бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
سُبْحَـٰنَ ٱلَّذِىٓ أَسْرَىٰ بِعَبْدِهِۦ لَيْلاً مِّنَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ إِلَى ٱلْمَسْجِدِ ٱلْأَقْصَا ٱلَّذِى بَـٰرَكْنَا حَوْلَهُۥ لِنُرِيَهُۥ مِنْ ءَايَـٰتِنَآۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ١
Subhanə əlləzi əsra bi'əbdihi ləylən mminəl məscidil hərami ilal məscidil əqsa əlləzi barəkna həvləhu linuriyəhu min ayatina innəhu huvəs səmi'ul bəsir
Öz bəndəsini (Muhəmmədi (s)) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır).
وَءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ وَجَعَلْنَـٰهُ هُدًى لِّبَنِىٓ إِسْرَٲٓءِيلَ أَلَّا تَتَّخِذُواْ مِن دُونِى وَكِيلاً٢
Vəatəyna musal kitabə vəcə'əlnahu hudən llibəni isra`ilə əlla təttəxizu min duni vəkilə
Biz Musaya kitab (Tövrat və səhifələr) verdik və onu və onun kitabını İsrail övladlarının bələdçisi etdik ki, (onlara) «Məndən başqa heç kəsi (dünya və axirət işlərinizin) vəkil və idarə edən(i) tutmayın» (desinlər).
ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍۚ إِنَّهُۥ كَانَ عَبْدًا شَكُورًا٣
Zurriyyətə mən həməlna mə'ə nuh, innəhu kanə əbdən şəkurə
(İsrail övladları) Nuhla birlikdə (gəmiyə) mindirdiyimiz kəslərin övladlarıdır. Çünki o, şükr edən bir bəndə idi.
وَقَضَيْنَآ إِلَىٰ بَنِىٓ إِسْرَٲٓءِيلَ فِى ٱلْكِتَـٰبِ لَتُفْسِدُنَّ فِى ٱلْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا٤
Vəqəzayna ila bəni isra`ilə fil kitabi lətufsidunnə fil ərzi mərrətəyni vələtə'lunnə uluvvən kəbirə
Biz İsrail övladlarına (Tövrat) kitablarında qəti hökm verdik və elan etdik ki: Şübhəsiz, siz yer üzündə (Fələstində) iki dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə mürtəkib olacaqsınız.
فَإِذَا جَآءَ وَعْدُ أُولَـٰهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَّنَآ أُوْلِى بَأْسٍ شَدِيدٍ فَجَاسُواْ خِلَـٰلَ ٱلدِّيَارِۚ وَكَانَ وَعْدًا مَّفْعُولاً٥
Fə`iza ca`ə və'du ulahuma bə'əsna ələykum ibadən lləna uli bə`sin şədidin fəcasu xilaləd diyar, vəkanə və'dən mməf'ulə
Beləliklə, o iki itaətsizliyin birincisinin (cəzasının) vəd edilmiş vaxtı çatanda, Özümüzün çox döyüşkən olan bəzi bəndələrimizi sizin üzərinizə göndərərik. Beləliklə onlar (sizi öldürmək üçün hətta) evlərin içini axtararlar (ki, heç kimi diri qoymasınlar). Bu, baş verəcək qəti bir vəddir.
ثُمَّ رَدَدْنَا لَكُمُ ٱلْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَـٰكُم بِأَمْوَٲلٍ وَبَنِينَ وَجَعَلْنَـٰكُمْ أَكْثَرَ نَفِيرًا٦
Summə rədədna ləkumul kərrətə ələyhim və`əmdədnakum bi`əmvalin vəbəninə vəcə'əlnakum əksərə nəfirə
Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və sizi say baxımından (onlardan) çox edərik.
إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْۖ وَإِنْ أَسَأْتُمْ فَلَهَاۚ فَإِذَا جَآءَ وَعْدُ ٱلْأَخِرَةِ لِيَسُــۥٓــُٔواْ وُجُوهَكُمْ وَلِيَدْخُلُواْ ٱلْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍ وَلِيُتَبِّرُواْ مَا عَلَوْاْ تَتْبِيرًا٧
In əhsəntum əhsəntum li`ənfusikum, və`in əsə`tum fələha, fə`iza ca`ə və'dul axirəti liyəsu`u vucuhəkum vəliyədxulul məscidə kəma dəxəluhu əvvələ mərrətin vəliyutəbbiru ma ələv tətbirə
Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir. Digər (itaətsizliyin cəzasının) vəd edilmiş vaxt(ı) çatanda, üzlərinizi (məğlubiyyətin və əzabın şiddətindən) qəmli və qara etmək, birinci dəfə daxil olduqları kimi, məscidə (Məscidül-Əqsaya) daxil olmaq və əllərinə keçəni məhv etmək üçün (üzərinizə düşmənlər göndərərik).
عَسَىٰ رَبُّكُمْ أَن يَرْحَمَكُمْۚ وَإِنْ عُدتُّمْ عُدْنَاۘ وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَـٰفِرِينَ حَصِيرًا٨
Əsa rəbbukum ən yərhəməkum, və`in uttum udna, vəcə'əlna cəhənnəmə lilkafirinə həsirə
(İkinci məğlubiyyətdən sonra əgər tövbə edib haqqa üz tutsanız) ümid var ki, Rəbbiniz sizə rəhm etsin (və dövlət və müstəqilliyinizi yenidən qaytarsın) və əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün dar bir zindan etmişik.
إِنَّ هَـٰذَا ٱلْقُرْءَانَ يَهْدِى لِلَّتِى هِىَ أَقْوَمُ وَيُبَشِّرُ ٱلْمُؤْمِنِينَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلصَّـٰلِحَـٰتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا٩
Innə hazal qur`-anə yəhdi lilləti hiyə əqvəmu vəyubəşşirul mu`mininə əlləzinə yə'məlunəs salihati ənnə ləhum əcrən kəbirə
Həqiqətən, bu Quran (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir.
وَأَنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْأَخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا١٠
Və`ənnə əlləzinə la yu`minunə bilaxirəti ə'tədna ləhum əzabən əlimə
Və axirətə iman gətirməyənlər üçün isə ağrılı bir əzab hazırlamağımızı!
وَيَدْعُ ٱلْإِنسَـٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلْخَيْرِۖ وَكَانَ ٱلْإِنسَـٰنُ عَجُولاً١١
Vəyəd'ul insanu biş şərri du'a`əhu bilxəyr, vəkanəl insanu əculə
İnsan (həqiqəti bilmədiyi üçün, yaxud qəzəb halında Allahdan) xeyir istədiyi kimi, şər və zərər (də) istəyir. İnsan (təbiətcə) tələsəndir (nəfsi istəklərinin tələb etdiyi şeyi onun aqibətini düşünmədən istəyir).
وَجَعَلْنَا ٱلَّيْلَ وَٱلنَّهَارَ ءَايَتَيْنِۖ فَمَحَوْنَآ ءَايَةَ ٱلَّيْلِ وَجَعَلْنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبْصِرَةً لِّتَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَۚ وَكُلَّ شَىْءٍ فَصَّلْنَـٰهُ تَفْصِيلاً١٢
Vəcə'əlna əlləylə vən nəharə ayətəyn, fəməhəvna ayətə əlləyli vəcə'əlna ayətən nəhari mubsirətən llitəbtəğu fəzlən min rrəbbikum vəlitə'ləmu ədədəs sininə vəl hisab, vəkullə şəy`in fəssalnahu təfsilə
Biz, gecə ilə gündüzü (Öz tovhid, qüdrət və hikmətimizin) iki nişanə(si) etdik. Beləliklə, gecə olan nişanəni qaranlıq, gündüz olan nişanəni isə işıqlı etdik ki, siz (aydınlıqda) Rəbbinizdən lütf və mərhəmət istəyəsiniz (işləmək və qazanc əldə etməklə məşğul olasınız) və həmçinin (gecə ilə gündüzün birləşməsindən ay, ayların birləşməsindən il düzəldəsiniz və onun vasitəsi ilə) illərin sayını və hesabı (işlərin, müqavilələrin, ömürlərin, hadisələrin hesabını) biləsiniz. Biz hər bir şeyi ona münasib təfsilatı ilə izah etmişik.
وَكُلَّ إِنسَـٰنٍ أَلْزَمْنَـٰهُ طَـٰٓئِرَهُۥ فِى عُنُقِهِۦۖ وَنُخْرِجُ لَهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ كِتَـٰبًا يَلْقَـٰهُ مَنشُورًا١٣
Vəkullə insanin əlzəmnahu ta`irəhu fi unuqih, vənuxricu ləhu yəvməl qiyaməti kitabən yəlqahu mənşurə
Hər bir insanın (əməlinin qeybdən onun üçün qərara alınaraq tərəfinə uçmuş gözəl və ya uğursuz) taleyini (boyunduruq kimi) onun boynunda zəruri və sabit etdik. Qiyamət günü onun üçün, açıq şəkildə görəcəyi bir yazı çıxararıq.
ٱقْرَأْ كِتَـٰبَكَ كَفَىٰ بِنَفْسِكَ ٱلْيَوْمَ عَلَيْكَ حَسِيبًا١٤
Iqrə` kitabəkə kəfa binəfsikəl yəvmə ələykə həsibə
(Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən».
مَّنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَاۚ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولاً١٥
Məni htəda fə`innəma yəhtədi linəfsih, və mən zallə fə`innəma yəzillu ələyha, və la təziru vazirətun vizrə uxra, və ma kunna mu'əzzibinə hətta nəb'əsə rəsulə
Kim doğru yola gəlsə ancaq öz xeyirinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik.
وَإِذَآ أَرَدْنَآ أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُواْ فِيهَا فَحَقَّ عَلَيْهَا ٱلْقَوْلُ فَدَمَّرْنَـٰهَا تَدْمِيرًا١٦
Və`iza ərədna ən-nuhlikə qəryətən əmərna mutrəfiha fəfəsəqu fiha fəhəqqə ələyhal qəvlu fədəmmərnaha tədmirə
Biz hər hansı bir cəmiyyəti (azğınlıqlarına görə) həlak etmək istəyəndə, onların böyüklərinə və əyyaşlarına (Qiyamətdə bəhanə gətirmələrinə yer qoymamaq üçün bir daha Allaha itaət etmələrini) əmr edərik (yaxud onların dünyadakı imkanlarını artırarıq). Belə olduqda onlar həmin mühitdə Allaha qarşı itaətsizlik edərlər (və digər təbəqələr də onlara tabe olarlar, yaxud onların günahlarına razı olarlar). Beləliklə, Bizim (azğınları məhv etməkdən ibarət) qəti və əzəli hökmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik.
وَكَمْ أَهْلَكْنَا مِنَ ٱلْقُرُونِ مِنۢ بَعْدِ نُوحٍۗ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرَۢا بَصِيرًا١٧
Vəkəm əhləkna minəl quruni min bə'di nuh, vəkəfa birəbbikə bizunubi ibadihi xəbirən bəsirə
Nuhdan sonra (Ad, Səmud və Lut qövmü kimi bir-birlərinə yaxın əsrlərdə olmuş) neçə-neçə cəmiyyətləri həlak etdik. Sənin Rəbbinin Öz bəndələrinin günahlarını (onlara uyğun cəza verməsi üçün) bilməsi və görməsi kifayətdir.
مَّن كَانَ يُرِيدُ ٱلْعَاجِلَةَ عَجَّلْنَا لَهُۥ فِيهَا مَا نَشَآءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُۥ جَهَنَّمَ يَصْلَـٰهَا مَذْمُومًا مَّدْحُورًا١٨
Mən kanə yuridul acilətə əccəlna ləhu fiha ma nəşau limən-nuridu summə cə'əlna ləhu cəhənnəmə yəslaha məzmumən mmədhurə
Kim yalnız bu ötəri nəqdi (dünyanı) istəsə, Biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra onun üçün Cəhənnəmi müəyyənləşdirərik ki, orada məzəmmət olunmuş və qovulmuş halda yanar.
وَمَنْ أَرَادَ ٱلْأَخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُوْلَـٰٓئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًا١٩
Və mən əradəl axirətə vəsə'a ləha sə'yəha və huvə mu`minun fə`ula`ikə kanə sə'yuhum-məşkurə
Və kim axirəti istəsə və mömin olan halda axirət üçün ona layiq tərzdə çalışsa, onda belə şəxslərin səyləri qəbul ediləcək və mükafatlandırılacaqdır.
كُلاًّ نُّمِدُّ هَـٰٓؤُلَآءِ وَهَـٰٓؤُلَآءِ مِنْ عَطَآءِ رَبِّكَۚ وَمَا كَانَ عَطَآءُ رَبِّكَ مَحْظُورًا٢٠
Kullən nnumiddu ha`ula`i vəha`ula`i min əta`i rəbbik, və ma kanə əta`u rəbbikə məhzurə
Bunların və onların (axirət və dünya istəyənlərin) hər birinə Rəbbinin əta etdiyindən kömək yetirərik. Və sənin Rəbbinin ətası əsla (bir kəsə) qadağan olunmamışdır (dünyada bütün mənəvi və maddi nemətlər mömin və ya kafir olmasından asılı olmayaraq bütün insanların ixtiyarında qoyulmuşdur).
ٱنظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍۚ وَلَلْأَخِرَةُ أَكْبَرُ دَرَجَـٰتٍ وَأَكْبَرُ تَفْضِيلاً٢١
Unzur kəyfə fəzzalna bə'zahum əla bə'z, vələlaxirətu əkbəru dərəcatin və`əkbəru təfzilə
Bax gör (maddi və mənəvi nemətlər baxımından) onların bəzisini bəzisindən necə üstün etmişik və əlbəttə, axirət dərəcələr və üstünlüklər baxımından daha böyükdür.
لَّا تَجْعَلْ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ فَتَقْعُدَ مَذْمُومًا مَّخْذُولاً٢٢
La təc'əl mə'ə əllah ilahən axərə fətəq'udə məzmumən mməxzulə
Allahla birlikdə əsla başqa bir məbud götürmə ki, (mələklərin və saleh insanların yanında) qınanmış və (Allahın yanında) məzəmmət olunmuş, xar və köməksiz düşüb qalarsan.
وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوٓاْ إِلَّآ إِيَّاهُ وَبِٱلْوَٲلِدَيْنِ إِحْسَـٰنًاۚ إِمَّا يَبْلُغَنَّ عِندَكَ ٱلْكِبَرَ أَحَدُهُمَآ أَوْ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَآ أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلاً كَرِيمًا٢٣
Vəqəza rəbbukə əlla tə'budu illa iyyahu vəbilvalidəyni ihsanə, imma yəbluğənnə indəkəl kibərə əhəduhuma əv kilahuma fəla təqul-ləhuma uffin və la tənhərhuma vəqul-ləhuma qəvlən kərimə
Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr (onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını büruzə vermə, hətta) onlara «uf» demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de».
وَٱخْفِضْ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ مِنَ ٱلرَّحْمَةِ وَقُل رَّبِّ ٱرْحَمْهُمَا كَمَا رَبَّيَانِى صَغِيرًا٢٤
Vaxfiz ləhuma cənahəz zulli minə rrəhməti vəqul rrəbbi rhəmhuma kəma rəbbəyani sağirə
Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!
رَّبُّكُمْ أَعْلَمُ بِمَا فِى نُفُوسِكُمْۚ إِن تَكُونُواْ صَـٰلِحِينَ فَإِنَّهُۥ كَانَ لِلْأَوَّٲبِينَ غَفُورًا٢٥
Rəbbukum ə'ləmu bima fi nufusikum, in təkunu salihinə fə`innəhu kanə lil`əvvabinə ğəfurə
Rəbbiniz sizin ürəklərinizdə olanı (əgər qəlbinizdə ata-ananızdan bezarsınızsa və ya onlara zülm etmisinizsə, bunları) daha yaxşı bilir. Əgər özünüzü islah etsəniz (və etdiyiniz səhvdən Allaha tərəf qayıtsanız) Allah qayıdanları mütləq bağışlayandır.
وَءَاتِ ذَا ٱلْقُرْبَىٰ حَقَّهُۥ وَٱلْمِسْكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا٢٦
Vəati zal qurba həqqəhu vəl miskinə vabnəs səbili və la tubəzzir təbzirə
Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə (malı haram yolda xərcləmə və halal yolda xərcləməkdə həddini aşma).
إِنَّ ٱلْمُبَذِّرِينَ كَانُوٓاْ إِخْوَٲنَ ٱلشَّيَـٰطِينِۖ وَكَانَ ٱلشَّيْطَـٰنُ لِرَبِّهِۦ كَفُورًا٢٧
Innəl mubəzzirinə kanu ixvanəş şəyatin, vəkanəş şəytanu lirəbbihi kəfurə
Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və Şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankor olub.
وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ٱبْتِغَآءَ رَحْمَةٍ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلاً مَّيْسُورًا٢٨
Və`imma tu'rizannə ənhumu btiğa`ə rəhmətin min rrəbbikə tərcuha fəqul-ləhum qəvlən mməysurə
Əgər (əlin boş olduğuna görə və) Rəbbin tərəfindən axtardığın rəhmət (sənə gəlməsi və sənin də onlara verərək ehtiyaclarını aradan qaldırmaq) ümidi ilə onlardan üz çevirməli olsan da, onlara yumşaq bir söz de.
وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ ٱلْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَّحْسُورًا٢٩
Və la təc'əl yədəkə məğlulətən ila unuqikə və la təbsutha kulləl bəsti fətəq'udə məlumən mməhsurə
Və əlini bağlayıb boynuna qoyma (vacibləri verməkdə xəsislik etmə) və onu tamamilə də açma (özün möhtac olacağın həddə qədər vermə) ki, qınanmış və aciz halda düşüb qalarsan.
إِنَّ رَبَّكَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرَۢا بَصِيرًا٣٠
Innə rəbbəkə yəbsutu rrizqə limən yəşau vəyəqdir, innəhu kanə bi'ibadihi xəbirən bəsirə
Həqiqətən, sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar. Əlbəttə, O həmişə Öz bəndələrindən xəbərdar və (onları) görəndir (onların fərdi və ictimai hallarını bilir).
وَلَا تَقْتُلُوٓاْ أَوْلَـٰدَكُمْ خَشْيَةَ إِمْلَـٰقٍۖ نَّحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْۚ إِنَّ قَتْلَهُمْ كَانَ خِطْــًٔا كَبِيرًا٣١
Və la təqtulu əvladəkum xəşyətə imlaq, nəhnu nərzuquhum və`iyyakum, innə qətləhum kanə xit`ən kəbirə
Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Həqiqətən, onları öldürmək böyük günahdır.
وَلَا تَقْرَبُواْ ٱلزِّنَىٰٓۖ إِنَّهُۥ كَانَ فَـٰحِشَةً وَسَآءَ سَبِيلاً٣٢
Və la təqrəbuz zina, innəhu kanə fahişətən vəsa`ə səbilə
Və zinaya yaxınlaşmayın (hətta onun üçün müqəddimə ola biləcək əməllərdən uzaq olun), çünki o çox çirkin (bir əməl) və (cəmiyyətin pozulması və onun mənəviyyatsızlığı ilə nəticələnən) pis bir yoldur.
وَلَا تَقْتُلُواْ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّۗ وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِۦ سُلْطَـٰنًا فَلَا يُسْرِف فِّى ٱلْقَتْلِۖ إِنَّهُۥ كَانَ مَنصُورًا٣٣
Və la təqtulun nəfsə əlləti hərrəmə əllahu illa bilhəqq, və mən qutilə məzlumən fəqəd cə'əlna livəliyyihi sultanən fəla yusrif-fil qətl, innəhu kanə mənsurə
Və Allahın (bütün şəriətlərdə toxunulmazlıq hüququ verdiyi və öldürülməsini) haram buyurduğu canı, (qisas, dindən dönmə və şəri hədlər kimi) haqq (əsaslar) istisna olmaqla öldürməyin. Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik. Beləliklə, o, öldürmək zamanı həddi aşmamalıdır (işkəncə verməməli, öldürdüyü şəxsin bədən üzvlərini kəsib-doğramamalı, yaxud bir nəfərdən artıq öldürməməlidir). Çünki ona (bu hökmün çıxarılması ilə) kömək olunmuşdur (və qisas alınan şəxs də, məhkumiyyətindən artıq cəzalandırılmamaq barəsində Bizim köməyimiz altındadır).
وَلَا تَقْرَبُواْ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُۥۚ وَأَوْفُواْ بِٱلْعَهْدِۖ إِنَّ ٱلْعَهْدَ كَانَ مَسْــُٔولاً٣٤
Və la təqrəbu maləl yətimi illa billəti hiyə əhsənu hətta yəbluğə əşuddəh, və`əvfu bil'əhd, innəl əhdə kanə məs`ulə
Və yetimin malına – gözəl bir tərzdə olan (şəriətin icazə verdiyi və malın və ya onun sahibinin xeyirinə olan) istisna olmaqla – o (yetim), həddi-büluğa çatana (onun cismi və əqli qüvvələri zahir olana) kimi yaxınlaşmayın (heç cür toxunmayın). Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin. Həqiqətən, (Qiyamət günü) peymandan soruşulacaqdır (peyman sahibindən, ya canlandırılaraq peymanın özündən soruşacaqlar).
وَأَوْفُواْ ٱلْكَيْلَ إِذَا كِلْتُمْ وَزِنُواْ بِٱلْقِسْطَاسِ ٱلْمُسْتَقِيمِۚ ذَٲلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلاً٣٥
Və`əvful kəylə iza kiltum vəzinu bilqistasil mustəqim, zalikə xəyrun və`əhsənu tə`vilə
Və (hər hansı bir malı verəndə və ya alanda) ölçən zaman, ölçü qabını doldurun və (həmçinin) düzgün tərəzi ilə çəkin ki, bu (ölçü və çəkidə xəyanət etməmək ağıl baxımından) xeyirdir və (cəmiyyətin etimadının qorunması baxımından) onun sonu və nəticəsi daha gözəldir.
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌۚ إِنَّ ٱلسَّمْعَ وَٱلْبَصَرَ وَٱلْفُؤَادَ كُلُّ أُوْلَـٰٓئِكَ كَانَ عَنْهُ مَسْــُٔولاً٣٦
Və la təqfu ma ləysə ləkə bihi ilm, innəs səm'ə vəl bəsarə vəl fu`adə kullu ula`ikə kanə ənhu məs`ulə
(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır).
وَلَا تَمْشِ فِى ٱلْأَرْضِ مَرَحًاۖ إِنَّكَ لَن تَخْرِقَ ٱلْأَرْضَ وَلَن تَبْلُغَ ٱلْجِبَالَ طُولاً٣٧
Və la təmşi fil ərzi mərəhə, innəkə lən təxriqəl ərza vələn təbluğəl cibalə tulə
Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə. Çünki sən (nə qədər qüvvətli olsan da) heç vaxt (öz addımlarınla) yeri yara bilməz və heç vaxt ucalıqda dağlara çata bilməzsən.
كُلُّ ذَٲلِكَ كَانَ سَيِّئُهُۥ عِندَ رَبِّكَ مَكْرُوهًا٣٨
Kullu zalikə kanə səyyi`uhu ində rəbbikə məkruhə
Bunların (sadalanın bu iyirmi üç işin) hamısının pisi (və fəsadı olanı) sənin Rəbbinin yanında bəyənilməzdir (və Allahın onları bəyənməməsi onların haram olmaları deməkdir).
ذَٲلِكَ مِمَّآ أَوْحَىٰٓ إِلَيْكَ رَبُّكَ مِنَ ٱلْحِكْمَةِۗ وَلَا تَجْعَلْ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ فَتُلْقَىٰ فِى جَهَنَّمَ مَلُومًا مَّدْحُورًا٣٩
Zalikə mimma əvha iləykə rəbbukə minəl hikməh, və la təc'əl mə'ə əllah ilahən axərə fətulqa fi cəhənnəmə məlumən mmədhurə
Bu (iyirmi neçə vacib və haram xislət), Rəbbinin sənə vəhy etdiyi bəzi hikmətlərdəndir (şəriət hökmləri və əqli qanunlardandır). Və Allahla yanaşı əsla başqa bir məbud götürmə ki, (Allah və vicdan tərəfindən) qınanmış və (yaxşıların zümrəsindən) qovulmuş halda Cəhənnəmə atılarsan.
أَفَأَصْفَـٰكُمْ رَبُّكُم بِٱلْبَنِينَ وَٱتَّخَذَ مِنَ ٱلْمَلَـٰٓئِكَةِ إِنَـٰثًاۚ إِنَّكُمْ لَتَقُولُونَ قَوْلاً عَظِيمًا٤٠
Əfə`əsfakum rəbbukum bilbəninə vattəxəzə minəl məla`ikəti inasə, innəkum lətəqulunə qəvlən əzimə
Məgər Rəbbiniz sizi oğullarla (oğlanları verməklə) seçmiş və Özü (övladlığa) mələklərdən qızlar götürmüşdür?! Həqiqətən, siz (Allahın övladının olduğunu demək və pis bildiyiniz şeyi Allaha nisbət verməklə) yekə-yekə danışırsınız.
وَلَقَدْ صَرَّفْنَا فِى هَـٰذَا ٱلْقُرْءَانِ لِيَذَّكَّرُواْ وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًا٤١
Vələqəd sarrəfna fi hazal qur`-ani liyəzzəkkəru və ma yəziduhum illa nufurə
Həqiqətən, Biz bu Quranda onların xatırlamaları və öyüd-nəsihət almaları üçün (Allahın tovhidi, şərikinin olmaması və digər məsələlər barəsində) müxtəlif açıqlamalar gətirdik. Lakin (bu) onlarda nifrət və uzaqlaşmaqdan başqa bir şey artırmır.
قُل لَّوْ كَانَ مَعَهُۥٓ ءَالِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَّٱبْتَغَوْاْ إِلَىٰ ذِى ٱلْعَرْشِ سَبِيلاً٤٢
Qul-ləv kanə mə'əhu alihətun kəma yəqulunə izən llabtəğəv ila zil ərşi səbilə
De: «Əgər onların dediyi kimi Allahla birgə (başqa) məbudlar (da) olsaydı, onda onlar (qalib gəlib Onu aradan götürmək və ya Onun mülkündə şərik olmaq və yaxud heç olmasa Onun dərgahına yaxın olmaq üçün) mütləq ərşin sahibi olan Allaha bir yol axtarardılar.
سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يَقُولُونَ عُلُوًّا كَبِيرًا٤٣
Subhanəhu vətə'ala əmma yəqulunə uluvvən kəbirə
(Allah) onların dediklərindən pakdır və uca, çox-çox ucadır!
تُسَبِّحُ لَهُ ٱلسَّمَـٰوَٲتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَـٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْۗ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا٤٤
Tusəbbihu ləhus səmavatus səb'u vəl ərzu və mən fihinn, və`in min şəy`in illa yusəbbihu bihəmdihi və lakin lla təfqəhunə təsbihəhum, innəhu kanə həlimən ğəfurə
Yeddi göy, yer və onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. Və (cansız təbiət, bitkilər aləmi, heyvanlar və onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını) tərifləyərək Onu pak sifətlərlə mədh etməsin. (Çünki hər bir məxluqun vücudu Onun vücuduna, mümkün olması Onun vacibliyinə, hadisliyi – sonradan yaranması Onun qədimliyinə – elə əzəldən, həmişə olmasına, naqisliyi Onun kamalına və məhdudluğu Onun qeyri-məhdud olmasına dəlalət edir.) Və lakin siz onların (həmin) mədhini başa düşmürsünüz (dilləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi ona qüdrətinizin çatmaması, vəziyyətləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi isə səhlənkarlığınızdır). Həqiqətən, O həlim və bağışlayandır (başa düşməyiniz üçün sizə möhlət verir, əgər başa düşməsəniz bağışlayır).
وَإِذَا قَرَأْتَ ٱلْقُرْءَانَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْأَخِرَةِ حِجَابًا مَّسْتُورًا٤٥
Və`iza qərə`təl qur`-anə cə'əlna bəynəkə vəbəynə əlləzinə la yu`minunə bilaxirəti hicabən mməsturə
Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik (onların rəzil əxlaqı, itaətsizlikləri və küfrləri görünməz bir pərdədir və onların Quran maarifinə diqqət yetirmələrinə mane olur).
وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًاۚ وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِى ٱلْقُرْءَانِ وَحْدَهُۥ وَلَّوْاْ عَلَىٰٓ أَدْبَـٰرِهِمْ نُفُورًا٤٦
Vəcə'əlna əla qulubihim əkinnətən ən yəfqəhuhu vəfi azanihim vəqrə, və`iza zəkərtə rəbbəkə fil qur`-ani vəhdəhu vəlləv əla ədbarihim nufurə
Və (küfrlərinin cəzası olaraq) onların qəlblərinə onu (Quranı) başa düşməmələri üçün (qürur, mal, və məqam məhəbbətindən ibarət) örtüklər çəkmişik və qulaqlarında bir ağırlıq (qoymuşuq). Və Quranda Rəbbinin birliyini yad etdiyin zaman, nifrətlə arxa çevirirlər.
نَّحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِۦٓ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَىٰٓ إِذْ يَقُولُ ٱلظَّـٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلاً مَّسْحُورًا٤٧
Nəhnu ə'ləmu bima yəstəmi'unə bihi iz yəstəmi'unə iləykə və`iz hum nəcva iz yəquluz zalimunə in təttəbi'unə illa rəculən mməshurə
Biz onlar (istehza və məsxərə üçün) sənə qulaq asan zaman səni nə məqsədlə dinlədiklərini, həmçinin bu zalımların (bir-birlərinə) «siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz» deyən zaman onların bir-birləri ilə pıçıldaşmalarını daha yaxşı bilirik.
ٱنظُرْ كَيْفَ ضَرَبُواْ لَكَ ٱلْأَمْثَالَ فَضَلُّواْ فَلَا يَسْتَطِيعُونَ سَبِيلاً٤٨
Unzur kəyfə zarəbu ləkəl əmsalə fəzallu fəla yəstəti'unə səbilə
Gör sənə (şair, sehrbaz, kahin, divanə və ovsunlanmış kimi) necə məsəllər çəkdilər. Beləliklə onlar azıblar və (haqqa tərəf gedən) heç bir yol(u tapmağ)a (və onunla getməyə) qüdrətləri yoxdur.
وَقَالُوٓاْ أَءِذَا كُنَّا عِظَـٰمًا وَرُفَـٰتًا أَءِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا٤٩
Vəqalu ə`iza kunna izamən vərufatən ə`inna ləməb'usunə xəlqən cədidə
Və dedilər: «Məgər biz bir ovuc sümüklər və çürümüş üzvlər olduğumuz zaman, yeni bir məxluq surətində dirildiləcəyik?»
قُلْ كُونُواْ حِجَارَةً أَوْ حَدِيدًا٥٠
Qul kunu hicarətən əv hədidə
De: «Siz (istəyirsiniz) daş olun, yaxud dəmir,
أَوْ خَلْقًا مِّمَّا يَكْبُرُ فِى صُدُورِكُمْۚ فَسَيَقُولُونَ مَن يُعِيدُنَاۖ قُلِ ٱلَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍۚ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُءُوسَهُمْ وَيَقُولُونَ مَتَىٰ هُوَۖ قُلْ عَسَىٰٓ أَن يَكُونَ قَرِيبًا٥١
Əv xəlqən mmimma yəkburu fi sudurikum, fəsəyəqulunə mən yu'iduna, quli əlləzi fətarəkum əvvələ mərrəh, fəsəyunğizunə iləykə ru`usəhum vəyəqulunə məta huv, qul əsa ən yəkunə qəribə
ya zehinlərinizdə (möhkəmlik və həyat qəbul etməmək baxımından) böyük görünən hər hansı bir məxluq (Allah ona yenə ruh verib dirildəcəkdir). Onlar tezliklə «bizi (yeni həyata) kim qaytaracaqdır?» deyəcəklər. De: «Sizi ilk dəfə yoxluqdan var edən!» Onda dərhal (təəccüb və istehza ilə) başlarını sənə tərəf (uzadıb) bulayar və «bu (dirilmə) nə vaxt olacaqdır?» deyərlər. De: «Ümid var ki, yaxın olsun».
يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِۦ وَتَظُنُّونَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلاً٥٢
Yəvmə yəd'ukum fətəstəcibunə bihəmdihi vətəzunnunə in lləbistum illa qəlilə
O gün ki, sizi (sizin Bərzəx ruhlarınızı və torpaqda dağılmış cəsədlərinizi yaradılış iradəsi ilə) çağıracaq, beləliklə siz (bədən üzvlərinizin bir yerə toplanması, dünyada olduğu şəkili alması və Bərzəx ruhlarının onlara daxil olması ilə) Ona sitayiş edən halda (Onun dəvətinə) cavab verəcək (və əmrini yerinə yetirəcək)siniz. Və (həmin vaxt dünyada və Bərzəx aləmində) yalnız az bir zaman qaldığınızı güman edərsiniz (dünya və Bərzəxin hər ikisi sizin nəzərinizdə axirət əbədiyyəti müqabilində az görünəcəkdir).
وَقُل لِّعِبَادِى يَقُولُواْ ٱلَّتِى هِىَ أَحْسَنُۚ إِنَّ ٱلشَّيْطَـٰنَ يَنزَغُ بَيْنَهُمْۚ إِنَّ ٱلشَّيْطَـٰنَ كَانَ لِلْإِنسَـٰنِ عَدُوًّا مُّبِينًا٥٣
Vəqul-li'ibadi yəqulu əlləti hiyə əhsən, innəş şəytanə yənzəğu bəynəhum, innəş şəytanə kanə lil`insani əduvvən mmubinə
Və Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər). Həqiqətən, Şeytan (fəsad yaradan sözlərin vasitəsi ilə) onların arasını vurur. Çünki Şeytan həmişə insana açıq-aşkar düşmən olmuşdur (və indi də belədir).
رَّبُّكُمْ أَعْلَمُ بِكُمْۖ إِن يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِن يَشَأْ يُعَذِّبْكُمْۚ وَمَآ أَرْسَلْنَـٰكَ عَلَيْهِمْ وَكِيلاً٥٤
Rəbbukum ə'ləmu bikum, in yəşə` yərhəmkum əv in yəşə` yu'əzzibkum, və ma ərsəlnakə ələyhim vəkilə
Rəbbiniz sizin halınızı daha yaxşı bilir. Əgər istəsə (xeyir əməllərinizə görə və ya Öz geniş rəhmətinin əsasında) sizə rəhm edər, yaxud əgər istəsə (layiq olduğunuza görə) sizi cəzalandırar. Və səni onlara vəkil göndərməmişik (sənin vəzifən tapşırılan ilahi vəzifəni çatırmaqdır. Dünyada mükafatlandırmaq və axirətdə mükafat və cəza vermək də sənə deyil, Allaha aid olan işlərdəndir).
وَرَبُّكَ أَعْلَمُ بِمَن فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِۗ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ ٱلنَّبِيِّــۧنَ عَلَىٰ بَعْضٍۖ وَءَاتَيْنَا دَاوُۥدَ زَبُورًا٥٥
Vərəbbukə ə'ləmu bimən fis səmavati vəl ərz, vələqəd fəzzalna bə'zan nəbiyyinə əla bə'z, vəatəyna davudə zəburə
Sənin Rəbbin göylərdə və yerdə olan hər bir kəsin halını kamil şəkildə bilir. Şübhəsiz, Biz peyğəmbərlərin bəzisini (elm və nəfsi fəzilətlərdə, möcüzələrdə, risalətdə, şəriətdə və kitabda) bəzisindən üstün etdik və Davuda Zəbur verdik.
قُلِ ٱدْعُواْ ٱلَّذِينَ زَعَمْتُم مِّن دُونِهِۦ فَلَا يَمْلِكُونَ كَشْفَ ٱلضُّرِّ عَنكُمْ وَلَا تَحْوِيلاً٥٦
Quli d'u əlləzinə zə'əmtum-min dunihi fəla yəmlikunə kəşfəz zurri ənkum və la təhvilə
De: «Barələrində allahlıq gümanında olduğunuz Ondan (Allahdan) qeyrilərini (bütləri, mələkləri, Məsihi və digərlərini) çağırın, onda (görəcəksiniz ki,) sizdən əsla nə bir zərər-ziyanı dəf etməyə malikdirlər, nə də onu başqasına yönəltməyə qadirdirlər».
أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ ٱلْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُۥ وَيَخَافُونَ عَذَابَهُۥٓۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا٥٧
Ula`ikə əlləzinə yəd'unə yəbtəğunə ila rəbbihimul vəsilətə əyyuhum əqrəbu vəyərcunə rəhmətəhu vəyəxafunə əzabəh, innə əzabə rəbbikə kanə məhzurə
(Bu kafirlərin tanrı kimi) çağırdıqlarının özləri hansının (Allaha) daha yaxın olması(nı bilmək) üçün öz Rəbbinə bir vasitə axtarır, Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən, sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir.
وَإِن مِّن قَرْيَةٍ إِلَّا نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ ٱلْقِيَـٰمَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًاۚ كَانَ ذَٲلِكَ فِى ٱلْكِتَـٰبِ مَسْطُورًا٥٨
Və`in min qəryətin illa nəhnu muhlikuha qəblə yəvmil qiyaməti əv mu'əzzibuha əzabən şədidə, kanə zalikə fil kitabi məsturə
Biz Qiyamət günündən qabaq hər bir (azğın) cəmiyyəti (öz cari qayda-qanunlarımıza uyğun olaraq, ümumi bir ölümlə) həlak edəcək və ya şiddətli bir əzaba (qıtlığa, vəbaya və digər xəstəliklərlə) düçar edəcəyik. [Və ya: Qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə və pislərini şiddətli bir əzabla həlak edəcəyik ki, yer üzündə heç kəs qalmasın.] (Bizim) bu (üsulumuz əzəli elmə əsasən Lövhi-Məhfuz) kitab(ın)da yazılmışdır.
وَمَا مَنَعَنَآ أَن نُّرْسِلَ بِٱلْأَيَـٰتِ إِلَّآ أَن كَذَّبَ بِهَا ٱلْأَوَّلُونَۚ وَءَاتَيْنَا ثَمُودَ ٱلنَّاقَةَ مُبْصِرَةً فَظَلَمُواْ بِهَاۚ وَمَا نُرْسِلُ بِٱلْأَيَـٰتِ إِلَّا تَخْوِيفًا٥٩
Və ma mənə'əna ən-nursilə bilayati illa ən kəzzəbə bihal əvvəlun, vəatəyna səmudən naqətə mubsirətən fəzaləmu biha, və ma nursilu bilayati illa təxvifə
Möcüzələri (Qüreyşin istədikləri möcüzələri) göndərməyə Bizə yalnız keçmişdəkilərin onları təkzib etmələri (və əzaba layiq olmaları) mane oldu (və bunlar da təbiətcə onlara oxşar olduqları üçün Biz bunlara möhlət vermək istəyirik). Və Səmud qövmünə aşkarcasına dəvə (möcüzəsi)ni verdik. Beləliklə, onlar onunla (dəvəni öldürməklə ona və özlərinə) zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.
وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِٱلنَّاسِۚ وَمَا جَعَلْنَا ٱلرُّءْيَا ٱلَّتِىٓ أَرَيْنَـٰكَ إِلَّا فِتْنَةً لِّلنَّاسِ وَٱلشَّجَرَةَ ٱلْمَلْعُونَةَ فِى ٱلْقُرْءَانِۚ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلَّا طُغْيَـٰنًا كَبِيرًا٦٠
Və`iz qulna ləkə innə rəbbəkə əhata bin nas, və ma cə'əlna rru`ya əlləti ərəynakə illa fitnətən llilnnasi vəş şəcərətəl məl'unətə fil qur`-an, vənuxəvvifuhum fəma yəziduhum illa tuğyanən kəbirə
Və (yada sal) o zaman(ı) ki, sənə «həqiqətən, sənin Rəbbin insanları (elm və qüdrət baxımından) əhatə etmişdir, (buna görə də qəm yemə və öz işində möhkəm ol)» dedik. Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Quranda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin (bu,) onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır.
وَإِذْ قُلْنَا لِلْمَلَـٰٓئِكَةِ ٱسْجُدُواْ لِأَدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبْلِيسَ قَالَ ءَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا٦١
Və`iz qulna lilməla`ikəti scudu liadəmə fəsəcədu illa iblisə qalə ə`əscudu limən xələqtə tinə
Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi.
قَالَ أَرَءَيْتَكَ هَـٰذَا ٱلَّذِى كَرَّمْتَ عَلَىَّ لَئِنْ أَخَّرْتَنِ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُۥٓ إِلَّا قَلِيلاً٦٢
Qalə ərə`əytəkə haza əlləzi kərrəmtə ələyyə lə`in əxxərtəni ila yəvmil qiyaməti lə`əhtənikənnə zurriyyətəhu illa qəlilə
(Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam)».
قَالَ ٱذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ جَزَآءً مَّوْفُورًا٦٣
Qalə zhəb fəmən təbi'əkə minhum fə`innə cəhənnəmə cəza`ukum cəza`ən mməvfurə
(Allah) buyurdu: «(Uca mələklər aləmindən xaric ol və öz məqsədinin ardınca) get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, kamil və bolluca bir cəza olan Cəhənnəm sizin cəzanızdır!»
وَٱسْتَفْزِزْ مَنِ ٱسْتَطَعْتَ مِنْهُم بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِى ٱلْأَمْوَٲلِ وَٱلْأَوْلَـٰدِ وَعِدْهُمْۚ وَمَا يَعِدُهُمُ ٱلشَّيْطَـٰنُ إِلَّا غُرُورًا٦٤
Vastəfziz məni stəta'tə minhum bisavtikə və`əclib ələyhim bixəylikə vərəcilikə vəşarikhum fil əmvali vəl əvladi və'idhum, və ma yə'iduhumuş şəytanu illa ğururə
Və onlardan bacardığın kəsi öz səsinlə (günaha tərəf) təhrik et və (onları itaətsizliklərə tərəf qovmaq üçün ordundakı) öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar; və onların mallarına və övladlarına şərik ol və (hər bir vacibin tərk olunmasında və hər bir haramın yerinə yetirilməsində) onlara vəd ver. (Onlar bilməlidirlər ki,) Şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir».
إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَـٰنٌۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلاً٦٥
Innə ibadi ləysə ləkə ələyhim sultan, vəkəfa birəbbikə vəkilə
Şübhəsiz, sənin Mənim (itaətkar) bəndələrim üzərində (vəsvəsə etməkdən başqa) heç bir hökmranlığın yoxdur və Rəbbinin (Öz bəndələrinin işlərinin) vəkil(i) olması kifayətdir.
رَّبُّكُمُ ٱلَّذِى يُزْجِى لَكُمُ ٱلْفُلْكَ فِى ٱلْبَحْرِ لِتَبْتَغُواْ مِن فَضْلِهِۦٓۚ إِنَّهُۥ كَانَ بِكُمْ رَحِيمًا٦٦
Rəbbukumu əlləzi yuzci ləkumul fulkə fil bəhri litəbtəğu min fəzlih, innəhu kanə bikum rəhimə
Sizin Rəbbiniz Onun lütf və ruzisindən arayasınız deyə (gəmini icad etmək qüdrəti və onun düzəldilməsi üçün gərəkli olan ləvazimatları verməklə və suyun təbiətini yumşatmaqla) gəmiləri dənizdə sizin xeyirinizə hərəkət etdirəndir. Çünki O, sizə qarşı həmişə mehribandır.
وَإِذَا مَسَّكُمُ ٱلضُّرُّ فِى ٱلْبَحْرِ ضَلَّ مَن تَدْعُونَ إِلَّآ إِيَّاهُۖ فَلَمَّا نَجَّـٰكُمْ إِلَى ٱلْبَرِّ أَعْرَضْتُمْۚ وَكَانَ ٱلْإِنسَـٰنُ كَفُورًا٦٧
Və`iza məssəkumuz zurru fil bəhri zallə mən təd'unə illa iyyah, fələmma nəccakum ilal bərri ə'rəztum, vəkanəl insanu kəfurə
Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr). Sizə nicat verib quruya çıxaranda isə (Ondan) üz döndərərsiniz. İnsan həmişə çox nankordur.
أَفَأَمِنتُمْ أَن يَخْسِفَ بِكُمْ جَانِبَ ٱلْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لَا تَجِدُواْ لَكُمْ وَكِيلاً٦٨
Əfə`əmintum ən yəxsifə bikum canibəl bərri əv yursilə ələykum hasibən summə la təcidu ləkum vəkilə
Belə isə, məgər (dənizdən çıxdıqdan sonra) sizi quruda yerə batırmasından, yaxud başınıza xırda daş yağdıran güclü külək göndərməsindən xatircəmsiniz?! Sonra özünüzə sizi müdafiə edəcək bir vəkil də tapmazsınız.
أَمْ أَمِنتُمْ أَن يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَىٰ فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفًا مِّنَ ٱلرِّيحِ فَيُغْرِقَكُم بِمَا كَفَرْتُمْۙ ثُمَّ لَا تَجِدُواْ لَكُمْ عَلَيْنَا بِهِۦ تَبِيعًا٦٩
Əm əmintum ən yu'idəkum fihi tarətən uxra fəyursilə ələykum qasifən mminə rrihi fəyuğriqəkum bima kəfərtum summə la təcidu ləkum ələyna bihi təbi'ə
Yoxsa sizi yenidən ora (dənizə) qaytarıb üzərinizə dağıdıcı bir fırtına göndərərək küfrünüzün cəzası olaraq sizi batırmasından xatircəmsiniz?! (Bunu etdikdən) sonra (bu) işimizin müqabilində özünüz üçün Bizə qarşı (bu işlərin) arxasınca düşən bir kəs də tapmazsınız?!
وَلَقَدْ كَرَّمْنَا بَنِىٓ ءَادَمَ وَحَمَلْنَـٰهُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ وَرَزَقْنَـٰهُم مِّنَ ٱلطَّيِّبَـٰتِ وَفَضَّلْنَـٰهُمْ عَلَىٰ كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلاً٧٠
Vələqəd kərrəmna bəni adəmə vəhəməlnahum fil bərri vəl bəhri vərəzəqnahum-minət tayyibati vəfəzzalnahum əla kəsirin mmimmən xələqna təfzilə
Həqiqətən, Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik.
يَوْمَ نَدْعُواْ كُلَّ أُنَاسِۭ بِإِمَـٰمِهِمْۖ فَمَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ فَأُوْلَـٰٓئِكَ يَقْرَءُونَ كِتَـٰبَهُمْ وَلَا يُظْلَمُونَ فَتِيلاً٧١
Yəvmə nəd'u kullə unasin bi`imamihim, fəmən utiyə kitabəhu biyəminihi fə`ula`ikə yəqrə`unə kitabəhum və la yuzləmunə fətilə
(Yada sal) o gün(ü) ki, (əməl kitabını almaq üçün) insanların hər bir dəstəsini (tabe olduqları) öz imamı və səma kitabları ilə çağıracağıq. Beləliklə, (əməl) kitabları sağ əllərinə verilən kəslər, öz kitablarını oxuyarlar və onlara xurma çərdəyinin arxasındakı tel qədər zülm edilməz (nə günahlarından artıq cəza görərlər və nə də layiq olduqlarından az mükafat alarlar).
وَمَن كَانَ فِى هَـٰذِهِۦٓ أَعْمَىٰ فَهُوَ فِى ٱلْأَخِرَةِ أَعْمَىٰ وَأَضَلُّ سَبِيلاً٧٢
Və mən kanə fi hazihi ə'ma fəhuvə fil axirəti ə'ma və`əzallu səbilə
(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır.
وَإِن كَادُواْ لَيَفْتِنُونَكَ عَنِ ٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ لِتَفْتَرِىَ عَلَيْنَا غَيْرَهُۥۖ وَإِذًا لَّٱتَّخَذُوكَ خَلِيلاً٧٣
Və`in kadu ləyəftinunəkə əni əlləzi əvhəyna iləykə litəftəriyə ələyna ğəyrəh, və`izən llattəxəzukə xəlilə
Həqiqətən, az qalmışdı (müşriklər) sənə vəhy etdiyimizdən başqa şeyi yalandan Bizə isnad etməyin (və bütləri tərifləməyin) üçün səni vəhy etdiyimizdən (tovhiddən və dinin əməl üslubundan) döndərsinlər və onda (belə olacağı təqdirdə) səni mütləq özlərinə dost götürərdilər.
وَلَوْلَآ أَن ثَبَّتْنَـٰكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْــًٔا قَلِيلاً٧٤
Vələvla ən səbbətnakə ləqəd kittə tərkənu iləyhim şəy`ən qəlilə
Və əgər səni (məsumluq məqamı və mələklərin mühafizəsi ilə) möhkəm və sabitqədəm etməsəydik, həqiqətən, az qalmışdı ki, onlara tərəf azacıq meyl edəsən.
إِذًا لَّأَذَقْنَـٰكَ ضِعْفَ ٱلْحَيَوٲةِ وَضِعْفَ ٱلْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا٧٥
Izən llə`əzəqnakə zi'fəl həyati vəzi'fəl məmati summə la təcidu ləkə ələyna nəsirə
(Əgər elə olsaydı,) onda Biz sənə iki qat dünya əzabı və iki qat axirət əzabı (dünyada və axirətdə həmin günaha görə başqalarına verilən əzabın iki qatını) daddırardıq, sonra Bizim qarşımızda özünə bir köməkçi tapmazdın.
وَإِن كَادُواْ لَيَسْتَفِزُّونَكَ مِنَ ٱلْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَاۖ وَإِذًا لَّا يَلْبَثُونَ خِلَـٰفَكَ إِلَّا قَلِيلاً٧٦
Və`in kadu ləyəstəfizzunəkə minəl ərzi liyuxricukə minha, və`izən lla yəlbəsunə xilafəkə illa qəlilə
Və həqiqətən, az qalmışdı ki, səni (bu ayənin nazil olmasından qabaq) Məkkə torpağından çıxartmaq üçün təhrik etsinlər. Əgər elə olsaydı, səndən sonra onlar da (orada) yalnız az bir müddət qalardılar (necə ki, o həzrəti çıxartdıqdan bir il sonra Bədr müharibəsində öldürüldülər və Məkkə torpağına qayıtmadılar).
سُنَّةَ مَن قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِن رُّسُلِنَاۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلاً٧٧
Sunnətə mən qəd ərsəlna qəbləkə min rrusulina, və la təcidu lisunnətina təhvilə
(Budur, Bizim) səndən qabaq göndərdiyimiz peyğəmbərlərimizin (barəsində olan) qayda və yolu(muz ki, onların ümmətlərindən bu cür itaətsizlik və azğınlıqların baş verməsinin ardınca tez bir zamanda həlak edilirdilər). Sən Bizim cari qayda-qanunlarımızda əsla bir dəyişiklik tapmazsan.
أَقِمِ ٱلصَّلَوٲةَ لِدُلُوكِ ٱلشَّمْسِ إِلَىٰ غَسَقِ ٱلَّيْلِ وَقُرْءَانَ ٱلْفَجْرِۖ إِنَّ قُرْءَانَ ٱلْفَجْرِ كَانَ مَشْهُودًا٧٨
Əqimis salatə lidulukiş şəmsi ila ğəsəqi əlləyli vəqur`-anəl fəcr, innə qur`-anəl fəcri kanə məşhudə
Namazı (gündəlik vacib namazların dördünü – zöhr, əsr, məğrib və işa namazlarını və onların iyirmi iki rəkət nafilələrini) günəşin (hər bir kəsin öz məntəqəsinə uyğun olaraq günortanın tam yarısından) batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin sübh namazını (və onun nafiləsini də qıl). Həqiqətən, sübh namazı (gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün) müşahidə olunur.
وَمِنَ ٱلَّيْلِ فَتَهَجَّدْ بِهِۦ نَافِلَةً لَّكَ عَسَىٰٓ أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا٧٩
Vəminə əlləyli fətəhəccəd bihi nafilətən lləkə əsa ən yəb'əsəkə rəbbukə məqamən mməhmudə
Və gecənin bir hissəsini onun üçün – (yalnız) sənə əlavə bir vəzifə olan (Quran oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın.
وَقُل رَّبِّ أَدْخِلْنِى مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِى مُخْرَجَ صِدْقٍ وَٱجْعَل لِّى مِن لَّدُنكَ سُلْطَـٰنًا نَّصِيرًا٨٠
Vəqul rrəbbi ədxilni mudxələ sidqin və`əxricni muxrəcə sidqin vac'əl-li min llədunkə sultanən nnəsirə
Və de: «Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və mənə Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!»
وَقُلْ جَآءَ ٱلْحَقُّ وَزَهَقَ ٱلْبَـٰطِلُۚ إِنَّ ٱلْبَـٰطِلَ كَانَ زَهُوقًا٨١
Vəqul ca`əl həqqu vəzəhəqəl batil, innəl batilə kanə zəhuqə
Və de: «Haqq gəldi və batil məhv oldu, həqiqətən, batil həmişə məhvə məhkumdur (küfr və şirkin büsatı bir gün yer üzündən silinəcəkdir)».
وَنُنَزِّلُ مِنَ ٱلْقُرْءَانِ مَا هُوَ شِفَآءٌ وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَۙ وَلَا يَزِيدُ ٱلظَّـٰلِمِينَ إِلَّا خَسَارًا٨٢
Vənunəzzilu minəl qur`-ani ma huvə şifa`un vərəhmətun llilmu`mininə və la yəziduz zaliminə illa xəsarə
Biz, Qurandan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır.
وَإِذَآ أَنْعَمْنَا عَلَى ٱلْإِنسَـٰنِ أَعْرَضَ وَنَـَٔـا بِجَانِبِهِۦۖ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ كَانَ يَــُٔوسًا٨٣
Və`iza ən'əmna əlal insani ə'rəza vənə`a bicanibih, və`iza məssəhuş şərru kanə yə`usə
İnsana (sağlamlıq, mal və məqam) nemət(i) bəxş edəndə o, üz döndərər və özünü Bizdən uzaqlaşdırar, ona (xəstəlik və yoxsulluq kimi) bir şər yetişəndə isə bərk naümid olar.
قُلْ كُلٌّ يَعْمَلُ عَلَىٰ شَاكِلَتِهِۦ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَىٰ سَبِيلاً٨٤
Qul kullun yə'məlu əla şakilətihi fərəbbukum ə'ləmu bimən huvə əhda səbilə
De: «Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir). Lakin sizin Rəbbiniz (saf təbiəti əsasında) daha doğru yolda olanın halını daha yaxşı bilir».
وَيَسْــَٔلُونَكَ عَنِ ٱلرُّوحِۖ قُلِ ٱلرُّوحُ مِنْ أَمْرِ رَبِّى وَمَآ أُوتِيتُم مِّنَ ٱلْعِلْمِ إِلَّا قَلِيلاً٨٥
Vəyəs`əlunəkə əni rruh, quli rruhu min əmri rəbbi və ma utitum-minəl ilmi illa qəlilə
Səndən (hər bir canlının həyat mənbəyi olan) ruh(un həqiqəti və sifətləri) barəsində soruşurlar, de: «Ruh mənim Rəbbimin əmrindən (meydana gəlmiş)dir (və onun hər hansı bir canlıda qalması və yox olması da Onun əmri ilədir) və sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir».
وَلَئِن شِئْنَا لَنَذْهَبَنَّ بِٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِۦ عَلَيْنَا وَكِيلاً٨٦
Vələ`in şi`na lənəzhəbənnə billəzi əvhəyna iləykə summə la təcidu ləkə bihi ələyna vəkilə
Əgər istəsək şübhəsiz, sənə (əslində cəmiyyətin ruhu olan) vəhy etdiyimizi aradan apararıq (və zehn səhifən boş qalar), sonra Bizim müqabilimizdə onu geri almaq üçün bir vəkil tapa bilməzsən.
إِلَّا رَحْمَةً مِّن رَّبِّكَۚ إِنَّ فَضْلَهُۥ كَانَ عَلَيْكَ كَبِيرًا٨٧
Illa rəhmətən min rrəbbik, innə fəzləhu kanə ələykə kəbirə
Lakin (sənə verilən) Rəbbin tərəfindən bir rəhmətdir (və geri alınası deyildir). Çünki doğrudan da Onun sənə lütf və mərhəməti daim böyükdür.
قُل لَّئِنِ ٱجْتَمَعَتِ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَىٰٓ أَن يَأْتُواْ بِمِثْلِ هَـٰذَا ٱلْقُرْءَانِ لَا يَأْتُونَ بِمِثْلِهِۦ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا٨٨
Qul-lə`ini ctəmə'ətil insu vəl cinnu əla ən yə`tu bimisli hazal qur`-ani la yə`tunə bimislihi vələv kanə bə'zuhum libə'zin zahirə
De: «Şübhəsiz, əgər insan və cin tayfası bu Quranın (kəlmə və məna baxımından) bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər (çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə etmiş bir qüvvə yaratmışdır)».
وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِى هَـٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍ فَأَبَىٰٓ أَكْثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورًا٨٩
Vələqəd sarrəfna lilnnasi fi hazal qur`-ani min kulli məsəlin fə`əba əksərun nasi illa kufurə
Həqiqətən, Biz bu Quranda insanlar üçün təkrar və müxtəlif (şəkillərdə) hər məsəldən çəkdik, lakin insanların çoxu inkar və nankorluqdan başqa bir şey istəmədilər.
وَقَالُواْ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ ٱلْأَرْضِ يَنۢبُوعًا٩٠
Vəqalu lən-nu`minə ləkə hətta təfcurə ləna minəl ərzi yəmbu'ə
Və (müşriklər möcüzələrin müqabilində aciz qaldıqdan sonra, tərslik üzündən qeyri-məntiqi bir təklif irəli sürərək) dedilər: «Bizim üçün yerdən (Məkkə torpağından) qaynayan və sabit bir bulaq çıxarıb axıtmayınca, sənə əsla iman gətirmərik».
أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ ٱلْأَنْهَـٰرَ خِلَـٰلَهَا تَفْجِيرًا٩١
Əv təkunə ləkə cənnətun mmin-nəxilin və'inəbin fətufəccirəl ənharə xilaləha təfcirə
«Yaxud da sənin xurma və üzüm ağaclarından elə bir bağın olsun ki, onların arasından çoxlu çaylar axıdasan».
أَوْ تُسْقِطَ ٱلسَّمَآءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِىَ بِٱللَّهِ وَٱلْمَلَـٰٓئِكَةِ قَبِيلاً٩٢
Əv tusqitas səma`ə kəma zə'əmtə ələyna kisəfən əv tə`tiyə bi-llahi vəl məla`ikəti qəbilə
«Yaxud da göyü, güman etdiyin (və bizi onunla qorxutduğun) kimi parça-parça bizim başımıza tökəsən və ya Allahı və mələkləri dəstə-dəstə bizim qarşımıza gətirəsən».
أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِى ٱلسَّمَآءِ وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَـٰبًا نَّقْرَؤُهُۥۗ قُلْ سُبْحَانَ رَبِّى هَلْ كُنتُ إِلَّا بَشَرًا رَّسُولاً٩٣
Əv yəkunə ləkə bəytun min zuxrufin əv tərqa fis səma`i vələn-nu`minə liruqiyyikə hətta tunəzzilə ələyna kitabən nnəqrə`uh, qul subhanə rəbbi həl kuntu illa bəşərən rrəsulə
«Yaxud da sənin qızıldan (və rəngarəng zinət əşyalarından) bir evin olsun, ya da göyə tərəf qalxasan. Və bizə, oxuya biləcəyimiz bir yazı gətirməyincə göyə qalxmağına (da) əsla iman gətirmərik». De: «Mənim Rəbbim pak və nöqsansızdır (kimsə Onu mələkləri ilə birlikdə öz hüzuruna çağıra bilməz və bu işləri Onun istək və iradəsi olmadan heç kəs yerinə yetirə bilməz)! Məgər mən yalnız peyğəmbərliyə göndərilmiş bir bəşər deyiləm?» (Peyğəmbərin, hətta millət istəsə belə, möcüzə seçmək haqqı yoxdur və o, Allahın seçdiyi möcüzə ilə dəvət edir).
وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤْمِنُوٓاْ إِذْ جَآءَهُمُ ٱلْهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓاْ أَبَعَثَ ٱللَّهُ بَشَرًا رَّسُولاً٩٤
Və ma mənə'ən nasə ən yu`minu iz ca`əhumul huda illa ən qalu əbə'əsə əllahu bəşərən rrəsulə
İnsanlara hidayət (Peyğəmbərin və Quranın dəvəti) gələn zaman onların iman gətirmələrinə yalnız «Allah peyğəmbərliyə bəşər göndərib?» demələri mane oldu. (Belə ki, onların əqidələrinə görə, peyğəmbər mələklərdən olmalı idi.)
قُل لَّوْ كَانَ فِى ٱلْأَرْضِ مَلَـٰٓئِكَةٌ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكًا رَّسُولاً٩٥
Qul-ləv kanə fil ərzi məla`ikətun yəmşunə mutmə`inninə lənəzzəlna ələyhim-minəs səma`i mələkən rrəsulə
De: «Əgər yer üzündə arxayın hərəkət edənlər (Allah xofu olmayan və peyğəmbərlərin göndərilməsinə möhtac) mələklər olsaydı, göydən onlar üçün peyğəmbərliyə mütləq bir mələk nazil edərdik» (çünki yer əhli göydən hidayət olunmalı və peyğəmbərlə onun ümməti arasında cinsi uyğunluq olmalıdır).
قُلْ كَفَىٰ بِٱللَّهِ شَهِيدَۢا بَيْنِى وَبَيْنَكُمْۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرَۢا بَصِيرًا٩٦
Qul kəfa bi-llahi şəhidən bəyni vəbəynəkum, innəhu kanə bi'ibadihi xəbirən bəsirə
(Dəvət və möcüzələrin onlara təsir edəcəyindən naümid olduqdan sonra) de: «Allahın (cəza günü mənim Onun Peyğəmbəri olmağıma və peyğəmbərlik tapşırıqlarını çatdırmağıma şəhadət vermək üçün) mənimlə sizin aranızda şahid olması kifayətdir. Çünki şübhəsiz, O, həmişə bəndələrindən xəbərdar və (onları) görəndir».
وَمَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِۖ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُمْ أَوْلِيَآءَ مِن دُونِهِۦۖ وَنَحْشُرُهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ عَلَىٰ وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّاۖ مَّأْوَٮٰهُمْ جَهَنَّمُۖ كُلَّمَا خَبَتْ زِدْنَـٰهُمْ سَعِيرًا٩٧
Və mən yəhdi-llahi fəhuvəl muhtəd, və mən yuzlil fələn təcidə ləhum əvliya`ə min dunih, vənəhşuruhum yəvməl qiyaməti əla vucuhihim umyən vəbukmən vəsummə, mə`vahum cəhənnəm, kulləma xəbət zidnahum sə'irə
Allah kimi hidayət etsə, odur (əsl) doğru yolda olan və kimi öz zəlalətində boşlasa, onlar üçün Allahdan başqa heç bir köməkçi və başçı tapmazsan. Qiyamət günü onları kor, lal və kar halda üzləri üstə məhşərə gətirəcəyik (onlar üzləri üstə yeriyərlər, yaxud üzləri üstə süründürülərlər). Onların yeri Cəhənnəmdir. Hər zaman onun alovu azalsa, onlara bir şölə artırarıq.
ذَٲلِكَ جَزَآؤُهُم بِأَنَّهُمْ كَفَرُواْ بِـَٔـايَـٰتِنَا وَقَالُوٓاْ أَءِذَا كُنَّا عِظَـٰمًا وَرُفَـٰتًا أَءِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا٩٨
Zalikə cəza`uhum bi`ənnəhum kəfəru biayatina vəqalu ə`iza kunna izamən vərufatən ə`inna ləməb'usunə xəlqən cədidə
Bu (əzab) Bizim ayə və nişanələrimizə küfr etdiklərinə və «biz bir ovuc sümük və çürümüş üzvlər olan zaman yeni bir yaradılışla diriləcəyik?!» dediklərinə görə onların cəzasıdır.
أَوَلَمْ يَرَوْاْ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ قَادِرٌ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلاً لَّا رَيْبَ فِيهِ فَأَبَى ٱلظَّـٰلِمُونَ إِلَّا كُفُورًا٩٩
Əvələm yərəv ənnə əllah əlləzi xələqəs səmavati vəl ərza qadirun əla ən yəxluqə misləhum vəcə'ələ ləhum əcələn lla rəybə fihi fə`əbaz zalimunə illa kufurə
Məgər onlar göyləri və yeri yaradan Allahın onlar(ın dünyadakı cismləri) kimisini (axirətdə də) yaratmağa (və onların eynilə Bərzəx ruhunu ora daxil etməyə) qadir olduğunu və (həmçinin) onlar üçün (dünya həyatında və Qiyamət gününədək Bərzəxdə) barəsində heç bir şəkk-şübhə olmayan müəyyən bir müddət qoymasını bilmədilər?! Lakin bu zalımlar inkar və küfrdən başqa hər bir şeydən boyun qaçırdılar.
قُل لَّوْ أَنتُمْ تَمْلِكُونَ خَزَآئِنَ رَحْمَةِ رَبِّىٓ إِذًا لَّأَمْسَكْتُمْ خَشْيَةَ ٱلْإِنفَاقِۚ وَكَانَ ٱلْإِنسَـٰنُ قَتُورًا١٠٠
Qul-ləv əntum təmlikunə xəza`inə rəhməti rəbbi izən llə`əmsəktum xəşyətəl infaq, vəkanəl insanu qəturə
De: «Əgər siz mənim Rəbbimin rəhmət xəzinələrinə malik olsaydınız, onda, xərcləmək (vasitəsilə xəzinələrin qurtarması) qorxusundan mütləq xəsislik edərdiniz». İnsan (zatı ehtiyac və yoxsulluq üzündən təbiətcə) həmişə xəsisdir.
وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ تِسْعَ ءَايَـٰتِۭ بَيِّنَـٰتٍۖ فَسْــَٔلْ بَنِىٓ إِسْرَٲٓءِيلَ إِذْ جَآءَهُمْ فَقَالَ لَهُۥ فِرْعَوْنُ إِنِّى لَأَظُنُّكَ يَـٰمُوسَىٰ مَسْحُورًا١٠١
Vələqəd atəyna musa tis'ə ayatin bəyyinat, fas`əl bəni isra`ilə iz ca`əhum fəqalə ləhu fir'əvnu inni lə`əzunnukə ya musa məshurə
Həqiqətən, Musaya (tovhidin və onun peyğəmbərliyinin isbatı üçün) doqquz aydın nişanə və möcüzə verdik. Buna görə də İsrail övladlarından (Musanın möcüzələrlə) onların yanına gəldiyi zamanı soruş. Firon (möcüzələri müşahidə edərək ona) dedi: «Ey Musa, şübhəsiz, mən səni ovsunlanmış zənn edirəm».
قَالَ لَقَدْ عَلِمْتَ مَآ أَنزَلَ هَـٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ بَصَآئِرَ وَإِنِّى لَأَظُنُّكَ يَـٰفِرْعَوْنُ مَثْبُورًا١٠٢
Qalə ləqəd əlimtə ma ənzələ ha`ula`i illa rəbbus səmavati vəl ərzi bəsa`irə və`inni lə`əzunnukə ya fir'əvnu məsburə
Musa dedi: «Şübhəsiz, sən bilirsən ki, bu möcüzələri aydın dəlillər olmaq üçün yalnız, göylərin və yerin Rəbbi nazil etmişdir. Və əlbəttə – ey Firon – mən səni (artıq) həlak olmuş sanıram».
فَأَرَادَ أَن يَسْتَفِزَّهُم مِّنَ ٱلْأَرْضِ فَأَغْرَقْنَـٰهُ وَمَن مَّعَهُۥ جَمِيعًا١٠٣
Fə`əradə ən yəstəfizzəhum-minəl ərzi fə`əğrəqnahu və mən mmə'əhu cəmi'ə
Beləliklə, Firon onları (öldürməklə) yer (üzün)dən (və ya sürgün etməklə Misir torpağından) çıxartmaq qərarına gəldi. Belə olduqda Biz onu və onunla birlikdə olanların hamısını suda batırdıq.
وَقُلْنَا مِنۢ بَعْدِهِۦ لِبَنِىٓ إِسْرَٲٓءِيلَ ٱسْكُنُواْ ٱلْأَرْضَ فَإِذَا جَآءَ وَعْدُ ٱلْأَخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًا١٠٤
Vəqulna min bə'dihi libəni isra`ilə skunul ərza fə`iza ca`ə və'dul axirəti ci`na bikum ləfifə
Və ondan (Firondan) sonra İsrail övladlarına dedik: «(Misir və Şam) torpağ(ın)da məskunlaşın. Beləliklə, axirət vədəsi yetişəndə sizin hamınızı birlikdə (Məhşər səhnəsinə) gətirəcəyik (və mühakimə yürüdülüb hökm çıxarıldıqdan sonra ayıracağıq)».
وَبِٱلْحَقِّ أَنزَلْنَـٰهُ وَبِٱلْحَقِّ نَزَلَۗ وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا١٠٥
Vəbilhəqqi ənzəlnahu vəbilhəqqi nəzəl, və ma ərsəlnakə illa mubəşşirən vənəzirə
(Bu Quranı) haqq olaraq nazil etdik, haqq olaraq da nazil oldu (onun vəhy mənbəyindən çıxması haqq və uca bir məqsəd üçündür, nazil olması və qalması haqdır və o, hər bir səhv və təhrifdən uzaqdır). Biz səni (iman gətirənlər üçün) yalnız müjdə verən və (inkar edənləri) qorxudan göndərmişik (imamın vəzifələrindən olan icraya məmur və ya Allahın işlərindən olan cəzalandırmağa vəkil deyilsən).
وَقُرْءَانًا فَرَقْنَـٰهُ لِتَقْرَأَهُۥ عَلَى ٱلنَّاسِ عَلَىٰ مُكْثٍ وَنَزَّلْنَـٰهُ تَنزِيلاً١٠٦
Vəqur`-anən fərəqnahu litəqrə`əhu əlan nasi əla muksin vənəzzəlnahu tənzilə
Biz bu Quranı sənə hissə-hissə və ayrı-ayrı oxuduq (surə-surə və ayə-ayə nazil etdik və ya hadisələrin baş verməsinə uyğun olaraq böldük) ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən (iyirmi üç il ərzində) nazil etdik.
قُلْ ءَامِنُواْ بِهِۦٓ أَوْ لَا تُؤْمِنُوٓاْۚ إِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلْعِلْمَ مِن قَبْلِهِۦٓ إِذَا يُتْلَىٰ عَلَيْهِمْ يَخِرُّونَ لِلْأَذْقَانِ سُجَّدًا١٠٧
Qul aminu bihi əv la tu`minuv, innə əlləzinə utul ilmə min qəblihi iza yutla ələyhim yəxirrunə lil`əzqani succədə
(Müşriklərə) de: «Bu kitaba iman gətirsəniz də, gətirməsəniz də, şübhəsiz, bu kitab(ın nazil olmasın)dan qabaq elm verilmiş kəslər (öz səmavi kitablarından bu kitabın haqq olduğunu bilirlər və) o, onlara oxunan zaman səcdə edərək üzü üstə düşürlər».
وَيَقُولُونَ سُبْحَـٰنَ رَبِّنَآ إِن كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولاً١٠٨
Vəyəqulunə subhanə rəbbina in kanə və'du rəbbina ləməf'ulə
Və deyirlər: «Pakdır bizim Rəbbimiz! Həqiqətən, Rəbbimizin vədi həmişə yerinə yetəndir».
وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا١٠٩
Vəyəxirrunə lil`əzqani yəbkunə vəyəziduhum xuşu'ə
Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Quranı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır.
قُلِ ٱدْعُواْ ٱللَّهَ أَوِ ٱدْعُواْ ٱلرَّحْمَـٰنَۖ أَيًّا مَّا تَدْعُواْ فَلَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰۚ وَلَا تَجْهَرْ بِصَلَاتِكَ وَلَا تُخَافِتْ بِهَا وَٱبْتَغِ بَيْنَ ذَٲلِكَ سَبِيلاً١١٠
Quli d'u əllah əvi d'u rrəhman, Əyyən mma təd'u fələhul əsma`ul husna, və la təchər bisalatikə və la tuxafit biha vabtəği bəynə zalikə səbilə
De: «(İstəyirsiniz bütün kamilliklərə malik, vücudu vacib olan tək varlıq üçün qoyulmuş) Allah (adın)ı çağırın, ya (Ona sifətləri baxımından qoyulmuş) Rəhman (adın)ı çağırın. Hansı birini çağırsanız (bir pak zata işarədir), çünki Onun çox gözəl adları vardır (ki, bəzisi Onun zatına, bəzisi zatının sifətlərinə və bəzisi də işlərinin sifətlərinə dəlalət edir). Və namazlarını (qışqırma həddində olan) çox uca səslə qılma və çox yavaş da qılma (ki, heç özün eşitməyəsən). Və bu ikisinin arasında (orta) bir yol tut (ucadan qılınan namazlarla yavaş qılınan namazların hər biri səsin əslinin aşkarcasına bilinməsi və bilinməməsi ilə bir-birlərindən fərqlənsin.
وَقُلِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى لَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُن لَّهُۥ شَرِيكٌ فِى ٱلْمُلْكِ وَلَمْ يَكُن لَّهُۥ وَلِىٌّ مِّنَ ٱلذُّلِّۖ وَكَبِّرْهُ تَكْبِيرَۢا١١١
Vəqulil həmdu lilləhi əlləzi ləm yəttəxiz vələdən vələm yəkun ləhu şərikun fil mulki vələm yəkun ləhu vəliyyun mminəz zull, vəkəbbirhu təkbirə
Və de: «Bütün həmdlər övlad götürməmiş (çünki, övladın dünyaya gəlməsinin müqəddiməsi və dünyaya gəlməsindən sonra olan xeyirləri Onun barəsində qeyri-mümkündür), (varlıq aləminə) hakimiyyət və (ona) həqiqi sahiblikdə heç bir şəriki olmayan və (qorxu, ehtiyac və) zillət üzündən bir köməkçi, başçı və dostu olmayan Allaha məxsusdur. Və (bütün namazlarda və hər bir halda) təkbir de, Onun böyüklüyünə tam etiqad bəslə və cəmiyyətdə imkanın qədər Onu böyük tut.