бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
وَٱلنَّـٰزِعَـٰتِ غَرْقًا١
Vən nazi'ati ğərqə
And olsun kafirlərin canlarını şiddətlə (bədənlərindən) çəkib çıxaran mələklərə,
وَٱلنَّـٰشِطَـٰتِ نَشْطًا٢
Vən naşitati nəşta
(And olsun) möminlərin canlarını yumşaqlıqla və rahatlıqla alan mələklərə və şərqdən aramla çıxan (və qərb tərəfə gedən) ulduzlara,
وَٱلسَّـٰبِحَـٰتِ سَبْحًا٣
Vəs sabihati səbhə
(And olsun) insanların ruhlarını aldıqdan sonra sürətlə Bərzəx Cənnətinə, ya Cəhənnəminə aparan mələklərə,
فَٱلسَّـٰبِقَـٰتِ سَبْقًا٤
Fəs sabiqati səbqə
(And olsun) Allahın əmrlərini yerinə yetirməkdə bir-birlərini ötən mələklərə və (and olsun) haqq yolunda döyüşənlərin bir-birlərini qabaqlayan atlarına,
فَٱلْمُدَبِّرَٲتِ أَمْرًا٥
Falmudəbbirati əmrə
(And olsun) dünyanın işlərini idarə edən mələklərə (aləm onların Allah iradəsinin inikası olan iradələri ilə idarə olunar). (Bu beş andda məqsəd budur ki, siz hamınız diriləcəksiniz).
يَوْمَ تَرْجُفُ ٱلرَّاجِفَةُ٦
Yəvmə tərcufu rracifəh
O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər).
تَتْبَعُهَا ٱلرَّادِفَةُ٧
Tətbə'uha rradifəh
Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir).
قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ٨
Qulubun yəvmə`izin vacifəh
O gün ürəklər bərk iztirab və qorxu (içində) olar.
أَبْصَـٰرُهَا خَـٰشِعَةٌ٩
Əbsaruha xaşi'əh
Gözləri zəlilcəsinə yerə dikilər.
يَقُولُونَ أَءِنَّا لَمَرْدُودُونَ فِى ٱلْحَافِرَةِ١٠
Yəqulunə ə`inna ləmərdudunə fil hafirəh
(O kəslər ki, bu gün) deyirlər: «Məgər biz (öldükdən sonra yenidən həyatımızın) əvvəl(ində)ki vəziyyətimizə qaytarılacagıq?!»
أَءِذَا كُنَّا عِظَـٰمًا نَّخِرَةً١١
Ə`iza kunna izamən nnəxirəh
«(Özü də) çürümüş parça-parça sümüklər olduğumuz zamanmı?!»
قَالُواْ تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ١٢
Qalu tilkə izən kərrətun xasirəh
(Onlar) deyirlər: «Elə isə bu, ziyanlı bir dönüşdür!»
فَإِنَّمَا هِىَ زَجْرَةٌ وَٲحِدَةٌ١٣
Fə`innəma hiyə zəcrətun vahidəh
Həqiqətən, o (dönüş) yalnız bir nə’rə(nin surun ikinci dəfə üfürülməsilə)dir.
فَإِذَا هُم بِٱلسَّاهِرَةِ١٤
Fə`iza hum bis sahirəh
Qəfildən onların hamısı dümdüz, boş bir yerdə olacaqlar.
هَلْ أَتَـٰكَ حَدِيثُ مُوسَىٰٓ١٥
Həl ətakə hədisu musa
Musanın hekayəti sənə gəlib çatdımı?
إِذْ نَادَٮٰهُ رَبُّهُۥ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى١٦
Iz nadahu rəbbuhu bilvadil muqəddəsi tuvən
O zaman ki, Rəbbi onu müqəddəs «Tuva» vadisində səslədi:
ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ١٧
Izhəb ila fir'əvnə innəhu tağa
«Fironun yanına get! Çünki o tüğyan etmişdir».
فَقُلْ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ١٨
Fəqul həl-ləkə ila ən təzəkka
Və de: «(Küfr və tüğyandan) təmizlənmək istəyirsənmi?
وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ١٩
Və`əhdiyəkə ila rəbbikə fətəxşa
Səni Rəbbinə tərəf hidayət edimmi ki, Ondan qorxasan?»
فَأَرَٮٰهُ ٱلْأَيَةَ ٱلْكُبْرَىٰ٢٠
Fə`ərahul ayətəl kubra
Beləliklə, (tovhid və öz peyğəmbərliyi barədə olan) o çox böyük nişanəni (müxtəlif hallara düşən əsanı) ona göstərdi.
فَكَذَّبَ وَعَصَىٰ٢١
Fəkəzzəbə və'əsa
O, (isə) təkzib etdi və asi oldu.
ثُمَّ أَدْبَرَ يَسْعَىٰ٢٢
Summə ədbərə yəs'a
Sonra arxa çevirdi, (Musanın əleyhinə) çalışdı.
فَحَشَرَ فَنَادَىٰ٢٣
Fəhəşərə fənada
O, (öz qövmünü) topladı, və (onlara) xitab edib
فَقَالَ أَنَا۟ رَبُّكُمُ ٱلْأَعْلَىٰ٢٤
Fəqalə əna rəbbukumul ə'la
Dedi: «Mən sizin ən uca rəbbinizəm». (Mal-dövlət xərclədiyinə və camaatın işlərini idarə etdiyinə görə özünü bütlərdən və onların digər ərbablarından üstün bir rəbb hesab edirdi).
فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلْأَخِرَةِ وَٱلْأُولَىٰٓ٢٥
Fə`əxəzəhu əllahu nəkaləl axirəti vəl ula
Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.).
إِنَّ فِى ذَٲلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰٓ٢٦
Innə fi zalikə lə'ibrətən llimən yəxşa
Şübhəsiz, bunda (bu hadisədə) (Allahdan) qorxan bir kəs üçün ibrət vardır.
ءَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ ٱلسَّمَآءُۚ بَنَـٰهَا٢٧
Ə`əntum əşəddu xəlqən əmis səma`, bənaha
(Ölümdən sonra) sizi yaratmaq daha çətindir, yaxud göy(ü yaratmaq) ki,(Allah) onu yaratdı?
رَفَعَ سَمْكَهَا فَسَوَّٮٰهَا٢٨
Rəfə'ə səmkəha fəsəvvaha
Tavanını ucaltdı və (yaradılışını, zatının mahiyyəti, planetləri və onların düz və dairəvi hərəkətləri baxımından) nizama saldı.
وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَـٰهَا٢٩
Və`əğtaşə ləyləha və`əxrəcə zuhaha
Gecəsini qaranlıq və gündüzünü də aşkar etdi.
وَٱلْأَرْضَ بَعْدَ ذَٲلِكَ دَحَـٰهَآ٣٠
Vəl ərza bə'də zalikə dəhaha
Və bundan sonra yeri döşədi və hamarladı və (onu öz oxunun ətrafında hərəkətə və günəş ətrafında hərəkətə gətirdi) fırlatdı.
أَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعَـٰهَا٣١
Əxrəcə minha ma`əha vəmər'aha
Onun daxilindəki sularını, otlaqlarını və bitkilərini çıxartdı.
وَٱلْجِبَالَ أَرْسَـٰهَا٣٢
Vəl cibalə ərsaha
Dağları (yer üzərində) sabit və möhkəm etdi ki,
مَتَـٰعًا لَّكُمْ وَلِأَنْعَـٰمِكُمْ٣٣
Məta'ən lləkum vəli`ən'amikum
(Bütün bunlar) sizin və heyvanlarınızın (dünyada) bəhrələnməsi üçündür.
فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلْكُبْرَىٰ٣٤
Fə`iza ca`ətit tammətul kubra
O çox böyük bəla (Qiyamət) yetişdikdə,
يَوْمَ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ مَا سَعَىٰ٣٥
Yəvmə yətəzəkkərul insanu ma sə'a
O gün insan səy ilə etdiyi işləri (şəxsi əməl dəftəri və ümumi Lövhi-Məhfuz vasitəsilə) yadına salacaqdır,
وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِمَن يَرَىٰ٣٦
Vəburrizətil cəhimu limən yəra
Cəhənnəm hər bir görənə (kor surətdə həşr olunmayana) aşkar olacaqdır.
فَأَمَّا مَن طَغَىٰ٣٧
Fə`əmma mən tağa
Amma kim (dünyada) tüğyan etmişsə,
وَءَاثَرَ ٱلْحَيَوٲةَ ٱلدُّنْيَا٣٨
Vəasərəl həyatəd dunya
Və dünya həyatını (axirətdən) üstün tutmuşsa,
فَإِنَّ ٱلْجَحِيمَ هِىَ ٱلْمَأْوَىٰ٣٩
Fə`innəl cəhimə hiyəl mə`va
Şübhəsiz, onun yeri Cəhənnəmdir!
وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفْسَ عَنِ ٱلْهَوَىٰ٤٠
Və`əmma mən xafə məqamə rəbbihi vənəhan nəfsə ənil həva
Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa,
فَإِنَّ ٱلْجَنَّةَ هِىَ ٱلْمَأْوَىٰ٤١
Fə`innəl cənnətə hiyəl mə`va
Şübhəsiz, onun yeri Cənnətdir. (Bu beş ayə 34-cü ayəyə cavabdır).
يَسْــَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَـٰهَا٤٢
Yəs`əlunəkə ənis sa'əti əyyanə mursaha
Daim səndən Qiyamətin nə vaxt qopacağı barəsində soruşarlar.
فِيمَ أَنتَ مِن ذِكْرَٮٰهَآ٤٣
Fimə əntə min zikraha
Sən onu (onun vaxtını) nə bilirsən?
إِلَىٰ رَبِّكَ مُنتَهَـٰهَآ٤٤
Ila rəbbikə muntəhaha
Onun sonu sənin Rəbbinə tərəfdir (Onun həqiqətinə, necəliyinə və zamanına dair elm Ona məxsusdur).
إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخْشَـٰهَا٤٥
Innəma əntə munziru mən yəxşaha
Həqiqətən, sən ancaq ondan (Qiyamətdən) qorxanları çəkindirənsən. (Etiqad bəsləməyə vadar edən və qarşı çıxanlara cəza verən deyilsən).
كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوٓاْ إِلَّا عَشِيَّةً أَوْ ضُحَـٰهَا٤٦
Kə`ənnəhum yəvmə yərəvnəha ləm yəlbəsu illa əşiyyətən əv zuhaha
Onlar Qiyaməti gördükləri gün (belə güman edəcəklər ki, dünyada, yaxud bütün Bərzəx aləmi boyunca) elə bil yalnız bir axşam, yaxud bir səhərdən artıq qalmamışlar. (Axirət aləminin əbədiyyətinin müqabilində nəzərlərinə belə gələcəkdir).