Və mən yəqnut minkunnə lilləhi vərəsulihi vətə'məl salihən nnu`tiha əcrəha mərrətəyni və`ə'tədna ləha rizqən kərimə
Sizdən hər kim Allahın və Onun Rəsulunun müqabilində təvazökarlıq və itaətkarlıq göstərsə və saleh əməl etsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli və dəyərli bir ruzi hazırlamışıq.
Ya nisa`ən nəbiyyi ləstunnə kə`əhədin mminən nisa`, ini ttəqəytunnə fəla təxza'nə bilqəvli fəyətmə'ə əlləzi fi qəlbihi mərəzun vəqulnə qəvlən mmə'rufə
Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın.
Vəqərnə fi buyutikunnə və la təbərrəcnə təbərrucəl cahiliyyətil ula, və`əqimnəs salatə vəatinəz zəkatə və`əti'nə əllah vərəsuləh, innəma yuridu əllahu liyuzhibə ənkumu rricsə əhləl bəyti vəyutahhirəkum təthirə
Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınların) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın, namaz qılın və zəkat verin, (şəriət hökmlərində) Allaha və (İlahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi –paklığın bütün cəhətlərində – pak etmək istəyir.
Vazkurnə ma yutla fi buyutikunnə min ayati-llahi vəl hikməh, innə əllah kanə lətifən xəbirə
Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (əqli elmlər və şəri hökmləri) xatırlayın. Həqiqətən, Allah daim ən kiçicik xırdalıqları belə görəndir və (hər şeydən) xəbərdardır.
Şübhəsiz, Allah (kəlmeyi şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsuliddininə və füruiddininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!
Və ma kanə limu`minin və la mu`minətin iza qəza əllahu vərəsuluhu əmrən ən yəkunə ləhumul xiyərətu min əmrihim, və mən yə'si-llahi vərəsuləhu fəqəd zallə zalalən mmubinə
Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz və şərən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz, açıq-aşkar bir azğınlığa düşmüşdür.
Və`iz təqulu lilləzi ən'əmə əllahu ələyhi və`ən'əmtə ələyhi əmsik ələykə zəvcəkə vattəqi-llahi vətuxfi fi nəfsikə ma əllahu mubdihi vətəxşan nasə vəl ləhu əhəqqu ən təxşah, fələmma qəza zəydun mminha vətarən zəvvəcnakəha likəy la yəkunə əlal mu`mininə hərəcun fi əzvaci əd'iya`ihim iza qəzav minhunnə vətarə, vəkanə əmru əllah məf'ulə
(Ya Peyğəmbər, yada sal) o zaman ki, Allahın (iman) nemət(i) əta etmiş olduğu və sənin də ona nemət verdiyin (azad edərək oğulluğa götürdüyün) şəxsə deyirdin: «Zövcəni saxla (boşama), Allahdan qorx». Və sən (gələcəkdə) Allahın aşkar edəcəyi şeyi (onun boşanmış zövcəsi ilə evlənməyə əmr olunmağını) öz ürəyində gizli saxlayırdın və camaatdan qorxurdun (ki, desinlər: «Öz oğulluğunun boşadığı zövcəsi ilə evlənmişdir»). Halbuki Allah Ondan qorxmağa daha layiqdir. Beləliklə elə ki, Zeyd ondan ehtiyacını çəkdi (onunla əlaqəsini kəsib ona təlaq verdi) onu sənin kəbininə keçirdik (səninlə evləndirdik) ki, (gələcəkdə) oğulluqları öz ehtiyaclarını zövcələrindən çəkdikləri zaman (onları boşadıqda) – möminlər üçün öz oğulluqlarının zövcələri ilə evlənməkdə bir çətinlik və maneə olmasın, və Allahın (yaradılış) əmri daim olasıdır.
Ma kanə əlan nəbiyyi min hərəcin fima fərəza əllahu ləh, sunnətə əllah fi əlləzinə xələv min qəbl, vəkanə əmru əllah qədərən mməqdurə
Allahın Peyğəmbər üçün qərara almış olduğu şeydə ona heç bir çətinlik və maneə yoxdur; (Bu) Allahın bundan öncə gəlib getmiş kəslərin (peyğəmbərlərin) barəsində olan (cari) sünnəsidir (qayda-qanunudur). Daim Allahın (bəşər barədə olan) əmri təyin olunmuş bir hökmüdür və təqdir olunmuş (hesablanmış) bir qəzavü-qədərdır.
Əlləzinə yubəlliğunə risalati-llahi vəyəxşəvnəhu və la yəxşəvnə əhədən illa əllah, vəkəfa bi-llahi həsibə
O kəslər ki, Allahın risalətlərini və hökmlərini (camaata) yetirər və Ondan qorxar və Allahdan başqa heç kimdən qorxmazlar Allah özü (onların batinlərini və zahiri əməllərini) hesablamaqda kifayət edir.
Ma kanə muhəmmədun əba əhədin min rricalikum və lakin rrəsulə əllah vəxatəmən nəbiyyin, vəkanə əllahu bikulli şəy`in əlimə
Muhəmməd (s) sizlərdən heç birinin atası deyildir (ki, oğulluğu Zeydin boşadığı zövcəsi ona haram olmuş olsun). Lakin (O,) Allah Rəsuludur və peyğəmbərlərin sonuncusudur. Və Allah həmişə hər bir şeyi biləndir.
Sizi (cəhalət, küfr və fisq) zülmətindən (elm, iman və təqva) nuruna çıxarmaq üçün mələkləri ilə birlikdə (mələkləri sizin üçün bağışlanmaq diləyirlər) salavat göndərən (məxsus mərhəmətini sizə nəsib edən) Odur.O, möminlərə daim rəhm edəndır.
Onunla (Allahla) görüşəcəkləri gün (ölüm anı, yaxud Qiyamətdə və ya Cənnətə daxil olan vaxt) (Allahın) onlara alqış(ı) və xeyir-dua(sı) «salam»dır. (Allah) onlar üçün çox qiymətli və dəyərli bir mükafat hazırlamışdır.
Ya əyyuhan nəbiyyu inna ərsəlnakə şahidən vəmubəşşirən vənəzirə
Ey Peyğəmbər, həqiqətən, Biz səni (dünyada ümmətin əməllərinə şahid olub və axirətdə şəhadət vermək üçün) bir şahid və müjdəçi və qorxudan (kimi) göndərdik.
Və la tuti'il kafirinə vəl munafiqinə vədə' əzahum vətəvəkkəl əla əllah, vəkəfa bi-llahi vəkilə
Və kafirlərə və münafiqlərə (heç bir təklifdə) itaət etmə və (hələlik) onların sənə əziyyətlərinə əhəmiyyət vermə və Allaha təvəkkül et və Allah (bəndələrinin) işlər(in)ə vəkil olması və onları yoluna qoyması kifayət edər.
Ya əyyuha əlləzinə amənu iza nəkəhtumul mu`minati summə talləqtumuhunnə min qəbli ən təməssuhunnə fəma ləkum ələyhinnə min iddətin tə'təddunəha, fəmətti'uhunnə vəsərrihuhunnə sərahən cəmilə
Ey iman gətirənlər, möminə qadınlarla nigah bağlayıb sonra da cinsi əlaqədə olmadan onlara təlaq versəniz, beləliklə sizin onların öhdəsində olan bir «iddə»niz yoxdur ki, onun (günlərini) sayasınız. Beləliklə, (əgər mehriyyə təyin olunmuşsa mehriyyənin yarısını verməklə, mehriyyə təyin olunmayıbsa onların şənlərinə uyğun olan bir məbləğ verməklə) onları bəhrələndirin və onları ən gözəl bir tərzdə sərbəst buraxın (boşayın).
Ya əyyuhan nəbiyyu inna əhləlna ləkə əzvacəkə əllati atəytə ucurəhunnə və ma mələkət yəminukə mimma əfa`ə əllahu ələykə vəbənati əmmikə vəbənati əmmatikə vəbənati xalikə vəbənati xalatikə əllati hacərnə mə'əkə vamrə`ətən mmu`minətən in vəhəbət nəfsəha lilnnəbiyyi in əradən nəbiyyu ən yəstənkihəha xalisatən lləkə min dunil mu`minin, qəd əlimna ma fərəzna ələyhim fi əzvacihim və ma mələkət əymanuhum likəyla yəkunə ələykə hərəc, vəkanə əllahu ğəfurən rrəhimə
Ey Peyğəmbər, (hələlik qadınlardan yeddi dəstəni) sənə halal etdik: mehriyyələrini verdiyin qadınlar, (döyüşdə əsir düşmələri ilə) Allahın sənə qənimət olaraq verdiklərindən malik olduğun kənizlər, səninlə (Məkkədən Mədinəyə) hicrət etmiş əmin qızları və bibilərinin qızları və dayın qızları və xalalarının qızları və Peyğəmbərin onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlamış olan (mehriyyəsiz özünü Peyğəmbərin ixtiyarında qoyan) hər hansı möminə qadın (Bu hökm «bağışlamaq» əqdi və onun qəbulu ilə nigahın bağlanması) yalnız sənə məxsusdur, digər möminlərə yox. Biz zövcələri və kənizləri barədə camaata vacib etdiyimizi (qadınların sayı, mehriyyə, onların dolanışıq xərci və kənizlərin hökmləri) bilirik sənə çətinlik və məşəqqət olmasın (və müxtəlif evliliklər vasitəsilə ərəb tayfalarını özünlə və İslamla bağlayasan) deyə (Sənin üçün qadınlar barəsində bu imkanı yaratdıq) və Allah həmişə bağışlayan və rəhm edəndir.