бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
ٱلرَّحْمَـٰنُ١
Ər rəhman
Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah! (Onun nemətlərinin bəziləri ibarətdir:)
عَلَّمَ ٱلْقُرْءَانَ٢
Əlləməl qur`-an
(Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Quranı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi.
خَلَقَ ٱلْإِنسَـٰنَ٣
Xələqəl insan
(Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı.
عَلَّمَهُ ٱلْبَيَانَ٤
Əlləməhul bəyan
Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi).
ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍ٥
Əş şəmsu vəl qəməru bihusban
Günəş və ay müəyyən hesab ilə (günəş sabit düz hərəkətlə, ay isə yerin ətrafına dövr etmək və günəşin ətrafına fırlanmaq vasitəsi ilə) hərəkətdədirlər.
وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ٦
Vən nəcmu vəş şəcəru yəscudan
Ot və ağac (yaradılışı ilə Allah qarşısında) səcdə edir.
وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلْمِيزَانَ٧
Vəs səma`ə rəfə'əha vəvəza'əl mizan
Göyü ucaltdı və (əqidə, əxlaq, əməl və xarici aləmdəki şeylərin hər birinin özünə münasib şəkildə ölçülməsi vasitəsi olan) qanun və mizanı qoydu (peyğəmbərlər vasitəsi ilə və insanların ağıllarına ilham etməklə öyrətdi).
أَلَّا تَطْغَوْاْ فِى ٱلْمِيزَانِ٨
Əlla tətğəv fil mizan
(Və əmr etdi) ki, ölçüdə (əməllərin yaxşı və pis cəhətlərinin və əşyaların kəmiyyət və keyfiyyətinin ölçülməsində) həddi aşmayasınız.
وَأَقِيمُواْ ٱلْوَزْنَ بِٱلْقِسْطِ وَلَا تُخْسِرُواْ ٱلْمِيزَانَ٩
Və`əqimul vəznə bilqisti və la tuxsirul mizan
Və çəkini ədalətlə icra edəsiniz və tərəzini (çəkdiyiniz malı) əskiltməyəsiniz.
وَٱلْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ١٠
Vəl ərza vəza'əha lil`ənam
Və bu yeri yaradılmışların (insan və cinlərin, onda olan canlıların) hamısı üçün yaratdı.
فِيهَا فَـٰكِهَةٌ وَٱلنَّخْلُ ذَاتُ ٱلْأَكْمَامِ١١
Fiha fakihətun vən nəxlu zatul əkmam
Onda hər növ meyvə və tumurcuqlu salxımları olan xurma ağacı vardır.
وَٱلْحَبُّ ذُو ٱلْعَصْفِ وَٱلرَّيْحَانُ١٢
Vəl həbbu zul əsfi vər rəyhan
Həmçinin gövdəli-yarpaqlı dənli bitkilər və ətirli bitkilər.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ١٣
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
خَلَقَ ٱلْإِنسَـٰنَ مِن صَلْصَـٰلٍ كَٱلْفَخَّارِ١٤
Xələqəl insanə min salsalin kalfəxxar
(İlk) insanı (Adəm və Həvvanı yerin üfunətli qatından götürülmüş) saxsı kimi quru gildən yaratdı.
وَخَلَقَ ٱلْجَآنَّ مِن مَّارِجٍ مِّن نَّارٍ١٥
Və xələqəl cannə min mmaricin mmin-nar
Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ١٦
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
رَبُّ ٱلْمَشْرِقَيْنِ وَرَبُّ ٱلْمَغْرِبَيْنِ١٧
Rəbbul məşriqəyni vərəbbul məğribəyn
İki şərqin və iki qərbin Rəbbidir.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ١٨
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ١٩
Mərəcəl bəhrəyni yəltəqiyan
Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı (şirin sulu axar çaylar dəniz kimi, suyu şor hərəkətsiz dənizlərə qovuşurlar).
بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ٢٠
Bəynəhuma bərzəxun lla yəbğiyan
(Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir baxımından) bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.]
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٢١
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
يَخْرُجُ مِنْهُمَا ٱللُّؤْلُؤُ وَٱلْمَرْجَانُ٢٢
Yəxrucu minhuma əllu`lu`u vəl mərcan
O iki (şirin və şor) dənizdən inci və mirvari çıxır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٢٣
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔـاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ٢٤
Və ləhul cəvaril munşəatu fil bəhri kal`ə'lam
Uca dağlar kimi düzəldilib dənizdə üzən gəmilər Ona məxsusdur. (Çünki onların düzəldildiyi xammal, onları düzəldənin təfəkkür qüvvəsi və gücü, həmçinin sular Onundur.)
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٢٥
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
كُلُّ مَنْ عَلَيْهَا فَانٍ٢٦
Kullu mən ələyha fan
Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur.
وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو ٱلْجَلَـٰلِ وَٱلْإِكْرَامِ٢٧
Və yəbqa vəchu rəbbikə zul cəlali vəl ikram
Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٢٨
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
يَسْــَٔلُهُۥ مَن فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِۚ كُلَّ يَوْمٍ هُوَ فِى شَأْنٍ٢٩
Yəs`əluhu mən fis səmavati vəl ərz, kullə yəvmin huvə fi şə`n
Göylərdə və yerdə olan hər bir kəs (həm dili, həm də halı ilə) Ondan (dilək) istəyir. O hər gün, hər an bir işdədir.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٣٠
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inar edirsiniz?!
سَنَفْرُغُ لَكُمْ أَيُّهَ ٱلثَّقَلَانِ٣١
Sənəfruğu ləkum əyyuhəs səqəlan
Ey insan və cin dəstələri! Tezliklə sizin (əməllərinizin hesabı i)lə məşğul olacağıq.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٣٢
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
يَـٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ إِنِ ٱسْتَطَعْتُمْ أَن تَنفُذُواْ مِنْ أَقْطَارِ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَـٰنٍ٣٣
Ya mə'şərəl cinni vəl insi ini stəta'tum ən tənfuzu min əqtaris səmavati vəl ərzi fanfuzuv, la tənfuzunə illa bisultan
(Qiyamət günü belə xitab olunacaq ki:) «Ey insan və cin tayfaları! Əgər (əməllərinizin cəzasından qaçmaq üçün) göylərin və yerin (əhatə) dairəsindən (başqa bir yerə) keçə bilsəniz, keçin. (Lakin qeyri-adi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!»
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٣٤
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلَا تَنتَصِرَانِ٣٥
Yursəlu ələykuma şuvazun mmin-narin vənuhasun fəla təntəsiran
Sizin üstünüzə alov şöləsi və qatı tüstü, yaxud əridilmiş mis parçaları göndərilicək, onda özünüzü əsla müdafiə edə bilməyəcəksiniz.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٣٦
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتْ وَرْدَةً كَٱلدِّهَانِ٣٧
Fə`iza nşəqqətis səma`u fəkanət vərdətən kalddihan
Göyün yarılaraq qırmızı dəri (və ya əridilmiş yağ) kimi qıpqırmızı olacağı zaman!
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٣٨
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
فَيَوْمَئِذٍ لَّا يُسْــَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٌ وَلَا جَآنٌّ٣٩
Fəyəvmə`izin lla yus`əlu ən zəmbihi insun və la cann
(Hamının qəbirdən çıxıb hələ əsl yerə çatmadıqları) həmin gün insan və cinlərin heç birindən günahı barəsində (bir şey) soruşulmayacaqdır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٤٠
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
يُعْرَفُ ٱلْمُجْرِمُونَ بِسِيمَـٰهُمْ فَيُؤْخَذُ بِٱلنَّوَٲصِى وَٱلْأَقْدَامِ٤١
Yu'rəful mucrimunə bisimahum fəyu`xəzu bin nəvasi vəl əqdam
(Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٤٢
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
هَـٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى يُكَذِّبُ بِهَا ٱلْمُجْرِمُونَ٤٣
Hazihi cəhənnəmu əlləti yukəzzibu bihal mucrimun
Bu, günahkarların təkzib və inkar etdikləri həmin cəhənnəmdir.
يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ ءَانٍ٤٤
Yətufunə bəynəha vəbəynə həmimin an
Onlar həmin od və qaynar suyun içərisində (susuzluqdan və ardı-arası kəsilməyən dəhşətdən) fırlanacaqlar.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٤٥
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ٤٦
Vəlimən xafə məqamə rəbbihi cənnətan
Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٤٧
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
ذَوَاتَآ أَفْنَانٍ٤٨
Zəvata əfnan
Onların (həmin iki cənnətin) hər ikisinin müxtəlif qollu-budaqlı ağacları vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٤٩
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ٥٠
Fihima əynani təcriyan
O iki cənnətdə daim axan iki bulaq vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٥١
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
فِيهِمَا مِن كُلِّ فَـٰكِهَةٍ زَوْجَانِ٥٢
Fihima min kulli fakihətin zəvcan
O iki cənnətdə, hər meyvədən iki növ (quru və yaş, dünyada olan və olmayan) vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٥٣
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
مُتَّكِــِٔينَ عَلَىٰ فُرُشِۭ بَطَآئِنُهَا مِنْ إِسْتَبْرَقٍۚ وَجَنَى ٱلْجَنَّتَيْنِ دَانٍ٥٤
Muttəki`inə əla furuşin bəta`inuha min istəbrəq, vəcənal cənnətəyni dan
Astarları qalın ipəkdən olan yataqların üzərində (arxalıqlara) söykənərlər və hər iki bağın meyvələri yaxın və əlçatan olar!
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٥٥
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
فِيهِنَّ قَـٰصِرَٲتُ ٱلطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ٥٦
Fihinnə qasiratut tarfi ləm yətmishunnə insun qəbləhum və la cann
Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın nə də cinin toxunmadığı qadınlar vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٥٧
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
كَأَنَّهُنَّ ٱلْيَاقُوتُ وَٱلْمَرْجَانُ٥٨
Kə`ənnəhunnəl yaqutu vəl mərcan
(Onlar paklıq və parlaqlıqda) sanki yaqut və mərcandırlar.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٥٩
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
هَلْ جَزَآءُ ٱلْإِحْسَـٰنِ إِلَّا ٱلْإِحْسَـٰنُ٦٠
Həl cəza`ul ihsani illal ihsan
Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir.)
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٦١
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
وَمِن دُونِهِمَا جَنَّتَانِ٦٢
Vəmin dunihima cənnətan
(Allahdan qorxan və Allah dərgahına yaxın bəndələrə məxsus) o iki cənnətdən aşağı (sağ tərəf əhlinə məxsus) digər iki cənnət vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٦٣
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
مُدْهَآمَّتَانِ٦٤
Mudhammətan
Onların hər ikisi yaşıllığın çoxluğundan qaraya çalırlar.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٦٥
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ٦٦
Fihima əynani nəzzaxətan
O iki cənnətdə fəvvarə vurub qaynayan iki bulaq vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٦٧
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
فِيهِمَا فَـٰكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ٦٨
Fihima fakihətun vənəxlun vərumman
O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٦٩
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
فِيهِنَّ خَيْرَٲتٌ حِسَانٌ٧٠
Fihinnə xəyratun hisan
Onlarda gözəl təbiətli və gözəl üzlü qadınlar vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٧١
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
حُورٌ مَّقْصُورَٲتٌ فِى ٱلْخِيَامِ٧٢
Hurun mməqsuratun fil xiyam
Çadırlar içərisində pərdə arxasında oturmuş (və yadların gözlərindən uzaq) hurilər.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٧٣
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ٧٤
Ləm yətmishunnə insun qəbləhum və la cann
Bunlardan qabaq onlara nə bir insan, nə də bir cin toxunub.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٧٥
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
مُتَّكِــِٔينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِىٍّ حِسَانٍ٧٦
Muttəki`inə əla rəfrəfin xuzrin və'əbqəriyyin hisan
(Cənnət əhli) yaşıl balışlara və gözəl yataq və döşənəcəklərə söykənərlər!
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ٧٧
Fəbiəyyi alai rəbbikuma tukəzziban
Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!
تَبَـٰرَكَ ٱسْمُ رَبِّكَ ذِى ٱلْجَلَـٰلِ وَٱلْإِكْرَامِ٧٨
Təbarəkə smu rəbbikə zil cəlali vəl ikram
Cəlal, əzəmət, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin adı xeyir-bərəkətlidir.