бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
حمٓ١
Ha, mim.
Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
وَٱلْكِتَـٰبِ ٱلْمُبِينِ٢
Vəl kitabil mubin
And olsun bu aydın və (haqq ilə batilə, dinin əsasları ilə qollarına və halal ilə harama) aydınlıq gətirən kitaba ki,
إِنَّا جَعَلْنَـٰهُ قُرْءَٲنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ٣
Inna cə'əlnahu qur`-anən ərəbiyyən llə'əlləkum tə'qilun
Biz bu kitabı bəlkə (bu kitabın təqdim edildiyi ilk ümmət olan) siz (onun həqiqətləri barəsində) düşünəsiz deyə ərəbcə olan bir Quran etdik.
وَإِنَّهُۥ فِىٓ أُمِّ ٱلْكِتَـٰبِ لَدَيْنَا لَعَلِىٌّ حَكِيمٌ٤
Və`innəhu fi ummil kitabi lədəyna lə'əliyyun həkim
Həqiqətən, bu (Quran) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir.
أَفَنَضْرِبُ عَنكُمُ ٱلذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًا مُّسْرِفِينَ٥
Əfənəzribu ənkumuz zikrə safhən ən kuntum qəvmən mmusrifin
Siz həddini aşan bir dəstə olduğunuz üçün başdan ayağa öyüd-nəsihət olan bu kitabı nifrət üzündən sizdən geriyəmi qaytaraq?
وَكَمْ أَرْسَلْنَا مِن نَّبِىٍّ فِى ٱلْأَوَّلِينَ٦
Vəkəm ərsəlna min-nəbiyyin fil əvvəlin
Keçmiş insanlara çoxlu peyğəmbərlər göndərdik.
وَمَا يَأْتِيهِم مِّن نَّبِىٍّ إِلَّا كَانُواْ بِهِۦ يَسْتَهْزِءُونَ٧
Və ma yə`tihim-min-nəbiyyin illa kanu bihi yəstəhzi`un
Onlar özlərinə gələn hər bir peyğəmbərə məsxərə edirdilər.
فَأَهْلَكْنَآ أَشَدَّ مِنْهُم بَطْشًا وَمَضَىٰ مَثَلُ ٱلْأَوَّلِينَ٨
Fə`əhləkna əşəddə minhum bətşən vəməza məsəlul əvvəlin
Beləliklə, Biz onlardan (ərəblərdən) daha güclüləri həlak etdik və keçmişlərin məsəl və vəsfi (bu Quranda nəql edilib) keçdi.
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ٩
Vələ`in sə`əltəhum-mən xələqəs səmavati vəl ərza ləyəqulunnə xələqəhunnəl əzizul əlim
Əlbəttə, əgər onlardan (Məkkə müşriklərindən) «göyləri və yeri kim yaradıb» (deyə) soruşsan, mütləq «onları həmin qüdrətli və bilən (Allah) yaratmışdır» deyəcəklər. (Çünki onlar aləmin yaradılmasında deyil, onun idarə olunması və rübubiyyətdə şirkə düçar olmuşdular.)
ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلاً لَّعَلَّكُمْ تَهْتَدُونَ١٠
Əlləzi cə'ələ ləkumul ərza məhdən vəcə'ələ ləkum fiha subulən llə'əlləkum təhtədun
Həmin O (Allah) ki, yer üzünü sizin üçün (beşik kimi) rahatlanmaq yeri etdi və bəlkə (öz dünyəvi hədəflərinizə, tovhid və onun kamilliyinə) hidayət olunasınız deyə sizin üçün onda yollar yaratdı.
وَٱلَّذِى نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءَۢ بِقَدَرٍ فَأَنشَرْنَا بِهِۦ بَلْدَةً مَّيْتًاۚ كَذَٲلِكَ تُخْرَجُونَ١١
Valləzi nəzzələ minəs səma`i ma`ən biqədərin fə`ənşərna bihi bəldətən mməytə, kəzalikə tuxrəcun
Həmin O (Allah) ki, göydən müəyyən miqdarda (kamil hikmətinin tələbinə əsasən yağış, qar və dolu şəklində) su nazil etdi və onun vasitəsi ilə (bitki və ağaclar bitirməklə) ölü bir ölkəni diriltdik. (Qiyamət günü siz də torpaqdan) beləcə çıxarılacıqsınız.
وَٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٲجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلْفُلْكِ وَٱلْأَنْعَـٰمِ مَا تَرْكَبُونَ١٢
Valləzi xələqəl əzvacə kulləha vəcə'ələ ləkum-minəl fulki vəl ən'ami ma tərkəbun
Həmin O (Allah) ki, (varlıqların) bütün növləri(ni və bütün cüt məxluqatı) yaratdı və sizin üçün mindiyiniz gəmi və heyvanları vücuda gətirdi.
لِتَسْتَوُۥاْ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذْكُرُواْ نِعْمَةَ رَبِّكُمْ إِذَا ٱسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُواْ سُبْحَـٰنَ ٱلَّذِى سَخَّرَ لَنَا هَـٰذَا وَمَا كُنَّا لَهُۥ مُقْرِنِينَ١٣
Litəstəvu əla zuhurihi summə təzkuru ni'mətə rəbbikum iza stəvəytum ələyhi vətəqulu subhanə əlləzi səxxərə ləna haza və ma kunna ləhu muqrinin
(Yaratdı) ki, onların üstünə minəsiniz, sonra onların üstündə qərar tutan zaman Rəbbinizin nemətini xatırlayıb deyəsiniz: «Bunu bizə tabe və ram edən (hər bir eyb və nöqsandan) pakdır; (yoxsa) bizim buna gücümüz çatmazdı».
وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ١٤
Və`inna ila rəbbina ləmunqəlibun
«Və şübhəsiz, biz Rəbbimizə tərəf qayıdacağıq».
وَجَعَلُواْ لَهُۥ مِنْ عِبَادِهِۦ جُزْءًاۚ إِنَّ ٱلْإِنسَـٰنَ لَكَفُورٌ مُّبِينٌ١٥
Vəcə'əlu ləhu min ibadihi cuz`ə, innəl insanə ləkəfurun mmubin
Və (müşriklər) bəndələrindən Allaha hissə (atadan ayrılmış bir hissə olan övlad) nisbət verdilər (mələkləri Onun qızları adlandırdılar). Doğrudan da insan çox küfr edən və aşkar nankordur.
أَمِ ٱتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍ وَأَصْفَـٰكُم بِٱلْبَنِينَ١٦
Əmi ttəxəzə mimma yəxluqu bənatin və`əsfakum bilbənin
Yoxsa O, yaratdıqlarından Özünə qızları (övlad) götürüb və sizi oğlanlarla (oğul olmaqla olmağa) seçib?!
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحْمَـٰنِ مَثَلاً ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ١٧
Və`iza buşşirə əhəduhum bima zarəbə lilrrəhmani məsələn zallə vəchuhu musvəddən və huvə kəzim
Halbuki onlardan birinə Rəhman olan Allaha nisbət verdiyi şey ilə (Allahın övladı hesab etdiyi qızın dünyaya gəlməsi ilə) müjdə verilən zaman içi qüssə və hüzn ilə dolu halda (kədərinin çoxluğundan) üzü qaralar.
أَوَمَن يُنَشَّؤُاْ فِى ٱلْحِلْيَةِ وَهُوَ فِى ٱلْخِصَامِ غَيْرُ مُبِينٍ١٨
Əvə mən yunəşşə`u fil hilyəti və huvə fil xisami ğəyru mubin
Bər-bəzək içində bəslənən, mübahisə və dava-dalaş zamanı bəyanı aydın olmayan kəsi (Allahın övladı adlandırırsınız)?!
وَجَعَلُواْ ٱلْمَلَـٰٓئِكَةَ ٱلَّذِينَ هُمْ عِبَـٰدُ ٱلرَّحْمَـٰنِ إِنَـٰثًاۚ أَشَهِدُواْ خَلْقَهُمْۚ سَتُكْتَبُ شَهَـٰدَتُهُمْ وَيُسْــَٔلُونَ١٩
Vəcə'əlul məla`ikətə əlləzinə hum ibadu rrəhmani inasə, Əşəhidu xəlqəhum, sətuktəbu şəhadətuhum vəyus`əlun
Rəhman Allahın bəndələri olan mələkləri qızlar sandılar. Məgər onların yaradılışında iştirak edib (onların qız olmalarını) görüblər? Tezliklə onların (mələklər barəsindəki) şahidlikləri yazılacaq və sorğu-sual ediləcəklər.
وَقَالُواْ لَوْ شَآءَ ٱلرَّحْمَـٰنُ مَا عَبَدْنَـٰهُمۗ مَّا لَهُم بِذَٲلِكَ مِنْ عِلْمٍۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ٢٠
Vəqalu ləv şa rrəhmanu ma əbədnahum, ma ləhum bizalikə min ilm, in hum illa yəxrusun
Onlar (bütlər barəsində) dedilər: «Əgər Rəhman Allah (bizim bütlərə ibadət etməməyimizi) istəsəydi (əsla) onlara ibadət etməzdik!» Onların bu iddialarına (dair) bilikləri yoxdur, əksinə, yalnız güman edir və yalan deyirlər. (Çünki Allahın, şərik qoşmamağı məcburi etmək istəməməsi Onun həmin əmələ razı olmasına və bu işdən ixtiyari şəkildə çəkindirməməsinə dəlalət etmir. Əksinə, Allahın ayələri ixtiyari qadağanın olmasını sübut edir.)
أَمْ ءَاتَيْنَـٰهُمْ كِتَـٰبًا مِّن قَبْلِهِۦ فَهُم بِهِۦ مُسْتَمْسِكُونَ٢١
Əm atəynahum kitabən min qəblihi fəhum bihi mustəmsikun
Yoxsa onlara bundan (Qurandan) əvvəl bir kitab vermişik ki, (onlar bu iddialarında) ona istinad edirlər?!
بَلْ قَالُوٓاْ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ وَإِنَّا عَلَىٰٓ ءَاثَـٰرِهِم مُّهْتَدُونَ٢٢
Bəl qalu inna vəcədna aba`əna əla ummətin və`inna əla asarihim-muhtədun
Əksinə, onlar dedilər: «Həqiqətən, biz atalarımızı bir dində görmüşük və biz də onlara tabe olmaq nəticəsində mütləq doğru yoldayıq».
وَكَذَٲلِكَ مَآ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ وَإِنَّا عَلَىٰٓ ءَاثَـٰرِهِم مُّقْتَدُونَ٢٣
Vəkəzalikə ma ərsəlna min qəblikə fi qəryətin mmin-nəzirin illa qalə mutrəfuha inna vəcədna aba`əna əla ummətin və`inna əla asarihim-muqtədun
Və beləcə Biz səndən əvvəl hansı cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərdiksə, onların naz-nemət içində olanları dedilər: «Biz atalarımızı bir dində görmüşük və biz onların arxasınca gedirik».
قَـٰلَ أَوَلَوْ جِئْتُكُم بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ ءَابَآءَكُمْۖ قَالُوٓاْ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَـٰفِرُونَ٢٤
Qalə əvələv ci`tukum bi`əhda mimma vəcəttum ələyhi aba`əkum, qalu inna bima ursiltum bihi kafirun
(Onların peyğəmbərləri) dedi: «Hətta əgər sizin üçün öz atalarınızı üzərində gördüyünüz dindən daha artıq hidayət edən bir din gətirmiş olsam belə (yenə onların arxasınca gedəcəksiniz)?» Dedilər: «Şübhəsiz, biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik».
فَٱنتَقَمْنَا مِنْهُمْۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُكَذِّبِينَ٢٥
Fantəqəmna minhum, fanzur kəyfə kanə aqibətul mukəzzibin
Beləliklə, Biz onlardan (məhv etmək və köklərini kəsməklə) intiqam aldıq. Bax gör təkzib edənlərin aqibəti necə oldu!
وَإِذْ قَالَ إِبْرَٲهِيمُ لِأَبِيهِ وَقَوْمِهِۦٓ إِنَّنِى بَرَآءٌ مِّمَّا تَعْبُدُونَ٢٦
Və`iz qalə ibrahimu li`əbihi vəqəvmihi innəni bəra`un mmimma tə'budun
Və (yada sal) o zaman(ı) ki, İbrahim atasına (qayınatasına və yaxud əmisinə) və öz qövmünə dedi: «Şübhəsiz, mən sizin ibadət etdiklərinizdən tamamilə bezaram,
إِلَّا ٱلَّذِى فَطَرَنِى فَإِنَّهُۥ سَيَهْدِينِ٢٧
Illa əlləzi fətarəni fə`innəhu səyəhdin
məni yaratmış (yoxluqdan varlığa gətirmiş) kəs istisna olmaqla ki, əlbəttə O, tezliklə məni (dünyada müxtəlif insani kamilliklərə və axirətdə Cənnətə) hidayət edəcəkdir».
وَجَعَلَهَا كَلِمَةَۢ بَاقِيَةً فِى عَقِبِهِۦ لَعَلَّهُمْ يَرْجِعُونَ٢٨
Vəcə'ələha kəlimətən baqiyətən fi əqibihi lə'əlləhum yərci'un
Və (Allah) onu (bütlərdən bezarlığı və yaradılışın başlanğıcına üz tutulmasını) onun nəslinin arasında əbədi (qalan) kəlmə etdi ki, bəlkə (nəsli və qövmü ona tərəf) qayıtdılar.
بَلْ مَتَّعْتُ هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ جَآءَهُمُ ٱلْحَقُّ وَرَسُولٌ مُّبِينٌ٢٩
Bəl məttə'tu ha`ula`i vəaba`əhum hətta ca`əhumul həqqu vərəsulun mmubin
Əksinə, haqq, eləcə də aşkar və aydınlıq gətirən elçi (Quran və Muhəmməd (s)) yanlarına gələnə kimi bunları (Məkkə kafirlərini) və (İbrahimin tovhidini qəbul etməyən) atalarını (dünya nemətlərindən) bəhrələndirdik.
وَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ قَالُواْ هَـٰذَا سِحْرٌ وَإِنَّا بِهِۦ كَـٰفِرُونَ٣٠
Vələmma ca`əhumul həqqu qalu haza sihrun və`inna bihi kafirun
Və elə ki, haqq onlara tərəf gəldi, «bu cadudur və biz onu tamamilə inkar edirik» dedilər.
وَقَالُواْ لَوْلَا نُزِّلَ هَـٰذَا ٱلْقُرْءَانُ عَلَىٰ رَجُلٍ مِّنَ ٱلْقَرْيَتَيْنِ عَظِيمٍ٣١
Vəqalu ləvla nuzzilə hazal qur`-anu əla rəculin mminəl qəryətəyni əzim
Həmçinin dedilər: «Nə üçün bu Quran bu iki şəhərin birindən (mal-dövlət və məqam sahibi olan) böyük bir kişiyə (Məkkədən Vəlid ibn Muğeyrəyə və Taifdən Urvə ibn Məsuda) nazil edilməyib?!»
أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِى ٱلْحَيَوٲةِ ٱلدُّنْيَاۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَـٰتٍ لِّيَتَّخِذَ بَعْضُهُم بَعْضًا سُخْرِيًّاۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ٣٢
Əhum yəqsimunə rəhmətə rəbbik, nəhnu qəsəmna bəynəhum-mə'işətəhum fil həyatid dunya, vərəfə'na bə'zahum fəvqə bə'zin dərəcatin lliyəttəxizə bə'zuhum bə'zən suxriyyə, vərəhmətu rəbbikə xəyrun mmimma yəcmə'un
Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır.
وَلَوْلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةً وَٲحِدَةً لَّجَعَلْنَا لِمَن يَكْفُرُ بِٱلرَّحْمَـٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِّن فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ٣٣
Vələvla ən yəkunən nasu ummətən vahidətən lləcə'əlna limən yəkfuru bir rəhmani libuyutihim suqufən min fizzatin vəmə'aricə ələyha yəzhərun
Əgər insanların hamısının bir ümmət olmaları (hamısının küfr və şirk ətrafında birləşmələri) ehtimalı olmasaydı, həqiqətən, Rəhman Allaha kafir olan kəslərin evləri üçün gümüşdən tavanlar və yuxarı çıxmaları üçün (gümüşdən) nərdivanlar düzəldərdik.
وَلِبُيُوتِهِمْ أَبْوَٲبًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِــُٔونَ٣٤
Vəlibuyutihim əbvabən vəsururən ələyha yəttəki`un
Və evləri üçün (gümüş) qapılar və taxtlar (düzəldərdik) ki, onlara söykənsinlər.
وَزُخْرُفًاۚ وَإِن كُلُّ ذَٲلِكَ لَمَّا مَتَـٰعُ ٱلْحَيَوٲةِ ٱلدُّنْيَاۚ وَٱلْأَخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ٣٥
Vəzuxrufə, və`in kullu zalikə ləmma məta'ul həyatid dunya, vəl axirətu ində rəbbikə lilmuttəqin
Həmçinin (evləri üçün) qızıl zinət və bəzəklər (verərdik). Lakin bunların hamısı (fani) dünya həyatından (azacıq) bəhrələnməkdən başqa bir şey deyildir. Və Rəbbinin yanında olan axirət təqvalılara məxsusdur.
وَمَن يَعْشُ عَن ذِكْرِ ٱلرَّحْمَـٰنِ نُقَيِّضْ لَهُۥ شَيْطَـٰنًا فَهُوَ لَهُۥ قَرِينٌ٣٦
Və mən yə'şu ən zikri rrəhmani nuqəyyiz ləhu şəytanən fəhuvə ləhu qərin
Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq.
وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ ٱلسَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ٣٧
Və`innəhum ləyəsuddunəhum ənis səbili vəyəhsəbunə ənnəhum-muhtədun
Şübhəsiz, həmin şeytanlar onları (hər bir xeyir) yoldan saxlayarlar və onlar doğru yolu tapmış olduqlarını güman edərlər.
حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَـٰلَيْتَ بَيْنِى وَبَيْنَكَ بُعْدَ ٱلْمَشْرِقَيْنِ فَبِئْسَ ٱلْقَرِينُ٣٨
Hətta iza ca`əna qalə ya ləytə bəyni vəbəynəkə bu'dəl məşriqəyni fəbi`səl qərin
Nəhayət (qəlbi kor olmuş həmin şəxs Qiyamətdə) bizim yanımıza gələn zaman (şeytanına) deyər: «Ey kaş mənimlə sənin aranda şərqlə qərb arasındakı fasilə qədər uzaqlıq olaydı, sən pis yoldaş və dostsan!»
وَلَن يَنفَعَكُمُ ٱلْيَوْمَ إِذ ظَّلَمْتُمْ أَنَّكُمْ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ٣٩
Vələn yənfə'əkumul yəvmə iz-zaləmtum ənnəkum fil əzabi muştərikun
(Dünyada özünüzə) zülm etdiyiniz üçün (bu nifrət və uzaqlıq arzunuz) bu gün sizə əsla bir xeyir verməyəcəkdir. Çünki şübhəsiz, siz (Cəhənnəm) əzab(ın)da ortaqsınız (və sizin aranıza ayrılıq düşməyəcəkdir).
أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ أَوْ تَهْدِى ٱلْعُمْىَ وَمَن كَانَ فِى ضَلَـٰلٍ مُّبِينٍ٤٠
Əfə`əntə tusmi'us summə əv təhdil umyə və mən kanə fi zalalin mmubin
Buna görə də məgər sən karlara (söz) eşitdirə, yaxud korları və aşkar azğınlıqda olanları hidayət edə bilərsən?!
فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُم مُّنتَقِمُونَ٤١
Fə`imma nəzhəbənnə bikə fə`inna minhum-muntəqimun
Odur ki, əgər Biz səni (bu dünyadan) aparsaq şübhəsiz, onlardan intiqam alacağıq!
أَوْ نُرِيَنَّكَ ٱلَّذِى وَعَدْنَـٰهُمْ فَإِنَّا عَلَيْهِم مُّقْتَدِرُونَ٤٢
Əv nuriyənnəkə əlləzi və'ədnahum fə`inna ələyhim-muqtədirun
Yaxud onlara vəd etdiyimizi (onların vəd etdiyimiz əzaba düçar olmalarını) sənə göstərəcəyik. Biz mütləq onlara (əzab verməyə) qadir və qalibik (və onlarda hər halda – istər sənin həyatın zamanı olsun, istərsə də sənin ölmündən sonra – intiqam alacağıq).
فَٱسْتَمْسِكْ بِٱلَّذِىٓ أُوحِىَ إِلَيْكَۖ إِنَّكَ عَلَىٰ صِرَٲطٍ مُّسْتَقِيمٍ٤٣
Fastəmsik billəzi uhiyə iləyk, innəkə əla siratin mmustəqim
Odur ki, sənə edilən vəhydən yapış. Çünki sən doğru yoldasan.
وَإِنَّهُۥ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَۖ وَسَوْفَ تُسْــَٔلُونَ٤٤
Və`innəhu ləzikrun lləkə vəliqəvmik, vəsəvfə tus`əlun
Əlbəttə, bu (Quran) sənin özün və qövmün üçün bir öyüddür və tezliklə (onun barəsində) sorğu-sual ediləcəksiniz.
وَسْــَٔلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَآ أَجَعَلْنَا مِن دُونِ ٱلرَّحْمَـٰنِ ءَالِهَةً يُعْبَدُونَ٤٥
Vas`əl mən ərsəlna min qəblikə min rrusulina əcə'əlna min duni rrəhmani alihətən yu'bədun
Səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən (ümmətin alimlərindən və təhrif edilməmiş kitablardan və yaxud meracda onların ruhlarından) soruş (gör) heç Biz (tarixin əvvəlindən indiyə kimi) Rəhman Allahdan başqa ibadət edilən bir məbudlar təyin etmişik?!
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔـايَـٰتِنَآ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِيْهِۦ فَقَالَ إِنِّى رَسُولُ رَبِّ ٱلْعَـٰلَمِينَ٤٦
Vələqəd ərsəlna musa biayatina ila fir'əvnə vəmələ`ihi fəqalə inni rəsulu rəbbil aləmin
Həqiqətən, Biz Musanı Öz ayə və nişanələrimizlə birlikdə Fironun və onun qövmünün başçı və böyüklərinin yanına göndərdik. O dedi: «Mən aləmlərin Rəbbinin elçisiyəm».
فَلَمَّا جَآءَهُم بِـَٔـايَـٰتِنَآ إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ٤٧
Fələmma ca`əhum biayatina iza hum-minha yəzhəkun
Elə ki, onlara Bizim ayələrimizi gətirdi, onlar birdən onlara (ayələrimizə məsxərə edib) güldülər.
وَمَا نُرِيهِم مِّنْ ءَايَةٍ إِلَّا هِىَ أَكْبَرُ مِنْ أُخْتِهَاۖ وَأَخَذْنَـٰهُم بِٱلْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ٤٨
Və ma nurihim-min ayətin illa hiyə əkbəru min uxtiha, və`əxəznahum bil'əzabi lə'əlləhum yərci'un
Biz onlara nə ayə və möcüzə göstərirdiksə o, (möcüzəlik və iddiaya dəlalət baxımından) bənzərindən daha böyük idi. Və onları (qıtlıq, tufan, milçək və sairə) əzab(lar)a düçar etdik ki, bəlkə (haqq yola) qayıdalar.
وَقَالُواْ يَـٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ٤٩
Vəqalu ya əyyuhəs sahiru d'u ləna rəbbəkə bima əhidə indəkə innəna ləmuhtədun
Və (elə ki, bəlaya düçar oldular) dedilər: «Ey sehrbaz! (İman gətirəcəyimiz təqdirdə əzabı bizdən götürmək barəsində) səninlə bağladığı əhdə əsasən bizim üçün Rəbbini çağır, ki, biz mütləq doğru yolda olacağıq».
فَلَمَّا كَشَفْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِذَا هُمْ يَنكُثُونَ٥٠
Fələmma kəşəfna ənhumul əzabə iza hum yənkusun
Beləliklə, elə ki, əzabı onlardan qaldırdıq, dərhal əhd-peymanı pozdular.
وَنَادَىٰ فِرْعَوْنُ فِى قَوْمِهِۦ قَالَ يَـٰقَوْمِ أَلَيْسَ لِى مُلْكُ مِصْرَ وَهَـٰذِهِ ٱلْأَنْهَـٰرُ تَجْرِى مِن تَحْتِىٓۖ أَفَلَا تُبْصِرُونَ٥١
Vənada fir'əvnu fi qəvmihi qalə ya qəvmi ələysə li mulku misrə vəhazihil ənharu təcri min təhtiy, Əfəla tubsirun
Firon öz qövmünün arasında səsini ucaldaraq dedi: «Ey mənim qövmüm! Məgər Misirin hökmranlığı mənə məxsus deyil və bu çaylar mənim altımdan (saraylarımın altından və mənim istəyimə tabe olaraq) axmırlar? Məgər görmürsünüz?!»
أَمْ أَنَا۟ خَيْرٌ مِّنْ هَـٰذَا ٱلَّذِى هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ٥٢
Əm əna xəyrun min haza əlləzi huvə məhinun və la yəkadu yubin
«Hətta mən xar və həqir olan və aydın danışa bilməyən bu şəxsdən daha yaxşıyam». (Firon bu sözləri ilə Musanın dilinin pəltək olmasına işarə edir.)
فَلَوْلَآ أُلْقِىَ عَلَيْهِ أَسْوِرَةٌ مِّن ذَهَبٍ أَوْ جَآءَ مَعَهُ ٱلْمَلَـٰٓئِكَةُ مُقْتَرِنِينَ٥٣
Fələvla ulqiyə ələyhi əsvirətun min zəhəbin əv ca`ə mə'əhul məla`ikətu muqtərinin
«Bəs nə üçün onun üzərindən qızıl bilərziklər asılmayıb, yaxud onunla birlikdə çiyin-çiyinə mələklər gəlməyiblər?»
فَٱسْتَخَفَّ قَوْمَهُۥ فَأَطَاعُوهُۚ إِنَّهُمْ كَانُواْ قَوْمًا فَـٰسِقِينَ٥٤
Fastəxəffə qəvməhu fə`əta'uh, innəhum kanu qəvmən fasiqin
Beləliklə, o, öz qövmünü yelbeyin saydı və onlar da ona itaət etdilər. Həqiqətən, onlar günahkar və itaətsiz bir dəstə idilər.
فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَـٰهُمْ أَجْمَعِينَ٥٥
Fələmma asəfuna ntəqəmna minhum fə`əğrəqnahum əcmə'in
Beləliklə, elə ki, Bizi qəzəbləndirdilər, onlardan intiqam aldıq və onların hamısını suda qərq etdik.
فَجَعَلْنَـٰهُمْ سَلَفًا وَمَثَلاً لِّلْأَخِرِينَ٥٦
Fəcə'əlnahum sələfən vəməsələn llilaxirin
Nəticədə onları (tarixin batil və azğın qüvələrinin) öncüllər(i) və gələcək (nəsil)lər üçün ibrətamiz məsəl etdik.
وَلَمَّا ضُرِبَ ٱبْنُ مَرْيَمَ مَثَلاً إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ٥٧
Vələmma zuribə bnu məryəmə məsələn iza qəvmukə minhu yəsiddun
Elə ki, Məryəm oğlu (İsa) məsəl çəkildi (Məryəm surəsində tərifləndi) sənin qövmün dərhal ona görə (sənin onun tanrılığı əqidəsini qəbul etməyini güman edib mübahisə və dava-dalaş salaraq) ona görə səslərini ucaltdılar.
وَقَالُوٓاْ ءَأَٲلِهَتُنَا خَيْرٌ أَمْ هُوَۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلاَۢۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ٥٨
Vəqalu əalihətuna xəyrun əm huv, ma zarəbuhu ləkə illa cədələ, bəl hum qəvmun xəsimun
Və (öz tanrılarını üstün tutmaq məqsədi ilə) dedilər: «Bizim tanrılarımız yaxşıdır, yoxsa o? (Əgər o, tanrı və məbud olmuş olsa, allahlığa bizim tanrılarımız daha layiqdir.)» Bu məsəli sənin üçün yalnız (batil) mübahisə məqsədi ilə çəkdilər. (Çünki sən onun tanrılığını qəbul etməmisən.) Əslində onlar inadkar və davakar bir dəstədirlər.
إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَـٰهُ مَثَلاً لِّبَنِىٓ إِسْرَٲٓءِيلَ٥٩
In huvə illa əbdun ən'əmna ələyhi vəcə'əlnahu məsələn llibəni isra`il
O, (İsa) yalnız nemət verdiyimiz və (qeyri-adi bir məxluq kimi dillərdə əzbər və əməldə örnək olması üçün) İsrail övladları üçün bir məsəl etdiyimiz bir bəndə idi.
وَلَوْ نَشَآءُ لَجَعَلْنَا مِنكُم مَّلَـٰٓئِكَةً فِى ٱلْأَرْضِ يَخْلُفُونَ٦٠
Vələv nəşau ləcə'əlna minkum-məla`ikətən fil ərzi yəxlufun
Və (İsanın məsələsi Bizim qüdrətimiz baxımından elə də təəccüblü bir şey deyil. Çünki) əgər Biz istəsək siz insanlardan yer üzündə mələklər törədər və ya sizin yerinizə yer üzünə sizin canişinləriniz olan mələklər gətirərik.
وَإِنَّهُۥ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَٱتَّبِعُونِۚ هَـٰذَا صِرَٲطٌ مُّسْتَقِيمٌ٦١
Və`innəhu lə'ilmun llilssa'əti fəla təmtərunnə biha vattəbi'un, haza siratun mmustəqim
Həqiqətən, o (dünyaya gəlməsinin necəliyi, möcüzələri və ömrünün sonunda göydən yerə enməsi baxımından) Qiyamət elmi üçün bir nişanədir. Buna görə də ona (həmin günə) şübhə etməyin və Mənə (Mənim din və kitabıma) tabe olun ki, doğru yol budur.
وَلَا يَصُدَّنَّكُمُ ٱلشَّيْطَـٰنُۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّ مُّبِينٌ٦٢
Və la yəsuddənnəkumuş şəytan, innəhu ləkum əduvvun mmubin
Məbada Şeytan sizi (tovhid və din yolundan) saxlasın. Doğrudan da o, sizin aşkar düşməninizdir.
وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلْبَيِّنَـٰتِ قَالَ قَدْ جِئْتُكُم بِٱلْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعْضَ ٱلَّذِى تَخْتَلِفُونَ فِيهِۖ فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ٦٣
Vələmma ca`ə isa bilbəyyinati qalə qəd ci`tukum bilhikməti vəli`ubəyyinə ləkum bə'za əlləzi təxtəlifunə fih, fattəqu əllah və`əti'un
İsa (özünün peyğəmbərlik möcüzələrindən) aydın dəlillər gətirən zaman dedi: «Mən sizin üçün hikmət (şəriət hökmləri və əqli elmlər) gətirdim (və gəldim) ki, sizə barəsində ixtilafda olduğunuz şeyin bəzisini açıqlayım. Odur ki, Allah dan qorxun və mənə itaət edin.
إِنَّ ٱللَّهَ هُوَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُۚ هَـٰذَا صِرَٲطٌ مُّسْتَقِيمٌ٦٤
Innə əllah huvə rəbbi vərəbbukum fa'buduh, haza siratun mmustəqim
Şübhəsiz, sizin və mənim Rəbim tək olan Allahdır. Buna görə də Ona ibadət edin. Budur doğru yol».
فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْۖ فَوَيْلٌ لِّلَّذِينَ ظَلَمُواْ مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ٦٥
Faxtələfəl əhzabu min bəynihim, fəvəylun llilləzinə zaləmu min əzabi yəvmin əlim
Beləliklə, onun ümmətinin içərisindən (bəzi) dəstələr ixtilaf etdilər (bəziləri yəhudilikdə qaldı, bəzisi iman gətirərək ifrata varıb həddi aşdı və bəzisi orta yol ilə getdilər). Buna görə də ağrılı günün əzabından vay olsun (bu böyüklükdə) zülm edənlərə (onların halına)!
هَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ٦٦
Həl yənzurunə illas sa'ətə ən tə`tiyəhum bəğtətən vəhum la yəş'urun
Yoxsa onlar, (barəsində) qəflətdə ikən Qiyamətdən qeyrisinin gözlənilmədən onlara gəlməsini gözləyirlər?!
ٱلْأَخِلَّآءُ يَوْمَئِذِۭ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا ٱلْمُتَّقِينَ٦٧
Əl əxilla`u yəvmə`izin bə'zuhum libə'zin əduvvun illal muttəqin
Həmin gün (dostluq amilləri güclənəcək) təqvalılardan başqa (dünya) dostlar(ı) bir-birlərinə düşmən olacaqlar. (Çünki onların dostluq amilləri həmin gün düşmənçilik amilinə çevriləcəkdir.)
يَـٰعِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ ٱلْيَوْمَ وَلَآ أَنتُمْ تَحْزَنُونَ٦٨
Ya ibadi la xəvfun ələykumul yəvmə və la əntum təhzənun
(Və onlara belə xitab olunacaq:) «Ey Mənim bəndələrim! Bu gün sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız!»
ٱلَّذِينَ ءَامَنُواْ بِـَٔـايَـٰتِنَا وَكَانُواْ مُسْلِمِينَ٦٩
Əlləzinə amənu biayatina vəkanu muslimin
(Ey) Bizim ayə və nişanələrimizə iman gətirərək həmişə (Bizə) təslim olan kəslər!
ٱدْخُلُواْ ٱلْجَنَّةَ أَنتُمْ وَأَزْوَٲجُكُمْ تُحْبَرُونَ٧٠
Udxulul cənnətə əntum və`əzvacukum tuhbərun
Siz və (dünyadakı) zövcələriniz tam sevinc, kamil zinət və son dərəcə hörmətlə Cənnətə daxil olun!
يُطَافُ عَلَيْهِم بِصِحَافٍ مِّن ذَهَبٍ وَأَكْوَابٍۖ وَفِيهَا مَا تَشْتَهِيهِ ٱلْأَنفُسُ وَتَلَذُّ ٱلْأَعْيُنُۖ وَأَنتُمْ فِيهَا خَـٰلِدُونَ٧١
Yutafu ələyhim bisihafin min zəhəbin və`əkvab, vəfiha ma təştəhihil ənfusu vətələzzul ə'yun, və`əntum fiha xalidun
Və onların ətrafında (yeməklə dolu) qızıl kasalar və (pak içki ilə dolu) kuzələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır. Siz orada əbədisiniz.
وَتِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِىٓ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ٧٢
Vətilkəl cənnətu əlləti uristumuha bima kuntum tə'məlun
Bu sizin (dünyada) yerinə yetirdiklərinizin müqabilində (və ya yaxşı əməllərinizə görə kafirlərin də payına) varis olduğunuz Cənnətdir.
لَكُمْ فِيهَا فَـٰكِهَةٌ كَثِيرَةٌ مِّنْهَا تَأْكُلُونَ٧٣
Ləkum fiha fakihətun kəsirətun mminha tə`kulun
Orada sizin üçün çoxlu meyvələr var ki, onlardan yeyəcəksiniz.
إِنَّ ٱلْمُجْرِمِينَ فِى عَذَابِ جَهَنَّمَ خَـٰلِدُونَ٧٤
Innəl mucriminə fi əzabi cəhənnəmə xalidun
Həqiqətən, günahkarlar cəhənnəm əzabında əbədidirlər.
لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ٧٥
La yufəttəru ənhum vəhum fihi mublisun
Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada (nicat tapacaqlarına) ümidsizdirlər.
وَمَا ظَلَمْنَـٰهُمْ وَلَـٰكِن كَانُواْ هُمُ ٱلظَّـٰلِمِينَ٧٦
Və ma zaləmnahum və lakin kanu humuz zalimin
Biz onlara zülm etmədik, lakin onlar özləri (özlərinə qarşı) zülmkar idilər.
وَنَادَوْاْ يَـٰمَـٰلِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَۖ قَالَ إِنَّكُم مَّـٰكِثُونَ٧٧
Vənadəv ya maliku liyəqzi ələyna rəbbuk, qalə innəkum-makisun
Onlar (Cəhənnəmin məmurunu) çağırarlar (ki): «Ey (Cəhənnəmin) maliki! Rəbbin(ə de) bizi öldürsün və məhv etsin». O deyər: «Şübhəsiz, siz (burada) qalacaqsınız».
لَقَدْ جِئْنَـٰكُم بِٱلْحَقِّ وَلَـٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَـٰرِهُونَ٧٨
Ləqəd ci`nakum bilhəqqi və lakinnə əksərəkum lilhəqqi karihun
Biz sizə (siz insanlara dünyada) haqqı (din, kitab və ilahi maarifi) gətirdik, lakin sizin çoxunuzun haqqdan xoşu gəlmirdi.
أَمْ أَبْرَمُوٓاْ أَمْرًا فَإِنَّا مُبْرِمُونَ٧٩
Əm əbrəmu əmrən fə`inna mubrimun
Hətta (haqqa qarşı hiylə işlətməyi və ona qarşı çıxmağı) daha da artırdılar, Biz də (onlara qarşı hiylə və qəzəbi) artırdıq.
أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَٮٰهُمۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ٨٠
Əm yəhsəbunə ənna la nəsmə'u sirrəhum vənəcvahum, bəla vərusuluna lədəyhim yəktubun
Yoxsa onlar Bizim onların ürəklərinin sirlərini və pıçıltılarını eşitmədiyimizi güman edirlər? Xeyir (eşidirik)! Bizim onların yanında olan elçilərimiz yazırlar.
قُلْ إِن كَانَ لِلرَّحْمَـٰنِ وَلَدٌ فَأَنَا۟ أَوَّلُ ٱلْعَـٰبِدِينَ٨١
Qul in kanə lilrrəhmani vələdun fə`əna əvvəlul abidin
De: «Əgər Rəhman Allahın övladı olsaydı, (onun övladlıq haqqını yerinə yetirmək və ibadətin vacibliyində atası ilə şərik olduğu üçün) mən özüm (ona) ilk ibadət edən olardım».
سُبْحَـٰنَ رَبِّ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ٨٢
Subhanə rəbbis səmavati vəl ərzi rəbbil ərşi əmma yəsifun
Göylərin və yerin Rəbbi, ərşin Rəbbi onların vəsf etdiklərindən (övladı olmaq, mələklərin Onun qızı olması, cism olması, üç hissəyə bölünmək və bu kimi sifətlərdən) pakdır!
فَذَرْهُمْ يَخُوضُواْ وَيَلْعَبُواْ حَتَّىٰ يُلَـٰقُواْ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ٨٣
Fəzərhum yəxuzu vəyəl'əbu hətta yulaqu yəvməhumu əlləzi yu'ədun
Buna görə də onları boşla ki, onlara vəd edilən günlərini görənə kimi (küfr və itaətsizliklərində) batsınlar və başları (öz dünyaları ilə) oyuna qarışsın.
وَهُوَ ٱلَّذِى فِى ٱلسَّمَآءِ إِلَـٰهٌ وَفِى ٱلْأَرْضِ إِلَـٰهٌۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ٨٤
Və huvə əlləzi fis səma`i ilahun vəfil ərzi ilah, və huvəl həkimul əlim
Göylərdə də, yerdə də məbud Odur. Odur möhkəm yaradılış və idarə sahibi və (hər şeyi) bilən.
وَتَبَارَكَ ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ٨٥
Vətəbarəkə əlləzi ləhu mulkus səmavati vəl ərzi və ma bəynəhuma və'indəhu ilmus sa'əti və`iləyhi turcə'un
Göylərin, yerin və onların arasında olan (hər) şeyin həqiqi sahibi və hakimi olan Allah xeyir-bərəkətli və sabitdir. Qiyamətin baş vermə zamanını O bilir və Ona tərəf qaytarılacaqsınız.
وَلَا يَمْلِكُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِ ٱلشَّفَـٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلْحَقِّ وَهُمْ يَعْلَمُونَ٨٦
Və la yəmliku əlləzinə yəd'unə min dunihiş şəfa'ətə illa mən şəhidə bilhəqqi vəhum yə`ləmun
Bunların Allahın yerinə çağırdıqları (bütlər, mələklər və bəzi insanlar Qiyamət günü) – (şəfaət etdiklərinin imanını və şəfaətə layiq olmasını) bilərək haqqa (Allahın birliyinə) şəhadət verən kəslər istisna olmaqla – heç bir şəfaətə (şəfaət hüququna) malik olmayacaqlar.
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤْفَكُونَ٨٧
Vələ`in sə`əltəhum-mən xələqəhum ləyəqulunnə əllah, fə`ənna yu`fəkun
Əgər onlardan (elə) onları(n özlərini) kimin yaratdığını soruşsan «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar yaradılışda deyil, rübubiyyətdə şirkə düçar olmuşlar.) Belə isə (haqdan) necə və hara döndərilirlər (və uluhiyyət və xaliqiyyəti rübubiyyətdən ayırırlar)?
وَقِيلِهِۦ يَـٰرَبِّ إِنَّ هَـٰٓؤُلَآءِ قَوْمٌ لَّا يُؤْمِنُونَ٨٨
Vəqilihi ya rəbbi innə ha`ula`i qəvmun lla yu`minun
(Allah Peyğəmbərin şikayətlənərək məyuscasına dediyi) «ey mənim Rəbbim! Həqiqətən, bunlar iman gətirməyəcək bir dəstədirlər» sözü(nü bilir və ondan xəbərdardır).
فَٱصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَـٰمٌۚ فَسَوْفَ يَعْلَمُونَ٨٩
Fasfəh ənhum vəqul səlam, fəsəvfə yə`ləmun
(Ey Peyğəmbər!) Buna görə də onlardan üz döndər və de: «(Sağ-)salam(at)!» (Bu, onların dəvəti qəbul etmələrindən ümidi üzmək və buna görə də dəvəti tərk edərək döyüş üçün fürsət gözləmək mənasındadır.) Tezliklə (Mədinədə hökümət qurulduqdan sonra) biləcəklər».