قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ٣١
Qalə fəma xətbukum əyyuhal mursəlun
İbrahim dedi: «Ey (ilahi) elçilər (vəzifə və) işiniz nədir?»
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ٣١
Qalə fəma xətbukum əyyuhal mursəlun
İbrahim dedi: «Ey (ilahi) elçilər (vəzifə və) işiniz nədir?»
قَالُوٓاْ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ٣٢
Qalu inna ursilna ila qəvmin mmucrimin
Dedilər: «Biz günahkar bir dəstəyə (Lutun qövmünə) göndərilmişik
لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِّن طِينٍ٣٣
Linursilə ələyhim hicarətən min tin
ki, onların başına (yağış kimi) gildən (hazırlanmış) daşlar yağdıraq.
مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ٣٤
Musəvvəmətən ində rəbbikə lilmusrifin
Rəbbinin yanında israf edənlər (həddini aşan zalımlar) üçün nişanlanmış (daşları)!
فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ ٱلْمُؤْمِنِينَ٣٥
Fə`əxrəcna mən kanə fiha minəl mu`minin
Beləliklə, oradakı (və İbrahim və Luta iman gətirmiş) möminlərin hamısını çıxartdıq.
فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِّنَ ٱلْمُسْلِمِينَ٣٦
Fəma vəcədna fiha ğəyrə bəytin mminəl muslimin
Həmin diyarda yalnız bir müsəlman evi (Lutun evini) tapdıq.
وَتَرَكْنَا فِيهَآ ءَايَةً لِّلَّذِينَ يَخَافُونَ ٱلْعَذَابَ ٱلْأَلِيمَ٣٧
Vətərəkna fiha ayətən llilləzinə yəxafunəl əzabəl əlim
(İnsanları həlak etdikdən sonra) orada ağrılı əzabdan qorxanlar üçün (Öz tövhid və qəzəbimizə dəlalət edən) bir nişanə (qorxulu səhra, devrilmiş diyar, yağdırılmış daşlar və çirkli sular) qoyduq.
وَفِى مُوسَىٰٓ إِذْ أَرْسَلْنَـٰهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَـٰنٍ مُّبِينٍ٣٨
Vəfi musa iz ərsəlnahu ila fir'əvnə bisultanin mmubin
Musanın barəsində də onu aydın dəlil-sübutla (əsa və nur saçan əl ilə) Fironun yanına göndərdiyimiz zaman (Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanə vardır).
فَتَوَلَّىٰ بِرُكْنِهِۦ وَقَالَ سَـٰحِرٌ أَوْ مَجْنُونٌ٣٩
Fətəvəlla biruknihi vəqalə sahirun əv məcnun
Beləliklə, o (Firon) bütün vücudu ilə (yaxud var gücü və qoşunu ilə) ondan (Musadan) üz döndərdi və dedi: «(Bu kişi) cadugər, yaxud da dəlidir».
فَأَخَذْنَـٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَـٰهُمْ فِى ٱلْيَمِّ وَهُوَ مُلِيمٌ٤٠
Fə`əxəznahu vəcunudəhu fənəbəznahum fil yəmmi və huvə mulim
Buna görə də məzəmmətə layiq işlər gördüyü və (son anda özü) özünü məzəmmət etdiyi bir halda onu və ordusunu tutub dənizə atdıq.
وَفِى عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ ٱلرِّيحَ ٱلْعَقِيمَ٤١
Vəfi adin iz ərsəlna ələyhimu rrihəl əqim
Həmçinin (Hud peyğəmbərin qövmü) Adda, onlara qısır (heç bir xeyiri olmayan və yalnız şər doğan) külək göndərdiyimiz zaman (onların başlarına gələnlərdə Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişənələr vardır.)
مَا تَذَرُ مِن شَىْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَٱلرَّمِيمِ٤٢
Ma təzəru min şəy`in ətət ələyhi illa cə'ələthu kalrrəmim
O (külək) nəyin üstünə əsirdisə onu çürümüş sümüyə döndərməyincə buraxmırdı.
وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُواْ حَتَّىٰ حِينٍ٤٣
Vəfi səmudə iz qilə ləhum təməttə'u hətta hin
Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmudda (möcüzə olaraq göndərilmiş dəvəni öldürdükdən sonra) onlara (peyğəmbərləri Saleh tərəfindən) «bir müddət (üç gün) bəhrələnin (əzabınız yetişəcək)» deyilən zaman (bu tayfanın başına gələnlərdə də Bizim qəzəb və qüdrətimizin nişanəsi vardır).
فَعَتَوْاْ عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ ٱلصَّـٰعِقَةُ وَهُمْ يَنظُرُونَ٤٤
Fə'ətəv ən əmri rəbbihim fə`əxəzəthumus sa'iqətu vəhum yənzurun
Onlar (həmin möhlət verilən günlərdə də) Rəbblərinin əmrinə itaətsizlik etdilər. Belə olan halda onları gözləri baxa-baxa ildırım yaxaladı.
فَمَا ٱسْتَطَـٰعُواْ مِن قِيَامٍ وَمَا كَانُواْ مُنتَصِرِينَ٤٥
Fəma stəta'u min qiyamin və ma kanu muntəsirin
Beləliklə, nə yerdən qalx(ıb qaç)mağa güc və imkan tapdılar, nə də özlərinə və bir-birlərinə kömək edə bildilər.
وَقَوْمَ نُوحٍ مِّن قَبْلُۖ إِنَّهُمْ كَانُواْ قَوْمًا فَـٰسِقِينَ٤٦
Vəqəvmə nuhin min qəbl, innəhum kanu qəvmən fasiqin
Və Nuhun qövmünü bundan əvvəl (həlak etdik). Şübhəsiz ki, onlar fasiq və itaətsiz bir dəstə idilər.
وَٱلسَّمَآءَ بَنَيْنَـٰهَا بِأَيْيْدٍ وَإِنَّا لَمُوسِعُونَ٤٧
Vəs səma`ə bənəynaha bi`əydin və`inna ləmusi'un
Və göyü (Öz) qüdrət əlimizlə ucaltdıq. Şübhəsiz, Biz (onu və onun sakinlərinin ruzisini) genişləndirənik.
وَٱلْأَرْضَ فَرَشْنَـٰهَا فَنِعْمَ ٱلْمَـٰهِدُونَ٤٨
Vəl ərza fərəşnaha fəni'məl mahidun
Və yeri sərdik. Biz gözəl sərənik.
وَمِن كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ٤٩
Vəmin kulli şəy`in xələqna zəvcəyni lə'əlləkum təzəkkərun
Bəlkə (cütlüyün və şərikliyin vacib varlığın deyil, mümkün varlığın sifəti olmasını anlayıb) ibrət götürəsiniz deyə, hər bir şeyi (heyvan və bitkiləri erkək və dişi olaraq) cüt yaratdıq.
فَفِرُّوٓاْ إِلَى ٱللَّهِۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ٥٠
Fəfirru ila əllah, inni ləkum-minhu nəzirun mmubin
(Ya Peyğəmbər! Onlara de: Tovhid və İslam vasitəsi ilə Allahın əzabından) Allaha tərəf qaçsınlar. Həqiqətən, mən sizin üçün Onun tərəfindən aşkar və aydınlıq gətirən bir qorxudanam.