Surə 69 · 52 ayə

surah069

Haqqə (Qaçılmaz)

Məkkə·52 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

ٱلْحَآقَّةُ١

Əl haqqəh

«Haqqə» adlanan həmin saat və o baş verəcək hadisə və baş verəcəyi şübhəsiz, olan işlər və hallar,

2Ayə 2

مَا ٱلْحَآقَّةُ٢

Mal haqqəh

O «Haqqə»nin həqiqəti nədir? (Nə qədər də böyük, dəhşətli və uzun bir hadisədir!)

3Ayə 3

وَمَآ أَدْرَٮٰكَ مَا ٱلْحَآقَّةُ٣

Və ma ədrakə mal haqqəh

Və «haqqə»nin nə olduğunu nə bilirsən?! (Onun həqiqətinə vara bilməzsən. O, əzici bir hadisədir).

4Ayə 4

كَذَّبَتْ ثَمُودُ وَعَادُۢ بِٱلْقَارِعَةِ٤

Kəzzəbət səmudu və'adun bilqari'əh

Səmud (Salehin qövmü) və Ad (Hudun qövmü) o əzici hadisəni təkzib etdilər.

5Ayə 5

فَأَمَّا ثَمُودُ فَأُهْلِكُواْ بِٱلطَّاغِيَةِ٥

Fə`əmma səmudu fə`uhliku bit tağiyəh

Səmud qövmü tüğyankarlıqlarına görə hədsiz dərəcədə bir əzabla məhv oldular.

6Ayə 6

وَأَمَّا عَادٌ فَأُهْلِكُواْ بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ٦

Və`əmma adun fə`uhliku birihin sarsarin atiyəh

Amma Ad qövmü şiddətlə əsən, soyuq, uğultulu və gurultulu bir küləklə məhv oldular.

7Ayə 7

سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَـٰنِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى ٱلْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ٧

Səxxərəha ələyhim səb'ə ləyalin vəsəmaniyətə əyyamin husumən fətəral qəvmə fiha sar'a kə`ənnəhum ə'cazu nəxlin xaviyəh

(Elə bir külək ki, Allah) onu nəhs olan yeddi gecə və səkkiz gün ərzində ardı-arası kəsilmədən onlar(ın üstünə) əsdirdi və (əgər orada olsaydın) o qövmü hamılıqla yerə sərilmiş görərdin, elə bil ki, içi boş və yerindən qoparılmış xurma kötükləri idilər.

8Ayə 8

فَهَلْ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍ٨

Fəhəl təra ləhum-min baqiyəh

İndi sən onlardan heç qalanını görürsənmi?!

9Ayə 9

وَجَآءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُۥ وَٱلْمُؤْتَفِكَـٰتُ بِٱلْخَاطِئَةِ٩

Vəca`ə fir'əvnu və mən qəbləhu vəl mu`təfikatu bilxati`əh

Firon da, ondan öncəkilər (kafirlər) də, alt-üst olmuş şəhərlər(in əhalisi – Lut qövmü) günah etdilər və yollarını azdılar (dini əqidə və şəriət məsələlərində səhv yolla getdilər).

10Ayə 10

فَعَصَوْاْ رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَّابِيَةً١٠

Fə'əsav rəsulə rəbbihim fə`əxəzəhum əxzətən rrabiyəh

Onlar öz Rəbbinin peyğəmbərinə asi oldular, Allah da onları şiddətli bir cəza ilə yaxaladı.

11Ayə 11

إِنَّا لَمَّا طَغَا ٱلْمَآءُ حَمَلْنَـٰكُمْ فِى ٱلْجَارِيَةِ١١

Inna ləmma tağal ma`u həməlnakum fil cariyəh

Həqiqətən, Biz (Nuhun duası ilə göydən gələn və yerdən qaynayan) su aşıb-daşan zaman sizi(n əcdadınızı) gəmiyə mindirdik.

12Ayə 12

لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَآ أُذُنٌ وَٲعِيَةٌ١٢

Linəc'ələha ləkum təzkirətən vətə'iyəha uzunun va'iyəh

Ona görə ki, bunu (bu hadisəni) sizin üçün bir ibrət edək və eşidən, yadda saxlayan qulaq bunu eşidib yadda saxlasın.

13Ayə 13

فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ نَفْخَةٌ وَٲحِدَةٌ١٣

Fə`iza nufixə fis suri nəfxətun vahidəh

Elə ki, sura bir dəfə üfürülər (surun birinci dəfə üfürülməsi varlıq aləminin nizamının pozulması üçün bir müqəddimədir),

14Ayə 14

وَحُمِلَتِ ٱلْأَرْضُ وَٱلْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَٲحِدَةً١٤

Vəhumilətil ərzu vəl cibalu fədukkəta dəkkətən vahidəh

Və yer (öz oxundan) və dağlar (birləşdikləri məkandan) qaldırılar (və uzaqlaşdırılar). Hər ikisi bir zərbə ilə bir-birinə çırpılar.

15Ayə 15

فَيَوْمَئِذٍ وَقَعَتِ ٱلْوَاقِعَةُ١٥

Fəyəvmə`izin vəqə'ətil vaqi'əh

Beləliklə, (məhz) o gün Qiyamət qopar.

16Ayə 16

وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِىَ يَوْمَئِذٍ وَاهِيَةٌ١٦

Vanşəqqətis səma`u fəhiyə yəvmə`izin vahiyəh

Və göy yarılar və o gün (onun nizamı) süst düşüb darma-dağın olar.

17Ayə 17

وَٱلْمَلَكُ عَلَىٰٓ أَرْجَآئِهَا‌ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَـٰنِيَةٌ١٧

Vəl mələku əla ərca`iha, vəyəhmilu ərşə rəbbikə fəvqəhum yəvmə`izin səmaniyəh

Mələklər göyün ətrafında (nəzarətçi) olarlar. Sənin Rəbbinin ərşini o gün səkkiz nəfər (ya səkkiz dəstə) öz başları üstündə (yaxud səmadakıların başları üstündə) tutarlar.

18Ayə 18

يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنكُمْ خَافِيَةٌ١٨

Yəvmə`izin tu'rəzunə la təxfa minkum xafiyəh

O gün siz (haqq-hesab üçün Allahın hüzuruna) gətiriləcəksiniz, sizin heç bir gizlin işiniz gizlin qalmayacaqdır.

19Ayə 19

فَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقْرَءُواْ كِتَـٰبِيَهْ١٩

Fə`əmma mən utiyə kitabəhu biyəminihi fəyəqulu ha`umu qrə`u kitabiyəh

Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: «Alın (ey insanlar) mənim kitabımı (əməl dəftərimi) oxuyun».

20Ayə 20

إِنِّى ظَنَنتُ أَنِّى مُلَـٰقٍ حِسَابِيَهْ٢٠

Inni zanəntu ənni mulaqin hisabiyəh

«Həqiqətən, mən (dünyada) ikən Qiyamət günü öz hesabıma (əməllərimin hesabına) yetişəcəyimə yəqinliklə inanmışdım».

21Ayə 21

فَهُوَ فِى عِيشَةٍ رَّاضِيَةٍ٢١

Fəhuvə fi işətin rraziyəh

Beləliklə, (bundan sonra) o xoş güzəran içindədir və sahibi də ondan razıdır.

22Ayə 22

فِى جَنَّةٍ عَالِيَةٍ٢٢

Fi cənnətin aliyəh

Uca və ali məqamlı bir Cənnətdə (elə bir Cənnətdə ki,)

23Ayə 23

قُطُوفُهَا دَانِيَةٌ٢٣

Qutufuha daniyəh

Meyvələri yaxındır (belə ki, budaqlar dərən şəxsin iradəsinə tabedir).

24Ayə 24

كُلُواْ وَٱشْرَبُواْ هَنِيٓـــَٔۢا بِمَآ أَسْلَفْتُمْ فِى ٱلْأَيَّامِ ٱلْخَالِيَةِ٢٤

Kulu vaşrəbu həni`ən bima əsləftum fil əyyamil xaliyəh

Yeyin və için, keçmiş günlərdə gördüyünüz (yaxşı işlərin) mükafatı olaraq sizə nuş olsun. (Bunlar hamısı o əməllərin əvəzidir, ya o əqidə və əməllərin təcəssümüdür).

25Ayə 25

وَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَـٰلَيْتَنِى لَمْ أُوتَ كِتَـٰبِيَهْ٢٥

Və`əmma mən utiyə kitabəhu bişimalihi fəyəqulu ya ləytəni ləm utə kitabiyəh

Amma (əməl) dəftəri sol əlinə verilən şəxs deyər: «Kaş (əməl) dəftərim mənə verilməyəydi!»

26Ayə 26

وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ٢٦

Vələm ədri ma hisabiyəh

«Və hesabımın nə olduğunu bilməyəydim».

27Ayə 27

يَـٰلَيْتَهَا كَانَتِ ٱلْقَاضِيَةَ٢٧

Ya ləytəha kanətil qaziyəh

«Kaş mənim o dünya həyatım(ın yerinə) qəti bir ölüm olaydı (və ya dünya ölümü məni birdəfəlik məhv edəydi)».

28Ayə 28

مَآ أَغْنَىٰ عَنِّى مَالِيَهْۜ٢٨

Ma əğna ənni maliyəh

«Mənim (dünyadakı) mal-dövlətim (heç bir əzabı) məndən dəf etmədi».

29Ayə 29

هَلَكَ عَنِّى سُلْطَـٰنِيَهْ٢٩

Hələkə ənni sultaniyəh

«Qüdrətim və səltənətim (və iddialarımın dəlil-sübutu da) əlimdən çıxdı».

30Ayə 30

خُذُوهُ فَغُلُّوهُ٣٠

Xuzuhu fəğulluh

(Əmr yetişər:) «Onu tutun və qandallayın».

31Ayə 31

ثُمَّ ٱلْجَحِيمَ صَلُّوهُ٣١

Summəl cəhimə salluh

«Sonra da onu şölələnmiş oda atıb yandırın!».

32Ayə 32

ثُمَّ فِى سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَٱسْلُكُوهُ٣٢

Summə fi silsilətin zər'uha səb'unə zira'ən faslukuh

«Sonra isə uzunluğu yetmiş arşın olan zəncirlə bağlayın».

33Ayə 33

إِنَّهُۥ كَانَ لَا يُؤْمِنُ بِٱللَّهِ ٱلْعَظِيمِ٣٣

Innəhu kanə la yu`minu bi-llahil əzim

«Çünki o, böyük olan Allaha (dünyada) inanmırdı».

34Ayə 34

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ٣٤

Və la yəhuzzu əla ta'amil miskin

«Və heç vaxt (özünü və başqalarını) fəqirə və ehtiyacı olana yemək verməyə rəğbətləndirmirdi».

35Ayə 35

فَلَيْسَ لَهُ ٱلْيَوْمَ هَـٰهُنَا حَمِيمٌ٣٥

Fələysə ləhul yəvmə hahuna həmim

Bu gün onun burada bir yaxını və mehriban bir dostu yoxdur.

36Ayə 36

وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ٣٦

Və la ta'amun illa min ğislin

(Cəhənnəmdəkilərin bədənindən axan) Od əhlinin irinindən, çirk və qanından başqa bir yeməyi də yoxdur.

37Ayə 37

لَّا يَأْكُلُهُۥٓ إِلَّا ٱلْخَـٰطِــُٔونَ٣٧

La yə`kuluhu illal xati`un

O (yeməyi) yalnız (yollarını) azmış günahkarlar yeyərlər.

38Ayə 38

فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ٣٨

Fəla uqsimu bima tubsirun

Belə isə xeyr; and olsun (gözlə) gördüklərinizə,

39Ayə 39

وَمَا لَا تُبْصِرُونَ٣٩

Və ma la tubsirun

Və görmədiklərinizə (qeybi mövcudlara) ki,

40Ayə 40

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ٤٠

Innəhu ləqəvlu rəsulin kərim

Bu (Quran) şübhəsiz, möhtərəm bir elçinin (Cəbrailin və Peyğəmbərin) sözüdür.

41Ayə 41

وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ‌ۚ قَلِيلاً مَّا تُؤْمِنُونَ٤١

Və ma huvə biqəvli şa'ir, qəlilən mma tu`minun

Bu, bir şairin sözü deyildir! (Lakin) Siz çox az iman gətirirsiniz!

42Ayə 42

وَلَا بِقَوْلِ كَاهِنٍ‌ۚ قَلِيلاً مَّا تَذَكَّرُونَ٤٢

Və la biqəvli kahin, qəlilən mma təzəkkərun

Və nə də (ki, cinlərdən söz öyrənən) bir kahinin sözüdür! (Amma) çox az öyüd-nəsihət alırsınız.

43Ayə 43

تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ٤٣

Tənzilun min rrəbbil aləmin

(Bu kitab) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

44Ayə 44

وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ ٱلْأَقَاوِيلِ٤٤

Vələv təqəvvələ ələyna bə'zal əqavil

Və əgər o, bəzi sözləri nahaqdan Bizə isnad etsəydi,

45Ayə 45

لَأَخَذْنَا مِنْهُ بِٱلْيَمِينِ٤٥

Lə`əxəzna minhu bilyəmin

Şübhəsiz, onu bütün qüdrətimizlə yaxalayardıq və yaxud sağ əlini tutub əzaba çəkərdik.

46Ayə 46

ثُمَّ لَقَطَعْنَا مِنْهُ ٱلْوَتِينَ٤٦

Summə ləqəta'na minhul vətin

Sonra da şübhəsiz, onun ürəyinin şah damarını qoparardıq.

47Ayə 47

فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَـٰجِزِينَ٤٧

Fəma minkum-min əhədin ənhu hacizin

Belə olan surətdə, sizdən heç biriniz on(un əzabın)ın qarşısını ala bilməzdiniz.

48Ayə 48

وَإِنَّهُۥ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ٤٨

Və`innəhu lətəzkirətun llilmuttəqin

Və həqiqətən, bu (Quran) təqvalılar üçün bir öyüd-nəsihətdir.

49Ayə 49

وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ٤٩

Və`inna lənə'ləmu ənnə minkum-mukəzzibin

Biz sizin aranızda təkzib edənlərin olduğunu əlbəttə bilirik.

50Ayə 50

وَإِنَّهُۥ لَحَسْرَةٌ عَلَى ٱلْكَـٰفِرِينَ٥٠

Və`innəhu ləhəsrətun əlal kafirin

Bu (Quran) mütləq (cəza günündə) kafirlər üçün bir həsrətdir.

51Ayə 51

وَإِنَّهُۥ لَحَقُّ ٱلْيَقِينِ٥١

Və`innəhu ləhəqqul yəqin

Və həqiqətən, bu (Quran) yəqin (gerçək) bir haqdır və həqiqətdir.

52Ayə 52

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ٥٢

Fəsəbbih bismi rəbbikəl əzim

Belə isə, öz əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyib və nöqsandan pak (və uzaq) bil).

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)