бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
وَٱلَّيْلِ إِذَا يَغْشَىٰ١
Vəl ləyli iza yəğşa
And olsun (hər yeri zülmətə) bürüməkdə olan gecəyə;
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ٢
Vən nəhari iza təcəlla
And olsun, cilvələnməkdə olan gündüzə.
وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ٣
Və ma xələqəz zəkərə vəl unsa
And olsun erkəyi və dişini (Adəmi və Həvvanı, hər bir canlının erkəyini, dişisini və hər bir bitkinin erkəyini və dişisini) yaradana ki,
إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ٤
Innə sə'yəkum ləşətta
Həqiqətən, sizin səy və çalışmanız olduqca müxtəlifdir. (Bəzən bəxşiş, təqva və təsdiq üçün, bəzən isə xəsislik, özünü Allaha möhtac bilməmək və təkzib üçün çalışırsınız).
فَأَمَّا مَنْ أَعْطَىٰ وَٱتَّقَىٰ٥
Fə`əmma mən ə'ta vattəqa
Amma kim (öz malından və var-yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa,
وَصَدَّقَ بِٱلْحُسْنَىٰ٦
Vəsaddəqə bilhusna
Və Allahın vədlərini təsdiq etsə,
فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ٧
Fəsənuyəssiruhu lilyusra
Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar).
وَأَمَّا مَنۢ بَخِلَ وَٱسْتَغْنَىٰ٨
Və`əmma mən bəxilə vastəğna
Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa,
وَكَذَّبَ بِٱلْحُسْنَىٰ٩
Vəkəzzəbə bilhusna
Və İlahi vədləri təkzib etsə,
فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ١٠
Fəsənuyəssiruhu lil'usra
Tezliklə onu çətin bir yola hazırlayarıq (elə bir əhval-ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar).
وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ١١
Və ma yuğni ənhu maluhu iza tərədda
Və (bədbəxtlik uçurumuna, ya qəbir quyusuna, ya Cəhənnəmin dibinə) düşəcəyi zaman mal-dövlətinin ona heç bir faydası olmayacaq.
إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ١٢
Innə ələyna ləlhuda
Şübhəsiz, (insanları din hökmlərinə, dünyada peyğəmbərin göstərişlərinə və sağlam ağıla uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizdədir.
وَإِنَّ لَنَا لَلْأَخِرَةَ وَٱلْأُولَىٰ١٣
Və`innə ləna ləlaxirətə vəl ula
Və şübhəsiz, axirət də dünya da (ilk yaradılan aləm və yox olduqdan sonra yenidən qaytarılan aləm) Bizə məxsusdur və Bizim iradəmizə tabedir.
فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ١٤
Fə`ənzərtukum narən tələzza
Beləliklə, (Mən) sizi şölələnən oddan çəkindirdim.
لَا يَصْلَـٰهَآ إِلَّا ٱلْأَشْقَى١٥
La yəslaha illal əşqa
Ora yalnız ən azğın kafir girər və yanar.
ٱلَّذِى كَذَّبَ وَتَوَلَّىٰ١٦
Əlləzi kəzzəbə vətəvəlla
O kəs ki, (dünyada kafir oldu və peyğəmbərlərin dəvətini) təkzib etdi və (ondan) üz çevirdi.
وَسَيُجَنَّبُهَا ٱلْأَتْقَى١٧
Vəsəyucənnəbuhal ətqa
Tezliklə ən təqvalı şəxslər ondan uzaqlaşdırılacaq (nicat tapacaq). (Amma ən təqvalı olmayanlar, bir də ən bədbəxt olmayan şəxslər – yəni fasiqlər də ondan uzaqlaşdırılar, ora yalnız ən bədbəxt şəxslər daxil olar).
ٱلَّذِى يُؤْتِى مَالَهُۥ يَتَزَكَّىٰ١٨
Əlləzi yu`ti maləhu yətəzəkka
O kəs ki, paklanmaq (və ruhunun kamala yetməsi üçün) öz malını (Allah yolunda) verir
وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعْمَةٍ تُجْزَىٰٓ١٩
Və ma li`əhədin indəhu min-ni'mətin tucza
Və onun boynunda heç kəsin neməti və minnəti də yoxdur ki, bu, onun mükafatı olsun,
إِلَّا ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِ ٱلْأَعْلَىٰ٢٠
Illa btiğa`ə vəchi rəbbihil ə'la
O, ancaq özünün ən uca olan Rəbbinin razılığını qazanmaq üçün (belə edər).
وَلَسَوْفَ يَرْضَىٰ٢١
Vələsəvfə yərza
Və əlbəttə, o, tezliklə (axirətdə Haqqın sonsuz lütfləri ilə) razı olacaqdır.