бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
وَٱلذَّٲرِيَـٰتِ ذَرْوًا١
Vəz zariyati zərvə
And olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım!
فَٱلْحَـٰمِلَـٰتِ وِقْرًا٢
Falhamilati viqrə
(And olsun) buludlarla yüklənmiş küləklərə, yağışla yüklənmiş buludlara və ikicanlı dişilərə,
فَٱلْجَـٰرِيَـٰتِ يُسْرًا٣
Falcariyati yusrə
(and olsun) asanlıqla üzən gəmilərə, yüngül əsən yellərə və sakit hərəkətdə olan ulduzlara.
فَٱلْمُقَسِّمَـٰتِ أَمْرًا٤
Falmuqəssimati əmrə
(and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə,
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ٥
Innəma tu'ədunə ləsadiq
həqiqətən, sizə (ölümdən sonrakı vəziyyət barəsində) vəd edilən şey doğrudur.
وَإِنَّ ٱلدِّينَ لَوَٲقِعٌ٦
Və`innəd dinə ləvaqi'
Şübhəsiz, cəza (günü) olacaq və gerçəkləşəcəkdir.
وَٱلسَّمَآءِ ذَاتِ ٱلْحُبُكِ٧
Vəs səma`i zatil hubuk
And olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına
إِنَّكُمْ لَفِى قَوْلٍ مُّخْتَلِفٍ٨
Innəkum ləfi qəvlin mmuxtəlif
ki, həqiqətən, (siz Məkkə əhlinin Peyğəmbər və onun Quranı barəsində) sözləriniz müxtəlif və fərqlidir. (Peyğəmbər və Quran barəsində «o sehrbaz və bu sehrdir; o kahin, bu isə cin və şeytanın sözləridir; o şair, bu isə şeirdir; o öyrədilmiş, bu isə keçmişlərin əfsanələridir» deyirsiniz.)
يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ٩
Yu`fəku ənhu mən ufik
Ondan (Peyğəmbərdən və onun Quranından bütün xeyir və səadətlərdən) dönən kimsə dönər. (Yaxud: Bu Peyğəmbərdən və Qurandan Allahın əzəli elmində səadətdən məhrum olan şəxs döndərilər.)
قُتِلَ ٱلْخَرَّٲصُونَ١٠
Qutiləl xərrasun
Ölüm olsun (Peyğəmbər, Quran və məad barəsində iftira söyləyən) yalançılara!
ٱلَّذِينَ هُمْ فِى غَمْرَةٍ سَاهُونَ١١
Əlləzinə hum fi ğəmrətin sahun
(Nadanlıq) burulğan(ın)da (dinin həqiqətlərindən) qafil olanlara!
يَسْــَٔلُونَ أَيَّانَ يَوْمُ ٱلدِّينِ١٢
Yəs`əlunə əyyanə yəvmud din
Onlar «cəza günü nə vaxtdır?» (deyə) soruşurlar.
يَوْمَ هُمْ عَلَى ٱلنَّارِ يُفْتَنُونَ١٣
Yəvmə hum əlan nari yuftənun
Onların odun içində əzab verilib yanacaqları gün!
ذُوقُواْ فِتْنَتَكُمْ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ١٤
Zuqu fitnətəkum haza əlləzi kuntum bihi təstə'cilun
(Onlara belə deyiləcək:) «(Günahlarınızın müqabilində verilən və ya elə günahın təzahürü olan) əzabınızı dadın. Bu sizin (gəlişi üçün) tələsdiyiniz şeydir».
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَعُيُونٍ١٥
Innəl muttəqinə fi cənnatin və'uyun
Şübhəsiz, təqvalılar bağlarda və bulaqların başındadırlar.
ءَاخِذِينَ مَآ ءَاتَـٰهُمْ رَبُّهُمْۚ إِنَّهُمْ كَانُواْ قَبْلَ ذَٲلِكَ مُحْسِنِينَ١٦
Axizinə ma atahum rəbbuhum, innəhum kanu qəblə zalikə muhsinin
Rəbblərinin onlara əta etdiyi (axirət nemətləri)ni alarlar. Çünki onlar bundan öncə (dünyada) yaxşı idilər və yaxşı işlər görürdülər.
كَانُواْ قَلِيلاً مِّنَ ٱلَّيْلِ مَا يَهْجَعُونَ١٧
Kanu qəlilən mminə əlləyli ma yəhcə'un
Onlar gecənin az bir hissəsini yatırdılar.
وَبِٱلْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ١٨
Vəbil`əshari hum yəstəğfirun
Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər.
وَفِىٓ أَمْوَٲلِهِمْ حَقٌّ لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ١٩
Vəfi əmvalihim həqqun llilssa`ili vəl məhrum
Və onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi.
وَفِى ٱلْأَرْضِ ءَايَـٰتٌ لِّلْمُوقِنِينَ٢٠
Vəfil ərzi ayatun llilmuqinin
Yer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tovhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır.
وَفِىٓ أَنفُسِكُمْۚ أَفَلَا تُبْصِرُونَ٢١
Vəfi ənfusikum, Əfəla tubsirun
Həmçinin sizin öz vücudunuzda (cisminizin kəmiyyət və keyfiyyət baxımından hərəkətində, bədən üzvlərinizin quruluşunda, ruhun bədənlə əlaqəsinin necəliyində, onun bədən üzvlərinə hakim olmasında, ağılda və ruhun bir-birinə zidd sifətlərində, nəsil artımında və ictimai əlaqələrinizdə də nişanələr vardır). Belə isə məgər (həm gözünüz və həm də ürəyinizin gözü ilə) görmürsünüz?!
وَفِى ٱلسَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ٢٢
Vəfis səma`i rizqukum və ma tu'ədun
Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) göydədir.
فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِنَّهُۥ لَحَقٌّ مِّثْلَ مَآ أَنَّكُمْ تَنطِقُونَ٢٣
Fəvərəbbis səma`i vəl ərzi innəhu ləhəqqun mmislə ma ənnəkum təntiqun
Beləliklə, and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızı bildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib).
هَلْ أَتَـٰكَ حَدِيثُ ضَيْفِ إِبْرَٲهِيمَ ٱلْمُكْرَمِينَ٢٤
Həl ətakə hədisu zayfi ibrahiməl mukrəmin
İbrahimin (mələklərdən ibarət) əziz qonaqlarının xəbəri sənə (gəlib) çatıbmı?
إِذْ دَخَلُواْ عَلَيْهِ فَقَالُواْ سَلَـٰمًاۖ قَالَ سَلَـٰمٌ قَوْمٌ مُّنكَرُونَ٢٥
Iz dəxəlu ələyhi fəqalu səlamə, qalə səlamun qəvmun mmunkərun
Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: «Salam (olsun sizə)». (Lakin öz-özlüyündə) «(bunlar) yad bir dəstədirlər» (dedi).
فَرَاغَ إِلَىٰٓ أَهْلِهِۦ فَجَآءَ بِعِجْلٍ سَمِينٍ٢٦
Fərağə ila əhlihi fəca`ə bi'iclin səmin
Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi.
فَقَرَّبَهُۥٓ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ٢٧
Fəqərrəbəhu iləyhim qalə əla tə`kulun
Onu onların qabağına qoydu (və yemədiklərini görüb) dedi: «Yemirsiniz?!»
فَأَوْجَسَ مِنْهُمْ خِيفَةًۖ قَالُواْ لَا تَخَفْۖ وَبَشَّرُوهُ بِغُلَـٰمٍ عَلِيمٍ٢٨
Fə`əvcəsə minhum xifəh, qalu la təxəf, vəbəşşəruhu biğulamin əlim
Beləliklə, onlardan (qonaqlardan) qorxuya düşdü. Onlar dedilər: «Qorxma!» Və ona çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər.
فَأَقْبَلَتِ ٱمْرَأَتُهُۥ فِى صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ٢٩
Fə`əqbələti mrə`ətuhu fi sarrətin fəsakkət vəchəha vəqalət əcuzun əqim
Həmin vaxt onun zövcəsi fəryad qopara-qopara onlara üz tutdu və (təəccüb və sevincdən) üzünə vuraraq dedi: «Qısır bir qarı (doğa bilər)?!»
قَالُواْ كَذَٲلِكِ قَالَ رَبُّكِۖ إِنَّهُۥ هُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ٣٠
Qalu kəzaliki qalə rəbbuk, innəhu huvəl həkimul əlim
Dedilər: «Rəbbin belə buyurub. Şübhəsiz, O, hikmət sahibi və (hər şeyi) biləndir».
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ٣١
Qalə fəma xətbukum əyyuhal mursəlun
İbrahim dedi: «Ey (ilahi) elçilər (vəzifə və) işiniz nədir?»
قَالُوٓاْ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ٣٢
Qalu inna ursilna ila qəvmin mmucrimin
Dedilər: «Biz günahkar bir dəstəyə (Lutun qövmünə) göndərilmişik
لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِّن طِينٍ٣٣
Linursilə ələyhim hicarətən min tin
ki, onların başına (yağış kimi) gildən (hazırlanmış) daşlar yağdıraq.
مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ٣٤
Musəvvəmətən ində rəbbikə lilmusrifin
Rəbbinin yanında israf edənlər (həddini aşan zalımlar) üçün nişanlanmış (daşları)!
فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ ٱلْمُؤْمِنِينَ٣٥
Fə`əxrəcna mən kanə fiha minəl mu`minin
Beləliklə, oradakı (və İbrahim və Luta iman gətirmiş) möminlərin hamısını çıxartdıq.
فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِّنَ ٱلْمُسْلِمِينَ٣٦
Fəma vəcədna fiha ğəyrə bəytin mminəl muslimin
Həmin diyarda yalnız bir müsəlman evi (Lutun evini) tapdıq.
وَتَرَكْنَا فِيهَآ ءَايَةً لِّلَّذِينَ يَخَافُونَ ٱلْعَذَابَ ٱلْأَلِيمَ٣٧
Vətərəkna fiha ayətən llilləzinə yəxafunəl əzabəl əlim
(İnsanları həlak etdikdən sonra) orada ağrılı əzabdan qorxanlar üçün (Öz tövhid və qəzəbimizə dəlalət edən) bir nişanə (qorxulu səhra, devrilmiş diyar, yağdırılmış daşlar və çirkli sular) qoyduq.
وَفِى مُوسَىٰٓ إِذْ أَرْسَلْنَـٰهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَـٰنٍ مُّبِينٍ٣٨
Vəfi musa iz ərsəlnahu ila fir'əvnə bisultanin mmubin
Musanın barəsində də onu aydın dəlil-sübutla (əsa və nur saçan əl ilə) Fironun yanına göndərdiyimiz zaman (Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanə vardır).
فَتَوَلَّىٰ بِرُكْنِهِۦ وَقَالَ سَـٰحِرٌ أَوْ مَجْنُونٌ٣٩
Fətəvəlla biruknihi vəqalə sahirun əv məcnun
Beləliklə, o (Firon) bütün vücudu ilə (yaxud var gücü və qoşunu ilə) ondan (Musadan) üz döndərdi və dedi: «(Bu kişi) cadugər, yaxud da dəlidir».
فَأَخَذْنَـٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَـٰهُمْ فِى ٱلْيَمِّ وَهُوَ مُلِيمٌ٤٠
Fə`əxəznahu vəcunudəhu fənəbəznahum fil yəmmi və huvə mulim
Buna görə də məzəmmətə layiq işlər gördüyü və (son anda özü) özünü məzəmmət etdiyi bir halda onu və ordusunu tutub dənizə atdıq.
وَفِى عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ ٱلرِّيحَ ٱلْعَقِيمَ٤١
Vəfi adin iz ərsəlna ələyhimu rrihəl əqim
Həmçinin (Hud peyğəmbərin qövmü) Adda, onlara qısır (heç bir xeyiri olmayan və yalnız şər doğan) külək göndərdiyimiz zaman (onların başlarına gələnlərdə Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişənələr vardır.)
مَا تَذَرُ مِن شَىْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَٱلرَّمِيمِ٤٢
Ma təzəru min şəy`in ətət ələyhi illa cə'ələthu kalrrəmim
O (külək) nəyin üstünə əsirdisə onu çürümüş sümüyə döndərməyincə buraxmırdı.
وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُواْ حَتَّىٰ حِينٍ٤٣
Vəfi səmudə iz qilə ləhum təməttə'u hətta hin
Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmudda (möcüzə olaraq göndərilmiş dəvəni öldürdükdən sonra) onlara (peyğəmbərləri Saleh tərəfindən) «bir müddət (üç gün) bəhrələnin (əzabınız yetişəcək)» deyilən zaman (bu tayfanın başına gələnlərdə də Bizim qəzəb və qüdrətimizin nişanəsi vardır).
فَعَتَوْاْ عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ ٱلصَّـٰعِقَةُ وَهُمْ يَنظُرُونَ٤٤
Fə'ətəv ən əmri rəbbihim fə`əxəzəthumus sa'iqətu vəhum yənzurun
Onlar (həmin möhlət verilən günlərdə də) Rəbblərinin əmrinə itaətsizlik etdilər. Belə olan halda onları gözləri baxa-baxa ildırım yaxaladı.
فَمَا ٱسْتَطَـٰعُواْ مِن قِيَامٍ وَمَا كَانُواْ مُنتَصِرِينَ٤٥
Fəma stəta'u min qiyamin və ma kanu muntəsirin
Beləliklə, nə yerdən qalx(ıb qaç)mağa güc və imkan tapdılar, nə də özlərinə və bir-birlərinə kömək edə bildilər.
وَقَوْمَ نُوحٍ مِّن قَبْلُۖ إِنَّهُمْ كَانُواْ قَوْمًا فَـٰسِقِينَ٤٦
Vəqəvmə nuhin min qəbl, innəhum kanu qəvmən fasiqin
Və Nuhun qövmünü bundan əvvəl (həlak etdik). Şübhəsiz ki, onlar fasiq və itaətsiz bir dəstə idilər.
وَٱلسَّمَآءَ بَنَيْنَـٰهَا بِأَيْيْدٍ وَإِنَّا لَمُوسِعُونَ٤٧
Vəs səma`ə bənəynaha bi`əydin və`inna ləmusi'un
Və göyü (Öz) qüdrət əlimizlə ucaltdıq. Şübhəsiz, Biz (onu və onun sakinlərinin ruzisini) genişləndirənik.
وَٱلْأَرْضَ فَرَشْنَـٰهَا فَنِعْمَ ٱلْمَـٰهِدُونَ٤٨
Vəl ərza fərəşnaha fəni'məl mahidun
Və yeri sərdik. Biz gözəl sərənik.
وَمِن كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ٤٩
Vəmin kulli şəy`in xələqna zəvcəyni lə'əlləkum təzəkkərun
Bəlkə (cütlüyün və şərikliyin vacib varlığın deyil, mümkün varlığın sifəti olmasını anlayıb) ibrət götürəsiniz deyə, hər bir şeyi (heyvan və bitkiləri erkək və dişi olaraq) cüt yaratdıq.
فَفِرُّوٓاْ إِلَى ٱللَّهِۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ٥٠
Fəfirru ila əllah, inni ləkum-minhu nəzirun mmubin
(Ya Peyğəmbər! Onlara de: Tovhid və İslam vasitəsi ilə Allahın əzabından) Allaha tərəf qaçsınlar. Həqiqətən, mən sizin üçün Onun tərəfindən aşkar və aydınlıq gətirən bir qorxudanam.
وَلَا تَجْعَلُواْ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ٥١
Və la təc'əlu mə'ə əllah ilahən axər, inni ləkum-minhu nəzirun mmubin
Allahla yanaşı başqa bir məbud götürməyin. Həqiqətən, mən Onun tərəfindən sizin üçün aşkar və aydınlıq gətirən bir qorxudanam.
كَذَٲلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُواْ سَاحِرٌ أَوْ مَجْنُونٌ٥٢
Kəzalikə ma əta əlləzinə min qəblihim-min rrəsulin illa qalu sahirun əv məcnun
Beləcə onlardan (Məkkə əhalisindən) qabaqkılara elə bir peyğəmbər gəlmədi ki, onlar (ona) «cadugər, ya da dəlidir» deməsinlər.
أَتَوَاصَوْاْ بِهِۦۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ٥٣
Ətəvasav bih, bəl hum qəvmun tağun
(Keçmişdəkilər və gələcəkdəkilər) bu işi bir-birlərinə tövsiyə ediblər?! Xeyr! Onlar (zatən) itaətsiz və həddi aşan bir dəstədirlər.
فَتَوَلَّ عَنْهُمْ فَمَآ أَنتَ بِمَلُومٍ٥٤
Fətəvəllə ənhum fəma əntə biməlum
Buna görə də onlardan üz döndər ki, sən (onlardan üz döndərdiyinə görə) məzəmmətə layiq deyilsən.
وَذَكِّرْ فَإِنَّ ٱلذِّكْرَىٰ تَنفَعُ ٱلْمُؤْمِنِينَ٥٥
Vəzəkkir fə`innəz zikra tənfə'ul mu`minin
Və (möminlərə) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.
وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ٥٦
Və ma xələqtul cinnə vəl insə illa liyə'budun
Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam.
مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ٥٧
Ma uridu minhum-min rrizqin və ma uridu ən yut'imun
Mən Onlardan nə Mənim üçün ruzi qazanmalarını istəyirəm, nə də Mənə yemək vermələrini istəyirəm.
إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ٥٨
Innə əllah huvə rrəzzaqu zul quvvətil mətin
Şübhəsiz, Allah Özü (bütün ruzi yeyənlərə) ruzi verən, güc sahibi və qüvvətlidir.
فَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ ذَنُوبًا مِّثْلَ ذَنُوبِ أَصْحَـٰبِهِمْ فَلَا يَسْتَعْجِلُونِ٥٩
Fə`innə lilləzinə zaləmu zənubən mmislə zənubi əshabihim fəla yəstə'cilun
Odur ki, həqiqətən, (sənin qövmündən) zülm edənlər üçün (keçmiş ümmətlərdən olan) yoldaşlarının payı kimi böyük bir (əzab) pay(ı) vardır. Buna görə də (onu) Məndən tələsik istəməsinlər.
فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُواْ مِن يَوْمِهِمُ ٱلَّذِى يُوعَدُونَ٦٠
Fəvəylun llilləzinə kəfəru min yəvmihimu əlləzi yu'ədun
Odur ki, vəd olunduqları günə görə vay olsun kafirlərin halına!