Surə 104 · 9 ayə

surah104

Huməza (İftiraçı)

Məkkə·9 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ١

Vəylun llikulli huməzətin lluməzəh

İnsanlarda eyib axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına.

2Ayə 2

ٱلَّذِى جَمَعَ مَالاً وَعَدَّدَهُۥ٢

Əlləzi cəmə'ə malən və'əddədəh

O kəs ki, mal yığıb onu dönə-dönə sayar (və bu mal-dövləti necə əldə edib, necə xərcləmək barədə Allahın əmrinə heç bir əhəmiyyət verməz).

3Ayə 3

يَحْسَبُ أَنَّ مَالَهُۥٓ أَخْلَدَهُۥ٣

Yəhsəbu ənnə maləhu əxlədəh

Və elə zənn edər ki, mal-dövlət onu əbədi yaşadacaqdır (və ölüm, yaxud bədbəxt hadisələr onu haqlamayacaqdır).

4Ayə 4

كَلَّا‌ۖ لَيُنۢبَذَنَّ فِى ٱلْحُطَمَةِ٤

Kəlla, ləyumbəzənnə fil hutaməh

(Xeyr,) belə deyildir, şübhəsiz, o Hutəməyə (əzən oda) atılacaqdır.

5Ayə 5

وَمَآ أَدْرَٮٰكَ مَا ٱلْحُطَمَةُ٥

Və ma ədrakə mal hutaməh

Və sən nə bilirsən ki, Hutəmə nədir?!

6Ayə 6

نَارُ ٱللَّهِ ٱلْمُوقَدَةُ٦

Naru əllah əl muqədəh

O, Allahın yanar odudur.

7Ayə 7

ٱلَّتِى تَطَّلِعُ عَلَى ٱلْأَفْــِٔدَةِ٧

Əlləti təttali'u əlal əf`idəh

Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb-yaxar).

8Ayə 8

إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ٨

Innəha ələyhim-mu`sadəh

Həqiqətən, o odun qapısı (ondan xilas yolu) onların üzünə qapanar (və çıxış yolları olmaz).

9Ayə 9

فِى عَمَدٍ مُّمَدَّدَةِۭ٩

Fi əmədin mmuməddədəh

Onlar hündür sütunlara (bağlanarlar və cəzalanarlar).

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)