Cüz 20 / 30

Cüz 20

Nəml 56 — Ənkəbut 45

56Nəml (27:56)

فَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخْرِجُوٓاْ ءَالَ لُوطٍ مِّن قَرْيَتِكُمْ‌ۖ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ٥٦

Fəma kanə cəvabə qəvmihi illa ən qalu əxricu alə lutin min qəryətikum, innəhum unasun yətətahhərun

Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Lutun ailəsini öz cəmiyyətinizdən çıxarın, çünki onlar təmiz qalmaq istəyən insanlardır (və sizin əməlinizdən uzaq olmaq istəyirlər)».

57Nəml (27:57)

فَأَنجَيْنَـٰهُ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ قَدَّرْنَـٰهَا مِنَ ٱلْغَـٰبِرِينَ٥٧

Fə`əncəynahu və`əhləhu illa mrə`ətəhu qəddərnaha minə əl ğabirin

Beləliklə, ona və ailəsinə nicat verdik, yalnız zövcəsindən savayı. (Onun məhv olan cəmiyyətdə) qalanlardan olmasını (əzəldən) təqdir etmişdik..

58Nəml (27:58)

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا‌ۖ فَسَآءَ مَطَرُ ٱلْمُنذَرِينَ٥٨

Və`əmtarna ələyhim-mətarə, fəsa`ə mətarul munzərin

Onların başına (daşdan) yağış yağdırdıq. O qorxudulanların yağışı nə yaman pis bir yağış idi!

59Nəml (27:59)

قُلِ ٱلْحَمْدُ لِلَّهِ وَسَلَـٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصْطَفَىٰٓ‌ۗ ءَآللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ٥٩

Qulil həmdu lilləhi vəsəlamun əla ibadihi əlləzinə stafa, allləhu xəyrun əmma yuşrikun

(Ya Peyğəmbər!) de: «Şükr və sitayiş Allaha məxsusdur. Salam olsun Onun seçdiyi bəndələrinə (peyğəmbərlərə, onların canişinlərinə və saleh-əməlli möminlərə); Allah daha yaxşıdır, yoxsa onların Allaha şərik qoşduqları?!»

60Nəml (27:60)

أَمَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءً فَأَنۢبَتْنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهْجَةٍ مَّا كَانَ لَكُمْ أَن تُنۢبِتُواْ شَجَرَهَآ‌ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ‌ۚ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ٦٠

Əmmən xələqəs səmavati vəl ərza və`ənzələ ləkum-minəs səma`i ma`ən fə`əmbətna bihi həda`iqə zatə bəhcətin mma kanə ləkum ən tumbitu şəcərəha, Ə`ilahun mmə'ə əllah, bəl hum qəvmun yə'dilun

(O şəriklərmi yaxşıdır,) yoxsa göyləri və yeri yaradan, göydən sizə (yağış, qar və dolu şəklində) su nazil edən? Beləliklə (həmin suyun) vasitəsilə gözəl, yamyaşıl və könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi! Məgər heç tək olan Allahla yanaşı başqa bir tanrımı var? (Xeyr,) əslində onlar (Allahdan) üz döndərən və Ona şərik qoşan bir tayfadırlar.

61Nəml (27:61)

أَمَّن جَعَلَ ٱلْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَـٰلَهَآ أَنْهَـٰرًا وَجَعَلَ لَهَا رَوَٲسِىَ وَجَعَلَ بَيْنَ ٱلْبَحْرَيْنِ حَاجِزًا‌ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ‌ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ٦١

Əmmən cə'ələl ərza qərarən vəcə'ələ xilaləha ənharən vəcə'ələ ləha rəvasiyə vəcə'ələ bəynəl bəhrəyni hacizə, Ə`ilahun mmə'ə əllah, bəl əksəruhum la yə`ləmun

(O şəriklərmi yaxşıdır,) yoxsa yeri (insanlar üçün) sabit və aram edən və onun aralanan yerlərindən çaylar axıdan sabit və möhkəm dağlar yaradan, iki dənizin arasında maneə qoyan kəs?! (Dənizə oxşar olan çayların dənizlə kəsişdiyi yerdə, geniş bir ərazidə şirin su ilə duzlu su arasında bir divar yaratdı ki, bir-birləri ilə qarışmasınlar)? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! (Xeyr) Onların əksəriyyəti bilmirlər.

62Nəml (27:62)

أَمَّن يُجِيبُ ٱلْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ ٱلسُّوٓءَ وَيَجْعَلُكُمْ خُلَفَآءَ ٱلْأَرْضِ‌ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ‌ۚ قَلِيلاً مَّا تَذَكَّرُونَ٦٢

Əmmən yucibul muztarrə iza də'ahu vəyəkşifus su`ə vəyəc'əlukum xuləfa`əl ərz, Ə`ilahun mmə'ə əllah, qəlilən mma təzəkkərun

(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız!

63Nəml (27:63)

أَمَّن يَهْدِيكُمْ فِى ظُلُمَـٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ وَمَن يُرْسِلُ ٱلرِّيَـٰحَ بُشْرَۢا بَيْنَ يَدَىْ رَحْمَتِهِۦٓ‌ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ‌ۚ تَعَـٰلَى ٱللَّهُ عَمَّا يُشْرِكُونَ٦٣

Əmmən yəhdikum fi zulumatil bərri vəl bəhri və mən yursilu rriyahə buşrən bəynə yədəy rəhmətih, Ə`ilahun mmə'ə əllah, tə'ala əllahu əmma yuşrikun

(O şəriklərmi yaxşıdır,) yoxsa qurunun və dəryanın zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhmətindən (yağışdan) öncə bir müjdəçi olaraq göndərən? Məgər bir olan Allahla yanaşı başqa bir tanrı da var? Allah (Ona) şərik qoşduqlarından çox-çox ucadır.

64Nəml (27:64)

أَمَّن يَبْدَؤُاْ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ‌ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ‌ۚ قُلْ هَاتُواْ بُرْهَـٰنَكُمْ إِن كُنتُمْ صَـٰدِقِينَ٦٤

Əmmən yəbdə`ul xəlqə summə yu'iduhu və mən yərzuqukum-minəs səma`i vəl ərz, Ə`ilahun mmə'ə əllah, qul hatu burhanəkum in kuntum sadiqin

(O şəriklərmi yaxşıdır,) yoxsa məxluqatı öncə yaradan, sonra onları(n hamısını fani etdikdən, yaxud canlıları öldürdükdən sonra, başqa bir aləmə) qaytaran sizə göydən və yerdən ruzi yetirən? Məgər tək olan Allahla yanaşı başqa bir tanrı da var? De: «Əgər düz deyirsinizsə, dəlil-sübutunuzu gətirin».

65Nəml (27:65)

قُل لَّا يَعْلَمُ مَن فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ ٱلْغَيْبَ إِلَّا ٱللَّهُ‌ۚ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ٦٥

Qul-la yə`ləmu mən fis səmavati vəl ərzi əl ğəybə illa əllah, və ma yəş'urunə əyyanə yub'əsun

(Ya Peyğəmbər!) de: «Allahdan başqa göylərdə və yerdə olan heç bir kəs qeybi (şüur sahiblərinin hissiyyatından xaricdə olan aləmləri və elmləri) bilmir və onlar bilmirlər ki, nə vaxt dirildiləcəklər».

66Nəml (27:66)

بَلِ ٱدَّٲرَكَ عِلْمُهُمْ فِى ٱلْأَخِرَةِ‌ۚ بَلْ هُمْ فِى شَكٍّ مِّنْهَا‌ۖ بَلْ هُم مِّنْهَا عَمُونَ٦٦

Bəli ddarəkə ilmuhum fil axirəh, bəl hum fi şəkkin mminha, bəl hum-minha əmun

(Qiyamət haqdır.) Onların axirətə olan elmi (başları tamam dünyaya qarışdığına görə) qurtarmışdır. Əslində onlar (dəlilləri eşitməklərinə baxmayaraq yenə də) axirət barəsində şəkk-şübhədədirlər. (Bədbəxtlikləri üzündən və qəlblərinə vurulan möhürə görə) axirətə qarşı kordurlar.

67Nəml (27:67)

وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَءِذَا كُنَّا تُرَٲبًا وَءَابَآؤُنَآ أَئِنَّا لَمُخْرَجُونَ٦٧

Vəqalə əlləzinə kəfəru ə`iza kunna turabən vəaba`una ə`inna ləmuxrəcun

Kafir olan kəslər dedilər: «Bizlər və atalarımız torpaq olandan sonra mütləq (nə vaxtsa dirildilib, qəbirlərdən) çıxarılacağıq?!»

68Nəml (27:68)

لَقَدْ وُعِدْنَا هَـٰذَا نَحْنُ وَءَابَآؤُنَا مِن قَبْلُ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ٦٨

Ləqəd vu'idna haza nəhnu vəaba`una min qəblu in haza illa əsatirul əvvəlin

«Həqiqətən, bizə və atalarımıza bundan öncə də (dirilmə) vəd olunmuşdu. Amma bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!»

69Nəml (27:69)

قُلْ سِيرُواْ فِى ٱلْأَرْضِ فَٱنظُرُواْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُجْرِمِينَ٦٩

Qul siru fil ərzi fanzuru kəyfə kanə aqibətul mucrimin

(Ya peyğəmbər!) de: «Yer üzünü gəzib-dolaşın, baxın görün günahkarların axırı necə oldu!»

70Nəml (27:70)

وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُن فِى ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ٧٠

Və la təhzən ələyhim və la təkun fi zayqin mmimma yəmkurun

(Ya peyğəmbər!) Onlar(ın iman gətirməmələrinə və inadkarlıqların)a görə qəm yemə və etdikləri məkr və hiylələrə görə ürəyini sıxma (çünki, Biz səni qoruyuruq).

71Nəml (27:71)

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ٧١

Vəyəqulunə məta hazal və'du in kuntum sadiqin

Və dedilər: «Əgər doğru danışansınızsa bu vəd (dünya əzabı, yaxud Qiyamət əzabı) nə vaxt olacaqdır?!»

72Nəml (27:72)

قُلْ عَسَىٰٓ أَن يَكُونَ رَدِفَ لَكُم بَعْضُ ٱلَّذِى تَسْتَعْجِلُونَ٧٢

Qul əsa ən yəkunə rədifə ləkum bə'zu əlləzi təstə'cilun

De: «Bəlkə də tələsik istədiyinizin (iki tərəf arasında hakim olan əzabın) bir hissəsi sizin arxanızcadır. (Bədr döyüşü günü yetişər)».

73Nəml (27:73)

وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ٧٣

Və`innə rəbbəkə ləzu fəzlin əlan nasi və lakinnə əksərəhum la yəşkurun

(Ya Peyğəmbər!) Həqiqətən, sənin Rəbbin insanlara qarşı (böyük) fəzl və kərəm sahibidir. Lakin onların əksəriyyəti şükr etmir.

74Nəml (27:74)

وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ٧٤

Və`innə rəbbəkə ləyə`ləmu ma tukinnu suduruhum və ma yu'linun

Və əlbəttə, sənin Rəbbin onların (ürəklərində) gizli saxladıqlarını da (dil vasitəsilə) aşkar etdiklərini də bilir.

75Nəml (27:75)

وَمَا مِنْ غَآئِبَةٍ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِلَّا فِى كِتَـٰبٍ مُّبِينٍ٧٥

Və ma min ğa`ibətin fis səma`i vəl ərzi illa fi kitabin mmubin

Göylərdə və yerdə elə bir gizlin şey yoxdur ki, açıq-aydın kitabda (Lövhi-məhfuzda) təsbit edilmiş və yazılmış olmasın.

Səhifə 1 / 9