бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
إِذَا ٱلشَّمْسُ كُوِّرَتْ١
Izaş şəmsu kuvvirət
Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər),
وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتْ٢
Və`izan nucumu nkədərət
Ulduzlar qaralıb (yerə) töküləcəyi zaman,
وَإِذَا ٱلْجِبَالُ سُيِّرَتْ٣
Və`izal cibalu suyyirət
Dağlar hərəkətə gətiriləcəyi (parça-parça olub dağılacağı) zaman,
وَإِذَا ٱلْعِشَارُ عُطِّلَتْ٤
Və`izal işaru uttilət
(O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı-başına buraxılıb sahibsiz qalacağı zaman,
وَإِذَا ٱلْوُحُوشُ حُشِرَتْ٥
Və`izal vuhuşu huşirət
Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman,
وَإِذَا ٱلْبِحَارُ سُجِّرَتْ٦
Və`izal biharu succirət
Dənizlərin dolacağı və qaynayacağı zaman,
وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتْ٧
Və`izan nufusu zuvvicət
(Bərzəx) ruhlar(ı Məhşərdəki yeni bədənlərlə, yaxşılar yaxşılarla və pislər də pislərlə, Cənnət kişiləri öz zövcələrinə) qovuşacağı zaman,
وَإِذَا ٱلْمَوْءُۥدَةُ سُئِلَتْ٨
Və`izal məv`udətu su`ilət
Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman
بِأَىِّ ذَنۢبٍ قُتِلَتْ٩
Bi`əyyi zəmbin qutilət
«Hansı günaha görə öldürüldülər?» (Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?» – deyə soruşular.)
وَإِذَا ٱلصُّحُفُ نُشِرَتْ١٠
Və`izas suhufu nuşirət
Əməl dəftərləri (Haqq-Taala tərəfindən məhşər əhli arasında) yayılacağı və hər bir şəxsin əməl səhifəsi (onun öz qarşısında) açılacağı zaman,
وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتْ١١
Və`izas səma`u kuşitat
Göy (əhatə etdiyi hər bir şeyin üzərindən) götürüldüyü zaman,
وَإِذَا ٱلْجَحِيمُ سُعِّرَتْ١٢
Və`izal cəhimu su''irət
Cəhənnəm alovlandırılıb şölələndiyi zaman,
وَإِذَا ٱلْجَنَّةُ أُزْلِفَتْ١٣
Və`izal cənnətu uzlifət
Cənnət (təqvalılar üçün) yaxınlaşdırıldığı zaman,
عَلِمَتْ نَفْسٌ مَّآ أَحْضَرَتْ١٤
Əlimət nəfsun mma əhzarət
Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir.
فَلَآ أُقْسِمُ بِٱلْخُنَّسِ١٥
Fəla uqsimu bilxunnəs
Yox-yox; and olsun (gündüz) gizlənən, gecə qayıdan ulduzlara,
ٱلْجَوَارِ ٱلْكُنَّسِ١٦
Əl cəvaril kunnəs
Seyr edən, qeyb olan o ulduzlara (gecənin sonunda yuvalarına çəkilən heyvanlar kimi öz məğriblərində gizlənərlər),
وَٱلَّيْلِ إِذَا عَسْعَسَ١٧
Vəl ləyli iza əs'əs
And olsun qaralmaqda və çəkilməkdə olan gecəyə.
وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ١٨
Vəs subhi iza tənəffəs
Və and olsun sökülməkdə olan dan yerinə.
إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ١٩
Innəhu ləqəvlu rəsulin kərim
(Yuxarıdakı andların nəticəsi budur) ki, bu (Quran) şübhəsiz, möhtərəm və şərəfli bir elçinin (Cəbrailin gətirdiyi) sözdür.
ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍ٢٠
Zi quvvətin ində zil ərşi məkin
(Elə bir elçi ki,) çox qüvvətlidir və ərşin sahibi (Allahın) yanında məqam və mənsəb sahibidir.
مُّطَاعٍ ثَمَّ أَمِينٍ٢١
Muta'in səmmə əmin
Orada (mələklər arasında) itaət ediləndir, həm də güvəniləndir.
وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ٢٢
Və ma sahibukum biməcnun
Sizin yoldaşınız və dostunuz (Peyğəmbər) divanə deyildir.
وَلَقَدْ رَءَاهُ بِٱلْأُفُقِ ٱلْمُبِينِ٢٣
Vələqəd rəahu bil`ufuqil mubin
Həqiqətən, (bu Peyğəmbər) onu (Cəbraili) açıq və (insanların üfüqündən) uca olan üfüqdə (mələklərin üfüqündə) görmüşdür.
وَمَا هُوَ عَلَى ٱلْغَيْبِ بِضَنِينٍ٢٤
Və ma huvə əla əl ğəybi bizanin
Və o qeyb (vəhy vasitəsilə aldıqları barəsində) xəsis deyildir (ki, onu gizlətsin, dəyişdirsin, yaxud təxirə salsın və ya qarışdırsın).
وَمَا هُوَ بِقَوْلِ شَيْطَـٰنٍ رَّجِيمٍ٢٥
Və ma huvə biqəvli şəytanin rrəcim
Və bu (Quran Allah dərgahından) qovulmuş Şeytanın sözü deyildir.
فَأَيْنَ تَذْهَبُونَ٢٦
Fə`əynə təzhəbun
Belə isə, hara gedirsiniz?!
إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَـٰلَمِينَ٢٧
In huvə illa zikrun llil'aləmin
Bu, aləmlər üçün yalnız bir öyüd-nəsihətdir.
لِمَن شَآءَ مِنكُمْ أَن يَسْتَقِيمَ٢٨
Limən şa minkum ən yəstəqim
Sizdən (əqidə, əxlaq və əməldə) düzgün olmaq istəyənlər üçün.
وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلْعَـٰلَمِينَ٢٩
Və ma təşaunə illa ən yəşa əllahu rəbbul aləmin
Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz. (Çünki, sizin ixtiyar üzündən olan iradəniz ixtiyari əməlləriniz kimi Allahın iradəsinə bağlıdır.)