Surə 48 · 29 ayə

surah048

Fəth (Zəfər)

Mədinə·29 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُّبِينًا١

Inna fətəhna ləkə fəthən mmubinə

Həqiqətən, Biz sənə zəfər – (kafirlərə qarşı dəlil-sübutlarla və çoxlu qələbələrlə mübarizədə) aşkar bir zəfər bəxş etdik

2Ayə 2

لِّيَغْفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُۥ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَٲطًا مُّسْتَقِيمًا٢

Liyəğfirə ləkə əllahu ma təqəddəmə min zəmbikə və ma tə`əxxərə vəyutimmə ni'mətəhu ələykə vəyəhdiyəkə siratən mmustəqimə

ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın (kafirlərin onların müqəddəslərinə ehtiramsızlıq kimi səndə gördükləri günahları «Allah» kəlməsini ucaltmaqla yox etsin və sənin özün üçün günah saydığın daha üstün əməlin tərk edilməsini mərhəmətini şamil etməklə bağışlasın,) sənə (olan) nemətini tamamlasın, səni doğru yola hidayət etsin.

3Ayə 3

وَيَنصُرَكَ ٱللَّهُ نَصْرًا عَزِيزًا٣

Vəyənsurəkə əllahu nəsrən əzizə

və sənə güclü və yenilməz bir yardımla kömək etsin.

4Ayə 4

هُوَ ٱلَّذِىٓ أَنزَلَ ٱلسَّكِينَةَ فِى قُلُوبِ ٱلْمُؤْمِنِينَ لِيَزْدَادُوٓاْ إِيمَـٰنًا مَّعَ إِيمَـٰنِهِمْ‌ۗ وَلِلَّهِ جُنُودُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا٤

Huvə əlləzi ənzələs səkinətə fi qulubil mu`mininə liyəzdadu imanən mmə'ə imanihim, vəlilləhi cunudus səmavati vəl ərz, vəkanə əllahu əlimən həkimə

Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur. Göylərin və yerin (müxtəlif) orduları (həm yaradılış aləmində ixtiyara malik mələklər, cinlər və insanlar, həm də səbəblər silsiləsində fəaliyyət göstərən ixtiyara malik olmayanlar) Allaha məxsusdur. Allah həmişə bilən və hikmət sahibidir.

5Ayə 5

لِّيُدْخِلَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنْهُمْ سَيِّـَٔـاتِهِمْ‌ۚ وَكَانَ ذَٲلِكَ عِندَ ٱللَّهِ فَوْزًا عَظِيمًا٥

Liyudxiləl mu`mininə vəl mu`minati cənnatin təcri min təhtihal ənharu xalidinə fiha vəyukəffirə ənhum səyyi`atihim, vəkanə zalikə ində əllah fəvzən əzimə

Mömin kişi və qadınları həmişəlik qalmaları üçün (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil etmək və onların günahlarını təmizləmək üçün! Bu, Allah yanında böyük uğurdur.

6Ayə 6

وَيُعَذِّبَ ٱلْمُنَـٰفِقِينَ وَٱلْمُنَـٰفِقَـٰتِ وَٱلْمُشْرِكِينَ وَٱلْمُشْرِكَـٰتِ ٱلظَّآنِّينَ بِٱللَّهِ ظَنَّ ٱلسَّوْءِ‌ۚ عَلَيْهِمْ دَآئِرَةُ ٱلسَّوْءِ‌ۖ وَغَضِبَ ٱللَّهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ‌ۖ وَسَآءَتْ مَصِيرًا٦

Vəyu'əzzibəl munafiqinə vəl munafiqati vəl muşrikinə vəl muşrikatiz zanninə bi-llahi zannəs səv`, Ələyhim da`irətus səv`, vəğəzibə əllahu ələyhim vələ'ənəhum və`ə'əddə ləhum cəhənnəm, vəsa`ət məsirə

Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb və onlar üçün Cəhənnəmi hazırlayıb. Ora pis dönüş yeridir!

7Ayə 7

وَلِلَّهِ جُنُودُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا٧

Vəlilləhi cunudus səmavati vəl ərz, vəkanə əllahu əzizən həkimə

Göylərin və yerin (müxtəlif) orduları Allaha məxsusdur. Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir.

8Ayə 8

إِنَّآ أَرْسَلْنَـٰكَ شَـٰهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا٨

Inna ərsəlnakə şahidən vəmubəşşirən vənəzirə

(Ya Muhəmməd!) Həqiqətən, Biz səni (ümmətinin əqidə və əməllərini dünyada görən və axirətdə şəhadət verən) şahid, (itaətkarlara) müjdə verən və (günahkarları) qorxudan (bir peyğəmbər) olaraq göndərdik.

9Ayə 9

لِّتُؤْمِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُ وَتُسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلاً٩

Litu`minu bi-llahi vərəsulihi vətu'əzziruhu vətuvəqqiruhu vətusəbbihuhu bukrətən və`əsilə

(Göndərdik) ki, (siz insanlar) Allaha və Onun elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, böyük sayıb ehtiram göstərəsiniz və səhərlər və axşamlar Onu zikr edərək hər bir eyb və nöqsandan paklıqla xatırlayasınız.

10Ayə 10

إِنَّ ٱلَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ ٱللَّهَ يَدُ ٱللَّهِ فَوْقَ أَيْدِيهِمْ‌ۚ فَمَن نَّكَثَ فَإِنَّمَا يَنكُثُ عَلَىٰ نَفْسِهِۦ‌ۖ وَمَنْ أَوْفَىٰ بِمَا عَـٰهَدَ عَلَيْهُ ٱللَّهَ فَسَيُؤْتِيهِ أَجْرًا عَظِيمًا١٠

Innə əlləzinə yubayi'unəkə innəma yubayi'unə əllah yədu əllah fəvqə əydihim, fəmən-nəkəsə fə`innəma yənkusu əla nəfsih, və mən əvfa bima ahədə ələyhu əllah fəsəyu`tihi əcrən əzimə

Həqiqətən, (Hüdeybiyyədə) sənə beyət edənlər əslində Allaha beyət edirlər. (Sənin) onların əlinin üstündə olan (əlin) Allahın əlidir. Buna görə də kim əhdi pozsa, yalnız öz ziyanına pozur və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə (Allah) tezliklə ona böyük bir mükafat verəcəkdir.

11Ayə 11

سَيَقُولُ لَكَ ٱلْمُخَلَّفُونَ مِنَ ٱلْأَعْرَابِ شَغَلَتْنَآ أَمْوَٲلُنَا وَأَهْلُونَا فَٱسْتَغْفِرْ لَنَا‌ۚ يَقُولُونَ بِأَلْسِنَتِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ‌ۚ قُلْ فَمَن يَمْلِكُ لَكُم مِّنَ ٱللَّهِ شَيْــًٔا إِنْ أَرَادَ بِكُمْ ضَرًّا أَوْ أَرَادَ بِكُمْ نَفْعَۢا‌ۚ بَلْ كَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرَۢا١١

Səyəqulu ləkəl muxəlləfunə minəl ə'rabi şəğələtna əmvaluna və`əhluna fastəğfir ləna, yəqulunə bi`əlsinətihim-ma ləysə fi qulubihim, qul fəmən yəmliku ləkum-minə əllah şəy`ən in əradə bikum zarrən əv əradə bikum nəf'ə, bəl kanə əllahu bima tə'məlunə xəbirə

Tezliklə bədəvi ərəblərdən (Hüdeybiyyədə səninlə birgə iştirak etməyib yerdə) qalanlar sənə deyəcəklər: «Mal-dövlət və ailələrimiz (onların qorunması) bizi (özünə) məşğul etdi. Odur ki, bizim üçün (Allahdan) bağışlanmaq dilə». Onlar dilləri ilə qəlblərində olmayan şeyi deyirlər. De: «Əgər Allah sizə bir zərər və ya xeyir (vermək) istəsə Allahın qarşısında kim bir şeyə malikdir (və Onun istəyinin qarşısını ala bilər)?» Əksinə, Allah etdiklərinizdən həmişə (əzəldən) xəbərdardır.

12Ayə 12

بَلْ ظَنَنتُمْ أَن لَّن يَنقَلِبَ ٱلرَّسُولُ وَٱلْمُؤْمِنُونَ إِلَىٰٓ أَهْلِيهِمْ أَبَدًا وَزُيِّنَ ذَٲلِكَ فِى قُلُوبِكُمْ وَظَنَنتُمْ ظَنَّ ٱلسَّوْءِ وَكُنتُمْ قَوْمَۢا بُورًا١٢

Bəl zanəntum ən llən yənqəlibə rrəsulu vəl mu`minunə ila əhlihim əbədən vəzuyyinə zalikə fi qulubikum vəzanəntum zannəs səv`i vəkuntum qəvmən burə

(Sizin cihadı tərk etməyinizin əsas səbəbi o deyildi,) əksinə, siz bu Peyğəmbər və möminlərin heç vaxt öz adamlarının yanına qayıtmayacaqlarını (və Qüreyş kafirlərinin əli ilə öldürüləcəklərini) güman edirdiniz. Və bu (batil güman) qəlblərinizdə cilvələndi və (belə) pis gümana düşdünüz (ki, Allah Öz peyğəmbərinə kömək etməyəcəkdir). Siz fəsad törədən və məhvə layiq bir dəstə idiniz.

13Ayə 13

وَمَن لَّمْ يُؤْمِنۢ بِٱللَّهِ وَرَسُولِهِۦ فَإِنَّآ أَعْتَدْنَا لِلْكَـٰفِرِينَ سَعِيرًا١٣

Və mən lləm yu`min bi-llahi vərəsulihi fə`inna ə'tədna lilkafirinə sə'irə

Kim Allaha və Onun Peyğəmbərinə iman gətirməsə (bilsin ki,) əlbəttə Biz kafirlər üçün şöləli bir od hazırlamışıq.

14Ayə 14

وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ‌ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ‌ۚ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا١٤

Vəlilləhi mulkus səmavati vəl ərz, yəğfiru limən yəşau vəyu'əzzibu mən yəşa, vəkanə əllahu ğəfurən rrəhimə

Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusdur. (Çünki onların yaradılması, qorunması, idarə edilməsi və məhvi Onun qəti iradəsindən asılıdır.) (Günahkarlardan) istədiyini bağışlayır və istədiyinə əzab verir. Allah həmişə bağışlayan və mehribandır.

15Ayə 15

سَيَقُولُ ٱلْمُخَلَّفُونَ إِذَا ٱنطَلَقْتُمْ إِلَىٰ مَغَانِمَ لِتَأْخُذُوهَا ذَرُونَا نَتَّبِعْكُمْ‌ۖ يُرِيدُونَ أَن يُبَدِّلُواْ كَلَـٰمَ ٱللَّهِ‌ۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٲلِكُمْ قَالَ ٱللَّهُ مِن قَبْلُ‌ۖ فَسَيَقُولُونَ بَلْ تَحْسُدُونَنَا‌ۚ بَلْ كَانُواْ لَا يَفْقَهُونَ إِلَّا قَلِيلاً١٥

Səyəqulul muxəlləfunə iza ntaləqtum ila məğanimə litə`xuzuha zəruna nəttəbi'kum, yuridunə ən yubəddilu kəlamə əllah, qul-lən təttəbi'una kəzalikum qalə əllahu min qəbl, fəsəyəqulunə bəl təhsudunəna, bəl kanu la yəfqəhunə illa qəlilə

(Hüdeybiyyə hadisəsindən) yerdə qalanlar siz (Xeybərdən) qənimətləri götürməyə yollananda tezliklə sizə deyəcəklər: «Qoyun biz də sizin arxanızca gələk». Onlar Allahın (yerdə qalanların növbəti qənimətlərdən məhrum olmaları barəsində Lövhi-Məhfuzda yazılmış əzəli) sözünü dəyişdirmək istəyirlər. De: «Əsla bizim dalımızca gəlməyəcəksiniz. Allah bundan əvvəl (əzəldən) belə buyurmuşdur». Onlar tezliklə deyəcəklər: «(Allah qadağan etməyib) əksinə, siz bizə paxıllıq edirsinizc. (Belə deyil,) sadəcə olaraq onlar az bir qismi istisna olmaqla anlamırlar.

16Ayə 16

قُل لِّلْمُخَلَّفِينَ مِنَ ٱلْأَعْرَابِ سَتُدْعَوْنَ إِلَىٰ قَوْمٍ أُوْلِى بَأْسٍ شَدِيدٍ تُقَـٰتِلُونَهُمْ أَوْ يُسْلِمُونَ‌ۖ فَإِن تُطِيعُواْ يُؤْتِكُمُ ٱللَّهُ أَجْرًا حَسَنًا‌ۖ وَإِن تَتَوَلَّوْاْ كَمَا تَوَلَّيْتُم مِّن قَبْلُ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا١٦

Qul-lilmuxəlləfinə minəl ə'rabi sətud'əvnə ila qəvmin uli bə`sin şədidin tuqatilunəhum əv yuslimun, fə`in tuti'u yu`tikumu əllahu əcrən həsənə, və`in tətəvəlləv kəma təvəlləytum-min qəblu yu'əzzibkum əzabən əlimə

Bədəvilərdən (sizinlə getməyib) yerdə qalanlara de: «Tezliklə möhkəm və cəngavər insanlara (onlarla mübarizəyə) tərəf çağırılacaqsınız ki, onlarla vuruşasınız, ya da onlar İslamı qəbul etsinlər. Beləliklə əgər itaət etsəniz Allah sizə gözəl mükafat verəcəkdir. Əgər bundan əvvəl üz döndərdiyiniz kimi (yenə) üz döndərsəniz sizə ağrılı bir əzab verəcəkdir».

17Ayə 17

لَّيْسَ عَلَى ٱلْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى ٱلْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى ٱلْمَرِيضِ حَرَجٌ‌ۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدْخِلْهُ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ‌ۖ وَمَن يَتَوَلَّ يُعَذِّبْهُ عَذَابًا أَلِيمًا١٧

Ləysə əlal ə'ma hərəcun və la əlal ə'rəci hərəcun və la əlal mərizi hərəc, və mən yuti'i-llahi vərəsuləhu yudxilhu cənnatin təcri min təhtihal ənhar, və mən yətəvəllə yu'əzzibhu əzabən əlimə

(Cihadda iştirak etməməyə görə) kora da günah yoxdur, topala da günah yoxdur, xəstəyə də günah yoxdur. Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edər. Kim üz döndərsə ona ağrılı bir əzab verər.

18Ayə 18

لَّقَدْ رَضِىَ ٱللَّهُ عَنِ ٱلْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ ٱلشَّجَرَةِ فَعَلِمَ مَا فِى قُلُوبِهِمْ فَأَنزَلَ ٱلسَّكِينَةَ عَلَيْهِمْ وَأَثَـٰبَهُمْ فَتْحًا قَرِيبًا١٨

Ləqəd rəziyə əllahu ənil mu`mininə iz yubayi'unəkə təhtəş şəcərəti fə'əlimə ma fi qulubihim fə`ənzələs səkinətə ələyhim və`əsabəhum fəthən qəribə

Şübhəsiz, Allah möminlərdən onlar (Hüdeybiyyədə) ağacın altında sənə beyət edən zaman razı qaldı, onların qəlblərində olanı (niyyətlərinin saf və gözəlliyini) bildi, nəticədə onlara (ürək) rahatlığ(ı) və xatircəmlik nazil etdi və onlara yaxın qələbəni (Xeybər qələbəsini) mükafat verdi.

19Ayə 19

وَمَغَانِمَ كَثِيرَةً يَأْخُذُونَهَا‌ۗ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا١٩

Vəməğanimə kəsirətən yə`xuzunəha, vəkanə əllahu əzizən həkimə

Həmçinin (Xeybərin fəthində) götürəcəkləri çoxlu qənimətləri (mükafat verdi). Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir.

20Ayə 20

وَعَدَكُمُ ٱللَّهُ مَغَانِمَ كَثِيرَةً تَأْخُذُونَهَا فَعَجَّلَ لَكُمْ هَـٰذِهِۦ وَكَفَّ أَيْدِىَ ٱلنَّاسِ عَنكُمْ وَلِتَكُونَ ءَايَةً لِّلْمُؤْمِنِينَ وَيَهْدِيَكُمْ صِرَٲطًا مُّسْتَقِيمًا٢٠

Və'ədəkumu əllahu məğanimə kəsirətən tə`xuzunəha fə'əccələ ləkum hazihi vəkəffə əydiyən nasi ənkum vəlitəkunə ayətən llilmu`mininə vəyəhdiyəkum siratən mmustəqimə

Allah sizə (gələcəkdə) götürəcəyiniz çoxlu qənimətləri vəd etmişdir. Bunu (Xeybər qənimətini) sizə tez verdi və camaatın (təcavüzkar) əlini dəf etdi (ki, Allaha təslim olasınız). (Bunu) ona görə (etdi) ki, (bu qələbələr) möminlər üçün (Allahın qüdrət və mərhəmətinin) nişanə(si) olsun və sizi doğru yola yönəltsin.

21Ayə 21

وَأُخْرَىٰ لَمْ تَقْدِرُواْ عَلَيْهَا قَدْ أَحَاطَ ٱللَّهُ بِهَا‌ۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرًا٢١

Və`uxra ləm təqdiru ələyha qəd əhata əllahu biha, vəkanə əllahu əla kulli şəy`in qədirə

(Allah sizə hələ) əldə etmədiyiniz digər qənimətləri (vəd edib). Şübhəsiz, Allah (vücud, qüdrət və elm baxımından) onları əhatə etmişdir. Allah həmişə hər şeyə qadirdir.

22Ayə 22

وَلَوْ قَـٰتَلَكُمُ ٱلَّذِينَ كَفَرُواْ لَوَلَّوُاْ ٱلْأَدْبَـٰرَ ثُمَّ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا٢٢

Vələv qatələkumu əlləzinə kəfəru ləvəlləvul ədbarə summə la yəcidunə vəliyyən və la nəsirə

Əgər küfr edənlər sizinlə vuruşsalar mütləq sizə arxa çevirər (və məğlub olar), sonra bir başçı və yardım edən tapmazlar.

23Ayə 23

سُنَّةَ ٱللَّهِ ٱلَّتِى قَدْ خَلَتْ مِن قَبْلُ‌ۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبْدِيلاً٢٣

Sunnətə əllah əlləti qəd xələt min qəbl, vələn təcidə lisunnəti-llahi təbdilə

(Peyğəmbərlərin bu qələbəsi yazısı) əvvəlcədən (Lövhi-məhfuzda, baş verməsi isə ümmətlərdə) keçmiş ilahi bir qanundur və sən Allahın qanununda əsla bir dəyişiklik tapmazsan.

24Ayə 24

وَهُوَ ٱلَّذِى كَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَأَيْدِيَكُمْ عَنْهُم بِبَطْنِ مَكَّةَ مِنۢ بَعْدِ أَنْ أَظْفَرَكُمْ عَلَيْهِمْ‌ۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا٢٤

Və huvə əlləzi kəffə əydiyəhum ənkum və`əydiyəkum ənhum bibətni məkkətə min bə'di ən əzfərəkum ələyhim, vəkanə əllahu bima tə'məlunə bəsirə

Məkkənin göbəyində (Hərəmə yaxın olan Hüdeybiyyədə) sizi (ora daxil olmaqla) qalib etdikdən sonra onların əllərini sizdən və sizin əllərinizi onlardan çəkən Odur. Allah həmişə etdiklərinizi görəndir.

25Ayə 25

هُمُ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّوكُمْ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَٱلْهَدْىَ مَعْكُوفًا أَن يَبْلُغَ مَحِلَّهُۥ‌ۚ وَلَوْلَا رِجَالٌ مُّؤْمِنُونَ وَنِسَآءٌ مُّؤْمِنَـٰتٌ لَّمْ تَعْلَمُوهُمْ أَن تَطَــُٔوهُمْ فَتُصِيبَكُم مِّنْهُم مَّعَرَّةُۢ بِغَيْرِ عِلْمٍ‌ۖ لِّيُدْخِلَ ٱللَّهُ فِى رَحْمَتِهِۦ مَن يَشَآءُ‌ۚ لَوْ تَزَيَّلُواْ لَعَذَّبْنَا ٱلَّذِينَ كَفَرُواْ مِنْهُمْ عَذَابًا أَلِيمًا٢٥

Humu əlləzinə kəfəru vəsaddukum ənil məscidil hərami vəl hədyə mə'kufən ən yəbluğə məhilləh, vələvla ricalun mmu`minunə vənisa`un mmu`minatun lləm tə'ləmuhum ən təta`uhum fətusibəkum-minhum-mə'ərrətun biğəyri ilm, liyudxilə əllahu fi rəhmətihi mən yəşa, ləv təzəyyəlu lə'əzzəbna əlləzinə kəfəru minhum əzabən əlimə

Onlar küfr edən, sizi Məscidul-haram(ın ziyarətin)dən saxlayan və həmçinin (sizin) qurbanlığınızın öz yerinə (Məkkə və ya Minaya) çatmasına mane olan kəslərdir. Əgər sizin tanımadığınız (və Məkkə kafirləri ilə qarışıq yaşayan) mömin kişi və qadınları tapdamağınız və bilmədən bu yolla sizə bir zərər və narahatçılıq (və diyələr) yetişməsəydi (sizin onlarla vuruşmağınızın qarşısını almazdı). (Belə etdi) ki, (sizdən və kafirlərlə qarışıq yaşayan müsəlmanlardan) istədiklərini Öz mərhəmətinə daxil etsin. Əgər onlar (müsəlmanlardan) ayrı olsaydılar onların küfr edənlərinə ağrılı bir əzab verərdik.

26Ayə 26

إِذْ جَعَلَ ٱلَّذِينَ كَفَرُواْ فِى قُلُوبِهِمُ ٱلْحَمِيَّةَ حَمِيَّةَ ٱلْجَـٰهِلِيَّةِ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلْمُؤْمِنِينَ وَأَلْزَمَهُمْ كَلِمَةَ ٱلتَّقْوَىٰ وَكَانُوٓاْ أَحَقَّ بِهَا وَأَهْلَهَا‌ۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًا٢٦

Iz cə'ələ əlləzinə kəfəru fi qulubihimul həmiyyətə həmiyyətəl cahiliyyəti fə`ənzələ əllahu səkinətəhu əla rəsulihi və'əlal mu`mininə və`əlzəməhum kəlimətət təqva vəkanu əhəqqə biha və`əhləha, vəkanə əllahu bikulli şəy`in əlimə

(Yada sal) o zaman(ı) ki, kafirlər öz qəlblərində cahiliyyət qəzəb və təəssübü yerləşdirdilər (və Hüdeybiyyədə Peyğəmbərin və onun səhabələrinin Məkkəyə daxil olmalarının qarşısının alınması müqaviləsini imzaladılar). Onda Allah Öz Peyğəmbərinə və möminlərə xatircəmlik və qəlb rahatlığı nazil etdi və təqva (tovhid, səbat və təslim) kəlməsini onlara qoşdu. Və onlar ona və onun əhlinə daha layiq idilər. Allah həmişə hər şeyi biləndir.

27Ayə 27

لَّقَدْ صَدَقَ ٱللَّهُ رَسُولَهُ ٱلرُّءْيَا بِٱلْحَقِّ‌ۖ لَتَدْخُلُنَّ ٱلْمَسْجِدَ ٱلْحَرَامَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمْ وَمُقَصِّرِينَ لَا تَخَافُونَ‌ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُواْ فَجَعَلَ مِن دُونِ ذَٲلِكَ فَتْحًا قَرِيبًا٢٧

Ləqəd sadəqə əllahu rəsuləhu rru`ya bilhəqq, lətədxulunnəl məscidəl həramə in şa əllahu amininə muhəlliqinə ru`usəkum vəmuqəssirinə la təxafun, fə'əlimə ma ləm tə'ləmu fəcə'ələ min duni zalikə fəthən qəribə

Həqiqətən, Allah Öz peyğəmbərinin yuxusunu (yuxuda ona dediklərini) haqq olaraq gerçəkləşdirdi ki: Siz Allahın istəyi ilə mütləq təhlükəsiz, başınızı qırxmış, tük və dırnaqlarınızı qısaltmış halda və (heç kəsdən) qorxmadan Məscidul-harama daxil olacaqsınız. Beləliklə Allah sizin bilmədiklərinizi (bu vədin gələn ilə aid olmasını və onun təxirə düşməsində bir sıra hikmətlərin olmasını) bildi və ondan qabaq yaxın qələbəni (doğrudan da böyük qələbə olan Hüdeybiyyə sülhünü) qoydu.

28Ayə 28

هُوَ ٱلَّذِىٓ أَرْسَلَ رَسُولَهُۥ بِٱلْهُدَىٰ وَدِينِ ٱلْحَقِّ لِيُظْهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ‌ۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا٢٨

Huvə əlləzi ərsələ rəsuləhu bilhuda vədinil həqqi liyuzhirəhu əlad dini kullih, vəkəfa bi-llahi şəhidə

(Məntiq və dəlil-sübut ilə və ya davamçılarının dünyaya hakim olmaları baxımından) bütün dinlərə qalib etmək üçün Öz peyğəmbərini hidayət (çırağı) və haqq dinlə göndərən Odur. (Bu məsələyə) şahidlik üçün Allah kifayətdir.

29Ayə 29

مُّحَمَّدٌ رَّسُولُ ٱللَّهِ‌ۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلْكُفَّارِ رُحَمَآءُ بَيْنَهُمْ‌ۖ تَرَٮٰهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلاً مِّنَ ٱللَّهِ وَرِضْوَٲنًا‌ۖ سِيمَاهُمْ فِى وُجُوهِهِم مِّنْ أَثَرِ ٱلسُّجُودِ‌ۚ ذَٲلِكَ مَثَلُهُمْ فِى ٱلتَّوْرَٮٰةِ‌ۚ وَمَثَلُهُمْ فِى ٱلْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْــَٔهُۥ فَـَٔـازَرَهُۥ فَٱسْتَغْلَظَ فَٱسْتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعْجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلْكُفَّارَ‌ۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمَۢا٢٩

Muhəmmədun rrəsulu əllah, valləzinə mə'əhu əşidda`u əlal kuffari ruhəma`u bəynəhum, tərahum rukkə'ən succədən yəbtəğunə fəzlən mminə əllah vərizvanə, simahum fi vucuhihim-min əsəris sucud, zalikə məsəluhum fit təvrah, vəməsəluhum fil incili kəzər'in əxrəcə şət`əhu fəazərəhu fastəğləza fastəva əla suqihi yu'cibuz zurra'ə liyəğiza bihimul kuffar, və'ədə əllahu əlləzinə amənu və'əmilus salihati minhum-məğfirətən və`əcrən əzimə

Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların (Musanın) Tövrat(ın)dakı vəsfidir. Onların (İsanın) İncil(in)dəki vəsfi isə (Allahın,) pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət qalınlaşaraq möhkəmlənmiş və əkinçiləri təəccübə salan bir tərzdə öz gövdəsi üzərində dayanan əkin kimidir. (Allah,) onların vasitələri ilə kafirləri qəzəbləndirmək üçün (belə edib). Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)