхыри вəйəттəхыз̃у мəə йуŋŋфиќу ќурубəəтин 'иŋŋдəл-лаhи вəсōлəвəəтир-рōсууль, əлəə иннəhəə ќурбəтуль-лəhум, сəйудхылюhумул-лаhу фии рōhмəтиh, иннəл-лаhə ґōфуурур-рōhиим
Həmçinin bədəvi ərəblərdən Allaha və axirət gününə imanı olanlar və xərclədiklərini Allaha yaxınlaşmaq amili və Onun Peyğəmbərinin duaları(nın onlara şamil edilməsi vasitəsi) hesab edənlər vardır. [Yaxud: Onlar xərclədiklərini və Peyğəmbərin (onların haqqında etdiyi) dualarını Allaha yaxınlaşmaq amili hesab edirlər.] Bilin ki, o (xərclədikləri şeylər və Peyğəmbərin duaları) onların (Allaha) yaxınlaşma amilidir. Allah tezliklə onları Öz mərhəmətinə (mərhəmətinin pənahına) daxil edəcəkdir. Həqiqətən, Allah çox bağışlayan və mehribandır. -
9:100
وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنصَارِ وَالَّذِينَ اتَّبَعُوهُم بِإِحْسَانٍ رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُвəс-сəəбиќуунəль-əувəлююнə минəль-муhəəджириинə вəəль`əŋŋсōōри вəəльлəз̃иинə-ттəбə'ууhумм-би`иhсəəнир-рōдыйəл-лаhу 'əнhум вəрōдуу 'əнhу вə`ə'əддə лəhум джəннəəтин тəджрии тəhтəhəəль-əнhəəру хōōлидиинə фииhəə əбəдə, з̃əəликəль-фəузуль-'əз̃ыым
Allah mühacirlərin və ənsarın (Peyğəmbərin (s) Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi olaraq qalacaqlar. Budur böyük uğur və qurtuluş! -
9:101
وَمِمَّنْ حَوْلَكُم مِّنَ الْأَعْرَابِ مُنَافِقُونَ ۖ وَمِنْ أَهْلِ الْمَدِينَةِ ۖ مَرَدُوا عَلَى النِّفَاقِ لَا تَعْلَمُهُمْ ۖ نَحْنُ نَعْلَمُهُمْ ۚ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍвəмиммəн həулəкум-минəль-ə'рōōби мунəəфиќуун, вəмин əhлиль-мəдиинəh, мəрōдуу 'əлəəн-нифəəќи лəə тə'лəмуhум, нəhну нə'лəмуhум, сəну'əз̃з̃ибуhум-мəррōтəйни c̃уммə йурōддуунə илəə 'əз̃əəбин 'əз̃ыым
Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik (dünya əzabı, ölüm və Bərzəx əzabı), sonra isə (Qiyamətdə) daha böyük əzaba tərəf döndəriləcəklər. -
9:102
وَآخَرُونَ اعْتَرَفُوا بِذُنُوبِهِمْ خَلَطُوا عَمَلًا صَالِحًا وَآخَرَ سَيِّئًا عَسَى اللَّهُ أَن يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌвə`əəхōруунə-'тəрōфуу биз̃унуубиhим хōлəтуу 'əмəлəн сōōлиhəу-вə`əəхōрō сəййи`əн 'əсəл-лаhу əй-йəтуубə 'əлэйhим, иннəл-лаhə ґōфуурур-рōhиим
(Onlardan) digər bir dəstə öz günahlarını etiraf edib, yaxşı bir işi başqa bir pis işlə qarışdırmışlar. Ola bilsin ki, Allah onlara nəzər yetirsin. Həqiqətən, Allah çox bağışlayan və mehribandır. -
9:103
خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيْهِمْ ۖ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَّهُمْ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌхуз̃ мин əмвəəлиhим сōдəќōтəн тутōhhируhум вəтузəккииhимм-биhəə вəсōлли 'əлэйhим, иннə сōлəəтəкə сəкəнуль-лəhум, вəл-лаhу сəмии'ун 'əлиим
(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir. -
9:104
أَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ هُوَ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَأْخُذُ الصَّدَقَاتِ وَأَنَّ اللَّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُəлəм йə'лəмуу əннəл-лаhə hувə йəќбəлют-тəубəтə 'əн 'ибəəдиhи вəйə`хуз̃ус-сōдəќōōти вə`əннəл-лаhə hувəт-тəувəəбур-рōhиим
Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri (zahirdə Peyğəmbərin, yaxud haqq sahibinin almasına baxmayaraq) əslində Onun Özü götürür və Allah tövbələri çox qəbul edən və mehribandır?! -
9:105
وَقُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ ۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَвəќули-'мəлюю фəсəйəрōōл-лаhу 'əмəлəкум вəрōсуулюhу вəəльму`минуун, вəсəтурōддуунə илəə 'əəлимиль-ґōйби вəш-шəhəəдəти фəйунəбби`укумм-бимəə куŋŋтум тə'мəлююн
Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir». -
9:106
وَآخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ اللَّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌвə`əəхōруунə мурджəунə ли`əмриль-лəhи иммəə йу'əз̃з̃ибуhум вə`иммəə йəтуубу 'əлэйhим, вəл-лаhу 'əлиимун həкиим
Və digər bir dəstə (küfr əhli)nin (zəif hala salınmışlarıdır ki,) işləri Allahın əmrinə qalmışdır – onlara ya əzab verəcək (əgər küfrlərində israrlı olsalar), ya da (əgər imana yönəlsələr) nəzər yetirəcəkdir. Allah bilən və hikmət sahibidir. -
9:107
وَالَّذِينَ اتَّخَذُوا مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِّمَنْ حَارَبَ اللَّهَ وَرَسُولَهُ مِن قَبْلُ ۚ وَلَيَحْلِفُنَّ إِنْ أَرَدْنَا إِلَّا الْحُسْنَىٰ ۖ وَاللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَвəəльлəз̃иинə-ттəхōз̃уу мəсджидəн дырōōрōу-вəкуфрōу-вəтəфрииќōмм-бэйнəль-му`миниинə вə`ирсōōдəл-лимəн həəрōбəл-лаhə вəрōсуулəhу миŋŋ-ќōбль, вəлəйəhлифуннə ин əрōднəə ильлəəль-hуснəə, вəл-лаhу йəшhəду иннəhум лəкəəз̃ибуун
Və (həmçinin münafiqlərdən müsəlmanlara) zərər, küfr(ü gücləndirmək), möminlərin arasında təfriqə salmaq və qabaqcadan Allah və Onun Peyğəmbəri ilə müharibyə qalxmış şəxsi(n gəlməsini) gözləmək üçün bir məscid seçən kəslər vardır. (Mədinə kafirlərinin xaçpərəst rahibi üçün tikdikləri «Zirar» məscidi nəzərdə tutulur.) Və onlar mütləq and içəcəklər ki: «bizim xeyir işdən başqa niyyətimiz olmayıb». Allah isə onların mütləq yalançı olmalarına şəhadət verir. -
9:108
لَا تَقُمْ فِيهِ أَبَدًا ۚ لَّمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَن يَتَطَهَّرُوا ۚ وَاللَّهُ يُحِبُّ الْمُطَّهِّرِينَлəə тəќум фииhи əбəдə, лəмəсджидун уссисə 'əлəəт-тəќвəə мин əувəли йəумин əhəќќу əŋŋ-тəќуумə фииh, фииhи риджəəлюй-йуhиббуунə əй-йəтəтōhhəруу, вəл-лаhу йуhиббуль-муттōhhириин
Orada (həmin məsciddə) əsla (namaza) durma. Şübhəsiz, (bünövrəsi) ilk gündən təqva üzərində qurulmuş məscid (Quba məscidi, Mədinə məscidi və digərləri) sənin onda namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir. -
9:109
أَفَمَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىٰ تَقْوَىٰ مِنَ اللَّهِ وَرِضْوَانٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىٰ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَəфəмəн əссəсə бунйəəнəhу 'əлəə тəќвəə минəл-лаhи вəридвəəнин хōйрун əм-мəн əссəсə бунйəəнəhу 'əлəə шəфəə джуруфин həəрин фəəнhəəрō биhи фии нəəри джəhəннəм, вəл-лаhу лəə йəhдииль-ќōумəз̃-з̃ōōлимиин
Buna görə də, öz (dininin) təməlini ilahi təqva və Onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş və o binanın Cəhənnəm oduna yuvarlandıracağı şəxs?! (Möminin əməlləri iman və niyyət saflığı əsasındadır. Kafirin əməlləri isə əqidəsində şəkk və güman əsasındadır və onun sonu Cəhənnəmdir.) Və Allah zalımların dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düz yola yönəltməz. -
9:110
لَا يَزَالُ بُنْيَانُهُمُ الَّذِي بَنَوْا رِيبَةً فِي قُلُوبِهِمْ إِلَّا أَن تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌлəə йəзəəлю бунйəəнуhумуль-лəз̃ии бəнəу риибəтəн фии ќулююбиhим ильлəə əŋŋ-тəќōттō'ə ќулююбуhум, вəл-лаhу 'əлиимун həкиим
(Küfr və nifaq üzündən) tikdikləri o bina (hətta dağılsa belə) həmişə – (onlar ölməyincə və) ürəkləri parça-parça olmayınca onların qəlblərində bir şəkk və tərəddüd və nifaqın artması amilidir. Allah bilən və hikmət sahibidir. -
9:111
۞ إِنَّ اللَّهَ اشْتَرَىٰ مِنَ الْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَالَهُم بِأَنَّ لَهُمُ الْجَنَّةَ ۚ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالْإِنجِيلِ وَالْقُرْآنِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِ مِنَ اللَّهِ ۚ فَاسْتَبْشِرُوا بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُم بِهِ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُиннəл-лаhə-штəрōō минəль-му`миниинə əŋŋфусəhум вə`əмвəəлəhумм-би`əннə лəhумуль-джəннəh, йуќōōтилююнə фии сəбиилиль-лəhи фəйəќтулююнə вəйуќтəлююн, вə'дəн 'əлэйhи həќќōн фиит-тəурōōти вəəль`иŋŋджиили вəəльќур`əəн, вəмəн əуфəə би'əhдиhи минəл-лаh, фəəстəбшируу бибəй'икумуль-лəз̃ии бəəйə'тумм-биh, вəз̃əəликə hувəль-фəузуль-'əз̃ыым
Həqiqətən, Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Quranda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş! -
9:112
التَّائِبُونَ الْعَابِدُونَ الْحَامِدُونَ السَّائِحُونَ الرَّاكِعُونَ السَّاجِدُونَ الْآمِرُونَ بِالْمَعْرُوفِ وَالنَّاهُونَ عَنِ الْمُنكَرِ وَالْحَافِظُونَ لِحُدُودِ اللَّهِ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَəттəə`ибуунəль-'əəбидуунəль-həəмидуунəс-сəə`иhуунəр-рōōки'уунəс-сəəджидуунəль-əəмируунə би-ль-мə'рууфи вəн-нəəhуунə 'əниль-муŋŋкəри вəəльhəəфиз̃уунə лиhудуудиль-лəh, вəбəшшириль-му`миниин
(Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmdü-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver. -
9:113
مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَن يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوا أُولِي قُرْبَىٰ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِмəə кəəнə лин-нəбиййи вəəльлəз̃иинə əəмəнуу əй-йəстəґфируу ли-ль-мушрикиинə вəлəу кəəнуу уулии ќурбəə мимм-бə'ди мəə тəбэййəнə лəhум əннəhум əсhəəбуль-джəhиим
Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və əqli nöqteyi-nəzərdən düzgün olmaz).