бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
حمٓ١
Ha, mim.
Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimlik və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
وَٱلْكِتَـٰبِ ٱلْمُبِينِ٢
Vəl kitabil mubin
And olsun bu aydın və aydınlaşdırıcı kitaba ki,
إِنَّآ أَنزَلْنَـٰهُ فِى لَيْلَةٍ مُّبَـٰرَكَةٍۚ إِنَّا كُنَّا مُنذِرِينَ٣
Inna ənzəlnahu fi ləylətin mmubarəkəh, inna kunna munzirin
Biz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq.
فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ٤
Fiha yufrəqu kullu əmrin həkim
Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Quranın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır).
أَمْرًا مِّنْ عِندِنَآۚ إِنَّا كُنَّا مُرْسِلِينَ٥
Əmrən min indina, inna kunna mursilin
Bizim tərəfimizdən qaynaqlanan bir iş! Çünki Biz həmişə (mələkləri yaradılış işlərini idarə etmək və peyğəmbərləri şəriət işlərini çatdırmaq üçün) göndərən olmuşuq.
رَحْمَةً مِّن رَّبِّكَۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ٦
Rəhmətən min rrəbbik, innəhu huvəs səmi'ul əlim
Rəbbinin mərhəmətin(in tələblərin)ə xatir. Çünki (ehtiyacı olanların söz və əməl istəklərini) eşidən və (onların ehtiyaclarını) bilən Odur.
رَبِّ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ٧
Rəbbis səmavati vəl ərzi və ma bəynəhuma, in kuntum-muqinin
(O,) göylərin, yerin və o ikisinin arasında olanların Rəbbidir, əgər inanansınızsa!
لَآ إِلَـٰهَ إِلَّا هُوَ يُحْىِۦ وَيُمِيتُۖ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ٨
La ilahə illa huvə yuhyi vəyumit, rəbbukum vərəbbu aba`ikumul əvvəlin
Ondan başqa bir məbud yoxdur. (Yalnız O,) dirildir və öldürür. O, həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbidir.
بَلْ هُمْ فِى شَكٍّ يَلْعَبُونَ٩
Bəl hum fi şəkkin yəl'əbun
Lakin onlar (iman gətirmək əvəzinə tovhid və məad barəsində) şəkk-şübhə içərisində və (öz dünyaları ilə) oyuna məşğuldurlar.
فَٱرْتَقِبْ يَوْمَ تَأْتِى ٱلسَّمَآءُ بِدُخَانٍ مُّبِينٍ١٠
Fartəqib yəvmə tə`tis səma`u biduxanin mmubin
Buna görə də (Qiyamətin müqəddiməsi olaraq) göyün aşkar tüstü gətirəcəyi günü gözlə.
يَغْشَى ٱلنَّاسَۖ هَـٰذَا عَذَابٌ أَلِيمٌ١١
Yəğşan nas, haza əzabun əlim
O bütün insanları bürüyəcək. (Və deyiləcək:) «Bu ağrılı bir əzabdır».
رَّبَّنَا ٱكْشِفْ عَنَّا ٱلْعَذَابَ إِنَّا مُؤْمِنُونَ١٢
Rəbbəna kşif ənnal əzabə inna mu`minun
(Hamı belə deyəcək:) «Ey Rəbbimiz! Bu əzabı bizdən dəf et ki, biz iman əhliyik».
أَنَّىٰ لَهُمُ ٱلذِّكْرَىٰ وَقَدْ جَآءَهُمْ رَسُولٌ مُّبِينٌ١٣
Ənna ləhumuz zikra vəqəd ca`əhum rəsulun mmubin
Onlar üçün haradan və necə öyüd-nəsihət ola bilər, halbuki onlara (peyğəmbərliyi) aydın və (həqiqətlərə) aydınlıq gətirən elçi gəlmişdi?!
ثُمَّ تَوَلَّوْاْ عَنْهُ وَقَالُواْ مُعَلَّمٌ مَّجْنُونٌ١٤
Summə təvəlləv ənhu vəqalu mu'əlləmun mməcnun
Sonra onlar üz döndərərək dedilər: «O, (dediyi sözlərdə başqaları tərəfindən) öyrədilmiş və (onları Allaha nisbət verən) dəlidir».
إِنَّا كَاشِفُواْ ٱلْعَذَابِ قَلِيلاًۚ إِنَّكُمْ عَآئِدُونَ١٥
Inna kaşiful əzabi qəlilə, innəkum a`idun
Biz indi həmin əzabı (dünyadakılardan) bir az dəf edirik (və xatırladırıq) ki, siz mütləq (bir müddətdən sonra axirət əzabına) qayıdacaqsınız.
يَوْمَ نَبْطِشُ ٱلْبَطْشَةَ ٱلْكُبْرَىٰٓ إِنَّا مُنتَقِمُونَ١٦
Yəvmə nəbtişul bətşətəl kubra inna muntəqimun
(Həmin əzab kafirləri) ən böyük və ən ağır bir tərzdə əhatə edəcəyimiz gün (olacaqdır). Çünki Biz intiqam alanıq.
وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَآءَهُمْ رَسُولٌ كَرِيمٌ١٧
Vələqəd fətənna qəbləhum qəvmə fir'əvnə vəca`əhum rəsulun kərim
Həqiqətən, Biz onlardan qabaq Fironun qövmünü sınadıq və onlara möhtərəm bir peyğəmbər gəldi.
أَنْ أَدُّوٓاْ إِلَىَّ عِبَادَ ٱللَّهِۖ إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ١٨
Ən əddu iləyyə ibadə əllah, inni ləkum rəsulun əmin
(Və onlara dedi) ki: «Allahın bəndələrini (zülmə məruz qalmış İsrail övladlarını) mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir peyğəmbərəm.
وَأَن لَّا تَعْلُواْ عَلَى ٱللَّهِۖ إِنِّىٓ ءَاتِيكُم بِسُلْطَـٰنٍ مُّبِينٍ١٩
Və`ən lla tə'lu əla əllah, inni atikum bisultanin mmubin
Və (digər bir tapşırıq) budur ki, Allaha qarşı təkəbbür göstərməyin. Çünki mən sizə aşkar bir dəlil-sübut gətirmişəm.
وَإِنِّى عُذْتُ بِرَبِّى وَرَبِّكُمْ أَن تَرْجُمُونِ٢٠
Və`inni uztu birəbbi vərəbbikum ən tərcumun
Və əlbəttə, mən sizin məni qovmağınızdan, yaxud nalayiq sözlər deməyinizdən, yaxud daşlamağınızdan və ya öldürməyinizdən özümün və sizin Rəbbinizə pənah apardım.
وَإِن لَّمْ تُؤْمِنُواْ لِى فَٱعْتَزِلُونِ٢١
Və`in lləm tu`minu li fa'təzilun
Əgər mənə iman gətirmirsinizsə, onda məndən uzaqlaşın və məni tək qoyun».
فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَـٰٓؤُلَآءِ قَوْمٌ مُّجْرِمُونَ٢٢
Fədə'a rəbbəhu ənnə ha`ula`i qəvmun mmucrimun
(Lakin onun dəvətinin onlara xeyiri olmadı.) Buna görə də öz Rəbbini çağırdı ki: «Bunlar (o qədər) günahkar bir tayfadırlar (ki, hamılıqla ölümə layiqdirlər)».
فَأَسْرِ بِعِبَادِى لَيْلاً إِنَّكُم مُّتَّبَعُونَ٢٣
Fə`əsri bi'ibadi ləylən innəkum-muttəbə'un
(Dedik:) «Belə isə Mənim bəndələrimi gecə yola çıxart. Çünki siz təqib edilirsiniz.
وَٱتْرُكِ ٱلْبَحْرَ رَهْوًاۖ إِنَّهُمْ جُندٌ مُّغْرَقُونَ٢٤
Vatrukil bəhrə rəhvə, innəhum cundun mmuğrəqun
Və (elə ki, dənizi sənin üçün yardıq və ondan keçdin) qoy dənizdəki geniş yol qalsın (və fironçular da həmin yola daxil olsunlar). Çünki şübhəsiz onlar qərq olunmağa məhkum bir ordudurlar».
كَمْ تَرَكُواْ مِن جَنَّـٰتٍ وَعُيُونٍ٢٥
Kəm tərəku min cənnatin və'uyun
Onlar (özlərindən sonra) nə qədər bağlar və bulaqlar qoyub getdilər.
وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ٢٦
Vəzuru'in vəməqamin kərim
Və necə əkinlər və gözəl, nemət dolu mənzil və yerlər!
وَنَعْمَةٍ كَانُواْ فِيهَا فَـٰكِهِينَ٢٧
Vənə'mətin kanu fiha fakihin
Və necə də sevinib şad olduqları eyş-işrətlər.
كَذَٲلِكَۖ وَأَوْرَثْنَـٰهَا قَوْمًا ءَاخَرِينَ٢٨
Kəzalik, və`əvrəsnaha qəvmən axərin
(Bəli,) belə idi. Biz başqa bir tayfanı onların hamısının varisi etdik.
فَمَا بَكَتْ عَلَيْهِمُ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ وَمَا كَانُواْ مُنظَرِينَ٢٩
Fəma bəkət ələyhimus səma`u vəl ərzu və ma kanu munzarin
Beləliklə, onlara nə göy və yer ağladı və nə də (əzab nazil olan zaman) möhlət tapdılar.
وَلَقَدْ نَجَّيْنَا بَنِىٓ إِسْرَٲٓءِيلَ مِنَ ٱلْعَذَابِ ٱلْمُهِينِ٣٠
Vələqəd nəccəyna bəni isra`ilə minəl əzabil muhin
Həqiqətən, Biz İsrail övladlarına o alçaldıcı əzabdan (oğlanlarının başının kəsilməsi, qızlarının isə nökər kimi saxlanılmasından) nicat verdik.
مِن فِرْعَوْنَۚ إِنَّهُۥ كَانَ عَالِيًا مِّنَ ٱلْمُسْرِفِينَ٣١
Min fir'əvn, innəhu kanə aliyən mminəl musrifin
Firondan (onun əlindən)! Həqiqətən, o, həddini aşanların itaətsiz təkəbbürlülərindən idi.
وَلَقَدِ ٱخْتَرْنَـٰهُمْ عَلَىٰ عِلْمٍ عَلَى ٱلْعَـٰلَمِينَ٣٢
Vələqədi xtərnahum əla ilmin əlal aləmin
Həqiqətən, Biz onları (ləyaqətlərini) bilərək aləmdəkilərdən (zəmanələrinin insanlarından) üstün etdik.
وَءَاتَيْنَـٰهُم مِّنَ ٱلْأَيَـٰتِ مَا فِيهِ بَلَـٰٓؤٌاْ مُّبِينٌ٣٣
Vəatəynahum-minəl ayati ma fihi bəla`un mmubin
Və onlara ayə və möcüzələrin (əsa, ağ əl, dənizin yarılması, düşmənlərin məhvi, Tövratın nazil olunması, bildirçin və qüdrət halvası, kölgə salan bulud kimi) aşkar imtahan (yaxud aşkar nemət) olanını verdik.
إِنَّ هَـٰٓؤُلَآءِ لَيَقُولُونَ٣٤
Innə ha`ula`i ləyəqulun
Əlbəttə bunlar (Qüreyş kafirləri) deyirlər:
إِنْ هِىَ إِلَّا مَوْتَتُنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُنشَرِينَ٣٥
In hiyə illa məvtətunal ula və ma nəhnu bimunşərin
«Həyatın (və insan varlığının) sonu yalnız ilk ölümdür (dünyadakı ölümdür) və biz heç vaxt dirildilməyəcəyik.
فَأْتُواْ بِـَٔـابَآئِنَآ إِن كُنتُمْ صَـٰدِقِينَ٣٦
Fə`tu biaba`ina in kuntum sadiqin
Buna görə də əgər (Qiyamət iddiasında) doğruçusunuzsa, bizim atalarımızı (dirildib) gətirin».
أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَٱلَّذِينَ مِن قَبْلِهِمْۚ أَهْلَكْنَـٰهُمْۖ إِنَّهُمْ كَانُواْ مُجْرِمِينَ٣٧
Əhum xəyrun əm qəvmu tubbə'in valləzinə min qəblihim, Əhləknahum, innəhum kanu mucrimin
(Say və güc baxımından) onlar daha yaxşı (və artıq)dırlar, yoxsa (Yəmənin qüdrətli şahlarından olmuş) Tubbə tayfası və (Ad və Səmud kimi) onlardan qabaq olmuş kəslər? Onların hamısını məhv etdik. Çünki onların hamısı günahkar idilər.
وَمَا خَلَقْنَا ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَـٰعِبِينَ٣٨
Və ma xələqnas səmavati vəl ərza və ma bəynəhuma la'ibin
Biz göyləri, yeri və o ikisinin arsında olanları oyun-oyuncaq (olaraq və boş yerə) yaratmamışıq.
مَا خَلَقْنَـٰهُمَآ إِلَّا بِٱلْحَقِّ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ٣٩
Ma xələqnahuma illa bilhəqqi və lakinnə əksərəhum la yə`ləmun
Biz o ikisini yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaratmışıq, lakin onların çoxu bilmir.
إِنَّ يَوْمَ ٱلْفَصْلِ مِيقَـٰتُهُمْ أَجْمَعِينَ٤٠
Innə yəvməl fəsli miqatuhum əcmə'in
Şübhəsiz, «ayırma» günü (Allahın haqq hökm çıxaracağı və haqqın batildən, möminin kafirdən, ədalətlinin fasiqdən ayrılacağı gün) onların hamısının vəd edilmiş vaxtıdır.
يَوْمَ لَا يُغْنِى مَوْلًى عَن مَّوْلًى شَيْــًٔا وَلَا هُمْ يُنصَرُونَ٤١
Yəvmə la yuğni məvlən ən mməvlən şəy`ən və la hum yunsarun
Heç bir dost və yoldaşın öz dost və yoldaşından heç bir zərəri dəf etməyəcəyi və onlara kömək olunmayacaq bir gün!
إِلَّا مَن رَّحِمَ ٱللَّهُۚ إِنَّهُۥ هُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ٤٢
Illa mən rrəhimə əllah, innəhu huvəl əzizu rrəhim
Allahın rəhm etdiyi kəs istisna olmaqla. Çünki qüdrətli və mehriban Odur.
إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ٤٣
Innə şəcərətəz zəqqum
Şübhəsiz, (Cəhənnəmin dibində bitən və budaqları onun bütün təbəqələrinə çatan) Zəqqum ağacı
طَعَامُ ٱلْأَثِيمِ٤٤
Ta'amul əsim
peşəsi günah olan kəsin yeməyidir.
كَٱلْمُهْلِ يَغْلِى فِى ٱلْبُطُونِ٤٥
Kalmuhli yəğli fil butun
O qarınlarda qaynayan əridilmiş mis kimidir.
كَغَلْىِ ٱلْحَمِيمِ٤٦
Kəğəlyil həmim
Qaynar suyun qaynaması kimi!
خُذُوهُ فَٱعْتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلْجَحِيمِ٤٧
Xuzuhu fa'tiluhu ila səva`il cəhim
Onu tutun və zorla cəhənnəmin ortasına çəkin.
ثُمَّ صُبُّواْ فَوْقَ رَأْسِهِۦ مِنْ عَذَابِ ٱلْحَمِيمِ٤٨
Summə subbu fəvqə rə`sihi min əzabil həmim
Sonra başının ortasından bütünlüklə əzab və işkəncə olan qaynar su tökün.
ذُقْ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْكَرِيمُ٤٩
Zuq innəkə əntəl əzizul kərim
(Və deyin:) «Dad ki, doğrudan da sən həmin qüdrətli və möhtərəmsən!»
إِنَّ هَـٰذَا مَا كُنتُم بِهِۦ تَمْتَرُونَ٥٠
Innə haza ma kuntum bihi təmtərun
Bu, sizin, barəsində şübhə etdiyinizdir (həmin əzabdır).
إِنَّ ٱلْمُتَّقِينَ فِى مَقَامٍ أَمِينٍ٥١
Innəl muttəqinə fi məqamin əmin
Həqiqətən, təqvalılar (xəstəlik, qəm-qüssə, qocalıq və ölümdən) amanda olan bir yerdə olacaqlar.
فِى جَنَّـٰتٍ وَعُيُونٍ٥٢
Fi cənnatin və'uyun
Bağların və çeşmələrin arasında.
يَلْبَسُونَ مِن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَقَـٰبِلِينَ٥٣
Yəlbəsunə min sundusin və`istəbrəqin mmutəqabilin
Nazik və qalın ipək paltarlar geyinəcək, (ünsiyyətdə olub söhbət etmək üçün) bir-birləri ilə üz-üzə oturacaqlar.
كَذَٲلِكَ وَزَوَّجْنَـٰهُم بِحُورٍ عِينٍ٥٤
Kəzalikə vəzəvvəcnahum bihurin in
(Onların halı) belədir. Və onları hurul-eyn (ağ bədənli və iri gözlü cənnət qadınları) ilə evləndirərik.
يَدْعُونَ فِيهَا بِكُلِّ فَـٰكِهَةٍ ءَامِنِينَ٥٥
Yəd'unə fiha bikulli fakihətin aminin
Orada (zərər-ziyanından və zavala uğramasından) xatircəm halda bütün növ meyvələrdən istəyərlər.
لَا يَذُوقُونَ فِيهَا ٱلْمَوْتَ إِلَّا ٱلْمَوْتَةَ ٱلْأُولَىٰۖ وَوَقَـٰهُمْ عَذَابَ ٱلْجَحِيمِ٥٦
La yəzuqunə fihal məvtə illal məvtətəl ula, vəvəqahum əzabəl cəhim
Onlar (dünyadan Bərzəx aləminə keçmək vasitəsi olan) birinci ölümdən (və Bərzəx aləmindən Qiyamətə keçmək vasitəsi olan ikinci ölümdən) başqa orada ölümü dadmayacaqlar. (Allah) onları (həmişəlik olaraq) Cəhənnəm əzabından qoruyur.
فَضْلاً مِّن رَّبِّكَۚ ذَٲلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ٥٧
Fəzlən min rrəbbik, zalikə huvəl fəvzul əzim
(Bu,) sənin Rəbbin tərəfindən olan bir lütfdür. Bu həmin böyük qurtuluş və uğurdur.
فَإِنَّمَا يَسَّرْنَـٰهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ٥٨
Fə`innəma yəssərnahu bilisanikə lə'əlləhum yətəzəkkərun
Əslində Biz bunu (Quranı) sənin dilinlə asanlaşdırdıq (onu ərəbcə, sənin dilini ona uyğun və zehnini onun təlimləri ilə tanış etdik ki,) bəlkə onlar (sənin qövmün) ibrət götürdülər.
فَٱرْتَقِبْ إِنَّهُم مُّرْتَقِبُونَ٥٩
Fartəqib innəhum-murtəqibun
(Onlar ibrət götürmədikləri üçün onlara əzab gəlməsini) gözlə ki, əlbəttə onlar da (əzab) gözləyirlər.