Surə 54 · 55 ayə

surah054

Qəmər (Ay)

Məkkə·55 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

ٱقْتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلْقَمَرُ١

Iqtərəbətis sa'ətu vanşəqqəl qəmər

Qiyamət çox yaxınlaşdı və ay parçalandı.

2Ayə 2

وَإِن يَرَوْاْ ءَايَةً يُعْرِضُواْ وَيَقُولُواْ سِحْرٌ مُّسْتَمِرٌّ٢

Və`in yərəv ayətən yu'rizu vəyəqulu sihrun mmustəmirr

Onlar (müşriklər) bir əlamət və möcüzə görəndə üzlərini döndərərək «(bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir» deyərlər.

3Ayə 3

وَكَذَّبُواْ وَٱتَّبَعُوٓاْ أَهْوَآءَهُمْ‌ۚ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ٣

Vəkəzzəbu vattəbə'u əhva`əhum, vəkullu əmrin mmustəqirr

Və (səni və sənin Quranını) təkzib edərək nəfsi istəklərinin arxasınca getdilər. Halbuki hər bir iş (onsuz da haqq və ya batil kürsüsündə) qərar tutacaqdır. (Buna görə də Peyğəmbərin və Bizim kitabımızın doğruçuluğu hamıya məlum olacaqdır.)

4Ayə 4

وَلَقَدْ جَآءَهُم مِّنَ ٱلْأَنۢبَآءِ مَا فِيهِ مُزْدَجَرٌ٤

Vələqəd ca`əhum-minəl əmba`i ma fihi muzdəcər

Şübhəsiz, (keçmiş ümmətlərin) xəbərlər(in)dən onlara öyüd-nəsihət və (günahlardan) çəkinmək vasitəsi olacaq miqdarı gəlmişdir.

5Ayə 5

حِكْمَةُۢ بَـٰلِغَةٌ‌ۖ فَمَا تُغْنِ ٱلنُّذُرُ٥

Hikmətun baliğəh, fəma tuğnin nuzur

(Bu Quran) tam və dolğun hikmətli kəlamdır. Lakin qorxutmaların onlara (müşriklərə) bir faydası yoxdur.

6Ayə 6

فَتَوَلَّ عَنْهُمْ‌ۘ يَوْمَ يَدْعُ ٱلدَّاعِ إِلَىٰ شَىْءٍ نُّكُرٍ٦

Fətəvəllə ənhum, yəvmə yəd'ud da'i ila şəy`in nnukur

Buna görə də onlardan üz döndər (və onlarla mübahisə etmə), Carçının qorxunc bir şeyə tərəf dəvət edəcəyi (İsrafilin üçüncü suru çalmaqla hesaba çağıracağı) günü (gözlə).

7Ayə 7

خُشَّعًا أَبْصَـٰرُهُمْ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُّنتَشِرٌ٧

Xuşşə'ən əbsaruhum yəxrucunə minəl əcdasi kə`ənnəhum cəradun mmuntəşir

(İkinci surun çalınması ilə onlar) gözləri qorxu və zillətlə dolmuş halda dağınıq çəyirtgələr kimi qəbirlərdən çıxarlar.

8Ayə 8

مُّهْطِعِينَ إِلَى ٱلدَّاعِ‌ۖ يَقُولُ ٱلْكَـٰفِرُونَ هَـٰذَا يَوْمٌ عَسِرٌ٨

Muhti'inə ilad da', yəqulul kafirunə haza yəvmun əsir

Onlar boyunları uzanmış və gözləri bərəlmiş halda tələsik və qorxu ilə carçıya (İsrafilə və üçüncü sura) tərəf gedərlər. Kafirlər «bu çox çətin bir gündür» deyərlər.

9Ayə 9

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُواْ عَبْدَنَا وَقَالُواْ مَجْنُونٌ وَٱزْدُجِرَ٩

Kəzzəbət qəbləhum qəvmu nuhin fəkəzzəbu əbdəna vəqalu məcnunun vazducir

Onlardan qabaq Nuhun qövmü (də öz peyğəmbərlərini) təkzib etmişdi. Bizim bəndəmizi (Nuhu) yalançı adlandıraraq «cin vurmuş bir dəlidir» demişdilər və (o, bu töhmətlə onların arasından) qovulmuşdu.

10Ayə 10

فَدَعَا رَبَّهُۥٓ أَنِّى مَغْلُوبٌ فَٱنتَصِرْ١٠

Fədə'a rəbbəhu ənni məğlubun fantəsir

O öz Rəbbini çağırdı ki: «Mən məğlub olmuşam, buna görə də (düşmənlərimdən) intiqam al!»

11Ayə 11

فَفَتَحْنَآ أَبْوَٲبَ ٱلسَّمَآءِ بِمَآءٍ مُّنْهَمِرٍ١١

Fəfətəhna əbvabəs səma`i bima`in mmunhəmir

Biz də çox şiddətlə axan bir su ilə göyün qapılarını açdıq.

12Ayə 12

وَفَجَّرْنَا ٱلْأَرْضَ عُيُونًا فَٱلْتَقَى ٱلْمَآءُ عَلَىٰٓ أَمْرٍ قَدْ قُدِرَ١٢

Vəfəccərnal ərza uyunən faltəqal ma`u əla əmrin qəd qudir

Və çeşmələr(in qaynaması) ilə yeri yardıq. Beləliklə (bu iki) su (əvvəlcədən) müəyyən edildiyi şəkildə bir-birinə qarışdı.

13Ayə 13

وَحَمَلْنَـٰهُ عَلَىٰ ذَاتِ أَلْوَٲحٍ وَدُسُرٍ١٣

Vəhəməlnahu əla zati əlvahin vədusur

Və onu (Musanı) taxta və mismarları olana (gəmiyə) mindirdik.

14Ayə 14

تَجْرِى بِأَعْيُنِنَا جَزَآءً لِّمَن كَانَ كُفِرَ١٤

Təcri bi`ə'yunina cəza`ən llimən kanə kufir

O (gəmi öz qövmünün) inkar və nankorluğ(un)a düçar olmuş kəsin mükafatı olaraq Bizim nəzərimiz və müxtəlif himayələrimiz altında hərəkət edirdi.

15Ayə 15

وَلَقَد تَّرَكْنَـٰهَآ ءَايَةً فَهَلْ مِن مُّدَّكِرٍ١٥

Vələqət-tərəknaha ayətən fəhəl min mmuddəkir

Həqiqətən, Biz onu (həmin hadisə və gəmini Öz qüdrət və qəzəbimizdən) bir nişanə qoyduq. Amma heç bir ibrət götürən varmı?

16Ayə 16

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ١٦

Fəkəyfə kanə əzabi vənuzur

Mənim əzabım, qorxudanlarım və təhdidlərim necə idi?!

17Ayə 17

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ١٧

Vələqəd yəssərnal qur`-anə lilzzikri fəhəl min mmuddəkir

Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?

18Ayə 18

كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ١٨

Kəzzəbət adun fəkəyfə kanə əzabi vənuzur

Ad qövmü də (öz peyğəmbərini) təkzib etdi. Mənim əzab və xəbərdarlıqlarım necə idi?!

19Ayə 19

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِى يَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ١٩

Inna ərsəlna ələyhim rihən sarsarən fi yəvmi nəhsin mmustəmirr

Biz nəhsliyi sürəkli olan bir gündə onlara soyuq bir külək göndərdik.

20Ayə 20

تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ٢٠

Tənzi'un nasə kə`ənnəhum ə'cazu nəxlin mmunqə'ir

O, insanları yerindən qoparılmış xurma gövdəsi kimi yerindən qoparır (və yerə çırpır)dı.

21Ayə 21

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ٢١

Fəkəyfə kanə əzabi vənuzur

Mənim əzabım və təhdidlərim necə idi?!

22Ayə 22

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ٢٢

Vələqəd yəssərnal qur`-anə lilzzikri fəhəl min mmuddəkir

Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?

23Ayə 23

كَذَّبَتْ ثَمُودُ بِٱلنُّذُرِ٢٣

Kəzzəbət səmudu bin nuzur

(Salehin ümməti olan) Səmud qövmü də bizim qorxudanlarımızı və xəbərdarlıqlarımızı təkzib etdi.

24Ayə 24

فَقَالُوٓاْ أَبَشَرًا مِّنَّا وَٲحِدًا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذًا لَّفِى ضَلَـٰلٍ وَسُعُرٍ٢٤

Fəqalu əbəşərən mminna vahidən nnəttəbi'uhu inna izən lləfi zalalin vəsu'ur

Onlar dedilər: «Biz tək, qohum-əqrabasız və bizdən aşağı təbəqədən çıxmış (mələk və pərilərdən olmayan) bir kəsə tabe olaq? Onda biz azğın və dəli olmuş olarıq».

25Ayə 25

أَءُلْقِىَ ٱلذِّكْرُ عَلَيْهِ مِنۢ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ٢٥

Ə`ulqiyəz zikru ələyhi min bəynina bəl huvə kəzzabun əşir

«Vəhy və öyüd verən kitab bizim aramızdan yalnız ona nazil olub? Xeyir! O, təkəbbürlü və nəfsi istəklərinin ardınca gedən yalançıdır».

26Ayə 26

سَيَعْلَمُونَ غَدًا مَّنِ ٱلْكَذَّابُ ٱلْأَشِرُ٢٦

Səyə`ləmunə ğədən mmənil kəzzabul əşir

Onlar tezliklə – sabah təkəbbürlü və nəfsi istəklərinin ardınca gedən yalançının kim olmasını başa düşəcəklər.

27Ayə 27

إِنَّا مُرْسِلُواْ ٱلنَّاقَةِ فِتْنَةً لَّهُمْ فَٱرْتَقِبْهُمْ وَٱصْطَبِرْ٢٧

Inna mursilun naqəti fitnətən lləhum fartəqibhum vastabir

(Salehə buyurduq:) «Həqiqətən, Biz (onların istədiyi) o dişi dəvəni (yoxdan möcüzəvi şəkildə) onları sınamaq üçün göndərdik. Buna görə də onları(n aqibətlərinin necə olacağını) gözlə və səbr et».

28Ayə 28

وَنَبِّئْهُمْ أَنَّ ٱلْمَآءَ قِسْمَةُۢ بَيْنَهُمْ‌ۖ كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ٢٨

Vənəbbi`hum ənnəl ma`ə qismətun bəynəhum, kullu şirbin mmuhtəzar

Və onları suyun onların arasında bölünməsindən (bir gün onların, bir gün də dəvənin olmasından) xəbərdar et. Hər növbədə orada (növbə sahibi) olacaqdır.

29Ayə 29

فَنَادَوْاْ صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ٢٩

Fənadəv sahibəhum fətə'ata fə'əqər

Beləliklə, onlar (həmin dəvəni öldürmək üçün bir yerə toplaşdılar və) yoldaşlarını çağırdılar. O da qılınc götürüb dəvənin ayaqlarını kəsdi.

30Ayə 30

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ٣٠

Fəkəyfə kanə əzabi vənuzur

Mənim əzabım və təhdidlərim necə idi?!

31Ayə 31

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَٲحِدَةً فَكَانُواْ كَهَشِيمِ ٱلْمُحْتَظِرِ٣١

Inna ərsəlna ələyhim sayhətən vahidətən fəkanu kəhəşimil muhtəzir

Biz onlara (yaratmaqla və ya mələk vasitəsi ilə) qorxunc bir səs göndərdik. Beləliklə, onların hamısı quru və sınmış çubuqlar, ağıl (heyvanların yatdığı yer) sahibinin tədarük gördüyü quru ot halına düşdülər.

32Ayə 32

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ٣٢

Vələqəd yəssərnal qur`-anə lilzzikri fəhəl min mmuddəkir

Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?

33Ayə 33

كَذَّبَتْ قَوْمُ لُوطِۭ بِٱلنُّذُرِ٣٣

Kəzzəbət qəvmu lutin bin nuzur

Lutun qövmü də qorxudanları (və Bizim təhdidlərimizi) təkzib etdi.

34Ayə 34

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٍ‌ۖ نَّجَّيْنَـٰهُم بِسَحَرٍ٣٤

Inna ərsəlna ələyhim hasibən illa alə lut, nəccəynahum bisəhər

Biz, Lutun ailəsi istisna olmaqla, onlara daş yağdıran tufan göndərdik. Onlara (Lutun ailəsinə isə) səhər çağı nicat verdik.

35Ayə 35

نِّعْمَةً مِّنْ عِندِنَا‌ۚ كَذَٲلِكَ نَجْزِى مَن شَكَرَ٣٥

Ni'mətən min indina, kəzalikə nəczi mən şəkər

(Həmin nicatın) Bizim tərəfimizdən (onlara) bir nemət olması üçün! Biz şükr edən hər bir kəsə belə nicat veririk.

36Ayə 36

وَلَقَدْ أَنذَرَهُم بَطْشَتَنَا فَتَمَارَوْاْ بِٱلنُّذُرِ٣٦

Vələqəd ənzərəhum bətşətəna fətəmarəv bin nuzur

Həqiqətən, Lut onları (qövmünü) Bizim şiddətli cəzamızla qorxutdu, lakin onlar təhdidlər barəsində mübahisə və şübhə etdilər.

37Ayə 37

وَلَقَدْ رَٲوَدُوهُ عَن ضَيْفِهِۦ فَطَمَسْنَآ أَعْيُنَهُمْ فَذُوقُواْ عَذَابِى وَنُذُرِ٣٧

Vələqəd ravəduhu ən zayfihi fətaməsna ə'yunəhum fəzuqu əzabi vənuzur

Doğrudan da, onlar ondan (Lutdan) qonaqlarını (mələkləri) təslim etməsini istədilər. Buna görə də Biz onların gözlərini kor etdik (və) «belə isə dadın Mənim əzabımı və təhdidlərimi(n cəzasını)» (dedik).

38Ayə 38

وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ٣٨

Vələqəd sabbəhəhum bukrətən əzabun mmustəqirr

Əlbəttə, dan yeri söküləndə onlara davamlı (ölüm və Bərzəx əzabına, oradan da qiyamət və Cəhənnəm əzabına birləşik) əzab (daş yağışı) gəldi.

39Ayə 39

فَذُوقُواْ عَذَابِى وَنُذُرِ٣٩

Fəzuqu əzabi vənuzur

(Onlara dedik:) «Dadın Mənim əzabımı və təhdidlərimi (təkzib etməyin cəzasını)!»

40Ayə 40

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ٤٠

Vələqəd yəssərnal qur`-anə lilzzikri fəhəl min mmuddəkir

Həqiqətən, Biz Quranı öyüd və ibrət olması üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?

41Ayə 41

وَلَقَدْ جَآءَ ءَالَ فِرْعَوْنَ ٱلنُّذُرُ٤١

Vələqəd ca`ə alə fir'əvnən nuzur

Fironçulara da qorxudanlar və (ardıcıl) təhdidlər gəldi.

42Ayə 42

كَذَّبُواْ بِـَٔـايَـٰتِنَا كُلِّهَا فَأَخَذْنَـٰهُمْ أَخْذَ عَزِيزٍ مُّقْتَدِرٍ٤٢

Kəzzəbu biayatina kulliha fə`əxəznahum əxzə əzizin mmuqtədir

Onlar Bizim bütün (tovhid) ayə və nişanələrimizi (və peyğəmbərlərimizin doğruçuluqlarını) təkzib etdilər. Biz də onları qalib və qüdrətli hökmdar kimi yaxaladıq.

43Ayə 43

أَكُفَّارُكُمْ خَيْرٌ مِّنْ أُوْلَـٰٓئِكُمْ أَمْ لَكُم بَرَآءَةٌ فِى ٱلزُّبُرِ٤٣

Əkuffarukum xəyrun min ula`ikum əm ləkum bəra`ətun fiz zubur

Məgər sizin (Məkkə əhlinin) kafirləriniz (say, sərvət və güc baxımından) onlardan daha yaxşı və daha üstündürlər? Yoxsa (səmavi) kitablarda sizin üçün amannamə vardır?

44Ayə 44

أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُّنتَصِرٌ٤٤

Əm yəqulunə nəhnu cəmi'un mmuntəsir

Yoxsa onlar «biz müttəfiq, əlbir və düşməndən intiqam alanıq» deyirlər?

45Ayə 45

سَيُهْزَمُ ٱلْجَمْعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ٤٥

Səyuhzəmul cəm'u vəyuvəllunəd dubur

O vəhdət və əlbirlik, tezliklə dağılacaq və onlar (Bədr müharibəsində baş verdiyi kimi düşmənə) arxa çevirəcəklər.

46Ayə 46

بَلِ ٱلسَّاعَةُ مَوْعِدُهُمْ وَٱلسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ٤٦

Bəlis sa'ətu məv'iduhum vəs sa'ətu ədha və`əmərr

Hələ onların vəd yeri qiyamətdir! Və qiyamət daha müsibətli və acınacaqlıdır.

47Ayə 47

إِنَّ ٱلْمُجْرِمِينَ فِى ضَلَـٰلٍ وَسُعُرٍ٤٧

Innəl mucriminə fi zalalin vəsu'ur

Həqiqətən, günahkarlar (səadət yolu və Cənnətdən uzaq) azğınlıqda və şölələnən od içərisindədirlər.

48Ayə 48

يَوْمَ يُسْحَبُونَ فِى ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُواْ مَسَّ سَقَرَ٤٨

Yəvmə yushəbunə fin nari əla vucuhihim zuqu məssə səqər

Od içərisində üzü üstə sürüklənəcəkləri həmin gün (onlara) «dadın cəhənnəmin hiss olunan ağrısını!» (deyiləcəkdir).

49Ayə 49

إِنَّا كُلَّ شَىْءٍ خَلَقْنَـٰهُ بِقَدَرٍ٤٩

Inna kullə şəy`in xələqnahu biqədər

Çünki həqiqətən, Biz varlıq aləmindəki hər şeyi (zat, nişanələr, kəmiyyət, keyfiyyət və ömür baxımından) müəyyən ölçüdə və məhdud çərçivədə yaratmışıq (və əbədi od sizin daimi küfrünüzün aqibətidir).

50Ayə 50

وَمَآ أَمْرُنَآ إِلَّا وَٲحِدَةٌ كَلَمْحِۭ بِٱلْبَصَرِ٥٠

Və ma əmruna illa vahidətun kələmhin bilbəsar

Bizim (əşyaların yaradılışındakı) işimiz (asanlıq və sürət baxımından) bir göz qırpımı kimi olan qəti istəkdən başqa bir şey deyildir.

51Ayə 51

وَلَقَدْ أَهْلَكْنَآ أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ٥١

Vələqəd əhləkna əşya'əkum fəhəl min mmuddəkir

Şübhəsiz, Biz (keçmiş müşriklərdən) sizin kimiləri həlak etdik. Amma heç, bir ibrət götürən varmı?

52Ayə 52

وَكُلُّ شَىْءٍ فَعَلُوهُ فِى ٱلزُّبُرِ٥٢

Vəkullu şəy`in fə'əluhu fiz zubur

Onlar nə ediblərsə (əqidə və əməlləri nə olubsa) yazılarda (onların şəxsi əməl dəftərində və ümumi Lövhi-məhfuzda) qeyd edilmişdir.

53Ayə 53

وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُّسْتَطَرٌ٥٣

Vəkullu sağirin vəkəbirin mmustətar

Hər bir kiçik və böyük (əməl onda) yazılmışdır.

54Ayə 54

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَنَهَرٍ٥٤

Innəl muttəqinə fi cənnatin vənəhər

Həqiqətən, təqvalılar cənnətlər, bağlar, axar çaylar, daimi rifah və aydınlıq içərisində olacaqlar.

55Ayə 55

فِى مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرِۭ٥٥

Fi məq'ədi sidqin ində məlikin mmuqtədir

Kamal və qüdrət sahibi olan hökmdarın yanında, doğruluq məqamında (həqiqi iman və əməl müqabilində verilən və yaxud doğru əqidə və əməlin təzahürü olan məqamda olacaqlar).

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)