Surə 94 · 8 ayə

surah094

Şərh (Genişləndirmə)

Məkkə·8 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ١

Ələm nəşrəh ləkə sadrək

Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? (Sənə bolluca səbr və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, ilahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən.)

2Ayə 2

وَوَضَعْنَا عَنكَ وِزْرَكَ٢

Vəvəza'na ənkə vizrək

Və (nübuvvət) yükünün ağırlığını səndən götürmədikmi? (Onu sənin üçün yüngül etmədikmi?)

3Ayə 3

ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ٣

Əlləzi ənqəza zahrək

Elə bir yük ki, onun ağırlığı sənin belini bükmüşdü.

4Ayə 4

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ٤

Vərəfə'na ləkə zikrək

Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə yer kürəsini əhatə etsin və axirətdə Məhmud – bəyənilən olasan).

5Ayə 5

فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا٥

Fə`innə mə'əl usri yusrə

(Bil ki,) şübhəsiz, hər bir çətinliklə yanaşı bir asanlıq var.

6Ayə 6

إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا٦

Innə mə'əl usri yusrə

Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!

7Ayə 7

فَإِذَا فَرَغْتَ فَٱنصَبْ٧

Fə`iza fərəğtə fansab

(Ya Peyğəmbər) Elə ki (risaləti təbliğ etməkdən) azad oldun, (Allahın ibadətində) çalış!

8Ayə 8

وَإِلَىٰ رَبِّكَ فَٱرْغَب٨

Və`ila rəbbikə farğəb

Və öz Rəbbinə rəğbət göstər!

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)