-
9:46
۞ وَلَوْ أَرَادُوا الْخُرُوجَ لَأَعَدُّوا لَهُ عُدَّةً وَلَـٰكِن كَرِهَ اللَّهُ انبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ اقْعُدُوا مَعَ الْقَاعِدِينَвəлəу əрōōдууль-хурууджə лə`ə'əддуу лəhу 'уддəтəу-вəлəəкиŋŋ-кəриhəл-лаhу-мм-би'əəc̃əhум фəc̃əббəтōhум вəќиилə-ќ'удуу мə'əль-ќōō'идиин
Əgər onların (cihad üçün) çıxmaq niyyətləri olsaydı, ona mütləq bir vasitə və xərc hazırlayardılar. Lakin Allah onların hərəkətini xoşlamırdı. Buna görə də (köməyini əsirgəməklə) onları saxladı və (sanki onlara) «oturanlarla (qadınlar, uşaqlar və acizlər kimi) oturun» deyildi. -
9:47
لَوْ خَرَجُوا فِيكُم مَّا زَادُوكُمْ إِلَّا خَبَالًا وَلَأَوْضَعُوا خِلَالَكُمْ يَبْغُونَكُمُ الْفِتْنَةَ وَفِيكُمْ سَمَّاعُونَ لَهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَлəу хōрōджуу фиикум-мəə зəəдуукум ильлəə хōбəəлəу-вəлə`əудō'уу хылəəлəкум йəбґуунəкумуль-фитнəтə вəфиикум сəммəə'уунə лəhум, вəл-лаhу 'əлиимумм-биз̃-з̃ōōлимиин
Əgər sizin aranızda (döyüşə) çıxsaydılar, sizin üçün fəsaddan başqa bir şey artırmazdılar və şübhəsiz, sizə fitnə yaratmaq üçün sizin aranızda pozuculuq etməyə tələsərdilər. Sizin aranızda cəsuslar və onların sözlərinə çox qulaq asan imanı zəiflər vardır. Allah zalımları tanıyır. -
9:48
لَقَدِ ابْتَغَوُا الْفِتْنَةَ مِن قَبْلُ وَقَلَّبُوا لَكَ الْأُمُورَ حَتَّىٰ جَاءَ الْحَقُّ وَظَهَرَ أَمْرُ اللَّهِ وَهُمْ كَارِهُونَлəќōди-бтəґōвуль-фитнəтə миŋŋ-ќōблю вəќōльлəбуу лəкəль-умуурō həттəə джəə`əль-həќќу вəз̃ōhəрō əмрул-лаhи вəhум кəəриhуун
Həqiqətən, onlar bundan əvvəl (Ühüd müharibəsində) də fitnə yaratmaq istədilər və işləri sənə alt-üst etdilər (İslam ordusunu parçaladılar, camaatı döyüşdən soyutdular və sonda Ühüd faciəsi baş verdi). Nəhayət haqq gəlib çatdı və onlar istəmədikləri halda Allahın əmri aşkar oldu (siz qalib gəldiniz). -
9:49
وَمِنْهُم مَّن يَقُولُ ائْذَن لِّي وَلَا تَفْتِنِّي ۚ أَلَا فِي الْفِتْنَةِ سَقَطُوا ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَвəминhум-мəй-йəќуулю-з̃əл-лии вəлəə тəфтинний, əлəə фииль-фитнəти сəќōтуу, вə`иннə джəhəннəмə лəмуhиитōтумм-би-ль-кəəфириин
Onlardan bəzisi «mənə (bu döyüşü tərk etməyə) izn ver və məni fitnəyə (sənin əmrinə qarşı çıxmaq günahına) salma!» deyir. Bil ki, onlar fitnəyə (küfr və nifaq fitnəsinə) düşüblər. Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir (dünyada Cəhənnəm oduna girməyin səbəbi olan küfr və itaətsizliklə əhatə olunmaq formasında, axirətdə isə nəticə olan od ilə.) -
9:50
إِن تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ ۖ وَإِن تُصِبْكَ مُصِيبَةٌ يَقُولُوا قَدْ أَخَذْنَا أَمْرَنَا مِن قَبْلُ وَيَتَوَلَّوا وَّهُمْ فَرِحُونَиŋŋ-тусыбкə həсəнəтун тəсу`hум, вə`иŋŋ-тусыбкə мусыыбəтуй-йəќуулюю ќōд əхōз̃нəə əмрōнəə миŋŋ-ќōблю вəйəтəвəльлəу-вəhум фəриhуун
Əgər sənə bir yaxşılıq (qələbə və qənimət) yetişsə, bu onları narahat edər və əgər bir müsibət (məğlubiyyət yaxud bir ziyan) yetişsə, «biz işimizi(n ehtiyatını) qabaqcadan götürmüşük» deyər və şad halda (öz yerlərinə) qayıdarlar. -
9:51
قُل لَّن يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللَّهُ لَنَا هُوَ مَوْلَانَا ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَќуль-лэй-йусыыбəнəə ильлəə мəə кəтəбəл-лаhу лəнəə hувə мəулəəнəə, вə'əлəл-лаhи фəльйəтəвəккəлиль-му`минуун
De: «Bizə Allahın (Lövhi-Məhfuzda) bizim üçün yazdığından və qərara aldığından (zəfər, məğlubiyyət və sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı və yadımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər». -
9:52
قُلْ هَلْ تَرَبَّصُونَ بِنَا إِلَّا إِحْدَى الْحُسْنَيَيْنِ ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَن يُصِيبَكُمُ اللَّهُ بِعَذَابٍ مِّنْ عِندِهِ أَوْ بِأَيْدِينَا ۖ فَتَرَبَّصُوا إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَќуль həль тəрōббəсуунə бинəə ильлəə иhдəəль-hуснəйəйн, вəнəhну нəтəрōббəсу бикум əй-йусыыбəкумул-лаhу би'əз̃əəбимм-мин 'иŋŋдиhи əу би`əйдиинəə, фəтəрōббəсуу иннəə мə'əкум-мутəрōббисуун
De: «Yoxsa bizim üçün iki gözəl xislətdən (döyüşdə qələbə çalmaq, yaxud haqq yolunda şəhid olmaqdan) başqa bir şey gözləyirsiniz? Biz də sizin barənizdə Allahın sizə Öz tərəfindən, ya bizim əlimizlə əzab yetirməsini (küfr halında həlak olmaq, yaxud küfr halında öldürülməyi) gözləyirik. Buna görə də gözləyin ki, biz də sizinlə gözləyənlərdənik». -
9:53
قُلْ أَنفِقُوا طَوْعًا أَوْ كَرْهًا لَّن يُتَقَبَّلَ مِنكُمْ ۖ إِنَّكُمْ كُنتُمْ قَوْمًا فَاسِقِينَќуль əŋŋфиќуу тōу'əн əу кəрhəль-лэй-йутəќōббəлə миŋŋкум, иннəкум куŋŋтум ќōумəн фəəсиќиин
De: «(İstədiyiniz kimi-) istər rəğbətlə, istərsə də ikrahla xərcləyin, sizdən əsla qəbul olunmayacaqdır. Çünki siz itaətsiz bir dəstəsiniz». -
9:54
وَمَا مَنَعَهُمْ أَن تُقْبَلَ مِنْهُمْ نَفَقَاتُهُمْ إِلَّا أَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَبِرَسُولِهِ وَلَا يَأْتُونَ الصَّلَاةَ إِلَّا وَهُمْ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمْ كَارِهُونَвəмəə мəнə'əhум əŋŋ-туќбəлə минhум нəфəќōōтуhум ильлəə əннəhум кəфəруу биль-лəhи вəбирōсуулиhи вəлəə йə`туунəс-сōлəəтə ильлəə вəhум кусəəлəə вəлəə йуŋŋфиќуунə ильлəə вəhум кəəриhуун
Onların sədəqələrinin qəbul olunmasına Allaha və Onun Peyğəmbərinə kafir olmalarından başqa bir şey mane olmadı. Onlar namazı yalnız tənbəlcəsinə qılarlar və yalnız narazılıqla sədəqə verərlər. -
9:55
فَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُعَذِّبَهُم بِهَا فِي الْحَيَاةِ الدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَافِرُونَфəлəə ту'джибкə əмвəəлюhум вəлəə əулəəдуhум, иннəмəə йуриидул-лаhу лийу'əз̃з̃ибəhумм-биhəə фииль-həйəəтид-дунйəə вəтəзhəќō əŋŋфусуhум вəhум кəəфируун
Odur ki, onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! Həqiqətən, Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir. -
9:56
وَيَحْلِفُونَ بِاللَّهِ إِنَّهُمْ لَمِنكُمْ وَمَا هُم مِّنكُمْ وَلَـٰكِنَّهُمْ قَوْمٌ يَفْرَقُونَвəйəhлифуунə биль-лəhи иннəhум лəмиŋŋкум вəмəə hум-миŋŋкум вəлəəкиннəhум ќōумуй-йəфрōќуун
Onlar həqiqətən də, sizdən olmaları barəsində Allaha and içirlər. Halbuki, onlar sizdən deyildirlər, əksinə (nifaqlarının faş olmasından) qorxan bir dəstədirlər. -
9:57
لَوْ يَجِدُونَ مَلْجَأً أَوْ مَغَارَاتٍ أَوْ مُدَّخَلًا لَّوَلَّوْا إِلَيْهِ وَهُمْ يَجْمَحُونَлəу йəджидуунə мəльджə`əн əу мəґōōрōōтин əу муддəхōлəль-лəвəльлəу илəйhи вəhум йəджмəhуун
Əgər bir sığınacaq, ya mağaralar, ya da zirzəmilər tapsaydılar, şübhəsiz, tələsik ora üz tutardılar (ki, müsəlmanlardan uzaq olsunlar). -
9:58
وَمِنْهُم مَّن يَلْمِزُكَ فِي الصَّدَقَاتِ فَإِنْ أُعْطُوا مِنْهَا رَضُوا وَإِن لَّمْ يُعْطَوْا مِنْهَا إِذَا هُمْ يَسْخَطُونَвəминhум-мəй-йəльмизукə фиис-сōдəќōōти фə`ин у'туу минhəə рōдуу вə`иль-лəм йу'тōу минhəə из̃əə hум йəсхōтуун
Onların bəzisi sədəqələr(in bölünməsi) barəsində sənə irad tuturlar. Əgər ondan onlara verilsə razı qalar və əgər verilməsə (hətta haqları olmasa belə), qəfildən qəzəblənərlər. -
9:59
وَلَوْ أَنَّهُمْ رَضُوا مَا آتَاهُمُ اللَّهُ وَرَسُولُهُ وَقَالُوا حَسْبُنَا اللَّهُ سَيُؤْتِينَا اللَّهُ مِن فَضْلِهِ وَرَسُولُهُ إِنَّا إِلَى اللَّهِ رَاغِبُونَвəлəу əннəhум рōдуу мəə əəтəəhумул-лаhу вəрōсуулюhу вəќōōлюю həсбунəл-лаhу сəйу`тиинəл-лаhу миŋŋ-фəдлиhи вəрōсуулюhу иннəə илəл-лаhи рōōґибуун
Əgər onlar Allahın və Onun Peyğəmbərinin (sədəqələrdən) onlara verdikləri ilə razılaşıb «bizə Allah kifayətdir, tezliklə Allah və Onun Peyğəmbəri bizə Öz lütfündən əta edəcək, həqiqətən, biz Allaha tərəf meylliyik» desəydilər (onlar üçün daha yaxşı olardı). -
9:60
۞ إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللَّهِ وَابْنِ السَّبِيلِ ۖ فَرِيضَةً مِّنَ اللَّهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌиннəмəəс-сōдəќōōту ли-ль-фуќōрōō`и вəəльмəсəəкиини вəəль'əəмилиинə 'əлэйhəə вəəльму`əльлəфəти ќулююбуhум вəфиир-риќōōби вəəльґōōримиинə вəфии сəбиилиль-лəhи вəəбнис-сəбииль, фəриидōтəмм-минəл-лаh, вəл-лаhу 'əлиимун həкиим
Həqiqətən, sədəqələr (malların və canların zəkatı, səkkiz yerə sərf olunmalıdır, yəni) yoxsulların, miskinlərin (daha yoxsul olanların), onun (toplanması, qorunması və paylanılması) icraçılarının, (kafirlərdən, yaxud əqidələri zəif olan müsəlmanlardan bəzilərini dinə cəlb etmək, ya onlardan döyüşdə istifadə etmək üçün) ürəklərinin ələ alınması lazım olan kəslərin, qulların (azad olunmasının), borculuların (borclarının ödənilməsinin), Allah yolundakı xərclərin (xeyiri ümumi olan hər hansı bir xeyir işin, xüsusilə cihadın) və yolda (İslam və müsəlmanların din və dünyaları üçün lazım olan hər hansı bir hədəf yolunda) qalanlarındır. (Bu hökm,) Allah tərəfindən qəti bir vacibdir. Allah bilən və hikmətlidir. -
9:61
وَمِنْهُمُ الَّذِينَ يُؤْذُونَ النَّبِيَّ وَيَقُولُونَ هُوَ أُذُنٌ ۚ قُلْ أُذُنُ خَيْرٍ لَّكُمْ يُؤْمِنُ بِاللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِّلَّذِينَ آمَنُوا مِنكُمْ ۚ وَالَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌвəминhумуль-лəз̃иинə йу`з̃уунəн-нəбиййə вəйəќуулююнə hувə уз̃ун, ќуль уз̃уну хōйриль-лəкум йу`мину биль-лəhи вəйу`мину ли-ль-му`миниинə вəрōhмəтул-лильлəз̃иинə əəмəнуу миŋŋкум, вəəльлəз̃иинə йу`з̃уунə рōсуулəл-лаhи лəhум 'əз̃əəбун əлиим
Onların bəziləri Peyğəmbəri incidir və «o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!» deyirlər. De: «O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir». Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır. -
9:62
يَحْلِفُونَ بِاللَّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَاللَّهُ وَرَسُولُهُ أَحَقُّ أَن يُرْضُوهُ إِن كَانُوا مُؤْمِنِينَйəhлифуунə биль-лəhи лəкум лийурдуукум вəл-лаhу вəрōсуулюhу əhəќќу əй-йурдууhу иŋŋ-кəəнуу му`миниин
Onlar sizi razı salmaq üçün sizə (öz xoşagəlməz işləri barədə) Allaha and içirlər, halbuki əgər mömin olsaydılar Allahı və Onun Peyğəmbərini razı salmaları daha yaxşı olardı. -
9:63
أَلَمْ يَعْلَمُوا أَنَّهُ مَن يُحَادِدِ اللَّهَ وَرَسُولَهُ فَأَنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدًا فِيهَا ۚ ذَٰلِكَ الْخِزْيُ الْعَظِيمُəлəм йə'лəмуу əннəhу мəй-йуhəəдидиль-лəhə вəрōсуулəhу фə`əннə лəhу нəəрō джəhəннəмə хōōлидəн фииhəə, з̃əəликəль-хызйуль-'əз̃ыым
Məgər Allahla və Onun Peyğəmbəri ilə müxalifət və düşmənçilik edən şəxs üçün doğrudan da əbədi qalacağı Cəhənnəm odu olmasını bilməyiblər? Budur həmin böyük rüsvayçılıq! -
9:64
يَحْذَرُ الْمُنَافِقُونَ أَن تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُم بِمَا فِي قُلُوبِهِمْ ۚ قُلِ اسْتَهْزِئُوا إِنَّ اللَّهَ مُخْرِجٌ مَّا تَحْذَرُونَйəhз̃əруль-мунəəфиќуунə əŋŋ-тунəззəлə 'əлэйhим суурōтун тунəбби`уhумм-бимəə фии ќулююбиhим, ќули-стəhзи`уу иннəл-лаhə мухриджумм-мəə тəhз̃əруун
Münafiqlər (istehza məqsədi ilə) özlərini onların barəsində qəlblərində olanı (küfrü və İslam hökumətini devirmək niyyətlərini) onların özlərinə və camaata xəbər verən bir surə nazil olmasından qorxan kimi göstərirlər. De: «(Bu rəftarınızla İslama) istehza edin, şübhəsiz, Allah qorxduğunuz şeyi aşkar edəcəkdir». -
9:65
وَلَئِن سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ ۚ قُلْ أَبِاللَّهِ وَآيَاتِهِ وَرَسُولِهِ كُنتُمْ تَسْتَهْزِئُونَвəлə`иŋŋ-сə`əльтəhум лəйəќуулюннə иннəмəə куннəə нəхууду вəнəль'əб, ќуль əбиль-лəhи вə`əəйəəтиhи вəрōсуулиhи куŋŋтум тəстəhзи`уун
Əgər onlardan (nə üçün İslam əleyhinə danışır və fəaliyyət göstərirdiniz?) soruşsan, «biz yalnız zarafat edir və oynayırdıq» deyəcəklər. De: «Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehza edirdiniz?»