бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
бисми-Ллəhи ррōhмəəни ррōhиим
Mərhəmətli və Rəhmli Allahın adı ilə
إِذَا زُلْزِلَتِ ٱلْأَرْضُ زِلْزَالَهَا١
Iza zulzilətil ərzu zilzaləha
Yer özünə məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman,
وَأَخْرَجَتِ ٱلْأَرْضُ أَثْقَالَهَا٢
Və`əxrəcətil ərzu əsqaləha
Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman,
وَقَالَ ٱلْإِنسَـٰنُ مَا لَهَا٣
Vəqaləl insanu ma ləha
Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!» – deyəcəyi zaman
يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا٤
Yəvmə`izin tuhəddisu əxbarəha
Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar).
بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا٥
Bi`ənnə rəbbəkə əvha ləha
Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir.
يَوْمَئِذٍ يَصْدُرُ ٱلنَّاسُ أَشْتَاتًا لِّيُرَوْاْ أَعْمَـٰلَهُمْ٦
Yəvmə`izin yəsdurun nasu əştatən lliyurəv ə'maləhum
O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar.
فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُۥ٧
Fəmən yə'məl misqalə zərrətin xəyrən yərəh
Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir.
وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُۥ٨
Və mən yə'məl misqalə zərrətin şərrən yərəh
Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.