Surə 97 · 5 ayə

surah097

Qədr (Müqəddimə)

Məkkə·5 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

إِنَّآ أَنزَلْنَـٰهُ فِى لَيْلَةِ ٱلْقَدْرِ١

Bismi-llahi rrəhmani rrəhimi inna ənzəlnahu fi ləylətil qədr

Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik (Quran bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə 23 il ərzində tədriclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı).

2Ayə 2

وَمَآ أَدْرَٮٰكَ مَا لَيْلَةُ ٱلْقَدْرِ٢

Və ma ədrakə ma ləylətul qədr

Sən nə bilirsən ki, Qədr gecəsi nədir?

3Ayə 3

لَيْلَةُ ٱلْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ٣

Ləylətul qədri xəyrun min əlfi şəhr

Qədr gecəsi min aydan daha xeyirlidir.

4Ayə 4

تَنَزَّلُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ٤

Tənəzzəlul məla`ikətu vər ruhu fiha bi`izni rəbbihim-min kulli əmr

O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər.

5Ayə 5

سَلَـٰمٌ هِىَ حَتَّىٰ مَطْلَعِ ٱلْفَجْرِ٥

Səlamun hiyə hətta mətlə'il fəcr

O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)