бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
عَمَّ يَتَسَآءَلُونَ١
Əmmə yətəsa`əlun
(Kafirlər) bir-birlərindən nə haqqında soruşurlar?
عَنِ ٱلنَّبَإِ ٱلْعَظِيمِ٢
Ənin nəbə`il əzim
Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Quranın haqq olması) haqqında.
ٱلَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ٣
Əlləzi hum fihi muxtəlifun
Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar (bəzisi onu qeyri-mümkün, bəzisi onu az ehtimal olunan, bəzisi şəkk-şübhə etmiş və bəzisi də bunu bilməklərinə baxmayaraq inkar etmişlər).
كَلَّا سَيَعْلَمُونَ٤
Kəlla səyə`ləmun
Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər.
ثُمَّ كَلَّا سَيَعْلَمُونَ٥
Summə kəlla səyə`ləmun
Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər. (Bu iki ayə «böyük xəbər»i inkar edənlər üçün bir təhdiddir).
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَـٰدًا٦
Ələm nəc'əlil ərza mihadə
Məgər Biz yeri rahatlıq beşiyi etmədikmi? (Bu ayədən etibarən on altıncı ayəyə qədər, «böyük xəbər»in isbatı üçün doqquz dəlil gətirilir).
وَٱلْجِبَالَ أَوْتَادًا٧
Vəl cibalə əvtadə
Dağları (onun səthində) mıxlar (etmədikmi)?
وَخَلَقْنَـٰكُمْ أَزْوَٲجًا٨
Vəxələqnakum əzvacə
Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا٩
Vəcə'əlna nəvməkum subatə
Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik. (və ruhun bədənə göstəriş vermə imkanının bir növ kəsilmə vasitəsi etdik).
وَجَعَلْنَا ٱلَّيْلَ لِبَاسًا١٠
Vəcə'əlna əlləylə libasə
Gecəni (hər şeyi bürüyən) örtük etdik.
وَجَعَلْنَا ٱلنَّهَارَ مَعَاشًا١١
Vəcə'əlnan nəharə mə'aşə
Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik.
وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا١٢
Vəbənəyna fəvqəkum səb'ən şidadə
Sizin başınızın üstündə yeddi möhkəm və sabit göy qurduq.
وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا١٣
Vəcə'əlna siracən vəhhacə
Olduqca parlaq və yandırıcı bir çıraq (günəş) yaratdıq.
وَأَنزَلْنَا مِنَ ٱلْمُعْصِرَٲتِ مَآءً ثَجَّاجًا١٤
Və`ənzəlna minəl mu'sirati ma`ən səccacə
(Buluda) təzyiq göstərən küləklərdən və topa halında bir-birinə sıxılmış buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik ki,
لِّنُخْرِجَ بِهِۦ حَبًّا وَنَبَاتًا١٥
Linuxricə bihi həbbən vənəbatə
Onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq.
وَجَنَّـٰتٍ أَلْفَافًا١٦
Vəcənnatin əlfafə
(Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar.
إِنَّ يَوْمَ ٱلْفَصْلِ كَانَ مِيقَـٰتًا١٧
Innə yəvməl fəsli kanə miqatə
Həqiqətən, (insanlar arasında) hökmetmə və (haqla batilin, yaxşıyla pisin) ayrılma günü (İlahinin əzəli elmində və Lövhi-Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır (hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat və cəzaların verilmə vədəsidir. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur).
يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا١٨
Yəvmə yunfəxu fis suri fətə`tunə əfvacə
Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz.
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتْ أَبْوَٲبًا١٩
Vəfutihətis səma`u fəkanət əbvabə
(O gün) göy açılar və (çoxlu sayda mələklərin nazil olması üçün) qapılar şəklinə düşər.
وَسُيِّرَتِ ٱلْجِبَالُ فَكَانَتْ سَرَابًا٢٠
Vəsuyyirətil cibalu fəkanət sərabə
Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər.
إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا٢١
Innə cəhənnəmə kanət mirsadə
Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur. (Mələklər «sirat» körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkmək üçün pusqu qurarlar).
لِّلطَّـٰغِينَ مَـَٔـابًا٢٢
Lilttağinə məabə
Üsyankarlar üçün dönüş yeridir.
لَّـٰبِثِينَ فِيهَآ أَحْقَابًا٢٣
Labisinə fiha əhqabə
Onlar uzun müddət (əbədiyyətə qədər) orada qalacaqlar.
لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا٢٤
La yəzuqunə fiha bərdən və la şərabə
Onlar orada nə bir sərinlik (sərin hava və su) dadarlar, nə də içəcək.
إِلَّا حَمِيمًا وَغَسَّاقًا٢٥
Illa həmimən vəğəssaqə
Qaynar sudan və çirk və qan qarışıq sudan (irindən) başqa
جَزَآءً وِفَاقًا٢٦
Cəza`ən vifaqə
(Onların dünyadakı əqidə, əxlaq və əməllərinə) uyğun cəza olaraq.
إِنَّهُمْ كَانُواْ لَا يَرْجُونَ حِسَابًا٢٧
Innəhum kanu la yərcunə hisabə
Həqiqətən, onlar haqq-hesab (günün)ə heç bir ümid bəsləmirdilər.
وَكَذَّبُواْ بِـَٔـايَـٰتِنَا كِذَّابًا٢٨
Vəkəzzəbu biayatina kizzabə
Və Bizim ayələrimizi və nişanələrimizi şiddətlə və israrla təkzib edirdilər.
وَكُلَّ شَىْءٍ أَحْصَيْنَـٰهُ كِتَـٰبًا٢٩
Vəkullə şəy`in əhsaynahu kitabə
Biz hər bir şeyi saymış, Lövhi-Məhfuz kitabında yazmışıq və onların hər bir əməlini əməl dəftərlərində qeyd etmişik.
فَذُوقُواْ فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا٣٠
Fəzuqu fələn-nəzidəkum illa əzabə
Odur ki, dadın (əzabı!) Biz sizə əzabdan başqa əsla bir şey artırmayacağıq!
إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا٣١
Innə lilmuttəqinə məfazə
Həqiqətən, təqvalılar üçün qurtuluş, səadət və nicat yeri var.
حَدَآئِقَ وَأَعْنَـٰبًا٣٢
Həda`iqə və`ə'nabə
Hasara alınmış bağlar və üzümlüklər,
وَكَوَاعِبَ أَتْرَابًا٣٣
Vəkəva'ibə ətrabə
Nar məməli həmyaşıd qızlar,
وَكَأْسًا دِهَاقًا٣٤
Vəkə`sən dihaqə
Və (müxtəlif şərablar və şərbətlərlə) dolu camlar (vardır).
لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّٲبًا٣٥
La yəsmə'unə fiha ləğvən və la kizzabə
Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib; (Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər).
جَزَآءً مِّن رَّبِّكَ عَطَآءً حِسَابًا٣٦
Cəza`ən min rrəbbikə əta`ən hisabə
(Bu) sənin Rəbbinin tərəfindən bir mükafat(dır), kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir.
رَّبِّ ٱلسَّمَـٰوَٲتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلرَّحْمَـٰنِۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا٣٧
Rəbbis səmavati vəl ərzi və ma bəynəhuma rrəhman, la yəmlikunə minhu xitabə
(O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. (O,) Məhşər əhlinin Onun hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır.
يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَـٰٓئِكَةُ صَفًّاۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَـٰنُ وَقَالَ صَوَابًا٣٨
Yəvmə yəqumu rruhu vəl məla`ikətu saffə, la yətəkəlləmunə illa mən əzinə ləhu rrəhmanu vəqalə savabə
Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.
ذَٲلِكَ ٱلْيَوْمُ ٱلْحَقُّۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔـابًا٣٩
Zalikəl yəvmul həqq, fəmən şa ttəxəzə ila rəbbihi məabə
O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, Ona yetişsin).
إِنَّآ أَنذَرْنَـٰكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ ٱلْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ ٱلْكَافِرُ يَـٰلَيْتَنِى كُنتُ تُرَٲبَۢا٤٠
Inna ənzərnakum əzabən qəribən yəvmə yənzurul mər`u ma qəddəmət yədahu vəyəqulul kafiru ya ləytəni kuntu turabə
Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)».