Surə 82 · 19 ayə

surah082

İnfitar (Yarılmaq)

Məkkə·19 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتْ١

Izas səma`u nfətarət

Göy yarıldığı zaman,

2Ayə 2

وَإِذَا ٱلْكَوَاكِبُ ٱنتَثَرَتْ٢

Və`izal kəvakibu ntəsərət

Ulduzlar dağılıb səpələndiyi zaman,

3Ayə 3

وَإِذَا ٱلْبِحَارُ فُجِّرَتْ٣

Və`izal biharu fuccirət

Dənizlər yarıldığı (və sular bir-birlərinə qarışdığı) yaxud qaynayıb dolduğu zaman,

4Ayə 4

وَإِذَا ٱلْقُبُورُ بُعْثِرَتْ٤

Və`izal quburu bu'sirət

Qəbirlər alt-üst olduğu (və ölülər çölə atıldığı) zaman,

5Ayə 5

عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ٥

Əlimət nəfsun mma qəddəmət və`əxxərət

Hər bir kəs öncədən göndərdiyi və ya təxirə saldığı şeyi biləcəkdir (dünyada etdiyi hər bir xeyir və şəri və özündən sonra qoyub getdiyi hər bir xeyir və şər adəti biləcəkdir).

6Ayə 6

يَـٰٓأَيُّهَا ٱلْإِنسَـٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلْكَرِيمِ٦

Ya əyyuhal insanu ma ğərrəkə birəbbikəl kərim

Ey insan, səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir?! (ki, Onun tanrılığına qarşı küfr, kərəminə qarşı isə nankorluq etdin)?

7Ayə 7

ٱلَّذِى خَلَقَكَ فَسَوَّٮٰكَ فَعَدَلَكَ٧

Əlləzi xələqəkə fəsəvvakə fə'ədələk

O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı.

8Ayə 8

فِىٓ أَىِّ صُورَةٍ مَّا شَآءَ رَكَّبَكَ٨

Fi əyyi surətin mma şa rəkkəbək

İstədiyi şəkildə (üzvlərin xüsusiyyətləri və bütünlüyü baxımından) sənə quruluş verdi.

9Ayə 9

كَلَّا بَلْ تُكَذِّبُونَ بِٱلدِّينِ٩

Kəlla bəl tukəzzibunə bid din

Belə deyildir (siz təkcə Allahın kərəminə qarşı məğrurluq etməklə qalmırsınız) əslində siz «Cəza» gününü təkzib edirsiniz.

10Ayə 10

وَإِنَّ عَلَيْكُمْ لَحَـٰفِظِينَ١٠

Və`innə ələykum ləhafizin

Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır.

11Ayə 11

كِرَامًا كَـٰتِبِينَ١١

Kiramən katibin

Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır).

12Ayə 12

يَعْلَمُونَ مَا تَفْعَلُونَ١٢

Yə`ləmunə ma təf'əlun

Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər.

13Ayə 13

إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ١٣

Innəl əbrarə ləfi nə'im

Şübhəsiz, yaxşı əməl sahibləri (axirətdə) bolluca nemət içində olarlar.

14Ayə 14

وَإِنَّ ٱلْفُجَّارَ لَفِى جَحِيمٍ١٤

Və`innəl fuccarə ləfi cəhim

Və şübhəsiz, pis əməl sahibləri isə odlu Cəhənnəm içində olarlar.

15Ayə 15

يَصْلَوْنَهَا يَوْمَ ٱلدِّينِ١٥

Yəsləvnəha yəvməd din

Cəza günü oraya daxil olarlar (onun hərarətini dadar və yanarlar.)

16Ayə 16

وَمَا هُمْ عَنْهَا بِغَآئِبِينَ١٦

Və ma hum ənha biğa`ibin

Onlar əsla oradan çıxan deyillər (dünyada səbəbin məhdud əhatəsində olduqları kimi axirətdə də nəticənin əbədilik əhatəsində olarlar).

17Ayə 17

وَمَآ أَدْرَٮٰكَ مَا يَوْمُ ٱلدِّينِ١٧

Və ma ədrakə ma yəvmud din

Və sən nə bilirsən ki, cəza günü nədir?!

18Ayə 18

ثُمَّ مَآ أَدْرَٮٰكَ مَا يَوْمُ ٱلدِّينِ١٨

Summə ma ədrakə ma yəvmud din

Yenə də sən nə bilirsən ki, cəza günü nədir?!

19Ayə 19

يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْــًٔا‌ۖ وَٱلْأَمْرُ يَوْمَئِذٍ لِّلَّهِ١٩

Yəvmə la təmliku nəfsun llinəfsin şəy`ə, vəl əmru yəvmə`izin llilləh

Elə bir gündür ki,(o gün) heç kəs başqası üçün bir iş görməyə qadir olmayacaqdır. O gün əmr yalnız Allaha məxsusdur.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)