Surə 98 · 8 ayə

surah098

Bəyyinə (Aydın dəlil)

Mədinə·8 ayə

бисми-Ллəhи ррōhмəəни ррōhиим

Mərhəmətli və Rəhmli Allahın adı ilə

1Ayə 1

لَمْ يَكُنِ ٱلَّذِينَ كَفَرُواْ مِنْ أَهْلِ ٱلْكِتَـٰبِ وَٱلْمُشْرِكِينَ مُنفَكِّينَ حَتَّىٰ تَأْتِيَهُمُ ٱلْبَيِّنَةُ١

Ləm yəkuni əlləzinə kəfəru min əhlil kitabi vəl muşrikinə munfəkkinə hətta tə`tiyəhumul bəyyinəh

Kitab əhlindən kafir olan kəslər və müşriklər özlərinə açıq-aydın bir dəlil gəlməyincə (səmavi kitab gətirmiş, ərəb olan, Məkkəli Peyğəmbərin gəlməsi barədə bir-birilə mübahisə etməkdən və çəkişmədən) ayrılmadılar. (Kitab əhli onun gəlməsini iddia, müşriklərsə onu inkar edirdilər, dəlil gəldikdən sonra birləşib onun əleyhinə çıxdılar);

2Ayə 2

رَسُولٌ مِّنَ ٱللَّهِ يَتْلُواْ صُحُفًا مُّطَهَّرَةً٢

Rəsulun mminə əllah yətlu suhufən mmutahhərəh

(Bu dəlil isə) pak səhifələri (onlara) oxuyan, Allah tərəfindən göndərilmiş (peyğəmbər)dir.

3Ayə 3

فِيهَا كُتُبٌ قَيِّمَةٌ٣

Fiha kutubun qəyyiməh

Onlarda (o səhifələrdə) sabit və möhkəm yazılar (əqlə uyğun olan və nəsx olunması mümkün olmayan İlahi hökmlər və mərifətlər) vardır.

4Ayə 4

وَمَا تَفَرَّقَ ٱلَّذِينَ أُوتُواْ ٱلْكِتَـٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَةُ٤

Və ma təfərrəqə əlləzinə utul kitabə illa min bə'di ma ca`əthumul bəyyinəh

Lakin (səmavi) kitab verilən kəslər onlara yalnız açıq-aydın dəlil (Peyğəmbər və Quran) gəldikdən sonra (etiqadlarında) təfriqəyə və ixtilafa düşdülər (və onu qəbul etmək məsələsində parçalandılar).

5Ayə 5

وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعْبُدُواْ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُواْ ٱلصَّلَوٲةَ وَيُؤْتُواْ ٱلزَّكَوٲةَ‌ۚ وَذَٲلِكَ دِينُ ٱلْقَيِّمَةِ٥

Və ma umiru illa liyə'budu əllah muxlisinə ləhud dinə hunəfa`ə vəyuqimus salatə vəyu`tuz zəkah, vəzalikə dinul qəyyiməh

Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur!

6Ayə 6

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ مِنْ أَهْلِ ٱلْكِتَـٰبِ وَٱلْمُشْرِكِينَ فِى نَارِ جَهَنَّمَ خَـٰلِدِينَ فِيهَآ‌ۚ أُوْلَـٰٓئِكَ هُمْ شَرُّ ٱلْبَرِيَّةِ٦

Innə əlləzinə kəfəru min əhlil kitabi vəl muşrikinə fi nari cəhənnəmə xalidinə fiha, ula`ikə hum şərrul bəriyyəh

Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir.

7Ayə 7

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ أُوْلَـٰٓئِكَ هُمْ خَيْرُ ٱلْبَرِيَّةِ٧

Innə əlləzinə amənu və'əmilus salihati ula`ikə hum xəyrul bəriyyəh

Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar.

8Ayə 8

جَزَآؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّـٰتُ عَدْنٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًا‌ۖ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ‌ۚ ذَٲلِكَ لِمَنْ خَشِىَ رَبَّهُۥ٨

Cəza`uhum ində rəbbihim cənnatu ədnin təcri min təhtihal ənharu xalidinə fiha əbədə, rəziyə əllahu ənhum vərəzu ənh, zalikə limən xəşiyə rəbbəh

Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür.

0:00:00/0:00:00
Mohammad Hossein Saeidian(Ayələr üzrə)