Surə 49 · 18 ayə

surah049

Hucurat (Otaqlar)

Mədinə·18 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُقَدِّمُواْ بَيْنَ يَدَىِ ٱللَّهِ وَرَسُولِهِۦ‌ۖ وَٱتَّقُواْ ٱللَّهَ‌ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌ١

Ya əyyuha əlləzinə amənu la tuqəddimu bəynə yədəyi-llahi vərəsulihi vattəqu əllah innə əllah səmi'un əlim

Ey iman gətirənlər! Allahdan və Onun peyğəmbərindən qabağa keçməyin (dini hökmlərdə onlardan eşitməyincə nəzər bildirməyin və rəhbərlik və qəzavət işində onlardan qabaq hökm çıxarmayın). Allahdan qorxun ki, Allah eşidən və biləndir.

2Ayə 2

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَرْفَعُوٓاْ أَصْوَٲتَكُمْ فَوْقَ صَوْتِ ٱلنَّبِىِّ وَلَا تَجْهَرُواْ لَهُۥ بِٱلْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَن تَحْبَطَ أَعْمَـٰلُكُمْ وَأَنتُمْ لَا تَشْعُرُونَ٢

Ya əyyuha əlləzinə amənu la tərfə'u əsvatəkum fəvqə savtin nəbiyyi və la təchəru ləhu bilqəvli kəcəhri bə'zikum libə'zin ən təhbəta ə'malukum və`əntum la təş'urun

Ey iman gətirənlər! (Söhbət zamanı ədəbə riayət və peyğəmbərin məqamına hörmət olaraq) səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın. Məbada özünüz də bilmədən əməlləriniz (ucadan danışmadığınız təqdirdə savab ola bilən həmin danışığınızın savabı və yaxud digər əməllərinizin də savabı) puç olsun. (Çünki peyğəmbəri incitmək əməllərin mükafatının puç olmasına səbəb olan amillərdəndir.)

3Ayə 3

إِنَّ ٱلَّذِينَ يَغُضُّونَ أَصْوَٲتَهُمْ عِندَ رَسُولِ ٱللَّهِ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ ٱمْتَحَنَ ٱللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَىٰ‌ۚ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ٣

Innə əlləzinə yəğuzzunə əsvatəhum ində rəsuli-llahi ula`ikə əlləzinə mtəhənə əllahu qulubəhum lilttəqva, ləhum-məğfirətun və`əcrun əzim

Həqiqətən, Allahın peyğəmbərinin yanında səslərini aşağı salanlar Allahın qəlblərini pərhizkarlıq üçün sınadığı (və hazırladığı) kəslərdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır.

4Ayə 4

إِنَّ ٱلَّذِينَ يُنَادُونَكَ مِن وَرَآءِ ٱلْحُجُرَٲتِ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ٤

Innə əlləzinə yunadunəkə min vəra`il hucurati əksəruhum la yə'qilun

(Ya Peyğəmbər!) Səni otaqlarının arxasından çağıranların çoxu (sənin hörmətini saxlamadıqlarını) başa düşmürlər.

5Ayə 5

وَلَوْ أَنَّهُمْ صَبَرُواْ حَتَّىٰ تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَّهُمْ‌ۚ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ٥

Vələv ənnəhum sabəru hətta təxrucə iləyhim ləkanə xəyrən lləhum, vəl ləhu ğəfurun rrəhim

Əgər onlar sən onlara tərəf çıxana kimi səbr etsəydilər, əlbəttə, onlar üçün daha yaxşı olardı. Allah çox bağışlayan və mehribandır.

6Ayə 6

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن جَآءَكُمْ فَاسِقُۢ بِنَبَإٍ فَتَبَيَّنُوٓاْ أَن تُصِيبُواْ قَوْمَۢا بِجَهَـٰلَةٍ فَتُصْبِحُواْ عَلَىٰ مَا فَعَلْتُمْ نَـٰدِمِينَ٦

Ya əyyuha əlləzinə amənu in ca`əkum fasiqun binəbə`in fətəbəyyənu ən tusibu qəvmən bicəhalətin fətusbihu əla ma fə'əltum nadimin

Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız.

7Ayə 7

وَٱعْلَمُوٓاْ أَنَّ فِيكُمْ رَسُولَ ٱللَّهِ‌ۚ لَوْ يُطِيعُكُمْ فِى كَثِيرٍ مِّنَ ٱلْأَمْرِ لَعَنِتُّمْ وَلَـٰكِنَّ ٱللَّهَ حَبَّبَ إِلَيْكُمُ ٱلْإِيمَـٰنَ وَزَيَّنَهُۥ فِى قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ ٱلْكُفْرَ وَٱلْفُسُوقَ وَٱلْعِصْيَانَ‌ۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلرَّٲشِدُونَ٧

Va'ləmu ənnə fikum rəsulə əllah, ləv yuti'ukum fi kəsirin mminəl əmri lə'ənittum və lakinnə əllah həbbəbə iləykumul imanə vəzəyyənəhu fi qulubikum vəkərrəhə iləykumul kufrə vəl fusuqə vəl isyan, ula`ikə humu rraşidun

Bilin ki, Allahın peyğəmbəri sizin aranızdadır. (Buna görə də gərək siz onun əmrinə qulaq asaraq tabe olasınız.) Əgər işlərin çoxunda o, sizə tabe olsa, mütləq çətinliyə düşər və məhv olarsınız. Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi və küfr, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi (ki, məhvdən nicat tapasınız). (Doğru) yolu tapmış kəslər belələridir.

8Ayə 8

فَضْلاً مِّنَ ٱللَّهِ وَنِعْمَةً‌ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ٨

Fəzlən mminə əllah vəni'məh, vəl ləhu əlimun həkim

(Bu sevgi və nifrət) Allah tərəfindən lütf və nemətdir. Allah bilən və hikmət sahibidir.

9Ayə 9

وَإِن طَآئِفَتَانِ مِنَ ٱلْمُؤْمِنِينَ ٱقْتَتَلُواْ فَأَصْلِحُواْ بَيْنَهُمَا‌ۖ فَإِنۢ بَغَتْ إِحْدَٮٰهُمَا عَلَى ٱلْأُخْرَىٰ فَقَـٰتِلُواْ ٱلَّتِى تَبْغِى حَتَّىٰ تَفِىٓءَ إِلَىٰٓ أَمْرِ ٱللَّهِ‌ۚ فَإِن فَآءَتْ فَأَصْلِحُواْ بَيْنَهُمَا بِٱلْعَدْلِ وَأَقْسِطُوٓاْ‌ۖ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ٩

Və`in ta`ifətani minəl mu`mininə qtətəlu fə`əslihu bəynəhuma, fə`in bəğət ihdahuma əlal uxra fəqatilu əlləti təbği hətta təfi`ə ila əmri-llahi, fə`in fa`ət fə`əslihu bəynəhuma bil'ədli və`əqsituv, innə əllah yuhibbul muqsitin

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını düzəldin. Əgər onlardan biri digərinə təcavüz etsə Allahın əmrinə qayıdana kimi həmin təcavüzkar dəstə ilə vuruşun. Beləliklə, əgər qayıtsa onların aralarında ədalətlə sülh bərqərar edin. Həmişə ədalətli olun ki, Allah ədalətliləri sevir.

10Ayə 10

إِنَّمَا ٱلْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُواْ بَيْنَ أَخَوَيْكُمْ‌ۚ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ١٠

Innəmal mu`minunə ixvətun fə`əslihu bəynə əxəvəykum, vattəqu əllah lə'əlləkum turhəmun

Həqiqətən, bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz.

11Ayə 11

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَسْخَرْ قَوْمٌ مِّن قَوْمٍ عَسَىٰٓ أَن يَكُونُواْ خَيْرًا مِّنْهُمْ وَلَا نِسَآءٌ مِّن نِّسَآءٍ عَسَىٰٓ أَن يَكُنَّ خَيْرًا مِّنْهُنَّ‌ۖ وَلَا تَلْمِزُوٓاْ أَنفُسَكُمْ وَلَا تَنَابَزُواْ بِٱلْأَلْقَـٰبِ‌ۖ بِئْسَ ٱلِٱسْمُ ٱلْفُسُوقُ بَعْدَ ٱلْإِيمَـٰنِ‌ۚ وَمَن لَّمْ يَتُبْ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ١١

Ya əyyuha əlləzinə amənu la yəsxər qəvmun min qəvmin əsa ən yəkunu xəyrən mminhum və la nisa`un mmin-nisa`in əsa ən yəkunnə xəyrən mminhunn, və la təlmizu ənfusəkum və la tənabəzu bil`əlqab, bi`sə lismul fusuqu bə'dəl iman, və mən lləm yətub fə`ula`ikə humuz zalimun

Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!

12Ayə 12

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱجْتَنِبُواْ كَثِيرًا مِّنَ ٱلظَّنِّ إِنَّ بَعْضَ ٱلظَّنِّ إِثْمٌ‌ۖ وَلَا تَجَسَّسُواْ وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا‌ۚ أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ‌ۚ وَٱتَّقُواْ ٱللَّهَ‌ۚ إِنَّ ٱللَّهَ تَوَّابٌ رَّحِيمٌ١٢

Ya əyyuha əlləzinə amənu ctənibu kəsirən mminəz zanni innə bə'zaz zanni ism, və la təcəssəsu və la yəğtəb-bə'zukum bə'za, Əyuhibbu əhədukum ən yə`kulə ləhmə əxihi məytən fəkərihtumuh, vattəqu əllah, innə əllah təvvabun rrəhim

Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır.

13Ayə 13

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقْنَـٰكُم مِّن ذَكَرٍ وَأُنثَىٰ وَجَعَلْنَـٰكُمْ شُعُوبًا وَقَبَآئِلَ لِتَعَارَفُوٓاْ‌ۚ إِنَّ أَكْرَمَكُمْ عِندَ ٱللَّهِ أَتْقَـٰكُمْ‌ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌ١٣

Ya əyyuhan nasu inna xələqnakum-min zəkərin və`unsa vəcə'əlnakum şu'ubən vəqəba`ilə litə'arəfuv, innə əkrəməkum ində əllah ətqakum, innə əllah əlimun xəbir

Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən, sizin Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır. Həqiqətən, Allah çox bilən və xəbərdardır.

14Ayə 14

قَالَتِ ٱلْأَعْرَابُ ءَامَنَّا‌ۖ قُل لَّمْ تُؤْمِنُواْ وَلَـٰكِن قُولُوٓاْ أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ ٱلْإِيمَـٰنُ فِى قُلُوبِكُمْ‌ۖ وَإِن تُطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ لَا يَلِتْكُم مِّنْ أَعْمَـٰلِكُمْ شَيْــًٔا‌ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ١٤

Qalətil ə'rabu amənna, qul-ləm tu`minu və lakin qulu əsləmna vələmma yədxulil imanu fi qulubikum, və`in tuti'u əllah vərəsuləhu la yəlitkum-min ə'malikum şəy`ə, innə əllah ğəfurun rrəhim

Bədəvilər dedilər: «Biz (səmimi qəlbdən) iman gətirdik». (Ya Peyğəmbər, onlara) de: «İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) «İslamı qəbul etdik» deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstərişlərində) Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən (heç nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır».

15Ayə 15

إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ لَمْ يَرْتَابُواْ وَجَـٰهَدُواْ بِأَمْوَٲلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ‌ۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلصَّـٰدِقُونَ١٥

Innəmal mu`minunə əlləzinə amənu bi-llahi vərəsulihi summə ləm yərtabu vəcahədu bi`əmvalihim və`ənfusihim fi səbili-llahi, ula`ikə humus sadiqun

Möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş, sonra (öz imanında) əsla şəkk-şübhə etməyib mal və canları ilə Allah yolunda cihad etmiş kəslərdir. (Etiqad, söz və əməldə) doğruçu olan onlardır.

16Ayə 16

قُلْ أَتُعَلِّمُونَ ٱللَّهَ بِدِينِكُمْ وَٱللَّهُ يَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٲتِ وَمَا فِى ٱلْأَرْضِ‌ۚ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌ١٦

Qul ətu'əllimunə əllah bidinikum vəl ləhu yə`ləmu ma fis səmavati və ma fil ərz, vəl ləhu bikulli şəy`in əlim

De: «Allah göylərdə olanları və yerdə olanları bildiyi halda siz Allaha öz din (və batini əqidələr)inizdən xəbər verirsiniz?» Allah hər şeyi bilir.

17Ayə 17

يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُواْ‌ۖ قُل لَّا تَمُنُّواْ عَلَىَّ إِسْلَـٰمَكُم‌ۖ بَلِ ٱللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَٮٰكُمْ لِلْإِيمَـٰنِ إِن كُنتُمْ صَـٰدِقِينَ١٧

Yəmunnunə ələykə ən əsləmuv, qul-la təmunnu ələyyə islaməkum, bəli-llahi yəmunnu ələykum ən hədakum lil`imani in kuntum sadiqin

Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: «İslamınızı mənə minnət qoymayın, əksinə əgər (İslam iddiasında) doğruçusunzsa, sizi imana hidayət etdiyi üçün boynunuzda haqqı olan Allahdır».

18Ayə 18

إِنَّ ٱللَّهَ يَعْلَمُ غَيْبَ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۚ وَٱللَّهُ بَصِيرُۢ بِمَا تَعْمَلُونَ١٨

Innə əllah yə`ləmu ğəybəs səmavati vəl ərz, vəl ləhu bəsirun bima tə'məlun

Şübhəsiz, Allah göylərin və yerin qeybini (göylərdə və yerdə bütün şüur sahiblərinin düşüncə və hiss çərçivəsindən xaric olan sirləri) bilir. Allah etdiklərinizi görür.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)