Surə 83 · 36 ayə

surah083

Mutəffifin (Çəkidə aldadanlar)

Məkkə·36 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

وَيْلٌ لِّلْمُطَفِّفِينَ١

Vəylun llilmutaffifin

Vay halına əskik satanların!

2Ayə 2

ٱلَّذِينَ إِذَا ٱكْتَالُواْ عَلَى ٱلنَّاسِ يَسْتَوْفُونَ٢

Əlləzinə iza ktalu əlan nasi yəstəvfun

O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar,

3Ayə 3

وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ٣

Və`iza kaluhum əv-vəzənuhum yuxsirun

Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər.

4Ayə 4

أَلَا يَظُنُّ أُوْلَـٰٓئِكَ أَنَّهُم مَّبْعُوثُونَ٤

Əla yəzunnu ula`ikə ənnəhum-məb'usun

Məgər onlar güman etmirlərmi ki, (haqq-hesab üçün) dirildiləcəklər,

5Ayə 5

لِيَوْمٍ عَظِيمٍ٥

Liyəvmin əzim

Böyük bir gündə?!

6Ayə 6

يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَـٰلَمِينَ٦

Yəvmə yəqumun nasu lirəbbil aləmin

O gün bütün insanlar (haqq-hesab və mühakimə olunmaq üçün) aləmlərin Rəbbinin hüzurunda duracaqlar!

7Ayə 7

كَلَّآ إِنَّ كِتَـٰبَ ٱلْفُجَّارِ لَفِى سِجِّينٍ٧

Kəlla innə kitabəl fuccari ləfi siccin

Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab-kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir.

8Ayə 8

وَمَآ أَدْرَٮٰكَ مَا سِجِّينٌ٨

Və ma ədrakə ma siccin

Və sən nə bilirsən ki, «Siccin» nədir?

9Ayə 9

كِتَـٰبٌ مَّرْقُومٌ٩

Kitabun mmərqum

(O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (bütün pis əməl sahiblərinin cəzası orada qeyd olunmuşdur).

10Ayə 10

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ١٠

Vəylun yəvmə`izin llilmukəzzibin

Vay halına o gün təkzib edənlərin.

11Ayə 11

ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ ٱلدِّينِ١١

Əlləzinə yukəzzibunə biyəvmid din

O kəslərin ki, cəza gününü təkzib edirlər.

12Ayə 12

وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ١٢

Və ma yukəzzibu bihi illa kullu mu'tədin əsim

Və onu ancaq həddini aşan daim günah edən şəxs təkzib edər.

13Ayə 13

إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا قَالَ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ١٣

Iza tutla ələyhi ayatuna qalə əsatirul əvvəlin

O kəs ki, Bizim ayələrimiz ona oxunduğu zaman «Bu keçmişdəkilərin əfsanələridir» – deyər.

14Ayə 14

كَلَّا‌ۖ بَلْۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكْسِبُونَ١٤

Kəlla, bəl ranə əla qulubihim-ma kanu yəksibun

Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır.

15Ayə 15

كَلَّآ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَ١٥

Kəlla innəhum ən rrəbbihim yəvmə`izin lləməhcubun

Belə deyil (Onların güman etdiyi kimi deyil,) şübhəsiz, o gün onlar Rəbbin(in lütfün)dən məhrum olacaqlar.

16Ayə 16

ثُمَّ إِنَّهُمْ لَصَالُواْ ٱلْجَحِيمِ١٦

Summə innəhum ləsalul cəhim

Sonra onlar mütləq cəhənnəmə daxil olacaqlar, (onun hərarətini dadacaq və orada yanacaqlar.)

17Ayə 17

ثُمَّ يُقَالُ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ١٧

Summə yuqalu haza əlləzi kuntum bihi tukəzzibun

Sonra da onlara: «Bu, həmin təkzib və inkar etdiyinizdir!» deyiləcəkdir.

18Ayə 18

كَلَّآ إِنَّ كِتَـٰبَ ٱلْأَبْرَارِ لَفِى عِلِّيِّينَ١٨

Kəlla innə kitabəl əbrari ləfi illiyyin

Belə deyildir (hesab-kitabsız deyil), həqiqətən, yaxşı əməl sahiblərinin mükafat əməl dəftəri «İlliyyin»dədir.

19Ayə 19

وَمَآ أَدْرَٮٰكَ مَا عِلِّيُّونَ١٩

Və ma ədrakə ma illiyyun

Sən nə bilirsən ki, «İlliyyin» nədir?

20Ayə 20

كِتَـٰبٌ مَّرْقُومٌ٢٠

Kitabun mmərqum

(O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (yaxşıların mükafatı orada qeyd olunmuşdur),

21Ayə 21

يَشْهَدُهُ ٱلْمُقَرَّبُونَ٢١

Yəşhəduhul muqərrəbun

(Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar.

22Ayə 22

إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ٢٢

Innəl əbrarə ləfi nə'im

Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər.

23Ayə 23

عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ٢٣

Əlal əra`iki yənzurun

Zinətlənmiş fəxri kürsülər üzərində (əyləşib) (Cənnət nemətlərinə və Haqqın camalına) tamaşa edərlər.

24Ayə 24

تَعْرِفُ فِى وُجُوهِهِمْ نَضْرَةَ ٱلنَّعِيمِ٢٤

Tə'rifu fi vucuhihim nəzrətən nə'im

Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən.

25Ayə 25

يُسْقَوْنَ مِن رَّحِيقٍ مَّخْتُومٍ٢٥

Yusqəvnə min rrəhiqin mməxtum

Onlara saf və xalis, möhürlənmiş şərabdan içirdilər.

26Ayə 26

خِتَـٰمُهُۥ مِسْكٌ‌ۚ وَفِى ذَٲلِكَ فَلْيَتَنَافَسِ ٱلْمُتَنَـٰفِسُونَ٢٦

Xitamuhu misk, vəfi zalikə fəlyətənafəsil mutənafisun

Onun möhrü müşkdəndir və son qurtumları müşk ətri verər. Qoy yarışanlar bu nemətlər üçün yarışsınlar! (Dünyada xeyir əməllərdə bir-birini ötsünlər).

27Ayə 27

وَمِزَاجُهُۥ مِن تَسْنِيمٍ٢٧

Vəmizacuhu min təsnim

Və o şərabın qarışığı (yuxarıdan aşağıya axan) «təsnim» (çeşməsin)dəndir.

28Ayə 28

عَيْنًا يَشْرَبُ بِهَا ٱلْمُقَرَّبُونَ٢٨

Əynən yəşrəbu bihal muqərrəbun

O elə bir çeşmədir ki, ondan (Allah) dərgahına yaxın olanlar içərlər.

29Ayə 29

إِنَّ ٱلَّذِينَ أَجْرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ يَضْحَكُونَ٢٩

Innə əlləzinə əcrəmu kanu minə əlləzinə amənu yəzhəkun

Həqiqətən, günahkarlar (dünyada) iman gətirənlərin halına gülürdülər.

30Ayə 30

وَإِذَا مَرُّواْ بِهِمْ يَتَغَامَزُونَ٣٠

Və`iza mərru bihim yətəğaməzun

Onların yanlarından keçərkən, (məsxərə edərək) qaş-gözlə bir-birinə işarə edirdilər.

31Ayə 31

وَإِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهْلِهِمُ ٱنقَلَبُواْ فَكِهِينَ٣١

Və`iza nqələbu ila əhlihimu nqələbu fəkihin

Öz adamlarının yanına dönəndə, (onlara məsxərə etdiklərinə görə) şad halda dönürdülər.

32Ayə 32

وَإِذَا رَأَوْهُمْ قَالُوٓاْ إِنَّ هَـٰٓؤُلَآءِ لَضَآلُّونَ٣٢

Və`iza rə`əvhum qalu innə ha`ula`i ləzallun

Onları gördükdə: «Şübhəsiz, bunlar azmışlardır» – deyirdilər.

33Ayə 33

وَمَآ أُرْسِلُواْ عَلَيْهِمْ حَـٰفِظِينَ٣٣

Və ma ursilu ələyhim hafizin

Halbuki, onlar bunlar (möminlər) üzərində nəzarətçi göndərilməmişdilər (ki, onların haqq yola gəlmələrinə və ya azğınlıqda qalmalarına nəzarət etsinlər).

34Ayə 34

فَٱلْيَوْمَ ٱلَّذِينَ ءَامَنُواْ مِنَ ٱلْكُفَّارِ يَضْحَكُونَ٣٤

Falyəvmə əlləzinə amənu minəl kuffari yəzhəkun

Bu gün (isə) iman gətirənlər kafirlərə gülərlər.

35Ayə 35

عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ٣٥

Əlal əra`iki yənzurun

Onlar (Cənnət) taxtlar(ının) üzərində (əyləşərək Cənnətdəki- lərin və Cəhənnəmdəkilərin) halına tamaşa edərlər.

36Ayə 36

هَلْ ثُوِّبَ ٱلْكُفَّارُ مَا كَانُواْ يَفْعَلُونَ٣٦

Həl suvvibəl kuffaru ma kanu yəf'əlun

(Tamaşa edərlər ki,) görəsən kafirlərə, etdikləri əməllərinə görə cəza verildimi? (Ya batil əqidələri və əməlləri vücudlarında təcəssüm olunmaqla cəzalandırıldılarmı?)

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)