бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
سَأَلَ سَآئِلُۢ بِعَذَابٍ وَاقِعٍ١
Sə`ələ sa`ilun bi'əzabin vaqi'
İstəyən şəxs elə bir əzab istədi ki, (mütləq) baş verəcək
لِّلْكَـٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌ٢
Lilkafirinə ləysə ləhu dafi'
Kafirlər üçün və onun qarşısını alan olmaz.
مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ٣
Minə əllah zil mə'aric
(Elə bir əzabdır ki,) «məaric» (bəndələrin əməllərinin və mələk dəstələrinin yuxarı qalxdığı səmavi dərəcələr; yaxud möminlərin mənəvi kamal dərəcələri; və yaxud mələklərin mənəvi dərəcələri; və ya Allah övliyalarının Cənnətdəki dərəcələri) sahibi olan Allahdandır.
تَعْرُجُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍ٤
Tə'rucul məla`ikətu vər ruhu iləyhi fi yəvmin kanə miqdaruhu xəmsinə əlfə sənəh
Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab-kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar.
فَٱصْبِرْ صَبْرًا جَمِيلاً٥
Fasbir sabrən cəmilə
Belə isə, gözəl bir şəkildə səbr et (belə ki, onda heç bir narazılıqdan, dözümsüzlükdən əsər-əlamət olmasın).
إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًا٦
Innəhum yərəvnəhu bə'idə
Onlar onu (o günü) uzaq görürlər (mümkünsüz bilərlər).
وَنَرَٮٰهُ قَرِيبًا٧
Vənərahu qəribə
Biz isə onu (mümkün, ya baş verməyə) yaxın görürük.
يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ٨
Yəvmə təkunus səma`u kalmuhl
O gün ki, göy qızmış (ərimiş) filiz kimi olar.
وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ٩
Vətəkunul cibalu kal'ihn
Və dağlar (didilmiş, havada pərakəndə halında) rəngarəng yun kimi olarlar.
وَلَا يَسْــَٔلُ حَمِيمٌ حَمِيمًا١٠
Və la yəs`əlu həmimun həmimə
Və heç bir qohum və əziz dost öz qohumunu(n) və dostunu(n halını) soruşmaz.
يُبَصَّرُونَهُمْۚ يَوَدُّ ٱلْمُجْرِمُ لَوْ يَفْتَدِى مِنْ عَذَابِ يَوْمِئِذِۭ بِبَنِيهِ١١
Yubəssarunəhum, yəvəddul mucrimu ləv yəftədi min əzabi yəvmi`izin bibənih
Qohum qohuma göstərilər, (lakin dəhşətin şiddətindən bir-birlərinə fikir verməzlər,) günahkar arzu edər ki, kaş o günün əzabından (qurtarmaq üçün) fəda edə biləydi öz oğullarını,
وَصَـٰحِبَتِهِۦ وَأَخِيهِ١٢
Vəsahibətihi və`əxih
Həm zövcəsini və qardaşını,
وَفَصِيلَتِهِ ٱلَّتِى تُــْٔوِيهِ١٣
Vəfəsilətihi əlləti tu`vih
Həm də (dünyada) ona sığınacaq verən yaxınlarını və qövmünü (qəbiləsini),
وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ١٤
Və mən fil ərzi cəmi'ən summə yuncih
Və yer üzündə olanların hamısını – təki bu iş ona (o günün əzabından) nicat versin.
كَلَّآۖ إِنَّهَا لَظَىٰ١٥
Kəlla, innəha ləza
Belə deyildir, (günahkar nicat tapmaz, əksinə) o (Cəhənnəm) alovlu dillər çıxan atəşin şöləsidir.
نَزَّاعَةً لِّلشَّوَىٰ١٦
Nəzza'ətən llilşşəva
Başın və (bədən) üzvlərin(in) dərisini soyandır.
تَدْعُواْ مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ١٧
Təd'u mən ədbərə vətəvəlla
(Bu atəş sözlə və dartmaqla) çağırır haqqa hər bir arxa çevirəni və (Allahdan və Onun dəvətindən) üz döndərəni,
وَجَمَعَ فَأَوْعَىٰٓ١٨
Vəcəmə'ə fə`əv'a
Və (mal-dövlət) toplayıb qablarında (sandıqda, bankda və anbarda) yığıb saxlayanları,
إِنَّ ٱلْإِنسَـٰنَ خُلِقَ هَلُوعًا١٩
Innəl insanə xuliqə həlu'ə
Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır.
إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًا٢٠
Iza məssəhuş şərru cəzu'ə
Ona bir zərər və ziyan üz verdikdə, dözməz.
وَإِذَا مَسَّهُ ٱلْخَيْرُ مَنُوعًا٢١
Və`iza məssəhul xəyru mənu'ə
Ona bir xeyir yetişdikdə, xəsis və simic olar.
إِلَّا ٱلْمُصَلِّينَ٢٢
Illal musallin
Namaz qılanlardan savayı.
ٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَآئِمُونَ٢٣
Əlləzinə hum əla salatihim da`imun
O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər.
وَٱلَّذِينَ فِىٓ أَمْوَٲلِهِمْ حَقٌّ مَّعْلُومٌ٢٤
Valləzinə fi əmvalihim həqqun mmə'lum
O kəslər ki, onların mallarında məlum (müəyyən) bir haqq vardır (vacib və müstəhəb zəkatlar və Allah yolunda olan digər xərclər kimi).
لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ٢٥
Lilssa`ili vəl məhrum
Dilənən və (dünya malından) məhrum olan kimsələr üçün.
وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ ٱلدِّينِ٢٦
Valləzinə yusaddiqunə biyəvmid din
O kəslər ki, (əqidə və əməldə) cəza gününü təsdiq edərlər.
وَٱلَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ٢٧
Valləzinə hum-min əzabi rəbbihim-muşfiqun
O kəslər ki, öz Rəbbinin əzabından qorxarlar.
إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ٢٨
Innə əzabə rəbbihim ğəyru mə`mun
Çünki, Rəbbinin əzabından arxayınçılıq yoxdur.
وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَـٰفِظُونَ٢٩
Valləzinə hum lifurucihim hafizun
Və o kəslər ki, öz şəhvani qüvvələrini saxlayarlar.
إِلَّا عَلَىٰٓ أَزْوَٲجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ٣٠
Illa əla əzvacihim əv ma mələkət əymanuhum fə`innəhum ğəyru məlumin
Öz zövcələri, ya malik olduqları kənizlər isə istisnadır. Onlar (bu barədə - yaxınlıq etməyə görə) qınanmazlar.
فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٲلِكَ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلْعَادُونَ٣١
Fəməni btəğa vəra`ə zalikə fə`ula`ikə humul adun
Beləliklə, kim bundan (bu iki haldan) artığını istəsə (və hər hansı bir kəslə və hər hansı bir şeylə hər cür, cinsi ləzzətlərə dalsa,) belə şəxslər (İslam hüdudlarında) həddi aşanlardır.
وَٱلَّذِينَ هُمْ لِأَمَـٰنَـٰتِهِمْ وَعَهْدِهِمْ رَٲعُونَ٣٢
Valləzinə hum li`əmanatihim və'əhdihim ra'un
O kəslər ki, (Xaliqlə və məxluqla olan) öz əmanətlərinə, əhd-peymanlarına riayət edərlər.
وَٱلَّذِينَ هُم بِشَهَـٰدَٲتِهِمْ قَآئِمُونَ٣٣
Valləzinə hum bişəhadatihim qa`imun
O kəslər ki, öz şəhadətlərində (şəhadəti qəbul etmək və verməkdə) sabit və möhkəmdir.
وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ٣٤
Valləzinə hum əla salatihim yuhafizun
O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar.
أُوْلَـٰٓئِكَ فِى جَنَّـٰتٍ مُّكْرَمُونَ٣٥
Ula`ikə fi cənnatin mmukrəmun
Məhz onlar (ali və xoşagələn) Cənnətlərdə ehtiram olunacaq kimsələrdir.
فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهْطِعِينَ٣٦
Fəmali əlləzinə kəfəru qibələkə muhti'in
Belə isə, kafir olanlara nə olub ki, sənin yanına tələsirlər?!
عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ٣٧
Ənil yəmini və'əniş şimali izin
Dəstə-dəstə, sağdan və soldan (sənin ətrafına yığılırlar)?!
أَيَطْمَعُ كُلُّ ٱمْرِىٍٕ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ٣٨
Əyətmə'u kullu mri`in mminhum ən yudxələ cənnətə nə'im
Yoxsa onlardan hər birinin tamahı var ki, (sabah Qiyamətdə kafir ola-ola) onu çox nemətli Cənnətə daxil edələr?!
كَلَّآۖ إِنَّا خَلَقْنَـٰهُم مِّمَّا يَعْلَمُونَ٣٩
Kəlla, inna xələqnahum-mimma yə`ləmun
(Xeyr!) Belə deyil; Biz onları özləri bildikləri şeydən (nütfədən) yaratdıq. (Sonrakı mərhələlərdə imana və əmələ təkamül tapmayınca heç kəsin Cənnətə girməyə ləyaqəti çatmaz)!
فَلَآ أُقْسِمُ بِرَبِّ ٱلْمَشَـٰرِقِ وَٱلْمَغَـٰرِبِ إِنَّا لَقَـٰدِرُونَ٤٠
Fəla uqsimu birəbbil məşariqi vəl məğaribi inna ləqadirun
And olsun məşriqlərin və məğriblərin Rəbbinə (qışın əvvəlindən yayın əvvəlinədək olan günəşin cənub tərəfə ən çox meyl etməsindən şimala tərəf ən çox meyl etməsinə qədər olan yüz səksən günəş məşriqi və onun əksi, onların müqabilində yüz səksən məğrib və ya bu günəşin ulduzlarının, yaxud digər planetlərin məşriqləri və məğribləri və ya hər hansı bir günəş planetinin məşriqləri və məğriblərinin Rəbbinə) ki, həqiqətən, Biz qadirik ki,
عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيْرًا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ٤١
Əla ən-nubəddilə xəyrən mminhum və ma nəhnu biməsbuqin
Onların (insanların) yerinə onlardan daha yaxşısını gətirək və Biz əsla (Öz iradəmizdə) məğlub olmarıq!
فَذَرْهُمْ يَخُوضُواْ وَيَلْعَبُواْ حَتَّىٰ يُلَـٰقُواْ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ٤٢
Fəzərhum yəxuzu vəyəl'əbu hətta yulaqu yəvməhumu əlləzi yu'ədun
Belə isə (dəlil-sübut tamamlandıqdan sonra onlarla mücadilə etmə, əksinə) onları burax ki, vəd verilən günə qovuşanadək (öz tüğyankarlıqlarının girdabında) batsınlar və oynayıb-əylənsinlər.
يَوْمَ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ٤٣
Yəvmə yəxrucunə minəl əcdasi sira'ən kə`ənnəhum ila nusubin yufizun
O gün ki, onlar qoyulmuş əlamətlərə sarı sürətlə hərəkət edənlər kimi öz qəbirlərindən tələsik çıxarlar
خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌۚ ذَٲلِكَ ٱلْيَوْمُ ٱلَّذِى كَانُواْ يُوعَدُونَ٤٤
Xaşi'ətən əbsaruhum tərhəquhum zilləh, zalikəl yəvmu əlləzi kanu yu'ədun
Gözləri yerə dikildiyi halda (böyük bir) zillət və xarlıq onları bürüyər. Budur onlara vəd verilmiş gün.