бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
وَٱلْمُرْسَلَـٰتِ عُرْفًا١
Vəl mursəlati urfə
And olsun bir-birinin ardınca (yaradılış aləminin işlərinin idarəsi üçün) göndərilən mələk dəstələrinə (və and olsun «həşr» (dirilmə) günündə öz yeni bədənlərinə doğru sıx bir tərzdə – göndərilən möminlərin Bərzəx ruhlarına).
فَٱلْعَـٰصِفَـٰتِ عَصْفًا٢
Fal'asifati əsfə
(And olsun öz məqsədlərinə doğru) şiddətli yel kimi gedənlərə.
وَٱلنَّـٰشِرَٲتِ نَشْرًا٣
Vən naşirati nəşrə
And olsun xüsusi bir tərzlə yayan mələklərə (həyat ruhunu canlılara, ruzini dirilərə, vəhyi peyğəmbərlərə və əməl dəftərlərini Məhşər əhlinə yetirən mələklərə),
فَٱلْفَـٰرِقَـٰتِ فَرْقًا٤
Falfariqati fərqə
(And olsun) aydın və aşkar bir tərzlə (haqqı batildən) ayıranlara,
فَٱلْمُلْقِيَـٰتِ ذِكْرًا٥
Falmulqiyati zikrə
(And olsun) zikri (Quranı və öyüd-nəsihəti insanların qəlbinə) çatdıranlara ki,
عُذْرًا أَوْ نُذْرًا٦
Uzrən əv nuzrə
(Bütün bu çatdırılmış və yayılmış mərifətlər təkzib edənlərin bəhanə gətirmələrinə yer qoymamaq üçün) dəlil-sübutların (təqdim edilərək) tamamlanması, ya (öyüd-nəsihət qəbul edənlərin) qorxudulması və xəbərdarlıq edilməsi üçündür.
إِنَّمَا تُوعَدُونَ لَوَٲقِعٌ٧
Innəma tu'ədunə ləvaqi'
(Bütün bunlara And olsun ki,) sizə vəd edilən (Qiyamət günü) şübhəsiz, baş verəcəkdir.
فَإِذَا ٱلنُّجُومُ طُمِسَتْ٨
Fə`izan nucumu tumisət
Ulduzlar məhv olacağı,
وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتْ٩
Və`izas səma`u furicət
Göy yarılacağı,
وَإِذَا ٱلْجِبَالُ نُسِفَتْ١٠
Və`izal cibalu nusifət
Dağlar yerindən qopacağı,
وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتْ١١
Və`iza rrusulu uqqitət
(Allah) peyğəmbərlər(in)in (ümmətin mühakimə olunması və onlara şahidlik etmələri üçün) hazır ediləcəkləri vaxt müəyyən olduqda (Qiyamət baş verər).
لِأَىِّ يَوْمٍ أُجِّلَتْ١٢
Li`əyyi yəvmin uccilət
(Bu hadisələrin baş verməsi) hansı bir gün üçün təxirə salınmışdır?
لِيَوْمِ ٱلْفَصْلِ١٣
Liyəvmil fəsl
Mühakimə və (yaxşıların pislərdən) ayrılma günü üçün.
وَمَآ أَدْرَٮٰكَ مَا يَوْمُ ٱلْفَصْلِ١٤
Və ma ədrakə ma yəvmul fəsl
Sən nə bilirsən «ayrılma» günü nədir (nə qədər əhəmiyyətlidir)?!
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ١٥
Vəylun yəvmə`izin llilmukəzzibin
O gün vay halına təkzib edənlərin!
أَلَمْ نُهْلِكِ ٱلْأَوَّلِينَ١٦
Ələm nuhlikil əvvəlin
Məgər Biz əvvəlki (tüğyankar və kafir)ləri məhv etmədikmi?!
ثُمَّ نُتْبِعُهُمُ ٱلْأَخِرِينَ١٧
Summə nutbi'uhumul axirin
Sonra axırda gələnləri də onların ardınca (məhvə və əzaba) daxil edərik.
كَذَٲلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ١٨
Kəzalikə nəf'əlu bilmucrimin
Biz günahkarlarla belə rəftar edirik.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ١٩
Vəylun yəvmə`izin llilmukəzzibin
O gün vay halına təkzib edənlərin!
أَلَمْ نَخْلُقكُّم مِّن مَّآءٍ مَّهِينٍ٢٠
Ələm nəxlukkum-min mma`in mməhin
Məgər sizi (Adəm övladını) zəif və dəyərsiz sudan (nütfədən) yaratmadıqmı?.
فَجَعَلْنَـٰهُ فِى قَرَارٍ مَّكِينٍ٢١
Fəcə'əlnahu fi qərarin mməkin
Biz onu möhkəm bir yerdə (ana bətnində) qoyduq.
إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ٢٢
Ila qədərin mmə'lum
Müəyyən bir müddətədək.
فَقَدَرْنَا فَنِعْمَ ٱلْقَـٰدِرُونَ٢٣
Fəqədərna fəni'məl qadirun
Beləliklə, Biz (insanı həmin sudan düzəltməyə) qadir olduq. Nə gözəl qadir olanlarıq. Biz (Onu cism, üzvlər, ruh, xüsusiyyətlər və ehtiyac baxımından) ölçdük. Nə gözəl ölçənlərik Biz.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٢٤
Vəylun yəvmə`izin llilmukəzzibin
O gün vay halına təkzib edənlərin!
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ كِفَاتًا٢٥
Ələm nəc'əlil ərza kifatə
Məgər yeri fəzada sürətlə hərəkət edən və (müxtəlif sakinlər üçün) geniş və məskunlaşdırıcı etmədikmi?
أَحْيَآءً وَأَمْوَٲتًا٢٦
Əhya`ən və`əmvatə
Dirilər və ölülər üçün?
وَجَعَلْنَا فِيهَا رَوَٲسِىَ شَـٰمِخَـٰتٍ وَأَسْقَيْنَـٰكُم مَّآءً فُرَاتًا٢٧
Vəcə'əlna fiha rəvasiyə şamixatin və`əsqəynakum-ma`ən furatə
Onun üzərində möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٢٨
Vəylun yəvmə`izin llilmukəzzibin
O gün vay halına təkzib edənlərin!
ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ٢٩
Intaliqu ila ma kuntum bihi tukəzzibun
(Məhşər haqq-hesabı qurtardıqdan sonra onlara deyiləcəkdir:) «Təkzib etdiyinizə tərəf gedin».
ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلٍّ ذِى ثَلَـٰثِ شُعَبٍ٣٠
Intaliqu ila zillin zi səlasi şu'əb
«Gedin üç qolu olan kölgəyə tərəf (Bu qatı tüstüdən ibarət olan kölgə, dünyada heyvaniyyətin, yırtıcılığın və şeytançılığın nəfs üzərindəki qələbəsinin eynilə təcəssümüdür)».
لَّا ظَلِيلٍ وَلَا يُغْنِى مِنَ ٱللَّهَبِ٣١
La zalilin və la yuğni minə əllahb
O nə kölgə salar və nə də odun şöləsindən qoruyar.
إِنَّهَا تَرْمِى بِشَرَرٍ كَٱلْقَصْرِ٣٢
Innəha tərmi bişərərin kalqəsr
Həqiqətən, elə qığılcımlar saçar ki, (böyüklükdə) sanki (hər biri) uca bir binadır (yaxud böyük xurma ağacının gövdəsidir).
كَأَنَّهُۥ جِمَـٰلَتٌ صُفْرٌ٣٣
Kə`ənnəhu cimalətun sufr
(O qığılcımlar) sanki sarı rəngli dəvələrdir.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٣٤
Vəylun yəvmə`izin llilmukəzzibin
O gün vay halına təkzib edənlərin!
هَـٰذَا يَوْمُ لَا يَنطِقُونَ٣٥
Haza yəvmu la yəntiqun
Bu elə bir gündür ki, onlar (Məhşərin bəzi duracaqlarında) danışmazlar dinməzlər.
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ٣٦
Və la yu`zənu ləhum fəyə'təzirun
Və onlara (söz deməyə) izn verilməz, beləliklə də üzr istəyə bilməzlər (çünki heç bir üzrləri yoxdur).
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٣٧
Vəylun yəvmə`izin llilmukəzzibin
O gün vay halına təkzib edənlərin!
هَـٰذَا يَوْمُ ٱلْفَصْلِۖ جَمَعْنَـٰكُمْ وَٱلْأَوَّلِينَ٣٨
Haza yəvmul fəsl, cəmə'nakum vəl əvvəlin
Bu, sizi də, sizdən əvvəlkiləri də hamılıqla bir yerə topladığımız, mühakimə və (yaxşıları pislərdən) ayırma günüdür.
فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ٣٩
Fə`in kanə ləkum kəydun fəkidun
Əgər (bu gün əzabdan nicat tapmaq üçün) bir çarəniz və hiyləniz varsa, Mənə qarşı işlədin.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٤٠
Vəylun yəvmə`izin llilmukəzzibin
O gün vay halına təkzib edənlərin!
إِنَّ ٱلْمُتَّقِينَ فِى ظِلَـٰلٍ وَعُيُونٍ٤١
Innəl muttəqinə fi zilalin və'uyun
Həqiqətən, təqvalılar kölgəliklərdə və çeşmələr (başında)
وَفَوَٲكِهَ مِمَّا يَشْتَهُونَ٤٢
Vəfəvakihə mimma yəştəhun
Meylləri çəkən hər növ meyvələr (içində) olarlar.
كُلُواْ وَٱشْرَبُواْ هَنِيٓـــَٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ٤٣
Kulu vaşrəbu həni`ən bima kuntum tə'məlun
Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun!
إِنَّا كَذَٲلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ٤٤
Inna kəzalikə nəczil muhsinin
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٤٥
Vəylun yəvmə`izin llilmukəzzibin
O gün vay halına təkzib edənlərin!
كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلاً إِنَّكُم مُّجْرِمُونَ٤٦
Kulu vətəməttə'u qəlilən innəkum-mucrimun
(Siz isə, ey kafirlər dünyada) yeyin və qısa müddət ərzində azacıq bəhrələnin. Həqiqətən, siz günahkarsınız (və öz cəzanıza çatacaqsınız).
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٤٧
Vəylun yəvmə`izin llilmukəzzibin
O gün vay halına təkzib edənlərin!
وَإِذَا قِيلَ لَهُمُ ٱرْكَعُواْ لَا يَرْكَعُونَ٤٨
Və`iza qilə ləhumu rkə'u la yərkə'un
Onlara «(Allahın müqabilində) rüku edin, müti olun» – deyildiyi zaman rüku etməz, və müti olmazlar.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ٤٩
Vəylun yəvmə`izin llilmukəzzibin
O gün vay halına təkzib edənlərin!
فَبِأَىِّ حَدِيثِۭ بَعْدَهُۥ يُؤْمِنُونَ٥٠
Fəbiəyyi hədisin bə'dəhu yu`minun
(Əgər onlar bu kitaba da iman gətirmirlərsə,) bəs bundan sonra hansı bir sözə (kəlama) iman gətirəcəklər?!