бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
نٓۚ وَٱلْقَلَمِ وَمَا يَسْطُرُونَ١
Nun. vəl qələmi və ma yəsturun
Nun. (Bu Allah və Onun Rəsulu arasında olan bir rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma bəşərin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür mütəşabih ayələri vardır.) And olsun (qələmlərin üzərində yazdığı) nurlu Lövhi-Məhfuza və (qələmin batrıldığı yazdığı) mürəkkəbə və hər hansı bir sulu cövhərə. And olsun qələmə (Lövhi- Məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə) və qələmlə yazılanlara (elmlər və Lövhi-Məhfuzun üzərində qələm vasitəsilə əmanət olaraq verilmiş sirlər və salehlərin əməl dəftərlərində yazılan gözəl əməllərə qələm sahiblərinin yazdığı və faydalı elmlərə ki,)
مَآ أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ٢
Ma əntə bini'məti rəbbikə biməcnun
Sən Rəbbinin neməti və lütfü sayəsində divanə deyilsən!
وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ٣
Və`innə ləkə lə`əcrən ğəyrə məmnun
Şübhəsiz, sənin üçün (dünyada və axirətdə) minnətsiz və sonsuz bir mükafat vardır.
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ٤
Və`innəkə lə'əla xuluqin əzim
Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən.
فَسَتُبْصِرُ وَيُبْصِرُونَ٥
Fəsətubsiru vəyubsirun
Tezliklə sən də görəsəksən və onlar da görəcəklər ki,
بِأَييِّكُمُ ٱلْمَفْتُونُ٦
Bi`əyyyikumul məftun
Sizdən hansı biri (sən, ya düşmənlərin) dəliliyə düçar olub.
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ٧
Innə rəbbəkə huvə ə'ləmu bimən zallə ən səbilihi və huvə ə'ləmu bilmuhtədin
Həqiqətən, Rəbbin Özü Onun yolundan azanları da, doğru yolda olanları da daha yaxşı bilir.
فَلَا تُطِعِ ٱلْمُكَذِّبِينَ٨
Fəla tuti'il mukəzzibin
Elə isə (səni və Allahın ayələrini) təkzib edənlərə itaət etmə.
وَدُّواْ لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ٩
Vəddu ləv tudhinu fəyudhinun
Çünki, onlar çox istəyirlər ki, (sən) yumşaqlıq göstərəsən və sazişə girəsən onlar da yumşaqlıq göstərsinlər və səninlə saziş etsinlər.
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ١٠
Və la tuti' kullə həllafin mməhin
Və itaət etmə çox and içən və alçaq olan heç bir kəsə,
هَمَّازٍ مَّشَّآءِۭ بِنَمِيمٍ١١
Həmmazin mməşşain binəmim
Çox eyib axtarana, pis danışana və söz gəzdirənə,
مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ١٢
Mənna'in llilxəyri mu'tədin əsim
Bərk xəsisə, xeyirdən saxlayana, təcavüzkara və günahkara,
عُتُلِّۭ بَعْدَ ذَٲلِكَ زَنِيمٍ١٣
Utullin bə'də zalikə zənim
Və bundan (bütün bu çirkin sifətlərdən) savayı kobuda, daş ürəkliyə və əsli-kökü bilinməyənə!
أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ١٤
Ən kanə za malin vəbənin
(Bu günahları) ona görə (edir ki,) mal-dövlət və oğullar sahibidir.
إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا قَالَ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ١٥
Iza tutla ələyhi ayatuna qalə əsatirul əvvəlin
Bizim ayələrimiz ona oxunduğu zaman deyər: «(Bunlar) keçmişdəkilərin əfsanələridir».
سَنَسِمُهُۥ عَلَى ٱلْخُرْطُومِ١٦
Sənəsimuhu əlal xurtum
Biz tezliklə onun burnuna (zillət) dağı basacağıq.
إِنَّا بَلَوْنَـٰهُمْ كَمَا بَلَوْنَآ أَصْحَـٰبَ ٱلْجَنَّةِ إِذْ أَقْسَمُواْ لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ١٧
Inna bələvnahum kəma bələvna əshabəl cənnəti iz əqsəmu ləyəsrimunnəha musbihin
Biz vaxtilə (Yəməndə – Səna yaxınlığındakı) o bağ sahiblərini imtəhana çəkdiyimiz kimi, bunları da (Məkkə əhlini də) imtahana çəkdik. O vaxt onlar səhər çağı onun meyvələrini mütləq dərəcəklərinə and içmişdilər.
وَلَا يَسْتَثْنُونَ١٨
Və la yəstəsnun
Halbuki, (öz fikirlərində meyvələrdən fəqirlər üçün heç bir şeyi) istisna etmirdilər və «inşallah» (əgər Allah istəsə) demirdilər.
فَطَافَ عَلَيْهَا طَآئِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَآئِمُونَ١٩
Fətafə ələyha ta`ifun min rrəbbikə vəhum na`imun
Beləliklə, gecə vaxtı, onlar yuxuda ikən, sənin Rəbbin tərəfindən olan böyük bir bəla o bağı bürüdü.
فَأَصْبَحَتْ كَٱلصَّرِيمِ٢٠
Fə`əsbəhət kalssarim
Ora meyvələri dərilmiş və ağacları yanıb qaralmış bir bağa döndü.
فَتَنَادَوْاْ مُصْبِحِينَ٢١
Fətənadəv musbihin
Səhər çağı (onlar) bir-birlərini (belə) səslədilər:
أَنِ ٱغْدُواْ عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَـٰرِمِينَ٢٢
Əni ğdu əla hərsikum in kuntum sarimin
«Əgər (meyvə) yığmaq məqsədiniz varsa, erkəndən öz bağınıza və əkininizə sarı çıxın!»
فَٱنطَلَقُواْ وَهُمْ يَتَخَـٰفَتُونَ٢٣
Fantaləqu vəhum yətəxafətun
Beləliklə, bir-birləri ilə yavaşca söhbət edə-edə yola düşdülər. (Onlar deyirdilər:)
أَن لَّا يَدْخُلَنَّهَا ٱلْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌ٢٤
Ən lla yədxulənnəhal yəvmə ələykum-miskin
«Məbada bu gün hər hansı bir fəqir bağa sizin yanınıza gəlsin!»
وَغَدَوْاْ عَلَىٰ حَرْدٍ قَـٰدِرِينَ٢٥
Vəğədəv əla hərdin qadirin
Onlar səhər erkən (fəqirləri) məhrum etmək məqsədi ilə getdilər.
فَلَمَّا رَأَوْهَا قَالُوٓاْ إِنَّا لَضَآلُّونَ٢٦
Fələmma rə`əvha qalu inna ləzallun
O bağı gördükdə, dedilər: «Yəqin ki, yolu azmışıq, yaxud haqq yoldan azmışıq».
بَلْ نَحْنُ مَحْرُومُونَ٢٧
Bəl nəhnu məhrumun
«(Nəinki yalnız haqqın yolundan azmışıq, hətta) əslində biz (haqqın nemətindən və öz əkdiyimizdən də) məhrum olmuşuq!»
قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَ٢٨
Qalə əvsətuhum ələm əqul-ləkum ləvla tusəbbihun
Onların orta yaşlısı, ən ağıllısı və düzgünü dedi: «Məgər sizə demədimmi ki, niyə Allahı (hər hansı bir nöqsandan və eyibdən) pak (və uzaq) bilmirsiniz?! (Allaha qarşı çıxmağı qərara almaqla əməli surətdə Onu aciz hesab etmiş olursunuz)»
قَالُواْ سُبْحَـٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَـٰلِمِينَ٢٩
Qalu subhanə rəbbina inna kunna zalimin
Dedilər: «Rəbbimiz pakdır. Həqiqətən, biz zalım idik!»
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَـٰوَمُونَ٣٠
Fə`əqbələ bə'zuhum əla bə'zin yətəlavəmun
(Sonra) bir-birlərinə üz tutaraq danlamağa başladılar.
قَالُواْ يَـٰوَيْلَنَآ إِنَّا كُنَّا طَـٰغِينَ٣١
Qalu ya vəyləna inna kunna tağin
Dedilər: «Vay halımıza, şübhəsiz, biz tüğyan edən idik».
عَسَىٰ رَبُّنَآ أَن يُبْدِلَنَا خَيْرًا مِّنْهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٲغِبُونَ٣٢
Əsa rəbbuna ən yubdiləna xəyrən mminha inna ila rəbbina rağibun
«Ola bilsin ki, Rəbbimiz onun yerinə bizə ondan daha yaxşısını versin. Ona görə ki, bizim öz Rəbbimizə rəğbətimiz var».
كَذَٲلِكَ ٱلْعَذَابُۖ وَلَعَذَابُ ٱلْأَخِرَةِ أَكْبَرُۚ لَوْ كَانُواْ يَعْلَمُونَ٣٣
Kəzalikəl əzab, vələ'əzabul axirəti əkbər, ləv kanu yə`ləmun
(Bizim dünyadakı) əzab(ımız) belədir. Əlbəttə, axirət əzabı daha böyükdür, kaş biləydilər!
إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّـٰتِ ٱلنَّعِيمِ٣٤
Innə lilmuttəqinə ində rəbbihim cənnatin nə'im
Şübhəsiz, təqvalılar üçün Rəbbi yanında nemətli Cənnətlər vardır.
أَفَنَجْعَلُ ٱلْمُسْلِمِينَ كَٱلْمُجْرِمِينَ٣٥
Əfənəc'əlul musliminə kalmucrimin
Belə isə, məgər Biz təslim olanları (axirət mükafatı baxımından) günahkarlarla bərabər tutarıqmı?!
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ٣٦
Ma ləkum kəyfə təhkumun
Sizə nə olub? Necə hökm edirsiniz?!
أَمْ لَكُمْ كِتَـٰبٌ فِيهِ تَدْرُسُونَ٣٧
Əm ləkum kitabun fihi tədrusun
Yoxsa sizin elə bir (səmavi) kitabınız var ki, orada oxuyursunuz ki,
إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ٣٨
Innə ləkum fihi ləma təxəyyərun
(O aləmdə) bəyənib seçdiyiniz hər şey sizin üçündür?!
أَمْ لَكُمْ أَيْمَـٰنٌ عَلَيْنَا بَـٰلِغَةٌ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ٣٩
Əm ləkum əymanun ələyna baliğətun ila yəvmil qiyaməti innə ləkum ləma təhkumun
Ya, bəlkə Qiyamət gününədək sizin Bizimlə möhkəm əhd-peymanınız vardır ki, (Cənnət və axirət nemətlərindən) hər nəyə hökm etsəniz, sizin olacaqdır?!
سَلْهُمْ أَيُّهُم بِذَٲلِكَ زَعِيمٌ٤٠
Səlhum əyyuhum bizalikə zə'im
Onlardan soruş ki, hansı biri buna (bu iddiaya) zamindir?!
أَمْ لَهُمْ شُرَكَآءُ فَلْيَأْتُواْ بِشُرَكَآئِهِمْ إِن كَانُواْ صَـٰدِقِينَ٤١
Əm ləhum şurəka`u fəlyə`tu bişurəka`ihim in kanu sadiqin
Ya bəlkə şərikləri vardır? (Bu iddianın səhihliyi barədə şərikləri, yaxud sabah onlara nicat verib, məqam əta edən Allaha şərik olan məbudları var?!) Belə isə şəriklərini gətirsinlər, əgər düz danışandırlarsa.
يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسْتَطِيعُونَ٤٢
Yəvmə yukşəfu ən saqin vəyud'əvnə ilas sucudi fəla yəstəti'un
(Yada sal) o gün ki, işləri olduqca çətinə düşər və (məzəmmətlə) səcdə etməyə dəvət olunarlar, lakin səcdə edə bilməzlər (çünki dünyadakı «təkəbbür» sifəti onların qamətlərinin əyilməməsi ilə təcəssüm olunar).
خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌۖ وَقَدْ كَانُواْ يُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ وَهُمْ سَـٰلِمُونَ٤٣
Xaşi'ətən əbsaruhum tərhəquhum zilləh, vəqəd kanu yud'əvnə ilas sucudi vəhum salimun
Gözləri yerə dikilər, zillət vücudlarını bürüyər. Halbuki onlar (dünyada) sağlam olduqları halda (Allaha) səcdə etməyə dəvət olunurdular.
فَذَرْنِى وَمَن يُكَذِّبُ بِهَـٰذَا ٱلْحَدِيثِۖ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ٤٤
Fəzərni və mən yukəzzibu bihazal hədis, sənəstədricuhum-min həysu la yə`ləmun
Belə isə, bu kəlamı (Quranı) təkzib edənləri Mənim öhdəmə burax ki, tezliklə onları özləri də bilmədikləri yerdən, tədriclə (əbədi əzaba və bədbəxtliyə tərəf) yaxınlaşdıracağıq.
وَأُمْلِى لَهُمْۚ إِنَّ كَيْدِى مَتِينٌ٤٥
Və`umli ləhum, innə kəydi mətin
Və Mən onlara möhlət verirəm (ki, günahları və bədbəxtlikləri ən son həddə yetişsin) və həqiqətən, Mənim məkrim və tədbirim möhkəm və sabitdir.
أَمْ تَسْــَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ٤٦
Əm təs`əluhum əcrən fəhum-min mməğrəmin mmusqəlun
Məgər onlardan (öz risalətin müqabilində) bir muzdmu istəyirsən ki, onlar ağır bir borc yükü altında qalıblar?!
أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ٤٧
Əm indəhumu əl ğəybu fəhum yəktubun
Ya bəlkə qeyb (Lövhi-Məhfuz elmi, ya hər bir şeyin qeybi həqiqətləri) onların yanındadır, (Ona əsasən) yazırlar, (öz şirk və pozğunluqları üçün dəlil- sübut gətirirlər və sənə ehtiyacları qalmır)?
فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ٤٨
Fasbir lihukmi rəbbikə və la təkun kəsahibil huti iz nada və huvə məkzum
Belə isə, Rəbbinin hökmünə səbr et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi.
لَّوْلَآ أَن تَدَٲرَكَهُۥ نِعْمَةٌ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلْعَرَآءِ وَهُوَ مَذْمُومٌ٤٩
Ləvla ən tədarəkəhu ni'mətun min rrəbbihi lənubizə bil'əra`i və huvə məzmum
Əgər Rəbbi tərəfindən bir nemət (tövbənin qəbulu və mənəvi vilayət) ona yetişməsəydi, həqiqətən, (balığın qarnından) məzəmmət olunmuş və qovulmuş halda quru bir səhraya atılacaqdı (lakin rəhmət ona yetişdi və son dərəcə hörmətlə sahilə çıxdı).
فَٱجْتَبَـٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّـٰلِحِينَ٥٠
Factəbahu rəbbuhu fəcə'ələhu minəs salihin
Beləliklə, Rəbbi (yenidən vəhy etməklə və xüsusi lütflərinə şamil etməklə) onu seçdi və salehlərdən etdi.
وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُواْ لَيُزْلِقُونَكَ بِأَبْصَـٰرِهِمْ لَمَّا سَمِعُواْ ٱلذِّكْرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجْنُونٌ٥١
Və`in yəkadu əlləzinə kəfəru ləyuzliqunəkə bi`əbsarihim ləmma səmi'uz zikrə vəyəqulunə innəhu ləməcnun
Həqiqətən, kafir olanlar bu zikri (Quranı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Quranı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: «Həqiqətən, o, bir divanədir!»
وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَـٰلَمِينَ٥٢
Və ma huvə illa zikrun llil'aləmin
Halbuki, bu (Peyğəmbər və bu Quran) aləmlərə öyüd-nəsihət vasitəsindən başqa bir şey deyildir.