Surə 45 · 37 ayə

surah045

Casiyə (Diz çökənlər)

Məkkə·37 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

حمٓ١

Ha, mim.

Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)

2Ayə 2

تَنزِيلُ ٱلْكِتَـٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ٢

Tənzilul kitabi minə əllah əl əzizil həkim

Bu kitab yenilməz qüdrət, möhkəm yaradılış və güclü şəriət sahibi olan Allah tərəfindən nazil edilmişdir.

3Ayə 3

إِنَّ فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ لَأَيَـٰتٍ لِّلْمُؤْمِنِينَ٣

Innə fis səmavati vəl ərzi ləayatin llilmu`minin

Şübhəsiz, göylərdə və yerdə (onların vücudunda və yaradılmalarının necəliyi və təsirlərində) iman əhli üçün (Allahın tovhid, rübubiyyət, qüdrət və hikmətindən) nişanələr vardır.

4Ayə 4

وَفِى خَلْقِكُمْ وَمَا يَبُثُّ مِن دَآبَّةٍ ءَايَـٰتٌ لِّقَوْمٍ يُوقِنُونَ٤

Vəfi xəlqikum və ma yəbussu min dabbətin ayatun lliqəvmin yuqinun

Və həmçinin sizin özünüzün yaradılışınızda və (bütün aləmdə) yaydığı canlılarda (bədənlərinin və ruhlarının fərqliliyi və ruhlarının bədənlərlə əlaqəsi baxımından) yəqini olan bir dəstə üçün nişanələr vardır.

5Ayə 5

وَٱخْتِلَـٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن رِّزْقٍ فَأَحْيَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ ٱلرِّيَـٰحِ ءَايَـٰتٌ لِّقَوْمٍ يَعْقِلُونَ٥

Vaxtilafi əlləyli vən nəhari və ma ənzələ əllahu minəs səma`i min rrizqin fə`əhya bihil ərza bə'də məvtiha vətəsrifi rriyahi ayatun lliqəvmin yə'qilun

Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də küləklərin (müxtəlif istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır.

6Ayə 6

تِلْكَ ءَايَـٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ‌ۖ فَبِأَىِّ حَدِيثِۭ بَعْدَ ٱللَّهِ وَءَايَـٰتِهِۦ يُؤْمِنُونَ٦

Tilkə ayatu əllah nətluha ələykə bilhəqq, fəbiəyyi hədisin bə'də əllah vəayatihi yu`minun

Bunlar (kitabın bu ayələri və sizin öz vücudunuzda və təbiətdə olan ayələr) Allahın haqq və doğru olaraq sənə oxuduğumuz ayələridir. Buna görə də (əgər bunları qəbul etməsələr), Allahdan (Allahın sözündən) və Onun nişanələrindən sonra hansı sözə iman gətirəcəklər?!

7Ayə 7

وَيْلٌ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٍ٧

Vəylun llikulli əffakin əsim

Vay olsun peşəsi günah olan hər bir yalan uydurana

8Ayə 8

يَسْمَعُ ءَايَـٰتِ ٱللَّهِ تُتْلَىٰ عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًا كَأَن لَّمْ يَسْمَعْهَا‌ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ٨

Yəsmə'u ayati-llahi tutla ələyhi summə yusirru mustəkbirən kə`ən lləm yəsmə'ha, fəbəşşirhu bi'əzabin əlim

ki, Allahın həmişə ona oxunan aylərini eşidir, sonra onları eşitməmiş kimi təkəbbürlə (öz küfr və inadkarlığında) israr edir. Buna görə də onu ağrılı bir əzabla müjdələ.

9Ayə 9

وَإِذَا عَلِمَ مِنْ ءَايَـٰتِنَا شَيْــًٔا ٱتَّخَذَهَا هُزُوًا‌ۚ أُوْلَـٰٓئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ٩

Və`iza əlimə min ayatina şəy`ən ttəxəzəha huzuvə, ula`ikə ləhum əzabun mmuhin

Bizim (kitab və nişanələrmizdən) bir ayə bilən zaman ona məsxərə edər. Alçaldıcı əzabları olacaq kəslər onlardır.

10Ayə 10

مِّن وَرَآئِهِمْ جَهَنَّمُ‌ۖ وَلَا يُغْنِى عَنْهُم مَّا كَسَبُواْ شَيْــًٔا وَلَا مَا ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوْلِيَآءَ‌ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ١٠

Min vəra`ihim cəhənnəm, və la yuğni ənhum-ma kəsəbu şəy`ən və la ma ttəxəzu min duni-llahi əvliya`, vələhum əzabun əzim

Onların (dünyalarının) arxasında Cəhənnəmdir. Onların əldə etdikləri (mal-dövlət və məqam) və Allahın yerinə başçı və dost (olaraq) götürdükləri şey (Allahın) onlar(a olan əzabın)dan bir şeyi dəf etməyəcəkdir. Onlar üçün böyük əzab vardır.

11Ayə 11

هَـٰذَا هُدًى‌ۖ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔـايَـٰتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٌ١١

Haza hudən, valləzinə kəfəru biayati rəbbihim ləhum əzabun min rriczin əlim

Bu (Quran) başdan-ayağa hidayətdir. Rəbblərinin ayələrinə küfr edən kəslər üçün çətin və ağrılı bir əzab vardır.

12Ayə 12

ٱللَّهُ ٱلَّذِى سَخَّرَ لَكُمُ ٱلْبَحْرَ لِتَجْرِىَ ٱلْفُلْكُ فِيهِ بِأَمْرِهِۦ وَلِتَبْتَغُواْ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ١٢

Əllahu əlləzi səxxərə ləkumul bəhrə litəcriyəl fulku fihi bi`əmrihi vəlitəbtəğu min fəzlihi vələ'əlləkum təşkurun

Allah gəmilərin Onun əmri ilə dənizdə üzmələri və həmçinin sizin Onun lütfünü və (qurudakı və sudakı) nemətlərini diləməyiniz üçün və (nəhayət) bəlkə şükr etdiniz deyə (suya xüsusi təbiət və genişlik bəxş etməklə) dənizi sizin xeyirinizə ram edəndir.

13Ayə 13

وَسَخَّرَ لَكُم مَّا فِى ٱلسَّمَـٰوَٲتِ وَمَا فِى ٱلْأَرْضِ جَمِيعًا مِّنْهُ‌ۚ إِنَّ فِى ذَٲلِكَ لَأَيَـٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ١٣

Vəsəxxərə ləkum-ma fis səmavati və ma fil ərzi cəmi'ən mminh, innə fi zalikə ləayatin lliqəvmin yətəfəkkərun

Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi. Həqiqətən, bunda (bu ram etmədə) düşünən dəstə üçün (Onun tovhid, qüdrət və mərhəmətindən) nişanələr vardır.

14Ayə 14

قُل لِّلَّذِينَ ءَامَنُواْ يَغْفِرُواْ لِلَّذِينَ لَا يَرْجُونَ أَيَّامَ ٱللَّهِ لِيَجْزِىَ قَوْمَۢا بِمَا كَانُواْ يَكْسِبُونَ١٤

Qul-lilləzinə amənu yəğfiru lilləzinə la yərcunə əyyamə əllah liyəcziyə qəvmən bima kanu yəksibun

İman gətirənlərə de ki, Allahın (məğlubiyyət və ölüm, Bərzəx və Qiyamət kimi) günlərinə iman və ümidi olmayanları bağışlasınlar (və ilahi hakimiyyət gerçəkləşənə kimi onlara toxunmasınlar) ki, (Allah mübarizə aparan) dəstəni əldə etdiklərinin müqabilində (Özü) cəzalandırsın.

15Ayə 15

مَنْ عَمِلَ صَـٰلِحًا فَلِنَفْسِهِۦ‌ۖ وَمَنْ أَسَآءَ فَعَلَيْهَا‌ۖ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ١٥

Mən əmilə salihən fəlinəfsih, və mən əsa`ə fə'ələyha, summə ila rəbbikum turcə'un

Kim yaxşı iş görsə öz xeyirinədir və kim pis iş görsə öz ziyanınadır. Sonra siz Rəbbinizə tərəf qaytarılacaqsınız (ki, əməllərinizin nəticələrini görəsiniz).

16Ayə 16

وَلَقَدْ ءَاتَيْنَا بَنِىٓ إِسْرَٲٓءِيلَ ٱلْكِتَـٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ وَرَزَقْنَـٰهُم مِّنَ ٱلطَّيِّبَـٰتِ وَفَضَّلْنَـٰهُمْ عَلَى ٱلْعَـٰلَمِينَ١٦

Vələqəd atəyna bəni isra`iləl kitabə vəl hukmə vən nubuvvətə vərəzəqnahum-minət tayyibati vəfəzzalnahum əlal aləmin

Həqiqətən, Biz İsrail övladlarına kitab (Tövrat, İncil, Zəbur və səhifələri), hökm (hikmət, hökm çıxarmaq və hakimiyyət) və peyğəmbərlik verdik, onlara (bildirçin əti, qüvvət halvası və göydən göndərilmiş süfrə kimi) pak şeylərdən ruzi verdik və onları (zəmanələrində olan) aləmdəkilərdən üstün etdik.

17Ayə 17

وَءَاتَيْنَـٰهُم بَيِّنَـٰتٍ مِّنَ ٱلْأَمْرِ‌ۖ فَمَا ٱخْتَلَفُوٓاْ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيَۢا بَيْنَهُمْ‌ۚ إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخْتَلِفُونَ١٧

Vəatəynahum bəyyinatin mminəl əmr, fəma xtələfu illa min bə'di ma ca`əhumul ilmu bəğyən bəynəhum, innə rəbbəkə yəqzi bəynəhum yəvməl qiyaməti fima kanu fihi yəxtəlifun

Həmçinin onlara (dinlərinin) iş(i) barəsində aydın dəlillər verdik (ki, onun əsasları və qollarında qaranlıq bir nöqtə qalmasın). Beləliklə, onlar yalnız (məsələnin həqiqəti barəsində) özlərinə elm yetişdikdən sonra (ancaq) aralarındakı həsəd, həddi aşmaq və təkəbbür üzündən ixtilafa düçar oldular. Həqiqətən, sənin Rəbbin Qiyamət günü onların arasında barəsində ixtilafa düçar olduqları bütün şeylər barəsində hökm çıxaracaqdır.

18Ayə 18

ثُمَّ جَعَلْنَـٰكَ عَلَىٰ شَرِيعَةٍ مِّنَ ٱلْأَمْرِ فَٱتَّبِعْهَا وَلَا تَتَّبِعْ أَهْوَآءَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ١٨

Summə cə'əlnakə əla şəri'ətin mminəl əmri fattəbi'ha və la təttəbi' əhva`ə əlləzinə la yə`ləmun

Sonra səni işin (ümumi din işinin, məxsus) bir şəriəti (yəni keçmiş dörd şəriət müqabilində İslam şəriəti) yolunda qoyduq. Buna görə də ona tabe ol və heç vaxt, elmi olmayanların (kafir və müşriklərin) nəfsi istəklərinə tabe olma.

19Ayə 19

إِنَّهُمْ لَن يُغْنُواْ عَنكَ مِنَ ٱللَّهِ شَيْــًٔا‌ۚ وَإِنَّ ٱلظَّـٰلِمِينَ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ‌ۖ وَٱللَّهُ وَلِىُّ ٱلْمُتَّقِينَ١٩

Innəhum lən yuğnu ənkə minə əllah şəy`ə, və`innəz zaliminə bə'zuhum əvliya`u bə'z, vəl ləhu vəliyyul muttəqin

Çünki onlar əlbəttə ki, Allah(dan gələn əzab)dan bir şeyi səndən dəf etməzlər. Həqiqətən, zalımlar bir-birlərinin dost və yardımçılarıdır. Allah (isə) təqvalıların başçı və yardımçısıdır.

20Ayə 20

هَـٰذَا بَصَـٰٓئِرُ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةٌ لِّقَوْمٍ يُوقِنُونَ٢٠

Haza bəsa`iru lilnnasi vəhudən vərəhmətun lliqəvmin yuqinun

Bu (Quran və şəriət) insanların bəsirət (gözüaçıqlıq) vasitələri və (yaradılışın başlanğıc və sonuna) inananlar üçün başdan ayağa hidayət və mərhəmətdir. (Yəni onun təsiri həmin şəxslərədir.)

21Ayə 21

أَمْ حَسِبَ ٱلَّذِينَ ٱجْتَرَحُواْ ٱلسَّيِّـَٔـاتِ أَن نَّجْعَلَهُمْ كَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ سَوَآءً مَّحْيَاهُمْ وَمَمَاتُهُمْ‌ۚ سَآءَ مَا يَحْكُمُونَ٢١

Əm həsibə əlləzinə ctərəhus səyyi`ati ən-nəc'ələhum kalləzinə amənu və'əmilus salihati səva`ən mməhyahum vəməmatuhum, sa`ə ma yəhkumun

Yoxsa günahlara batmış kəslər onları iman gətirib yaxşı işlər görmüş şəxslər kimi edəcəyimizi – həyat və ölümlərinin (onlarla) eyni olacağını güman edirlər? Nə pis mühakimə yürüdürlər!

22Ayə 22

وَخَلَقَ ٱللَّهُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ وَلِتُجْزَىٰ كُلُّ نَفْسِۭ بِمَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ٢٢

Vəxələqə əllahus səmavati vəl ərza bilhəqqi vəlitucza kullu nəfsin bima kəsəbət vəhum la yuzləmun

Allah göyləri və yeri haqq (düzgün) olaraq (uca və ağılın qəbul etdiyi bir məqsədlə) yaratdı (ki, hər bir istedad sahibi özünün layiqli kamalına çatsın) və hər bir nəfs qazandığının müqabilində (digər aləmdə) cəzalandırılsın. Onlara əsla zülm edilməyəcək və haqları kəsilməyəcəkdir.

23Ayə 23

أَفَرَءَيْتَ مَنِ ٱتَّخَذَ إِلَـٰهَهُۥ هَوَٮٰهُ وَأَضَلَّهُ ٱللَّهُ عَلَىٰ عِلْمٍ وَخَتَمَ عَلَىٰ سَمْعِهِۦ وَقَلْبِهِۦ وَجَعَلَ عَلَىٰ بَصَرِهِۦ غِشَـٰوَةً فَمَن يَهْدِيهِ مِنۢ بَعْدِ ٱللَّهِ‌ۚ أَفَلَا تَذَكَّرُونَ٢٣

Əfərə`əytə məni ttəxəzə ilahəhu həvahu və`əzalləhu əllahu əla ilmin vəxətəmə əla səm'ihi vəqəlbihi vəcə'ələ əla bəsarihi ğişavətən fəmən yəhdihi min bə'di-llahi, Əfəla təzəkkərun

Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?

24Ayə 24

وَقَالُواْ مَا هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَآ إِلَّا ٱلدَّهْرُ‌ۚ وَمَا لَهُم بِذَٲلِكَ مِنْ عِلْمٍ‌ۖ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ٢٤

Vəqalu ma hiyə illa həyatunad dunya nəmutu vənəhya və ma yuhlikuna illad dəhr, və ma ləhum bizalikə min ilm, in hum illa yəzunnun

(Məadı inkar edən müşriklər) dedilər: «Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; daim ölürük və dirilirik (bir dəstə ölür, bir dəstə dirilir və ya ruhun bir bədəndən digər bir bədənə keçməsi yolu ilə bir bədəndə ölür, digər bir bədəndə yenidən dirilirik) və bizi yalnız zamanın keçməsi öldürür (mələklər zamanın keçməsi ilə ruhları bir bədəndən digərinə keçirirlər və arada başlanğac söhbəti yoxdur)». Onların bu iddiaya bir (dair) bilikləri yoxdur. Onlar yalnız güman edirlər.

25Ayə 25

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍ مَّا كَانَ حُجَّتَهُمْ إِلَّآ أَن قَالُواْ ٱئْتُواْ بِـَٔـابَآئِنَآ إِن كُنتُمْ صَـٰدِقِينَ٢٥

Və`iza tutla ələyhim ayatuna bəyyinatin mma kanə huccətəhum illa ən qalu tu biaba`ina in kuntum sadiqin

Bizim (məad barəsindəki) aydın nişanə və dəlillərimiz onlara oxunan zaman onların «əgər doğruçusunuzsa bizim atalarımızı (qəbirlərdən çıxarıb) gətirin (biz də iman gətirək)» deməkdən başqa bir dəlilləri yoxdur.

26Ayə 26

قُلِ ٱللَّهُ يُحْيِيكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يَجْمَعُكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ لَا رَيْبَ فِيهِ وَلَـٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ٢٦

Quli-llahi yuhyikum summə yumitukum summə yəcmə'ukum ila yəvmil qiyaməti la rəybə fihi və lakinnə əksərən nasi la yə`ləmun

De: «Allah sizə (əvvəlcə bu dünyada) həyat bəxş edir, sonra öldürür, daha sonra sizi barəsində şəkk-şübhə olmayan Qiyamət gününə toplayacaqdır. Lakin insanların çoxu bilmir».

27Ayə 27

وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۚ وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يَوْمَئِذٍ يَخْسَرُ ٱلْمُبْطِلُونَ٢٧

Vəlilləhi mulkus səmavati vəl ərz, vəyəvmə təqumus sa'ətu yəvmə`izin yəxsərul mubtilun

Göylərin və yerin həqiqi malik və sahibi Allahdır (çünki onların yaradılması, qorunması və məhv edilməsi Onun əlindədir). Batilə uyanlar Qiyamətin qopacağı gün, (bəli, məhz) həmin gün ziyana uğrayacaqlar.

28Ayə 28

وَتَرَىٰ كُلَّ أُمَّةٍ جَاثِيَةً‌ۚ كُلُّ أُمَّةٍ تُدْعَىٰٓ إِلَىٰ كِتَـٰبِهَا ٱلْيَوْمَ تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ٢٨

Vətəra kullə ummətin casiyəh, kullu ummətin tud'a ila kitabihal yəvmə tuczəvnə ma kuntum tə'məlun

(Həmin gün) bütün ümmətləri (qorxunun şiddətindən) bir yerə toplaşmış və diz çökmüş görərsən. Hər bir ümmət öz kitabına (hər bir şəxs öz əməl dəftərinə və ya hər bir ümmət öz dini kitabına) tərəf çağırılacaq (və belə xitab olunacaq ki:) «etdiklərinizin müqabilində bu gün cəzalandırılacaqsınız (və ya sizin axirət cəzanız dünyadakı əməllərinizin gerçək təzahürüdür)».

29Ayə 29

هَـٰذَا كِتَـٰبُنَا يَنطِقُ عَلَيْكُم بِٱلْحَقِّ‌ۚ إِنَّا كُنَّا نَسْتَنسِخُ مَا كُنتُمْ تَعْمَلُونَ٢٩

Haza kitabuna yəntiqu ələykum bilhəqq, inna kunna nəstənsixu ma kuntum tə'məlun

Bu Bizim siz(in əməlləriniz)ə qarşı haqq və doğru danışan kitabımızdır. Çünki Biz sizin etdiklərinizin üzünü köçürürdük (və ya Lövhi-Məhfuzdan köçürür və sizin əməllərinizlə tutuşdururduq).

30Ayə 30

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ فَيُدْخِلُهُمْ رَبُّهُمْ فِى رَحْمَتِهِۦ‌ۚ ذَٲلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْمُبِينُ٣٠

Fə`əmma əlləzinə amənu və'əmilus salihati fəyudxiluhum rəbbuhum fi rəhmətih, zalikə huvəl fəvzul mubin

Buna görə də Rəbbləri iman gətirib yaxşı işlər görən kəsləri Öz mərhəmətinə daxil edəcəkdir. Bu, həmin aşkar uğurdur!

31Ayə 31

وَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓاْ أَفَلَمْ تَكُنْ ءَايَـٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَٱسْتَكْبَرْتُمْ وَكُنتُمْ قَوْمًا مُّجْرِمِينَ٣١

Və`əmma əlləzinə kəfəru əfələm təkun ayati tutla ələykum fastəkbərtum vəkuntum qəvmən mmucrimin

Küfr edənlərə gəldikdə isə (onlara belə deyiləcəkdir:) «Məgər Mənim (tovhid) ayələrim sizə oxunmurdu?! Amma siz təkəbbür göstərirdiniz və (onda siz) günahkar bir dəstə idiniz».

32Ayə 32

وَإِذَا قِيلَ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَٱلسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُم مَّا نَدْرِى مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ٣٢

Və`iza qilə innə və'də əllah həqqun vəs sa'ətu la rəybə fiha qultum-ma nədri mas sa'ətu in-nəzunnu illa zannən və ma nəhnu bimustəyqinin

«Şübhəsiz, Allahın vədi haqdır və Qiyamət barəsində heç bir şəkk-şübhə yoxdur» deyilən zaman «biz Qiyamətin nə olmasını bilmirik; biz ancaq güman edirik və biz yəqinliyə çatmamışıq» deyirdiniz.

33Ayə 33

وَبَدَا لَهُمْ سَيِّـَٔـاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسْتَهْزِءُونَ٣٣

Vəbəda ləhum səyyi`atu ma əmilu vəhaqə bihim-ma kanu bihi yəstəhzi`un

Pis əmələrinin cəzası onlara (gerçəklik şəklində) zahir olacaq və istehza etdikləri şey (müxtəlif əzablar) onları bürüyəcəkdir.

34Ayə 34

وَقِيلَ ٱلْيَوْمَ نَنسَـٰكُمْ كَمَا نَسِيتُمْ لِقَآءَ يَوْمِكُمْ هَـٰذَا وَمَأْوَٮٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّـٰصِرِينَ٣٤

Vəqiləl yəvmə nənsakum kəma nəsitum liqa`ə yəvmikum haza vəmə`vakumun naru və ma ləkum-min-nasirin

Və (onlara) deyilər: «Siz (dünyada) bu günki görüşünüzü unutduğunuz kimi (Biz də) bu gün sizi unudacağıq (əzabın içində boşlayacağıq). Sizin yeriniz oddur və sizə əsla kömək edənlər olmayacaqdır».

35Ayə 35

ذَٲلِكُم بِأَنَّكُمُ ٱتَّخَذْتُمْ ءَايَـٰتِ ٱللَّهِ هُزُوًا وَغَرَّتْكُمُ ٱلْحَيَوٲةُ ٱلدُّنْيَا‌ۚ فَٱلْيَوْمَ لَا يُخْرَجُونَ مِنْهَا وَلَا هُمْ يُسْتَعْتَبُونَ٣٥

Zalikum bi`ənnəkumu ttəxəztum ayati-llahi huzuvən vəğərrətkumul həyatud dunya, falyəvmə la yuxrəcunə minha və la hum yustə'təbun

Bunun (bu əzabların) səbəbi sizin Allahın ayələrinə məsxərə etməyiniz və dünya həyatının sizi aldatmasıdır. Odur ki, bu gün onlar Cəhənnəmdən çıxarılmayacaq, üzrxahlığa çağırılmayacaq və onlardan Allahın razılığını əldə etmələri istənilməyəcək.

36Ayə 36

فَلِلَّهِ ٱلْحَمْدُ رَبِّ ٱلسَّمَـٰوَٲتِ وَرَبِّ ٱلْأَرْضِ رَبِّ ٱلْعَـٰلَمِينَ٣٦

Fəlilləhil həmdu rəbbis səmavati vərəbbil ərzi rəbbil aləmin

Buna görə də həmd-səna göylərin Rəbbi, yerin Rəbbi və aləmdəkilərin Rəbbi olan Allaha məxsusdur.

37Ayə 37

وَلَهُ ٱلْكِبْرِيَآءُ فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ٣٧

Və ləhul kibriya`u fis səmavati vəl ərz, və huvəl əzizul həkim

Göylərdə və yerdə böyüklük, yenilməzlik və hökmranlıq Ona məxsusdur və məğlubedilməz qüdrət və hikmət sahibi Odur (ki, yaradılışı möhkəm, idarəçiliyi sarsılmazdır).

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)