Surə 53 · 62 ayə

surah053

Nəcm (Ulduz)

Məkkə·62 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

وَٱلنَّجْمِ إِذَا هَوَىٰ١

Vən nəcmi iza həva

And olsun çıxmaqda və batmaqda olan ulduza. (Yaxud: And olsun cin və şeytanlara enən yandırıcı od parçalarına; yaxud baş qaldıran bitkiyə; yaxud Quranın vəhy mərkəzinə nazil olmaqda olan hissə və ayələrinə.)

2Ayə 2

مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ٢

Ma zallə sahibukum və ma ğəva

Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) nə (əməldə səadət) yolundan çıxıb və nə də (əqidəsində haqdan) azıb.

3Ayə 3

وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ٣

Və ma yəntiqu ənil həva

O, (Quranın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır.

4Ayə 4

إِنْ هُوَ إِلَّا وَحْىٌ يُوحَىٰ٤

In huvə illa vəhyun yuha

Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir.

5Ayə 5

عَلَّمَهُۥ شَدِيدُ ٱلْقُوَىٰ٥

Əlləməhu şədidul quva

Onu ona (Peyğəmbərə) qüvvələri möhkəm və güclü olan (əmanətdar Cəbrail) öyrətmişdir.

6Ayə 6

ذُو مِرَّةٍ فَٱسْتَوَىٰ٦

Zu mirrətin fastəva

(Yaradılışında) güc və qüvvə (və ağılda möhkəmlik və mətanət) sahibi olan! Beləliklə o, (özünün əsl qiyafəsində Peyğəmbərin (s) qarşısında) dayandı.

7Ayə 7

وَهُوَ بِٱلْأُفُقِ ٱلْأَعْلَىٰ٧

Və huvə bil`ufuqil ə'la

(Yerdən) üstün üfüqdə olduğu halda.

8Ayə 8

ثُمَّ دَنَا فَتَدَلَّىٰ٨

Summə dəna fətədəlla

Sonra (Peyğəmbərə) yaxınlaşdı və daha yaxın oldu.

9Ayə 9

فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ٩

Fəkanə qabə qəvsəyni əv ədna

Beləliklə, (onunla Peyğəmbərin arasında) iki kaman (yaxud iki dirsək qədər) və ya daha az məsafə var idi.

10Ayə 10

فَأَوْحَىٰٓ إِلَىٰ عَبْدِهِۦ مَآ أَوْحَىٰ١٠

Fə`əvha ila əbdihi ma əvha

Beləliklə də, Allahın bəndəsinə (Muhəmmədə (s) həqiqət və sirlərdən) vəhy etdiyini vəhy etdi.

11Ayə 11

مَا كَذَبَ ٱلْفُؤَادُ مَا رَأَىٰٓ١١

Ma kəzəbəl fu`adu ma rə`a

(Peyğəmbərin) qəlb(i) gördüyündə (Cəbrailin üzünü və onun yaxınlaşmasını görməsində yanılmadı və) yalan demədi.

12Ayə 12

أَفَتُمَـٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ١٢

Əfətumarunəhu əla ma yəra

Onunla (öz gözü ilə) gördüyü şey barəsində mübahisə edirsiniz?!

13Ayə 13

وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ١٣

Vələqəd rəahu nəzlətən uxra

Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsl qifayəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü.

14Ayə 14

عِندَ سِدْرَةِ ٱلْمُنتَهَىٰ١٤

Ində sidrətil muntəha

Sidrətulmüntəhanın (göylərin sərhədlərinin axırı və bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda yerləşən sidr ağacının) yanında.

15Ayə 15

عِندَهَا جَنَّةُ ٱلْمَأْوَىٰٓ١٥

Indəha cənnətul mə`va

(Məhşərdə hesab qurtardıqdan sonra möminlərin) məskunlaşama yeri olan axirət Cənnəti onun yanındadır.

16Ayə 16

إِذْ يَغْشَى ٱلسِّدْرَةَ مَا يَغْشَىٰ١٦

Iz yəğşas sidrətə ma yəğşa

Bürüyən şey (nur, gözəllik və saysız mələklər) o sidrəni əhatə edən zaman

17Ayə 17

مَا زَاغَ ٱلْبَصَرُ وَمَا طَغَىٰ١٧

Ma zağəl bəsaru və ma tağa

(Peyğəmbərin) göz(ü gördüyünü) əsla səhv görmədi və (görməli olduğunda) həddi aşmadı.

18Ayə 18

لَقَدْ رَأَىٰ مِنْ ءَايَـٰتِ رَبِّهِ ٱلْكُبْرَىٰٓ١٨

Ləqəd rə`a min ayati rəbbihil kubra

Şübhəsiz, öz Rəbbinin çox böyük nişanələrindən (bir qismini) gördü.

19Ayə 19

أَفَرَءَيْتُمُ ٱللَّـٰتَ وَٱلْعُزَّىٰ١٩

Əfərə`əytumu əllatə vəl uzza

Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin.

20Ayə 20

وَمَنَوٲةَ ٱلثَّالِثَةَ ٱلْأُخْرَىٰٓ٢٠

Və mənatəs salisətəl uxra

Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)

21Ayə 21

أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلْأُنثَىٰ٢١

Ələkumuz zəkəru və ləhul unsa

(Sizin fikrinizcə) oğlan sizə və qız (isə) Allaha məxsusdur?

22Ayə 22

تِلْكَ إِذًا قِسْمَةٌ ضِيزَىٰٓ٢٢

Tilkə izən qismətun ziza

Belə olan halda bu bölgü zalımanədir!

23Ayə 23

إِنْ هِىَ إِلَّآ أَسْمَآءٌ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَـٰنٍ‌ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهْوَى ٱلْأَنفُسُ‌ۖ وَلَقَدْ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلْهُدَىٰٓ٢٣

In hiyə illa əsma`un səmməytumuha əntum vəaba`ukum-ma ənzələ əllahu biha min sultan, in yəttəbi'unə illaz zannə və ma təhval ənfus, vələqəd ca`əhum-min rrəbbihimul huda

(Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Quran və Peyğəmbər) gəlmişdir.

24Ayə 24

أَمْ لِلْإِنسَـٰنِ مَا تَمَنَّىٰ٢٤

Əm lil`insani ma təmənna

Məgər istədiyi (hər) şey insan üçün (dərhal) hazır olur (ki, bütlər tanrı, hacətləri verən və şəfaətçi olsunlar)?!

25Ayə 25

فَلِلَّهِ ٱلْأَخِرَةُ وَٱلْأُولَىٰ٢٥

Fəlilləhil axirətu vəl ula

(Xeyir, belə deyil!) Çünki axirət və dünya (ancaq) Allaha məxsusdur (və Onun bunlarda şəriki yoxdur).

26Ayə 26

وَكَم مِّن مَّلَكٍ فِى ٱلسَّمَـٰوَٲتِ لَا تُغْنِى شَفَـٰعَتُهُمْ شَيْــًٔا إِلَّا مِنۢ بَعْدِ أَن يَأْذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرْضَىٰٓ٢٦

Vəkəm-min mmələkin fis səmavati la tuğni şəfa'ətuhum şəy`ən illa min bə'di ən yə`zənə əllahu limən yəşau vəyərza

Göylərdə neçə-neçə mələklər (var) ki, onların (bu dünyanın yaradılış işləri və o dünyanın günahkarları barəsindəki) şəfaət və vasitəçilikləri heç bir fayda verməz. (Bu) yalnız Allah (şəfaət etməsini və ya şəfaət olunmasını) istədiyi və razılıq verdiyi kəsə izn verdikdən sonra (mümkündür).

27Ayə 27

إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْأَخِرَةِ لَيُسَمُّونَ ٱلْمَلَـٰٓئِكَةَ تَسْمِيَةَ ٱلْأُنثَىٰ٢٧

Innə əlləzinə la yu`minunə bilaxirəti ləyusəmmunəl məla`ikətə təsmiyətəl unsa

Həqiqətən, axirətə imanı olmayan kəslər mələkləri qadın adı ilə adlandırırlar (onların Allahın qızları olmasını deyirlər).

28Ayə 28

وَمَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ‌ۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ‌ۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْــًٔا٢٨

Və ma ləhum bihi min ilm, in yəttəbi'unə illaz zann, və`innəz zannə la yuğni minəl həqqi şəy`ə

Halbuki onların bu (iddia) barədə bir bilikləri yoxdur. Onlar yalnız zənn və gümana tabe olurlar və şübhəsiz, zənn və güman əsla həqiqətin yerini tuta bilməz.

29Ayə 29

فَأَعْرِضْ عَن مَّن تَوَلَّىٰ عَن ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا ٱلْحَيَوٲةَ ٱلدُّنْيَا٢٩

Fə`ə'riz ən mmən təvəlla ən zikrina vələm yurid illal həyatəd dunya

Buna görə də Bizi yad etməkdən (və Bizim Quranımızdan) üz döndərən və yalnız bu dünya həyatını istəyən kəs(lər)dən üz döndər (və onlarla mübahisə etmə).

30Ayə 30

ذَٲلِكَ مَبْلَغُهُم مِّنَ ٱلْعِلْمِ‌ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِمَنِ ٱهْتَدَىٰ٣٠

Zalikə məbləğuhum-minəl ilm, innə rəbbəkə huvə ə'ləmu bimən zallə ən səbilihi və huvə ə'ləmu biməni htəda

Bu, onların biliklərinin son mərhələsidir. Həqiqətən sənin Rəbbin Onun yolundan sapanı da, doğru yola gələni də yaxşı tanıyır.

31Ayə 31

وَلِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٲتِ وَمَا فِى ٱلْأَرْضِ لِيَجْزِىَ ٱلَّذِينَ أَسَـٰٓـــُٔواْ بِمَا عَمِلُواْ وَيَجْزِىَ ٱلَّذِينَ أَحْسَنُواْ بِٱلْحُسْنَى٣١

Vəlilləhi ma fis səmavati və ma fil ərzi liyəcziyə əlləzinə əsa`u bima əmilu vəyəcziyə əlləzinə əhsənu bilhusna

Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allaha məxsusdur. (Çünki onları yaratmaq, qorumaq, idarə etmək və yox etmək Onun qüdrət əlindədir. O hamını yaradıb) ki, pislik etmiş kəsləri etdiklərinin müqabilində (və ya həmin əməllərin gerçək axirət təzahürü ilə) cəzalandırsın və yaxşı işlər görmüş kəslərə daha yaxşı mükafat ilə əvəz versin.

32Ayə 32

ٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٲحِشَ إِلَّا ٱللَّمَمَ‌ۚ إِنَّ رَبَّكَ وَٲسِعُ ٱلْمَغْفِرَةِ‌ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌ فِى بُطُونِ أُمَّهَـٰتِكُمْ‌ۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمْ‌ۖ هُوَ أَعْلَمُ بِمَنِ ٱتَّقَىٰٓ٣٢

Əlləzinə yəctənibunə kəba`irəl ismi vəl fəvahişə illa əlləməm, innə rəbbəkə vasi'ul məğfirəh, huvə ə'ləmu bikum iz ənşə`əkum-minəl ərzi və`iz əntum əcinnətun fi butuni umməhatikum, fəla tuzəkku ənfusəkum, huvə ə'ləmu biməni ttəqa

Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şər’i cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin əfvi doğrudan da genişdir. O sizi həm torpaqdan yaradanda, həm də analarınızın bətnində rüşeym halında olanda çox yaxşı tanıyır. Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır.

33Ayə 33

أَفَرَءَيْتَ ٱلَّذِى تَوَلَّىٰ٣٣

Əfərə`əytə əlləzi təvəlla

(Tovhiddən, cihaddan və malını Allah yolunda xərcləməkdən) üz çevirəni gördünmü?

34Ayə 34

وَأَعْطَىٰ قَلِيلاً وَأَكْدَىٰٓ٣٤

Və`ə'ta qəlilən və`əkda

Və (öz malından) bir az verib (qalanını verməyə) xəsislik göstərəni?

35Ayə 35

أَعِندَهُۥ عِلْمُ ٱلْغَيْبِ فَهُوَ يَرَىٰٓ٣٥

Ə'indəhu ilmu əl ğəybi fəhuvə yəra

Məgər o, qeybi bilir və (qəlb gözü ilə gələcəyi –malını Allah yolunda verəcəyi təqdirdə yoxsullaşacağını) görür?!

36Ayə 36

أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِى صُحُفِ مُوسَىٰ٣٦

Əm ləm yunəbbə` bima fi suhufi musa

Yoxsa Musanın (Tövratının) səhifələrindəkilərdən xəbər tutmayıb?

37Ayə 37

وَإِبْرَٲهِيمَ ٱلَّذِى وَفَّىٰٓ٣٧

Və`ibrahimə əlləzi vəffa

Və (yaxud Allaha itaətə, tovhidin çatdırılmasına, mübarizədə səbrə və imtahanın yerinə yetirilməsində əhdə) tam vəfa etmiş İbrahim(in səhifələrində olanlardan)?

38Ayə 38

أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ٣٨

Əlla təziru vazirətun vizrə uxra

(Onlarda deyilir) ki: «Heç kəs başqasının günah yükünü götürməyəcəkdir.»

39Ayə 39

وَأَن لَّيْسَ لِلْإِنسَـٰنِ إِلَّا مَا سَعَىٰ٣٩

Və`ən lləysə lil`insani illa ma sə'a

Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur.

40Ayə 40

وَأَنَّ سَعْيَهُۥ سَوْفَ يُرَىٰ٤٠

Və`ənnə sə'yəhu səvfə yura

Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir.

41Ayə 41

ثُمَّ يُجْزَٮٰهُ ٱلْجَزَآءَ ٱلْأَوْفَىٰ٤١

Summə yuczahul cəza`əl əvfa

Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir.

42Ayə 42

وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلْمُنتَهَىٰ٤٢

Və`ənnə ila rəbbikəl muntəha

(Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir.

43Ayə 43

وَأَنَّهُۥ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ٤٣

Və`ənnəhu huvə əzhəkə və`əbka

Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur.

44Ayə 44

وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحْيَا٤٤

Və`ənnəhu huvə əmatə və`əhya

(Bütün canlıları müəyyən edilmiş vaxtda) öldürən və (bütün ölülüləri Öz istəyi ilə) dirildən (də) Odur.

45Ayə 45

وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰ٤٥

Və`ənnəhu xələqəz zəvcəyniz zəkərə vəl unsa

Həmçinin erkək və dişi cütlərini yaradan Odur.

46Ayə 46

مِن نُّطْفَةٍ إِذَا تُمْنَىٰ٤٦

Min-nutfətin iza tumna

Uşaqlığa tökülən zaman, nütfədən!

47Ayə 47

وَأَنَّ عَلَيْهِ ٱلنَّشْأَةَ ٱلْأُخْرَىٰ٤٧

Və`ənnə ələyhin nəş`ətəl uxra

Həmçinin (səma kitabları və bəşəri şəriətlərdə yazıldığı kimi əzəli elm və qəti ilahi istəyə əsasən) digər aləmi yaratmaq Onun öhdəsinədir.

48Ayə 48

وَأَنَّهُۥ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ٤٨

Və`ənnəhu huvə əğna və`əqna

Və (istədiyini) ehtiyacsız edən və daimi sərvət verən (də) Odur.

49Ayə 49

وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعْرَىٰ٤٩

Və`ənnəhu huvə rəbbuş şi'ra

(Bəzi müşriklərin ibadət etdikləri) Şi’ranın (Şi’ra ulduzunun da) Rəbbi Odur.

50Ayə 50

وَأَنَّهُۥٓ أَهْلَكَ عَادًا ٱلْأُولَىٰ٥٠

Və`ənnəhu əhləkə adən əl ula

(Hudun qövmü) birinci Adı (Ad tayfasını) həlak edən də Odur.

51Ayə 51

وَثَمُودَاْ فَمَآ أَبْقَىٰ٥١

Vəsəmudə fəma əbqa

Həmçinin (Salehin qövmü) Səmudu! (Onlardan bir nəfəri belə) saxlamadı.

52Ayə 52

وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ‌ۖ إِنَّهُمْ كَانُواْ هُمْ أَظْلَمَ وَأَطْغَىٰ٥٢

Vəqəvmə nuhin min qəbl, innəhum kanu hum əzləmə və`ətğa

Eləcə də, onlardan əvvəl Nuhun daha zülmkar və üsyankar olan qövmünü (həlak etdi).

53Ayə 53

وَٱلْمُؤْتَفِكَةَ أَهْوَىٰ٥٣

Vəl mu`təfikətə əhva

Və (Lutun qövmünün yuxarı qaldırdıqdan sonra) üzü üstə yerə çırpdığı alt-üst edilmiş şəhərləri(ni)!

54Ayə 54

فَغَشَّـٰهَا مَا غَشَّىٰ٥٤

Fəğəşşaha ma ğəşşa

Beləliklə, o şəhərləri (şiddətli əzab, daş yağışı və sairədən) bürüyən bürüdü.

55Ayə 55

فَبِأَىِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ٥٥

Fəbiəyyi alai rəbbikə tətəmara

(Bütün hadisələr aləmin kamil quruluşunu təşkil edən nemətlərin fövqündədir.) Belə isə Rəbbinin nemətlərinin hansı birinə şəkk edirsən?!

56Ayə 56

هَـٰذَا نَذِيرٌ مِّنَ ٱلنُّذُرِ ٱلْأُولَىٰٓ٥٦

Haza nəzirun mminən nuzuril ula

Bu (Peyğəmbər və onun kitabı, bunların hər biri bəşəriyyət üçün) əvvəlki qorxudanlar qismindən olan bir qorxudandır.

57Ayə 57

أَزِفَتِ ٱلْأَزِفَةُ٥٧

Əzifətil azifəh

(Allahın zatına məxsus əzəli ilahi elmə əsasən) yaxınlaşmalı olan (Qiyamət) yaxınlaşmışdır.

58Ayə 58

لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ٥٨

Ləysə ləha min duni-llahi kaşifəh

Onun zamanını Allahdan başqa bir aşkar edən yoxdur və (gerçəkləşən zaman) onu Allahdan başqa heç kəs yox edə, təxirə sala və (qorxu və əzabını) dəf edə bilməz.

59Ayə 59

أَفَمِنْ هَـٰذَا ٱلْحَدِيثِ تَعْجَبُونَ٥٩

Əfəmin hazal hədisi tə'cəbun

Yoxsa (ümmətlərin vəziyyəti, Qiyamətin yaxınlaşması və Qur'an barəsində deyilən) bu sözə təəccüb edirsiniz?!

60Ayə 60

وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ٦٠

Vətəzhəkunə və la təbkun

Və gülürsünüz, ağlamırsınız?!

61Ayə 61

وَأَنتُمْ سَـٰمِدُونَ٦١

Və`əntum samidun

Təkəbbür göstərir, oxuyur, əyləncə və qəflət içərisindəsiniz?!

62Ayə 62

فَٱسْجُدُواْ لِلَّهِ وَٱعْبُدُواْ٦٢

Fascudu lilləhi va'buduv

Allaha səcdə və ibadət edin

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)