Surə 93 · 11 ayə

surah093

Zuha (Gündüz)

Məkkə·11 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

وَٱلضُّحَىٰ١

Vəz zuha

And olsun günəşin doğmasına və aydın gündüzə.

2Ayə 2

وَٱلَّيْلِ إِذَا سَجَىٰ٢

Vəl ləyli iza səca

And olsun sakitləşməkdə və (hər yeri) bürüməkdə olan gecəyə ki,

3Ayə 3

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ٣

Ma vəddə'əkə rəbbukə və ma qəla

(Ya Muhəmməd), Rəbbin səni tərk etməmiş və (sənə) acığı tutmayıb.

4Ayə 4

وَلَلْأَخِرَةُ خَيْرٌ لَّكَ مِنَ ٱلْأُولَىٰ٤

Vələlaxirətu xəyrun lləkə minəl ula

Və şübhəsiz, axirət sənin üçün dünyadan daha xeyirlidir.

5Ayə 5

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰٓ٥

Vələsəvfə yu'tikə rəbbukə fətərza

Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər) əta edər ki, (Ondan) razı qalarsan.

6Ayə 6

أَلَمْ يَجِدْكَ يَتِيمًا فَـَٔـاوَىٰ٦

Ələm yəcidkə yətimən fəava

Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?)

7Ayə 7

وَوَجَدَكَ ضَآلاًّ فَهَدَىٰ٧

Vəvəcədəkə zallən fəhəda

Və səni (din mərifətlərindən) xəbərsiz tapıb, (vəhy vasitəsilə) yol göstərdi.

8Ayə 8

وَوَجَدَكَ عَآئِلاً فَأَغْنَىٰ٨

Vəvəcədəkə a`ilən fə`əğna

Və səni fəqir və ehtiyac (içində) tapıb, ehtiyacsız etdi.

9Ayə 9

فَأَمَّا ٱلْيَتِيمَ فَلَا تَقْهَرْ٩

Fə`əmmal yətimə fəla təqhər

Belə isə əsla yetimi alçaltma və qovma!

10Ayə 10

وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ١٠

Və`əmmas sa`ilə fəla tənhər

Və dilənçini (də) acıqla qovma.

11Ayə 11

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ١١

Və`əmma bini'məti rəbbikə fəhəddis

Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qurana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən).

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)