бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
وَٱلتِّينِ وَٱلزَّيْتُونِ١
Bismi-llahi rrəhmani rrəhimi vət tini vəz zəytun
And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül-Müqəddəsdə olan iki dağa – «Tin» və «Zeytun» dağlarına).
وَطُورِ سِينِينَ٢
Vəturi sinin
Və and olsun Sina dağına (Allah Musa ilə orada danışmış və Tövratı üç gün dalbadal ayaq üstə qalan Musanın qulağına çatdırmış, onun qəlbinə nazil etmişdi).
وَهَـٰذَا ٱلْبَلَدِ ٱلْأَمِينِ٣
Vəhazal bələdil əmin
Və and olsun bu əmin-amanlıq (olan) şəhərə (şəriət baxımından toxunulmaz olan Məkkeyi-Müəzzəməyə) ki,
لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِىٓ أَحْسَنِ تَقْوِيمٍ٤
Ləqəd xələqnal insanə fi əhsəni təqvim
Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik).
ثُمَّ رَدَدْنَـٰهُ أَسْفَلَ سَـٰفِلِينَ٥
Summə rədədnahu əsfələ safilin
Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq (maddi cəhətdən cismi və fikri zəiflik halında, mənəvi cəhətdən – bütün dəlillər təqdim edilib tamamlandıqdan sonra – cəhl və bədbəxtlik halında buraxarıq).
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ٦
Illa əlləzinə amənu və'əmilus salihati fələhum əcrun ğəyru məmnun
Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa. Onlar üçün minnətsiz və saysız-hesabsız bir mükafat vardır.
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِٱلدِّينِ٧
Fəma yukəzzibukə bə'du bid din
Belə isə (ey insan), bundan sonra səni cəza (gününü) təkzib etməyə vadar edən nədir?!
أَلَيْسَ ٱللَّهُ بِأَحْكَمِ ٱلْحَـٰكِمِينَ٨
Ələysə əllahu bi`əhkəmil hakimin
Məgər Allah hökm edənlərin, hakimlərin ən yaxşısı deyilmi?