8. (И [даже] если бы ниспослали)
  • بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ

    бисмиль-лəhир-рōhмəəнир-рōhиим

    Bağışlayan və mehriban Allahın adı ilə.
  • 6:111

     ۞ وَلَوْ أَنَّنَا نَزَّلْنَا إِلَيْهِمُ الْمَلَائِكَةَ وَكَلَّمَهُمُ الْمَوْتَىٰ وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَيْءٍ قُبُلًا مَّا كَانُوا لِيُؤْمِنُوا إِلَّا أَن يَشَاءَ اللَّهُ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ

    вəлəу əннəнəə нəззəльнəə илəйhимуль-мəлəə`икəтə вəкəльлəмəhумуль-мəутəə вəhəшəрнəə 'əлэйhим кульлə шэй`ин ќубулəмм-мəə кəəнуу лийу`минуу ильлəə əй-йəшəə`əл-лаhу вəлəəкиннə əкc̃əрōhум йəджhəлююн

    Əgər Biz onlara mələkləri nazil etsəydik, ölülər onlarla danışsaydılar və (istədikləri) bütün şeyləri qarşılarında dəstə-dəstə toplasaydıq, onlar Allahın (mütləq və məcburi iradə ilə) istəməsi istisna olmaqla, yenə də iman gətirməyəcəkdilər. Lakin onların çoxu (özlərinin bu inadkarlıq ruhiyyələri ilə) nadanlıq edirlər.
  • 6:112

    وَكَذَ‌ٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَيَاطِينَ الْإِنسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا  ۚ وَلَوْ شَاءَ رَبُّكَ مَا فَعَلُوهُ  ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

    вəкəз̃əəликə джə'əльнəə ликулли нəбиййин 'əдуувəн шəйəəтыынəль-иŋŋси вəəльджинни йууhии бə'дуhум илəə бə'дын зухруфəль-ќōули ґуруурō, вəлəу шəə`ə рōббукə мəə фə'əлююh, фəз̃əрhум вəмəə йəфтəруун

    Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan və cin şeytanlarından (vücudlarında müxtəlif şəhvət meyllərini yaratmaq vasitəsilə) düşmənlər qoyduq. Onların bəzisi digər bəzisinə (o peyğəmbərin əleyhinə) sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar və əgər Allah (əzəli iradəsi ilə) istəsəydi, onlar bu cür etməzdilər. Buna görə də (sənə döyüş əmr olunana kimi) onları və iftiralarını boşla.
  • 6:113

    وَلِتَصْغَىٰ إِلَيْهِ أَفْئِدَةُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُوا مَا هُم مُّقْتَرِفُونَ

    вəлитəсґōō илəйhи əф`идəтуль-лəз̃иинə лəə йу`минуунə би-ль-əəхырōти вəлийəрдōуhу вəлийəќтəрифуу мəə hум-муќтəрифуун

    (İns və cin şeytanlarının arasındakı söz mübadiləsini imtahan üçün azad qoyduq) ki, axirət gününə inanmayanların ürəkləri ona meyl etsin, onlar onu bəyənsinlər və (həm də) ona görə ki, mürtəkib olmaq istədəkləri hər bir günaha mürtəkib olsunlar.
  • 6:114

    أَفَغَيْرَ اللَّهِ أَبْتَغِي حَكَمًا وَهُوَ الَّذِي أَنزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلًا  ۚ وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِالْحَقِّ  ۖ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ

    əфəґōйрōл-лаhи əбтəґии həкəмəу-вəhувəль-лəз̃ии əŋŋзəлə илəйкумуль-китəəбə муфəссōлə, вəəльлəз̃иинə əəтəйнəəhумуль-китəəбə йə'лəмуунə əннəhу мунəззəлюмм-мир-рōббикə би-ль-həќќ, фəлəə тəкуунəннə минəль-мумтəриин

    (Kafirlərə de:) Sizə (bəşər cəmiyyətinə dini maarif və haqq ilə nahaqqın bir-birindən seçilməsi yolu) geniş şəkildə açıqlanmış bu kitabı nazil edən Allah olduğu halda, mən Ondan başqa ayrı bir hakim arayım?! (Səmavi) kitab verdiyimiz şəxslər bu kitabın sənin Rəbbin tərəfindən haqq və doğru olaraq (və ali və ağılın qəbul etdiyi məqsədlər üçün) nazil olunduğunu bilirlər. Buna görə də əsla şəkk edənlərdən olma.
  • 6:115

    وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلًا  ۚ لَّا مُبَدِّلَ لِكَلِمَاتِهِ  ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

    вəтəммəт кəлимəту рōббикə сыдќōу-вə'əдлə, лəə мубəддилə ликəлимəəтиh, вəhувəс-сəмии'уль-'əлиим

    Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı və şəriəti mənasında) düzgünlük və (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu. Onun sözlərini (kitab və şəriətini) əsla dəyişdirən olmayacaqdır. Odur eşidən və bilən!
  • 6:116

    وَإِن تُطِعْ أَكْثَرَ مَن فِي الْأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ اللَّهِ  ۚ إِن يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ

    вə`иŋŋ-туты' əкc̃əрō мəŋŋ-фииль-əрды йудыллююкə 'əŋŋ-сəбиилиль-лəh, ий-йəттəби'уунə ильлəəз̃-з̃ōннə вə`ин hум ильлəə йəхрусуун

    Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər.
  • 6:117

    إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِ  ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

    иннə рōббəкə hувə ə'лəму мəй-йəдыллю 'əŋŋ-сəбиилиh, вəhувə ə'лəму би-ль-муhтəдиин

    Həqiqətən, Rəbbin Özü Onun yolundan azanı(n halını) daha yaxşı bilir. O, doğru yolu tapanları(n halını) da daha yaxşı bilir.
  • 6:118

    فَكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ إِن كُنتُم بِآيَاتِهِ مُؤْمِنِينَ

    фəкулюю миммəə з̃укирō-смул-лаhи 'əлэйhи иŋŋ-куŋŋтумм-би`əəйəəтиhи му`миниин

    Buna görə də, əgər Onun ayələrinə imanınız varsa (müşriklərin kəsərkən başı üstündə bütlərin adını çəkdiklərindən deyil başı) üzərində Allahın adı çəkilmiş şeydən yeyin.
  • 6:119

    وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا اضْطُرِرْتُمْ إِلَيْهِ  ۗ وَإِنَّ كَثِيرًا لَّيُضِلُّونَ بِأَهْوَائِهِم بِغَيْرِ عِلْمٍ  ۗ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ

    вəмəə лəкум əльлəə тə`кулюю миммəə з̃укирō-смул-лаhи 'əлэйhи вəќōд фəссōлə лəкум-мəə həррōмə 'əлэйкум ильлəə мəə-дтуриртум илəйh, вə`иннə кəc̃иирōль-лəйудыллююнə би`əhвəə`иhимм-биґōйри 'ильм, иннə рōббəкə hувə ə'лəму би-ль-му'тəдиин

    Sizə nə olmuşdur ki, (kəsilərkən başı) üzərində Allahın adı çəkilən şeylərdən yemirsiniz, halbuki, O, sizə haram etdiklərini – zərurət halında (yeməyə) məcbur olduğunuz şey istisna olmaqla – bütün təfsilatı ilə bəyan etmişdir?! Şübhəsiz, (insanların) çoxu nadanlıq üzündən öz nəfsi istəkləri ilə (başqalarını) azdırırlar (deyirlər: «Bu necə olur ki, sizin öldürdükləriniz halal, Allahın öldürdüyü isə haramdır?!) Həqiqətən, sənin Rəbbin həddi aşanları (haqdan kənara çıxanların halını) daha yaxşı biləndir.
  • 6:120

    وَذَرُوا ظَاهِرَ الْإِثْمِ وَبَاطِنَهُ  ۚ إِنَّ الَّذِينَ يَكْسِبُونَ الْإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُوا يَقْتَرِفُونَ

    вəз̃əруу з̃ōōhирōль-иc̃ми вəбəəтынəh, иннəль-лəз̃иинə йəксибуунəль-иc̃мə сəйуджзəунə бимəə кəəнуу йəќтəрифуун

    Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar.
  • 6:121

    وَلَا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللَّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ  ۗ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَىٰ أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ  ۖ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ

    вəлəə тə`кулюю миммəə лəм йуз̃кəри-смул-лаhи 'əлэйhи вə`иннəhу лəфисќ, вə`иннəш-шəйəəтыынə лəйууhуунə илəə əулийəə`иhим лийуджəəдилююкум, вə`ин əтō'тумууhум иннəкум лəмушрикуун

    (Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş (və murdar olmuş) şeydən yeməyin ki, onu yemək əlbəttə, (Allaha qarşı) itaətsizlikdir. Həqiqətən, şeytanlar öz köməkçi və dostlarına sizinlə mübahisə edərək çəkişsinlər deyə gizlincə («Allahın öldürmüş olduğu heyvan sizin öldürdüyünüzdən daha yaxşıdır» kimi sözlər) təlqin edirlər. Əgər onlara itaət etsəniz, onda siz də (ya doğrudan da) müşriksiniz (ya da müşrik hökmündəsiniz).
  • 6:122

    أَوَمَن كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَن مَّثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِّنْهَا  ۚ كَذَ‌ٰلِكَ زُيِّنَ لِلْكَافِرِينَ مَا كَانُوا يَعْمَلُونَ

    əвəмəŋŋ-кəəнə мəйтəн фə`əhйəйнəəhу вəджə'əльнəə лəhу нуурōй-йəмшии биhи фиин-нəəси кəмəмм-мəc̃əлюhу фииз̃-з̃улюмəəти лэйсə бихōōриджимм-минhəə, кəз̃əəликə зуййинə ли-ль-кəəфириинə мəə кəəнуу йə'мəлююн

    Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir.
  • 6:123

    وَكَذَ‌ٰلِكَ جَعَلْنَا فِي كُلِّ قَرْيَةٍ أَكَابِرَ مُجْرِمِيهَا لِيَمْكُرُوا فِيهَا  ۖ وَمَا يَمْكُرُونَ إِلَّا بِأَنفُسِهِمْ وَمَا يَشْعُرُونَ

    вəкəз̃əəликə джə'əльнəə фии кулли ќōрйəтин əкəəбирō муджримииhəə лийəмкуруу фииhəə, вəмəə йəмкуруунə ильлəə би`əŋŋфусиhим вəмəə йəш'уруун

    Beləcə (Məkkədə olduğu kimi) Biz hər bir topluda (onların küfr və günah edərək haqdan üz döndərmələrinin cəzası olaraq) günahkar camaatın başçılarını hiylə-kələk işlədən (və camaatın peyğəmbərlərin dəvətlərinə iman gətirmələrinə mane olan) etdik. Lakin (əslində) onlar yalnız özlərinə (qarşı) hiylə-kələk işlədirlər və (bunu) dərk etmirlər.
  • 6:124

    وَإِذَا جَاءَتْهُمْ آيَةٌ قَالُوا لَن نُّؤْمِنَ حَتَّىٰ نُؤْتَىٰ مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللَّهِ  ۘ اللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ  ۗ سَيُصِيبُ الَّذِينَ أَجْرَمُوا صَغَارٌ عِندَ اللَّهِ وَعَذَابٌ شَدِيدٌ بِمَا كَانُوا يَمْكُرُونَ

    вə`из̃əə джəə`əтhум əəйəтун ќōōлюю лəн-ну`минə həттəə ну`тəə миc̃лə мəə уутийə русулюл-лаhиль-лəhу ə'лəму həйc̃у йəдж'əлю рисəəлəтəh, сəйусыыбуль-лəз̃иинə əджрōмуу сōґōōрун 'иŋŋдəл-лаhи вə'əз̃əəбун шəдиидумм-бимəə кəəнуу йəмкуруун

    Onlara (Qüreyş kafirlərinə) bir ayə və möcüzə gələn zaman «Allahın peyğəmbərlərinə verilmiş şey (peyğəmbərlik, kitab və möcüzə) bizə də verilməyincə əsla iman gətirmərik!» deyirlər. Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir. Tezliklə günah etmiş kəslərə işlətdikləri hiylənin cəzası olaraq Allahın yanında zillət, xarlıq və şiddətli əzab yetişəcəkdir.
  • 6:125

    فَمَن يُرِدِ اللَّهُ أَن يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ  ۖ وَمَن يُرِدْ أَن يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ  ۚ كَذَ‌ٰلِكَ يَجْعَلُ اللَّهُ الرِّجْسَ عَلَى الَّذِينَ لَا يُؤْمِنُونَ

    фəмəй-йуридиль-лəhу əй-йəhдийəhу йəшрōh сōдрōhу ли-ль-ислəəм, вəмəй-йурид əй-йудыльлəhу йəдж'əль сōдрōhу дōййиќōн həрōджəн кə`əннəмəə йəссō''əду фиис-сəмəə, кəз̃əəликə йəдж'əлюл-лаhур-риджсə 'əлəəль-лəз̃иинə лəə йу`минуун

    Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar.
  • 6:126

    وَهَـٰذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِيمًا  ۗ قَدْ فَصَّلْنَا الْآيَاتِ لِقَوْمٍ يَذَّكَّرُونَ

    вəhəəз̃əə сырōōту рōббикə мустəќиимə, ќōд фəссōльнəəль-əəйəəти лиќōумий-йəз̃з̃əккəруун

    Bu (Quran və din), sənin Rəbbinin doğru yoludur. Doğrudan da Biz (Öz tovhid) ayələri(mizi və dinin haqq olmasını) öyüd götürən bir dəstə üçün ətraflı bəyan etdik.
  • 6:127

     ۞ لَهُمْ دَارُ السَّلَامِ عِندَ رَبِّهِمْ  ۖ وَهُوَ وَلِيُّهُم بِمَا كَانُوا يَعْمَلُونَ

    лəhум дəəрус-сəлəəми 'иŋŋдə рōббиhим, вəhувə вəлиййуhумм-бимəə кəəнуу йə'мəлююн

    Onlar üçün Rəbblərinin yanında (hər bir zərər-ziyandan və naqislikdən uzaq olan və bir-birlərinə yalnız salam verdikləri) «Darus-səlam» vardır. Və O, (dünyada) etdikləri əməllərin mükafatı olaraq onların dostu və yardımçısıdır.
  • 6:128

    وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا يَا مَعْشَرَ الْجِنِّ قَدِ اسْتَكْثَرْتُم مِّنَ الْإِنسِ  ۖ وَقَالَ أَوْلِيَاؤُهُم مِّنَ الْإِنسِ رَبَّنَا اسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَبَلَغْنَا أَجَلَنَا الَّذِي أَجَّلْتَ لَنَا  ۚ قَالَ النَّارُ مَثْوَاكُمْ خَالِدِينَ فِيهَا إِلَّا مَا شَاءَ اللَّهُ  ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ

    вəйəумə йəhшуруhум джəмии'əй-йəə мə'шəрōль-джинни ќōди-стəкc̃əртум-минəль-иŋŋс, вəќōōлə əулийəə`уhум-минəль-иŋŋси рōббəнəə-стəмтə'ə бə'дунəə бибə'дыу-вəбəлəґнəə əджəлəнəəль-лəз̃ии əджджəльтə лəнəə, ќōōлəн-нəəру мəc̃вəəкум хōōлидиинə фииhəə ильлəə мəə шəə`əл-лаh, иннə рōббəкə həкиимун 'əлиим

    Və (yada sal) o gün(ü) ki, (Allah) onların (insan və şeytanların) hamısını toplayacaq (və buyuracaqdır): «Ey şeytanlar dəstəsi, insanlardan bolluca bəhrələndiniz (onların çoxusunu öz davamçınız etdiniz)». Və onların insanlardan olan dostları deyəcəklər: «Ey Rəbbimiz, biz iki tayfa bəzimiz bəzimizdən istifadə etdik (onlar çoxlu sayda insanı azdıraraq yoldan çıxarmalarının ləzzətini daddılar və biz, onların göstərişləri ilə sürdüyümüz keflərin ləzzətini daddıq) və bizim üçün təyin etdiyin o (ömür) müddət(inə və o bədbəxtlik həddin)ə gəlib çatdıq». (Allah) buyuracaq: «Sizin yeriniz oddur, orada əbədi qalacaqsınız, Allahın (əbədi qalmamağınızı) istəməsi istisna olmaqla (ki, Allah da həmin oddan çıxmağınızı istəməyəcəkdir). Həqiqətən, sənin Rəbbin hikmətli və biləndir (bilir ki, kimə və nə qədər əzab versin)».
  • 6:129

    وَكَذَ‌ٰلِكَ نُوَلِّي بَعْضَ الظَّالِمِينَ بَعْضًا بِمَا كَانُوا يَكْسِبُونَ

    вəкəз̃əəликə нувəллии бə'дōз̃-з̃ōōлимиинə бə'дōмм-бимəə кəəнуу йəксибуун

    Beləcə əldə etdiklərinin (günahlarının) cəzası olaraq zalımların bəzisini (digər) bəzisinə hakim edərik.
  • 6:130

    يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي وَيُنذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَـٰذَا  ۚ قَالُوا شَهِدْنَا عَلَىٰ أَنفُسِنَا  ۖ وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا وَشَهِدُوا عَلَىٰ أَنفُسِهِمْ أَنَّهُمْ كَانُوا كَافِرِينَ

    йəə мə'шəрōль-джинни вəəль`иŋŋси əлəм йə`тикум русулюмм-миŋŋкум йəќуссуунə 'əлэйкум əəйəəтии вəйуŋŋз̃ируунəкум лиќōō`ə йəумикум həəз̃əə, ќōōлюю шəhиднəə 'əлəə əŋŋфусинəə, вəґōррōтhумуль-həйəəтуд-дунйəə вəшəhидуу 'əлəə əŋŋфусиhим əннəhум кəəнуу кəəфириин

    (Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki): «Ey cin və ins (insan) tayfası, məgər sizə özünüzdən Mənim ayələrimi (təkrar-təkrar) sizə oxuyan və sizi bu günkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədi?» Deyərlər: «Biz öz əleyhimizə şəhadət veririk (bəli, peyğəmbərlər gəldilər və qorxutdular)». Dünya həyatı onları aldatdı və (buna görə də) özlərinin əleyinə şəhadət verərlər ki, kafir olublar.
Ayə əlfəcinə əlavə olundu
Ayə əlfəcindən silindi