Surə 50 · 45 ayə

surah050

Qaf (Qaf)

Məkkə·45 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

قٓ‌ۚ وَٱلْقُرْءَانِ ٱلْمَجِيدِ١

Qaf. vəl qur`-anil məcid

Qaf. (Bunlar Allahla Onun Peyğəmbəri arasındakı sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin bəşəriyyət onun bənzərini gətirməkdə acizdir. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. Ey Muhəmməd! Sənə əmr olunduğu kimi möhkəm ol. Olacaq şeyin hökmü əzəldən verilib.) And olsun əzəmətli, əziz, şanlı, şərəfli, qiymətli və uca məqamlı Qurana (ki, sən peyğəmbərlərdənsən və cəza günü haqdır).

2Ayə 2

بَلْ عَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٌ مِّنْهُمْ فَقَالَ ٱلْكَـٰفِرُونَ هَـٰذَا شَىْءٌ عَجِيبٌ٢

Bəl əcibu ən ca`əhum-munzirun mminhum fəqaləl kafirunə haza şəy`un əcib

(Onlar nəinki qəbul etmədilər) hətta onlara (mələk və cinlərdən deyil) özlərindən bir qorxudan (peyğəmbər) gəlməsinə təəccübləndilər. Buna görə də kafirlər dedilər: «Bu qəribə bir şeydir!

3Ayə 3

أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا‌ۖ ذَٲلِكَ رَجْعُۢ بَعِيدٌ٣

Ə`iza mitna vəkunna turabə, zalikə rəc'un bə'id

Məgər ölüb torpaq olandan sonra (yenidən dirildiləcək və ayağa qaldırılacağıq)? Bu, (tarixi təcrübədən və ağılın dərkindən) uzaq bir qayıdışdır. (Bədənlərin dağılmış və bir-birinə qarışmış hissələri bir-birindən ayrıldıqdan sonra bir yerə necə toplana bilər?)»

4Ayə 4

قَدْ عَلِمْنَا مَا تَنقُصُ ٱلْأَرْضُ مِنْهُمْ‌ۖ وَعِندَنَا كِتَـٰبٌ حَفِيظُۢ٤

Qəd əlimna ma tənqusul ərzu minhum, və'indəna kitabun həfiz

(Heç də uzaq deyil! Çünki) şübhəsiz, Biz yerin onların cəmiyyətindən nəyi azaltdığını və (qəbir) torpağın(ın) onların cəsədlərindən nəyi əskiltdiyini (əzəldən) bilirik. Çünki Bizim yanımızda (varlıq aləminin hadisələrini) qoruyan və (hər bir hadisə və dəyişiklikdən) qorunmuş (Lövhi-Məhfuz adlı) bir kitab vardır.

5Ayə 5

بَلْ كَذَّبُواْ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْ فَهُمْ فِىٓ أَمْرٍ مَّرِيجٍ٥

Bəl kəzzəbu bilhəqqi ləmma ca`əhum fəhum fi əmrin mməric

(Ağıllarının dərk etməməsindən deyil) bəlkə haqq onlara yetişən (aydın olan) zaman onu təkzib etdilər. Beləliklə onlar qarmaqarışıq bir iş içrisindədirlər (qəlbdə yəqinlikləri var, dildə isə inkar edirlər).

6Ayə 6

أَفَلَمْ يَنظُرُوٓاْ إِلَى ٱلسَّمَآءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَـٰهَا وَزَيَّنَّـٰهَا وَمَا لَهَا مِن فُرُوجٍ٦

Əfələm yənzuru ilas səma`i fəvqəhum kəyfə bənəynaha vəzəyyənnaha və ma ləha min furuc

Məgər başlarının üzərindəki göyə baxıb görmürlər ki, onu necə tikmişik və bəzəmişik və onda heç bir yarıq yoxdur (onda heç bir nöqsan və çatışmamazlıq görünmür)?!

7Ayə 7

وَٱلْأَرْضَ مَدَدْنَـٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٲسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجِۭ بَهِيجٍ٧

Vəl ərza mədədnaha və`əlqəyna fiha rəvasiyə və`əmbətna fiha min kulli zəvcin bəhic

Biz yeri sərdik, onda sabit və möhkəm dağlar yaratdıq və gözəl, qəlbi oxşayan bitkilərin hər sinif və cütündən bitirdik.

8Ayə 8

تَبْصِرَةً وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍ مُّنِيبٍ٨

Təbsirətən vəzikra likulli əbdin mmunib

(Allahın ayələri barəsində fikirləşməklə Ona tərəf) qayıdan hər bir bəndəyə gözüaçıqlıq və öyüd-nəsihət (amili) olması üçün (etdik bunları).

9Ayə 9

وَنَزَّلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءً مُّبَـٰرَكًا فَأَنۢبَتْنَا بِهِۦ جَنَّـٰتٍ وَحَبَّ ٱلْحَصِيدِ٩

Vənəzzəlna minəs səma`i ma`ən mmubarəkən fə`əmbətna bihi cənnatin vəhəbbəl həsid

Göydən (yağış, qar və dolu şəklində) xeyir-bərəkət dolu su endirdik. Onun vasitəsi ilə (çoxlu ağacı olan) bağlar və biçilməli dən(li bitki)lər bitirdik.

10Ayə 10

وَٱلنَّخْلَ بَاسِقَـٰتٍ لَّهَا طَلْعٌ نَّضِيدٌ١٠

Vən nəxlə basiqatin lləha tal'un nnəzid

Və uca boylu və məhsuldar xurma ağacları (yetişdirdik) ki, bir-birinin üstünə çıxmış salxımları və (hər salxımda) sıx meyvələri vardır.

11Ayə 11

رِّزْقًا لِّلْعِبَادِ‌ۖ وَأَحْيَيْنَا بِهِۦ بَلْدَةً مَّيْتًا‌ۚ كَذَٲلِكَ ٱلْخُرُوجُ١١

Rizqən llil'ibad, və`əhyəyna bihi bəldətən mməytə, kəzalikəl xuruc

Bəndələrin ruzisi olsun deyə! Həmçinin su vasitəsi ilə (bitkiləri bitirib) ölmüş torpağı diriltdik. Çıxmaq (qiyamət günü ölülərin qəbirlərdən baş qaldırmaları da) belədir (bitki və dənlərin yetişməsi kimidir).

12Ayə 12

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَأَصْحَـٰبُ ٱلرَّسِّ وَثَمُودُ١٢

Kəzzəbət qəbləhum qəvmu nuhin və`əshabu rrəssi vəsəmud

Onlardan (Məkkə müşriklərindən) qabaq Nuhun qövmü, (Yəmamədə peyğəmbərləri Hənzələni quyuya atmış) Rəss yoldaşları və (Saleh peyğəmbərin qövmü) Səmud da (öz peyğəmbərlərini) təkzib etmişdi.

13Ayə 13

وَعَادٌ وَفِرْعَوْنُ وَإِخْوَٲنُ لُوطٍ١٣

Və'adun vəfir'əvnu və`ixvanu lut

Həmçinin (Hudun qövmü) Ad, Firon (və onun yoldaşları) və Lutun (qəbilə) qardaşları.

14Ayə 14

وَأَصْحَـٰبُ ٱلْأَيْكَةِ وَقَوْمُ تُبَّعٍ‌ۚ كُلٌّ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ١٤

Və`əshabul əykəti vəqəvmu tubbə', kullun kəzzəbə rrusulə fəhəqqə və'id

(Şüeyb qövmünə məxsus) o yamyaşıl və sıx ağaclı yerin sakinləri və (Yəmən padşahının) Tübbə qövmü. Onların hamısı peyğəmbərləri təkzib etdilər. Beləliklə Mənim (inkar edənlərə əzab vermək barəsindəki) qəti vədim (onlar barəsində) təsbit oldu.

15Ayə 15

أَفَعَيِينَا بِٱلْخَلْقِ ٱلْأَوَّلِ‌ۚ بَلْ هُمْ فِى لَبْسٍ مِّنْ خَلْقٍ جَدِيدٍ١٥

Əfə'əyina bilxəlqil əvvəl, bəl hum fi ləbsin min xəlqin cədid

Məgər Biz (varlıq aləminin) ilk yaradılış(ın)da aciz qalmışıq (ki, onların yenidən qaytarılmalarında da aciz qalaq)?! (Onlar ilk yaradılışı inkar etmirlər,) əksinə yeni yaradılış barəsində səhvdədirlər.

16Ayə 16

وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِۦ نَفْسُهُۥ‌ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ ٱلْوَرِيدِ١٦

Vələqəd xələqnal insanə vənə'ləmu ma tuvəsvisu bihi nəfsuh, vənəhnu əqrəbu iləyhi min həblil vərid

Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq.

17Ayə 17

إِذْ يَتَلَقَّى ٱلْمُتَلَقِّيَانِ عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ قَعِيدٌ١٧

Iz yətələqqal mutələqqiyani ənil yəmini və'əniş şimali qə'id

(Yada sal) o zaman(ı) ki, (insanın düşüncə və əməllərini) qəbul edən o ikisi (o iki mələk) onun sağında və solunda oturub qəbul edirlər.

18Ayə 18

مَّا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ١٨

Ma yəlfizu min qəvlin illa lədəyhi rəqibun ətid

Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın.

19Ayə 19

وَجَآءَتْ سَكْرَةُ ٱلْمَوْتِ بِٱلْحَقِّ‌ۖ ذَٲلِكَ مَا كُنتَ مِنْهُ تَحِيدُ١٩

Vəca`ət səkrətul məvti bilhəqq, zalikə ma kuntə minhu təhid

Ölüm bihuşluğu, həqiqətən, gələr və (başqa aləm barəsində insanın qarşısına) həqiqəti çıxarar. (Və ona deyilər:) Bu sənin qaçdığın həmin şeydir.

20Ayə 20

وَنُفِخَ فِى ٱلصُّورِ‌ۚ ذَٲلِكَ يَوْمُ ٱلْوَعِيدِ٢٠

Vənufixə fis sur, zalikə yəvmul və'id

Və Sur (ikinci dəfə) çalınar. Həmin gün (Allahın) hədələyici vədlər(inin gerçəkləşməsi) günüdür.

21Ayə 21

وَجَآءَتْ كُلُّ نَفْسٍ مَّعَهَا سَآئِقٌ وَشَهِيدٌ٢١

Vəca`ət kullu nəfsin mmə'əha sa`iqun vəşəhid

(Həmin gün) hər bir kəs bir sürükləyənlə və (əməllərinə şəhadət verəcək) bir şahidlə gələcəkdir.

22Ayə 22

لَّقَدْ كُنتَ فِى غَفْلَةٍ مِّنْ هَـٰذَا فَكَشَفْنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلْيَوْمَ حَدِيدٌ٢٢

Ləqəd kuntə fi ğəflətin min haza fəkəşəfna ənkə ğita`əkə fəbəsarukəl yəvmə hədid

(Ona deyiləcəkdir:) Həqiqətən, sən bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür (Məhşərin vəziyyətini, öz əməllərini və onların cəzasını görəcəksən).

23Ayə 23

وَقَالَ قَرِينُهُۥ هَـٰذَا مَا لَدَىَّ عَتِيدٌ٢٣

Vəqalə qərinuhu haza ma lədəyyə ətid

Və onun yoldaşı (yanındakı gözətçi) deyər: Mənim yanımda hazır olan şəxs budur. (Və onun şahid yoldaşı deyər: Onun Mənim yanımda hazır olan əməl səhifələri bunlardır.)

24Ayə 24

أَلْقِيَا فِى جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ٢٤

Əlqiya fi cəhənnəmə kullə kəffarin ənid

(Əmr gələr ki:) Siz iki nəfər (gözətçi mələk və şahid) hər bir inadkar kafiri cəhənnəmə atın!

25Ayə 25

مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ مُّرِيبٍ٢٥

Mənna'in llilxəyri mu'tədin mmurib

Hər bir xeyirin qarşısın alanı, (yaradanın müəyyənləşdirdiyi həddi aşan və yaradılmışların haqqına təcavüz edən) təcavüzkarı və (əqidənin əsaslarına) şübhə edəni (qəlblərə şəkk-şübhə salanı).

26Ayə 26

ٱلَّذِى جَعَلَ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ فَأَلْقِيَاهُ فِى ٱلْعَذَابِ ٱلشَّدِيدِ٢٦

Əlləzi cə'ələ mə'ə əllah ilahən axərə fə`əlqiyahu fil əzabiş şədid

Tək olan Allahla yanaşı özünə başqa bir məbud götürəni. Buna görə də onu şiddətli və ağrılı bir əzaba atın!

27Ayə 27

قَالَ قَرِينُهُۥ رَبَّنَا مَآ أَطْغَيْتُهُۥ وَلَـٰكِن كَانَ فِى ضَلَـٰلِۭ بَعِيدٍ٢٧

Qalə qərinuhu rəbbəna ma ətğəytuhu və lakin kanə fi zalalin bə'id

Onun yoldaşı (olan şeytan) deyər: «Ey Rəbbim! Onu itatəsizliyə mən vadar etmədim, lakin o özü uzun-uzadı bir azğınlıq içərisində idi. (Mən yalnız dəvət etdim, o da öz xoşu ilə qəbul etdi.)»

28Ayə 28

قَالَ لَا تَخْتَصِمُواْ لَدَىَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُم بِٱلْوَعِيدِ٢٨

Qalə la təxtəsimu lədəyyə vəqəd qəddəmtu iləykum bilvə'id

(Allah) buyurar: «Mənim hüzurumda bir-birinizlə dava-dalaş salmayın. Mən sizə əvvəlcədən (peyğəmbərlər və səma kitabları vasitəsi ilə) əzab vədi vermişdim». (Hamıya lazım olan dəlil sübutlar təqdim edilib və hamının cinayəti aydınlaşıb.)

29Ayə 29

مَا يُبَدَّلُ ٱلْقَوْلُ لَدَىَّ وَمَآ أَنَا۟ بِظَلَّـٰمٍ لِّلْعَبِيدِ٢٩

Ma yubəddəlul qəvlu lədəyyə və ma əna bizallamin llil'əbid

(Kafirlərin cəhənnəmin odunu olmaları barəsində Lövhi-Məhfuzda yazılmış) o (qəti) söz Mənim yanımda əsla dəyişilməz (deyilənin əksi olmaz və onun hökmü ləğv edilməz) və Mən bəndələrə əsla zülm edən deyiləm.

30Ayə 30

يَوْمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ ٱمْتَلَأْتِ وَتَقُولُ هَلْ مِن مَّزِيدٍ٣٠

Yəvmə nəqulu licəhənnəmə həli mtələ`ti vətəqulu həl min mməzid

Və (yada sal) o zaman(ı) ki, Biz Cəhənnəmə deyərik: «Doldun?» Və (axirət aləminin tərkib hissələri şüura və danışma qabiliyyətinə malik olduğu üçün) o deyər: «Daha artıq varmı?» (Yəni, yenə yerim var və ya yerim yoxdur.)

31Ayə 31

وَأُزْلِفَتِ ٱلْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ٣١

Və`uzlifətil cənnətu lilmuttəqinə ğəyrə bə'id

Və Cənnəti təqvalılara (aralarında) məsafə olmadan çox yaxınlaşdırarlar.

32Ayə 32

هَـٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٍ٣٢

Haza ma tu'ədunə likulli əvvabin həfiz

(Onlara deyilər:) Bu sizə vəd olunandır. (Bu, dünyada) Allaha çox könül verən və (yaradanın və yaranmışların hüquqlarını) qoruyan hər bir kəs üçündür.

33Ayə 33

مَّنْ خَشِىَ ٱلرَّحْمَـٰنَ بِٱلْغَيْبِ وَجَآءَ بِقَلْبٍ مُّنِيبٍ٣٣

Mən xəşiyə rrəhmanə bilğəybi vəca`ə biqəlbin mmunib

Rəhman olan Allahdan gizlində (heç kəsin onu, onun isə axirəti görmədiyi halda) qorxan və tövbəkar və sızıltılı qəlblə (Allahın görüşünə) gələn kəs (üçün)!

34Ayə 34

ٱدْخُلُوهَا بِسَلَـٰمٍ‌ۖ ذَٲلِكَ يَوْمُ ٱلْخُلُودِ٣٤

Udxuluha bisəlam, zalikə yəvmul xulud

(Onlara deyiləcək:) «(Allah və mələklər tərəfindən) salamla (və əbədi salamatlıqla) ora daxil olun. (Müjdə olsun sizə ki,) bu gün əbədiyyət günüdür».

35Ayə 35

لَهُم مَّا يَشَآءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌ٣٥

Ləhum-ma yəşaunə fiha vələdəyna məzid

Orada onlar üçün istədikləri (hər bir) şey vardır. Bizim yanımızda (onların təsəvvür və istəklərindən xaric) daha artıq (nemətlər) mövcuddur.

36Ayə 36

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُم بَطْشًا فَنَقَّبُواْ فِى ٱلْبِلَـٰدِ هَلْ مِن مَّحِيصٍ٣٦

Vəkəm əhləkna qəbləhum-min qərnin hum əşəddu minhum bətşən fənəqqəbu fil biladi həl min mməhis

Biz onlardan (Məkkə müşriklərindən) qabaq qüdrət və iqtidar baxımından onlardan daha güclü olan və şəhərləri gəzib-dolaşaraq hər yerə nüfuz etmiş neçə-neçə nəsilləri məhv etdik. (Lakin) məgər (əzab nazil olan zaman onlar üçün) qaçmağa yer və bir sığınacaq var idi?!

37Ayə 37

إِنَّ فِى ذَٲلِكَ لَذِكْرَىٰ لِمَن كَانَ لَهُۥ قَلْبٌ أَوْ أَلْقَى ٱلسَّمْعَ وَهُوَ شَهِيدٌ٣٧

Innə fi zalikə ləzikra limən kanə ləhu qəlbun əv əlqas səm'ə və huvə şəhid

Şübhəsiz, bunda (bu əhvalatlarda, oyaq) qəlbi olan və ya (həqiqətlərə qəlbi ilə) şahid olaraq qulaq asan kəs üçün bir öyüd-nəsihət vardır.

38Ayə 38

وَلَقَدْ خَلَقْنَا ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِن لُّغُوبٍ٣٨

Vələqəd xələqnas səmavati vəl ərza və ma bəynəhuma fi sittəti əyyamin və ma məssəna min lluğub

Həqiqətən, Biz göyləri, yeri və bu ikisinin arasında olanları altı gündə (yaxud altı gecə-gündüzdə və ya altı mərhələdə) yaratdıq və Bizə heç bir inciklik və yorğunluq üz vermədi (yenidən diriltmək də belə olacaqdır).

39Ayə 39

فَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ ٱلشَّمْسِ وَقَبْلَ ٱلْغُرُوبِ٣٩

Fasbir əla ma yəqulunə vəsəbbih bihəmdi rəbbikə qəblə tulu'iş şəmsi vəqəblə əl ğurub

Buna görə də onların (peyğəmbərliyin inkarı, rübubiyyətdə şirk və qiyamətin təkzib edilməsi barəsində) dediklərinə səbr et və günəş çıxandan qabaq və onun batmasından öncə öz Rəbbini həmd-səna ilə birlikdə pak sifətlərlə mədh et (hər bir eyb və nöqsandan pak bil, yəni sübh, zöhr və əsr namazlarını qıl).

40Ayə 40

وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَـٰرَ ٱلسُّجُودِ٤٠

Vəminə əlləyli fəsəbbihhu və`ədbarəs sucud

Və gecənin bir hissəsində də Onu pak sifətlərlə mədh et (məğrib və işa namazlarını qıl) və həmçinin səcdələrin ardınca (bütün namazların səcdələrindən sonra Onu pak siftələrlə xatırla).

41Ayə 41

وَٱسْتَمِعْ يَوْمَ يُنَادِ ٱلْمُنَادِ مِن مَّكَانٍ قَرِيبٍ٤١

Vastəmi' yəvmə yunadil munadi min mməkanin qərib

Carçının (İsrafilin sur ilə ikinci dəfə, dağılmış bütün bədənlərə nisbətdə eyni ölçüdə) yaxın yerdən car çəkəcəyi gün qulaq as (və həmin nidanı gözlə)!

42Ayə 42

يَوْمَ يَسْمَعُونَ ٱلصَّيْحَةَ بِٱلْحَقِّ‌ۚ ذَٲلِكَ يَوْمُ ٱلْخُرُوجِ٤٢

Yəvmə yəsmə'unəs sayhətə bilhəqq, zalikə yəvmul xuruc

(Bərzəx aləmində olan bütün ruhların) haqq olan (və Lövhi-Məhfuzda təsbit edilmiş) həmin nərəni eşidəcəkləri gün! (Həmin) o gün (hamının qəbirlərdən) çıxma günüdür.

43Ayə 43

إِنَّا نَحْنُ نُحْىِۦ وَنُمِيتُ وَإِلَيْنَا ٱلْمَصِيرُ٤٣

Inna nəhnu nuhyi vənumitu və`iləynal məsir

Şübhəsiz, dirildən də, öldürən də Bizik və dönüş (axirətdə hamının qayıdışı) Bizə tərəfdir.

44Ayə 44

يَوْمَ تَشَقَّقُ ٱلْأَرْضُ عَنْهُمْ سِرَاعًا‌ۚ ذَٲلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ٤٤

Yəvmə təşəqqəqul ərzu ənhum sira'ə, zalikə həşrun ələyna yəsir

Onlar (oradan Allaha doğru) tələsərkən yerin onların üzərindən yarılacağı gün. Bu (diriltmək və hüzurumuza gətirmək), Bizim üçün asan bir toplamadır.

45Ayə 45

نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ‌ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِجَبَّارٍ‌ۖ فَذَكِّرْ بِٱلْقُرْءَانِ مَن يَخَافُ وَعِيدِ٤٥

Nəhnu ə'ləmu bima yəqulun, və ma əntə ələyhim bicəbbar, fəzəkkir bilqur`-ani mən yəxafu və'id

Biz onların (kafirlərin təkzib, istehza, şirk və məadın inkarı barəsində) dediklərini daha yaxşı bilirik və sən onlara hakim deyilsən (ki, iman gətirərək Allaha təslim olmağa zorla vadar edəsən). Odur ki, Mənim hədələrimdən qorxan kəsə bu Quran vasitəsi ilə öyüd-nəsihət ver.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)